Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-311/2022 08.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2022-ci il tarixdə saat 04:21 dəqiqədən həmin tarixdə saat 05:16 dəqiqəyədək olan müddət ərzində, ünvan 2 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının qaraj hissəsinin giriş qapısının açıq olmasından istifadə edərək, ümumi istifadədə olan həmin qaraja daxil olaraq, oradan Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində bir ədəd qırmızı rəngli “İsmabayk” markalı 26-lıq idman velosipedini, 350 manat dəyərində bir ədəd göy rəngli “Saft XC-R” markalı, 26-lıq idman velosipedini, 700 manat dəyərində bir ədəd qara rəngli 29-luq idman velosipedini gizli yolla talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1450 manat ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, 14 mart 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü rəngi kağız bükümündə, təmiz çəkisi 0,587 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla, daşımış, 17 mart 2022-ci il tarixdə saat 01:20 dəqiqədə Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nin 6-cı PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Yasamal RPİ-nin 28-ci polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd gümüşü rəngi kağız bükümündə, təmiz çəkisi 0,587 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər məhkum olunmamışdır. O, əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyil. Təxminən dörd il olar ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən çəkmə üsulu ilə qəbul edir. Heroini və metamfetamini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, heroini və metamfetamini əvvəllər Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda almış və qəbul etmişdir. 14 mart 2022-ci il tarixdə axşam saatlarında onun bədəni bərk ağramış, narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan əraziyə getmiş, orada tanımadığı bir şəxslə rastlaşmış, ondan bədəni ağradığmı və bir büküm şüşə adlanan metamfetamin istəmişdir. Həmin şəxsdə onda şüşə adlanan metamfetamin olmasını bildirmişdir. Bundan sonra o, həmin şəxsdən bir büküm şüşə adlanan metamfetamini neçə satmasını soruşmuş, həmin şəxs 10 manata satdığını bildirmişdir. O, həmin şəxsə 10 manat verməklə, ondan bir bükümdə şüşə adlanan metamfetamin almış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamışdır, fikri olmuşdur ki, bir hissəsini qəbul etsin, bir hissəsini sonradan qəbul edər. Onun maddi vəziyyəti ağır olmuş, pula ehtiyyacı olmuş, istəmişdir ki, hər hansı bir əşyanı oğurlayıb satsın, əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləsin. Ona görə də 16 mart 2022-ci il tarixdə gecə saat 04 radələrində o, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısında piyada hərəkətdə olduğu vaxt, binanın qarajının qapısının açıq olmasını görüb fikirləşmişdir ki, qarajda hər hansı bir əşya ola bilər, ora daxil olub həmin əşyaları oğurlasın, həmin vaxt o, binanın qarajına daxil olmuş, orada üç ədəd velosipedin trusla bağlanaraq kənarda qoyulmasını görmüşdür. O, kəlbətinlə trusu qırmış, sonra isə üç ədəd velosipeddən birini götürüb sürməklə binanın çöl hissəsinə çıxartmış, sonra yenidən qaraja qayıtmış, ikinci velospedi götürüb yenidən binanın çöl hissəsinə çıxmış, velosipedi orada qoyub yenidən qaraja qayıtmış və üçüncü velosipedi götürüb sürməklə binanın çöl hissəsinə çıxmışdır. Bundan sonra o, həmin velosipedləri yaşadığı evinə aparmış və yaşadığı evinin çöl hissəsində saxlamışdır ki, səhərisi satsın. Həmin oğurladığı üç ədəd velosipeddən birini həmin günün səhəri Bakı şəhəri Səbayıl rayonu Badamdar qəsəbəsi ərazisində tanımadığı bir şəxsə 40 manata satmış, digər ikisi isə özündə qalmışdır. 17 mart 2022-ci il tarixdə saat 01 radələrində oğurladığı iki ədəd velosipedi taksiyə yükləyib satmaq niyyətilə aparmaq istəmişdir. Həmin vaxt o, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Vergilər nazirliyinin binasının yaxınlığında taksini saxlatdırmış, taksidən düşüb velosipedi taksidən aşağı salmaq istəmişdir. Bu vaxt ona polis əməkdaşları yaxınlaşmışlar. O da üzərində psixotrop maddə olduğu üçün tutulmağından qorxub qaçmaq istəmiş, lakin həmin vaxt onu polis əməkdaşları saxlamışlar, oğurladığı velosipedlərlə birlikdə 28-ci PB-nə dəvət etmişlər. O da onlarla polis bölməsinə getməyə etiraz etməmiş, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarın sağ cibində bir ədəd gümüşü kağız bükümündə el dilində şüşə adlanan psitxotrop maddə metamfetamin vardır, o, həmin psixotrop maddəni onlara təqdim edə bilər. Sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü kağız bükümündə şüşə adlanan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşı tərəfindən təqdim etdiyi gümüşü kağız bükümünə baxış keçirilərkən, içərisində ağ kristallik formada maddə aşkar edilərək götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına, üzərindən aşkar edilmiş gümüşü kağız bükümündə içərisində psixotrop maddə olan kütləni 14 mart 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını, aldığı kütləni satış məqsədilə əldə etmədiyini, kütlənin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsusdur, özü qəbul etmək üçün 10 manata almış, psixotrop maddənin çəkisinin nə qədər olmasını bilməmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən heç kimə satmamışdır. O, üzərindən bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,587 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsini təsdiq edir, rəydə qeyd olunan çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, həmin şəxsi tanımır, onun harada yaşamasını deyə bilməz, lakin ilk gördüyüqdə həmin şəxs arıq bədənli, orta boylu, saçları yarı ağarmış rəngli olmuş, əynində qara rəngli qış gödəkcəsi, qara rəngli idman şalvar, qara rəngli ayaqqabı olmuş, o, həmin şəxsdən əvvəllər narkotik vasitə almamış, birinci dəfə olmuşdur ki, rastlaşmışdır. O, hadisə vaxtı və hadisəyədək olan müddət ərzində mobil telefon istifadə etməmişdir. Onun oğurluq hadisəsini törətdiyini heç kim görməmiş və oğurluq cinayət əməlini törətməyini əvvəlcədən kimsə bilməmişdir. O, oğurluq hadisəsini tək törətmiş, onunla başqa şəxslər olmamışdır. O, heç bir ziyan ödəməmiş, ancaq qısa müddətdə ödəyəcəkdir. Onu hadisə yerlərinə apararlarsa, o, törətdiyi cinayət əməlini yerində göstərə bilər. O, oğurladığı velosipedlərdən birini tanımadığı bir şəxsə 40 manata satmış, həmin şəxsi sonradan görməmiş, həmin şəxsin harada yaşamasını və şəxsiyyəti barədə heç bir məlumatı yoxdur, digər velosipedləri isə polis əməkdaşları tərəyindən saxlanıldığımdan, heç kimə satmaqdan ötrü təklif etməmişdir. Onun niyyəti həmin üç ədəd velosipedləri talamaq olmuş, sadəcə eyni vaxtda üç ədəd velosipedi daşımaq çətin olduğundan, qərara gəlmişdir ki, hər birini ayrı-ayrı daşıyıb çölə çıxarmış, sonra da həmin velosipedləri yaşadığı evinə aparmış, o, həmin velosipedləri eyni tarixdə eyni vaxtda talamışdır. . Törətmiş olduğu əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkənin velosipedlərindən 2-sinin qaytarıldığını, digər velosipedin pulunun isə gələcəkdə işləyib qaytarmaq istədiyini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, yuxarıda qeyd edilən ünvanda, yəni ünvan 76-da qeydiyyatdadır və həmin ünavanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində iki uşağı vardır, əvvəllər məhkum olunmamış, «Biobox MMC» təhlükəsizlik şirkətində nəzarət üzrə bölmə rəisi vəzifəsində işləyir. Bakı şəhəri Yasamal rayonu Salamzadə küçəsi ev 5-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, həmçinin ünvan 8 ünvanında yerləşən "xxxx" MTK-nın təhlükəsizlik xidmətinin rəisi vəzifəsində işləyir. Həmin ünvanda hündürmərtəbəli yaşayış binası vardır, yaşayış binasının zirzəmi hissəsində ümumi istifadədə qaraj yerləşir, qarajın giriş qapısı vardır. Onun yaşadığı ev uzaqda yerləşdiyindən, özünə məxsus bir ədəd Zero Tectobike markalı 26-lıq idman velosipedini, bir ədəd İsmabayk markalı 26-lıq idman velosipedini, bir ədəd Saft XC-R markalı, 26-lıq idman velosipedini, bir ədəd 29-luq idman velosipedini həmin binanın qaraj hissəsində liftin arxa hissəsində saxlamışdır ki, boqşluq olan vaxt yaşadığı evinə aparsın, velosipedləri dəmir trusla bağlamışdır ki, heç kim götürməsin, həmin velosipedlərdən bir ədəd Zero Tectobike markalı 26-lıq idman velosipedini usta yaxşı təmir etmədiyindən təkərinin yeli olmamışdır. 16 mart 2022-ci il tarixdə axşam saatlarında o, işdən çıxıb yaşadığı evinə getmişdir. O, özünə məxsus bir ədəd İsmabayk markalı 26-lıq idman velosipedini 2016-cı ildə 400 manata, bir ədəd Saft XC-R markalı, 26-lıq idman velosipedini 2015-ci ildə 350 manata, bir ədəd 29-luq idman velosipedini isə 700 manata almış, həmin vaxt da velosipedləri yay qabağı təmir elətdirdiyindən, evimə apara bilməmişdir. 16 mart 2022-ci il tarixdə səhər saatlarında binanın mühafizəçiləri təhvil təslik etdikdən sonra ona zəng vurmuşlar və bildirmişlər ki, “sənə məxsus velosipedlərdən üç ədədi yerində yoxdur, dəmir trusda kəsilib yerə atılmışdır”. O, dərhal evindən çıxıb iş yerinə gəlmiş, binanın qaraj hissəsində liftik arxa tərəfinə baxmış, orada qoyduğu velosipedlər yerində olmamışdır. Binada müşahidə kameraları quraşdırıldığından, o, müşahidə kameralarına baxmış və görmüşdür ki, binanın qaraj hissəsinin qapısı açıq olduğu vaxt, 16 mart 2022-ci il tarixdə saat 04:33 dəqiqədən həmin tarixdə saat 05:16 dəqiqəyədək olan müddət ərzində tanımadığı bir şəxs qarajın qapısının açıq olmasından istifadə edərək, qaraja daxil olur, sonra isə liftin arxa tərəfində qoyduğu velosipedlərdən üç ədədini ayrı-ayrı idarə etməklə qarajdan çıxarıb aparır, yəni velosipedləri ayrıayrı zaman aralığında aparır, bir ədəd Zero Tectobike markalı 26-lıq idman velosipedinin təkərinin yeli olmadığından həmin velosiped yerində qalmışdır. Bundan sonra o, mühafizəçilərdən soruşmuşdur ki, nə səbəbə qarajın qapısı açıq qalmışdır. Mühafizəçi də ona bildirmişdir ki, o, binanın yuxarı hissəsinə qalxmış, ona görə də qarajın qapısını açıq saxlamıdır ki, bina sakinlərindən gələn olsa, rahat qaraja daxil olsunlar, çünki qapı bağlı olanda, qarajın giriş hissəsində sakinlər maşının siqnalından istifadə edirlər, bu da narahatçılığa səbəb olur. Bundan sonra o, tam əmin olmuşdur ki, ona məxsus üç ədəd velosiped oğurlanmışdır, ona görə də 17 mart 2022-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB- nə ərizə ilə müraciət etmiş və ərizəsində ona məxsus velosipedlərin oğurlanması nəticəsində, ümumilikdə mənə 1450 manat ziyan vurulmasını qeyd etmişdir. Bundan sonra bölmənin əməkdaşları hadisə yerinə gəlmişlər, qaraja, yəni velosipedlərin qoyulduğu yerə baxış keçirmişlər, foto şəkillər çəkmişlər. Sonradan həmin tarixdə axşam saatlarında ona polis bölməsindən məlumat vermişlər ki, ona məxsus velosipedləri oğurlayan şəxs Bakı şəhər sakini Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır və Yasamal rayon polis idarəsinin İstintaq şöbəsində barəsində cinayət işi vardır. Ona velosipedlərini oğurlayan şəxsin cəzalandırılmasını və ona dəymiş ziyanın ödənilməsinə köməklik edilməsini xahiş edir. Ondan heç vaxt hər hansı bir şəxs hədə qorxu ilə hər hansı bir əşya tələb etməmişdir. Ona məxsus olan oğurlanmış velosipedlərdən biri İsmabayk markalı 26- lıq idman velosipedi olmuş, qırmızı rəngdə olmuş, ikinci velosiped Saft XC-R markalı, 26- lıq idman velosipedi olmuş, göy rəngdə olmuş, üçüncü velosiped isə 29-luq idman velosipedi olmuş, qara rəngli olmuş, markasını xatırlamır. Təqsirləndirilən şəxs adlı şəxs ona məxsus velosipedlərdən başqa, hər hansı bir əşyanı talamamışdır. Əvvəllər də bu şəxs ona qarşı talama cinayətini törətməmişdir, birinci dəfədir ki, bu hadisə baş verir. Hazırda ona dəymiş ziyandan 2 velosipedin qaytarılmasını, lakin digər velosipedə görə dəyən ziyanın ödənilməməsini nəzərə alaraq, məəhkəmənin mülahizəsinə uyğun ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR Babək rayonu Nehrəm kəndində qeydiyyatda olsa da, Bakı şəhəri Xəzər rayonu Südçülük sovxozunda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, əvvəllər məhkum olunmamış, «Biobox MMC» təhlükəsizlik şirkətində mühafizəçi işləyir. Bakı şəhəri Yasamal rayonu Salamzadə küçəsi ev 5-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, həmçinin ünvan 9 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının mühafizəçisi kimi xidmətə çıxır, yaşayış binasının zirzəmi hissəsində ümumi istifadədə qaraj yerləşir, qarajın giriş qapısı vardır, o, xidmətə iki gündən bir çıxır. Yaşayış binasının qaraj hissəsinin qapısı qarajda yerləşən mühafizəçi otağında olan düymə vasitəsilə açılır, həmçinin o, ümumi binanın mühafizəsini həyata keçirir. Bina sakinləri gəldikdə, o, qarajın qapısını açır, sakinlər avtomobillərini park edirlər, elə vaxt da olur ki, o, binanın digər hissəsinə baxmağa getdikdə, qarajın qapısını açıq saxlayır ki, bina sakinlərini gələrkən rahat şəkildə qaraja daxil olsunlar, əks halda qapı bağlı olduqda, avtomobilin səs siqnalından istifadə edirlər, bu da sakinlərin narahatçılığına səbəb olur. Həmçinin binanın ümumi hissəsinə və qaraj hissəsinə müşahidə kameraları vasitəsilə nəzarət edirlər. 15 mart 2022-ci il tarixdə səhər saatlarında o, işə gəlmiş və fəaliyyətə başlamışdır. Binanın qaraj hissəsində yerləşən liftin arxa tərəfində təhlükəsizlik xidmətinin rəisi olan Ceyhunun dörd ədəd velosipedi qoyulmuşdur, Ceyhun həmin velosipedləri dəmir trusla bağlamışdır ki, heç kim toxunmasın. Ceyhunun yaşadığı ev uzaqda yerləşdiyindən, özünə məxsus bir ədəd Zero Tectobike markalı 26-lıq idman velosipedini, bir ədəd İsmabayk markalı 26-lıq idman velosipedini, bir ədəd Saft XC-R markalı, 26-lıq idman velosipedini, bir ədəd 29-luq idman velosipedini həmin binanın qaraj hissəsində liftin arxa hissəsində saxlamışdır ki, boqşluq olan vaxt yaşadığı evinə aparsın, həmin velosipedlərdən bir ədəd Zero Tectobike markalı 26-lıq idman velosipedini usta yaxşı təmir etmədiyindən təkərinin yeli olmamışdır. 15 mart 2022-ci il tarixdə axşam saatlarında Ceyhun işdən çıxıb yaşadığı evinə getmiş, özünə məxsus bir ədəd İsmabayk markalı 26-lıq idman velosipedini, bir ədəd Saft XC-R markalı, 26-lıq idman velosipedini, bir ədəd 29-luq idman velosipedini yay qabağı təmir elətdirdiyindən, evinə apara bilməmişdir. 16 mart 2022-ci il tarixdə gecə saat 01 radələrində o, qarajın qapısını açıq saxlayıb ərazidə olan obyektlərin mühafizəsinə çıxırlar, qarajın qapısını da açıq saxlayırlar ki, bina sakinlərindən gələn gedən olsa rahat daxil olsun və çıxa bilsin, çünki bina sakinlərinin onlarda əlaqə vasitələri yoxdur. 16 mart 2022-ci il tarixdə səhər saatlarında təhvil təslim vaxtı görmüşlər ki, Ceyhunun velosipedlərinin dəmir turusu qırılıb yerə atılmışdır, həmin velosipedlərdən üç ədədi yerində yoxdur, yalnız bir ədədi, yəni təkərində yeli olmayan velosiped yerindədir. O, bu barədə Ceyhuna zəng vurmuş və bildirmişdir ki, “sənə məxsus velosipedlərdən üç ədədi yerində yoxdur, dəmir trusda kəsilib yerə atılmışdır”. Ceyhun dərhal evindən çıxıb iş yerinə gəlmiş, binanın qaraj hissəsində liftin arxa tərəfinə baxmış, orada qoyduğu velosipedlərin yerində olmamasını görmüşdür. Binada müşahidə kameraları quraşdırıldığından, Ceyhun müşahidə kameralarına baxmış və görmüşdür ki, binanın qaraj hissəsinin qapısı açıq olduğu vaxt, 16 mart 2022-ci il tarixdə saat 04:33 dəqiqədən həmin tarixdə saat 05:16 dəqiqəyədək olan müddət ərzində tanımadığı bir şəxs qarajın qapısının açıq olmasından istifadə edərək, qaraja daxil olur, sonra isə liftin arxa tərəfində qoyduğu velosipedlərdən üç ədədini ayrı-ayrı idarə etməklə qarajdan çıxarıb aparır, yəni velosipedləri ayrı-ayrı zaman aralığında aparır, bir ədəd Zero Tectobike markalı 26-lıq idman velosipedinin təkərinin yeli olmadığından həmin velosiped yerində qalmışdır. Bundan sonra Ceyhun mühafizəçilərdən soruşmuşdur ki, nə səbəbə qarajın qapısı açıq qalmışdır. O da Ceyhuna bildirmişdir ki, binanın yuxarı hissəsinə qalxmışdır, ona görə də qarajın qapısını açıq saxlamışdır ki, bina sakinlərindən gələn olsa, rahat qaraja daxil olsunlar, çünki qapı bağlı olanda, qarajın giriş hissəsində sakinlər maşının səs siqnalından istifadə edirlər, bu da narahatçılığa səbəb olur. Bundan sonra Ceyhun tam əmin olmuşdur ki, ona məxsus üç ədəd velosiped oğurlanmışdır, ona görə də 17 mart 2022-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət etmiş və ərizəsində ona məxsus velosipedlərin oğurlanması nəticəsində, ümumilikdə ona 1450 manat ziyan vurulmasını qeyd etmişdir. Bundan sonra bölmənin əməkdaşları hadisə yerinə gəlmişlər, qaraja, yəni velosipedlərin qoyulduğu yerə baxış keçirmişlər, foto şəkillər çəkmişlər. Sonradan həmin tarixdə axşam saatlarında Ceyhuna polis bölməsindən məlumat vermişlər ki, velosipedləri oğurlayan şəxs Bakı şəhər sakini Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır və Yasamal rayon polis idarəsinin İstintaq şöbəsində barəsində cinayət işi vardır. O, xidmətdə olduğu vaxt binanın ətrafında kənar şəxslərin hərəkət etməsini görməmiş və hadisənin hansı şəraitdə baş verməsini görməmiş, sadəcə müşahidə kameralarından görmüşdür ki, velosipedlər naməlum şəxs tərəfindən oğurlanmışdır. Ceyhuna məxsus olan oğurlanmış velosipedlərdən biri İsmabayk markalı 26-lıq idman velosipedi olmuş, qırmızı rəngdə olmuş, ikinci velosiped Saft XC-R markalı, 26-lıq idman velosipedi olmuş, göy rəngdə olmuş, üçüncü velosiped isə 29-luq idman velosipedi olmuş, qara rəngli olmuş, markasını deyə bilməz. Təqsirləndirilən şəxs adlı şəxs qarajdan velosipedlərdən başqa, hər hansı bir əşyanı talamamışdır. Əvvəllər də bu şəxs talama cinayətini törətməmişdir, birinci dəfədir ki, bu hadisə baş verir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nm 6-cı patrol bölüyünün polis nəfəri vəzifəsində işləyir, subaydır, əvvəllər məhkum olunmamış, orta təhsillidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 01:20 radələrində, o, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nm 6-cı patrol bölüyünün polis nəfərləri Şahid2 və Şahid3la birlikdə Bakı şəhəri ünvan 10 ünvanda bir nəfər şəxsiyyəti məlum olmayan şəxsin taksidən iki ədəd velosiped düşürtməsini görmüşlər. Onlar həmin vaxt həmin şəxsə yaxınlaşmışlar, özlərini həmin şəxsə təqdim etmişlər və velosipedi haradan götürməsini soruşmuşlar. Həmin şəxs onların suallarına qeyri-səmimi cavab verdiyindən, özünü şübhəli apardığından və qaçmaq istədiyindən, tərəflərindən saxlanılmış və avtopatrola əyləşdirilmişdir. Həmin vaxt onlar həmin şəxsdən nə səbəbə qaçmaq istədiyini və velosipedi haradan götürdüyünü soruşduqda, həmin şəxs üzərində narkotik vasitə olduğu üçün qorxduğundan qaçmaq istədiyini və velosipedləri də Vergilər Nazirliyinin yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra tərəflərindən həmin şəxs 28-ci PB-nə dəvət edilmişdir. Həmin şəxs onlarla polis bölməsinə etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmiş, həmçinin həmin şəxsin taksidən düşürtdüyü velosipedlər də polis bölməsinə gətirilmişdir. Polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş və məlum olmuşdur ki, həmin şəxs Bakı şəhər sakini Təqsirləndirilən şəxsdur, həmin şəxsin üzərində narkotik vasitə olmasından şübhələndikləri üçün barəsində qanuni tədbir görülməsi üçün bölmənin rəhbərliyinə raportla müraciət edilmişldir. xx.xx.2022-ci il tarixdə bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək hansı səbəbə PB-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub- olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01:20 dəqiqədə ünvan 11 ünvanında xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PB-nin inzibati binasına gətirilmişdir, hazırda əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd gümüşü kağızma bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirərək, həmin psixotrop maddə metamfetamini cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü kağızma bükülmüş bükümə baxış keçirilərkən, bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd gümüşü siqaret kağızı bükümündə psixotrop maddə metamfetamin sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən götürülərək kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd gümüşü kağızı bükümün içərisində olan kütlələr psixotrop maddə metamfetamindir, həmin kütləni 14 mart 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını, aldığı kütləni satış məqsədilə əldə etmədiyini, kütlənin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmçinin saxlanılarkən götürülən iki ədəd velosipedi Bakı şəhəri Yasamal rayonu Qutqaşınlı küçəsində yerləşən yaşayış binasının qarajından 16 mart 2022-ci il tarixdə gecə saatlarında talamasım, həmin vaxt qarajdan üç ədəd velosiped götürməsini, həmin velosipedlərdən birini 40 manata tanımadığı şəxsə satmasını, iki ədədini isə satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin velosipedləri də polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan mobil telefondan istifadə edilmişdir. Çəkiliş bir ədəd DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai istintaqa verdiyi ifadələrində Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1549 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,587 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (metamfetaminin təmiz çəkisi: 0,587 qram, sərf edildi: 0,05 qram, qalıq 0,537 qram). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 1945 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, vurulmuş ziyanın bir hissəsinin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qırmızı rəngli “İsmabayk” markalı 26-lıq idman velosipedin və bir ədəd göy rəngli “Saft XC-R” markalı, 26-lıq idman velosipedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt, hadisə yerində quraşdırılmış müşahidə kameralarının çəkdiyi və içərisində həmin talama cinayətinin video görüntüləri olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay (bir il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 17 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 131 manat (yüz otuz bir manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,537 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə oğurlanmış əşyalardan maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-311/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-311/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver