Məhkəmə qərarları › İş №1(004)-316/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-316/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-316/2023 26.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, xüsusi ittiham qadasında şikayət vermiş şəxs X13, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X6 və X2 müdafiəçiləri Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri X5 və X10 iştirakları ilə, X6 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X13 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət verdiyi şəxs, bacısı X1 Xoşqədəm Hidayət qızının aparıcısı olduğu, “ARB” telekanalında yayımlanan “Səni axtarıram” verilişində 2021, 2022-ci illərdə, bu ilin fevral-mart aylarında dəfələrlə iştirak edərək, onun barəsində böhtan xarakterli, yalan və həqiqətə uyğun olmayan, şərəf və ləyaqətinə toxunan, ictimaiyyətdə nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. Belə ki, sözü gedən verilişdə X14 onu qardaşı X17 qəsdən öldürməkdə, onun ölümündə iştirakda qəsdən təqsirləndirirək onu ittiham etmiş, onun ona qarşı yönəlmiş ittihamedici çıxışları Xoşqədəm Hidayət qızı tərəfindən dəfələrlə verilişdə yayınlaşmışdır. Halbuki, qardaşı X20 1996-cı ildə itkin düşdükdən 9 ay sonra, 1997-ci ilin əvvəllərində onun meyidi Rusiya hüquq-mühafizə orqanları tərəfindən aşkar olunaraq üzərində bacısı Ağakişiyeva Müşgünün telefon nömrəsi tapıldığı üçün ona məlumat verilmiş, bundan sonra ailə üzvlərinin istəyi ilə o, Rusiya Federasiyasına yola düşərək qardaşının meyidini Azərbaycana gətirmiş və dəfn edilmişdir. Qardaşını öldürən şəxs, 1961-ci il təvəllüdlü X16 Rusiya hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunaraq istintaqa cəlb edilmiş, adı çəkilən şəxs qardaşının və digər şəxslərin ölümündə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində ittihamedici hökm çıxarılmışdır. Həmin iş üzrə o, zərərçəkən şəxs qismində tanınmışdır. Ona görə də X9 cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ilə bağlı fikrini və şikayətçi olub-olmamağını öyrənmək üçün Rusiya Federasiyası Novqorod vilayəti Boroviç rayon məhkəməsi tərəfindən ona məktubla müraciət olunmuş, o, isə qardaşının qatilinin vaxtından əvvəl azad olunmasına qəti şəkildə etirazını bildirmişəm. Bu və ya qardaşı ilə bağlı digər bütün proseslər, qardaşının öldürülməsi, onun meyidinin tapılması, ölümü ilə bağlı istintaq və məhkəmə prosedurları barədə o, bacısı Ağakişiyeva Müşgünü və digər ailə üzvlərimi məlumatlandırmışdır. Lakin aradan uzun illər keçdikdən sonra ona məlum olmayan səbəblərdən bacısı televiziya ekranına dəfələrlə çıxaraq, onun qardaş qatili olduğunu, qardaşını qəsdən öldürdüyünü bildirərək ona böhtan atmış, bununla da onu cəmiyyət içində biabır etmiş, nüfuzuna xələl gətirmişdir. Əvvəllər o, bacısının hərəkətinə ciddi əhəmiyyət verməyərək, bacısı olduğu üçün ondan şikayət etməmişdir. Lakin artıq onun bu hərəkətləri mütəmadi xarakter aldığından, bütün qohumlar, onu tanıyan hər kəs bu mövzunu danışmağa başlamış, qatilin bəlli olaraq uzun illərdir cəzasını çəkməsinə baxmayaraq, bu məsələ onu tanıyan hər kəs içində onun nüfuzunu aşağı salmış, bacısı qərəzli olaraq onun şərəf və ləyaqətini ləkələmişdir. Özünü peşəkar aparıcı, araşdırmaçıjumalist adlandıran X4 isə araşdırma aparmadan, qardaşının ölümü ilə bağlı işin hüquqmühafizə orqanları tərəfindən istintaqı aparılaraq, qatilin artıq cəza çəkdiyini bilmədən və telekanala şikayət edərək xəbərdarlıq etməyinə baxmayaraq, bu mövzuda verilişin yayımını dayandırmamış, bacısıı dəfələrlə yayıma çıxartmışdır. Yuxarıda qeyd edilən məlumatlardan və işin hallarından da aydın görünür ki, “ARB” telekanalında yayımlanan “Səni axtarıram” verilişində aparıcı X4 və X14 ona qarşı onu nüfuzdan salan, ləkələyən və barəsində böhtan xarakterli, yalan məlumatlar yaymış, təqsirsizlik prezumpsiyasını pozaraq onu ağır cinayət törətməkdə ittiham etmişlər. Şəxslərin əməlində CM-nin 147-ci və 148-ci maddələrinin tərkibini yaradan hallar mövcuddur. Qüvvədə olan cinayət qanunvericiliyi ölkədə kimliyindən asılı olmayaraq hər hansı şəxsə qarşı böhtan atılmasını, onun təhqir olunmasını cəza təhdidi ilə qadağan edir, bu cür əməlləri cinayət hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin “Böhtan” adlanan 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymamin manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin 147.2,-ci bəndinə əsasən, Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CMnin “Təhqir” adlanan 148-ci maddə - Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, ictimaiyyət içərisində və öz iş çevrəsində kifayət qədər sayılıb seçilən, nüfuza sahib bir şəxsdir. Belə bir halda ona bu cür əsli olmayan, qərəzli, böhtan və təhqiramiz xarakterli məlumatların yayılmasını böhtan və təhqir kimi qiymətləndirir, onun nüfuzunun, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi kimi qəbul edir. Bu cür əməlləri qəsdən törətmiş şəxslər barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılmasını və məsuliyyətə cəlb olunmalarını zəruri hesab edir. Göstərilənlərə əsasən M.Ç.Ağakişiyevanın və X.H.Baxşəliyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində ittiham hökmünün çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs M.Ç.Şabanov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs M.Ç.Ağakişiyevanın müdafiəçisi D.Z.Abbasova bildirmişdir ki, hazırki şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Bundan əlavə şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də cavab vermir. Belə ki, şikayətçi ərizəsində ümumi şəkildə qeyd etmişdir ki, M.Ç.Ağakişiyeva bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmış, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Lakin, şikayətçi ərizəsində böhtan və təhqir xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olmasını göstərməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasını göstərməmişdir. Həmçinin şikayətçi barəsində şikayət verdiyi şəxs M.Ç.Ağakişiyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.1, hansı əməllərinə görə 147.2, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etmədən şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X.H.Baxşəliyevanın müdafiəçisi A.G.Cavadov bildirmişdir ki, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə cavab vermir. Belə ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi) qeyd edilməmişdir. Həmçinin şikayətçi şikayət ərizəsində qeyd etdiyi halları təsdiq edən ilkin sübutları da məhkəməyə təqdim etməmiş. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericiliklə üzərinə düşən vəzifləri icra etmədən, həmçinin şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittihamm qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxslər tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə şikayətçi barələrində şikayət verdiyi şəxslər M.Ç.Ağakişiyevanın və X.H.Baxşəliyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncuların hansı əməllərinə görə həmin Məcəllənin 147.1, hansı əməllərinə görə 147.2, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmalarını fərqləndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər M.Ç.Ağakişiyevanın və X.H.Baxşəliyevanın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri D.Z.Abbasova və A.G.Cavadova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, M.Ç.Ağakişiyevaya və X.H.Baxşəliyevaya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri D.Z.Abbasova və A.G.Cavadova məhkəmədə iştirak etdikləri 9 saata gorə hər birinə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X13 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X8 və X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri X7 və X15 məhkəmədə iştirak etdikləri 9 saata gorə hər birinə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar