Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-31/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1954-cü il tarixdə Naxçıvan MR, Ordubad rayonunda doğulmuş, Azərbaycan Resbulikasının vətəndaşı, ali təhsilli, subay, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-24/2024 sayı xx.xx.2024-cü il tarixli hökmü ilə üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat cərimə cəzası saxlanılmış, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə yolu və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əvvəllər Azərbaycan Respublkası Fövqəladə Hallar Nazirliyində işləməsi səbəbindən həmin nazirliyin bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış. Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası FHN-nə işə qəbula köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 04 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Bahar qəsəbəsində yerləşən «Bahar» marketdə yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 416973******0651 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına köçürdüyü 2000 manat, 17 oktyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən «Araz» marketdə yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 416973******0651 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına köçürdüyü 2000 manat, 25 oktyabr 2023-cü il tarixdə saat 12:30-da ünvan 4 ünvanından “ABB” mobil bank tətbiqi vasitəsi ilə ona məxsus olan 416973******0651 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına köçürdüyü 2010 manat, 26 oktyabr 2023-cü il tarixdə saat 14:30-da ünvan 5 ünvanından “ABB” mobil bank tətbiqi vasitəsi ilə ona məxsus olan 416973******0651 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına köçürdüyü 3015 manat, xx.xx.2022-ci il tarixdə saat 15:29-da ünvan 6 ünvanında yerləşən «eManat» bdəmə terminalı vasitəsi ilə X3 adma olan "xxxx" ACS-nə məxsus ********00098228 bank kart nömrəsinə 700 manat olmaqla ümumilikdə 9725 (doqquz yüz yeddi yüz. iyirmi beş) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əvvəllər Azərbaycan Respublkası Fövqəladə Hallar Nazirliyində işləməsi səbəbindən həmin nazirliyin bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 qohumları Şahid1 və Şahid2 Azərbaycan Respublikası FHN-nin Qazax rayon şöbəsinə qəbula köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin yanvar ayının əvəllərində saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronunun “Elmlər Akademiyası”-nın qarşısından 5000 manat, 2021-ci ilin fevral ayının ortalarında saat 12 radələrində ünvan 7 ünvanında yerləşən “Bakı Dövlət Universitetinin yaxınlığında 2000 manat, 2021-ci ilin mart ayının axırlarında saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronunun “Elmlər Akademiyas”-nın qarşısından 3000 manat, 2021-ci ilin may ayının əvəllərində saat 12 radələrində həmin üvnanda 1000 manat, 2021-ci ilin iyun ayının axırlarında saat 15 radələrində 2000 manat və 2021-ci ilin iyul ayının əvəllərində saat 12 radələrində 3500 manat olmaqla ümumilikdə 16500 (on altı min beş yüz) manat pulunu əla keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 yaxın qohumlarını işə düzəltmək adı ilə hər birinin işə düzəlməsi üçün 10000 manat pula danışmış və ümumilikdə Zərərçəkmiş şəxs2 16500 manat pul alıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 2020-ci ilin dekabr ayının sonlarında əmisi, İsmayıl Kosayevin vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq bildirmişdir ki, əmisi oğlu Şahid1 və bibisi oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltdirmək istəyir. Bu zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlədiyini, tanışının vasitəsilə Zərərçəkmiş şəxs2 yaxın qohumları olan Şahid1 və Şahid2 həmin Nazirliikdə işlə təmin olunmalarına köməklik edəciyini bildirmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs2 qohumları Muxtar və Cəlilin hazırda Qazax rayonunda yaşadıqlarını, ona görə də onların Qazax rayonunda işlə təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, qohumları Muxtar və Cəlili Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qazax rayonu üzrə Yanğından Mühafizə İdarəsinə işə düzəldə bilər. Bunun üçün yəni, Muxtar və Cəlilin işə qəbul olunmaları üçün hər biri ayrı-ayrılıqda 10000 manat pul verməlidirlər. Zərərçəkmiş şəxs2 danışıb, məsləhətləşib əlaqə saxlayacığını bildirmiş, bir neçə gündən sonra, yəni, 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Muxtar və Cəlillə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxılınğına gəlmiş və onlar birlikdə görüşmüşlər. Həmin vaxtı Zərərçəkmiş şəxs2, Muxtar və Cəlili ona təqdim edərək işə düzəlmək istəyən şəxslərin onlar olduğunu bildirmişlər. Hər ikisini işə qəbul etdirməyini xahiş edib dediyi məbləğlə razılaşdıqlarını, yəni, hər birinin qeyd etdiyi yerdə və qeyd etdiyi vəzifələrdə işə qəbul olunmaları üçün 10000 manat pula razılıq verdiklərini, lakin, pulun Zərərçəkmiş şəxs2 tərəfindən hissəhissə veriləcəyini bildirmişlər. Razılaşdıqdan sonra Muxtar və Cəlilə aid olan sənədlərin kserosurətini, həmçinin 5000 manat pulu, elə həmin günü, yəni. 2021-ci ilin yanvar ayının əvvəlində, saat 11:00 radələrində, Bakı .şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının çıxışı ilə üzbə-üz Zərərçəkmiş şəxs2 götürmüşdür.Zərərçəkmiş şəxs2 ona verdiyi sənədləri və 5000 manat pulu götürmüş, əvvəldən danışıb razılaşdıqları kimi qalıq qalan 15000 manat pulu da ona verdikdən təxminən bir ay sonra Muxtar və Cəlilin işə başlayacaqlarını bildirmişdir. Həmin ərəfələrdə onun pula ehtiyacı olduğundan o, Zərərçəkmiş şəxs2 aldığı 5000 manat pulu şəxsi ehtiyaclarına xərcələıniş, Muxtar və Cəlilin işlə təmin olunması üçün heç bir iş görməmiş və buna səy göstərmədir. Bundan sonra təxminən bir ay yarım vaxt keçmiş, yəni, 2021-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs2 mobil telefon vasitəsilə onunla danışıb görüşmək istədiyini bildirmiş və həmin günü saat 12:00 radələrində onlar Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Bakı Dövlət Universitetinin yaxınlığına gedib orada Zərərçəkmiş şəxs2lə görüşmüşdür.Növbəti dəfə, yəni, 2021-ci ilin fevral ayının ortalarında,Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən "Bakı Dövlət Universiteti” niıı yaxınlığında Zərərçəkmiş şəxs2 ona 2000 manat pul verib işlərin nə yerdə olmasını soruşmuşdur.O, yalan olaraq heç bir problem olmadığını bildirmiş və sağollaşıb həmin yerdən uzaqlaşmışdır.Bundan sonra 2021-ci ilin mart ayının axırlarında saat 14:00 radələrində yenə də Bakı şəhəri, Yasamal rayonu. H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxılınğına Ruslanla görüşmüş və Ruslan ona ilk olaraq danışıb razılaşdıqları puldan qalıq qalmış 3000 manat pul vermişdir.Beləliklə, həmin vaxta qədər Zərərçəkmiş şəxs2 ona 10000 manat pul vermiş olmuşdur.O da Rsulan Kosayevə narahat olmamağını, işlərin tez alınması üçün qalan pulu qısa müddət ərzində ona çatdırmağını bildirmiş və qalıq qalan 10000 manat pulu da ona çatdıracağını demişdir. Bundan sona 2021-ci ilin may ayının əvvəllərində saat 12:00 radələrində 1000 manat, 2021-ci ilin iyun ayının axırlarında saat 15:00 radələrində 2000 manat və 2021-ci ilin iyul ayının əvvəllərində 3500 manat pulu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxılınğında Zərərçəkmiş şəxs2 ona vermişdir.Lakin o, Zərərçəkmiş şəxs2 almış olduğu 16500 manat pulları öz şəxsi ehtiyaclarına xərcləmiş,lakin Ruslanın Kosayevin qohumları üçün heç bir iş görməmişdir.Hər dəfə Zərərçəkmiş şəxs2 müxtəlif bahanələr deyərək vaxt qazanmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, eyniliklə belə bir hal Zərərçəkmiş şəxs1 ilə baş tutmuş və Zərərçəkmiş şəxs1 işə düzəlməsi üçün 9725 manat pula danışmış və hissə-hissə olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 9725 manat pul alıb şəxsi ehtiyacları üçün xərcləmişdir.Belə ki, Zərərçəkmiş şəxs1 04 oktyabr 2022-ci il tarixdə ümumi tənişlarının vasitəsi ilə tanıyıb tanış olmuşdur. Zərərçəkmiş şəxs1la söhbət əsnasında ona Azərbayvcan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməyinə kömək edə biləcəyini bildirmişdir. Bundan sonra, yəni, 2022-ci ilin oktyabr ayının əvvəllərində razılaşma əsasında Zərərçəkmiş şəxs1la Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası” stansiyası qarşısında görüşmüşdür. Zərərçəkmiş şəxs1la söhbət zamanı bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərən Tikinti-Layihə İnstitutunun Maliyyə şöbəsində işə düzəlməyinə kömək edəcək və bunun üçün 10000 manat pul verilməlidir. Lakin, Zərərçəkmiş şəxs1 həmin məbləğdə pulunun olmadığını, həmin pulu hissə-hissə verəcəyini dedikdə etiraz etməmiş və işə düzəlməyi ilə əlaqədar sənədlərin hazırlanması üçün birlikdə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən mətbəyə getmişlər. Zərərçəkmiş şəxs1la birlikdə həmin mətbəəyə daxil olmuş və orada “CV” formasını yazıb doldurmuşdur.Bundan sonra birlikdə həmin mətbədən çıxmış və Cəbrayıla məxsus avtomobillə Azərbayvcan Respublikası Fövqəladə Hallar Nazirliyinin qarşısına getmişlər.Orada Cəbrayıla bildirmişdir ki. ona aid sənədləri Nazirliyinin qeydiyyat şöbəsinə vermək lazımdır. Ona görə də Cəbrayıla aid sənədləri, yəni, şəxsiyyət vəsiqənin və hərbi biletinin kserosurətini, anket məlumatları yazılmış “CV”ni Fövqəladə Hallar Nazirliyinin qeydiyyat şöbəsinə vermişdir.Bundan sonra 04 oktyabr 2022ci il tarixdə Cəbrayılla əvvəlcədən danışıb razılaşdıqları 10000 manat pulun 2000 manatının təcili ona çatdırılmasını bildirmişdir. Cəbrayıl etiraz etməmiş və həmin günü, yəni, 04 oktyabr 2022-ci il tarixdə saat 13:50 radələrində “Milli Ön” aparatı vasitəsilə ona məxsus "xxxx"a aid karta 2000 manat pul göndərmiş və ödənişə dair qəbzin fotoşəklini “WhatsApp” sürətli yazışma proqramı vasitəsilə mənə göndərmişdir. Cəbrayıldan aldığı 2000 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra bir neçə gün keçmiş və Cəbrayıla zəng edib 2000 manat pul göndərməyini demiş və 17 oktyabr 2022-ci il tarixdə ,ona 2000 manat da göndərmişdir. Bundan sonra 24 oktyabr 2022-ci il tarixdə Cəbrayıla zəng edib tibbi yoxlamadan keçmək üçün metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığına getməyini bildirmişdir. Həmin günü Cəbrayılla dediyi yerdə görüşmüş və bildirmişdir ki, artıq tibbi komisiyadan keçmək məsələsini də həll etmiş, qalan 6000 manat pulu ona verdikdən təxminən 15 gün sonra iş məsələsi həll olunacaqdır. Cəbrayıl da onunla razılaşmış və 26 oktyabr 2022-ci il tarixdə 2010 manat və 3015 manat olmaqla, cəmi ümumilikdə 5025 manat pulu ona bank kartına göndərmişdir. O da Zərərçəkmiş şəxs1 işi üçün heç bir səy göstərmədən Cəbrayılın ona verdiyi pulları şəxsi işlərinə sərf etmişdir. Hər dəfə Cəbrayıl onunla iş barədə maraqlandıqda o, müxtəlif bahanələr gətirərək müddət qaçanmağa başlamışdır. Bundan sonra 09 dekabr 2022-ci il tarixdə Cəbrayıl onunla əlaqə saxlayıb 700 manat düzəltdiyini,həmin pulu ona göndərmək istədiyini bildirmişdir.'"Səbuhi Məmmədov” adlı xatırlamadığı bir nəfər şəxsin bank kart məlumatlarını Zərərçəkmiş şəxs1 göndərib həmin pulu ora göndərmisiııi bildirmiş və 700 manat pulu sözügedən karta göndərmişdir. Beləliklə Cəbrayılın işə düzəlməsi üçün ümumilikdə 9725 manat pulu alıb işə düzəlməsi üçün heç bir səy göstərmədən pulları şəxsi ehtiyacına xərcləmişdir. Natiq Salmanovun oğlunu işə düzəltmək adı ilə aldadıb aldığı ümumilikdə 1500 manat puldan, bundan başqa, Zərərçəkmiş şəxs2 yaxın qohumlarını işə düzəltmək adı ilə aldadıb aldığı 16500 manat puldan və Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə aldadıb aldığı ümumilikdə 9725 manat puldan bir qismini, yəni, 3000 manatını Zərərçəkmiş şəxs2, 2700 manatını isə Zərərçəkmiş şəxs1 ödəmişdir. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurulmuş ziyan tam qaydada ödənilmiş və barışıq əldə edilmişdir, Zərərçəkmiş şəxs2 isə vurulmuş ziyan qismən yəni 4000 min manat məbləğində ödəniş edilmişdir, yerdə qalan hissəsini isə hissə-hissə ödəyəcəkdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməklə peşiman olmasını, hazırda 70 yaşı olmaqla xəstə olmasını, zərərçəkmiş şəxslərdən birinə vurulmuş ziyanın tam qaydada ödənilməsi və barışıq əldə edilməsini, digər zərərcəkmiş şəxsə isə qismən ödəniş etməsini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 04 oktyabr 2022-ci il tarixdə tanış olmuşdur həmin vaxtlarda işsiz olduğuna görə normal əmək haqqı olan iş axtarmış və ona görə də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edib ona bu barədə bildirmişdir. Mehriban Manafaova da bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməyinə kömək edə bilər.Bundan sonra, yəni, 2022ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası” stansiyası qarşısında görüşmüşdür. Təqsirləndirilən şəxs ilə söhbət zamanı bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərən Tikinti-Layihə İnstitutunun Maliyyə şöbəsində işə düzəlməyinə kömək edəcəkdir və bunun üçün 10000 manat pul verməlidir. Təqsirləndirilən şəxs sözlərinə, danışığına, davranışına inanmış və onunla razılaşmışdır. Lakin həmin 10000 manat pulun olmadığını, həmin pulu hissə-hissə verəcəyini dedikdə Təqsirləndirilən şəxs etiraz etməmiş və işə düzəlməyi ilə əlaqədar sənədlərin hazırlanması üçün birlikdə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən mətbəəyə getmişlər. Təqsirləndirilən şəxs ilə birlikdə həmin mətbəəyə daxil olmuş və orada Təqsirləndirilən şəxs verdiyi “CV” formasını yazıb doldurmuşdur. Bundan sonra birlikdə həmin mətbəədən çıxmış və ona məxsus avtomobillə Azərbayvcan Respublikası Fövqəladə Hallar Nazirliyinin qarşısına getmişlər. Orada Təqsirləndirilən şəxs bildirmişdir ki, ona aid sənədləri Nazirliyinin qeydiyyat şöbəsinə vermək lazımdır. Ona görə də özünə aid sənədləri, yəni, şəxsiyyət vəsiqənin və hərbi biletinin kserosurətini, anket məlumatları yazılmış “CV”ni Fövqəladə Hallar Nazirliyinin qeydiyyat şöbəsinə vermiş və Təqsirləndirilən şəxs yanma qayıtmışdır. Bundan sonra sağollaşıb ayrılmışdır.04 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsinedə olan mobil telefon nömrəsinə zəng edib əvvəlcədən danışıb razılaşdıqları 10000 manat pulun 2000 manatının təcili ona çatdırılmasını bildirmişdir. Etiraz etməmiş və həmin günü, yəni, 04 oktyabr 2022-ci il tarixdə saat 13:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hovsan yolu, Bahar qəsəbəsində yerləşən "Bahar Markef’də quraşdırılmış “Milli Ön” aparatı vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi hazırda nömrəsinin dəqiq xatırlamadığı "xxxx"a aid karta 2000 manat pııl göndərmişdir. Daha sonra həıııin ödənişə dair qəbzin fotoşəklini mobil telefonunun “WotsApp” sürətli yazışma proqramı vasitəsilə Təqsirləndirilən şəxs mobil telefonuna göndərmişdir. Bundan sonra bir neçə gün keçmiş və Təqsirləndirilən şəxs yenidən mobil telefonuna zəng edib 2000 manat pul göndərməyini demiş və 17 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində ünvan 3 nömrəli ünvanda yerləşən “Araz Supermarket” də quraşdırılmış “EManat” vasitəsilə Təqsirləndirilən şəxs ona əvvəlcədən göndərmiş olduğu bank kartına 2000 manat da göndərmişdir. Bundan sonra 24 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən mobil telefonuna zəng edib tibbi yoxlamadan keçinək üçün metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığına getməyini bildirmişdir. Həmin günü qeyd etdiyi ünvana gedib orada Təqsirləndirilən şəxs ilə görüşmüş və bildirmişdir ki, artıq tibbi komisiyadan keçmək məsələni də lıoll etmişdir, qalan 6000 manat pulu verdikdən təxminən 15 gün sonra iş məsələ həll olunacaqdır. O da Mehribana öz razılığını bildirmiş və az müddət ərzində əvvəldən danışıb razılaşdığı kimi qalan 6000 manat pul da ona çatdıracağına söz vermişdir. Beləliklə 26 oktyabr 2022-ci il tarixdə saat 12:30 radələrində 2010 manat, həmin günü, yəni, 26 oktyabr 2022-ci il tarixdə saat 14:30 radələrində isə qalan 3015 manat olmaqla, cəmi ümumilikdə 5025 manat pulu özünə məxsus mobil telefona yüklədiyi “ABB” banka məxsus bank proqramı vasitəsilə Təqsirləndirilən şəxs bank kart hesabına köçürmüşdür.Bir neçə dəfə Mehribanın mobil telefonuna zəng edib işlərin nə yerdə olduğunu soruşduqda narahat olmmağını. yaxın günlərdə işə düzəlmək məsələnin öz həllini tapacağını bildirmişdir. Həmin vaxtlarda maddi sıxıntıları olduğuna görə qalan 1000 manat pulu Mehribana göndərə bilməmişdir.Bundan sonra 09 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində Təqsirləndirilən şəxs ilə mobil teledon vasitəsilə danışıb 700 manat düzəltdiyini, həmin pulu ona göndərmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs “Səbuhi Məınmədov”adlı şəxsin hazırda xatırlamadığı “Uni Bank”a aid kart hesabım ona göndərmiş və həmin kart hesabına ünvan 10 ünvanda yerləşən “E Manat” aparatı vasitəsilə 700 manat pul göndərmişdir. Bir qədər müddət keçmiş və işə düzəlməyindən har hansısa bir xəbər, həmçinin nəticə olmamışdır. Bir qədərdən sonra Təqsirləndirilən şəxs zənglərinə cavab verməmiş, qaçıb gizlənməyə başlamışdır. Həmin vaxtı onaə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona işə qəbul etdirmək adı ilə aldadaraq ümumilikdə 9725 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etmişdir. Belə olan halda aidiyyəti üzrə Bakı Şəhər Yasamal RPİ-nin 27-ci Polsi Bölməsinə gedib baş vermiş hadisə barədə məlumat verib və ərizə ilə müracəiət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir və hazırkı iş üzrə Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının sonlarında, əmisi İsmayıl Kosayevin vasitəsilə tanımışdır.Həmin vaxtlarda əmisi X2 işsiz olduğuna görə normal əmək haqqı olan iş axtarınışdır.Həmçinin, bibisi oğlu Şahid2 də işsiz olmuş və o da özünə iş axtarmışdır.Mehriban Manafovla tanış olduqdan sonra aralarında səmimi münasibət yaranmış və söhbət zamanı əmisi oğlu Şahid1 və həmçinin bibisi oğlu Şahid2 işsiz olduqlarını, normal əmək haqqı olan iş axtarıdqlarını bildirmişdir. Təqsirləndirilən şəxs demişdir ki,Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyir, onunla birlikdə işləyən tanışı vardır, həmin tanışının vasitəsilə əmisi oğlu Şahid1 və bibisi oğlu Şahid2 həmin Nazirliikdə işlə təmin olunmalarına köməklik edə bilər. Təqsirləndirilən şəxs sözlərinə inanmış və razılaşmışdır. Söhbət zamanı Mehribana, Muxtar və Cəlilin hazırda Qazax rayonunda yaşadıqlarını, ona görə də onların Qazax rayonunda işlə təmin edilməsini xahiş etmişdir. Mehriban da bildirmişdir ki, qohumları Muxtar və Cəlili Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qazax rayonu üzrə Yanğından Mühafizə İdarəsinə işə düzəldə bilər, bunun üçün Muxtar və Cəlilin hər biri 10000 manat pul verməlidirlər. Bu barədə Muxtar və Cəlilin valideynləri, yəni əmisi və bibisi ilə danışıb ona cavab deyəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs da etiraz etməmiş və əlaqə saxlamaq üçün biri-birlrinin mobil telefon nömrələrini götürdükdən sonra sağollaşıb ayrılınışlar.Bundan sonra Muxtarın atası İsmayılla və Cəlilin atası Novruzla danışmışdır. Onlar, Muxtar və Cəlilin işə düzəlməsini istədiklərini, lakin, həmin məbləğdə hazırda pullarının olmadığın, həmin pulun onun tərəfindən verilməsini, iş düzəldikdən sonra, qohumların işə çıxdıqdan sonra onun tərəfindən verilən həmin pıılu qaytaracaqlarını bildirmişlər. Həmin vaxtlarda müəyyən məbləğdə pulu olduğuna, əmisi İsmayıla və bibisinin əri Novruza etibar etdiyinə görə onlarla razılaşmışdır.Bundan bir neçə gün sonra, yəni, 2021-ci ilin yanvar ayının əvvəllərində, saat 11:00 radələrində Mehribanın sözlərinə görə Muxtar və Cəlil Bakı şəhərinə gəlmiş, özlərinə aid şəxsiyyət vəsiqəsi və digər sənədlərin kserosurətlərini Mehribana çatdırmağı üçün ona vermişlər. Həmin vaxtı Muxtar və Cəlillə birlikdə Bakı şəhəri,Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxılınğında Mehriban Manafovla görüşmüşlər. Həmin vaxtı o, Muxtar və Cəlili. Təqsirləndirilən şəxs təqdim edərək işə düzəlmək istəyən şəxslərin onlar olduğunu bildirib, Muxtar və Cəlilə aid olan sənədlərin kserosurətini, həmçinin 5000 manat pulu, elə həmin günü, yəni, 2021- ci ilin yanvar ayının əvvəlində, saat 11:00 radələrində. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası" stansiyasının çıxışı ilə üzbəüzdə, əmisi oğlu Şahid1 və bibisi oğlu Şahid2 yanında Təqsirləndirilən şəxs vermişdir. Mehriban da ona verdiyi sənədləri və 5000 manat pulu götürmüş, əvvəldən danışıb razılaşdıqları kimi qalıq qalan 15000 manat pulu da ona verdikdən təxminən bir ay sonra Muxtar və Cəlilin işə başlayacaqlarını bildirmişdir.Onlar da ona öz razılığını bildirmiş və sağollaşıb ayrılmışlar.Bundan sonra təxminən bir ay yarı vaxt keçmiş, yəni, 2021-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışıb onunla görüşmək istədiyini bildirmiş və həmin günü saat 12:00 radələrində sözlərinə görə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Bakı Dövlət Universitetf’nin yaxınlığına gedib orada Mehribanla görüşmüşdür. Növbəti dəfə, yəni, 2021-ci ilin fevral ayının ortalarında, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Bakı Dövlət Universiteti”nin yaxınlığında Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. İşlərin nə yerdə olduğunu soruşduqda, Mehriban bildirmişdir ki, heç bir problem yoxdur, qalan pulu ona az müddət ərzində çatdırmaq lazımdır ki, o da həmin pulu lazım olan şəxsə versin və bununla da Muxtar və Cəlilin iş məsələsi öz həllini tapacaqdır. Q da öz razılığını bildirmiş və sağollaşıb həmin yerdən uzaqlaşmışdır. Bundan sonra 2021-ci ilin mart ayının axırlarında saat 14:00 radələrində yenə də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Himlər Akademiyası” stansiyasının yaxılınğına gedib orada Təqsirləndirilən şəxs ilə görüşmüş və ona ilk olaraq danışdıqları və razılaşdıqları puldan qalıq qalmış 3000 manat pul vermişdir. Beləliklə, həmin vaxta qədər əmisi oğlu Şahid1 və bibisi oğlu Cəlil Koseyi işə düzəltməsi müqabilində danışdıqları ümumilikdə 20000 manat puldan Təqsirləndirilən şəxs 10000 manat pul vermiş olmuşdur.Mehriban da narahat olmamağını, işlərin tez alınması üçün qalan pulu qısa müddət ərzində ona çatdırmağını bildirmişdir. O da sözlərinə inandığına görə öz razılığını bildirdim və qısa zamanda qalıq qalan 10000 manat pulu da ona çatdıracağını demişdir. Həmin vaxtlarda maddi çətinlikləri yarandığına görə 2021-ci ilin may ayınadək olan müddət ərzində Mehribana heç bir məbləğdə pul verə bilməmişdir. Bundan sona 2021-ci ilin may ayının əvvəllərində saat 12:00 radələrində 1000 manat, 2021-ci ilin iyun ayının axırlarında saat 15:00 radələrində 2000 manat və 2021-ci ilin iyul ayının əvvəllərində 3500 manat pulu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxılınğında Təqsirləndirilən şəxs vermişdir. Beləliklə əmisi oğlu Şahid1 və bibisi oğlu Cəlil Koseyi işə düzəltməsi müqabilində danışdıqları ümumilikdə 20000 manat puldan Təqsirləndirilən şəxs 16500 manat pul vermiş olmuşdur. Bir qədər müddət keçmiş, hər hansısa bir nəticə və irəliləyiş olmadığından Təqsirləndirilən şəxs ilə tez-tez əlaqə saxlamağa başlamışdır. Lakin, Təqsirləndirilən şəxs hər dəfə məni arxayın etimişdir ki, narahat olmasın, Muxtar və Cəlilin işə-düzəlmələri məsələsini həll edəcəkdir. Bir qədər də vaxt keçmiş və Mehriban telefon zənglərinə cavab verməməyə, ondan qaçıb gizlənməyə başlamışdır. Ona görə də bir neçə dəfə Mehribanının yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evinə gedib orada onunla görüşmüşdür. Həmin vaxtlarda Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək bir qədər gözləmək lazım olduğunu, guya ona verdiyi pulları kiməsə verdiyini və pulları verdiyi həmin şəxsdən cavab gözlədiyini bildirmişdir. Mehribandan pul verdiyi həmin şəxsin kimliyi barədə soruşanda o, yalnız ona həmin şəxsin onunla birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlədiyini desə də, onun kimliyi barədə heç bir söz deməmişdir. Həmin vaxtlarda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq qohumları Muxtar və Cəlili Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qazax rayonu üzrə Yanğından Mühafizə İdarəsinə işə düzəltmək adı ilə yalan vəd verib ümumilikdə 16500 manat pulunu ələ keçirmişdir. Ona görə də Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə gedib baş vermiş hadisə bardə məlumat vermiş və ərizə ilə müracəiət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 16500 manat məbləğində puldan 4000 manat məbləği ödənilmiş, qalan məbləği isə hələ də ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir və qanunvericiliyə uyğun cəzalanıdırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o da zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsusatları ifadələrində təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 02 ədəd «Milliön» ödəmə teriminalına aid və «ABB» bank tətbiqi vasitəsi ilə aparılmış ödənişə aid 01 ədəd qəbzlərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 13:55:04-də Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu şossesi, Bahar qəsəbəsində yerləşən «Bahar» marketdə yerləşən «Milliön» bdəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs Osgər qızının adına olan "xxxx" ACS-na məxsus 416973********0651 kart nömrəsinə 2000 manat, xx.xx.2022-ci il tarixdə saat 19:09-da ünvan 11 ünvanında yerləşən «Araz» marketdə yerləşən «Miİliön» bdəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus 416973********0651 kaıl nömrəsinə 2000 manat,xx.xx.2022-ci il tarixdə saat 12:27-də «ABB» mobil bank tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus 416973********0651 kart nömrəsinə 2000 manat və xx.xx.2022-ci il tarixdə saat 14631 -də «ABB» mobil bank tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs adma olan "xxxx" ACS-nə məxsus 416973********0651 kart nömrəsinə 2000 manat köçürülməsi, həmin ödənişlərə dair ümumilikdə 25 manat komissiya haqqı tutulması, həmin ödənişlərə dair ümumilikdə 25 manat komissiya haqqı tutulması, xx.xx.2022-ci il tarixdə saat 15:29-da ünvan 12 ünvanında yerləşən «eManat» bdəmə terminalı vasitəsi ilə X3 adına olan "xxxx" ACS-nə məxsus ********00098228 kart nömrəsinə 700 manat köçürülməsi müəyyən olunmuşdur. (İ/V 25). "xxxx" ASC-dən daxil olmuş bank məlumatları əks olunan 01 ədəd CD diskə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 13:55:04-də ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adma olan "xxxx" ACS-nə məxsus 416973********0651 kart nömrəsinə 2000 manat, xx.xx.2022-ci il tarixdə saat 19:09-da ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adma olan «Kapital Baıık» ACS-nə məxsus 416973********0651 kart nömrəsinə 2000 manat və xx.xx.2022-ci il tarixdə saat 12:27-də mobil bank tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ACS-nə məxsus 416973********0651 kart nömrəsinə 2000 manat pul vəsaiti mədaxil olunması, bundan başqa həmin kart hesabından müxtəlif tarixlərdə müxtəlif məbləqlərdə pul vasitlərinin mədaxil və məxaric olunması müəyyən edilmişdir. (İ/V 217). "xxxx" ASC-dən daxil olmuş bank məlumatları əks olunan 01 ədəd CD diskə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 15:32:45-də X4 məxsus 409860******8228 seriya nömrəli kart hesabına “eManat” ödəmə terminalı vsitəsi ilə 697,5 manat pul vəsaiti mədaxil olması, bundan başqa həmin kart hesabından müxtəlif tarixlərdə müxtəlif məbləqlərdə pul vasitlərinin mədaxil və məxaric olunması müəyyən edilmişdir. (İ/V 167). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V 212-213). “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 01 ədəd «Milliön» ödəmə teriminalına aid, 02 ədəd «eManat» ödəmə terminalına aid, 01 vərəq «ABB» bank çıxarışı və «ABB» bank tətbiqi vasitəsi ilə aparılmış ödənişə aid 02 ədəd ödəniş qəbzlər və "xxxx" və "xxxx" ASCdən daxil olmuş bank məlumatları əks olunan 02 ədəd CD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (İ/V 228-246). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İ/V 249-250). “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələridə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən təsdiq edilmişdir. (İ/V 263-264). Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizdən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir və hazırkı iş üzrə Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-953/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri üzrə ittihamdan imtina etməsi səbəbindən cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə bağlı olan hissədə xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-953/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-953/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2000 (iki min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş 2000 (iki min) manat cərimə cəzasına qismən toplanılmış və üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin 17 aprel 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinirək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 1 (004)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimədən 300 manat ödəmiş, ödənilməmiş hissəsi 2200 manat təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etməklə peşiman olmasını, hazırda 70 yaşının olmasını, zərərçəkmiş şəxslərdən birinə vurulmuş ziyanın tam qaydada ödəməsini və barışıq əldə edilməsini, digər zərərcəkmiş şəxsə isə qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-24/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310cu maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona təyin edilmiş 2000 manat cərimə cəzası və CM-nin 66.5-ci maddəsi ilə qəti olaraq üzərində saxlanılmış 2500 manat məbləğində cərimə cəzası onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-24/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxsın üzərində qəti olaraq saxlanılmış 2500 manat cərimə cəzasının hazıradək ödənilməmiş qalan 2200 manat məbləği hazırkı hökmlə təyin ediləcək cəza ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən tamamilə toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 avqust 2023-ci il tarixli, 1(004)-437/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Həmin tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 100 (bir yüz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 100 (bir yüz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-24/2024 sayı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasının hazırda ödənilməmiş qalan 2200 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması və 2200 (iki min iki yüz) manat cərimə cəzası təyin edilsin və cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 600 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-31/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-31/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver