Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-319/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşqul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Salatın Əsgərova küçəsi ev 15-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayədə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən zərəçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 yanvar 2024-cü il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının qarşısında Bakı şəhəri, Yasamal rayonu ərazisindən keçən 114 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna sərnişin kimi minmək istəyən şəxslərin sıxlığından istifadə edib avtobusa minmək istəyən Zərərçəkmiş şəxs1 əynində olan paltonunu sağ yan cibindən üzərində 5 manat dəyərində ***-***-**-** GSM nömrə olan 1350 manat dəyərində 01 ədəd “Xiaomi Poco F5 Pro» markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 1355 (bir min üç yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 yanvar 2024-cü il tarixdə saat 19 radələrində ünvan 4 ünvanda yerləşən avtobus dayanacağının qarşısında Bakı şəhəri, Yasamal rayonu ərazisindən keçən 39 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna sərnişin kimi minmək istəyən şəxslərin sıxlığından istifadə edib avtobusa minmək istəyən Zərərçəkmiş şəxs2 əynində olan paltonunu sağ yan cibindən üzərində 5 manat dəyərində ***-***-**-** GSM nömrə olan 3100 manat dəyərində 01 ədəd “iPhone 15» markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 3105 (üç min yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 31 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 03 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 6,83 qram, 5,77 qram və 5,44 qram olmaqla ümumi təmiz çəkisi 18,04 qram eyni tərkibli bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 31 yanvar 2024-cü il tarixdə saat 21:00-da ünvan 5 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zaman saxlanılaraq həmin Polis Şöbəsinə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,83 qram, 5,77 qram və 5,44 qram olmaqla ümumi təmiz çəkisi 18,04 qram eyni tərkibli bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 yanvar 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxaraq Yasamal rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında yerləşən avtobus dayanacağına gələrək 114 saylı marşurut avtobusunu gözləmişdir. Həmin vaxt avtobus dayanacağında çoxlu sayda şəxslər olduğundan həmin yer sıxlıq olmuşdur. O, qarşında dayanan tanımadığı şəxsin özünə məxsus mobil telefonu əynində olan açıq qəhvəyi rəngli paltosunun sağ yan cibinə qoymasını görmüşdür. O da avtobus dayanacağında olan sıxlıqdan istifadə edərək həmin şəxsin əynində olan paltosunun sağ yan cibindən sonuncuya məxsus “Xiomi Poco F5 Pro” markalı mobil telefonu oğurlayıb oradan uzaqlaşıb getmişdir. Oğurladığı mobil telefonu həmin gün 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına öz şəxsiyyət vəsiqəsi əsasında 50 manata satmış və cinayət yolu ilə əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, mobil telefon oğurlamaq məqsədi ilə 27 yanvar 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxaraq Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən avtobus dayanacağına gələrək orada əlverişli məqam axtarmışdır ki, mobil telefon oğurlasın. Həmin vaxt avtobus dayanacağında çoxlu sayda şəxslər olduğundan həmin yer sıxlıq olmuşdur. O, qarşısında dayanan tanımadığı şəxsin özünə məxsus mobil telefonu əynində olan paltosunun sağ yan cibinə qoymasını görmüşdür. Həmin vaxt avtobus dayanacağına 39 saylı marşurut avtobusu gəlmiş və həmin şəxs marşurut avtobusuna minən zaman o, yaranmış sıxlıqdan istifadə edərək həmin şəxsin əynində olan paltosunun sağ yan cibindən sonuncuya məxsus “İphone 15” markalı mobil telefonu oğurlayıb oradan uzaqlaşıb getmişdir. Oğurladığı mobil telefonu həmin gün 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına öz şəxsiyyət vəsiqəmi təqdim edərək 350 manata satmış və cinayət yolu ilə əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa o, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır və həmin narkotik vasitəni polis bölməsində onun üzərinə qoymuşlar. İstintaq zamanı ona qarşı edilmiş fiziki və psixoloji təzyiqlərə görə həmin əməli də boynuna almaq məcburiyyətində qalmışdır. İfadəsinin sonunda törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddələrinə əsasən barəsində yüngül cəzanın seçilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə cinayət əməlini törətməməsini, ona psixoloji təsir göztərildiyini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 31 yanvar 2024-cü il tarixdə saat 15 radələrində o, yaşadığı evdən çıxıb narkotik vasitə almaq məqsədi ilə Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərziyə gedərək üzdən tanıdığı,lakin adını bilmədiyi orta yaşlı şəxsdən ümumilikdə 120 manat pul verərək özü istifadə etmək məqsədi ilə 03 ədəd kibrit qutusuna yerləşdirilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananı alıb əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibinə qoyub yaşadığı evə gəlmişdir. Həmin vaxt o, aldığı narkotik vasitə qurudulmuş marixuananın bir qədərini istifadə edərək qalanını yenidən özünə məxsus olan gödəkçənin cibinə qoymuşdur. Həmin gün saat 21 radələrində o, yaşadığı evdən çıxıb Yasamal rayonu D.Bünyatzadə küçəsi ilə gedan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçısı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, könüllü olaraq əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən hər 03 ədəd kibrit qutusunu yəni, bir kibrit qutusu 40 manat olmaqla ümumilkidə 120 manat verərək özü istifadə etmək üçün aldığı narkotik vasitə qurudulmuş marixuananı masanın üstünə qoymuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə qurudulmuş marixuanadır və həmin maddəni o, “Papanin” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 120 manata alıb üzərində saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş 03 ədəd kibrit qutusunda olan maddəni, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Həmçinin üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarindan artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Digər tərəfdən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona fiziki zorakılıq göstərilməsi ilə bağlı gətirdiyi dəlillərin əsaslı olub olmaması məhkəmə istintaqında araşdırılmışıdr və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə qarşı fiziki güc, işgəncə və digər qanunsuz hərəkətlərin edilməsi baş verməmişdir. Məhkəmə iclası zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, hazırda Bakı Mühəndislik Universitetinin 1-ci kurs tələbəsidir. 27 yanvar 2024-cü il tarixdə saat təxminən 19 radələrində o, anası Məmmədova Hicran Rəşid qızı və bacısı X10 ilə birlikdə Bakı şəhəri,Yasamal rayonu,Şərifzadə keçəsində yerləşən İnşaatçılar metrostansiyasının yaxınlığında olan “Fatimə” aptekin qarşısındakı avtobus dayanacağına gələrək 39 saylı marşurut avtobusunu gözləmişlər ki, həmin avtobusla yaşadığı evə getsinlər. Həmin vaxt avtobus dayanacağında olan zaman özünə məxsus olan “İphone 15” markalı mobil telefonu ilə sms yazmış, sonra isə mobil telefonunu əynində olan paltonun sağ yan cibinə qoymuş və paltonun sol cibindən gediş kartını çıxarıb 39 saylı marşurut avtobusuna minmişdir. Bundan sonra o, marşurut avtobusunun içərisində olan zaman əlini platomun sağ cibinə salaraq mobil telefonunu çıxartmaq istəyəndə telefonunun cibimdə olmadığını aşkar etmişdir. O, ilkin olraq fikirləşmişdir ki, yəqin mobil telefonunu yerə salmışdır.Onlar növbəti dayanacaqda marşurut avtobusundan düşərək geri qayıtmış və avtobusa mindiyi dayanacağa qayıtmışlar. Həmin vaxt o, ətrafı axtarmış, lakin mobil telefonunu tapa bilməmişdir. Sonra isə o, anasının telefonu ilə öz telefonuna zəng vurmuş, lakin telefona zəng çatmamışdır. Bundan sonra özünə məxsus olan mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını bilib DİN 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmiş, daha sonra isə o, baş vermiş hadisə ilə əlaqədar Yasamal RPİ-nin 29-cu PŞ-də ərizə və izahat yazmışdır. Özünə məxsus olan “İphone 15” markalı mobil telefon oğurlanan zaman həmin telefonun üzərində 5 manat dəyərində «Azərcell» operatoruna aid ***-***-**-** nömrəli sim nömrə olmuş və əsasən Watsapp sosial şəbəkəsi vasitəsindən istifadə etdiyi üçün nömrədə kontur olmamışdır. “İphone 15” markalı mobil telefonu təxminən 04 ay bundan qabaq 3100 manata almışmış və baş vermiş cinayət nəticəsində ona 3105 manat maddi ziyan vurulmuşdur. İfadəsinin sonunda ona vurulmuş zərərin ödənilmədiyini bildirərək təqsirləndirilən şəxs barəsində ağır cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Məmmədova Hicran Rəşid qızının və X3 ifadələrindən görünür ki , onlar Zərərçəkmiş şəxs2 ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsustatları bir daha təsdiq etmişdirlər. Məhkəmə iclası zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, hazırda BDU-nin Hüquq Fakültəsinin 1-ci kurs tələbəsidir, 23 yanvar 2024-cü il tarixdə saat təxminən 19 radələrində oxuduğu universitetdən çıxıb metro vasitəsi ilə 20 yanvar metrostasiyasına gələrək "xxxx" ASC-nin inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında 114 saylı marşurut avtobusunu gözləmişdir ki, həmin avtobusla yaşadığı evə getsin. Həmin vaxt dayanacaqda çoxlu sayda şəxslər olduğundan həmin yer sıxlıq olmuşdur. O, dayanacaqda olan zaman özünə məxsus olan “Xiaomi Poco F5 Pro” markalı mobil telefonla anası ilə danışmış, sonra isə mobil telefonunu əynində olan paltonun sağ yan cibinə qoyaraq əl çantasından gediş kartını çıxarmışdır. Lakin o, görmüşdür ki, marşurut avtobusunda çoxlu sayda sərnişin var və o, həmin avtobusla getmək istəməmişdir. Bundan sonra o, əlini platonun sağ cibinə salaraq mobil telefonunu çıxartmaq istəyəndə telefonunun cibində olmadığını görmüşdür. Bundan sonra o, ətrafı axtarmış, lakin mombil telefonunu tapa bilməmişdir. Sonra isə dayanacqda olan tanımadığı şəxsdən xahiş edib onun telefonu ilə öz telefonuna zəng vurmuş, lakin telefona zəng çatmamışdır. Bundan sonra özünə məxsus olan mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını bilib DİN 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmiş, daha sonra isə o, baş vermiş hadisə ilə əlaqədar Yasamal RPİ-nin 29-cu PŞ-də ərizə və izahat yazmışdır. O, məxsus olan “Xiaomi Poco F5 Pro” markalı mobil telefon oğurlanan zaman həmin telefonun üzərində 5 manat dəyərində «Azərcell» operatoruna aid ***-***-**-** nömrəli sim nömrə olmuş, əsasən «Watsapp» sosial şəbəkəsi vasitəsindən istifadə etdiyi üçün nömrədə kontur olmamışdır. “Xiaomi Poco F5 Pro” markalı mobil telefonu o, təxminən 05 ay bundan qabaq 1350 manata almış və baş vermiş cinayət nəticəsində ona ümumilikdə 1355 manat maddi ziyan vurulmuşdur. İfadəsinin sonunda ona vurulmuş zərərin ödənilmədiyini bildirərək təqsirləndirilən şəxs barəsində ağır cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı Şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid Baram oğlu elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 31 yanvar 2024cü il tarixdə o, və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində həmin günü, yəni, 31 yanvar 2024-cü il tarixdə saat 13:00-da ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərmiş və birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gəlməyə dəvət etmişlər.Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi şöbəyə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi-axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim olunan siyahıdan istənilən müdafiəçinin dəvət oluna biləcəyini bildirmiş və həmin yerə müdafiəçi gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı üç ədəd kibrit qutusunu çıxardıb təqdim etmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin 03 ədəd kibrit qutularının içərisindəki maddə narkotik vasitə olan marixuanadır. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd kibrit qutularının içərisindəki maddə olan narkotik vasitə marixuananı,31 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri,Nəsimi rayonu, “Papanin” adlanan yerdə, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özünün şəxsi istifadəsi üçün 120 manat pulun qarşılığında alıb əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq ünvan 8 ünvanın qarşısına daşıyaraq üzərində saxladığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis letenantı X16 da Şahid Baram oğlunun ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsustatları bir daha təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X8 elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində metronun “20 Yanvar’ stansiyasının yaxınlığında yerləşən mobil telefonların alqı- satıqısı mağazasında 2024-cü ilin fevral ayının əvəllərindən satıcı işləyir. Gvvəllər bir neçə yerdə müxtəlif sahələrdə işləsə də sonuncu dəfə əvvəlidən tanıdığı, 1992-ci il təvəllüdlü, X9 dəvəti ilə, onun icarə əsasında işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 52 nömrəli ünvanda, beşmərtəbəli binanın padvalında yerləşən, “Texno” lombard, telefonların alışı və satışı mağazasında işləməyə gəlmiş və hazırda da həmin mağazada satıcı işləyir. Gündəlik olaraq səhər saat 10 radələrində işə gəlib axşam saat 21-22 radələrindən işdən çıxır. Sözügedən yerdə ondan əvvəl “Elşən” adlı şəxs işləmişdir. Vüsalim Almasov səhhəti ilə bağlı mağazaya ara-sira gəlib nəzarəti həyata keçmişdir. Hazırda işlədiyi sözügedən yerdə iş fəaliyyəti bundan ibarətdir ki, işlənmiş, yəni, ikinci əl mobil telefonların alqı-satıqını həyata keçirir. Belə ki, mobil telefonların alqı-satqısı zamanı mobil telefonlarını satmaq istəyən və ya almaq istəyən şəxs olduqda şəxsiyətini təsdiq edən sənəd təqdim olunduqdan sonra müvafiq qeydlər aparılaraq tərəfimdən telefon alımış və həmçinin satışı həyata keçirilir. 23 yanvar 2024-cü il tarixdə və 30 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsdən mobil telefonlar almamış, həmin telefonlari ondan əvvəl işləmiş Elşən adlı şəxs almışdir. Sözügedən mağazada 2024-cü ilin fevral ayının əvvəllərindən işləmiş, yəni, qeyd edilən mobil telefonların alışı zamanı o, ümumiyyətlə həmin mağazada işləmgmişdir.Elşən adlı şəxsin almiş olduğu hər iki telefona dair şəxsiyyət vəsiqələrinin suratlərini təqdim edmişdir. Belə ki, müəyyən olunmuşdur ki, Elşən adlı şəxs tərəfində 01 ədəd «Xiaomi Poco A5 Pro» markalı mobil telefon 50 manata, digər 01 ədəd «iPhone 15» markalı mobil telefon isə 350 manata alınmış və həmin mobil telefonlar alındıqdan sonra isə satılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 5 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “Baxış keçirilməsi haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 29-cu PŞ-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə 20 yanvar metrosunun yanında yerləşən "xxxx" ASC-nin qarşısında avtobus dayanacağında əynində olan paltonun cibindən “Xiaomi Poco F5 Pro” markalı mobil telefon oğurlanmasını bildirmişdir. (İ/V. 08-09). “Baxış keçirilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığından yerləşən avtobus dayanacağında yaranmış sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs2 əynində olan paltosunun sağ yan cibindəki 3100 manat dəyərində «iPhone 15 Pro» markalı mobil telefonu oğurlandığı aşkar edilmişdir. (İ/V. 24- 25). “Şübhəli şəxsin tutulması haqqında” 5 fevral 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-dan şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 40-41). “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 6 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilmişdir. (İ/V. 53-54). “Cinayət işinin başlanması haqqında” 1 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 57). “Şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-dan şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 75-77). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 03 (üç) ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (İ/V. 86-87). Məhkəmə iclasında diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Yasamal RPİnin 29-cu PŞ-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru X6 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi X4, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X16 və əməliyyat müvəkkili, polis leytenantı X11 iştirakları Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərindəəldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuşəşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitəyə oxşar kütlə olan 03 ədəd kibrit qutusunu çıxarıb könüllü təqdim edərək, 03 ədəd kibrit qutusunun içərisindəki maddənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitə marixuananı 31 yanvar 2024-cü il tarixdə sünorta saatlarında «Papanin» adlanan yerdən, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 120 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd kibrit qutusundakı kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1 fevral 2024-cü il tarixli 3-16-16/2-7/176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan 03 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 6,83 qram, 5,77 qram, 5,44 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin marixuananın ümumi təmiz çəkisi -18,04 qramdır. (İ/V. 95-97). “Şübhəli şəxsin azad edilməsi haqqında” 2 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (İ/V. 110). “Qətimkan tədbirinin seçilməsi haqqında” 3 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 129-130). “Cinayət işinin tövsif edilməsi haqqında” 6 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrindən həmin Məcəllənin 234.1, 177.2.2 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. (İ/V. 158-159). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-109/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 5 fevral 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 181-182). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (İ/V. 190). “CD diskə baxış keçirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, fraqmentin 25 saniyəlik görüntüsündə Zərərçəkmiş şəxs2 27 yanvar 2023-cü il tarixdə ünvan 10 ünvanda yerləşən avtobus dayanacağında 39 nömrəli avtobusun qabaq qapısından minmək istəməsi və onun arxasınca əynində qara rəngli gödəkçə və başında qara papağı olan şəxsin Zərərçəkmiş şəxs2 arxasında hərəkət edib avtobusa minmək istəməsi görüntüsü yaratması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə əks olunan əynində qara gödəkçə və başında qara papağı olan şəxs özüdür, avtobusa minmək istəyən qadın sərnişin Zərərçəkmiş şəxs2 əynində olan paltosunun sağ yan cibindən oğurladığını bildirmişdir. (İ/V. 225). “CD diskə baxış keçirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, fraqmentin 25 saniyəlik görüntüsündə Zərərçəkmiş şəxs1 23 yanvar 2023-cü il tarixdə ünvan 11 ünvanda yerləşən avtobus dayanacağında 114 nömrəli avtobusun qabaq qapısından minmək istəməsi və onun arxasınca əynində qara rəngli gödəkçə və başında qara papağı olan şəxsin Zərərçəkmiş şəxs1 arxasında hərəkət edib avtobusa minmək istəməsi görüntüsü yaratması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə əks olunan əynində qara gödəkçə və başında qara papağı olan şəxs özüdür, avtobusa minmək istəyən qadın sərnişin Zöhrə Evazlının əynində olan paltosunun sağ yan cibindən oğurladığını bildirmişdir. (İ/V. 227). “İfadənin yerində yoxlanılması haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus «Xiaomi Poco F5 Pro» mobil telefonunun oğurlandığı hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 39-da yerləşən avtobus dayanacağında yerləşir. Bundan başqa, Zərərçəkmiş şəxs2 məxsus «iPhone 15» mobil telefonunun oğurlandığı hadisə yeri Bakı şəhəri, ünvan 10-də yerləşən avtobus dayanacağında yerləşir. (İ/V. 229-232). “Baxış keçirilməsi haqqında” 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, X2 təqdim etdiyi 02 ədəd üzərində müvafiq qeydlər aparılmış A 4 formatından vərəqlərə baxış keçirmiş və baxış zamanı birinin üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin əksi, xx.xx.2024, Poco F5 Pro, İMEİ **********48207, İMEİ **********48217, 50 manata satiram, İmza sözləri yazılmış və Təqsirləndirilən şəxs imzası, digərinin üzərində isə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin əksi, xx.xx.2024, İphone 15,İMEİ **********48207, İMEİ **********81465, oğurluq deyil, özümə məxsusdur, pula ehtiyacım olduğu üçün 350 manata satıram, İmza sözləri yazılmış və Təqsirləndirilən şəxs tərəfindən izalanması müəyyən edilmişdir. (İ/V. 242). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının 27 fevral 2024-cü il tarixli 1307 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məmmədov X12 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata profilaktik qeydiyyata alınması məsləhə görülür. (İ/V. 253-254). Ambulator məhkəmə psixiatrik ekspertizasının 27 fevral 2024-cü il tarixli 530 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Ondan xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkinir. Ondda xasiyyətin psixotpatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olounan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, eəmağıllıq və ya sair psixi xəstəlik əlavətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinini təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadan Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ/V. 255-256). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli 3-16-16/2-7/333 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim olunmuş MEM-ə məxsus bir ədəd qəhvəyi rəngli paketdə üzərində «Şübhəli Təqsirləndirilən şəxs» yazılar və imzalar olan 03 (üç) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. (İ/V. 258-260). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nin 13 mart 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”ində narkoloji qeydiyyatı yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 18.04 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən quruldulmuş marixuana və iş üzrə təyin edilmiş hər iki ekspertiza tədqiqatından qalıq qalmış 17,92 narkotik vasitə quruldulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Bakı Şəhər Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Bundan əlavə, iş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntü əks etdirən 01 ədəd CD disk və iş üzrə oğurluq hadisəsini əks etdirən 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. (İ/V. 261-271). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etməsini, səmimi peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsini cəzanın məqsədlərini təmin edə biləcəyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il (saatlarla hesablanmaqla) sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 5 fevral 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il (saatlarla hesablanmaqla) sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk iş materiallarında saxlanılmalı, İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 17,98 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 144 manat məhkəmə-ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-319/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi 32 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 144 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 17,98 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-319/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-319/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver