Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-316/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1948-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" MTK-da icraçı direktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 3166-cı məhəllədə yerləşən Melissa Park yaşayış kompleksinin ərazisində icraçı direktoru olduğu "xxxx" MTK-ya məxsus olmaqla inşaatı aparılan, hadisə zamanı hazırlıq və sınaq mərhələsində olan beton istehsalı qurğusu sahəsində sınaq işlərinə rəhbərlik etdiyi və sair işləri həyata keçirdiyi zaman “Konveyerlər. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.022-80 DÜİST-nin (dövlət standartının) 3.1 bəndinə, “Tikinti materialları sənayesində texniki təhlükəsizlik və istehsalat sanitariya qaydaları”-nın 13.21, 3.9 bəndlərinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarf’-nın 12-ci bəndinin, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər”, 12.0.004-79 saylı DÜST-nin 2.5.,3.10 bəndlərinin və “Lentvari koveyerlərin istismarı zamanı təhlükəsizlik texnikasına dair təlimat”-nın 1,2,3,5 bəndlərinin tələblərinə əsasən konveyerlərinin hərəkətdə olan hissələrinin (intiqallı, dartıcı və istiqaməti dəyişən barabanlar, dartıcı qurğular, qayışlı və digər intiqallar, diyircəklər, muftalar və sairə) qoruyucu örtüklə örtülməli, qoruyucu örtüklər açıldıqda, konveyerlərin avtomatik olaraq onu hərəkətə gətirən mühərrikin (intiqalın) dayandırılmasına gətirə bilən mexanizm (blokirovka) ilə təmin olunmalı, təhlükə mənbəyi sayılan istehsalat avadanlığının hərəkətdə olan hissələrinin bütöv və yaxud torlu örtüklərlə çəpərlənməli, fəhlələrin əməyinin təhlükəsizlik metod və üsulları, mühəndis-texniki işçilərin isə əməyin qanunvericiliyi, standart, norm və qaydaları üzrə biliklərin yoxlanmasının nəticələri protokolla rəsmiləşdirməli, iş yerində sağlam və təhlükəsiz şərait yaradılmalı, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli, işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət edilməsinə nəzarət etməli olduğu halda beton istehsalı qurğusunun lentli konveyerinin başlığında olan dartıcı barabanın açıq kənarları müvafiq qoruyucu örtüklə örtülmədiyinə və həmin qurğuda (konkret olaraq lentli konveyerdə) peşə hazırlığı keçməmiş və bilikləri yoxlanılmamış zərərçəkmiş fəhlə Zərərçəkmiş şəxs sərbəst işləməsinə icazə verdiyinə görə 06 mart 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs beton istehsalı qurğusunun sınağı zamanı qurğunun elevator hissəsinə düşmüş daşı götürmək istəyərkən üzərində olan iş paltarının sağ qolunun işlək vəziyyətdə olan dartıcı barabana ilişməsi və sağ qolunun bütöv halda barabana dolanaraq sağ yuxarı ətrafın bazu oynağı səviyyəsində cərrahi amputasiyası ilə nəticələnməsi, sağ bazu nahiyəsinin damar-sinir dəstəsinin, bütün əzələ qrupunun defekti ilə tam yaralanması və sağ bazu sümüyünün yuxarı 1/3-nün açıq qəlpəli sınığı kimi xəsarətlər alması nəticəsində ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə ehtiva olunan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2008-ci ildən bu günə kimi "xxxx" MTK-da icraçı direktor vəzifəsində işləyir. Gördükləri işlər tikinti ilə əlaqədar olmuşdur. 2020-ci ildən etibarən beton istehsal etmək üçün "xxxx" MTK zavod inşa etmiş, qurğular hazırlamaq qərarına gəlinmişdir. Həmin zavod vasitəsilə beton istehsal olunması planlaşdırılırdı, lakin zavod hələ fəaliyyətə başlamamışdı. 2021-ci ilin mart ayında Şahid1 zavodda yerləşdirilən qurğuların sınaq üçün hazır olduğunu bildirdi. Eyni zamanda, bildirdi ki, ərazi təmizlənməlidir, fəhlə lazımdır. "xxxx" MTK adından Şahid3 ilə podrat müqavilələri var idi. Həmin müqaviləyə əsasən o, Bayrama zəng edərək 2 fəhləni zavodda təmizlik işlərini görməyə göndərməsini istəmişdir. Bundan sonra eşitmişdir ki, zavod ərazisində Zərərçəkmiş şəxs xəsarət almışdır. Zərərçəkmiş şəxs beton hazırlama qurğusunda təcrübəsi olmadığından, onun həmin qurğuda işləmək üçün biliklərinin olub-olmaması isə onun tərəfindən yoxlanılmadığından, sadəcə Şahid1 tərəfindən şifahi məlumatlandırılsa da, Zərərçəkmiş şəxs həmin qurğunun işləməmə mexanizmini bilmədiyindən belə bir hadisə baş vermişdir. Bu cür hadisənin baş verməsini istəməzdi, lakin ehtiyatsızlıqdan belə bir hadisə baş vermişdir. Gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin onunla barışdığını, zərərçəkmiş şəxsə dəymiş bütün ziyanları tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən etibarən "xxxx" MTK tərəfindən Melissa Park yaşayış kompleksində tikilməkdə olan binada fəhlə kimi işə başlamışdır. Gördüyü işlər qum daşımaq, zavod ərazisini təmizləməkdən ibarət olmuşdur. 06 mart 2021-ci il tarixdə Şahid3 onu və digər fəhlə yoldaşı Şahid2 beton-zavod ərazisini təmizləmək üçün yollamışdı. Həmin zavoda ikinci dəfə idi gedirmişlər. Onlara Şahid1 tərəfindən ərazidəki zibilləri təmizləmək, küləyin gətirdiyi qumları yığışdırmaq tapşırılmışdı. O, avadanlıq işə salınan zaman görmüşdür ki, daş ilişir və avadanlığı zədələyir. Buna görə də əyilib daşı götürmək istəmişdir. Bu zaman paltarı qurğuya ilişmiş və qoluna zərər vurmuşdur. Bundan başqa, Şahid1 onları qurğulara toxunmamaq barədə təlimatlandırmışdı. O, bütün tapşırıqları Bayram müəllimdən almışdır. Təqsirləndirilən şəxs və "xxxx" MTK tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Hər hansı şikayət və ya tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır, onun bağışlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o "xxxx" MTK ilə aralarında bağlanmış podrat müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Beton-zavod ərazisində aparılan təmizləmə işlərinə rəhbərlik etmişdir. Lazım olduqda Təqsirləndirilən şəxs göstərişi əsasında fəhlə göndərmişdir. Zavod ərazisində zibilliyin yığışdırılması üçün həmin gün onlar fəhlə istəmişlər. O da Namiq və Nahidi göndərmişdir. Bir müddət keçəndən sonra xəbər eşitmişdir ki, zavodun ərazisində hadisə baş vermişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs Heydər oğlunun sağlamlığına ağır zərər dəymişdir. O, hadisə yerindən kənarda olduğundan çata bilməmişdir. Məlumat verilmişdir ki, artıq xəstəxanadadırlar. O, xəstəxanaya yaxınlaşaraq bütün proseslərdə iştirak etmiş və lazımi köməklik göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MTK-da operator vəzifəsində işləyir. Vəzifəsi əsasən qurğuları işə salmaqdan, onlara nəzarət etməkdən ibarət olmuşdur. 06 mart 2021-ci il tarixdə ikinci dəfə beton zavodda sınaq işləri aparılmalı idi. O, zavodun ərazisinin təmizlənməli olduğunu gördüyü üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq fəhlə göndərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və Şahid2 onun yanına göndərmişlər. O, onları qurğulara toxunmamaları barəsində xəbərdar etmiş və təlimatlandırmışdır. Onlar ərazidə yığılan zibilləri təmizlədikləri zaman o, operator otağına keçərək qurğulardan birini işə salmışdır. 2-3 dəqiqə keçmişdi ki, səs eşitmiş, dərhal aşağı düşmüş və Namiqin qurğuya ilişən daşı götürmək üçün əyildikdə xəsarət aldığını müəyyən etmişdir. Dərhal onu xəstəxanaya çatdırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MTK-da Zərərçəkmiş şəxs ilə birlikdə fəhlə işləyir. Rəhbəri Şahid3dur. Onun tapşırığı əsasında Beton zavodda qurğuların sınaqdan keçirləcəyi ərazidə təmizlik işləri görülməsindən ötrü həmin əraziyə göndərilmişlər. Şahid1 həmin ərazidə onları təlimatlandırmış və qurğulara əl vurmamaqları ilə bağlı onlara məlumat vermişdir. Namiqlə bir yerdə işləyirmişlər. O, Zərərçəkmiş şəxs uzaq məsafədə olmuş, birdən səsləri eşitmiş və görmüşdür ki, Namiq xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmətibbi ekspertiza və X1” X3 Yasamal rayon şöbəsinin 07.04.2021-ci il tarixli, 265 №- li məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sağ yuxarı ətrafın bazu oynağı səviyyəsində cərrahi amputasiyası ilə nəticələnmiş, sağ bazu nahiyəsinin damar-sinir dəstəsinin, bütün əzələ qrupunun defekti ilə tam yaralanması və sağ bazu sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli sınığı xəsarəti küt əşyanın təsirindən törənmişdir, belə ki, onun sağ bazu nahiyəsinin qərarın təsviri hissəsində qeyd olunduğu kimi, “Betonzavod” adlanan qurğunun diyirçəkli elevatorunun fırlanan ötürücü barabanının baş hissəsinə ilişməsi nəticəsində törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, 06.03.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar olan sağlamlığa Ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 07.07.2021-ci tarixli 10/2157 saylı məhkəmə-təhlükəsizliktexnikası ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, hadisə baş verdiyi Bakı şəhəri, Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda yerləşən “Melissa Park” yaşayış kompleksinin ərazisində quraşdırılmış barabanın açıq kənarları müvafiq qoruyucu örtüklə örtülmədiyinə, həmin qurğuda (konkret olaraq rəngli konveyerdə) peşə hazırlığı keçməmiş və bilikləri yoxlanılmamış zərərçəkmiş fəhlə Zərərçəkmiş şəxs sərbəst işləməsinə icazə verildiyinə, eləcə də ona, paltarın qollarında manjetlərinin bağlanması nəzərdə tutulmuş xüsusi geyim verilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Konveyerlər. Ümumi təhlükəsizlik tələbləri” 12.2.022-80 DÜİST-nin (dövlət standartının) 3.1 bəndinin, “Tikinti materialları sənayesində texniki təhlükəsizlik və istehsalat sanitariya qaydalan”-nın (İ cild) 13.21, 3.9, 9.1 bəndlərinin, “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarının” 12-ci bəndinin, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər” 12.0.004-79 saylı DÜST-nin 2.5, 3.10 bəndlərinin, “Xüsusi geyim, xüsusi ayaqqabı və mühafizə vasitələrinin verilməsi, saxlanılması və istifadə olunması haqqında təlimatf’-nm 2, 3 bəndlərinin və “Lentvari konveyerlərin istismarı zamanı təhlükəsizlik texnikasına dair təlimat”-ının 1, 2, 3, 5 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir. Hadisə baş verdiyi Bakı şəhəri, Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda yerləşən “Melissa Park” yaşayış kompleksinin ərazisində quraşdırılmış “Beton Zavod” adlanan qurğunun lentli konveyerinin başlığında olan dartıcı barabanın açıq kənarları müvafiq qoruyucu örtüklə örtülmədiyinə və həmin qurğuda (konkret olaraq lentli konveyerdə) peşə hazırlığı keçməmiş və bilikləri yoxlanılmamış zərərçəkmiş fəhlə Zərərçəkmiş şəxs Bəhram oğlunun sərbəst işləməsinə icazə verildiyinə görə “Konveyerlər”. Ümumi təhlükəsizlik tələbləri” 12.2.022-80 DÜİST- nin (dövlət standartının) 3.1 bəndinin, “Tikinti materilalları sənayesində texniki təhlükəsizlik və istehsalat sanitariya qaydalan”-nın (1-ci cild) 13.21, 3.9 bəndlərinin Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili.Ümumi tələblər.” 12.0.004-79 saylı DÜST-nin 2.5, 3.10 bəndlərinin və “Lentvari konveyerlərin istismarı zamanı təhlükəsizlik texnikasına dair təlimatf’nın 1, 2, 3, 5 bəndlərinin tələbləri "xxxx" MTK-nın direktoru (icraçı direktoru) Təqsirləndirilən şəxs tərəfidən pozulmuşdur. Hadisənin baş vermə şəraitini, yəni zərərçəkmiş fəhlə Zərərçəkmiş şəxs Bəhram oğlu ilə “Beton Zavod” adlanan qurğuda işləməsinin tapşırıldığı halda, həmin qurğu üzrə peşə hazırlığı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalar üzrə biliklərin yoxlanılmasının keçirilmədiyini nəzərə aldıqda, onun tərəfindən baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 222.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də Cinayət Məcəlləsinin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də bununla bağlı heç bir tələbi olmayacağını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, ilk dəfə bu növ təsnifatdakı cinayəti törətməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, 73 yaşının olmasını, ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində 31.07.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə Probasiya Xidmətinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-316/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-316/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver