Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-310/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili X6, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Tərcüməçi: X9, Təqsirləndirilən şəxs: xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, kompüter mühəndisi bloqer, Bakı şəhəri, Nizami rayonu, Qurban Sadıx küçəsi, ev 18A-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Süleyman Rəhimov küçəsi, ev 129, mənzil 27-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, alkoqol sərxoşluğu vəziyyətində tanışı Zərərçəkmiş şəxs ona yaşadığı evə gəlib getməsinə, eləcə də arvadı Şahid zəng edib əlaqə saxlamasına qadağa qoymasının səbəbini aydınlaşdırmaq üçün xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının qarşısına gəlmiş, həmin yerdə Zərərçəkmiş şəxs onun çağırışı ilə yaşadığı evdən çıxıb insanların mütəmadi gediş-gəlişinin olduğu yolun kənarına gəlib ona yaxınlaşdıqda sonuncuya qadağa qoymasına baxmayaraq arvadı Şahidyla yenədə əlaqə saxlayacağını və yaşadığı evə istədiyi vaxt gəlib gedəcəyini deməklə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, həmin yerdən keçən və yaranmış səs-küyə görə diqqəti onlara yönəlmiş şəxslərin gözləri qarşısında öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söyüb silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs bir dəfə qəsdən vuraraq ona sağ qulaq seyvanının qançırı və əzilmiş yarası, sağ gicgah nahiyyəsinin şişkinlik və qançırı halında əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə baş vermiş hadisədə özünü CM-nin 221.3-cü maddəsi üzrə təqsirli bilməyərək, özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, Nikolayı 2011-ci ildən həyat yoldaşı Lyudmilaya görə tanımış, o, əvvəllər Lyudmila ilə Bakı şəhəri Nəsimi rayonu, S.Rəhimov küçəsində yaşadığı məhlədə qonşu olan vaxtdan tanımış, Lyudmila ona bacı kimi olmuş, onlarla bir ailə kimi olmuş, hadisə günü yəni xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində o Nikolaya zəng edib onu həyətə çağırmış, çünki 2 saat əvvəl Nikolay ona zəng edərək sərxoş vəziyyətdə onunla danışaraq nəsə demiş onu nədəsə günahlandırırdı, ünvanına nəlayiq ifadələr işlədirdi. O da sonradan Nikolaya yığıb nə səbəbə ona zəng etdiyini nəyə görə onu təhqir etməsinin səbəbini soruşmuş, Nikolay ona 500 dollar pul verməli idi 5 ilə yaxın idi ki, onun pulunu qaytarmırdı, şhəmçinin Nikolay içkili olduğu müddətlərdə onu dəfələrlə təhqir etmişdir. Aralarında bu zəmində mübahisə yaranmış, mübahisə zamanı Nikolayın yaşadığı evinin qarşısında sağ əli ilə onun sağ qulağına möhkəm yumruq zərbəsi vurmuş, lakin onun əlində hər hansı bir dəmir parçası olmamış, o Nikolayı dəmir parçası ilə deyil əl zərbəsi ilə vurmuşdur. Hadisə vaxtı hər hansı bir xuliqanlıq olmamışdır, gecə yarısı küçədə heç kim olmamışdır, həmin yerdə hər hansı bir adam olmamışdır, yalnız ikisi olmuşlar. Həmçinin o Nikolayı küçəyə çağırmış, həyətdə səs küy olmaması üçün, digər insanlara narahatçılıq yaratmamaq üçün aralarında olan söhbəti həyətdən kənarda, yolu keçərək, yolun digər hissəsində aralarındakı məsələyə aydınlıq gətirmək istəmişdir. İstəmişdir ki, insanlar səs küyə narahat olmasınlar, həyətdə olan qonşular və Nikolayın ailəsi onların arasında olan mübahisəni görməsinlər. Buna görə də küçədə onlar arasında münaqişə baş verəndə hər hansı bir səsküy də olmamışdır, onların mübahisəsindən heç kim narahatçılıq keçirməmiş, hər hansı bir ictimai qayda pozulmamışdır. Hadisə bir anın içində olmuşdur, Nikolayı vurduqdan dərhal sonra da oradan çıxıb getmişdir. Onların mübahisəsini, Nikolayı vurmasını heç kim görməmişdir. Onların mübahisə etməsinin səbəbi olmuşdur, durduq yerdə belə bir hadisə olmamışdır. Bu səbbdən də özünü Nikolaya yetirdiyi xəsarətə görə CM-nin 128-ci maddəsi ilə təqsirli bilir. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini və hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyi üçün, zərər çəkən şəxsin ondan şikayət və tələbinin olmadığı üçün, bunu nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 5 il əvvəl o Təqsirləndirilən şəxs avtomobil almaq üçün ondan borca 500 ABŞ dolları almış və həmin pulu da iki ay müddətində ona qaytarmışdır, o 2011ci ildə X2 ilə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuş, birgə nigahdan 2012-ci ildə bir oğlan övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs da o 12 ilə əvvəl həyat yoldaşı Lyudmilaya görə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs hayat yoldaşı ilə uşaqlıqdan bir məhəllədə böyümüşdü. Emil, onlar evlənəndən sonra daima evinə gəlib gedirdi. O, hətta evdə olmayan zamanlarda da evinə gəlib gedirdi. Onu da bu qıcıqlandırırdı. 2022-ci ilin dekabr ayının 31-də onlar evində olduğu zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Lyudmilanın mobil telefonuna zəng edəndə telefonun dəstəyini o qaldırmış və nömrədən danışan Emil olduğunu bilmişdir. Bu səbəbdən də o Emilə iradını bildirərək bir daha arvadına zəng etməməyini ümumiyyətlə evinə gəlməməyinə qadağan etmişdi. 01 yanvar 2023-cü ildə saat 17 radələrində o ailəsi ilə birgə evində olduğu zaman Emil onun evinə gələrkən o Emilə iradını bildirərək əsəbləşmiş və Emili evinə gəlməməyini qadağan etməsi səbəbindən nəyə görə gəldiyini bildirərək evindən qovmuşdur. xx.xx.2022-ci il tarixdə də dava bunun üstündə baş vermişdi. Yəni həmin günü saat 23:40 radələrində o, həyat yoldaşı Lyudmila və 11 yaşlı oğlu Nəzər ilə evdə olduqları zaman qapı döyülmüş o, qapını açanda Emili görmüşdü. Emil ona demişdi ki, gəl çölə səninlə söhbətim var. O, da çölə çıxmış və həyətdən çölə çıxıb yolu keçəndən sonra onunla üz-üzə dayandığı zaman Emil qəfildən əlində təxmini 25-30 sm uzunluğunda armatur parçasını onun sağ qulağına zərbə vurmuş sonra Emil oradan qaçıb getmişdir. Emilin onu vurmasını heç kim görməmişdir. O qan içində evinə getmiş evdə Lyudmila onu o vəziyyətdə görəndə 102 xidmətinə zəng vuraraq şikayət etmiş daha sonra hər ikisi xəstəxanaya getmişdir. KTM-də həkimlər onun qulağına 6 tikiş qoydular. Daha sonra o səhərisi günü 27-ci PB-nə gedərək şikayət ərizəni yazmışdır. Təqsirləndirilən şəxs ifadəsində ona 500 ABŞ dollar borcu olduğunu qeyd etməsi yalandır o, 5 il əvvəl Emilin pulunu qaytarmış, Emil onu dəmir parçası ilə ona görə vurmuşdur ki, o, Emili evinə gəlməyinə qadağa qoymuş bir sözlə arvadını ona qısqanmışdır. Bu səbəbdən də Emilin evinə gəlməyini istəməmişdir. Bu da Emilə xoş gəlməmiş və həmin günü evinə gələrək onu döymüşdür. Həmin hadisə o yaşadığı evin qarşısında yəni çöldə baş vermiş, mübahisə yəni onun çölə çıxmağı ilə vurulmağı arasında olan müddət təxmini 5-10 dəqiqə davam etmiş, sadəcə Emil onu daldalıq yerə aparıb vurmaq istəyirdi. Emil onu təhqir edirdi çünki o Emilə evinə gəlməməyini dediyinə görə bu ona pis təsir etmişdi və Emil onu çölə çağırıb məsələlərinə aydınlıq gətirmək istəyibmiş ki gələcəkdə evinə sərbəst gəlib getsin. Amma o, buna yox dediyinə görə Emil əsəbləşərək onu vurmuşdu. Bu səbəbdən də Emil onu evindən çölə çıxartmışdı. Artıq təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, bunu nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxsin cəzalandırılmamasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla birlikdə 2011-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan bir övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs o uşaqlıqdan tanıyır, onlar bir məhəllədə böyümüşdülər. Emin Acalovun xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Nikolayı dəmir parçası ilə vuraraq xəsarət yetirməsi ilə əlaqədar bildirir ki, həmin günü yəni xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində o, həyat yoldaşı Nikolay və 11 yaşlı oğlu Nəzər evdə olduğu zaman qapı döyülmüş qapını Nikolay açmış o da baxanda həmin vaxtı çöldə Emilin dayandığını görmüş, Emil ərinə gəl danışaq, səninlə söhbətim var dedikdə Nikolay onun sözünə görə çölə çıxmışdı. Həmin vaxtı Emilin Nikolayı axşam vaxtı evdən çölə çağıranda o nəsə hiss etmiş və ona görə təxmini 5 dəqiqə sonra o çölə çıxanda Nikolayın qan içində evinin kənarından 10-15 metr aralıda yolun o biri hissəsində dayandığını və əli ilə qışqıraraq onu içəri keçməyini dedi o içəri keçmədən qapının ağzında dayandı və Nikolay özü evə gəldi onun sağ qulağı yaralanmışdı qulağından qan axırdı, o, Nikolayı bu vəziyyətdə görüb 102 xidmətinə zəng vuraraq ərinin döyülməsi barədə məlumat vermişdir. Emil onunla uşaqlıqdan bir məhəllədə böyüyüb ailəvi gediş gəlişləri olub. Hətta onun bacıları da onlara gəlib gedib. Yəqin Emilin onların evə gəlib getməyi Nikolaya xoş gəlməyib və onu qısqandığına görə o, Emilin evlərinə gəlməyinə görə əsəbləşib qadağan edib. Onun Emillə arasında hər hansı bir yaxınlıq olmamış sadəcə onlar dost idilər. Bu da Nikolaya xoş gəlmədiyindən Emili evlərindən qovmuşdu. O, da əri Nikolayın bu hərəkətinə görə dəstəkləyir. X7 500 dollar pul borclu olması ilə bağlı Emilin dedikləri də tam əsassızdır, çünki Nikolay Emildən aldığı pulu 2 ay sonra Emilin özünə qaytarmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 478 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən X1 almış olduğu xəsarətlər-sağ qulaq seyvanının qançırı və əzilmiş yarası, sağ gicgah nahiyyəsinin şişkinlik və qançırı halında əzilməsi küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Belə ki, araşdırılan yuxarıdakı sübutlarla əslində baş vermiş hadisə bundan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs uzun müddətdir ki bir birlərini tanımışlar, ailəvi münasibətləri olmuşdur, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid ilə əlaqə saxlamasına son qoyması barədə Nikolayın iradlarına məhəl qoymamış, bunun səbəbini aydınlaşdırmaq üçün, bununla da səbəbli şəkildə aralarında yaranmış mübahisə nəticəsində saat 23:40 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evə gəlmiş və Zərərçəkmiş şəxs küçəyə çağırmış, həyətdən çöldə yolun digər tərəfində, heç kimin olmadığı, insanların olmadığı, çünki bu barədə hər hansı bir sübut iş materiallarında yoxdur, gecə yarısı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona iddiam aktında qeyd edilən xəsarəti yetirmişdir. Bununla da hazırkı ittihamda təqsirləndirilən şəxslərin xuliqanlıq əməlləri törətməsinə əsas olmuş “heç bir əsaslı səbəb olmadan mübahisə etməsi” ilə bağlı hissə öz təsdiqini tapmır, göründüyü kimi tərəflər bir birlərini uzun müddətdir ki tanıyırlar və onların arasında mübahisə yaranmışdır, mübahisənin səbəbi vardır, uzun müddətdir ki həmin mübahisə davam edir. Göründüyü kimi hazırkı ittihamda “heç bir əsaslı səbəb olmadan” kimi göstərilən fakt təsdiqini tapmamışdır. Ümumiyyətlə qeyd edilməlidir ki, nəinki əsaslı səbəb, ümumiyyətlə hər hansı bir səbəbə görə bir şəxs digər bir şəxsə xəsarət yetirməməlidir. Lakin xuliqanlıq əməlinə xarakterik hal kimi ittihamda “heç bir əsaslı səbəb olmadan” ifadəsi qeyd edildiyi üçün, məhkəmə bu hala da qiymət verməyi zəruri bilir. Çünki göründüyü kimi tərəflər arasında yaranmış mübahisə olmuşdur və həmin mübahisə də sonda qeyd edilən münaqişəyə çevrilmiş, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yetirdiyi xəsarətə və bununla bağlı törətdiyi əmələ gəldikdə isə, görünür ki, zərərçəkmiş şəxs həyət evlərində yaşayır, ümumi həyət vardır, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi evindən çağıraraq küçəyə getmiş, həyətdən çölə çıxmış, bununla da həyətdə qonşuların, insanların əhatəsindən kənara çıxararaq, həmin insanların narahatçılığına səbəb olmayaraq, həmin həyətdəki insanlar arasında təşəkkül tapmış ictimai münasibətlərə, əxlaq normalarına, birgəyaşayış qaydalarına hörmətlə yanaşaraq zərərçəkənlə söhbətini küçədə, həyətin qarşısındakı yolun digər tərəfindən, gecə vaxtı insanların olmadığı vaxtı etmişdir. Həmçinin təqsirləndirilən şəxsin məqsədi yaranmış mübahisə zəminində zərərçəkmiş şəxsə xəsarət yetirmək olmuşdur, bu səbəbdən də xəsarət yetirdikdən sonra münaqişə kəsilmiş, münaqişə qıssa müddət olmuş, zərərçəkmişə xəsarət yetirdikdən sonra oradan uzaqlaşmış və bununla da təqsirləndirilən şəxsin hərəkətləri cəmiyyətə hötmətsizliyə yönəlməmiş, hadisənin digər şahidləri olmadığı üçün, belə bir sübutlar olmadığı üçün, öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutma halı olmamış, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərmə halı olmamış, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməyə yönəlməmişdir. Həmçinin təqsirləndirilən, zərərçəkmiş və şahid də təsdiq edirlər ki, hadisə həyətdən 10-15 metr aralıda, yolun digər tərəfində baş vermişdir. Beləliklə görünür ki, belə bir şəraitdə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə “dəmir parçası ilə bir dəfə qəsdən vuraraq yetirdiyi və ittiham aktında dərəcəsi göstərilən xəsarətə” görə təqsirləndirilən şəxsə “xuliqanlıq” etməsi ittihamı verilmişdir. Bununla da baş vermiş hadisədən də görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarətlər yetirərkən, onun hərəkətlərində ictimai qaydanı kobud surətdə pozma, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə faktları və əməlləri mövcud deyildir. “Cəmiyyət”, ”ictimai qayda” dedikdə, bu insanlardan ibarət toplum, insanların iştirak etdiyi və yaratdığı ictimai qayda başa düşülür. Buna görə də insanlar olmayan yerdə “cəmiyyətə”, “ictimai qaydaya” hörmətsizlik, “ictimai qaydanı” pozma faktı baş verə bilməz. “İctimai qaydanı kobud surətdə pozma”, “cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə” əməli insanların olmadığı mühitdə mümkün deyildir. Hətta insanlar olduğu yer olsa da belə, toplumun içərisində bir şəxs digər şəxsə xəsarət yetirməkdən ibarət əməl hər bir halda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şəxsin qəsdi yalnız zərərçəkənə xəsarət yetirməyə yönəlmişdirsə, onun hərəkətləri ictimai qaydanı pozmağa yönəlməmişdirsə, ictimai qaydanı kobud surətdə pozmağa yönəlməmişdirsə, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyə yönəlməmişdirsə, şəxslər üzərində zor tətbiq olunmasına və ya belə zorun tətbiq edilməsi ilə şəxsləri hədələməyə yönəlməmişdirsə, belə halda yetirilən xəsarətin dərəcəsindən asılı olaraq əməl “İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər” kimi deyil, həmin əməl “şəxsiyyət əlehinə olan cinayət” kimi qiymətləndirilməlidir. Belə ki, hazırkı cinayət işi üzrə “cəmiyyət” üzvləri, “ictimai qayda” iştirakçıları dedikdə, ittiham aktından və toplanmış sübutlardan görünür ki, həmin vaxtı həmin yerdə olmuş cəmiyyət üzvləri kimi insanlardan təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsdir. Bu hal onu təsdiq edir ki, “xuliqanlıq” cinayətinin əsas obyekti olan “ictimai qayda” iştirakçıları olan hər hansı bir şəxs bu cür cinayətdən zərər çəkməmişlər. Əməl “ictimai qayda”nın pozulmasına yönəlməmişdir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı tərəfindən hadisə törədilən vaxtda və yerdə olmuş, “xuliqanlıq” cinayətinin əsas obyekti olan “ictimai qayda” iştirakçıları olan hər hansı bir insanın, həmçinin “xuliqanlıq” cinayətinin əlavə obyekti olan “insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlərin” iştirakçısı olan hər hansı bir insanın həmin hadisə nəticəsində təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində və məhz həmin hərəkətlərin hansı hissəsi ilə və hansı formada, hansı şəkildə “ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinin” nədən ibarət olmasına dair şahid ifadələri mövcud deyildir. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı hadisə üzrə ilk dəfə Yasamal RPİ İŞ-nin müstəntiqi Elnur Əsədov tərəfindən xx.xx.2022-ci il tarixli qərarla “cinayət işinin başlanması rədd edilmişdir”. Məhz bundan sonra, məhz həmin əmələ görə Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə Yasamal RPİ İŞ-nin müstəntiqi Elnur Əsədovun xx.xx.2022ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ləğv edilmiş və məhz CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin hadisə barədə ilkin şikayət xx.xx.2022-ci il tarixdə edilmiş, həmin tarixdən cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2022-ci il tarixədək aparılmış araşdırma zamanı zərərçəkmiş Niolay Ustinov, təqsirləndirilən Təqsirləndirilən şəxs dindirilmiş, onlar ifadələrini vermişlər, ekspertiza ətyin edilmiş, tibbi rəy alınmışdır. Aparılmış araşdırma materialları cinayət işi materiallarında olmuşdur, Yasamal rayon prokuroru cinayət işinin başlanması barədə qərarı ləğv edərkən, həmin cinayət işi materiallarını öyrənmiş və hesab etmişdir ki, baş vermiş əməldə CM-nin 128-ci madədsinin tərkibi vardır. Yasamal rayon prokurorunun CM-nin 128-ci maddəsi ilə cinayət işi başlama barədə qərarı qəbul edildikdən sonra, yalnız şahid X4 dindirilmişdir. Yəni əlavə sübut kimi yalnız həmin şahidin ifadəsi toplanmışdır. İş üzrə də göründüyü kimi həmin şahid isə ümumiyyətlə hadisənin necə baş verməsini, hadisədə kimlərin iştirak etməsini görməmişdir. Həmin şahid yalnız hadisədən sonra Zərərçəkmiş şəxs qan içində olduğunun şahidi olmuş. Həmçinin hadisənin həyətdən kənarda, yolun digər hissəsində, həyətdən 10- +15 metr aralıda Zərərçəkmiş şəxs gördüyünün şahidi olmuşdur. Bununla da faktiki olaraq şahidin ifadəsi təqsirləndirilən şəxsin əməlinin ictimai qaydanın pozulmasına yönəlməsini təkzib edir. Lakin sonradan heç bir əsas olmadan müstəntiq Elnur Vəliyev eyni əməli xx.xx.2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi barədə” qərarla CM-nin 221.3-cü maddəsinə tövsif etmişdir. Həmin qərarda ümumiyyətlə hər hansı bir əsaslandırma aparılmamışdır. Qərarda Yasamal rayon prokurorunun CM-nin 128-ci maddəsi ilə cinayət işi başlama barədə qərarındakı hadisənin şəraiti qeyd edilmiş, lakin bu dəfə həmin şəraitdə baş verən hadisə heç bir əlavə sübuta və ya əsaslandırmaya istinad etmədən CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Eyni əməl gah CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, gah da CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda CM-nin 221.3-cü maddəsinin tərkibini yaradır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, CM-nin 221-ci maddəsinin maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki: Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərardadında göstərilir ki: Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Burada xüsusilə nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bundan əlavə qeyd edilən maddə üzrə də əhəmiyyət yetiriləsi bir çox hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında öz əksini tapmışdır. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 30-cu bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Eynilə, əgər şəxsin təqsirli bilindiyi CM-in müvafiq maddəsinin dispozisiyasında başa çatmış cinayətin mövcudluğu konkret halların qiymətləndirilməsindən asılı olan “ağır nəticə”, “mühüm zərər”, “əhəmiyyətli zərər” kimi kriminal nəticələrin baş verməsi ilə əlaqələndirilirsə, cinayət əməlinin təsvirində həmin nəticələrlə uyğunluq təşkil edən konkret hallar da öz əksini tapmalı və hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin hansı kriteriyalara və sübutlara əsasən nəticəni “ağır” və yaxud zərəri “mühüm” və s. kimi qiymətləndirdiyi əsaslandırılmalıdır. Xüliqanlıq cinayətinin mahiyyəti barədə, həmçinin xüliqanlıq cinayəti işləri üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında kifayət qədər açıqlama verilmişdir. Həmin Qərarlardan da göründüyü kimi şəxsin törətdiyi əməlin “xüliqanlıq” cinayəti kimi qiymətləndirilməsi üçün təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Xuliqanlıq cinayətinin törədilməsində şəxs təqsirləndirilirsə, onun törətmiş olduğu əməl üzrə toplanmış sübutların fiziki şəxsə yetirilən xəsarətlərin təsdiqinə kifayət etməklə yanaşı, həm də toplanmış sübutların məcmusu ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinin də təsdiq edilməsinə kifayət etməlidir. Lakin bundan fərqli olaraq verilmiş ittihamda və həmin ittihamın verilməsi üçün toplanılmış sübutlar yalnız və yalnız təqsirləndirilən şəxsin törətdiyi əməl nəticəsində zərərçəkmiş fiziki şəxsə ittiham aktında sadalanan xəsarətlərinin yetirilməsinin müəyyən edilməsinə kifayət edir. Təqsirləndirilən şəxsin törətdiyi əməl nəticəsində ictimai qaydanın kobud surətdə pozulması (bu cür pozuntunun mahiyyəti, bunun nədən ibarət olması göstərilməklə hadisə olan məkanda, zamanda, şəraitdə ictimai və ya şəxsi mənafelərə hansı əhəmiyyətli ziyanın vurulması, bu ziyanın nədə ifadə edilməsi və ya hadisə olan məkanda, zamanda, şəraitdə cəmiyyətdə insanlar arasında bərqərar olmuş hansı birgəyaşayış və hansı ədəb qaydalarının qərəzli surətdə pozulması, bu birgəyaşayış və ədəb qaydalarının nədən ibarət olması), cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin (vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan konkret faktın nədən ibarət olması, bunun təsdiqi barədə sübut) baş verməsi təsdiq edilmir. Bunun təsdiqinə kifayət edəcək sübutlar mövcud deyildir. Təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olması, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunun müəyyən edilməsi toplanmış sübutlarla təsdiq edilmir. Ona görə də verilmiş ittihamdakı əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla təqsirləndirilən şəxslərin törətmiş olduğu əməlin xuliqanlıq kimi tövsif edilməsi üçün əsaslar yoxdur, hadisə xuliqanlıq kimi qiymətləndirilmir. Baş vermiş hadisə üzrə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl, yəni törətmiş olduğu cinayətin obyekti Cinayət Məcəlləsinin 25-ci Fəslində tənzimlənən “İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ” yönəlməmiş, törətilmiş cinayətin obyekti Cinayət Məcəlləsinin 18-ci fəsildə tənzimlənən “HƏYAT VƏ SAĞLAMLİQ ƏLEYHİNƏ” yönəlmişdir. Belə olan halda, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla təqsirləndirilən şəxsin əməlində ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsindən ibarət hərəkətlərin olub-olmaması istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməsi zərurəti olduğu halda bunu etməyərək təqsirləndirilən şəxsin əməlini əsassız və qanunsuz olaraq, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin 25 Fəslində tənzimlənən “İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ” qarşı deyil, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, Cinayət Məcəlləsinin 18-ci Fəslində tənzimlənən “HƏYAT VƏ SAĞLAMLİQ ƏLEYHİNƏ” yönələn hərəkətlərdə ifadə olunduğundan, onların əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməli cinayət hesab edilir və həmin maddənin sanksiyasında göstərilən cəzalara səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin hüquqi tövsifi kimi məhkəmə istintaqı zamanı müəyyən edilmiş CM-nin 128-ci maddəsi, təqsirləndirilən şəxsin törətdiyi əməlin ibtidai istintaq dövrü tövsif edildiyi CM-nin 221.3-cü maddəsinə münasibətdə daha yüngül cinayət hesab edilir. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə tam təqsirli bilir, törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxslər barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilindiyi əməli, Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin və Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və Partnyoları” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və Partnyoları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-310/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-310/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver