Məhkəmə qərarları › İş №1(004)-313/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-313/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-313/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:04 dəqiqədə "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş POA********** nömrəli etibarnamə əsasında "xxxx" kateqoriyalı BD010130 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi həmin MMC-nə məxsus, tanışı Şahid2 adma qeydiyyata alınmış ağ rəngli “Chevrolet Cobalt LTZ minik” markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanda geriyə 15 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək, yolun sağ kənarından sola yolun hərəkət hissəsinə doğru düzünə iti yerişlə 3 metr məsafə qət etmiş piyada X8 hərəkət zolağında avtomobilin arxa sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq, nəticədə ehtiyatsızlıqdan Nurəddin Fərəcovun baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsas sümüklərinin sınığı, sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, sol İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları, ənsə nahiyəsinin əzilmiş yarası və qançırları, sağ saidin sıyrıqları, sol baldırın qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəli xəsarətlər almasına və həmin tarixdə saat 17:30-da Nurəddin Fərəcovun ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2021-ci il tarixdən “A,B,C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. Elə həmin vaxtdan fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə tanışı Şahid2 adma Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində maşın bazarında yerləşən "xxxx" MMC-dən ilkin ödəniş kimi 1500 manat ödəyərək 5 illik lizinq kredit şərtləri ilə ağ rəngli “Chevrolet Cobalt LTZ minik” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin lizinq kredit müqaviləsini isə tanışı Əbilin adına sənədləşdirmişlər. Hər ay o, "xxxx" MMC-dən avtomobili idarə etmək üçün etibarnamə alırmış. Bundan sonra həmin avtomobil ilə “Yango” taksi şirkətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cobalt LTZ minik” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanı ilə hərəkətdə olan zaman sifariş əsasında həmin ünvanda yolun kənarında dayanmışdır. Müştəri qismində yaxınlaşan kişi cinsli şəxs ona “İçəri şəhər” metrostansiyasmın yaxınlığına gedəcəyini bildirmişdir. Sərnişin ondan geridə yaşadığı məhəlləyə qayıdıb nəsə götürməli olduğunu bildirmişdir. O, bundan sonra yolun sağ hərəkət hissəsində olduğu üçün geri qayıtmaq istəmişdir. Avtomobilin sağ və sol yan güzgüsündən arxa istiqamətdə baxaraq heç kəsin olmadığını görüb arxa-arxaya idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 15 km/saat sürətlə hərəkətdə olan zaman anidən avtomobilin arxa sağ hissəsindən nəsə dəydiyini və səs gəldiyini eşidib dərhal əyləci sıxaraq avtomobili saxlamışdır. Avtomobildən yerə düşərək arxa tərəfə keçən zaman avtomobilin arxa sağ tərəfində yerdə sonradan adını bildiyi X11 adlı bir nəfər yaşlı kişi cinsli şəxsin uzandığını və başından qan gəldiyini görmüşdür. Həmin vaxt piyadanın sonradan adını bildiyi həyat yoldaşı Şahid1 onlara yaxınlaşmışdır. Tamilla əri Nurəddinin vurulduğunu görüb qışqırmağa başlamışdır. O, dərhal həmin ərəfədə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə təcili tibbi yardım xidmətinin 103 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra ətrafda olan şəxslərin köməyi ilə yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış kişi cinsli şəxsi TTYX-nin avtomobilinə uzadaraq Nəsimi rayonu ərazisində yerləşən 1 saylı X21 yola salmışdır. Daha sonra etibarnamə ilə idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xəsarət almış şəxsin həyat yoldaşı və başqa bir kişi cinsli adını bilmədiyi qohumu ilə birlikdə 1 saylı X21 getmişdir. Həmin vaxt 1 saylı X12 zaman oraya gəlmiş polis əməkdaşları ilə birlikdə spirtli içkili olub-olmamağı ilə bağlı müayinəyə gedildikdən sonra etibarnamə ilə idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə 1 saylı X21 gələrək törətdiyi yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Nurəddin Fərəcovun müayinəsi, lazımı tibbi-xidmətin göstərilməsini və xəstənin vəziyyəti barədə maraqlanmışdır. İfadəsinin sonunda o, törətdiyi əməldən səmimi peşman olmasını, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsində öz təqsirini dərk etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmadığını, eləcə də himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, onunla barışıq əldə olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən müəyyən edilmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. 30 noyabr 2024-cü il tarixdə səhər saat 09 radələrində mərhum əri X11 ilə M.Seyidov küçəsi 14 ünvanı yaxınlığında evə bazarlıq etdikdən sonra birlikdə yaşadıqları evə qayıtmaq istəyirmişlər. Həmin vaxt mənzilin açarını mərhum əri X9 vermişdir. Bundan sonra X11 əlində olan sumkalarla yolun əks istiqamətinə keçmək istəyən zaman anidən yolun sağ istiqamətində dayanmış ağ rəngli avtomobil arxa-arxaya hərəkət edərək X8 avtomobilin arxa bufer hissəsi ilə vurmuşdur. Bundan sonra sürücü dərhal avtomobildən düşərək mərhum əri X9 yaxınlaşaraq ona ilkin tibbi yardım göstərməyə başlamış və telefonla TTYX-ə zəng etmişdir. Bundan sonra yaxınlaşan TTYX-nin briqadası Nurəddini 1 saylı X22 aparmışdır. Hadisəni törətmiş sürücü isə öz avtomobilinə onu mindirərək birlikdə TTYX-nin avtomobilinin arxası ilə xəstəxanaya getmişlər. Xəstəxanada olan zaman X4 almış olduğu bədən xəsarətlərindən dünyasını dəyişməsi barədə onlara məlumat verilmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan yol nəqliyyat hadisəsini törədərək ehtiyatsızlıqdan əri X4 ölümünə səbəb olmuş “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 09:04-də Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 150 ünvanda baş vermiş və əri X4 ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs ərini hadisə yerində qoyub qaçmamış, eyni zamanda gördüyü qədəri ilə ərinə ilkin tibbi yardım göstərmişdir. Bu səbəbdən ondan heç bir şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağım, baş vermiş hadisənin təsadüfi baş vermiş hadisə olduğunu, Təqsirləndirilən şəxs özünə və ərinə qarşı hər hansı bir ədavət və ya qəsd görmədiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 01). “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 4 ünvanın qarşısında baş vermişdir, yol-nəqliyyat hadisəsinin baş verdiyi yol asfalt örtüklü olmaqla quru, düz olmuşdur. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 24 metrdir. (İ/V. 04-11). xx.xx.2024-cü il tarixli ******* nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müayinə olunan zaman ayıq olmuşdur. (İ/V. 16). “Zərərçəkmiş şəxsin hüquqi varisi təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı ölmüş zərərçəkmiş şəxs X1 Vaqif Nurəddin oğlu zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (İ/V.26-27). Məhkəmə-tibbi ekspertizasının 01 dekabr 2024-cü il tarixli 125 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, 1984-cü il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınığı, sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, sol İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları, ənsə nahiyəsinin əzilmiş yarası və qançırları, sağ saidin sıyrıqları, sol baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. (İ/V.74-81). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 mart 2025-ci il tarixli 8/72 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cobalt markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (İ/V. 91-94). Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (İ/V.118-119). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V.135-136). Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixdək etibarlıdır) BD 010130 nömrəli "xxxx" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V.66). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 daxil olmuş xx.xx.2024-cü il tarixli 3-28-29/2-25/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 89-90) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış «Chevrolet Cobalt LTZ» minik markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. (İ/V.102-108). Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti iddiası və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 285 saylı arayışından görünür ki, təqsirləndiruilən şəxsin həyat yoldaşı Y.Paşayeva hal hazırda hamilədir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ərizəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 12 mart 2025-ci il tarixli 8/72 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cobalt markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onların aralarında barışığın əldə olunmasını, eləcə də cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını təmin etməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X3 hüquqi varisi X7 ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Chevrolet Cobalt LTZ» minik markalı, **-YH-*** dövlət nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs Müdafiəçi2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 23 (iyirmi) iş saatına bərabər hesab edilərək, göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 01 (bir) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hadisənin görüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Chevrolet Cobalt LTZ» minik markalı, **- YH-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə yol nəqliyyat hadisəsi ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 250 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar