Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-317/2024 05.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarınını qazandıqdan sonra hər hansı səlahiyyətə malik olmadığı halda, sonuncunun oğlu Şahid1 8.500 (səkkiz min beş yüz) manat müqabilində Qəbələ RPŞ-nin Mühafizə Bölməsinə mühafizə polis nəfəri vəzifəsinə işə düzəldə biləcəyi imkanına malik olması görüntüsü yaratmaqla aldadaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospektində yerləşən “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında idarə etdiyi **-OT-*** dövlət qeydiyyat nişanlı “Toyoto-Prius” markalı avtomobilin salonunda 5.500 manat və 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ”Dobromed” Klinikası, indiki “Spero-Hospital”ın qarşısında həmin avtomobilin salonunda Zərərçəkmiş şəxs oğlu Şahid1 vasitəsilə göndərdiyi 3000 (üç min) manat, ümumilikdə 8500 (səkkiz min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etmədən Zərərçəkmiş şəxs xeyli midarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayının əvvəllərində Murad adlı tanışı vasitəsilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Murad ona Əfqanı öz qohumu kimi təqdim etmişdir. Murad ona Əfqanın iki oğlu olduğunu, bir oğlu Aqilin Azərbaycan Daxili qoşunlarında xidmət etdiyini, digər oğlu Ülvini isə X4 Orqanlarında işə düzəltmək istədiyini bildirmişdir. Murad bu məsələdə ondan Əfqana kömək etməsini xahiş etmiş, o da bununla razılaşaraq Murada Əfqanın ona zəng etməsini bildirmişdir. Murad Əfqana onun mobil telefon nömrəsini verdikdən sonra onlar öz aralarında danışaraq görüşmüşdürlər. O, Əfqana oğlu Ülvini işə düzəltməkdə köməklik edəcəyini bildirmiş və bunun müqabilində ondan 8500 manat pul tələb etmişdir. 14 yanvar 2021-ci il tarixdə onlar “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında görüşmüşlər və orada Əfqan ona 5500 manat məbləğində pul vermişdir. Bundan sonra 2021-ci ilin aprel ayının əvvəllərində o, Əfqana zəng edərək qalan pulları və oğluna aid sənədlərin surətlərini gətirməsini istəmişdir. Bundan sonra onlar Bakı şəhəri, 1 saylı Dərizöhrəvi xəstəxanasının qarşısında görüşmüşlər və Əfqan ona qalan 3000 manat məbləğində pulu və oğluna aid sənədləri vermişdir. Bundan sonra onun Əfqanı oğlunu işə düzəltməli olan tanışı vəfat etmiş və o, Əfqanın oğlu Ülvini işə düzəltməkdə kömək edə bilməmişdir. O, Əfqanla oğlu Aqilə Ülvini işə düzəltməli olan həmin şəxsin pandemiya xəstəliyindən vəfat etdiyini bildirmiş, buna baxmayaraq 8.500 manat pulu hər ay 500 manat olmaqla qaytaracağına söz vermişdir. Hətta o, Əfqana 200 manat pul verərək ayda 500 manat qaytaracağına dair əlyazma yazaraq üzərinə öhdəlik götürmüşdür. Bundan sonrakı müddət ərzində o, Əfqanın bank kart hesabına bir dəfə 300, ikinci dəfə 350, ümumilikdə 850 manat pul göndərsə də, atasının vəziyyəti pisləşdiyindən və onun müalicəsinə pul lazım olduğundan bir müddət Əfqana vəd etdiyi məbləği ödəyə bilməmişdir. Müəyyən vaxtdan sonra o, Əfqana əlavə olaraq 150 manat, ümumilikdə 1.000 manat pul qaytarsa da, qalan 7.500 manat pulunu qaytara bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, onun dələduzluq edərək Əfqanın pulunu ələ keçirmək niyyəti olmamış, onun məqsədi Əfqanın oğlu Ülvini işə düzəltmək olmuşdur. Lakin iş alınmadığından və atasının səhhətində yaranan xəstəliklə bağlı olaraq Əfqandan aldığı pulu tam şəkildə geri qaytara bilməmişdir. Yekun olaraq zərəçəkmiş şəxsə dəmiş zərərin 4000 manat məbləğində olan hissəsinin ödənildiyini, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid3 onun qohumudur və Murad vasitəsilə o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, Murada oğlu Ülvini işə düzəltmək istədiyini bildirmiş, Murad isə ona tanışı Ceyhunun nömrəsini vermiş və Ceyhunun ona bu məsələdə köməklik edəcəyini bildirmişdir. O, Ceyhunun nömrəsinə zəng edərək onunla danışmış və onlar öz aralarında oğlu Ülvini işə düzəltməklə bağlı razılığa gəlmişdirlər. Ceyhun ondan Ülvini işə düzəltmək üçün 8500 manat məbləğində pul tələb etmiş, o da Ceyhunun bu təklifi ilə razılaşmışdır. 14 yanvar 2021-ci il tarixdə onlar “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında görüşmüşlər və orada o, Ceyhuna 5500 manat məbləğində pul vermişdir. Bundan sonra 2021-ci ilin aprel ayının əvvəllərində Ceyhun ona zəng edərək qalan pulları və oğluna aid sənədlərin surətlərini gətirməsini istəmişdir. Bundan sonra onlar Bakı şəhəri, 1 saylı Dərizöhrəvi xəstəxanasının qarşısında görüşmüşlər və o, Ceyhuna qalan 3000 manat məbləğində pulu və oğluna aid sənədləri vermişdir. O, Ceyhunun oğlu Ülvini kimin vasitəsilə işə düzəldəcəyini bilməmişdir. Bir müddət sonra Ceyhun ona işin alınmadığını və aldığı 8500 manat məbləğində pulu qaytaracağını bildirmişdir. 2022-ci ilin mart ayında Ceyhun onun bank kart hesabına 300 manat, aprel ayında təkrar kart hesabına 350 manat, ümumiliklə 850 manat pul ödəsə də, qalan 7650 manat pulunu ödəməmişdir. O, Təqsirləndirilən şəxs onun pulunu qaytarmaması səbəbindən bu barədə polisə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən zərərin 4000 manat məbləğində olan hissəsinin ödənildiyini, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edərək bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 da Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 85-87-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Qəbələ rayonu,Məmmədağalı kəndində qeydiyyatda olmaqla,ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Zərərçəkmiş şəxs qaynının bacanağı olduğunda onunla bu növ qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxs isə təxminən 4-5 il olar ki tanımış,aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır.Bakı şəhərində Ceyhunla təsdüfən görüşüb tanış olarkən ona əvvəllər vəzifədə işlədiyini,çox geniş əlaqələrə malik olduğunu və istənilən yaxın dost və tanışları lazımi yerlərə işə düzəldə biləcəyindən danışmışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində bacanağının qaynı Zərərçəkmiş şəxsla söhbət zamanı ona oğlu Ülvini işə düzəltmək istəyini bildirmişdir. Ceyhunun deməsinə görə işgüzar və bacarıqlı olduğu yadına düşmüş və bu barədə Əfqana bildirmişdir. Əfqanın xahişi ilə Ceyhuna zəng edərək bu barədə onunla danışmış, Əfqan adlı qohumunun oğlunu işə düzəltmək lazım olduğunu demişdir. Ceyhun isə heç bir problem olmadığını, Əfqanın oğlunu Qəbələ rayon X2 bölməsinə işə düzəldə və onlarla görüşə biləcəyini bildirdi.Bundan sonra Ceyhunun sözlərini Əfqana demiş, mobil nömrəsini ona verərək özlərinin görüşə bilmələrini məsləhət bilmişdir. Təxminən bir həftə on gün sonra,yəni xx.xx.2021-ci il tarixdə Əfqan ona zəng edərək oğlanları Ülvi və Aqillə Bakı şəhərinə gəldiklərini və onunla görüşmək istədiyini bildirmişdir.Əfqanı oğlanları ilə həmin vaxt olduğu Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi X5 küçəsi 3 ünvana dəvət etmiş və söhbət zamanı Əfqan ona Ceyhunun onun oğlu Ülvini 8500 manat müqabilində Qəbələ rayon X2 bölməsinə işə düzəltməyə söz verdiyini və ilkin olaraq 5.500 manat pulu ikinci etapda isə qalan 3.000 manatı alacağını ona demiş və o, 5.500 manat pulu ona vermək üçün gəldiyini demişdir.Ceyhuna zəng etməyi xahiş etmiş və oda öz növbəsində zəng vurub onu olduqları yerə dəvət etmişdir. Az sonra Ceyhun özünün idarə etdiyi “Toyoto-Prius” markalı avtomobillə onların olduqları ünvana gəlmiş və sonra Əfqan və oğlanları ilə özünün idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. 2021-ci ilin sentyabr ayında Əfqan ona zəng edərək Ceyhunun onun oğlunu işədüzəltmək adı ilə ümumilikdə 8500 manat pul alması, aprel ayınadək işin baş tutacağını desədə onun zənglərinə cavab vermədiyindən şikayətlənmişdir.O,bu barədə zəng edərək Ceyhunu xəbərdar etdikdə sonuncu “hər şey qaydasındadır,narahat olma,yaxın günlərdə həllini tapacaq”deyə cavab versədə sonradan Əfqandan Ceyhunun onu aldatması,oğlunu heç bir işə düzəltməməsi, Əfqanı təkrar aldadaraq onu ayda 500 manat olmaqla hissələrlə qaytaracağına söz verib əlyazma yazaraq ona versədə kiçik bir məbləğ qaytararaq onu yenidən aldatması, pullarını qaytarmaması ona məlum olmuşdur.Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs tanış etməkdə heç bir marağı olmamış,8500 manat pulun alınıb-verilməsində alınmasında iştirak etməmiş, Ceyhun və yaxud Əfqan tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs alıb ələ keçirdiyi 8500 manat pulun oğlu Şahid1 vasitəsilə göndərdiyi 3.000 manatlıq hissəsini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 95 ünvanla 20 Yanvar 1B ünvanlarının kəsişdiyi ünvanda aldığı təsdiq olunmuşdur. (i.v. 33-34) 07 mart 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə istintaq zamanı vermiş olduğu ifadəsini təkrar etmiş və sonuncunun onun oğlu Şahid1 Qəbələ RPŞ-nin Mühafizə bölməsinə mühafizə polis nəfəri vəzifəsinə düzəldəcəyi adı ilə ondan iki dəfəyə ümumilikdə 8.500 manat pulunu alıb ələ keşirdiyini, sonralar ona pulları qaytaracağı adı ilə əlyazma yazaraq guya öhtəlik götürdüyünü, ona yalnız 850 manat pul qaytardığını təsdiq etmişdir. (i.v. 126-130) “Əlyazma mətninə baxış keçirilməsi haqqında” 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs səkkiz min beş yüz manat borcum var, söz verirəm ki, hər ay 500 m verəcəm,Əfqanla öz aramızda razılaşmışıq, heç birimizin etirazımız yoxdur, oğlu Aqilin iştirakı ilə bu borc müqaviləsini öz imzamızla təsdiq edirik”Zərərçəkmiş şəxs: AA*******, Təqsirləndirilən şəxs AZE.17503191, Şahid2, Ceyhunimza, Əfqan İmza, Aqil-imza, Mən Şahid2 iştirak elədim, həqiqətən bu Ceyhunun imzası və şəxsiyyət vəsiqəsinin nömrəsidir. öz imzamla təsdiq edirəm-İmza” məzmunlu xx.xx.2022-ci il tarixli əlyzma ilə zərərçəkmiş şəxsdən 8500 manat məbləğində pul aldığını təsdiq etmişdir. (i.v. 154) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş əlyazma mətni maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 160-169) Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə təsdiq etdiyi ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onun dələduzluq edərək Əfqanın pulunu ələ keçirmək niyyəti olmadığını, onun məqsədinin Əfqanın oğlu Ülvini işə düzəltmək olduğunu göstərsə də, məhkəmə bu ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Yasamal RPİ-nin 29-cu PŞ-nin 06 mart 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 98) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-207/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 11 (on bir) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 149-153) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il şərti sınaq müddəti müəyyən edilməklə 06 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar CM-nin 178.3.2-ci maddəsi, CM-nin 178.2.4-cü maddəsinə tövsüf olunaraq 03 il 05 ay 32.5, 179.3.2-ci maddəsi CM-nin 32.5, 179.2.1, 179.2.2, 179.2.4-cü maddəsinə tövsüf olunaraq 02 il 10 ay, 67.1-ci maddəyə əsasən qəti 03 il 11 ay azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Cəzasını çəkib qurtarması nəzərə alınaraq azad olunub. (i.v. 116-118) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2014-cü il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona olan zərərin 4000 manatolan hissəsi ödənilmişdir. Qalan ödənişlərin ediləcəyi barədə razılığa gəlmişlər. Hazırda ona dəymiş ziyanın miqdarı 3650 manatdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini məhkəmən xahiş etmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2009-cu il təvüllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərəri qismən ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 06 mart 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək 02 (iki) ay 30 (otuz) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır (CM-52-1). Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut 01 ədəd əlyazma mətni cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 06 mart 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək 02 (iki) ay 30 (otuz) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 01 ədəd əlyazma mətni cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-317/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-317/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver