Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-314/2022 02.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkilləri X2, X12, X7 Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2ında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, ev 53-də qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Salyan döngəsi, ev 37-də yaşamış, barəsində “həbs” qətimkan ttədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: 11 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşqul olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanda qeydiyyatda olub həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan ttədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 mart 2022-ci il tarixdə saat 23 radələrində ünvan 5 ünvanda yerləşən 201 saylı dövlət baxçasının giriş qapısında olan qıfılı açaraq baxçanın həyətyanı sahəsinə qanunsuz daxil olub baxçanın inzibati binasına qurlaşdırılmış 201 saylı baxçanın balansında olan 01 ədəd 2950 manat dəyərində “SİME” markalı kombi aparatını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin 201 saylı uşaq baxçasına 2950 manat maddi ziyan vurmaqla oğurluq elmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 mart 2022-ci il tarixdə saat 23 radələrində ünvan 5 ünvanda yerləşən 201 saylı dövlət baxçasının giriş qapısında olan qıfılı açaraq baxçanın həyətyani sahəsinə qanunsuz daxil olub baxçanın inzibati binasına qurlaşdırılmış 201 saylı baxçanın balansında olan 01 ədəd 2950 manat dəyərində “SİME” markalı kombi aparatım gizli olaraq talayıb, zərərçəkmiş şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin 201 saylı uşaq baxçasına 2950 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 mart 2022-ci il tarixdə saat 23 radələrində ünvan 5 ünvanda yerləşən 201 saylı dövlət baxçasının giriş qapısında olan qıfılı açaraq baxçanın həyətyani sahəsinə qanunsuz daxil olub baxçanın inzibati binasına qurlaşdırılmış 201 saylı baxçanın balansında olan 01 ədəd 2950 manat dəyərində “SİME“ markalı kombi aparatını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin 201 saylı uşaq baxçasına 2950 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşqul olur. 28 mart 2022-ci il tarixdə saat 17 radələrində o, tanışları Cavid və İlhamla birlikdə Yasamal rayonunda yerləşən Əzizbəyov heykəli istiqamətində əlvan metal yığmaq məqsədi ilə gedirmişlər. Onlar ünvan 6 ünvanda yerləşən 201 saylı uşaq baxçasının qarşısından keçən zaman İlham bildirmişdir ki, baxçanın həyətində əlvan metal olur. Buna görə də İlham baxçanın arxa tərəfində yerləşən dəmir qapıda olan qıfılı dartaraq açıb içəri daxil olmuş, o, isə Cavidlə birlikdə çöldə gözləmişdir. Bir neçə dəqiqə keçəndən sonra İlham baxçadan çölə çıxıb bildirmişdir ki, baxçanın inzibati binasına kombi aparatı qurlaşdırılıb və həmin kombi aparatını oğurlamaq olar. Onlar qərara gəlmişdilər ki, hava qaralan kimi həmin kombi aparatını oğurlasınlar. Bundan sonra onlar görmüşdülər ki, baxçanın inzibati binasının çöl tərəfə olan divarında kombi aparatı qurlaşdırılıb. Lakin həmin kombi aparatı divara dəmir armaturla bərkidildiyinə görə həmin kombi aparatını sökmək mümkün olmamışdır. Buna görə də onlar baxçanın həyətində olan inzibati binaya bağlanılmış kombi aparatını oğurlamaq qərarına gəlmişlər. Həmin gün saat 23 radələrində o, İlham və Cavid ünvan 6 ünvanda yerləşən 201 saylı uşaq baxçasına gələrək baxçanın arxa tərəfində olan dəmir seyf qapının üstündə olan qıfılı dartıb açmış və İlhamla birlikdə baxçanın həyətinə daxil olmuşlar. Cavid isə onları çöldə gözləmişdir ki, gələn olsa xəbər versin. O, İlhamla birlikdə baxçanın inzibati binasına qurlaşdlırılmış kombi aparatını əlləri ilə vintləri açıb sökmüş və kombi aparatını oğurlayaraq oradan uzaqlaşmışlar. Sonra onlar oğurladıqları kombi aparatını hissələrə bölmüşdür ki, metal kimi həmin hissələri satsınlar. Ertəsi günü oğurladıqları kombi aparatını Bakı şəhəri, Yasamal rayonu, Ələkbər Ələskərov küçəsində yerləşən əlvan metalların qəbulu məntəqəsinə ümumilikdə 42 manata satmış və üçünün arasında bölmüşlər. Cinayət yolu ilə əldə etdikləri pulu öz aralarında bölərək ehtiyaclarına xərcləmişlər. Törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını nəzərə alaraq, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşqul olur. O, əvvəllər T.Şahbazi küçəsi 53 saylı ünvanda yaşamış və 201 saylı uşaq baxçası onun yaşadığı evin yaxınlığında yerləşir. 28 mart 2022-ci il tarixdə saat 19 radələrində o, yaşadığı evən çıxıb T.Şahbazi küçəsində tanışları Cavid və Gündüzlə görüşmüş, həmin vaxt o, Maştağa qəsəbəsinə getdiyi üçün ona pul lazım olmuşdur. O, həmin vaxt tanışı Gündüzdən 10 manat borca pul istəmiş, lakin Gündüz ona demişdir ki, 201 saylı məktəbin mühafizəçisi ona söz verib ki, baxçada köhnə işləməyən kombi aparatı var və həmin aparatı ona verəcək, onlarda kombi aparatını satıb pul əldə edəcək və həmin puldan Gündüz ona 10 manat verəcək. O, da Gündüzlə razılaşaraq birlikdə 201 saylı uşaq baxçasına getmişlər. Həmin vaxt onlar görmüşdülər ki, baxçanın qapısı bağlıdır. Gündüz ona demişdir ki, o, hasardan baxçanın həyətinə daxil olsun və oradan mühafizəçini çağırsın. O, da hasardan baxçanın həyətinə daxil olaraq mühafizəçini axtarmış, lakin həmin vaxt mühafizəçini tapa bilməmişdir. Bundan sonra o, hasardan çölə keçib Gündüz və Cavidin yanına gələrək onlara demişdir ki, mühafizəçi baxçada yoxdur. Daha sonra isə Gündüz ona demişdir ki, o, baxçanın əsas qapısına getsin və oradan mühafizəçini çağırsın. O, da etiraz etməyib baxçanın əsas giriş qapısına gedərək mühafizəçini axtarmışdır. Lakin yenə də mühafizəçini tapa bilməmişdir. Bundan sonra o, yaxınlıqda yerləşən mağazaya gedərək özü üçün siqaret alıb baxçanın arxa qapısına tərəf gələdə görmüşdür ki, Gündüzlə Cavid gəlir və Gündüzün əlində kombi aparatı var. Gündüz ona demişdir ki, həmin aparalı aparıb satacaq və ona 10 manat pul verəcək. O, da onlarla birlikdə baxçadan təxminən iki kilometr aralıda yerləşən metal qəbulu məntəqəsinə getmiş, lakin o, kənarda dayanmış, Gündüzlə Cavid isə aparıb kombi aparatını satmışlar. Təxminən 20 dəqiqədən sonra Gündüz Cavidlə birlikdə onun yanına gəlmiş və Gündüz ona 10 manat pul vermişdir. O, da Gündüzdən 10 manat pulu götürüb taksi ilə Maşlağa qəsəbəsinə getmişdir. Lakin həmin vaxt onların kombi aparatını oğurlamaları barədə onun məlumatı olmamışdır. Bir neçə gün keçəndən sonra ona məlum olmuşdur ki, kombi aparatını Gündüz və Cavid 201 saylı məktəbdən oğurlamışlar. Buna görə də o, qorxusundan heç bir yerə getməmiş və bu barədə heç kəsə məlumat verməmişdir. Sorğu zamanı X9 göstərmişdir ki, o, bundan başqa heç bir cinayət törətməmiş, o, Cavid və Gündüzlə heç bir oğurluq hadisəsi törətməmiş, o, Gündüzdən borca 10 manat pul istəmiş və Gündüzdə ona demişdir ki, baxçanın həyətində işləməyən kombi aparatı var və baxçanın mühafizəçisi həmin aparatı ona verəcək və Gündüzdə həmin kombi aparatını satıb ona 10 manat pul verəcək. O, da baxçanın hətəinə daş hasardan keçərək mühafizəçini çağırmaq istəmir, lakin həmin vaxt o, kombi aparatını oğurlamaq niyyəti olmamışdır. Həmçinin həmin kombi aparatının oğurluq yolla əldə olunduğunu bilməmişdir, həmin vaxt Gündüz ona demişdir ki, o, baxçanın həyətinə daş hasardan keçib mühafizəçini çağırsın. Buna görə də o, daş hasardan baxçanın həyətinə daxil olmuşdur. Törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını nəzərə alaraq, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşqul olur. O, əvvəllər Yasamal rayonu ərazisində yerləşən köhnə “Sovetski” adlanan ərazidə yaşamış, sonra isə həmin yerlər söküldükdən sonra Sabunçu rayonu, Ləhiş bağ massivinə köçərək hazırda orada yaşayır. Təqsirləndirilən şəxs2 və X10 onun qonşusu olub və onlarla yaxın münasibəti olmuşdur. 28 mart 2022-ci il tarixdə saat 19 radələrində o, Yasamal rayonu T.Şahbazi küçəsi ilə gedən zaman 201 saylı uşaq baxçasının yaxınlığında tanışları Gündüz və İlhamla görüşmüş, onlar bir qədər söhbət etdikdən sonra Gündüz ondan soruşmuşdur ki, “boşsanmı?”, o, isə Gündüzə demişdir ki, yaşadığı evə getmək istəyir. Gündüz isə ona bildirmişdir ki, 201 saylı uşaq baxçasında köhnə kombi aparatı var və həmin aparatı mühafizəçidən alacaq və aparıb satıb pulunu böləcəklər. O, da Gündüzlə razılaşmışdır. Bundan sonra o, kənarda dayanmış, Gündüzlə İlham isə 201 saylı baxçaya getmişlər. Bir neçə dəqiqə keçəndən sonra görmüşdür ki, Gündüzlə İlham gəlir və onların əlində kombi aparatı var. Həmçinin onları arxası ilə kimsə gəlir və həmin şəxsin əlində fonar var və İlhamla Gündüz tələsik gələrək taksi saxlamış və onların hər üçü taksiyə minib getmişlər. Ona məlum olmuşdur ki, İlham və Gündüz kombi aparatını baxçadan oğurlamışlar. Daha sonra isə onlar taksi ilə Yasamal rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə getmiş, o, yenə də taksidən düşüb kənarda dayanmış, Gündüzlə İlham aparıb kombi aparatını satıb gəlmişlər. Həmin vaxt Gündüz bildirmişdir ki, kombi aparatını 42 manata satmış, Gündüz həmin pulun 10 manatını İlhama vermiş, 18 manatını ona vermiş, 14 manatı isə özünə götürmüşdür. Bundan sonra o, ayrılıb yaşadığı evə getmişdir. Əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 göstərmişdir ki, bundan başqa heç bir cinayət törətməmiş, o, ilkin olaraq Gündüzün həmin kombi aparatını oğurladığını bilməmiş lakin Gündüz İlhamla birlikdə kombi aparatını söküb gələndən sonra ona məlum olmuşdur ki, onlar həmin kombi aparatını 201 saylı baxçadan oğurlamış, lakin buna baxmayaraq o, onlarla birlikdə oğurluq yolu ilə əldə olunmuş kombi aparatını aparıb bir yerdə sataraq əldə olunmuş pulun 18 manatını götürmüşdür. Törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını nəzərə alaraq, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda yerləşən 201 saylı dövlət baxçasında tərbiyəçi vəzifəsində işləyir. İşlədiyi baxçanın müdirəsi Şahid2 Xaqani qızı 2022ci ilin mart ayının 15-dən məzuniyyətdə olduğu üçün o, baxçanın müdirə vəzifəsini müvəqqəti icra edir. 29 mart 2022-ci il tarixdə saat 08 radələrində o, işlədiyi baxçaya gələn zaman görmüşdür ki, baxçanın həyətində polis əməkdaşları dayanıb. O, nə baş verdiyini soruşan zaman ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər baxçanın arxa tərəfində yerləşən dəmir qapıda olan qıfılı sındıraraq içəri daxil olmuş, baxçanın arxa tərəfində inzibati binanın divarına qurlaşdırılmış, baxçanın balansında olan 01 ədəd 2950 manat dəyəri olan “Sime” markalı kombi aparatını oğurlamışlar. Həmin vaxt kombi aparatının oğurlanmasını baxçada mühafizəçi işləyən Şahid3 aşkar etmiş və dərhal DİN-nin 102 xidmətinə zəng vurub oğurluq hadisəsi barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerini müayinə etdikdən sonra o, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə və izahat yazmışdır. Hazırda dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən ünvan 7 ünvanda yerləşən 201 saylı uşaq baxçasının müdirəsi vəzifəsində işləyir. 15 marı 2022-ci il tarixdə o, 2022-ci ilin təhsil məzuniyyətinə çıxmış, onu həmin vaxt müavini Zərərçəkmiş şəxs əvəz etmişdir. 29 mart 2022-ci il tarixdə saat 07 radələrində o, yaşadığı evdə olan zaman rəhbərlik etdiyi baxçada mühafizəçi işləyən Şahid3 ona zəng vurub bildirmişdir ki, 201 saylı məktəbin divarına qurlaşdırılmış “SİME” markalı kombi aparatı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, da bu xəbəri bilən kimi dərhal baxçaya gəlmiş və görmüşdür ki, naməlum şəxs və ya şəxslər 2950 manat dəyəri olan “SİME” markalı kombi aparatını oğurlamışlar. Bundan sonra o, Təhsil Nazirliyinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş, daha sonra isə mühafizəçi Şahid3 da DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə, yəni 201 saylı uşaq baxçasına polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən zaman o, məzuniyyətdə olduğu üçün onu müavini Zərərçəkmiş şəxs əvəz elmiş, buna görə cinayət işi üzrə Zərərçəkmiş şəxsm zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən ünvan 7 ünvanda yerləşən 201 saylı uşaq baxçada mühafizəçi işləyir. Onun iş vaxtı saat 18:00-dan başlayır, səhər saat 08:00-da qurtarır, yəni o, hamı işdən çıxandan sonra baxçanı təhvil alır və səhər saat 08:00-da müəllimlər və uşaqlar gələndən sonra baxçanı müəllimlərə təhvil verib gedir. 28 mart 2022-ci il tarixdə saat 18:00-da o, işlədiyi 201 saylı baxçaya gəlmiş və baxçanın bütün qapılarını bağlayıb öz otağına getmişdir. Təxminən 15-20 dəqiqə keçəndən sonra evindən zəng gələrək bildirilmişdir ki, arxadı Əzizə Kərimovanın səhhətində problem var. Bundan sonra o, baxçanın arxa tərəfdən divarına qurlaşdırılmış “SİME” markalı kombi aparatını söndürərək baxçanın qapılarını bağlayıb yaşadığı evə getmişdir. 29 mart 2022-ci il tarixdə saat 06:30 radələrində o, baxçaya gəlib həmin kombi aparatını yandırmaq istəyəndə görmüşdür ki, “SİME” markalı kombi aparatı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Bundan sonra o, baxçanın müdirəsi işləyən Şahid2 zəntg vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş, daha sonra isə o, baxçanın arxa tərəfindən keçib çöldə olan kombi aparatına baxanda görmüşdür ki, baxçanın arxa tərəfində olan qapıdakı qıfıl sındırılıb. Ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər baxçanın arxa tərəfində yerləşən dəmir qapıda olan qıfılı sındıraraq içəri daxil olmuş və baxçanın həyətində olan “SİME” markalı kombi aparatını oğurlamışlar. Bir neçə dəqiqə keçəndən sonra baxçanın müdirəsi Şahid2 baxçaya gəlmiş və dərhal Təhsili Nazirliyinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə, yəni 201 saylı uşaq baxçasına polis əməkdaşları gəldilər və hadisə yerini müayinə etmişlər. Sorğu zamanı Şahid3 göstərmişdir ki, o, baxçadan çıxan zaman baxçanın bütün qapılarını bağlamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini, Təqsirləndirilən şəxs2 isə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini zamanı isə məhkəmə qeyd edir ki, iş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-53/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 aprel 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş digər bir cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Həmin hökmə əsasən o, uşağı üçün aliment məbləğinin tutulmasına dair qətnaməni qərəzli olaraq icra etmədiyi üçün CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin hökmdə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşqdıran halların olmaması müəyyən edilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan əməlləri 2022-ci ilin mart ayında törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 hazırkı cinayəti əvvəlki hökm olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il hökmü çıxarılmazdan əvvəl, həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməllərini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilənləri Təqsirləndirilən şəxs2 şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır, məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də Təqsirləndirilən şəxs2 daha ciddi cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə hər üç təqsirləndirilən şəxslərin əməllərini etiraf etmələrini, peşman olmalarını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin onlardan şikayət və tələblərinin olmamasını, onlarla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslərdə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs3 barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 ay 25 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay 10 gün (bir il altı ay on gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 ay 21 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 06 ay 18 gün (iki il altı ay on səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X6 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X1 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X8 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-314/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-314/2022
02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver