Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-323/2022 16.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, nümayəndəsi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu Bağman kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdə saat 12 radələrində AE 964638 seriya nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Mersedes-Bcnz E22O CDİ” markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu. Şəfaət Mehdiyev küçəsində yerləşən “Hərbi Hissə”nin qarşısından Bakı şəhəri, Yasamal rayonu. Tibilisi prospekti istiqamətində saatda 20 km/saat sürətlə hərəkətdə olan zaman “X5” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə əməl etməklə hərəkət zamanı diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, avtomobili sola döndərib qarşı sol hərəkət zolağına çıxmazdan əvvəl qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola döndərib qarşı əks hərəkət zolağına çıxmalı olduğu halda hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyib yol hərəkəti qaydalarını pozaraq. Bakı şəhəri. Yasamal rayonu. Şəfaət Mehdiyev küçəsi. 146 nömrəli ünvanın qarşısında yerləşən yolun orta hissəsində dönməyə icazə verilən yerdən geriyə dönmək istəyərkən qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Mondial” markalı mopedlə toqquşmuş, ehtiyyatsızlıqdan “Mondial” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs sol baldır sümüklərin aşağı 1/3-nin qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Kürdəmir rayonu, Bağman kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. Uzun müddətdir avtomobil idarə edir. xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək etibarlı olan BC kateqoriyalı AE 964638 seriya nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. İstifadə etdiyi **-CH-*** dövlət nömrə nişanlı “Mersedes-Benz E220CDİ” minik markalı buraxılış ili 1998-ci il olan tünd göy metallik rəngli. 2151 sm3 həcmli matoru olan avtombil ona məxsusdur, adına rəsmiləşdirmiş, hər hansısa bir şəxsə etibarnamə verməmiş və avtomobili daim onun tərəfindən idarə edilmişdir. Bildirmişdir ki, 21 avqust 2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Mersedes-Benz E220CDİ" markalı **-CH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Hərbi Hissə”nin qarşısından üzü Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti istiqamətində hərəkət edib ünvan 4 ünvanın qarşısında yerləşən yolun orta hissəsində qanunla müəyyən edilmiş dönməyə icazə verilən yol ayrıcı olan yerdən geriyə, yəni hərbi hissəyə doğru manevr etmək üçün dayanıb qarşıdan gələn avtomobillərin keçməsini gözləmişdir. Onunla eyni istiqamətdə hərəkət edən ağ rəngli dövlət qeydiyat nömrə nişanına fikir vermədiyi “Mersedes-Benz” markalı avtomobil hərəkət edərək qarşıya getdiyi üçün o da həmin avtomobilin arxası ilə hərəkətə başlayıb yolu sola dönmək istədiyi zaman anidən qarşıdan gələn moped onun idarə etdiyi avtomobilin sağ qabaq qanadına dəyərək yerə yıxılmışdır. Dərhal avtomobildən düşərək həmin şəxsə köməklik göstərmiş və avtomobilinə əyləşdirərək “City Hospital” xəstəxanasına aparmışdır. “City Hospital”’da həmin şəxsə tibbi yardım göstərmişlər. Xəstəxanada olarkən öyrənmişdir ki, həmin şəxs Zərərçəkmiş şəxsdur. Həmçinin Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə baş verməmişdən öncə spirtli içki qəbul etməmiş, hadisə baş verməmişdən əvvəl avtomobili saatda 10-20 km/saat sürətlə idarə etmiş, hadisə baş verməmişdən öncə idarə etdiyi avtomobillə toqquşan mopedi təxminən 02 (iki) metr məsafədən görməsinə baxmayaraq hadisə ani baş verdiyindən idarə etdiyi avtomobillə hadisədən yayına bilməmişdir. Bildirmişdir ki, idarə etdiyi ondan başqa hər hansısa bir sərnişin və ya yük vasitəsi olmamış, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baş vermiş hadisə nəticəsində o, hər hansısa bir xəsarət almamışdır. Əvvəlcə barışmışlar, işə xitam verilmişdir, sonradan cinayət işinin başlanmasını əsassız hesab edir. Həmçinin zərərçəkmiş şəxsin ondan hazırda mülki iddia ilə pul istəsə də, həmin pulu ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şəki rayonu, Baş Zəyzid kəndində doğulub böyümüş və hazırda da ailəsi ilə birlikdə orada yaşayır. Hadisə baş verən tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi evdə kirayə yaşamışdır. Uzun müddətdir avtomobil və moped idarə edir. 30.07.202l-ci il tarixdən 30.07.203l-ci il tarixədək etibarlı olan Al, A, Bİ, B, Cİ, C kateqoriyalı BA 19890 seriya nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. 21 avqust 2021-ci il tarixdə sözügedən hadisə baş verən zaman istifadəsində olmuş buraxılış ili 2018-ci il, tünd göy metallik rəngli, 49 sm həcm motorlu, “Mondial” markalı moped mənə məxsus idi. Həmin mopedi 2021-ci ilin mart ayında “Tap.az” saytında görüb bəyənməşdir. Elə həmin ərəfədə istifadəsində olan mobil telefon nömrəsi ilə sözügedən saytda yerləşdirilən hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb satan şəxslə Abşeron rayonu, Xırdalan şəhərində görüşüb sözügedən mopedə baxmış və bəyənmişdir. Mopedi satan şəxslə 1300 (bir min üç yüz) manata razılaşmış və mopedi tanımadığı, anket məlumatlarını bilmədiyi həmin şəxsdən almışdır. Mopedə aid hər hansısa bir sənəd, müqavilə, mopedə aid nəsə istədikdə həmin şəxs üç ilin mopedi olduğunu, sənədlərini itirdiyindən heç bir sənədinin olmadığını bildirmiş və mopedi sənədsiz olaraq alıb sürərək oradan uzaqlaşmışdır. Həmin moped daim tərəfindən idarə edilmiş, təxminən beş ay müddət ərzində həmin ərəfədə işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospektdə yerləşən “İST” adlı yanacaq doldurma məntəqəsinin içərisindəki “İST Food” adlı restoranda kuryer, yəni çatdırılma xidməti ilə məşğul olub mopedlə işlərini görmüşdür. Şahid da sözügedən yerdə işləyən zaman tanımışdır. Şahid həmin yerdə qulluqçu kimi işlədiyindən iş yoldaşı kimi ünsiyyəti yaranmış, səmimi münasibəti olmuş, aralarında hər hansısa bir düşmənçilik və ədavəti olmamışdır. Bildirmişdir ki, 21 avqust 202l-ci il tarixdə saat 12 radələrində Şahid ilə birlikdə idarə etdiyi “Mondial” markalı mopedə minərək özlərinə su almaq üçün yaxınlıqda verişən “Araz” marketə getmişlər. Mopedi o, idarə etmiş və Şahid arxasında oturub onu qucaqlamışdır ki, yıxılmasın. Təxminən saatda 50-60 km/saat sürətlə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektindən Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi ilə metronun “Elmlər Akademiyası” stansiyası istiqamətinə doğru iki zolaqlı yolun sağdan birinci zolaqla, yəni orta qırıq-qırıq iki zolaq ayırma xəttinin dibi ilə təxminən saatda 50-60 km/saat sürətlə hərəkət etmişdir. Həmin günü sakit, normal hava olmuş, yağmur yağmamış, günün gündüz, yəni normal işıqlı vaxtı olmuşdur. Sağında onunla birlikdə paralel şəkildə hərəkət avtomobil olmamışdır. Hərəkətdə olan zaman hər hansısa fikrini yayındıran müsiqiyə qulaq asmamış, siqaret çəkməmiş, spirtli içki qəbul etməmişdir, sükan arxasında olarkən mobil telefondan istifadə etməmiş və arxasında onunla birlikdə hərəkət edən Şahid ona maneçilik etməmiş, hər hansısa bir danışığı və hərəkəti ilə fikrini yayındırmamışdır. Mopeddə başqa hər hansısa bir yük vasitəsi olmamışdır. Qeyd etdiyi istiqamətdə hərəkətdə olan zaman, daha dəqiq desə ünvan 4 ünvanın qarşısında yerləşən, yolun orta hissəsində, qanunla müəyyən edilmiş dönməyə icazə verilən yerdə qəfildən “Mersedes- Benz E220 CDİ” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobil qarşısına çıxmışdır. Həmin avtomobil, qeyd etdiyi yerdən yolu, hərəkət istiqamətində, yəni avtomobilin gəldiyi istiqamətin əksi tərəfə dönmək istədiyindən dayandığı yerdə ani bir anda qarşısına çıxdığından idarə etdiyi mopedi saxlamaq istəmiş, lakin buna nail ola bilməmiş və avtomobilin qabaq sağ qanadına dəymişdir. Həmin vaxt o, və Şahid mopeddən avtomobilin üstünə, oradan isə yerə yıxılaraq xəsarət almışlar. Avtomobilin sürücüsü avtomobildən düşərək onlara köməklik etmiş, hər ikisini avtomobilinə yerləşdirərək yaxınlıqda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik Mirqasımov adına Respublika Xəstəxanasına” aparmışdır. Lakin orada müəyyən çətinlik yarandığından xəstəxana onları qəbul etməmiş və oradan qəza törətmiş avtomobilin sürücüsü onları yenidən digər bir xəstəxanaya, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən “City Hospital” xəstəxanasına aparmışdır. Orada ona və Şahid ilkin tibbi yardım göstərmişlər. Xəstəxanada olarkən öyrənmişdir ki, həmin şəxs onun idarə etdiyi mopedlə toqquşan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Fəzail oğludur. Hadisəni törədən Təqsirləndirilən şəxs xəstəxana xərclərini qarşılamış və o, xəstəxanadan çıxıb ev şəraitində müalicə almağa davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs səhhəti ilə maraqlanmamış, ona məxsus mopedinin əzilməsi nəticəsində 1300 manat dəymiş ziyanı, aldığı xəsarətlərə görə müalicəsi ilə bağlı xərclədiyi 2700 manat olmaqla ona ümumilikdə dəymiş 4000 (dörd min) manat ziyanı ödəməmişdir. O, hadisə baş verməmişdən öncə spirtli içki qəbul etməmiş, hadisə baş verməmişdən əvvəl mopedi təxminən saatda 50-60 km/saat sürətlə idarə etmiş, qarşısına çıxan “Mercedes Benz” markalı, el arasında “dörd göz” kimi tanınan həmin avtomobili təxminən 15 (on beş) metr məsafədə görmüş, bu zaman həmin avtomobil dayanmış və hərət etməmişdir. Bunu görüb düşünmüşdür ki, avtomobil onun keçib getməsini gözləyir və hərəkət etməyəcəkdir. Buna görə heç nə etməyib yoluna davam etmişdir. Bildirmişdir ki, hadisə baş verməmişdən öncə hadisənin olacağını, hadisə təhlükəsinin yarandığı anı 04 (dörd) metr məsafədən görmüş və toqquşma yerinədək həmin aralıqda olmuşdur. Təhlükənin yarandığı anı eyniliklə 04 (dörd) metr məsafədən görüb dərk etmiş və həmin metr aralığında olmuşdur. Qeyd etmişdir ki, idarə etdiyi mopeddə arxa oturacaqda, yəni onun arxasında əyləşən sərnişin kimi Şahid olmuşdur. Lakin başqa hər hansısa bir sərnişin və ya yük vasitəsi olmamış, hadisə baş verməmişdən əvvəli idarə etydi moped texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Bildirmişdir ki, baş vermiş hadisə nəticəsində onun sol ayağı sınmış, Şahid isə vüngül xəsarət almışdır. Ona vurulmuş ziyanla bağlı ilkin olaraq təqsirləndirilən şəxs xəstəxanada xərclərin bir qimini ödəmiş, sonra isə söz vermişdir ki, qalan xərcləri də ödəyəcək, ona görə də ondan barışıq barədə ərizə istəmiş, o da təqsirləndirilən şəxsə inanıb, belə bir ərizə vermişdir. Lakin sonradan yaranmış xərclərlə, xəstəxana xərcləri ilə bağlı təqsirləndirilən şəxsi axtaranda telefonlarını söndürmüşdür, hətta təqsirləndirilən şəxs ondan etibarnamə almışdır ki, sıborta pulunu götürüb, mopedi təmir elətdirəcəkdir. Təqsirləndirilən şəxsin telefonlarını söndürməsi və ona kömək göstərməməsini gördükdə fikirləşmişdir ki, etibarnamə ilə sığorta pulunu da təəqsirləndirilən şəxs götürüb ona verməz, bu səbəbdən də etibarnaməni də ləğv etdirmişdir. əqsirləndirilən şəxs bildirir ki, avtomobilini hadisədən sonra təmir elətdirməmiş və istifadə etmir, lakin yalan deyir, məhkəməyə də həmin avtomobillə gəlir. Hazırda çəkilmiş xərclərin və maddi zərərin əvəzini tələb edir, mülki iddiasını təmin edilməsini tələb edir, ona vurulmuş ziyan ödənilməsə, təqsirləndirilən şəəxsdən şikayətçidir, cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 23-də qeydiyyatda olsa da ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır əvvəllər onunla birlikdə Bakı şəhəri, Yasamal rayonu. Tbilisi prospektində yerləşən “İstfood” adlı restoranda işləmişdir. O. həmin restoranda ofisiant. Pərviz isə kuryer işləmiş və sifarişləri idarə etdiyi mopedlə lazımi ünvanlara çatdırmışdır. Pərvizi restoranda işlədiyi müddətdə tanımış və hər zaman münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki. 21 avqust 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs ilə o. birlikdə Pərvizin idarə etdiyi “Mondial” markalı mopedə minərək özlərinə su almaq üçün yaxınlıqda yerlşən “Araz” marketə getmişlər. Pərviz mopeddə qabaq oturacaqda o. isə Pərvizin arxasında oturub Pərvizi qucaqlamışdır ki. yıxılmasın. Pərviz mopedi 50- 60km/saat sürətlə Bakı şəhəri. Yasamal rayonu. Tbilisi prospektindən Bakı şəhəri. Yasamal rayonu. Şəfaət Mehdiyev küçəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt Bakı şəhəri. Yasamal rayonu. Şəfaət Mehdiyev küçəsi. 146 nömrəli ünvanın qarşısında yerləşən yolun orta hissəsində qanunla müəyyən edilmiş dönməyə icazə verilən yol ayncı olan yerdə qəfildən qarşılarına “Mersedes-Benz E220CDİ’’ minik markalı 99-01-443 dövlət qeydiyyat nömrə nişanlı avtomobil çıxaraq yolu Pərvizin hərəkət istiqamətində dönmək istəyərkən həmin an Pərviz idarə etdyi mopedi saxlaya bilməyib həmin avtomobilin qabaq sağ qanadına dəymişdir. Həmin vaxt onlar ikisi də mopeddən həmin avtomobili üstünə yıxılmışlar. Həmin vaxt Pərviz və o, xəsarət almışlar. Avtomobilin sürücüsü avtomobildən düşərək onlara köməklik etmiş və Pərvizin xəsarəti ciddi olduğundan onları avtomobilinə əyləşdirərək “City Hospital" xəstəxanasına aparmışdır. “City Hospitaf’da həmin ona və Pərvizə tibbi yardım göstərmişlər. Xəstəxanada olarkən öyrənmişdir ki. həmin şəxs Pərvizin idarə etdiyi mopcdlə toqquşan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Fəzail oğludur. Həmçinin bildirmişdir ki, hadisə baş verməmişdən öncə o, və ya Zərərçəkmiş şəxs spirtli içki qəbul etməmiş, hadisə baş verməmişdən əvvəl Zərərçəkmiş şəxs mopedi saatda 50-60 km/saat sürətlə idarə etmiş, hadisə baş verməmişdən öncə Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə toqquşan avtomobili təxminən 05 (beş) metr məsafədən görməsinə baxmayaraq hadisə ani baş verdiyindən Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə hadisədən yayına bilməmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs idarə etdiyi mopeddə onda və Pərvizdən başqa hər hansısa bir sərnişin və ya yük vasitəsi olmamış, moped texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs sol ayağı sınmış, o, isə yüngül xəsarət almış, ancaq aldığı xəsarət o qədər də ciddi olmamışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 182 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunan sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı, qəlpəli, ovnaqdaxili yerdəyişmiş snıqları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 may 2022-ci il tarixli 8/1033 nömrəli rəyindən görünür ki, 1.3 İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E220 CD” markalı, 99-CH-4İ3 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mondial” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs ailəli olmaqla, xx.xx.2001-ci il təvəllüdlü Büllur, xx.xx.1999-cu il təvəllüdlü Sürmə, xx.xx.1997-ci il təvəllüdlü Sədəf adlı qızları vardır. Onlar yetkinlik yaşına çatmışlarv ə uşaq hesab edilmirlər. Həmçinin iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çəkdiyi xərclərlə bağlı hər hansı bir ödəəniş etmək üçün zəərərçəkmiş şəxslə barışığa gəlmək istəmir, hesab edir ki, ilkin hadisə zamanı xəstəxanada çəkdiyi xərclər kifayət edir, bundan sonrakı xərcləri çəkməyə imkanı yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs idarə etdiyi “Mondial” markalı mopedin sahibinə qaytarılması nəzərə alınmalı, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində maddi və mənəvi zərərin ödənilməsi barədə mülki iddia vermiş, mülki cavabdeh (təqsirləndirilən şəxs) - Təqsirləndirilən şəxs maddi zərərə görə 4000 manat, mənəvi ziyana görə 1000 manat, reabilitasiya dövrü üçün çəkdiyi 1000 manat, eləcə də 5 ay ümumiyyətlə hər hansı bir işlə çalışa bilmədiyi üçün 5000 manat, cəmi 11000 manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində nümayəndəsi olduğu şəxs tanışı Şahid ilə birlikdə özünə məxsus “Mondial” markal mopedlə ünvan 5 ünvanında hərəkətdə olarkən, qanunsuz manevr edən “Mersedes Benz E220 CDİ” markalı, 99CH413 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin idarə etdiyi mopedlə toqquşmuşdur. Bu yol-nəqliyyat hadisəsi nəticəsində həm zərərçəkmiş Zərərçəkmiş şəxs az ağır xəsarət almışdır, həm də özünə məxsus olan “Mondial” markalı moped, eləcə də “İphone” markalı mobil telefonu da zədələnərək yararsız hala düşmüşdür. Baş vermiş hadisə ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılmış (baş təhqiqatçı polis kapitanı Elnur Hacıyev) və nəticədə, müəyyən olunmuşdur ki, hadisə nəticəsində mənim sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı, qəlpəli, oynaqdaxili yerdəyişmiş sınıqları küt əşyanın təsirindən törəndiyi və yol-nəqliyyat hadisəsi zamanı yaranmışdır. Nəticə etibarı ilə məhkəmə tibbi ekspertinin rəyinə əsasən aldığı xəsarətinin dərəcəsi az ağır kimi qeydə alınmışdır. Amma bütün bunlara baxmayaraq, hadisənin baş verməsindən 4 aya yaxın vaxt keçməsinə baxmayaraq nümayəndəsi və vəkili olduğum şəxs hadisə nəticəsində aldığı xəsarətin fəsadları səbəbindən normal həyata qayıda bilməmiş, uzun müddətli müalicə və reabilitasiya almağa məcbur olmuş, eləcə də sərbəst hərəkət edə bilmədiyindən yalnız əsanın köməyi ilə hərəkət edə bilirdi. Bütün bunlar səbəbindən hadisədən əvvəl məşğul olduğu işlə məşğul ola bilməmiş, əvvəllər kimi olaraq aylıq azı 1000 manat qazanc əldə bilməmiş, ümumiyyətlə işsiz qalmışdır. Belə ki, hadisə baş verənə qədər uzun müddətdir ki, Pərzviz Babayev özünə məxsus olan “Mondial” markalı mopedlə "xxxx" MMC-nin restoranlarının birində kuryer işində çalışmış və hər ay azı 1000 manat pul qazanırdı. Nəticədə, baş vermiş cinayət nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs həm sağlamlığına, həm maddi (əmlakına), eləcə də aylıq dolanışıq xərclərdən uzun müddət ərzində məhrum olunmuşdur. Amma bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs zərərçəkmişə vurdğu ziyanların əvəzinin bir qimsi də olsa, ödəməmişdir. Ümumiyyətlə onun barışıq əldə etməmişdir. Halbuki, ehtiyatsızlıqan törədilən cinayət hadisəsi olsa da, təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu bütün ziyanların əvəzini könüllü olaraq ödəyə bilərdir. Amma əfsuslar olsun ki, bu belə olmadı. Nəticədə, fiziki ağırlarla yanaşı, maddi və mənəvi ziyanı vurmuşdur. AR CPM-nin 89.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 183.1-ci maddəsinə görə Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Odur ki, bütün yuxarıda göstərilənləri nəzərə alaraq mülki iddia ərizəsinin təmin olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində sağlamllığa vurulmuş zərərdən əlavə maddi ziyanla da bağlı pul tələb edilir, lakin bu hissə ilə bağlı dövlət rüsumu ödənilməmişdir. Halbu ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən yalnız şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunda maddi zərərlə bağlı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddialar üzrə dövlət rüsumundan azadolma müəyyən edilməmişdir. Həmçinin mülki iddiaçı kimi göstərilən şəxs həmin Qanunun 9-cu maddəsində sadalanan dövlət rüsumu ödəməkdən azad olunan şəxslər siyahısına aid olmasını təsdiq edən sənədi də təqdim etməmişdir. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bildiyindən, məhkəmə tərəflərin diqqətinə çatdırır ki, iddia mülki mühakimə icraatı qaydasında verilə bilər. MPM-in 259.0.12-ci maddəsinə əsasən MPM-in 150.0.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi barədə sənəd iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Bundan əlavə iddianın mahiyyəti üzrə həll edilməsi üçün kifayət qədər sübut da təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 16 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mondial” markalı mopedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs qarşı ümumilikdə 11.000 manat məbləğində Zərərçəkmiş şəxs tərəfindən verimiş mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-323/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-323/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver