Məhkəmə qərarları › İş №1(004)-322/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-322/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-322/2022 20.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixində Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə xx xxxxxxx 1986-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 fevral 2022-ci il tarixdə saat 20:38-də ünvan 5 ünvanında «Celc» tədris mərkəzinin giriş qapısının qarşısında quraşdırılmış Zərərçəkmiş şəxs məxsus dəyəri 650 manat olan aliminium materialdan hazırlanmış məhəccərləri əli ilə sındıraraq yerindən çıxarıb gizli olaraq talamaqla zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 17 mart 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədi olmadan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,873 qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 mart 2022-ci il tarixdə saat 08:30 dəqiqədə ünvan 6 ünvanında Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb Yasamal RPİ-nin 28-ci PB-nə gətirilərək PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,873 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 fevral 2022-ci il tarixdə saat 20:38-də ünvan 5 ünvanında «Celc» tədris mərkəzinin giriş qapısının qarşısında quraşdırılmış Zərərçəkmiş şəxs məxsus dəyəri 650 manat olan aliminium materialdan hazırlanmış məhəccərləri əli ilə sındıraraq yerindən çıxarıb gizli olaraq talamaqla zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 17 mart 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədi olmadan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,412 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 19 mart 2022-ci il tarixdə saat 08:00 dəqiqədə ünvan 8 ünvanında Yasamal RPİ-nin 28-ci PBnin əməkdaşları tərəfindən saxlanılıb Yasamal RPİ-nin 28-ci PB-nə gətirilərək PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə qara rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,412 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Emilə oğurluq etməyi təklif etmiş, razılıq aldıqdan sonra birlikdə xx.xx.2022-ci il tarixdə saat 20:38-də «Celc» tədris mərkəzinin qarşısına quraşdırılmış məhəccərləri oğurlmalaq məqsədi ilə ünvan 5 ünvanında «Celc» tədris mərkəzinin qarşısına gəlmişdirlər. Həmin vaxt Emil, məhəccərin qarşısında dayanaraq, ətrafdan tanımadığı şəxslərin hadisəni görməsinin qarşısını almışdır. Emil məhəccərin qarşısında dayandığı zaman o arxada məhəccəri əli ilə sağa sola əyərək yerindən çıxarmışdır. Məhəccəri götürdükdən sonra birlikdə metal qəbulu məntəqəsinə gəlmiş və oğuladıqları təxminən 4 metr uzunluqda təxminən 10 kiloqram çəkidə aliminium məhəccərləri 26 manata satmışdırlar. 02 mart tarixdə törətdiyi bu əmələ görə tutulmuş, 04 mart tarixdə isə barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Emil ilə birlikdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 80 ünvanında yerləşən 141 saylı poçt şöbəsinin qarşısından keçdikləri zaman ətrafda heç kimin olmamasından istifadə edərək poçt şöbəsinin qarşısında olan pilləkanın sol kənarında quraşdırılmış təxminən 3 metr uzunluğunda aliminium məhəccərləri yerindən tərpədib sındırmaqla oğurlamışdırlar. Həmin məhəccəridə metal qəbulu məntəqəsinə satmiş, əldə olunan puldan isə bir bükümdə narkotik vasitə heroin almışdır. xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və bölməyə dəvət olunmuşdur. Bölmədə ona hüquq və vəzifələri bildirildikdən sonra müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər. O üzərində saxladığı 01 ədəd bükümdə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Coşğunla pulunun olmaması barədə söhbət etdiyi zaman Coşğun ona oğurluq etməyi təklif etmişdir. O, da bu təkliflə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 20:38-də «Celc» tədris mərkəzinin qarşısına quraşdırılmış məhəccərin oğurlanması məqsədi ilə ünvan 5 ünvanında gəlmişdirlər. Onun rolu, tədris mərkəzinin giriş qapısının qarşısında quraşdırılmış məhəccərin qarşısında dayanmaq olmuşdur ki, ətrafdan tanımadığı şəxslər keçdiyi zaman oğurluq etdikləri görünməsinlər. O məhəccərin qarşısında dayandığı zaman Coşğun arxasında məhəccəri əli ilə sağa sola oynadaraq yerindən çıxarmışdır. Məhəccəri götürdükdən sonra birlikdə həmin aliminium məhəccəri satmaq üçün metal qəbulu məntəqəsinə gəlmiş və oğuladığı təxminən 4 metr uzunluqda təxminən 10 kiloqram çəkidə aliminium məhəccərləri 26 manata satmışdırlar. 02 mart tarixdə törətdiyi bu əmələ görə tutulmuş, 04 mart tarixdə isə barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022- ci il tarixdə gecə saat 02 radələrində Coşğun ilə birlikdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 80 ünvanında yerləşən 141 saylı poçt şöbəsinin qarşısından keçdikləri zaman ətrafda heç kimin olmamasından istifadə edərək poçt şöbəsinin qarşısında olan pilləkanın sol kənarında quraşdırılmış təxminən 3 metr uzunluğunda aliminium məhəccərləri də yerindən tərpədib sındırmaqla oğurlamışdırlar. Həmin məhəccəridə metal qəbulu məntəqəsinə satdıqdan sonra əldə etdikləri pul ilə həmin gün saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan əraziyə gedərək əvvəllər bir neçə dəfə psixotrop maddə metamfetamin aldığı şəxsdən psixotrop maddə metamfetamin almışdır. 19 mart 2022-ci il tarixdə saat 08 radələrində küçəyə çıxıb yaşadığı Yasamal rayonu, S.Dadaşov küçəsi 41 saylı evin qarşısında tək dayanarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdə, o həmin şəxslərin Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bilmişdir. Həmin şəxslər onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli olduğunu hiss etdiklərini bildirərək onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-yə getməyi təklif etmişdirlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə qeyd edilən polis bölməsinə getmişdir. Yasamal RPİ-nin 28-ci PBdə ona hüquqları izah edilərək aydınlaşdırılmış və həmçinin ona üzərində şəxsi axtarış və götürmə aparılacağı izah etmişdir. O bundan imtina etmədikdə hüquqlarının müdafiə edilməsi üçün oraya 22 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edilərək ona təqdim edilmişdir. O həmin vəkilin hüquqi yardımından imtina etməmişdir. Daha sonra ona üzərində şəxsi axtarış və götürmənin video çəkilişlə aparılacağı izah edilmiş və o həmin çəkilişdən imtina etməmişdir. Təhqiqatçı tərəfindən aparılan şəxsi axtarış və götürmə zamanı ondan üzərində və bədənində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bir əşyanı, narkotik vasitə və ya psixotrop maddəni təqdim etməyi təklif edilmişdir. Bu zaman o, əynindəki olan qara rəngli şalvarının sağ yan cibində olan qeyd etdiyi bir ədəd siqaretin qara rəngli kağızı bükümünü çıxararaq içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, fiziki şəxs olaraq VÖEN əsasında 2021-ci ilin oktyabr ayından icarə əsasında ünvan 5 ünvanında yerləşən «Celc» tədris mərkəzini təsis etməklə mərkəzin direktoru kimi fəaliyyət göstərir. Bu ilin yanvar aynın ortalarında tədris mərkəzinin qarşısına şəxsi vəsaiti hesabına cəmi dəyəri 650 manat olan aliminium məhəccərlər quraşdırmışdır. Bu ilin fevral ayının 11-də quraşdırılan məhəccərlərdən 1 sırası tanımadığı şəxslər tərəfindən oğurlanmışdır. Lakin həmin vaxt oğurluqla bağlı polisə şikayət etməmişdir. 27 fevral 2022-ci il tarixdə saat 19 radələrində tədris mərkəzi bağlandıqdan sonra yenə də tanımadığı şəxslər axşam saatlarında tədris mərkəzinin qarşısında quraşdırılmış məhəccərləri sındıraraq oğurlamışdırlar. Bu barədə ərizə ilə Yasamal RPİ-nin 28-ci PB-nə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 650 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə saat 08:30-da ünvan 10 ünvanının qarşısında xidmətdə olan zaman Təqsirləndirilən şəxs1 tərəflərindən özünü qeyri adekvat olması səbəbindən saxlanılmış və sorğu sual zamanı o uzun müddətdir ki, narkotik maddə aludəçisi olduğunu və buna görə də Yasamal rayonu ərazisində aliminium materialdan olan məhəccərləri oğurladığını və onları sataraq narkotik maddə əldə etməsini və hazırda üstündə narkotik maddə olduğunu bildirmişdir. Bu səbəbdən həmin şəxs tərəflərindən Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs1 üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 80 ünvanında yerləşən 141 saylı poçt şöbəsinin giriş qapısının qarşısına quraşdırılmış aliminium məhəccərləri dostu Emil ilə birlikdə oğurlamasını və ünvan 11 ünvanında satmasını və daha sonra narkotik vasitə almasını bildirmişdir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş öz dediyinə görə heroin ola bükümü təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PB- nin sahə inspektoru polis leytenantı Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə saat 08:00-da ünvan 12 ünvanının qarşısında xidmətdə olan zaman Təqsirləndirilən şəxs2 tərəflərindən özünü qeyri adekvat olması səbəbindən saxlanılmış və sorğu sual zamanı o uzun müddətdir ki, narkotik maddə aludəçisi olduğunu və buna görə də Yasamal rayonu ərazisində aliminium materialdan olan məhəccərləri oğurladığını və onları sataraq narkotik maddə əldə etməsini və hazırda üstündə narkotik maddə olduğunu bildirmişdir. Bu səbəbdən həmin şəxs tərəflərindən Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra onun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs2 üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş öz dediyinə görə şüşə adlanan metamfetamin olan bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PB- nin sahə inspektoru polis leytenantı Şahid3 eyni məzmunlu ifadələr verərək şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (1ci cild, səh. 26-27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızma bükülmüş bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür (1-ci cild, səh. 220-221). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 19 mart 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 özünü təqdim etməsini təklif edilir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş öz dediyinə görə heroin ola bükümü təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 iki gün əvvəl axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən 15-20 manat pul müqabilində aldığını bildirir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Bundan əlavə, maddi sübut kimi tanınmış 2-ci diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş öz dediyinə görə şüşə adlanan metamfetamin olan bükümü təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 iki gün əvvəl axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən 15- 20 manat pul müqabilində aldığını bildirir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdü. Daha sonra, maddi sübut kimi tanınmış 3-cü diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ünvan 13 ünvanda quraşdırılmış kamera görüntülərində həmin gün saat 20:06 radələrində başlayaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 «Celc» tədriz mərkəzinin qarşısında dayanaraq ətraf müşahidə edirlər və həmin müddətdə müxtəlif şəxslər yolun piyadalar üçün nəzərədə tutulmuş hissəsi ilə hərəkət edirlər. Saat 20:34-də Təqsirləndirilən şəxs2 pilləkanın üzərində quraşdırılmış məhəccərin son piləkanının üzərində olan əsas dayaq hissəsini buraraq sındırıb yerindən çıxardıqdan sonra həmin yerdən uzaqlaşır. Saat 20:38 o, yenidən qayıdaraq bu dəfə pilləkanın yuxarı hissəsinin məhəccərlərini yerindən oynatmaqla sındıraraq yerindən çıxardır və həmin yerdən əlində məhəccərlərlə birlikdə uzaqlaşır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 mart 2022-ci il tarixli 6/1586 saylı rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №167” dairəvəi möhür əksi və “şübhəli şəxs:Təqsirləndirilən şəxs1” yazısı imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,873 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli X2 ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə-in siyahısına (Siyahı İ» daxildir ( 1-ci cild, səh. 35-39). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 mart 2022-ci il tarixli 6/1588 saylı rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş üzərində «(imza) Təqsirləndirilən şəxs2”yazısı olan olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,412 qram ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli X2 ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxildir (1-ci cild, səh. 227-231). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 2711 №-li rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild, səh 71-72). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 2712 №-li rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, səh. 73-74). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,873 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,823 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Bundan başqa işi üzrə əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 0,412 qram ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,362 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün, ünvan 13 ünvanda quraşdırılmış kamera görüntülərinin qeydə alındığı 03 ədəd formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild, səh. 83-95). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmü ilə 04 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə cəzası 03 il 09 aya endirilmişdir.xx.xx.2019-cu il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə ARCM 76 maddəsinə əsasən 10 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır (2-ci cild səh. 22-23) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzası 05 ay 6 gün vaxtından əvvəl şərti azad olunmuşdur (2-ci cild, səh. 24-25). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 ARCM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ARCM-nin 177.2.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına ARCM-nin 234.1 -ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir (2-ci cild səh. 30-40). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2016-cı il tarixli Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 ARCM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (2-ci cild, səh. 41-47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli Xəzər rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 05 ay 6 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (2-ci cild, səh. 60-64). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli Salyan rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 15 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (2-ci cild səh. 68-69). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 02 mart 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, cildi səh.103-105). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi və MSY-dən dərhal azad edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh. 152-163). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 02 mart 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, cildi səh.103-105). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi və MSY-dən dərhal azad edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh. 152-163). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2022-ci il tarixdə “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon Məhkəməsinin 20 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh. 17-18). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2022-ci il tarixdə “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon Məhkəməsinin 20 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh. 17-18). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2017-ci il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmü ilə 04 il müddətinə azadlıqdan məhrum edilməsi, xx.xx.2018-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə cəzası 03 il 09 aya endirilməsi, xx.xx.2019cu il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə AR CM 76-cı maddəsinə əsasən 10 ay 15 gün vaxtından əvvəl şərti azad olunması və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatması onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2016-cı il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsi, xx.xx.2017ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzası 05 ay 6 gün vaxtından əvvəl şərti azad olunması onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 mart 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 mart 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,823 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından qalıq qalmış 0,362 qram psixotrop maddə metamfetamin məhv edilməli, 228 (iki yüz iyirmi səkkiz) məhkəmə- ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 114 (bir yüz on dörd) manat, Təqsirləndirilən şəxs2 isə 114 (bir yüz on dörd) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri “Prospekt” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-322/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,823 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından qalıq qalmış 0,362 qram psixotrop maddə metamfetamin məhv edilsin. 228 (iki yüz iyirmi səkkiz) məhkəmə- ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 114 (bir yüz on dörd) manat, Təqsirləndirilən şəxs2 isə 114 (bir yüz on dörd) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində, Müdafiəçi2 vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar