Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-32/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu inzibati ərazisində Kubinka adlanan ərazidən isintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,921 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində ünvan 4 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PŞ-nin inzibati binasına gətirilib, orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindəki bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 0,921 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 07 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisində “Köhnə Yasamal Bazarı” kimi adlanan yerdən isintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,371 qram narkotik vasitə olan heroini 30 manata əldə edib üzərində saxlayaraq daşımış, 07 mart 2024-cü il tarixdə saat 17:40-da Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanın qarşısında olarkən saxlanılaraq ünvan 6ında yerləşən Yasamal RPİ-nin inzibati binasına gətirilib orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 0,371 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 ildən çox narkotik vasitə istifadə etmiş, hər iki dəfə saxlanıldığı zaman polis əməkdaşları küçədə ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. Daha sonra onu maşına mindirib bölməyə aparmışlar. Polis bölməsində olarkən ona psixoloji təsir göstərmişlər. Tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Lakin fiziki zor tədbiq edilməmiş və bununla bağlı hər hansı orqana müraciət etməmişdir. O da məcburiyyət qarşısında ona elan olunan ittihamla qorxudan razılaşmışdır. Lakin sonradan - məhkəmə çıxışları zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yasamal RPİ-nin 28-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Onun vəzifə səlahiyyətlərinə cinayət törətmiş şəxsləri müəyyən etmək, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, həmin şəxsləri müəyyən edərək müvafiq tədbirlər görülməsini təmin etmək, narkotik vasitələrin dövriyyədən çıxarılması üçün müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirmək daxildir. Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olduğundan 27 fevral 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədi ilə əməliyyat qrupu təşkil olunub və 27 fevral 2024-cü il tarixdə saat 15:00-dan saat 17:00 radələrinədək Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 41 ünvanın yaxınlığına gedərək həmin vaxt qeyd edilən ünvanda olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O da onların təklifi ilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Kamran Cavadov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutub video çəkiliş aparılmaqla onların və müdafiəçi Fuad Mehdiyevin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O da əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs şifahi sorğu edilən zaman, həmin maddənin narkotik vasitə heroin olmasını və şəxsi istifadə etmək məqsədi ilə üzərində saxladığını, 27 fevral 2024-cü il tarixdə narkotik maddəni səhər saatlarında «Kubinka» deyilən ərazidə əvvəllər də narkotik maddələr aldığı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat qarşılığında əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənib və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilib və iştirakçılar tərəfindən imzalanmışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Onun vəzifə səlahiyyətlərinə cinayət törətmiş şəxsləri müəyyən etmək, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, həmin şəxsləri müəyyən edərək müvafiq tədbirlər görülməsini təmin etmək, narkotik vasitələrin dövriyyədən çıxarılması üçün müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirmək daxildir. Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olduğundan 27 fevral 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədi ilə əməliyyat qrupu təşkil olunub və 27 fevral 2024-cü il tarixdə saat 15:00-dan saat 17:00 radələrinədək Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 41 ünvanın yaxınlığına gedərək həmin vaxt qeyd edilən ünvanda olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O da onların təklifi ilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Kamran Cavadov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutub video çəkiliş aparılmaqla onların və müdafiəçi Fuad Mehdiyevin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O da əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs şifahi sorğu edilən zaman, həmin maddənin narkotik vasitə heroin olmasını və şəxsi istifadə etmək məqsədi ilə üzərində saxladığını, 27 fevral 2024-ü il tarixdə narkotik maddəni səhər saatlarında «Kubinka» deyilən ərazidə əvvəllər də narkotik maddələr aldığı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat qarşılığında əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənib və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilib və iştirakçılar tərəfindən imzalanmışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Onun vəzifə səlahiyyətlərinə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, həmin şəxsləri müəyyən edərək müvafiq tədbirlər görülməsini təmin etmək, narkotik vasitələrin dövriyyədən çıxarılması üçün müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirmək və sair daxildir. Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olduğundan 07 mart 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədi ilə əməliyyat qrupu təşkil olunmuş və 07 mart 2024-cü il tarixdə saat təxminən 17:40 radələrində RPİ-nin X1 baş əməliyyat müvəkkili Şahid4 və kiçik əməliyyat müvəkkilli Şahid5 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 12 ünvanın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın qarşısında olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqəni göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların təklifi ilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində baş təhqiqatçı Əli Məmmədov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutub video çəkiliş aparılmaqla onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs şifahi sorğu edilən zaman, həmin maddənin narkotik vasitə heroin olmasını və şəxsi istifadə etmək məqsədi ilə üzərində saxladığını, 07 mart 2024-ü il tarixdə səhər saatlarında köhnə Yasamal bazarı adlanan ərazidə 30 manat qarşılığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənərək məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Şahid Yasamal RPİ-nin X1 kiçik əməliyyat müvəkkili Şahid5 və Yasamal RPİ-nin X1 baş əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiklərini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadə elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş şahidlər Şahid5 və Şahid4 məhkəmə iclasında dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Yasamal RPİ-nin NMBnin əməliyyat müvəkkilləri Şahid3 və Şahid5, Müdafiəçi1 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, 07 mart 2024-cü il tarixdə səhər radələrində köhnə Yasamal bazarının yanında tanımadığı şəxsə istifadəsi üçün 30 manat pul ödəyərək aldığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs gödəkçənin sol yan cibindən bir Samsung J10 markalı içərisində ***-***-**-** sim nömrə olan mobil telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürülmüş, bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 30-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 mart 2024-cü il tarixli, 6/1391 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respunlikası Daxili İşlər Nazirliyi Zərflər üçün №42” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən... ”soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,371 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.39-43). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 mart 2024-cü il tarixli, 1754 A №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v.103-104). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 28-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, müdafiəçi X5 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofanın içərisində saxladığı, öz dediyinə görə içərisində “kakos” deyilən narkotik maddə heroin aşkarlanmış, bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmiş, iştirak edənlər və müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs əyninə geyindiyi tünd göy rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, təqdim etdiyi şəffaf rəngli sellofanın içərisindəki qəhvəyi rəngli, toz şəkilli maddə “kakos” deyilən narkotik maddə olan heroindir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik maddəni bu gün səhər “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən, əvvəllər də narkotik maddələr aldığı şəxsdən 10 manata almış, bu gün saat 17:00-da A.M.Şərifzadə küçəsi, ev 41 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PŞ-nin inizbati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaretin şəffaf sellofanın içərisində saxladığı bükülü zərfə qoyularaq qablaşdırılmış, DİNin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənmiş, zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v.148-149). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 fevral 2024-cü il tarixli, 6/1175 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respunlikası DİN Zərflər üçün №167” dairəvi möhür əksləri, “..Ələsgərov (imza)..” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,921 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i.v.157-161). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 05 aprel 2024-cü il tarixli, 5/323 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10S” markalı “SM-A107F/DS” modelli “**********88644, **********88640” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, tədqiq olunan “Samsung Galaxy A10S” markalı “SM-A107F/DS” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video fayllar WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış audio, foto fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə), rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A10S” markalı “SM- A107F/DS” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı, “İnstagram” sosial şəbəkə vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı, təqdim edilmiş “Samsung Galaxy A10S” markalı “SM-A107F/DS” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, buraxılmış və çıxan səsli zənglər) mübadilələri müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı, təqdim edilmiş “Samsung Galaxy A10S” markalı “SM- A107F/DS modelli mobil smartfonun yaddaşında hal hazırda “İnstagram” sosial şəbəkəyə aid proqram təminatı müəyyən olunmamışdır (i.v.224-228). “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə məhkəmə-kompyuter texniki ekspertizasının 05 aprel 2024-cü il tarixli 5/323 nömrəli ekspertiza rəyinə əlavə edilmiş 1 ədəd DVD-R markalı diskə baxış keçirilmiş, baxış zamanı üzərində Ekspertiza 5-323 yazısı olan DVD-R formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd Ekspertiza 5-323 adlı sadə fayl müəyyən edilmiş, DVD-R diskin içərisində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (i.v.229). “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 10859 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı üzərində markalanma göstəricisi olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 07 ədəd sadə fayl müəyyən edilmiş, CD diskin içərisində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (i.v.244). “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, 10859AZF/LGL-393/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı üzərində Nar loqosu, 53/2-xx/xx/2024 yazısı olan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 04 ədəd fayl müəyyən edilmiş, CD diskin içərisində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (i.v.246). "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, BKC/LGL-8273/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sorğulanan müddətdə "xxxx" şəbəkəsində nömrə qeydə alınmamışdır (i.v.248). “Sübutların qiymətləndirilməsi haqqında” 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Eldar Kazımov tərəfindən və 09 mart 2024-cü il tarixdə elan olunmuş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti yarandığından, o, Azərbaycan Respublikası CPM-in 225.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yenidən həmin maddə ilə ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində 09 mart 2024-cü il tarixdə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasının nəzərə alınması, istintaq zamanı toplanmış materiallara əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.2-ci naddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və buna dair materialların rayon prokuroruna göndərilməsi, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən məhkumluğu ödənilmiş şəxs olması və törətdiyi cinayət əməlinin cinayətin residivini yaratmamasının nəzərə alınması, narkotik vasitənin mənbəyini müəyyən etmək istiqamətində araşdırma aparılması üçün cinayət işindən materialın ayrılaraq Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis şöbəsinə göndərilməsi, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdimetmə kimi qiymətləndirilə bilməməsinin nəzərə alınması, cinayət işində olan “məhkum olunmuş” cümləsinin “məhkumluğu ödənilmiş” kimi oxunması, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,921 qram və 0,371 qram çəkidə olan narkotik vasitə heroin, heroinin kimyəvi ekspertiza keçirildikdən sonra müvafiq olaraq 0,871 qram və 0,321 qram çəkidə qalan hissəsi, məhkəmə kompyuter-texniki ekspertizasından daxil olmuş bir ədəd DVD-R modelli disk, Azerfon MMC-dən daxil olmuş 1 ədəd CD modelli disk, Azercell MMC-dən daxil olmuş 1 ədəd CD modelli disk, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılan zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən iki ədəd DVD modelli disklərin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 0,871 qram və 0,321 qram çəkidə narkotik vasitə heroinin Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilməsi, X2 barəsində 08 mart 2024-cü il tarixdə Yasamal RPİ-nin İŞ-də baş müstəntiq polis-polkovnik-leytenantı Valeh Nəbiyev tərfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* №li cinayət işi başlanılaraq təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ibtidai istintaqın aparılmasının nəzərə alınması qərara alınmışdır (i.v.259-274). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hər iki dəfə saxlanıldığı zaman polis əməkdaşlarının küçədə ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirdiklərini, daha sonra onu maşına mindirib bölməyə apardıqlarını, polis bölməsində olarkən ona psixoloji təsir göstərdiklərini, üzərində narkotik vasitə olmadığını və özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Həmçinin ona qarşı irəli sürülmüş ittihamdan narazı (qanunsuz) olduğu barədə məhkəməyədək icraat dövründə prokurorluq orqanlarına və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmə müraciət etməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodisklərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, 07 mart 2024-cü il tarixdə səhər radələrində köhnə Yasamal bazarının yanında tanımadığı şəxsə istifadəsi üçün 30 manat pul ödəyərək aldığını bildirmişdir. Həmçinin digər epizod üzrə isə Təqsirləndirilən şəxs əyninə geyindiyi tünd göy rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, təqdim etdiyi şəffaf rəngli sellofanın içərisindəki qəhvəyi rəngli, toz şəkilli maddə “kakos” deyilən narkotik maddə olan heroindir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik maddəni bu gün səhər “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən, əvvəllər də narkotik maddələr aldığı şəxsdən 10 manata almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə, saat 17:40-dan tutulmuş hesab edilmişdir (i.v.21). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİnin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Valeh Nəbiyevin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi qərara alınmışdır (i.v.84-86). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.87). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 5(004)-307/2024 saylı qərarından görünür ki, Yasamal rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (i.v.97). “Cinayət işlərinin birləşdirilməsi haqqında” 20 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, cinayət işləri ********* nömrəsi altında saxlanılaraq işin istintaqı davam etdirilmişdir (i.v.112-113). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə, saat 17:00dan tutulmuş hesab edilmişdir (i.v.139). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 5(004)- 250/2024 saylı qərarından görünür ki, Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 Rasim oğlu tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Yasamal rayonu ərazisində əməliyyataxtarış tədbirinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (i.v.163). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-186/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal buraxılması qərara alınmışdır (i.v.189-194). “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.198-199). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmünə əsasən AR CM-in 241-ci maddəsinin “B” bəndi, 143-cü maddəsinin 4-cü bəndi, 91-ci maddəssinin 3-cü bəndi və 38-ci maddələri ilə təqsirli bilinərək barəsində 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.1998-ci ildə AR CM-in 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb edilməklə şərti cəzadan azad edilmiş, daha sonra Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən AR CM-in 334.1, 333.4 və 38-ci maddələri ilə təqsirli bilinərək barəsində 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, daha sonra Bakı şəhəri Yasamal RPİ tərəfindən AR CM-in 234.1-ci maddəsi ilə xx.xx.2005-ci ildə həbs edilmiş, Bakı şəhəri Yasamal rayon prokurorluğunun xx.xx.2005-ci il tarixli qərarına əsasən AR CM-in 10.3-cü maddəsinə əsasən cinayət işinə xitam verilərək azad edilmiş, daha sonra Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 02 ilə endirilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, sonuncu dəfə isə Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomiyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir (i.v.206-208). Yasamal Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də D.Bünyadzadə küçəsi, ev 17 ünvanında qeydiyyatdadır (i.v.222). Yasamal Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyatnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs həqiqətən də D.Bünyadzadə küçəsi, ev 17 ünvanında qeydiyyatdadır və vətəndaşın qeydiyyatda olduğu müddət ərzində qonşuları tərəfindən 22 saylı MKİS-ə heç bir mənfi xarakterli fikir, şikayət daxil olmamışdır (i.v.223). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.238). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq hərəkətlərinin keçirilməsi zərurəti yarandığından ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.240). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(004)-68/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (i.v.249-257). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 14 saylı cəzaçəkmə müəssisəsinin 29 dekabr 2021-ci il tarixli, 17/297107 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur (i.v.258). “Cinayət işindən materialın ayrılması haqqında” 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə heroini satmış şəxsin müəyyən edilməsi faktı üzrə materialın ayrılması və ********* saylı cinayət işindən zəruri sənədlərin kserosurətlərinin çıxarılaraq ayrılmış materiala əlavə edilməsi, həmin şəxsin əməlinə ayrılmış materila hüquqi qiymət verilməsi qərara alınmışdır (i.v.276-278). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 1(004)- 429/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim edilmiş 18 noyabr 2024-cü il tarixli, 3-16- 17/40/2-7669/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 noyabr 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda dəfələrlə məhkum olunmasını, məhkəmə icraatı dövründə məhkəmədən gizlənərək qətimkan tədbirinin şərtlərini pozmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin “ 14 ” iyun 2024-cü il qərarında qeyd edilmişdir ki, CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilməsinə rəğmən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə icraatı dövründə həbsə alınması üçün tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 05 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, həmçinin 07 mart 2024-cü il tarixdən 09 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancına verilmiş 0,871 qram və 0,321 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 05 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 225 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-32/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-32/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver