Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-320/2023 29.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, mülki iddiaçı X4, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində BB 016968 seriya nömrəli, “Bl, B” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X10 məxsus “X27” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Lider TV”nin qarşısından Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti istiqamətində saatda 50-60 km/saat sürətlə hərəkətdə olan zaman “X19” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməklə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, üfüqi nişanlanma xətlərini kəsib keçməyin qadağan olduğu halda hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, qanunun bu tələblərə riayət etməyib yol hərəkəti qaydalarını pozaraq, ünvan 2 ünvanın qarşısında, onunla əks istiqamətdə hərəkətdə olan Şahid idarə etdiyi “Haval H9” markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşaraq ehtiyyatsızlıqdan “Haval H9” markalı avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs sol iç topuğun yerdəyişməyən sınığı, sol baldırın hematoması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almalarına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək etibarlı olan BB kateqoriyalı 016968 seriya nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. İdarə etdiyi və müvəqqəti onun istifadəsində olan buraxılış ili 2008-ci il, boz göy metallik rəngli, 1400 sm3 motor həcmli, JHMFA**********55 ban nömrəli “X27” minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi xx.xx.1992-ci il təvəllüdlü Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş X11r. Tural Vəliyev tərəfindən həmin avtomobil 16 iyun 2022-ci' il tarixdə etibarnamə əsasında "xxxx" MMC-nə verilmişdir. O da həmin MMC tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli yol vərəqəsi əsasında qeyd etdiyi avtomobili hər gün MMC-nə 10 manat pul ödəmək şərti ilə idarə etmişdir. 05 sentyabr 2022-ci il tarixdə, saat 22:30 radələrində idarə etdiyi “X27” minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətinə doğru, yolun sol zolağı, yəni qoşa xəttin yanındakı zolaqla təxminən 50-60 km/saat sürətlə hərəkət etmişdir. Həmin günü sakit hava olmuş, yağış yağmamışdır. Qaranlıq düşsə də normal şəkildə yolun işıqlanması mövcud olmuşdur. Hərəkətdə olan zaman avtomobildə hər hansı fikrini yayındıran musiqiyə qulaq asmamış, siqaret çəkməmiş, spirtli içki qəbul etməmiş və sükan arxasında olarkən mobil telefondan istifadə etməmişdir. Həmin vaxtı idarə etdiyi avtomobildə sərnişin, həmçinin hər hansı yük vasitəsi olmamışdır. Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Araz” marketə çatmağa təxminən 100-200 metr qalmış qəflətən ürək nahiyəsində ağrı hiss etmiş və huşunu itirmişdir. Gözlərini açanda 1 saylı şəhər Kilinki xəstəxanasında olduğumu görmüşdür. Həmin vaxtı ona məlum olmuşdur ki, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Araz” marketin yaxınlığında ürək nahiyəsində ağrılar baş verən zaman idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan avtomobillərin hərəkət yoluna çıxaraq sürücüsünü tanımadığı “Haval H9” minik markalı **- OF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkət yolunda toqquşmuşdur. Lakin, hadisənin hansı şəraitdə baş verməsini xatırlamamışdır. Hadisə baş verməmişdən öncə idarə etdiyi avtomobili təxminən saatda 50-60 km/saat sürətlə idarə etmişdir. Hadisə baş verən anda isə ürəyində ağrılar başladığından və huşunu itirdiyindən avtomobili hansı sürətlə idarə etdiyini, həmçinin hadisənin hansı şəraitdə baş verməsini xatırlamamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq, ona qarşı verilmiş mülki iddianı qəbul etmədiyini bildirməklə orada qeyd edilmiş ziyanın məbləğinin süni şəkildə şişirdildiyini və əsassız yerə qeyd edildiyini bildirmişdir. Onun barəsində iş üzrə verilmiş mülki iddiaların rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 aprel 2021-ci il tarixdə Şahid ilə ailə qurmuş və birgə nigahdan 07 yanvar 2022-il təvəllüdlü Rəvan adlı oğlu vardır. Seymurun atası Nadir Əskərov, mülkiyyətində olan “Haval H9” minik markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobili Seymura idarə etmək üçün vermişdir. 05 sentyabr 2022-ci il tarixdə, saat 22:38 radələrində Seymur, idarə etdiyi “Haval H9” minik markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektindən, “İST Petrol” yanacaq doldurma məntəqəsi tərəfdən üzü Bakı şəhəri, Yaşamal rayonu ərazisində yerləşən “Lider TV”-nin binası istiqamətinə doğru, yəni, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə, hər tərəfi ikitərəfli gediş və gəliş hərəkət zolaqlarından ibarət olan iki zolaqlı yolun sol zolağı ilə, yəni, orta qoşa xəttin yanındakı zolaqla təxminən saatda 50-60 km sürətlə hərəkət etmişdir. Həmin vaxtı o, avtomobilin arxa sağ oturacağında əyləşmişmiş və onun qucağında xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş oğlu Rəvan Əskərzadə olmuşdur. Həmin günü hava sakit olmuş, yağış yağmamışdır. Qaranlıq düşsə də yolun işıqlandırılması yol kənarında olan işıq dirəkləri ilə normal şəkildə işıqlandırılmışdır. 05 sentyabr 2022-ci il tarixdə, saat 22:39da ünvan 3 ünvanda yolun qarşı istiqamətindən onlara tərəf, yəni, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider TV”nin yerləşdiyi bina tərəfdən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti istiqamətində hərəkətdə olan avtomobil, onların hərəkətdə olduğu yolun qarşı-əks istiqamətinə çıxıb üzərlərinə tərəf hərəkət etməyə başlamışdır. Sonradan sürücüsünün Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin idarə etdiyi “Honda Civik” markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobil qəflətən onlara hərəkət yollarına çıxıb üzərlərinə tərəf hərəkət etmişdir. Həmin vaxt əri Seymur dərhal əyləcdən, siqnaldan və avtomobilin işıqlarını yandırıb-söndürməklə üzərlərinə gələn avtomobili öz yoluna qaytarmağa çalışsa da, həmin avtomobil 'sürətli hərəkət etdiyindən və bu proseslər ani olaraq baş verdiyindən həmin avtomobillə toqquşdur. Toqquşma nəticəsində Seymurun idarə etdiyi avtomobil arxaya doğru hərəkət edərək digər hərəkət zolağına çıxıb dayanmışdır. Hadisə nəticəsində o, əri Seymur və azyaşlı oğlu Rəvan Əskərzadə xəsarət almışlar. Bundan təxminən 10-15 dəqiqə sonra hadisə baş verən yerə X25 avtomobili gəlmiş və onları X25 avtomobili ilə “Şəhər Kliniki Xəstəxanası”na aparıb tibbi yardım göstərmişlər. Həmin hadisə Təqsirləndirilən şəxs idarə etdiyi “Honda Civik” markalı **-EJ- *** dövlət nömrə nişanlı avtomobillə qəflətən onların hərəkət yolların çıxıb üzərlərinə gəlməsi, yəni sürücü Təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan baş vermişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməmişdir, ondan şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 07 iyun 2017-ci il tarixdən 07 iyun 2027-ci il tarixədək etibarlı olan BC kateqoriyalı AD 076481 seriya nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. İdarə etdiyi və daim onun istifadəsində olan buraxılış ili 2017-ci il, universal tipli, qara metallik rəngli, 1967 sm3 motor həcmli, LGWFF6A67HH900400 ban nömrəli “Haval H9” minik markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi xx.xx.1964-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş atası, X5r. X26 xx.xx.2020-ci il tarixdə 46000 (qırx altı min) manata almışdır. 05 sentyabr 2022-ci il tarixdə, saat 22:38 radələrində idarə etdiyi “Haval H9” minik markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektindən, “İST Petrol” yanacaq doldurma məntəqəsi tərəfdən üzü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider TV”-nin binası istiqamətinə doğru, yəni, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə, hər tərəfi ikitərəfli gediş və gəliş hərəkət zolaqlarından ibarət olan iki zolaqlı yolun sol zolağı ilə, yəni, orta qoşa xəttin yanındakı zolaqla təxminən saatda 50-60 km sürətlə hərəkət etmişdir. Həmin günü sakit hava olmuş, yağış yağmamışdır. Qaranlıq düşsə də yolun işıqlandırılması yol kənarında olan işıq dirəkləri ilə normal şəkildə işıqlandırılmışdır. Hərəkətdə olan zaman avtomobildə hər hansı fikrimi yayındıran musiqiyə qulaq asmamış, siqaret çəkməmiş, spirtli içki qəbul etməmiş və sükan arxasında olarkən mobil telefondan istifadə etməmişdir. Həmin vaxtı idarə etdiyi avtomobilin arxa sağ oturacağında həyat yoldaşı xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş Zərərçəkmiş şəxs və sonuncunun qucağında xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş oğlu Rəvan Əskərzadə olmuşdur. Bundan başqa idarə etdiyi avtomobildə hər hansı bir şəxs və həmçinin hər hansı bir yük vasitəsi olmamışdır. 05 sentyabr 2022-ci il tarixdə, saat 22:39-da ünvan 3 ünvanda sözügedən yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin tarixdə və həmin saatda getdiyi yolun qarşı istiqamətindən ona tərəf, yəni Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider TV”nin yerləşdiyi bina tərəfdən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti istiqamətində ona tərəf gələn avtomobil hərəkətdə olduğu yolun qarşı-əks istiqamətinə çıxıb üzərinə tərəf hərəkət etməyə başlamışdır. Sonradan sürücüsünün Təqsirləndirilən şəxs olduğunu müəyyən etdiyi şəxsin idarə etdiyi “Honda Civik” markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobil qəflətən hərəkət yoluna çıxıb yolun qarşı istiqamətindən üzərinə tərəf hərəkət etmişdir. Təxminən 5-10 metr məsafədən həmin avtomobilin hərəkətdə olduğu yola çıxıb üzərinə tərəf gəldiyi görmüşdür. Həmin vaxt dərhal əyləcdən, siqnaldan və işıqlarını yandırıbsöndürməkdən istifadə etməklə üzərinə gələn avtomobili öz yoluna qaytarmağa çalışsa da, buna nail ola bilməmişdir. Həmin avtomobilin hərəkətdə olduğu yola çıxıb üzərinə gəldiyini gördükdə həmin avtomobillə üz-üzə toqquşmanın qarşısını almaq istəsə də avtomobil sürətli hərəkət etdiyindən və bu proseslər ani olaraq baş verdiyindən avtomobillə toqquşdur. Toqquşma zamanı avtomobilini bir qədər sola çəkməyi bacarmış və buna görə qarşısından gələn həmin avtomobil idarə etdiyi avtomobilin ön orta-sağ hissəsindən vurmuşdur. Toqquşma nəticəsində idarə etdiyi avtomobil arxaya doğru hərəkət edərək digər hərəkət zolağına çıxıb dayanmışdır. Hadisə nəticəsində o, həyat yoldaşı Zərərçəkmiş şəxs və azyaşlı oğlu Rəvan Əskərzadə xəsarət almışdır. Təxminən 10-15 dəqiqədən sonra hadisə baş verən yerə X25 avtomobili gəlmiş və onları X25 avtomobili ilə “Şəhər Kliniki Xəstəxanası”na aparıb tibbi yardım göstərmişlər. Hadisə baş verməzdən öncə idarə etdiyi avtomobili təxminən saatda 50-60 km sürətlə idarə etmişdir. Hadisə baş verən anda isə avtomobilin sürəti bir qədər də aşağı düşmüşdür. Sözügedən avtomobilin qarşısına çıxıb üzərinə tərəf gəldiyini gördükdə dərhal əyləcdən istifadə etmişdir. Həmin vaxt hərəkət sürətim təxminən 15-20 km/saat aşağı düşmüşdür. Qeyd etdiyi yol və zolaq ilə hərəkətdə olan zaman sözügedən avtomobilin qarşısına çıxdığını təxminən 5-10 metr məsafədən görmüşdür. Dərhal əyləcdən, siqnaldan və işıq yandırıbsöndürməkdən istifadə etməklə həmin avtomobili öz yoluna qaytarmaq cəhdləri etməyinə baxmayaraq bir anlıq ani olaraq hadisə baş vermişdir. Sözügedən avtomobil gəldiyi yoldan qarşına, yəni, onun hərəkət yoluna çıxıb üstünə tərəf gələrək avtomobilinin qarşısına çırpılmışdır. Bütün bunlar bir anın içərisində baş vermişdir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınmış X12 ifadəsində göstərmişdir ki, Şahid onun oğludur. Onun özünə məxsus buraxılış ili 2017-ci il, universal tipli, qara metallik rəngli, 1967 sm3 motor həcmli, LGWFF6A67HH900400 ban nömrəli “Haval H9” minik markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobili vardır. O, həmin avtomobili xx.xx.2020-ci il tarixdə 46000 (qırx altı min) manata almış və sonradan oğlu Seymura hədiyyə etmişdir. Seymur həmin avtomobili baş etibarnamə əsasında idarə etmiş və sonuncunun avtomobili idarə etməyə sürücülük vəsiqəsi də olmuşdur. 05 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində mobil telefonuna zəng gəlmiş və danışan şəxs ona bildirmişdir ki, oğlu Seymur, idarə etdiyi ona məxsus “Haval H9” minik markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış və Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdir. Həmçinin, ona məlum olmuşdur ki, həmin yol-nəqliyyat hadisəsi zamanı oğlu Seymurun idarə etdiyi avtomobildə olmuş həyat yoldaşı Reyhan, həmçinin azyaşlı oğlu Rəvan da bədən xəsarətləri almışlar. Sonradan ona məlum olmuşdur ki, 05 sentyabr 2022-ci il tarixdə, saat 22:38 radələrində oğlu Seymur idarə etdiyi “Haval H9” minik markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektindən, “İST Petrol” yanacaq doldurma məntəqəsi tərəfdən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider TV”-nin binası istiqamətində hərəkətdə olan zaman Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider TV”nin yerləşdiyi bina tərəfdən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Honda Civik” markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobillə qəflətən Seymuru hərəkət yoluna çıxmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. “Haval H9” minik markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur, lakin ona həmin avtomobili idarə etməsi üçün oğlu Seymura hədiyyə etmişdir. “Hayal H9” millik markalı, **- OF-*** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində ona 35381 manat məbləğində ziyan dəymişdir. Özünə məxsus “Haval H9” minik markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə 46000 (qırx altı min) manata almış, baş vermiş məlum yol-nəqliyyat hadisəsindən sonra “Haval Servis” tərəfindən tərtib olunmuş 02 noyabr 2022-ci il tarixli zərər aktında da göstərilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Haval H9” minik markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobilə 35381 manat ziyan dəymişdir. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 9/8065 nömrəli rəyində göstərilən məbləğlərlə razı olmamış, baş vermiş məlum yol-nəqliyyat hadisəsi nəticəsində ona 35381 manat ziyan dəymişdir. İfadəsinin sonunda mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş 35381 manat məbləğində ziyanın tutularaq ona ödənilməsi barərədə qərar qəbu edilməsini xahiş etmişdir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınmış "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına dəvət edilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, mülki iddiaçının nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, "xxxx" MMC müştərilərin sifarişi əsasında xarici dövlətlərdən istəyə uyğun olaraq avtomobilləri respublika ərazisinə gətirilməsi və müxtəlif markalı avtomobilləri gündəlik icarəyə vermək fəaliyyəti ilə məşğuldur. Nümayəndəsi olduğu "xxxx" MMC-yə məxsus icarəyə verilmiş avtomobillərdən biri də “Honda Civik” markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobil olmuş və həmin avtomobil xx.xx.2022-ci il tarixdə baş etibarnamə əsasında X6 alınmışdır. Həmin avtomobil nümayəndəsi olduğu "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə yol vərəqəsi əsasında Təqsirləndirilən şəxs Şaməddin oğlunu icarəyə verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs Şaməddin oğlu nümayəndəsi olduğu "xxxx" MMC-yə məxsus yol vərəqəsi əsasında idarə etdiyi “Honda Civik” markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti istiqamətində hərəkətdə olan zaman ünvan 2 ünvanın qarşısında əks yola keçərək əks istiqamətdə hərəkətdə olan “Haval H9” markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nümayəndəsi olduğu "xxxx" MMC-yə məxsus “Honda Civik” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə təmir xərci ilə birlikdə onlara ümumilikdə 16770 manat maddi ziyan dəymişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işini başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, i.v.1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 910 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol iç topuğun yerdəyişməyən sınığı, sol baldırın hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2022ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. (cild 1, i.v.42-43) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 912 saylı rəyində göstərilmişdir ki, Şahid bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol dirsək oynağının hematoması, sol saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (cild 1, i.v.45-46) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 911 saylı rəyində göstərilmişdir ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarət - təpə nahiyənin hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (cild 1, i.v.48-49) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 289 saylı rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına KTM-da tərtib olunmuş tibbi sənəddə qeyd olunan sağ aşağı ətrafın yumşaq toxumalarının əzilməsi diaqnozunun obyektiv əlamətləri (qançır,sıyrıq,yara,sınıq və.s) qeyd olunmadığından, onu xəsarət kimi qiymətləndirmək mümkün deyildir. (cild 1, i.v.51-53) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsindən alınmış 10 oktyabr 2022-ci il tarixli,016-128870- 1222 saylı sorğuya cavabdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 016968 nömrəli “Bl, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (cild 1, i.v.97-99) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 29/298 saylı rəyində göstərilmişdir ki, 1986-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına KTM-da tərtib olunmuş xəstəlik tarixində, onun xəstəxanaya daxil olduğu vaxt, sərxoş olub-olmaması barədə heç bir qeydiyyat yoxdur. (cild 1, i.v.106-108) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7014 saylı rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, i.v.109-110) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixdə keçirilmiş 8/3123 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən X27 markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “X19” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat olmuşdur. (cild 1, i.v.113-114) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8065 saylı rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “Haval Azerbaijan” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktından göründüyü kimi 2017-ci il buraxlışlı “Haval H9 minik” markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 25481,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 21996,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 3485,00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 21420,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 17935,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 3485,00 manat., təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 13500,00 manat olmuş 2008- ci il buraxlışlı “Honda Civic” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 9450,00 (13500-30%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. 3. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza təyini haqqında qərarda göstərilən avtomobillərin normal vəziyyətdə, 2022-ci ilin sentyabr ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağdakı kimi müəyyən olunur. 1.2017-ci il buraxlışlı “Haval H9 minik” markalı ** OF *** d.n.n avtomobil - 38000,0 manat. 2.2008-ci il buraxlışlı,-“Honda Civic” markalı ** EJ *** d.n.n avtomobil - 13500,0 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. (cild 1, i.v. 116-120) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (cild 1, i.v. 138) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş iki ədəd şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı övladı vardır: xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X13. (cild 1, i.v. 142-143) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ2-043 nömrəli görüntü kameralarının vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 22:39-dan saat 22:43-dək olan müddətdə qeydə alınan video görüntülərə baxış keçirilmişdir və xx.xx.2022-ci il tarixdə saat 22:40-da yan hissəsində “Bolt” reklamı vurulmuş göy rəngli avtomobilin hərəkətdə olduğu yoldan əks yola keçərək əks yolda hərəkətdə olan avtomobilə toqquşması müşahidə olunmuşdur. Bununla bağlı məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə hərəkətdə olaraq əks yolda keçərək yol nəqliyyat hadisəsi törədən avtomobilin idarə etdiyi “Honda Civic” markalı **- EJ-*** dövlət nömrə nişanlı avtomobil olduğunu, həmin vaxt avtomobili idarə edən zaman qəfil ürək nahiyəsində ağrı tutduğu üçün huşunu itirdiyini, özünə gələn zaman isə artıq xəstəxanada olduğunu gördüyünü, yol nəqliyyat hadisəsinin necə baş verməsini xatırlamadığını bildirmişdir. (cild 1, i.v.150-151) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş əlavə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/350 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən vəziyyətdə, yəni təhlükə yaranan andan toqquşmaya kimi çox kiçik vaxtın keçəsi, toqquşmanın “Haval H9” markalı avtomobilin öz hərəkət yolunda baş verməsi və bu şəraitdə sürücü Əskərovun hərəkətləri «X19» Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla “Haval H9” markalı 990F963 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Honda Civic” Hibrid markalı 99EJ149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X19» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat olmuşdur. (cild 1, i.v.158-161) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, i.v.179-180) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.211-212) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mülki iddiaçı qismində tanınma barədə” qərardan görünür ki, X12 iş üzrə mülki iddiaçı kimi tanınmışdır. (cild 1, i.v.222) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs Novruzov R üstəm Saməddin oğlunun xəstəliyi ilə əlaqədar dayandırılmışdır. (cild 1, i.v.236-237) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş əlavə məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində keçirilmiş qapalı kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerlik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs ünsiyyətçillik, konfliktə meyilli olmamaq, adaptivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs hazırda baş verən hadisəni adekvat olaraq qavramaq, təsvir etmək və bu barədə düzgün məlumat vermək iqtidarındadır. (cild 1, i.v.240-242) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 251/KEŞ saylı rəyində göstərilmişdir ki, “X21” PHŞdə Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o; xx.xx.2023-cü il tarixdə Mərkəzə müraciət etmişdir. Aparılmış müvafiq müayinələr əsasında onun “Ürəyin xr. revmatik xəstəliyi. Mitral qapaq çatışmazlığı İİİ-İV dərəcə. Trikuspidal çatışmazlıq İİ dərəcə. Xr.ürək çatışmazlığı İİ dərəcə. Dissosiativ konversion pozuntu” xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Qeyd olunan xəstəliklər xroniki gedişlidir. Təqsirləndirilən şəxs düçar olduğu xəstəliklərlə əlaqədar, o avtomobil idarə edə bilərdi. Təqsirləndirilən şəxs düçar olduğu xəstəliklərlə əlaqədar avtomobil idarə edən zaman onda ürək tutmasının baş verib-verməməsi barədə fikir söylənilməsi mümkün deyil. “X22” PHŞ-də Təqsirləndirilən şəxs adma tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə Mərkəzə müraciət etmişdir. Aparılmış müvafiq müayinələr əsasında ona “Müştərək qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Sağ Vİİ qabırğanın yerdəyişməyən sınığı. Alın nahiyəsinin sıyrılmış yarası. Sağ aşağı ətrafın yumşaq toxumalarının əzilməsi” diaqnozu təyin edilmişdir. Kardioloqun baxışı zamanı isə EKQ müayinəsi aparılmış və “Sol mədəciyin arxa divar nahiyəsində koronar qan təchizatının çatışmamazlığı əlamətləri”nin olduğu müəyyən edilmişdir. (cild 1, i.v.244-248) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. (cild 2, i.v.1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mülki iddiaçı qismində tanınma barədə” qərardan görünür ki, "xxxx" MMC iş üzrə mülki iddiaçı qismində tanınmışdır. (cild 2, i.v.8) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mülki iddiaçının nümayəndəsi qismində tanınması haqqında” qərardan görünür ki, iş üzrə Nümayəndə mülki iddiaçı kimi tanınmış hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. (cild 2, i.v.10-11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mülki cavabdeh qismində tanınma barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. (cild 2, i.v.24-25) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirlən şəxs və mülki cavabdeh Novruzov Rüstəm Saməddin oğluna xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «başqa getməmək haqqında» iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsi saxlanılmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 910 saylı, 911 saylı, 912 saylı, xx.xx.2022-ci il tarixli, 298 saylı, 02.11,2022-ci il tarixli. 29C98 saylı, xx.xx.2023-cü il tarixli, 251/KEŞ saylı, məhkəmə-narkoloji ekspertizasının 21.112022-ci il tarixli, 7014 saylı, məhkəmə-yol nəqliyyat ekspertizasını xx.xx.2022- ci il tarixli, 8/3123 saylı, əlavə məhkəmə-yol nəqliyyat ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/350 saylı, məhkəmə-əmtəəştinaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8065 saylı, məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 877 saylı rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs idarə etdiyi “X27” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınsın və sahibinə qaytarılması nəzərə alınmış, cinayət işi üzrə zərərçəkmiş şəxs Şahid idarə eldiyi “Haval H9” markalı 99-0F-963 dövlət qeydiyyat nişanlı avtomobilin maddı sübut kimi tanınsın və sahibinə qaytarılması nəzərə alınmış, iş üzrə “Təhlükəsiz şəhər sistemindın alınmış 01 ədəd “DVD” formatlı disk sübut əhəmiyyəti kəsb eldiyindən maddi sübut kimi tanınmışdır və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması başlanılması rədd edilmiş və bu barədə material ayrılıb, Yasamal rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilmiş, iş üzrə mülki iddiaçı X7 dəymiş maddi ziyan 35381 manat hesab edilmiş, iş üzrə mülki iddiaçı "xxxx" MMC-yə dəymiş maddi ziyan 16770 manat hesab edilmişdir. (cild 2, i.v.30-47) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadəsi, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X19” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X19” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixdə keçirilmiş 8/3123 saylı ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən X27 markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “X19” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “X19” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladının olmasını, “Ürəyin xr. revmatik xəstəliyi. Mitral qapaq çatışmazlığı İİİ-İV dərəcə. Trikuspidal çatışmazlıq İİ dərəcə. Xr.ürək çatışmazlığı İİ dərəcə. Dissosiativ - konversion pozuntu” xəstəliklərindən əziyyət çəkdiyini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ürək çatışamazlığı xəstəliyinin olmasını habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M, “AB” massivi, yataqxana 11, ev 57 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 306 (üç yüz altı) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, “X27” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Haval H9” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə ibtidai istintaq orqanının müvafiq qərarı ilə mülki iddiaçılar qismində tanınmış X4 və "xxxx" MMC-nin ərizələrini nəzərdən keçirib hesab edir ki, həmin ərizələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259cu maddəsinə əsasən mülki iddialar üzrə ərizələr baxılmamış saxlanılmalıdır. Belə ki, həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat;“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat;ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməli olduğu halda iddiaçılar tərəfindən edilməmişdir. Bu da öz növbəsində qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslardan biridir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1-179.3-cü maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəyə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəyə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya baxılmamış saxlanılması haqqında qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçılar tərəfindən irəli sürülmüş mülki iddialar baxılmamış saxlanmalı, onlara cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M, “AB” massivi, yataqxana 11, ev 57 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “X27” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Haval H9” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçılar X4 və "xxxx" MMC-nin cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələblərinə dair mülki iddiaları baxılmamış saxlanılsın. İş üzrə yol-nəqliyyat hadisəsi ekspertizasının və məhkəmə-əmtəəşünaslıq keçirilməsinə xərclənmiş 306 (üç yüz altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-320/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-320/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver