Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-315/2022 13.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Abşeron rayonu, H.Əliyev prospektində yerləşən RPŞ qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, o, 14 mart 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu,V.Əliyev küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,924 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək əynində olan göy rəngli şalvarının sağ arxa cibində saxlamaqla daşımış və 14 mart 2022-ci il tarixdə saat 16:40 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin və Yasamal RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarının sağ arxa cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,924 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır.Narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 2015-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs olunduğunu və 2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxdığını bildirmişdir.Mahiyyəti üzrə bildirmişdir ki, narkotik maddələrin aludəçisi olduğu üçün, 14. mart 2022-ci il tarixdə saat 10-11 radələrində Bakı şəhəri Yasamal rayonu, Vasif Əliyev küçəsində tək olaraq sərbəst gəzən zaman yerdə bir ədəd ağ kağıza bükülmüş bükülünü görüb götürdüyünü və içərisini açdıqda görmüşdür ki, narkotik vasitə olan heroin var və ağrıları olduğuna görə istifadə etməyi üçün əynində olan göy rəngli cins şalvarın arxa sağ cibinə qoyduğunu və həmin günü saat 16:40 radələrində ünvan 3 ünvanında küçədə tək olaraq gedərkən, mülki geyimli iki nəfər şəxsin ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək harada yaşadığını soruşduqlarını və eyni zamanda üzərində şəxsiyyət vəsiqəsinin olubolmamasını soruşduqlarını, həmin vaxtı şəxsiyyətini təsdiq edən sənədinin üzərində olmadığını bildirdiyini, polis əməkdaşlarının ondan narkotik vasitə qəbul edib-etməməsini soruşduqlarını, o, bədənində ağrılar olduğu üçün qəbul etdiyini və hazırda da üzərində narkotik vasitə olduğunu bildirmişdir,Həmin vaxtı polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməyini təklif etdiklərini, o, da polis əməkdaşlarının qanuni tələbini yerinə yetirərək onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəldikdən sonra, şöbədə xidməti otaqların birinə daxil olduqlarını və polis əməkdaşlarının hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etdiklərini və onların iştitarkı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində olan hər hansı qanunsuz əşyaların könüllü surətdə təqdim olunmasını təklif edilldiyini bildirmişdir.O, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində saxladığı bir ədəd ağ kağıza bükülmüş bükülünü çıxararaq polis işçilərinə könüllü təqdim etdiyini bildirmişdir.Həmin narkotik vasitə heroinin müdafiəçi və iştirakçıların iştirakı ilə qablaşdırılaraq DİN-nin 169 saylı möhürü ilə möhürləndiyini bildirmişdir.Bu barədə protokol tərtib olunduğunu müdafiəçi və iştirakçılar tərəfindən düzgünlüyü imzalarla təsdiqləndiyini bildirmişdir. O, hal-hazırda narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir.O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və ondan sonrakı müddət ərzində heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Yasamal RPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində işləyir. Yasamal RPİ-nin 29-cu PŞ-nə X5 xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək həmin gün saat 11 radələrində naməlum şəxsin yaşadığı ünvan 4 ünvanına gələrək kirayə məzil axtardığını soruşduğunu yaşadığı evi kirayə vermədiyini dedikdə içməyə su istədyini su gətirmək üçün mətbəxə getdikdə həmin şəxsin onun evdə tək olmasından istifadə edib onu arxadan itələyib yerə yıxmış, ağzından tutub boğmağa başlamış və bədənin müxtəlif nahiyyələrinə vurub ağzındaki 500 manat dəyərində 5 ədəd qızıl protez dişini və barmağındakı 700 manat dəyərində qızıl üzüyünü barmağından çıxırıb getidiyni bildirmişdir. Baş vermiş hadisəni törətmiş naməlum şəxsi müəyyən etmək üçün məqsədi ilə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə bərabər xx.xx.2022-ci il tarixdə saat 16:40 dəqiqədə ünvan 5 ünvanın yaxınlığında xidmət apararkən bir nəfər şəxsin hərəkətləri onlarda şübhə doğurmuşdur. Onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib həmin şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişdir. Lakin həmin şəxs özünü 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi özünü təqdim etmişdir. Onlar həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edtiklərini şöbədə olan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir.Yasamal RPİ-nin 29-cu PŞ-nə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üstünə qoysun bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ arxa cibindən bir ədəd ağ rəngli kağızı bükülmüş tünd qəhvəyi rəngli toz şəkilli olan maddəni masanın üzərinə qoyduğunu və bundan sonra üzərinə baxış keçirildikdə digər qanunsuz əşya və maddələr aşkar olunmadığını bildirmişdir. İlkin sorğu zamanı bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və onu xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı ünvan 6 ünvanın yaxnlığında piyada yolla gedən zaman yolun kənarından tapdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edildiyini və çəkiliş aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən haradan əldə etdiyini bildirmədiyini bircə o, narkotik vasitəni yaşadığı ünvan 7 ünvanın yaxnlığında piyada yolla gedən zaman yolun kənarından tapıb ağrıları olduğu üçün üzərində saxlayıb ki, istifadə etsin. Ona görə də bu barədə protokola qeyd olunduğunu bildirmişdir.Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın daxil olmadığını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 16-cü vərəqəsində olan 14 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 73-77-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 mart 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 131-133-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni 29 iyun 2022-ci il tarixdək uzadılmışdır. Cinayət işinin 36-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2022-ci il tarixli 6/1478 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şüphəli şəxs (imza) ... Təqsirləndirilən şəxs ...”, vəkil Müdafiəçi imza, Yasamal RPİ-nin CA üzrə inspektoru E.Əhmədov-imza, Yasamal RPİ-nin 29-cu PŞ-nin ə/m Şahid1-imza,tərtib etdi:təh.E.Məmmədov-imza yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.924 qram olan qəhvəyi rəngli,tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 92 manat təşkil etmişdir. Cinayət işinin 107-112-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 24 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,874 qram narkotik vasitə olan heroin və 01 ədəd DVD diski maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, DVD diski isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X2 ekspert komissiyasının 24 may 2022-ci il tarixli, 2747 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Cinayət işinin 93-101-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və müvafiq məhkəm hökümünün sürətindən görünür ki, Quliyev X7 rayon məhkəməsi tərəfindən 20 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 05 il 02 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2020-ci il tarixli Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 02 ay 02 gün müddətində vaxtından əvvəl şərti azad olunub. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatıb. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 14 mart 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis bölməsinin və RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının, 22 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının arxa sağ cibindən içərisində heroin olan bir ədəd ağ rəngli kağız bükümü çıxararaq təqdim etmiş və narkotik vasitə heroini şəxsi istifadəsi üçün 14 mart 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsində yerdən tapmasını və üzərində daşımasını göstərmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülərlə, digər iş materialları ilə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Quliyev X7 rayon məhkəməsi tərəfindən 20 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 05 il 02 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2020-ci il tarixli Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 02 ay 02 gün müddətində vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza isə müddəti başa çatmışdır. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 mart 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 24 may 2022-ci il tarixli, 2747 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,874 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 92 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili N.N.Rəhmanovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili N.N.Rəhmanovaya məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,874 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-315/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-315/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver