Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-315/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış (məhkum edilmiş), sonradan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin cəza 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə CM 69.3-cü maddəsinə əsasən onun üzərində cəza çəkməsi üçün qəti olaraq 02 il 01 ay 20 gün maddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 238.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımış və yaşadığı evdə narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil etməklə saxlamışdır. Belə ki, o, 09 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş təmiz çəkisi 0,176 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manata əldə edib üzərində saxlamaqla daşıyıb yaşadığı ünvan 3 ünvana gətirmiş, 09 sentyabr 2022-ci il tarixdə saat 15:45-də narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilindiyi üçün Yasamal RPİ-nin NMB-nin və Yasamal RPİ-nin 27-cı Polis Bölməsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 3 ünvanın həyətində saxlanılmış, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməklə saxladığı həmin evə baxış keçirilən zaman evində bu məqsədlər üçün, yəni narkotik vasitə və psixotrop maddə qəbul etmələrinə icazə verdiyi həmin mənzilin qonaq otağında toplanmış tanışları X13, X19 və Şahid4 müəyyən edilmiş, eləcə də masanın üzərində narkotik və psixotrop maddələrin istehlakı üçün nəzərdə tutulmuş ona məxsus bir ədəd şpris aşkar edilərək götürülmüş, daha sonra o, sonuncularla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş təmiz çəkisi 0,176 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1 və 238.1-ci maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, Cinayət Məcəlləsinin CM-nin 238.1-ci maddəsi ilə isə təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında daimi qeydiyyatda olsa da daimi yaşayış yeri yoxdur.Uzun illər əvvəllər ünvan 5 ünvanında yaşamışdır. Yura adlı şəxsi də həmin vaxtlardan tanımışdır. ünvan 6 ünvanından köçdükdən sonra mütəmadi olaraq Yura adlı şəxsin yaşadığı ünvan 7 ünvanına qonaq gəlmiş, spirtli içki qəbul edib söhbət etmişlər. Təxminən 1 ildir ki, narkotik vasitələrin istifadə ilə məşğul olur. Təxminən bir ay yarımdır ki, narkotik vasitə qəbul etmək üçün ünvan 7 ünvanına gəlmiş, öz tanışları Şahid5a, Şahid4 və Səbinə Əlipaşayeva ilə birgə həmin evdə narkotik vasitə qəbul etmişlər. 09 sentyabr 2022-ci il tarixdə saat 15:45 radələrində həmin evdən çıxan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat əsasında gəldiklərini bildirmiş və evə baxış keçirmək istədiklərini bildirmişdər. O, buna etiraz etməmiş və evə baxış keçirildikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsində iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, ünvan 7 ünvanı onun uzun müddətdir tanıdığı Yuriy adlı şəxsə məxsusdur, o narkotik vasitə istifadə etməkdən ötəri həmin evə sərbəst gəlib getmək imkanına malik olmuşdur, öz tanışları olan Şahid5a, Şahid4 və Şəbinə Əlipaşayeva onunla birgə həmin evdə narkotik vasitə qəbul etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin CM-nin 238.1-ci maddəsi ilə ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş həmin ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək (Şahid5aya, Səyavuş Aslanova və Səbinə Əlipaşayevaya sözügedən evdə narkotik vasitə qəbul etmələrinə şərait yaratmışdır) cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin CM-nin 238.1-ci maddəsi ilə cinayət əməlini etiraf edərək göstərmişdir ki, “Təxminən bir ay yarımdır ki, narkotik vasitə qəbul etmək üçün ünvan 7 ünvanına gəlmişdir və tanışları olan Şahid5aya, Şahid4 və Şəbinə Əlipaşayevaya da həmin evdə narkotik vasitə qəbul etmələrinə şərait yaratmışdır. Eyni zamanda dindirmə protokolunda Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2a yaşaması öz əksini tapmışdır. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, şahidlərin ifadələrini, hadisə yerində aparılan videoçəkilişin görüntülər, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil etməklə saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal rayon polis idarəsinin 27-ci Polis bölməsinin əməliyyat müvəkkili X27 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli şəxslərin olması barədə Yasamal rayon polis idarəsinin 27-ci PB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və həmin ünvanda olan şəxslərin cinayət başında ifşa etmək məqsədi ilə 09 sentyabr 2022-ci il tarixdə o, 27- ci PB-nin sahə inspektoru Şahid2 və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 15:45 radələrində ünvan 9 ünvanda özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs qarşılamış və özlərini təqdim edərək yaşadığı mənzilə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs onların həmin mənzilə baxış keçirilməsinə etiraz etməmişdir və onları mənzilə dəvət etmişdir. Həmin mənzilə daxil olduqda orada 3 nəfər şəxsin, yəni sonradan Şahid4, X19 və X13 müəyyən olunmuş və həmin şəxslərə özlərini təqdim edib polis əməkdaşları olduqlarını, mənzildə narkotik vasitələrin qəbul edilməsi barədə əməliyyat məlumatının olduğunu bildirmişlər. Şahid4 oglu, X19 və X3 zamanı Təqsirləndirilən şəxs tanışları olduqlarını, narkotik vasitə istifadəçiləri olduqlarını və hazırki evdə birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Mənzilə baxış zamanı evin 1 otaqlı olması, otaqda əşyaların dağınıq, səliqəsiz vəziyyətdə olması, otaqdakı masanın üzərində istifadə edilməmiş 1 ədəd iynə (şpris) müəyyən edilmişdir. Mənzilə baxış zamanı iş üzərə əhəmiyyət kəsb edən əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid4, X19 və X2 RPİ-nin 27-ci PB-nə dəvət olunmuşlar. Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxslər Təqsirləndirilən şəxs, Şahid4, X10 və X6 hər birinə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslərin hər birini bu qərarla tanış edərək hansı səbəbə PB-yə gətirildikləri, üzərlərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən nakrotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş,yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri təqdim etməsi təklif cdilmişdir. Əvvəlcə şübhəli şəxs X11 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, bir ildir ki, narkotik vasitələrdən istifadə edir, hal hazırda da üzərində narkotik vasitə vardır, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüş rəngli kağızma bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim elmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin “kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında Nəsimi rayonu “Kubinka” deyilən ərazindən üzdən tanıdığı lakin anket məlumatlarını bilmədyi şəxsdən əldə edərək istifadə elmək üçün şalvarının cibində saxlamışdır. Bundan sonra şübhəli şəxs Şahid4 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş və Şahid4 bildirmişdir ki, o da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə vardır, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şahid4 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Şahid4 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin “kokos” deyilən heroin olduğunu bildirmişdir. Daha sonra şübhəli şəxs X6 üzərinə şəxsi “axtarış və götürmə hərəkəti keçirildi və Şəbinə Əlipaşayeva bildirmişdir ki, o da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə vardır, əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülünü çıxarıb təqdim etmişdir. Səbinə Əlipaşayeva təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Şəbinə Əlipaşayeva üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin narkotik vasitə “kokos” deyilən heroindir. Daha sonra şübhəli şəxs X10 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş və Nənnin Əliyeva bildirmişdir ki, o da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə vardır, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızııa bükülmüş bükülünü təqdim etmişdir. Şahid5anın təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Şahid5anın üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilmiş və Şahid5a bildirdi ki. təqdim eldiyi bükülünün içərisindəki maddə “kokos” deyilən heroindir. Şəxsi axtarış və götürmə zamanı saxlanılan şəxslərin hər birinə yaşadıqları ünvan və nə üçün Yura adlı şəxsə məxsus evdə olduqları soruşulduqda onlar hər biri ayrı-ayrı ünvanlarda yaşadıqlarını və Təqsirləndirilən şəxs tanışı Yura adlı şəxsə məxsus evə tanışları Təqsirləndirilən şəxs yanına gəldiklərini, Eltonun tanışı Yura adlı şəxsin evində birlikdə narkotik maddə istifadə etdiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməklaşı Şahid1 və Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşı Şahid2 eyni məzmunlu ifadələr verərək iş üzrə şahid X16 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il yarımdır ki, tanıyır və təxminən 10 ilə yaxındır ki, narkotik vasitə qəbul edir. 10-15 gündür tanışı Təqsirləndirilən şəxs və onun dostları ilə birlikdə ünvan 10 ünvanına toplaşıb narkotik vasitə qəbul etmişlər. 09 sentyabr 2022-ci il tarixdə saat 15:45 radələıində həmin evdə olan zaman polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə evə daxil olub onun razılığı ilə baxş keçirmişlər. Evə baxış keçirildikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri ona izah edilmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, sözügedən evə Eltonun dəvəti ilə getmişdir və digər orada olan şəxslərlə birgə narkotik vasitədən istifadə etmişlər.Həmin evdə narkotik vasitədən istifadə etmələrinə Elton şərait yaratmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 məhkəmə iclasında elan olunmuş ifadəsindən və qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)207/2023 saylı hökmündə qeyd edilmiş S.Əlipaşayevanın ifadəsindən görünür ki, o, tanışı Təqsirləndirilən şəxs və onun dostları ilə birlikdə ünvan 7 ünvanına toplaşıb narkotik vasitə qəbul etmişlər. Təqsirləndirilən şəxs bunun üçün onlara şərait yaratmışdır. 09 sentyabr 2022-ci il tarixdə saat 15:45 radələıində həmin evdə olan zaman polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə evə daxil olub onun razılığı ilə baxış keçirmişlər. Evə baxış keçirildikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. (cild.2. i.v. 11-14) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən və qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)298/2023 saylı hökmündə qeyd edilmiş Şahid4 ifadəsindən görünür ki, o, narkotik vasitələrin qəbulu ilə məşğuldur. 10-15 gündür tanışı Təqsirləndirilən şəxs və onun dostları ilə birlikdə ünvan 10 ünvanına toplaşıb narkotik vasitə qəbul etmişlər. 09 sentyabr 2022-ci il tarixdə saal 15:45 radələrində həmin evdə oları zaman polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə evə daxil olub onun razılığı ilə baxş keçirmişlər. Evə baxış keçirildikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət elmişlər. Polis bölməsində iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. (cild.1. i.v. 241-244) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 Vitalycviçin məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Yasamal rayonu Cabbar Qarayagdıoglu küçəsi 1 ünvanında yaşayır. Həmin mənzil ona məxsusdur, daimi olaraq heç bir yerdə işləmir, arada bir iş olanda fəhləçilik etmişdir. Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxındır ki, tanıyır, yaxşı münasibətləri olmuşdur. Elton arada bir onun yaşadığı ünvana tək qonaq gəlmişdir. 2022-ci ilin sentyabr ayında Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində dəniz qırağında fəhlə işi tapmış, elə razılaşmışdır ki, işlədiyi yerdə də qalsın. Həmin ərəfədə Elton onun yaşadığı evə qonaq gəlmiş və qalmağa yerinin olmadığını demiş, o da Eltona demişdir ki, iş tapmış, təxminən 1 ay evdə olmayacaq, əgər qalmaq istəyirsə onun evində qalıb evə nəzarət etsin. Bundan sonra o, evinin açarlarını Eltona verib Nardaran qəsəbəsinə işləməyə getmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının sonlarında özünə məxsus mənzilə gəldikdə görmüşdür ki, yaşadığı evin qapısı açıqdır və qonşulardan maraqlandıqda öyrənmişdir ki, Eltonu və tanımadığı 3 nəfər şəxsi narkotik vasitələrin istifadəsinə görə polislər tutmuşlar. Eltonun spirtli içki qəbul etdiyini bilmiş, lakin narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Eltonla tutulan şəxsləri heç vaxt tanımamışdır, onlarla heç bir münasibəti olmamışdır. O, Eltona evini təhvil verəndə razılaşmışlar ki, o, evdə tək qalacaq və evinə heç kimi gətirmiyəcəkdir. Onun Eltonun tiryəkxana təşkil etməsindən məlumatı olmamış, belə hal baş verəcəyini bilsə idi Eltona heç vaxt evini qalmaq üçün verməzdir. (cild.2. i.v. 183-184) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Mənzilə baxış keçirilməsi və götürülməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, “tiryəkxana təşkil etməsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında müəyyən edilərək onun razılığı əsasında yaşadığı ünvan 12 ünvanına baxış keçirilmişdir”. (cild.1. i.v. 25-26) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və görüntülərdən müəyyən olunur ki, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X28 özünü Təqsirləndirilən şəxs təqdim edərək ona bildirir ki, mənzilinə baxış keçirmək üçün yaxınlaşmışlar. Təhqiqtçı Təqsirləndirilən şəxs siz bu mənzildə yaşayırsız deyə soruşduqda, bu mənzildə yaşamıram, narkotik vasitədən istifadə etmək üçün burada yığışırıq deyə cavab verir. X1 yanında 3 nəfər polis vardır. Mənzilə daxil olmadan onlara özlərini təqdim etməsini xahiş edir. Qrupun rəhbəri- Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X27, qrupun üzvləri isə NMB-nin э/m polis baş leytenantı Şahid1, və 27-ci PB-nin s/i, polis leytenantı Şahid2 idi. Mənzilə daxil olduqda orada daha üç nəfər vardı. Onlardan biri Şahid4, X19 və X7r. X21 mənzilə baxış keçirərkən, masanın üzərində narkotik vasitələrin istifadəsi üçün müxtəlif əşyalar olduğunu bildirir və masanın üzərindən bir ədəd içi boş şpris tapır. Mənzildə başqa qanunsuz hər hansı bir əşya aşkar olunmadı. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 9 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən o, şübhəli şəxs qismində tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 2, İ/V 37). “Şəxsi axtarış və götürmə” aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibinədən 01 ədəd gümüşü rəngli kağız bükümdə içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (1-ci cild, İ/V 38-40) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış keçirilən zaman müəyyən olunmuşdur ki, görüntülərdə süni şəkildə işıqlandırılmış xidməti otaq müşahidə olunur ki, həmin xidməti otaqda toplanmış materiallara əsasən Yasamal RPİ-nin 27-cı PB-nin inzibati binasında yerləşən xidməti otaqlardan biridir. Xidməti otaqda masanın arxasında əyləşən xidməti qeyimdə olan təhqiqatçının sol tərəfində (noutbukda baxış dərəcəsinə görə) xidməti geyimdə olan YYÇ üzrə inspektor, polis polkovnik-leytenantı X20 və üç nəfər- Yasamal RPİ-nin NMB-nin ə/m. polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin 27-ci PB-nin ə/m,polis kapitanı İrfan Gərayzadə, Yasamal RPİ-nin 27-ci PB-nin s/i, polis leytenantı Şahid2 əyləşməsi müşahidə olunur, təhqiqatçının sağ tərəfində əyləşən 22 saylı Vəkil Bürosunun vəkilləri- X4, X12, X23 və X8 əyləşdiyi görünür. Onların arasında isə şübhəli şəxslər- Təqsirləndirilən şəxs, Şahid4, X5 və X10 əyləşdiyi müşahidə olunur. Görüntünün davamında xidməti geyimdə olan polis zabiti Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin 27-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X28 tərəfindən şübhəli şəxslərə, müdafiəçiləri Rasim Almuradovu, Ruslan Salmanovu, Eldar Qədimini və Nizami Canıyevi təqdim edilməsi, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutuları hüquq və vəzifələrinin izah edilməsi, Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinə əsasən şəxsi axtarış və götürmə aparılmasının əsaslarının izah olunması və təhqiqatçı tərəfində onların üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunması müşahidə olunur. Görüntünün davamında şübhəli şəxs Təqsirləndirilən şəxs əlini əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə aparması və ordan 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə olan “Kakos” deyilən narkotik vasitə heroini çıxararaq təhqiqatçıya təqdim etməsi, həmin bükümün təhqiqatçı tərəfindən xidməti masanın üzərində açılaraq kütlənin aşkar olunması, bu barədə Təqsirləndirilən şəxs şifahi izahat verərək həmin küllənin heroin olması və həmin gün yəni 09 sentyabr 2022-ci il axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən ümumilikdə 15 manata 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş heroin aldığını bildirilməsi, daha sonra isə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin davam etdirilməsi, şübhəli şəxsin üzərindən başqa heç bir əşyanın aşkar olunmaması və son görüntülərdə isə bir neçə dəqiqə əvvəl Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 01 ədəd bükümü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılması müşahidə olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikasının CM-nin 234.1 və 238.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (1-ci cild, İ/V 48-50) Məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli 6/5061nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs təqdim eldiyi..”, sözləri, olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (qalıq 0,126qr). Heroin 2005-ci il 28 iyun tarixli Azər bacan Respublikasının qanunu ilə təsliq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxildir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (1-ci cild, İ/V 159- 161) Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X39 verdiyi xx.xx.2022-ci il tarixli 6232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (2-ci cild, İ/V 94-95) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxli hökmü əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirili bilinib 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (2-ci cild, İ/V 69-70) Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirili binərək 01 (bir) il azadlıqdan məhrum elmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat dövründə tutulduğu 2 gün müddəd CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla çıxılmaqla onun üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (2-ci cild, İ/V 86-88) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)2333/2022-saylı qərarından görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxli hökmü ilə müəyən edilmiş həmin cəza 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə CM 69.3-cü maddəsinə əsasən onun üzərində cəza çəkməsi üçün qəti olaraq 02 il 01 ay 20 gün maddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (2-ci cild, İ/V 141-147) “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və eyni zamanda cinayət işinin icraatının dayandırılması haqqında” 09 mart 2023-cü il tarixli qərardan görünür ki, X11 barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. (2-ci cild, İ/V 167-169) “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 may 2023-cü il tarixli qərardan görünür ki, 01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlmiş və həmin tarixdə iş üzrə icraat təzələnmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (2-ci cild, İ/V 170, 179-180) “Sübutların qiymətləndirilməsi haqqında” 3 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.176 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0.126 qram çəkidə narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Bundan əlavə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (2-ci cild, İ/V 185-195). Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-315/2023 saylı, xx.xx.2023 tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal RPİ-dən daxil olan xx.xx.2023-cü il tarixli, 53-2/2-8716 saylı sorğuya cavab məktubundan görünür ki, 10 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-4876/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3657/24-1/17 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103) 2333/2022 saylı, xx.xx.2022-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cı maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasıya İdarəsində qeydiyyata alınmışdır. Məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2023-cıi il tarixdən xx.xx.2023-cü İİ tarixə kimi 02 ay 05 gün müddət ərzində icra edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 15 gün təşkil edir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-207/2023 saylı, xx.xx.2023 tarixli hökmündən görünür ki, hazırki cinayət işi üzrə şahid X14 CM-nin 177.2.1-ci və 234.1-ci maddələrilə təqsirli bilinərək ona qəti olaraq 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-298/2023 saylı, xx.xx.2023 tarixli hökmündən görünür ki, hazırki cinayət işi üzrə Şahid4 CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək ona qəti olaraq 01 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması və yaşadığı evdə narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil etməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 1(103)-2333/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək həbsdə oluğu, Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 1(103)- 2333/2022 saylı qərarı ilə onun həbsdə saxlanıldığı müddət kimi müəyyən etdiyi 2 ay 05 gün müddəti (xx.xx.2022-xx.xx.2022-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan müddət) eyni zamana həmin qərarla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək çəkdiyi həmin cəza müddəti Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 ay 03 günə bərabər tutularaq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,126 qram narkotik vasitə olan heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçinın vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(004)- 315/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 45 (qırx beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçinın vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla X24 2 il 6 ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 1(103)-2333/2022 saylı qərarı ilə X18 təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən taplanılmaqla qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. X15 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək həbsdə oluğu, Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 1(103)-2333/2022 saylı qərarı ilə X15 həbsdə saxlanıldığı müddət kimi müəyyən etdiyi 2 (iki) ay 05 gün müddəti (xx.xx.2022-xx.xx.2022ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan müddət) və həmin qərar əsasında təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək çəkdiyi həmin cəza müddəti Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 ay 03 (üç) günə bərabər tutularaq ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 07 ay 12 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 10 iyul 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,126 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-315/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-315/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver