Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-318/2023 03.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Nusrət oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1971-cı ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, 25 aprel 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava,ev 95V ünvanında yerləşən fərdi yaşayış evinin mətbəx otağında arvadı Zərərçəkmiş şəxs işləməsinə etiraz bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı sonuncuya yumruq və təpik zərbələri, eləcə də əlində olan stəkandan istifadə etməklə vuraraq Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi ilə müşşayət olunan ənsə nahiyəsinin və başın sol məməyəbənzər çıxıntısının qançıları, çənə nahiyəsinin sol yarısının, sol çiyin qurşağının, sol bazun və sol kürək nahiyəsinin qançırları, onurğa sütunun döş şöbəsinin yuxarı hissəsinin şişkinliyi və qançırı, alt və üst dodağın sol yarısının qançırlar və həmin dodaqların içəri səthinin əzilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs döyməsini təsdiq edərək bildirmişdir ki, 25 aprel 2023-cü il tarixdə, təxminən saat 14:45 dəqiqədə birgə yaşadıqları Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava ev 95V ünvanında yerləşən evdə olan zaman sonuncuya növbəti gündən işə getməsini qadağan etmiş, Zərərçəkmiş şəxs etiraz edib işləyəcəyini, əks halda boşanacağını bildirdikdə mübahisələri yaranmış və sonuncunun baş, boyun nahiyələrindən yumruq zərbələri vumuş, Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra yumruq və təpiklə sonuncunun sifət və kürək nahiyələrinə vurmuş, yaranmış səs-küyə qonşuluqda yaşayan bacısı Şahid1 və qardaşı arvadı Şahid2 yaşadıqları evə gələrək onları sakitləşdirməyə çalışmış, təhqiramiz ifadələr işlətdiyi üçün şüşə stəkan götürərək Zərərçəkmiş şəxs başından vurmuş və evi tərk etmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 2 üşağının olmasını nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2002-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nigaha girərək ailə qurmuş, birgə nigahlarından iki övladları vardır. 25 aprel 2022-ci il tarixdə, təxminən saat 14:45 dəqiqədə ünvan 3 ünvanında birgə yaşadıqları evdə olan zaman Təqsirləndirilən şəxs ona növbəti gündən etibarən işə getməsini qadağan etmiş, səbəb olaraq artıq icazəsi olmadan evdən çıxa bilməyəcəyini demiş, sonuncuya müasir dövrdə yaşadıqlarını, etibarsızlıq halında sakit qaydada boşanmalarını dedikdə əri Habil etiraz etmiş və aralarında mübahisə yaranmış, həmin vaxt Təqsirləndirilən şəxs qəflətən arxadan başının təpə nahiyəsinə, sol qulağına və boynuna ardıcıl olaraq yumruq zərbələri vurmuş, zərbələrin təsirindən yerə yıxılmış, Təqsirləndirilən şəxs üz-baş nahiyələrinə, bədəninə yumruq və təpik zərbələri vurmuş, eyni həyətdə yaşayan qohumları Tərlan Bayramov ilə Şahid2 evlərinə gələrək Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, həmin vaxt sonuncu şüşə stəkanla iki dəfə başına zərbə vurmuş və evi tərk etmişdir. Hazırda təqsirləndirilən şəxslə birgə yaşamır, uşaqları ilə birgə ayrı mənzildə yaşayır, aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir, təqsirləndirilən şəxslə barışmamışdır, ona cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid şəxs qismində dindirilmiş Şahid1 qızı göstərmişdir ki, qardaşı Habil 2002-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nigaha girərək ailə qurmuşlar, onların birgə nigahlarından 2 övladları vardır.O qardaşı Habil ilə eyni həyətdə olmaqla ayrı evdə yaşayır. xx.xx.2023-cü il tarixində 14:45 radələrində birgə yaşadıqları ünvan 3 ünvanında yerləşən mənzildə olan zaman o qardaşı Habilin evindən səs-küy eşidərək, digər gəlinləri Natəvanla onların evlərinə girdikdə Habilin gəlinləri Elnarəni döydüyünü görmüşdü. O Natəvanla tez Habili kənara çəkdikdə, Elnarə yenədə Habilin ünvanına nalayıq sözlər işlətməyə davam etdikdə Habil əlindəki şüşə stəkanla onun başına vuraraq evi tərk etmişdir. Məhkəmə istintaqında şahid şəxs qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək 25 aprel 2023-cü il tarixdə, təxminən saat 14:45 dəqiqədə yaşadıqları evdə Elnarənin əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bir daha təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Zərərçəkmiş şəxs döyərək yüngül dərəcəli bədən xəsarətləri yetirdiyi hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəx otağıdır. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 435 nömrəli, 26 aprel 2023-cü il tarixli, rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxsnun almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayət olunan ənsə nahiyəsinin və başın sol məməyəbənzər çıxıntısının qançırları, çənə nahiyəsinin sol yarısının, sol çiyin qurşağının, sol bazunun və sol kürək nahiyəsinin qançırları, onurğa sütunun döş şöbəsinin yuxarı hissəsinin şişkinliyi və qançırı, alt və üst dodağın sol yarısının qançırları və həmin dodaqların içəri səthinin əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 25 aprel 2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsdən daxil olmuş 1 may 2023-cü il tarixli, 7386 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adıçəkilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 313-12-1/2-B-769xx/xx/2023 saylı 29 aprel 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmişin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb ediməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava ev 95V ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək, vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava ev 95V ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-318/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-318/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver