Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-312/2025 06.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X28 oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və onun vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçi X11, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçiləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və “Fides” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, X3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2024-cü ilin noyabr-dekabr aylarında və 2025-ci ilin yanvar ayında “Azad Azərbaycan” Televiziyasının “Bizimləsən” verlişində keçmiş həyat yoldaşım X3 yalan məlumatları əsasında, verlişin aparıcısı X14 tərəfindən həqiqiliyi yoxlanılmadan mənim şərəf və ləyaqətimi aşağılayan və həsiyyatıma toxunan yalan məlumatlar bir neçə dəfə efirə verilmişdir. Belə ki, X21 Rayon Məhkəməsinin yuxarı məhkəmələr tərəfindən ləğv edilmiş və qanuni qüvvəsini almamış 22 fevral 2023-cü il tarixli qətnaməsini “Bizimləsən” verlişinin aparıcısı Zaur Baxşəliyevə təqdim etmiş, Zaur Baxşəliyev isə həmin qətnamənin yuxarı instansiya məhkəmələri tərəfindən ləğvRusiyaya getdikdən sonra Nərman uşaqların dolanışığına kömək etməmişdir. Ona görə də, mən məcbur olub aliment tələbi ilə məhkəməyə müraciət etmişəm. Nizami Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli 2(007)-370/2009 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün X2 aliment tutulması qət edilmişdir. Bundan sonra da, Nərman uzun müddət Azərbaycana qayıtmamış, bizimlə əlaqə saxlamamış və alimenti ödəməmişdir. Ona görə də, mən tam qanuni əsasla, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada, X5 ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etmişəm. Nizami Rayonu Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli 2(007)-5906/2016 nömrəli qətnaməsi ilə X12 ölmüş elan edilmişdir. Nərman Rusiyadan qayıtdıqdan sonra məhkəməyə müraciət edərək, onun ölmüş elan edilməsi barədə qətnaməni ləğv etdirmişdir. Burada qeyri-adi və qeyri-qanuni heç bir hərəkət edilməmişdir. Zaur Baxşəliyev “lağ-lağı” ilə bildirir ki, Nərman Rusiyadan qayıdıb görüb ki, o “ölüb”. Nərmanın uzun müddət Rusiyadan qayıtmadığı həm də onunla təsdiq edilir ki, 2009-cu ildə qəbul edilmiş aliment tutulması barədə qətnamədən apellyasiya şikayətini 2017-ci ildə vermişdir. Apellyasiya şikayəti təmin edilməmişdir. Bundan başqa Zaur Baxşəliyev ekrandan elan edir ki, o, məhkəmə qətnaməsi (halbuki həmin qətnamə ləğv edilib) əsasında danışır, əlində ekspert rəyi vardır. Amma nəzərə almır ki, iş üzrə 3 ekspert rəyi vardır. Ekspert rəylərindən birində X3 X6 atası olması inkar edilsə də, digər 2 rəydə, o cümlədən 2023-cü ildə verilmiş sonuncu rəydə Nərmanın Rəsulun atası olması inkar edilmir. Bütün bu halları araşdırmadan “Bizimləsən” verlişinin aparıcısı Zaur Baxşəliyev və onun “ekspertləri” mənim cinayət məsuliyyətinə cəlb edilməli olduğumu, aldığım alimentləri qaytarmalı olduğumu, Nərmana kompensasiya ödəməli olduğumu bildirirlər. Zaur Baxşəliyev isə bildirir ki, həm suçlu, həm də güclüyəm, məhkəmə qərarlarını şübhə altına alıram, qanun var, qayda var, guya mən hərbə-zorba ilə danışıram. Bununla da mənə bərpa edilməsi mümkün olmayan mənəvi ziyan vurulmuşdur. Belə ki, həmin verlişlər Azərbaycan Respublikasının bütün ərazisində və hətta başqa ölkələrdəki televiziya tamaşaçıları tərəfindən izlənilmişdir. Bunların arasında mənim qohumlarım, tanışlarım, iş yoldaşlarım, qonşularım və hətta uşaqlarım da olmuşdur. Təkçə onu qeyd etmək kifayətdir ki, həmin veri işlərə baxdıqdan sonra, məndən ayrı yaşayan böyük oğlum Murad mənə telefonla səs atıb bildirib ki, o mənim oğlum deyil, kiçik oğlum Rəsul da onun qardaşı deyil.Mənə bildirilib ki, onunla əlaqə saxlamığım, mən onun anası deyiləm, Rəsulun anasıyam. Ana üçün bundan ağır təhqir, sarsıdıcı zərbə ola bilməz. Bəli mən də qəbul edirəm ki, qanun və qayda vardır. Hər bir şəxs öz qanunsuz hərəkətinin məsuliyyətini daşımalıdır. “Bizimləsən” verlişində mənim şərəf və ləyaqətimi alçaldan, analıq heysiyyatıma toxunan fikirlərin göstərilməsinə və səsləndirilməsinə görə keçmiş ərim X12 və “ATV” telekanalının “Bizimləsən” verlişinin aparıcısı X15 Azərbaycan Respublikası CM-nin 147.1 -ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və onun vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X16 ərizənin mahiyyətinə uyğun çıxış edərək, şikayətin icraata qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən X12 və müdafiəçisi X17, eləcə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçiləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və “Fides” Vəkil Bürosunun vəkili X13 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsaən isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məcəllənin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 və X15 “ATV” telekanalında efirə gedən “Bizimləsən” verilişində X1 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığını və onun haqqında böhtan xarakterli iddiaların səsləndirildiyini qeyd etmişlər. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri haqqında” çıxarışdan görünür ki, X1 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığı iddia edilən “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının hüquqi ünvanı ünvan 1inayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 və X8 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X9 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298- 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-312/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-312/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver