Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-321/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxsin hüquqi varsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 və fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, 27 iyun 1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMCdə sürücü işləmiş, Şamaxı şəhəri Ş.İ.Xətai küçəsi ev 30da qeydiyyatda olmaqla, Abşeron rayonu «Abşeron Gənclər» şəhərciyi bina 1, blok 41 mənzil 13-də yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 03 noyabr 2022-ci il tarixdə saat 21:11 dəqiqədə ünvan 1 ünvanda «Alov» zavodunun qarşısındakı hərəkət yolunda nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən yol vərəqəsi və BCD kateqoriyalı AC 500624 nömrəl sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-ə məxsus “Otokar” markalı **-JO- *** dövlət qeydiyyat nişanlı 18 nömrəli marşrut xətt avtobusu ilə "xxxx" ASC istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq uçun mumkun olan tədbırlən görməli olduğu halda qeyd edilən tədbirləri görməmiş, idarə etdiyi avtobusu duzunə hərəkət edən zolaqla idarə etməli olduğu halda, bu tələbə əməl etməyərək, avtobusu geriyə dönmək uçun nəzərdə tutulmuş zolaqla idarə edərək 5.11.1 «Geriyə dönmə yeri» məlumatvenci-göstərici yol nişanının tələblərini pozmuş, hadisənin qarşısını almağa texniki cəhətdən imkanı ollduğu halda ala bilməmiş, idarə etdiyi avtobusun qabaq sol yan tərəfi ilə hərəkət yolunu soldan sağa keçmək istəyən ölumcül sərxoş vəziyyətdə olan piyada X10 vurmuş, nəticədə Piri Məmışova ehtıyyatsızlıqdan baş beyinin kəllə boşluğundan tamamilə evakuasıyası, kəllə qapağı əsası və üz skleti sümüklərinin mürəkkəb qəlpəli sınıqları, daxili üzvülərin çoxsaylı əzilibcırılmaları, sklet sümüklərinin çoxsaylı sınıqları, bədənin çoxsaylı sıyrıqları və qançırları kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağalamlığa “Ağır zərərvurma”ya aid xəsarətlər yetirib, zərərçəkmiş şəxs Piri Məmişovun almış olduğu həyatla bır araya sığmayan travmadan hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-cı ildən Bakı şəhərində sərnişin daşıma ilə məşğul olan müxtəlif şirkətlərdə avtobus sürücüsü kimi işləmişdir, 2010-cu ildən isə sərnişin daşıma ilə məşğul olan "xxxx" MMC-də avtobus sürücüsü kimi 79 və 18 saylı marşrut xətt avtobuslarında işləmışdir. 2022-ci ilin fevral ayından isə 18 saylı marşrut xətt avtobusunda sürücü kımı fəaliyyət göstərir. «BCD» kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş qrafiki səhər saat 06-dan axşam saat 22:00-a qədərdır, bir gün işləyib bir gün istirahət edır. 03 noyabr 2022-cı il tarixdə səhər saat 06:00-da işə başlamamışdan əvvəl tibbi müayinədən keçmiş, daha sonra 18 saylı marşrut xətt avtobusu olan **-JO-*** dövlət qeydiyya nişanlı avtomaşın da texniki baxışdan keçdikdən sonra xəttə çıxmışdır. Avtobusun hərəkət istiqaməti Z.Əliyeva adına göz xəstəxanasının yanından Sahil metrostansyiası istiqamətinə doğrudur. 03 noyabr 2022-ci il tarixdə saat təxminən 21:10 radələrındə idarə etdiyi “Otokar” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı 18 saylı marşrut xətt avtobusu ilə «Şamaxinka» adlanan ərazidən üzü 20 yanvar metrosu istiqamətinə doğru Moskva prospekti ilə 30-40 km/saat sürəti ilə hərəkət etdirirmiş, avtousda 3 nəfər sərnişin olmuş, avtobusu yolun hərəkət hissəsinin ortası ilə, daha doğrusu soldan 2-cı zolaqla idarə edirmiş. Hərəkətdə olarkən bu zaman təxminən 5- 6 metr məsafədən sol tərəfdən bir piyada hərəkət edən kişinin yola tərəf daha doğrusu avtobusa tərəf qaçdığını görmüş, onu vurmamaq üçun avtobusun sükanını sağa doğru çəkmiş, buna baxmayaraq həmin piyada kişi avtobusun qabaq alın şüşəsinin sol tərəfinə dəymiş, avtobusun sükanını sağa doğru qaçıran zaman avtobus yolun sağında olan reklam şitinin sütununa dəymiş və zərbədən avtobus yolun hərəkət hissəsinin soluna doğru atılmışdır, əyləci basmış və avtobusu hərəkət yolunun solunda dayandırmışdır. Həmin vaxtı şok vəziyyətinə düşmüş, nə baş verdiyim başa düşə bilməmiş, avtobusdan yerə düşmuş, piyadanın vurulduğu yerə tərəf qayıtmış, lakin tapa bilməmiş, sonra həmin piyada kişinin avtobusun arxa təkərlərindən irəliyə doğru yəni, qabağa, orta hissəyə duşduyunü görmüş və həmin şəxsin başı təkərin altında qalmışdır.Başa düşmüşdür ki, piyada kişi ölmüşdur. Çoxlu sayda adamlar hadisə yerinə yığışmış, kimsə təcili yardıma zəng vurmuş, eraziyə təcili yardım və polis əməkdaşları gəlmişilər, sənədlərini polis əməkdaşlarına təqdim etmişdir, hadisə yeri onun iştirakıyla müayinə olunmuş, protokol tərtib edilmişdir. Polis əməkdaşlarından ona məlum olmuşdur ki, vəfat edən piyada X12 adlı şəxsdir. Hadisə zamanı idarə etdiyi avtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Piyada kişını idarə etdiyi avtobusun qabaq alın şüşəsinin sol tərəfi ile vurmuşdur, həmın vaxtı piyada Piri Məmışov yolu soldan sağa qaçaraq keçmək istədiyini qeyd etmişdir.Törətdiyi əməldən səmimi peşmandır. Baş vermiş hadisədən sonra yaxın qohumları mərhum Piri Məmışovun yas mərasimində iştirak etmişlər. İmkaları daxilində onlara maddi dəstək olmuşdur, qohumlarından 7000 manat borc alaraq onlara vermişdır. İfadəsinin sonunda o, törətdiyi əməldən səmimi peşman olmasını, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsində öz təqsirini dərk etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmadığını, onunla barışdığını nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 08 aprel 2015-ci il tarixdə X13 ilə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nigahlarından xx.xx.2016-cı il tarixdə qızları Məryəm və xx.xx.2019-cu il tarixdə oğlu Əmrah Məmişov dünyaya gəlmişdir. Ailə qurandan sonra da Şamaxı rayonu Göylər kəndində birlikdə yaşamışlar. Mərhum heyat yoldaşı Piri Məmişov rəsmi olaraq heç bır yerdə işləməsə də usta-bənna kimı işləyib ailəsini dolandırmışdır.03 noyabr 2022-ci il tarixdə həyat yoldaşı Piri günorta saat 13:00 radələrındə işlədiyi işin zəhmət haqqısını almaq uçun Bakı şəhərinə getmişdir, həmin gunü də axşam Şamaxı rayonuna qayıtmalı idi. Həmin günu gün ərzində Piri ilə bır neçə dəfə telefeon əlaqəsi yaratmışdır, ilk dəfə zəng vuranda Sumqayıt şəhərində olduğunu bildirmışdir, sonuncu dəfə isə axşam saat 21:00 radələrində Piri ilə telefonla danışanda Bakı şəhərində «Şamaxinka» adlanan ərazidə olduğunu və taksiyə minib rayona gələcəyini lakin taksidə müştəri az olduğuna gorə gözləməli olduğunu bildirmişdir.10-15 dəqiqə sonra yenidən Piriyə zəng vursa da o, telefona cavab verməmişdır ardıcıl olaraq zənglərinə cavab verməyəndə narahat olmağa başlamışdır. Daha sonra qaynatası və digər qohumları ona zəng vursa da telefon gah sönülu olmuş, gah da açıq vəziyyətdə olmasına baxmayaraq telefona cavab verən oİmamışdır. Artıq gecə saatlarında qaynatasına Bakı şəhərindən polisdən zəng vurub bildirmişlər ki, həyat yoldaşı Pirini «Şamaxinka» adlanan ərazidə avtobus vurub və o, hadisə yerində dünyasını dəyişibdir. Səhəri gün Pirinin cənazəsini kəndə gətirmişlər və dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Piri «Şamaxinka» adlanan ərazidə yolu keçərkən onu 18 saylı marşrut xətt avtobusu vurmuş, zərbədən o, avtobusun altına duşmuş və aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişmişdir. Hadisədən sonra keçirilən yas mərasimində hadisəni törədən avtobus sürücüsünün qohumlan yas mərasimində iştirak etmişlər, qırx mərasiminə qədər müəyyən qədər də miqdarda maddi cəhətdən köməkliklər etmişlər. İfadəsinin sonunda Rəksanə Məmişova məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxslə barışdığını, vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında ekspert qismində dindirilmiş X7 və X14 cinayət işi üzrə onlar tərəfindən verilmiş rəylərin məzmununa uyğun izahat verərək, rəyləri müdafiə etdiklərini bildirdilər. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi" Publik Hüquqi şəxsin 04 noyabr 2023-ci il tarixli 127 saylı rəyi ilə təsdiq olunur ki X8 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - baş deynin kəllə boşluğundan tamamilə evakuasiyası, kəllə qapağı əsası və üz skleti sümüklərinin mürəkkəb, qəlpəli sınıqları, daxili üzvülərin çoxsaylı əzilib-cırılmaları, sklet sümüklərinin çoxsaylı sınıqları, bədənin çoxsaylı sıyrıqları və qançırları. Yuxarıda qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşylann) təsrirındən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan, yol nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan avtobusun vət. X11 başı və bədənin üzərindən keçməsi nəticəsində törənə bilərdi, törənmə müddəti, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa “Ağır zərərvurma”nın əlamətlərini daşıyır, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. Vət. X8 olumünə səbəb yuxarıda qeyd olunan həyatla bir araya sığmayan travma olmuşdur, ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 12-18 saat əvvələ uyğun gəlir. Vət. X8 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 6% qatılığında etial spirti aşkar edilmişdir. Bu qatılıq canlı şəxslərdə ölümcül sərxoşluğun əlamətlərini daşıyır. Narkotik və psixotrop maddələr aşkar edilməmişdir.(cild 1, səh. 53-58). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi məhkəmə avtotexniki ekspertizasının 7 yanvar 2023-cü il tarixli, 8/814 nömrəli rəyi ilə təsdiq olunur ki, "Otokar" markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs düz istiqamətdə hərəkət etdirdiyi “Otokar” markalı avtobusu geriyə dönmək üçün nəzərdə tutulmuş zolaqla idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinin 1-ci hissəsinin (5.11.1 «Geriyə dönmə yeri» məlumatverici-gostərici) tələblərinə uyğunsuzluq olmuşdur.Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. (cild 1, səh 80-83). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Bakı Hərbi Məhkəməsinin 351.1.264-cü maddələri ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(cild 1, səh. 42). İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 94). İş materiallarında olan 3 noyabr 2022-ci il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” prolokol, hadisə yerinin sxemi və fotoşəkillərdən görünür ki, hadisə 3 noyabr 2022-ci il il tarixdə Təqsirləndirilən şəxs ünvan 1 ünvanda «Alov» zavodunun qarşısındakı hərəkət yolunda nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən yol vərəqəsi və BCD kateqoriyalı AC 500624 nömrəl sürücülük vəsiqəsi əsasında idarə etdiyi "xxxx" MMC-ə məxsus “Otokar” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı 18 nömrəli marşrut xətt avtobusu ilə "xxxx" ASC istiqamətində hərəkətdə olarkən əsas yolda baş vermişdir (cild 1, səh. 5-13). İş materiallarında olan DİN BDYPl-nın Qeydiyyat-İmtahan idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, idarənin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) AC 500624 nömrəli "BCD" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 1, səh. 37). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" MMC-ə məxsus “Otokar” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtobus iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün "xxxx" MMC-ə qaytarılmışdır. (cild 1, səh. 35, 111-116). İş materiallarında olan DİN-in BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixli AC500624 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat yoxdur (cild 1, səh 37). Cinayət işində olan və maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, “Otokar” markalı **- JO-*** dövlət qeydiyyat nişanlı avtobus Yasamal rayonu Moskva prospekti “Şamaxinka” adlanan ərazidə 20 yanvar dairəsi istiqamətində olan nəqliyyat üçün zolağın sol kənar hissəsi ilə, yəni öz hərəkət zolağı ilə deyil, sola dönmə manevrini edən nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağın hissəsində hərəkət etdiyi zaman piyada Piri Məmişov sola dönmə yerinin sol kənarından, məhəccərin yanından hərəkətə başlayaraq yolu sakit addımla keçərkən yuxarıda qeyd olunan hərəkətdə olan avtobusun sol qabaq hissəsi ilə vurmuşdur. Piyadanı vurduqdan sonra avtobusun sürücüsü avtobusu sağa çəkmiş, sağ kənarda səki daşı və reklam lövhəsinə çırpmışdır, həmin zərbədən avtobus sola getmiş və bir neçə metr hərəkət etdikdən sonra dayanmışdır. Cinayət işində olan və maddi sübut kimi tanınmış DVD disklərdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin qeydiyyat kamerası “Otokar” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtobusun sağ güzgüsü üzərində quraşdırılmışdır və xx.xx.2022-ci il tarixdə saat 21:11-də görüntülərin sayğacı 00:11-də avtobusun sağ təkəri sağ tərəfə olan səki daşına dəymiş və zərbədən abtobusu sol tərəfə yola doğru atmışdır və bir neçə metr hərəkət edən avtobus dayanmışdır. Digər diskdə olan kamera görüntüsü isə avtobusun ön şüşənin üzərində quraşdırılmış kameradan əldə edildiyi görsənir və alınmış qeydlərə əsasən mərhum Piri Məmişov avtobusun ön şüşəsinin sol tərəfinə bərk çırpılmış, nəticədə şüşə çartlamış, sürücü avtobusu sağa çəkmiş, sağda olan reklam lövhəsinə dəymiş, alınmış bu zərbənin təsirindən avtobus sola yola doğru getmiş, həmin piyada avtobusun altına düşmüş və avtobus bir neçə metr hərəkət edib dayanmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxsin hüquqi varisi təyin edilməsi haqqında” 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə X6 mərhum X8 hüquqi varisi qismində təyin edilmişdir. (cild 1, səh. 48). İş materiallarında olan “nəqliyyat vasitəsinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında” sərxoşluq vəziyyətinin 2/27583 nömrəli, xx.xx.2022-ci il tarixli tibbi müayinə aktına əsasən sürücü Təqsirləndirilən şəxs müayinə olduğu vaxtda ayıq olduğu təsdiq olunmuşdur Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır və dəymiş ziyan ödənilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Sənan və Aişə adlarında iki azyaşlı övladları vardır. (cild 1, səh. 66-67). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut kimi cinayət işində olan DVD disklər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7 yanvar 2023-cü il tarixli, 8/814 nömrəli rəyi ilə təsdiq olunur ki, "Otokar" markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində 'Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs düz istiqamətdə hərəkət etdirdiyi Otokar markalı avtobusu geriyə dönmək üçün nəzərdə tutulmuş zolaqla idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinin 1-ci hissəsinin (5.11.1 «Geriyə dönmə yeri» məlumatverici-gostərici) tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının omasını, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X8 hüquqi varisi X6 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nzərə almağı zəruri bilir ki, Təqsirləndirilən şəxs sərnişin daşımalarını həyata keçirən avtobus sürüçüsü olduğu üçün o, digər avtomobil sürüçülərindən daha çox diqqətli olmalı, yol hərəkəti haqqında qanunun tələblərinə dəqiq əməl etməli və onu kobud şəkildə pozmamalı olduğu halda bunlara riayyət etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış -iş üzrə maddi sübut kimi tanınan 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, "xxxx" MMC-ə məxsus “Otokar” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtobus iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün "xxxx" MMC-ə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 03 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Otokar” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtobusun "xxxx" MMC-ə qaytarılması nəzərə alınsın. İş üzrə yol nəqliyyat hadisəsi ekspertizalarının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-321/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-321/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver