Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-311/2025 23.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X3 Azərbaycan Respublikasının layiqli vətəndaşı kimi yaşayır. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs - X6 onun şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır. Belə ki, iş materiallarına əlavə etdiyi tiktok və votsapdan çıxarışlarda da açıq-aşkar görünür ki, X8 onun barəsində qeyd edilən sosial platformada xx.xx.2025-ci il tarixdə günorta radələrində " gece klubunda olan videosu az sonra" sözlərini işlətmişdir. Bu sözləri işlətməklə onun şərəf və ləyaqətini ən kobud formada alçaltmaqdır. Hörmətli məhkəmə, həmin tiktok platformasında Rauf Sultanovun qeyd edilən sözləri onun barəsində deməsi açıq-aşkardır. Qeyd edilən şərəf və ləyaqəti alçaldıcı sözləri bu formada Azərbaycan qadını haqqında işlətmək mentalitetimizə ziddir və bunun onun psixoloji vəziyyətinə çox ciddi mənfi təsirləri olmuşdur. Hörmətli məhkəmə, işin mübahisəsiz (votsap və tiktok sosial şəbəbkələrindən çıxarışlarda Rauf Sultanovun sözləri bir-bir əksini tapmışdır) və faktiki hallarından görünür ki, Rauf Sultanov onun barəsində əxlaqsız, insan alveriylə məşğul olan sözlərini işlədərək nalayiq formada təhqir etmişdir. Qeyd edilən sözlərin insan şərəf və ləyaqətini alçaltması ümumbilinən həqiqətdir və bunun üçün heç linqivistik ekspertizaya da ehtiyac yoxdur. Müvafiq sənədlərə nəzər yetirildikdə Sultanov Raufun əvvəllər ağır cinayətlərə görə dəfələrlə məhkumluğu olduğunu açıq-aşkar görmək mümkündür. Baxmayaraq ki, hal-hazırda şəxsin barəsində cinayət işi gedir, Rauf yenə də öz cinayətkar əməllərindən qalmır, ictimai təhlükəli şəxs olmaqda davam edir. Vurğulamaq istəyir ki, şəxs kifayət qədər ictimai təhlükəli insandır və dayanmadan ona votsap yazışmaları, zənglər edərək hədə-qorxu gəlir, şərəf və ləyaqətini alçaldır. Hazırda intihar həddindədir və bilmir ki, nə etsin Rauf Sultanov öz cinayətkar əməllərindən əl çəksin. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948- ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və X2 haqqında" Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Hazırkı iş üzrə Rauf Sultanovun onun barəsində şərəf və ləyaqətini alçaldan yalan məlumatları yayması onun əməlində CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradır. Belə ki, CM-in 148-ci maddəsinin dizpozisiyasına görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma təhqir sayılır və cinayət tərkibi yaradır. CM-in 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Beləliklə CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün həmin şəxs tərəfindən qeyd edilən məlumatlar şərəf və ləyaqəti alçaltmış olmalı, həmin məlumatlar yayılmış olmalı və həqiqətə uyöun olmayan olmaldır. Nəsimi Rayon Məhkəməsinin diqqətinə birdaha çatdırır ki, həmin Rauf Sultanovun tiktok platformasında onun barəsində dediyi gece klubunda videosu az sonra, insan alveriylə məşğul olan sözləri şərəf və ləyaqətini kəskin formada alçaltmaqla ona qarşı CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmçinin bildirir ki, Rauf Sultanovun onun şərəf və ləyaqətini nalayiq formada alçaltması onun mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Həmçinin hesab edir ki, xüsusi ittiham qaydasında şikayətə Nəsimi rayon Məhkəməsinin icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarına əsasən kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Hazırda da Tiktok sosial şəbəkəsi xaricdə qeydiyyatdan keçdiyi üçün şikayətə Raufun yaşayış yeri üzrə baxılmalıdır və onun yaşayış yeri Nəsimi rayonudur. Göstərilənlərə əsasən xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 2, mənzil 182-də qeydiyyatda olmaqla yaşayan X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, hazırki şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Bundan əlavə şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. Beləki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin məhkəmə hazırlıq iclasında heç bir üzrlü səbəb olmadan təkrarən iştirak etməməsi həmin Məcəllənin 302.1.8-ci maddəsinin tələbi baxımından şikayətin icraata götürülməsinən imtina üçün əsasdır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayət vermiş şəxs müvafiq olaraq 06 may 2025, 16 may 2025 və 23 may 2025-ci il tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etməmişdir. İş materiallarında olan məhkəmə bildirişlərindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs V.M.Dadaşova məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmışdır. Odur ki, qeyd edilən hal şikayəti vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X5 göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.4, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X5 göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altımış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-311/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-311/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver