Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-323/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu Salamzadə 1055 ünvanında qeydiyyatda olmaqla ünvan 2an, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 14 may 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovi küçəsi, 156 saylı evdə olarkən qardaşı oğlu Zərərçəkmiş şəxs həmin ünvana gələrək Yasamal Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsinə əsasən həmin ünvanda yaşamaq hüququnun olmasını dedikdə həmin qətnamədən şikayət etməsini bildirməsi və sonuncunu həmin ünvandan qovması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs sifət və sinə nahiyəsinə qəsdən yumruqla vuraraq sonuncuya sağ alının və burun belinin sıyrıqları, sağ gözaltı nahiyyənin və döş qəfəsinin qançırları kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2007-ci il tarixdə anası X2 vəfat etdikdən sonra qardaşları və onların ailə üzvləri ilə onun hal hazırda yaşadığı Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovi 156 ünvanında evlə bağlı mütəmadi olaraq mübahisələri yaranmışdır. Hal hazırda birlikdə yaşadığı qardaşı və ailə üzvləri ilə heç bir söz söhbəti olmamışdır. Təqribən 2021-ci ilin aprel ayının əvvəllərində mərhum qardaşı X4 arvadı Qanuni nümayəndə onu Yasamal Rayon Məhkəməsinə verərək yaşadığı evdə onlarında yaşamasını istədiklərini bildirmişdir. 26.04.2021-ci il tarixdə Qanuni nümayəndə mənzilə köçürülməsi barədə məhkəmənin qətnaməsi qəbul edilmişdir. O, həmin qətnamədən apelliyasiya şikayəti vermişdir. 14.05.2021-ci il tarixdə mərhum qardaşı Telmanın oğlu Əli onun yaşadığı mənzilə gəlmiş, məhkəmə qətnaməsi əsasında həmin mənzildə onlarında yaşamaq hüququnun olmasını, yaşayacağı evə baxmaq istədiyini ona bildirmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti verdiyini, apellyasiya məhkəməsinin son qərarı çıxanadək onları həyətə buraxmayacağını bildirmişdir. Onun bu sözlərindən sonra Əli onu nalayiq sözlərlə təhqir etməyə başlamış, o, fikirləşmişdir ki, Əli onunla dava etmək istəyir buna görədə qardaşı oğlu Əlinin bu sözlərinə məhəl qoymayıb evə getmişdir. Təqribən 30 dəqiqə evdə istirahət etdikdən sonra işə getmək üçün evdən çıxdıqda yaşadığı evdən 20- 30 metr məsafədə qardaşı oğlu Əlinin küçədə oturduğunu görmüş, Əli onu gördükdə yenədə ona qarşı nalayiq ifadələrlə onu təhqir etməyə davam etmiş, o, Əliyə qarşılıq vermədikdə Əli onun üzərinə gəlməyə başlamışdır. Əli onun üz nahiyyəsindən yumruqla vurduqdan sonra o, özünü müdafiə etmək üçün əli ilə sonuncunun üz nahiyyəsindən vurub qardaşı oğlu Əlini özündən kənara itələmişdir. O, Əlini vurduqdan sonra yoluna davam edərək işə getmişdir. Mübahisə zamanı ətrafda heç kəsin olmamışdır. Ona heç bir xəsarət dəymədiyindən məhkəmə tibbi ekspertizadan keçməkdən imtina etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs oğlu törətdiyi əməldən səmimi peşman olmasını, barəsində amnistiya aktının tətbiq olunaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə çağırışına gəlməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-323/2021 saylı 15.10.2021-ci il tarixli “zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəmə iclasına məcburi gətirilməsinə dair” qərarı ilə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanınmış Qanuni nümayəndə iştirakını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun və onun qanuni nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlunun məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2011-ci ildə atası X5 vəfat etdikdən sonra nənəsi X1 məxsus olmuş ünvan 5 ünvanında yerləşən mənzil əmisi Təqsirləndirilən şəxs ilə onlar arasında mübahisəyə səbəb olmuşdur. Onlar həmin ərəfələrdə Bakı şəhərində kirayədə yaşadıqlarından anasının daimi iş yeri olmadığı üçün anası Qanuni nümayəndə Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovi küçəsində yerləşən 156 nömrəli ünvanda evə köçürmə və istifadə hüququqlarının təmin olunması üçün iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. 26.04.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə onların iddiası təmin edilərək evə köçürmə barədə Yasamal Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. 14 may 2021-ci il tarixdə saat 14:30 radələrində məhkəmənin qətnaməsinidə özü ilə birlikdə götürərək Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovi küçəsi 156 saylı ünvanda yerləşən mənzilin vəziyyəti ilə tanış olmaq üçün getmişdir. O, həmin ünvanın qapısını döydükdə əmisi Təqsirləndirilən şəxs qapını açmış, onu qapıdan qovmuşdur. O, məhkəmənin qətnaməsini göstərərək evdə onunda yaşamaq hüququnun olmasını bildirdikdə əmisi həmin qətnamədən şikayət etdiyini bildirib onu evə buraxmayacağını demiş, onu, anasını və mərhum atasına qarşı nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Daha sonra o, biraz kənarda səkinin üzərində oturmuş, təqribən 20-25 dəqiqədən sonra əmisi Yusif çölə çıxmış, onun səkidə oturduğunu görüb yenədə ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, o, əmisinə qarşılıq verdikdə onun üzərinə gələrək yumruqla sifətindən və sinəsindən vurmuşdur. Mübahisə zamanı ətrafda heç kəs olmamışıdr. Bundan sonra o əmisini özündən kənara itəliyərək oradan qaçmış və anası Xuramana baş vermiş hadisə barədə məlumat vermişdir. Anası DİN-in 102 Zəng Mərkəzinə zəng edərək əmisindən şikayət etdiyini bildirmişdir. İş materiallarında olan 15 may 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokolundan görünür ki, hadisə baş verən yer ünvan 7 ünvanındakı 16 mərtəbəli yaşayış evinin qarşısındakı küçədir (cild 1, səh. 12-13). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 16 may 2021-ci il tarixli 395 nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, Zərərçəkmiş şəxs sağ alın və burunun bel sıyrıqları, sağ gözaltı nahiyyənin qançırı və konyuktiva qişası altında qansızma, döş qəfəsinin sağ yarasının qançırı küt əşyanın təsirindən törənmişdir. Həmin xəsarətlər qərarda qeyd olunan 14 may 2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir (cild 1, səh. 17- 19). İş materiallarında olan 07 iyul 2021-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs ifadəsi ilə razı olmayaraq sonuncunun onun üz nahiyyəsindən vurduğuna görə özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs vurduğunu göstərmişdir (cild 1, səh. 89-91). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (cild 1, səh. 54). İş materiallarında olan 05.08.2021-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 117-118). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2333/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı Qanuni nümayəndə xx xxxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovi 156 ünvanında yerləşən evə köçürülməsi qət olunmuşdur. İş materiallarında olan 11.11.2021-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə ərizə yazaraq barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan, iş üzrə vurulmuş maddi ziyan olmadığından və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-323/2021 saylı, 17.09.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 17.09.2021-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğluna göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-323/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-323/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver