Məhkəmə qərarları › İş №1(004)-317/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-317/2021

06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-317/2021 06.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri X7 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1979-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, evli, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32, mənzil 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 568-ci məhəllə, ev 185 saylı ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarını 2021-ci ilin aprel ayının ortalarında yaşadığı ünvan 3 ünvanda qanunsuz olaraq 05 ədəd dibçəkdə əkməklə ümümi sayı 14(on dört) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 220,0 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisini yetişdirmiş, həmin bitkilərin diblərini yumşaldaraq, su və kübrə verərək xüsusi aqrotexniki qulluq göstərməklə kultivasiya etmiş, 30.06.2021-ci il tarixdə saat 21:30-da Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana keçirilmiş baxış zamanı qonaq otağından 01 ədəd dairəvi formalı ağ rəngli dibçəkdə 02 ədəd kolun, 01 ədəd dairəvi formalı qəhvəyi rəngli dibçəkdə 06 ədəd kolun, 01 ədəd dairəvi formalı qara rəngli dibçəkdə 01 ədəd kolun, eyvan hissəsindən 01 ədəd dörd künc formalı ağ rəngli dibçəkdə 03 ədəd kolun, 01 ədəd dairəvi formalı ağ rəngli dibçəkdə 02 ədəd kolun ümumilikdə 05 ədəd dibçəklərdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etdiyi ümumi sayı 14(on dört) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 220,0 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvələr bir dəfə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum olunmuşdur. Hazırda etibarnamə əsasında idarə etdiyi “Renaut Laguna” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur. Təxminən 2021-ci ili aprel ayının ortalarında yaşadığı evin yaxınlığında olan zaman yerdən bir ədəd kibrit qutusu tapmış və içərisinə baxan zaman bitki toxumu olduğunu görmüşdür. O, narkotik vasitələri istifadə etdiyi üçün həmin toxumun çətənə bitkisinin toxumu olduğunu bilmiş və yaşadığı evə gətirib dibçəkdə əkmək qərarına gəlmişdir. 2021-ci ilin aprel ayının ortalarında çətənə toxumunu 5 ədəd dibçəkdə əkdikdən sonra ona xüsusi qulluq edərək diblərini mütəmadi yumşaltmış, su və kübrə vermiş, hətda belə kolların yaxşı inkişaf etməsi üçün təxminən 19-20 litr həcmli plastik qablarının alt hissəsini kəsərək, yuxarı hissəsindən isə işıq lampaları quraşdıraraq bir növ «papaq» kimi dibcəklərin üstünə quraşdırmaqla kollara işıq salırmışdır ki, parnik effekti yaransın, həmcinin bitkilərdə fotosintez sürətlə getməklə inkişafı yaxşı olsun. Lakin, onu evdə əkən zaman ailə üzvlərinə onun çətənə kolu olması barədə heç bir məlumat verməmiş, onlar soruşduqda isə işlərinə qarışmamağı məsləhət görmüşdür. 30.06.2021-ci il tarixdə saat 21:30-da yaşadığı evdə tək olan olan zaman yaşadığı evin giriş qapısı döyülmüş və qapını açdıqda qarşısında duran şəxslər özlərini Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları kimi təqdim etmiş və evə baxış keçirmək istədiklərini bildirmişlər. O, çıxılmaz vəziyyətdə düşmüş, eyni zamanda ağlına belə gəlmirdi ki, polis əməkdaşları yaşadığı evdə çətənə bitkisini yetişdirməyi barədə məlumatları olsun. O, evinə baxış keçirilməsinə etiraz etməmiş və polis əməkdaşları evinə keçirdikləri baxış zamanı 5 ədəd dibçəkdə əkdiyi çətənə kollarını aşkar etmişlər. O, polis əməkdaşlarına səmimi olaraq baş verənləri danışmış və həmin kolları şəxsi istifadəsi üçün yetişdirdiyini bildirmişdir. Daha sonra o, 28ci PB-nə dəvət edilmiş və polis bölməsinə gətirilərkən bildirmişdir ki, uzun müddətdir ki, narkotik vastələrdən istifadə edir, üzərində narkotik vasitə yoxdur. PB-nə gətirildikdən sonra müdafiəçi dəvət etdilmiş və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər. O da üzərimdə narkotik vasitə olmadığını bildirmiş, üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı qanunsuz əşya və maddə aşkar edilməmişdir. Mənzilindən aşkar edilmiş 05 ədəd dibçəkdə olan kollları sayılaraq ümumi sayı 14 ədəd olması müəyyən olunmuş və həmin kollar müvafiq qaydada qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və həmin protokolla tanış olduqdan sonra etiraz etmədən doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, həmçinin ailəsinin qazanc gətirən yeganə şəxsi olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, 30 iyun 2021-cu il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında qanunsuz olaraq narkotik bitkiləri kultivasiyə etməklə əkib-becərməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Həmin məlumata əsasən raportla Yasamal RPİ-in 28-ci PB-nin rəisinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar Yasamal RPİ-nin 28-ci PB əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, 30 iyun 2021-ci il tarixdə saat 21:30-də ünvan 5 ünvanına yollanmışlar. Onlara yaşayış evinin qapısını Təqsirləndirilən şəxs açmış və xidməti vəsiqələrini təqdim edib qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsində şübhəli olduğunu izah edərək yaşayış evinə baxış keçirəcəklərini bildirmişlər.Təqsirləndirilən şəxs etiraz etməmiş və baxışın keçirilməsi üçün razılıq ərizəsi yazmışdır. Bundan sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, yaşadığı evdə saxladığı hər-hansı qanunsuz əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı mənzildə öz şəxsi istifadəsi üçün çətənə kolları əkib və onlara xüsusi qulluq etmişdir. Təqsirləndirilən şəxs qonaq otağından 3 ədəd dibçək və balkondan 2 ədəd dibçək təqdim etmiş və həmin dibçəklərdə çətənə kolları olduğunu bildirmişdir. Bundan sonra mənzilə baxış keçirilmiş və iş üzrə həmiyyət kəsb edən heç bir qanunsuz əşya aşkar edilməmişdir.Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur.Daha sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 28-ci PB-ə dəvət etmiş və birlikdə polis bölməsinə getməyə razılıq vermişdir.Polis Bölməsində xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir.Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs, onun arvadı Şahid4 və 09.12.2009-cu il təvəllüdlü övladı X2 ilə birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs xx.xx.1979-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, 53 saylı ibtidai orta məktəbdə 11 illik təhsil almış, 25.09.2009-cu il tarixli ACDİÜ məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2008-ci ildə Şahid4 ilə ailə həyatı qurmuşdur.Cahangir taksi fəaliyyəti ilə məşğul olaraq pul qazanmışdır.Təxminən 3-4 il əvvəl görmüşdür ki, Cahangir mütamadi olaraq ondan pul istəyir, bir növ özündə olmayan halda evə gəlir, ilkin vaxtlarda elə bilmişdir ki, oğlu spirtli içkilər qəbul edir, lakin sonradan başa düşmüşdür ki, Cahangir narkotik vasitələrin qəbulu ilə məşğuldur. Bundan sonra o, bir ana kimi övladına görə cox narahat olmağa başlamış, calışmışdır ki, narkotik vasitələrin qəbulundan uzaqlaşdırsın, hətda belə bir necə dəfə Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzində müalicə etdirmiş, lakin hec bir faydası olmamış, hazırda Cahangir qeyd olunan Mərkəzdə «metadon» deyilən müalicə kursunu qəbul etmişdir.30.06.2021-ci il tarixdə işdə olan zaman ona məlum olmuşdur ki, yaşadığı evdən 5 ədəd dibçəkdə əkilmiş ümumi sayı olan 14 ədəd çətənə kolu aşkar edilmiş və Cahangir Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. O, bununla əlaqədar həmin polis bölməsinə getmiş və orada izahat vermişdir. Vermiş olduğum izahatda göstərilənləri təsdiq etməklə bir daha bildirmişdir ki, həmin dibçəklərdə Cahangir tərəfindən çətənə kollarının yetişdirilməsi barədə məlumatı olmamış, Cahangirin hərəkətlərindən bir ana kimi inçidiyi üçün calışmışdır ki, işlərini qarışmasın, ondan dibçəklər haqqında maraqlandıqda bildirmişdiri ki, gül əkmişdir.Onun çətənə bitkisi barəsində anlayışı olmamış, ümumiyyətlə narkotik vasitələri görməmişdir.Həmin bitkiləri qadaban olunmasını bilsəydi Cahangirin xəbəri olmadan onları qurudub və ya bu barədə polis orqanlarına xəbər verərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşı Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 29-cu vərəqəsində olan 30 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 87-91-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 iyun 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2021-ci il tarixli, 7/617 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №167» dairəvi möhür əks olan ağ kağız üzərində “Cəbrayılov imza”.. yazısı və imzalar olan bir ədəd qara rəngli paketdə ümumi sayı 14 ədəd. Yaş vəziyyətdə ümumi çəkisi 220,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Cinayət işinin 80-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik təşkil etmişdir. Cinayət işinin 160-168-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanından aşkar olunaraq götürülmüş 220,0 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 219,58 qram olan əkibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına 30.06.2021-ci il tarixli baxış keçirilməsi və şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 152-153-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X12 X3 ekspert komissiyasının 09 iyul 2021ci il tarixli, 2241 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqid münasibətin olması ilə əlaqədar olararaq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 X12 Məhkəmə Psixiatrik Ekspertizasının 28 iyul 2021-ci il tarixli, 1624 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «X13 Şəxsiyyət Pozuntusu» (F.60.3) aşkar olnur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından əsəbi olması, xarici qıcıqların təsirindən tez qıcıqlanması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi) və hal-hazırda psixiatrik müayinənin nəticələri (əhval ruhiyyənin dəyişkən olması. Emosional sferasının dayanıqlızlığı və s) sübut edir. Ekspertə təqdim olunmuş vət.Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs X13 şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o, dərəcədə ifadə olunmayıb ki, qeyd edilən əməl törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək. Həmin əməli idarə etmək iqtidarından məhrum etsin. Cinayət işinin 103-105 və 138-151-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 iyul 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən, işə əlavə edilmiş hökmün və qararın surətlərindən görünür ki Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 25.09.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 62,326.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası müəyyən edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 24.06.2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmş hissəsindən qalan 10 ay müddətini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 380801 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09 dekabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X5r. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında təhqiqatçı, polis kapitanı Nicat Abdullayev xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona baş təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və hal-hazırda üzərində narkotik vasitə yoxdur. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilmədi. Müdafiəçi və iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilmiş baxış zamanı qonaq otağında aşkar edilmiş 01 ədəd dairəvi formalı ağ rəngli dibçəkdə 02 ədəd kolun, 01 ədəd dairəvi formalı qəhvəyi rəngli dibçəkdə 06 ədəd kolun, 01 ədəd dairəvi formalı qara rəngli dibçəkdə 01 ədəd kolun, eyvan hissəsindən aşkar edilmiş 01 ədəd dörd künc formalı ağ rəngli dibçəkdə 03 ədəd kolun, 01 ədəd dairəvi formalı ağ rəngli dibçəkdə 02 ədəd kolun ümumilikdə 14 ədəd bitki mənşəli kolun olması müəyyən edilərək qara rəngli polietilen paketə qoyularaq müvafiq qaydada qablaşdırılmış, qadlaşdırma iştirakçılar tərəfindən imzalanmış və 167 nömrəli möhurlə möhurlənmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, həmçinin ailəsinin qazanc gətirən yeganə şəxsi olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 30 iyun 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X12 X3 ekspert komissiyasının 09 iyul 2021-ci il tarixli, 2241 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanından aşkar olunaraq götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 219,58 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili K.B.Bağırova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili K.B.Bağırova məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 219,58 qram olan əkibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar