Məhkəmə qərarları › İş №1(004)-32/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-32/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-32/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olan, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixləri arasında olan müddət ərzində Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarəyə götürdüyü saxlanc yeri hesab edilən qaraja qıfılı dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olmaqla qarajdan sonuncuya məxsus 01 ədəd dəyəri 65 manat olan «Quicks» markalı radiator, 01 ədəd dəyəri 150 manat olan «Philips» markalı göy rəngli tozsoran, 01 ədəd dəyəri 45 manat olan «Bosch» markalı şirəçəkən aparat, bir ədəd dəyəri 30 manat olan « Bosch» markalı kokteyl aparatı, bir ədəd dəyəri 150 manat olan qara rəngli kofe dəmləyən aparat, bir dəst dəyəri 50 manat olan Almaniya istehsalı olan qazan, 01 ədəd dəyəri 120 manat olan «Zenit» markalı fotoaparat çantası ilə birlikdə, 01 ədəd dəyəri 3 manat olan «Asgens» markalı gecə lampası, 01 ədəd dəyəri 20 manat olan «Led Tube» markalı lampa, 01 dəst dəyəri 15 manat olan «ARC» markalı qara rəngli çay servisi, bir dəst dəyəri 12 manat olan «Zelhome» markalı şüşə badələr, 01 ədəd dəyəri 15 manat olan tullantı qabı, 01 ədəd dəyəri 15 manat olan «Brabantia» markalı tullantı qabı, 01 ədəd dəyəri 90 manat olan xalça, 01 ədəd dəyəri 5 manat olan süfrə, 01 ədəd dəyəri 5 manat olan mişar, 01 ədəd dəyəri 0,10 qəpik olan Yeni il aksesuarı, 02 ədəd cəmi dəyəri 35 manat olan xrustal şüşədən hazırlanmış gül vazaları, 01 ədəd dəyəri 2 manat olan «Apple» markalı elektrik qidalandırıcısı, 01 ədəd dəyəri 5 manat olan «Quartz» markalı divar saatı, 1 qutusunun dəyəri 1 manat olan tort şamları, 1 qutusunun dəyəri 3 manat olan tort şamları, 05 ədəd cəmi dəyəri 1,50 qəpik olan kiçik ölçülü dəsmallar, 01 ədəd dəyəri 20 manat olan «Kodak» markalı «Star Motordrive» modelli fotoaparat, 01 dəstinin dəyəri 10 manat olan 06 ədəd qəhvəyi rəngli kiçik ölçülü stəkan, 03 ədəd cəmi dəyəri 03 manat olan şəffaf şüşə materiallı fincanlar, 01 dəst dəyəri 5 manat olan kiçik ölçülü qədəhlər(rumka), 03 ədəd cəmi dəyəri 3 manat olan orta ölçülü boşqablar, 05 ədəd cəmi dəyəri 10 manat olan orta ölçülü boşqablar(sünbül şəkilli), 01 ədəd dəyəri 1 manat olan kvadrat formalı boşqab, 01 ədəd dəyəri 1 manat olan kənarında mavi xətt olan kasa, 01 dəst dəyəri 5 manat olan 05 ədəd kiçik ölçülü stəkanlar, 02 ədəd cəmi dəyəri 1 manat olan ağ rəngli duzqabılar, 10 ədəd cəmi dəyəri 10 manat olan ağ rəngli boşqablar, 01 ədəd dəyəri 10 manat olan yaşıl rəngli meyvəqabı, 07 ədəd cəmi dəyəri 3,50 manat olan olan çəngəllər, 08 ədəd cəmi dəyəri 2,40 manat olan çay qaşıqları, 02 ədəd cəmi dəyəri 06 manat olan plastik saxlama qabları, 01 ədəd dəyəri 1 manat olan yaşıl saplı kiçik ölçülü bıçaq, 01 ədəd dəyəri 5 manat olan üzərində rəngli fiqurlar olan dolça, 01 ədəd dəyəri 0,50 manat olan meyvə-tərəvəz qabığı soyan, 01 ədəd dəyəri 15 manat olan «Sigma» markalı süni dəri kəmərli elektron qol saatı, 01 ədəd dəyəri 2 manat olan kompas, 01 ədəd dəyəri 2 manat olan qara rəngli kasa, 01 ədəd dəyəri 01 manat olan yaşıl silikon qapaqlı saxlama qabı, 03 ədəd cəmi dəyəri 4,50 manat olan plastik qablar, 01 ədəd dəyəri 2 manat olan 1 litr tutumlu saxlama qabı, 01 ədəd dəyəri 10 manat olan meyvə qabı, 01 dəst dəyəri 5 manat olan 06 ədəd çömçə və qaşıq, 02 ədəd cəmi dəyəri 2 manat olan çömçələr, 01 ədəd dəyəri 0,50 qəpik olan tərəvəz əzmək üçün qaşıq, 02 ədəd cəmi dəyəri 2 manat olan bıçaqlar, 01 ədəd dəyəri 0,20 manat olan narıncı silikon qaşıq, 01 ədəd dəyəri 0,20 manat olan deşikli qaşıq, 01 dəst cəmi dəyəri dəyəri 1 manat olan plastik materiallı bir dəfəlik qab-qaşıq, 01 ədəd dəyəri 0,30 manat olan qırmızı tutacaqlı meyvətərəvəz doğrayan, 01 ədəd dəyəri 2 manat olan «Mushroom» yazılı fincan və 04 ədəd bir ədədinin dəyəri 150 manat olan cəmi dəyəri 600 manat təşkil edən «Lomo» markalı fotoapartları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1584 manat 70 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvəllər etdiyi oğurluqlara görə 2 dəfə məhkum olunmuş və sonuncu dəfə Baki Apellyasiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2020-ci ilin mart ayınının sonlarında bir nəfər gənc yaşlarında olan şəxsin Yasamal rayonu Parlament prospekti 4 ünvanında yerləşən qaraja məişət əşyalarını yığmasını görüb oğurluq etmək qərarına gəlmişdir. x xxxxx 2020-ci il tarixdə saat təxminən 23 radələrində oğurluq etmək məqsədi ilə 1 ədəd dəmir parçası götürüb həmin qarajın yanına gələrək ətrafda heç kimin olmadığından əmin olduqdan sonra həmin qarajın qapısının üzərində olan dəmir qıfılı əlində olan dəmir parçası ilə sındırdıqdan sonra qaraja daxil olaraq qapını içəridən bağlamış və qarajın içərisində olan əşyalara nəzər yetirmişdir. Qarajın içərisində çoxlu sayda müxtəlif məişət əşyaları olduğunu görüb onları bir dəfəyə apara bilməyəcəyi üçün hissə-hissə oğurlamaq qərarına gəlmişdir. Həmin gün daha yüngül hesab etdiyi və tez sata biləcəyi əşyaları yəni, qazan dəsti, çay sevisi və bir sıra digər əşyaları oğurlayaraq həmin qarajdan çıxmış və qapını bağlayaraq qıfılı açıq vəziyyətdə yerinə taxmışdır. Səhəri gün eyni qaydada axşam radələrində qaraja gəlmiş və qarajın qapısının eyni vəziyyətdə olmasını görərək heç kimin onun dünən etdiyi oğurluqdan xəbəri olmadığına əmin olub, qarajdan digər məişət əşyalarını yəni tozsoran, kofe dəmləyən apparat, blender və bir sıra kiçik əşyaları oğurlayaraq qarajı eyni qaydada tərk etmişdir. Həmin gündən aprel ayının 9-na qədər olan müddət ərzində həmin qaraja eyni üsulla daxil olaraq hər dəfə apara biləcəyi qədər əşyaları sellofan torbalara yığaraq aparıb yaşadığı evin yaxınlığında gizlədirmişdir. Bundan sonra ehtiyacı olduqca həmin əşyaları sataraq əldə etdiyi pulu öz şəxsi maraqları üçün xərcləyirmişdir. Məhkəmənin sualına cavab olaraq zərərçəkmiş səxs tərəfindən sadalanan məişət əşyalarını oğurladığını etiraf etmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərərin ödənildiyini, cavan olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayının ortalarında yaşadığı evi sataraq başqa mənzilə köçməyi planlaşdırdığı üçün evdə olan əşyaları icarəyə götürdüyü Yasamal rayonu Parlament prospekti 4 ünvanında yerləşən qaraja yığmışdır. Həmin vaxtdan sonra vaxtaşırı həmin qaraja gələrək əşyaları nəzərdən keçirmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 11:40-da həmin qaraja gəldiyi zaman görmüşdür ki, qarajın qapısının üstündə olan qıfıl açıq vəziyyətdədir. Həmin qıfılı çıxararaq qaraja daxil olduqda görmüşdür ki, qarajın içərisində əşyalar dağınıq vəziyyətdədir və həmin əşyaların bir qismi yerində yoxdur. Bunu gördükdən dərhal sonra 102-xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra qaraja baxış keçirən zaman ona məlum olmuşdur ki, oradan ona məxsus 01 ədəd «Quicks» markalı radiator, 01 ədəd «Philips» markalı göy rəngli tozsoran, 01 ədəd «Bosch» markalı şirəçəkən aparat, bir ədəd « Bosch» markalı kokteyl aparatı, bir ədəd qara rəngli kofe dəmləyən aparat, bir dəst Almaniya istehsalı olan qazan, 01 ədəd «Zenit» markalı fotoaparat çantası ilə birlikdə, 01 ədəd «Asgens» markalı gecə lampası, 01 ədəd «Led Tube» markalı lampa, 01 dəst «ARC» markalı qara rəngli çay servisi, bir dəst «Zelhome» markalı şüşə badələr, 01 ədəd tullantı qabı, 01 ədəd «Brabantia» markalı tullantı qabı, 01 ədəd xalça,01 ədəd süfrə, 01 ədəd mişar, 01 ədəd Yeni il aksesuarı, 02 ədəd xrustal şüşədən hazırlanmış gül vazaları, 01 ədəd «Apple» markalı elektrik qidalandırıcısı, 01 ədəd «Quartz» markalı divar saatı, 2 qutu tort şamları, 05 ədəd kiçik ölçülü dəsmallar, 01 ədəd «Kodak» markalı «Star Motordrive» modelli fotoaparat, 01 dəst qəhvəyi rəngli kiçik ölçülü stəkan, 03 ədəd şəffaf şüşə materiallı fincanlar, 01 dəst kiçik ölçülü qədəhlər(rumka), 03 ədəd orta ölçülü boşqablar, 05 ədəd orta ölçülü boşqablar(sünbül şəkilli), 01 ədəd kvadrat formalı boşqab, 01 ədəd kənarında mavi xətt olan kasa,01 dəst kiçik ölçülü stəkanlar, 02 ədəd ağ rəngli duzqabılar, 10 ədəd ağ rəngli boşqablar, 01 ədəd yaşıl rəngli meyvəqabı , 07 ədəd çəngəllər, 08 ədəd çay qaşıqları, 02 ədəd plastik saxlama qabları, 01 ədəd yaşıl saplı, kiçik ölçülü bıçaq, 01 ədəd üzərində rəngli fiqurlar olan dolça, 01 ədəd meyvə-tərəvəz qabığı soyan, 01 ədəd «Sigma» markalı süni dəri kəmərli elektron qol saatı, 01 ədəd kompas, 01 ədəd qara rəngli kasa, 01 ədəd yaşıl silikon qapaqlı saxlama qabı, 03 ədəd plastik qablar, 01 ədəd 1 litr tutumlu saxlama qabı, 01 ədəd meyvə qabı, 01 dəst 06 ədəd çömçə və qaşıq, 02 ədəd çömçələr, 01 ədəd tərəvəz əzmək üçün qaşıq, 02 ədəd bıçaqlar, 01 ədəd narıncı silikon qaşıq, 01 ədəd deşikli qaşıq, 01 dəst plastik materiallı bir dəfəlik qab-qaşıq, 01 ədəd qırmızı tutacaqlı meyvə-tərəvəz doğrayan, 01 ədəd dəyəri 2 manat olan “Mushroom” yazılı fincan, 04 ədəd kiçik ölçülü “Lomo” markalı fotoaparatlar oğurlanmışdır. Sonradan o həmin əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. İstintaq dövründə əşyaların bir qismi ona natura şəkildə qaytarılmışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində qonşusu olan Təqsirləndirilən şəxs ondan borca bir günlük 10 manat pul istəmiş və həmin pulun təminatı olaraq bir ədəd qara rəngli çay dəstini verməyi təklif etmişdir. O, həmin çay dəstinin kimə məxsus olması barədə maraqlandıqda İlqar ona bildirmişdir ki, həmin çay dəsti öz evinin əşyasıdır və pula ehtiyacı olduğu üçün həmin əşyanı ona girov olaraq verir və sabah onun verdiyi 10 manatı qaytararaq çay dəstini geri götürəcəkdir. O, İlqara yazığı gəldiyi üçün ondan çay dəstini götürüb ona 10 manat pul vermişdir. Yekun olaraq onun İlqarın oğurluq etməsindən xəbəri olmadığını və ona verdiyi pulun qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində qonşusu olan Təqsirləndirilən şəxs onun evinin qapısını döyərək bildirmişdir ki, qardaşı həbsdə olduğu üçün ona təcili pul göndərmək lazımdır, bu səbəbdən evlərində olan əşyaları satır və ona 5 manata 06 ədəd şüşə badələri almağı təklif etmiş və o, İlqarın bu təklifi ilə razılaşaraq onun satdığı badələri 5 manata ondan almışdır. xx xxxxx 2020-ci il tarixdə 22 radələrində İlqar yenidən onun qapısına gələrək bildirmişdir ki, qardaşı həbsdə olduğu üçün yenə də pula ehtiyacı var və yalvarmışdır ki, öz ev əşyası olan bir ədəd radiatoru 10 manata və bir ədəd dəmir zibil qabını 3 manata ondan alsın. O yenədə İlqarın bu təklifi ilə razılaşaraq həmin əşyaları almışdır. Bunda sonra İlqar əlindəki sellofan torbanı onun mənzilinin yaxınlığına qoyaraq birazdan gəlib götürəcəyini deyib oradan çıxıb getmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun İlqarın oğurluq etməsindən xəbəri olmamış və onun İlqara verdiyi pul qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. İlqar əvvəllər narkotik vasitədən istifadə edib, lakin uzun müddət İlqarı öz yanında saxlayıb müalicə etdirərək onu sağaltmışdır. İlqarın etdiyi oğurluqdan yalnız o həbs edildikdən və Bakı İstintaq Təcridxanasından ona etdiyi zəngdən sonra xəbəri olmuşdur. İlqarın oğurladığı əşyaların bir qismini evdə taparaq zərərçəkmiş şəxsə qaytarmış, qalan zərərin əvəzi olaraq isə zərəçəkmiş şəxsə 500 manat ödəmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 52-53-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində İlqar onun evinin qapısını döyərək bildirmişdir ki, xalça satır. O həmin xalçanı nə üçün və neçəyə satmağı ilə maraqlandıqda İlqar ona bildirmişdir ki, xalça bacısının cehizidir, həmin xalçanı uşağa yemək almaq məqsədi ilə satır və həmin xalçanı ona 10 manata sata biləcəyini bildirmişdir. O da razılaşaraq xalçanı 10 manata almışdır. xx.xx.2020-ci il tarixdə 21 radələrində İlqar yenə onun evinin qapısını döyərək şirəçək aparatı ona göstərmiş və yenə bildirmişdir ki, şirəçəkən aparat bacısının cehizidir, pula ehtiyacı olduğu üçün həmin aparatı girov olaraq qəbul etsin və əvəzində İlqara 10 manat pul versin. İlqar 10 manatı qaytararaq aparatı geri götürəcəkdir. O da razılaşaraq İlqara 10 manat pul vermişdir. Həmçinin həmin vaxtı özü ilə gətirdiyi digər əşyaları yəni, zibil qabı, 4 kiçik dəsmal və bir ədəd fotoaparatı da göstərərək həmin əşyaları satdığını demiş və həmin əşyaların müqabilində nə qədər pula imkanını çatırsa verib ala biləcəyini demişdir. O da cəmi həmin əşyalara 5 manat pul verib almışdır. Təqsirləndirilən şəxs narkoman olmasını bilsə də, İlqarın oğurluq cinayətləri törətməsi və almış olduğu əşyaların oğurluq olmasını bilməmişdir. Həmçinin bildirmişdir ki, İlqar ona əşyaların evinə məxsus olduğunu ehtiyac səbəbindən ucuz qiymətə satdığını bildirmiş, o da İlqara inanıb kömək etmək məqsədi ilə həmin malları ucuz qiymətə almışdır. Hazırda Təqsirləndirilən şəxs ona satdığı əşyaları istintaqa təqdim edə biləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, Parlament prospekti 4 ünvanına baxış keçirilərkən bildirmişdir ki, oğurluq hadisəsi həmin ünvanda yerləşən qarajdır. Qaraj dəmirdən olmaqla üzərində “Mebel Təmiri” yazılmışdır. Qarajın qapısının üzərində olan qıfıl açıq vəziyyətdə yerdədir. Qarajın içərisi yerdən taxta ilə döşənmişdir. Taxtaların üzərində karton yeşiklər, mebel dəsti və müxtəlif xırda əşyalar vardır. Zərərçəkmiş şəxs bildirdi ki, həmin qarajın qapısını xx.xx.2020-ci il tarixində açaraq aşkar etmişdir ki, qarajdan ona məxsus 5000-6000 dəyərində məişət avadanlıqları oğurlanmışdır.“(i.v. 5-7) İfadənin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, Parlament prospekti 4 ünvanında yerləşir. Təqsirləndirilən şəxs həmin ünvanı, yəni hadisə yerini göstərib bildirmişdir ki, bu ilin aprel ayının 1-də axşam saat 23 radələrdə həmin ünvana gələrək qarajın qapısının üzərində olan dəmir qıfılı həmin ərazidən götürdüyü dəmir parçası ilə sındırdıqdan sonra həmin qaraja daxil olmuş və orada qazan dəstləri, gümüş servisi və bir sıra digər əşyaları oğurlayaraq həmin qarajı tərk etmiş və sındırdığı qıfılı öz yerinə açıq vəziyyətdə taxmışdır. Həmin gündən bu ayın 9-na qədər olan müddət ərzində həmin qaraja hər gün 1 və ya 2 dəfə daxil olmaqla hər dəfə apara biləcəyi əşyaları sellofan torbalara yığaraq yaşadığı evin yaxınlığında gizlətdikdən sonra ehtiyacı olduqca həmin əşyaları sataraq əldə etdiyi pula narkotik vasitə alaraq istifadə etmişdir. (i.v.24-26) İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Axtarış aparılması və götürmə haqqında” protokoldan görünür ki, axtarış və götürülmənin aparıldığı ünvan ünvan 4 ünvanıdır. Həmin ünvanda yaşayan Şahid4 icazəsi və dəvəti ilə mənzilə daxil olaraq yataq otağında yerləşən Təqsirləndirilən şəxs çarpayısının altında olan oğurlanmış əşyaları təqdim olunması Təqsirləndirilən şəxs təklif edilmişdir. O, çarpayısının altından göy rəngli sellofan torbanı çıxararaq içərisində olan əşyaları, stolun üzərinə yığdıqdan sonra həmin əşyalar qeydə alınmışdır: bir ədəd qırmızı qəhvəyi süfrə, bir ədəd yaşıl dəstəkli mişar, 1 ədəd Zenit markalı fotoaparat və həmin fotoaparatın çantası, bir ədəd İphone noutbuk adapteri şunuru ilə birlikdə, bir ədəd gecə lampası, bir ədəd yeni il əlcəyi, plastik təkistifadəli boşqab, qaşıqlar, 10 ədəd qaşıq, 01 ədəd çəngəl, 02 ədəd çay qaşığı, 02 ədəd bıçaq cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (i.v.49- 51) İş materiallarında olan xx.xx.2020-ci il tarixli könüllü təqdim etmə və götürmə barədə protokollardan görünür ki, Şahid3, Şahid2 və Şahid1 ümümilikdə 1 ədəd şirəçəkən aparatı, bir ədəd xalça, bir ədəd zibil qabı, 04 ədəd kiçik dəsmal, 01 ədəd “Kodak” markalı fotoaparat, bir ədəd radiator, bir ədəd metallik rəngli zibil qabı, 06 ədəd badə, 01 ədəd İphone markalı adapter, bir ədəd divar saatı, içərisində 16 ədəd tort şamı olan qutu, içərisində tort şamları olan qutu, 06 ədəd fincan, 06 ədəd nəlbəki, bir şirniyyat qabından ibarət olan qara rəngli çay dəsti götürülmüşdür. (i.v 56, 61, 66) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1598 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı istifadədə olmuş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 629.70 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (i.v.120-123) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, AR ƏN MEM-İN məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1598 nömrəli rəyi, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolu, axtarış və götürmə aparrılması barədə protokol və digər sənədlər sübut kimi qiymətləndirilmişdir. İş üzrə hadisə yerinə baxış protokolu, Azərbaycan Respublikası ƏN MEM-in xx xxxx 2020-ci il tarixli 9/1598 saylı rəy, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolu, axtarış və götürmə aparılması barədə protokol və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Bir ədəd «Quicks» markalı radiator, bir ədəd «Bosch» markalı şirəçəkən aparat, bir ədəd « Bosch» markalı kokteyl aparatı, bir dəst qazan, 01 ədəd dəyəri «Zenit» markalı fotoaparat çantası ilə birlikdə , 01 ədəd gecə lampası, bir dəst «ARC» markalı qara rəngli çay servisi, bir dəst «Zelhome» markalı şüşə badələr, 02 ədəd tullantı qabı, bir ədəd xalça, bir ədəd süfrə, bir ədəd mişar, bir ədəd Yeni il aksesuarı, 01 ədəd «Apple» markalı elektrik qidalandırıcısı, 01 ədəd «Quartz» markalı divar saatı, 2 qutu tort şamları, 05 ədəd kiçik ölçülü dəsmallar, 01 ədəd «Kodak» markalı «Star Motordrive» modelli fotoaparat, 01 dəst qəhvəyi rəngli kiçik ölçülü stəkan, 03 ədəd şəffaf şüşə materiallı fincanlar, 01 dəst kiçik ölçülü qədəhlər(rumka), 03 ədəd olan orta ölçülü boşqablar, 05 ədəd orta ölçülü boşqablar(sünbül şəkilli), 01 ədəd kvadrat formalı boşqab, 01 ədəd kənarında mavi xətt olan kasa, 01 dəst 05 ədəd kiçik ölçülü stəkanlar, 02 ədəd ağ rəngli duzqabılar, 10 ədəd ağ rəngli boşqablar, 01 ədəd yaşıl rəngli meyvəqabı, 07 ədəd çəngəllər, 08 ədəd çay qaşıqları, 02 ədəd plastik saxlama qabları, 01 ədəd dəyəri yaşıl saplı.kiçik ölçülü bıçaq, 01 ədəd üzərində rəngli fiqurlar olan dolça, 01 ədəd meyvətərəvəz qabığı soyan, 01 ədəd «Sigma» markalı süni dəri kəmərli elektron qol saatı, 01 ədəd dəyəri kompas, 01 ədəd qara rəngli kasa, 01 ədəd yaşıl silikon qapaqlı saxlama qabı, 03 ədəd plastik qablar, 01 ədəd 1 litr tutumlu saxlama qabı, 01 ədəd meyvə qabı, 01 dəst 06 ədəd çömçə və qaşıq, 02 ədəd çömçələr, 01 ədəd tərəvəz əzmək üçün qaşıq, 02 ədəd bıçaqlar, 01 ədəd narıncı silikon qaşıq, 01 ədəd deşikli qaşıq, 01 dəst plastik materiallı bir dəfəlik qab-qaşıq,01 ədəd qırmızı tutacaqlı meyvə-tərəvəz doğrayan, 01 ədəd “Mushroom» yazılı fincanı maddi sübut hesab edilməli və Zərərçəkmiş şəxs qaytarılmışdır, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın cəmi olaraq miqdarı 1584,7 manat müəyyən edilmişdir. (i.v. 149-154) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 36) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 86-87) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni xx xxxxxxxx 2020ci il tarixədək uzadılmışdır. (i.v. 115-116) “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti bitdikdən sonra, yəni xx xxxxxxxx 2020-ci il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 96-98) Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(004)-192/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(004)-85/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01(bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla 4 gün ona təyin eilmiş ümumi cəzadan çıxılmaqla üzərində 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(004)-192/2019 saylı hökm ilə təyin edilmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(103)-1026/2020 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, təyin edilmiş 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 17(on yeddi) gün müddətə hissəsi Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, onun üzərinə qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin qərar şöbənin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs dəfələrlə bildiriş, xəbərdarlıq göndərilməsinə, telefon vasitəsi ilə əlaqə saxlanılmasına baxmayaraq şöbəyə gəlməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası onun tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən və Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Həsənov X3 Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü madəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cınayət Məcəlləsinin 18.4.2 və 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin onun törətdiyi əməl Baki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərərin tam ödənilməsini, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən Apellyasiya Məhkəməsinin 1(103)-1026/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti cəza müəyyən olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini xx xxxxxx 2019-cu il tarixdə törətdiyi cinayətə görə məhkəmə baxışı getdiyi dövürdə törətmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Apellyasiya Məhkəməsinin 1(103)-1026/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 10 (on) ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun xx xxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixdədək həbsdə saxlanıldığı 5 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından dərhal həbs edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «Quicks» markalı radiator, bir ədəd «Bosch» markalı şirəçəkən aparat, bir ədəd « Bosch» markalı kokteyl aparatı, bir dəst qazan, 01 ədəd dəyəri «Zenit» markalı fotoaparat çantası ilə birlikdə , 01 ədəd gecə lampası, bir dəst «ARC» markalı qara rəngli çay servisi, bir dəst «Zelhome» markalı şüşə badələr, 02 ədəd tullantı qabı, bir ədəd xalça, bir ədəd süfrə, bir ədəd mişar, bir ədəd Yeni il aksesuarı, 01 ədəd «Apple» markalı elektrik qidalandırıcısı, 01 ədəd «Quartz» markalı divar saatı, 2 qutu tort şamları, 05 ədəd kiçik ölçülü dəsmallar, 01 ədəd «Kodak» markalı «Star Motordrive» modelli fotoaparat, 01 dəst qəhvəyi rəngli kiçik ölçülü stəkan, 03 ədəd şəffaf şüşə materiallı fincanlar, 01 dəst kiçik ölçülü qədəhlər(rumka), 03 ədəd olan orta ölçülü boşqablar, 05 ədəd orta ölçülü boşqablar(sünbül şəkilli), 01 ədəd kvadrat formalı boşqab, 01 ədəd kənarında mavi xətt olan kasa, 01 dəst 05 ədəd kiçik ölçülü stəkanlar, 02 ədəd ağ rəngli duzqabılar, 10 ədəd ağ rəngli boşqablar, 01 ədəd yaşıl rəngli meyvəqabı, 07 ədəd çəngəllər, 08 ədəd çay qaşıqları, 02 ədəd plastik saxlama qabları, 01 ədəd dəyəri yaşıl saplı.kiçik ölçülü bıçaq, 01 ədəd üzərində rəngli fiqurlar olan dolça, 01 ədəd meyvətərəvəz qabığı soyan, 01 ədəd «Sigma» markalı süni dəri kəmərli elektron qol saatı, 01 ədəd dəyəri kompas, 01 ədəd qara rəngli kasa, 01 ədəd yaşıl silikon qapaqlı saxlama qabı, 03 ədəd plastik qablar, 01 ədəd 1 litr tutumlu saxlama qabı, 01 ədəd meyvə qabı, 01 dəst 06 ədəd çömçə və qaşıq, 02 ədəd çömçələr, 01 ədəd tərəvəz əzmək üçün qaşıq, 02 ədəd bıçaqlar, 01 ədəd narıncı silikon qaşıq, 01 ədəd deşikli qaşıq, 01 dəst plastik materiallı bir dəfəlik qab-qaşıq,01 ədəd qırmızı tutacaqlı meyvə-tərəvəz doğrayan, 01 ədəd “Mushroom» yazılı fincanı maddi sübut hesab edilməli və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1026/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən toplanılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs istintaq zamanı xx xxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixdədək həbsdə saxlanıldığı 5 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd «Quicks» markalı radiator, bir ədəd «Bosch» markalı şirəçəkən aparat, bir ədəd « Bosch» markalı kokteyl aparatı, bir dəst qazan, 01 ədəd dəyəri «Zenit» markalı fotoaparat çantası ilə birlikdə , 01 ədəd gecə lampası, bir dəst «ARC» markalı qara rəngli çay servisi, bir dəst «Zelhome» markalı şüşə badələr, 02 ədəd tullantı qabı, bir ədəd xalça, bir ədəd süfrə, bir ədəd mişar, bir ədəd Yeni il aksesuarı, 01 ədəd «Apple» markalı elektrik qidalandırıcısı, 01 ədəd «Quartz» markalı divar saatı, 2 qutu tort şamları, 05 ədəd kiçik ölçülü dəsmallar, 01 ədəd «Kodak» markalı «Star Motordrive» modelli fotoaparat, 01 dəst qəhvəyi rəngli kiçik ölçülü stəkan, 03 ədəd şəffaf şüşə materiallı fincanlar, 01 dəst kiçik ölçülü qədəhlər(rumka), 03 ədəd olan orta ölçülü boşqablar, 05 ədəd orta ölçülü boşqablar(sünbül şəkilli), 01 ədəd kvadrat formalı boşqab, 01 ədəd kənarında mavi xətt olan kasa, 01 dəst 05 ədəd kiçik ölçülü stəkanlar, 02 ədəd ağ rəngli duzqabılar, 10 ədəd ağ rəngli boşqablar, 01 ədəd yaşıl rəngli meyvəqabı, 07 ədəd çəngəllər, 08 ədəd çay qaşıqları, 02 ədəd plastik saxlama qabları, 01 ədəd dəyəri yaşıl saplı.kiçik ölçülü bıçaq, 01 ədəd üzərində rəngli fiqurlar olan dolça, 01 ədəd meyvətərəvəz qabığı soyan, 01 ədəd «Sigma» markalı süni dəri kəmərli elektron qol saatı, 01 ədəd dəyəri kompas, 01 ədəd qara rəngli kasa, 01 ədəd yaşıl silikon qapaqlı saxlama qabı, 03 ədəd plastik qablar, 01 ədəd 1 litr tutumlu saxlama qabı, 01 ədəd meyvə qabı, 01 dəst 06 ədəd çömçə və qaşıq, 02 ədəd çömçələr, 01 ədəd tərəvəz əzmək üçün qaşıq, 02 ədəd bıçaqlar, 01 ədəd narıncı silikon qaşıq, 01 ədəd deşikli qaşıq, 01 dəst plastik materiallı bir dəfəlik qab-qaşıq,01 ədəd qırmızı tutacaqlı meyvə-tərəvəz doğrayan, 01 ədəd “Mushroom» yazılı fincanı maddi sübut hesab edilməli və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar