Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-319/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Nəqliyyat Agentliyində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 22 oktyabr 2022-ci il tarixdə saat 18:45 radələrində B 1, B, C 1, C, D 1, D kateqoriyalı sürücülük vəsiqəsi ilə, şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyat üçün yol vərəqəsi əsasında idarə etdiyi “Daevoo” markalı, **-TF-*** dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan tərəfdən Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi istiqamətində, “X6”un köməkçi hissəsi ilə saatda 30 km sürətlə hərəkətdə olan zaman “X4” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək, Bakı şəhəri, Yasamal rayonu, X6 10 ünvanda yerləşən ”Röyal Park” yaşayış kompleksinin qarşısında hərəkəti istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtobusun qabaq sağ küncü ilə vurub Zərərçəkmiş şəxs sağ bazunun yuxarı 1/3-nin yerdəyişməyən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 19 aprel 2022-ci il tarixdən 19 aprel 2032-ci il tarixədək etibarlı olan B 1, B, C 1, C, D 1, D kateqoriyalı BB 419523 seriya nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Hazırda “Daevoo” markalı, **-TF-*** dövlət nömrə nişanlı, 193 nömrəli xətt üzrə işləyən avtobusu idarə edir. Həmin avtobusla sərnişinləri Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” Ticarət Mərkəzindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 30 nömrəli orta məktəbin yanına və geriyə daşıyır. Belə ki, hər gün saat 06:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” Ticarət Mərkəzində yerləşən avtobus qarajına gedib tibbi müayinədən keçir, qarajın nəzarətçisi tərəfindən təhkim olunmuş avtobusu idarə etməyə başlayır və saat 20:00 radələrinədək sərnişinləri yuxarıda qeyd etdiyi ünvanlara daşıyır, bundan sonra avtobusu qaraja təhvil verib, yaşadığı evə gedir. 22 oktyabr 2022-ci il tarixdə, saat 06:00 radələrində hər gün olduğu kimi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” Ticarət Mərkəzində yerləşən avtobus qarajına gedib tibbi müayinədən keçmiş və qarajın nəzarətçisi tərəfindən təhkim olunmuş “Daevoo” markalı, **-TF-*** dövlət nömrə nişanlı avtobusu idarə etməyə başlamışdır. Həmin günü, yəni 22 oktyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “Daevoo” markalı, **-TF-*** dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan yer tərəfdən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” Ticarət Mərkəzi istiqamətinə doğru, yəni, Bakı şəhəri, Yasamal rayonu, X6un köməkçi hissəsi ilə təxminən saatda 30 kilometr sürətlə hərəkətdə olan zaman hava sakit olmuş, yağış yağmamışdır. Hərəkətdə olan zaman avtobusda hər hansısa fikrini yayındıran müsiqiyə qulaq asmamış, siqaret çəkməmiş, spirtli içki qəbul etməmiş və sükan arxasında olarkən mobil telefondan istifadə etməmişdir. Həmin vaxtı idarə etdiyi avtobusda təxminən 30 nəfər sərnişin olmuşdur. Lakin, avtobusda hər hansısa bir yük vasitəsi olmamışdır. 22 oktyabr 2022-ci il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, X6da yerləşə ”Röyal park” yaşayış kompleksinin qarşısında sözügedən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, həmin tarixdə və həmin saatda hərəkətdə olduğu yolun sağ kənarında bir nəfər piyadanın dayandığını təxminən 15-20 metr məsafədən görmüş və avtobusun hərəkətini davam etdirmişdir. Piyada ilə idarə etdiyi avtobusun arasında təxminən 7-8 metr məsafə qalan zaman həmin piyada qəflətən asta yerişlə yolun sol hissəsinə tərəf keçməyə başlamışdır. Həmin vaxtı piyadanı vurmamaq üçün idarə etdiyi avtobusa tormoz etsə də, buna baxmayaraq, sonradan tanıdığı piyada Zərərçəkmiş şəxs avtobusun qabaq sağ küncü ilə vurmüşdur. Zərbədən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Dərhal avtobusdan düşüb ona yaxınlaşaraq xəsarət alıb-almamasını soruşmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, sağ qol nahiyəsindən xəsarət almışdır. Həmin vaxtı Elnura özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, istifadəsində olan mobil telefon nömrəsini ona vermiş, həmçinin əlaqə saxlamağı üçün onun mobil nömrəsini götürmüşdür. Elnura demişdir ki, narahat olmasın, bütün müalicə xərclərini qarşılayacaqdır. Elnur da razılığını bildirmiş və o idarə etdiyi avtobusa əyləşib avtobusun hərəkətini davam etdirərək həmin yerdən uzaqlaşmışdır. Bundan sonra bir neçə dəfə Elnurun əmisi olan Elçin adlı şəxslə mobil telefon vasitəsilə danışıb Elnurun vəziyyəti ilə maraqlandıqda öyrənmişdir ki, Elnuru Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığındakı “Respublika xəstəxanası”na aparmışlar. Orada həkimlər Elnuru müayinə etdikdən sonra sağ qolunun bazu sümüyündə sınıq əlamətlərinin olduğunu bildirmiş və əməliyyat olunmasını demişlər. Sonradan məlum olmuşdur ki, Elnur, 24 oktyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında sağ qolundan əməliyyat olunmuşdur. Baş vermiş həmin yol-nəqliyyat hadisəsinin şahidləri idarə etdiyi avtobusda sərnişin qismində olmuş tanımadığı şəxslər olmuşlar. Bundan başqa Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini və ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 22 oktyabr 2022-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolda hazırda adını xatırlamadığı tanışının idarə etdiyi avtomobildən düşmüş və yolun kənarında dayanıb digər tərəfə keçmək üçün yolla hərəkətdə olan avtomobillərin ötüb keçmələrini gözləməyə başlamışdır. Yolda avtomobillərin hərəkətdə olmadığını görüb asta yerişlə yolun digər tərəfinə addımlamağa başlamışdır. Yolun orta hissəsinə tərəf təxminən iki mert hərəkət etdikdən sonra yolun sol tərəfindən sağ tərəfinə təxminən 30-40 km/saat sürətlə hərəkətdə olan 193 marşrut xətti üzrə hərəkət edən marka və dövlət qeydiyyat nişanını bilmədiyi avtobus qəflətən onu vurmuşdur. Zərbədən yerə yıxılmış və avtobusun sürücüsü avtobusu saxlayaraq yerə düşüb ona yaxınlaşıb özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, xəsarət alıbalmamağı barədə soruşduqda ona sağ qol nahiyəsindən xəsarət aldığını bildirmişdir. Həmin vaxt Fərid adlı dostluq münasibətində olduğu şəxs yaxınlaşmış və təsadüfən onu vurub xəsarət yetirən avtobusda sərnişin olduğunu, baş vermiş hadisənin şahidi olduğunu bildirmişdir. Həmin vaxtı avtobusun sürücü Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsini vermiş, həmçinin əlaqə saxlaması üçün onun mobil nömrəsini götürmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narahat olmasın, bütün müalicə xərclərini qarşılayacaqdır. Ona öz razılığını bildirmiş və Təqsirləndirilən şəxs idarə etdiyi avtobusa əyləşib avtobusun hərəkətini davam etdirərək hadisə baş verən yerdən uzaqlaşmışdır. Bundan sonra dostu Fərid özünə məxsus mobil telefonla təcili tibbi yardıma zəng etdikdə ona təcili tibbi yardıma yıxılaraq xəsarət almağı barədə məlumat verməsini demişdir. Ona görə də Fərid təcili tibbi yardıma onun yıxılaraq xəsarət almağı barədə məlumat vermuşdir. Az sonra hadisə baş verən yerə təcili tibbi yardım maşını gəlmiş və onu Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığındakı “Respublika xəstəxanası”na aparmışlar. Xəstəxanada həkimlər onu müayinə etdikdən sonra sağ qolunun bazu sümüyündə sınıq əlamətlərinin olduğunu bildirmişlər və əməliyyat olunmağını demişlər. Bundan sonra Elçin adlı əmisi həmin xəstəxanaya gəlmiş və onu yaşadığı evə aparmışdır. Səhərisi günü, yəni 23 oktyabr 2022-ci il tarixdə təkrar tibbi müayindən keçmək üçün Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına getmiş və orada həkim müayinəsindən keçən zaman Bakı şəhəri, Yasamal rayonu, Mida yaşayış kompleksi ərazisində yıxılaraq sağ qol nahiyyəsindən xəsarət aldığını bildirmişdir. Orada müayinə olunduqdan sonra həkimlər təcili əməliyyat olunmalı olduğunu bildirmişlər. Ona görə də 24 oktyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında sağ qolundan əməliyyat olunmuşdur. Onu idarə etdiyi avtobusla vurub xəsarət yetirən sürücü Təqsirləndirilən şəxs hadisədən sonra bir neçə dəfə əmisi Elçinlə mobil telefon vasitəsilə danışıb vəziyyətilə maraqlanmışdır. Lakin, bu günə qədər onun yanına gəlməmiş, vəziyyətilə maraqlanmamış, heç bir maddi köməklik göstərməmişdir. Sürücü Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etdikdə zənglərə cavab vermirmiş, telefonu söndürürdü. Əlavə olaraq bildirmişdir ki, onu idarə etdiyi avtobusla vurub xəsarət yetirən sürücü Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsini verdiyinə, bütün müalicə xərclərimi qarşılayacağını dediyinə görə 23 oktyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında tibbi müayindən keçən zaman Bakı şəhəri, Yasamal rayonu, Mida yaşayış kompleksi ərazisində yıxılaraq sağ qol nahiyyəsindən xəsarət aldığını bildirmişdir. Lakin, hazırkı ifadəsində göstərdikləri tamamilə doğrudur. Belə ki, sağ qol nahiyəsində olan xəsarət Təqsirləndirilən şəxs, idarə etdiyi avtobusla onu vuran zaman yaranmışdır. Baş vermiş həmin yol-nəqliyyat hadisəsinin şahidləri dostluq münasibətində olduğu Fərid və Təqsirləndirilən şəxs idarə etdiyi avtobusda sərnişin qismində olmuş tanımadığı şəxslər olmuşlar. Cinayət işinin 57-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 95-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 20-21-ci vərəqələrindəki olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbacan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X3» X5 Yasamal rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1132 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sağ bazunun yuxarı 1/3-nin yerdəyişməyən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 112-115-ci vərəqələrindəki olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə xx.xx.2023-cü il tarixli 8/773 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daewo markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X4» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 48-ci vərəqəsindəki olan Azərbaycan Respublikası DİN-nin BDYPİdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-19847/2023 nömrəli məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2023cü il tarixədək etibarlı olan) BB 419523 nömrəli “B1, B, C1, C, D1, D” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X4” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «X4» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X4» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini və ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməli, həmçinin sonuncunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-319/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-319/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver