Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-323/2025 18.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “17 saylı” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbyacan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanda yerləşən 24 saat fəaliyyət göstərən “Bravo” marketin içərisində quraşdırılmış “mpay” ödəniş terminalına yaxınlaşaraq ödəniş edən zaman sağ tərəfində olan “ABB” bankına məxsus bankomatın üzərində olan Zərərçəkmiş şəxs məxsus bir ədəd içərisində 200 manat dəyərində və balansında 13 manat pul olan +**********08 saylı nar mobil nömrəli, 2500 manat dəyərində boz rəngli “Samsung S23 Ultra” markalı **********85889 və **********85888 İmei kodlu mobil telefonu götürüb əlində olan pulqabının arxasında gizlin şəkildə saxlamaqla ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 2713 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 16 fevral 2025-ci il tarixdə saat 02 radələrində yaşadığı evdə qaz qurtardığı üçün Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən Bravo Marketə karta pul vurmaq üçün getmişdir. O, terminala yaxınlaşıb qaz kartını terminala daxil edib pul vurmuş, evə qayıtmaq istəyərkən digər terminalın qarşısında mobil telefon olduğunu, lakin telefonun sahibinin olmadığını görmüşdür. Buna görə də o, həmin terminala əlini uzadaraq telefonu götürmüş və əlində olan pulqabı ilə birlikdə “Bravo” marketdən çıxmışdır. Həmin telefonun ətrafında heç kim olmamışdır. Telefon sahibsiz qaldığı üçün o,. həmin telefonu götürmüş, niyyəti isə sahibi çıxarsa həmin telefonu qaytarmaq olmuşdur. Mobil telefonu götürdükdən sonra əvvəlcə marketdən bayıra çıxıb telefonu bir qədər əlində saxlamış və ətrafda olan şəxslərdən kiminsə telefonun arxası ilə gəlməsini gözləmişdir. Lakin ətrafda heç kim olmamış və ona heç kim yaxınlaşmamışdır. O da telefonu yenidən əlində saxlayaraq yaşadığı evə getmişdir. Mobil telefonu açıb sahibini tapmaq istəsə də, kodu olduğunu görmüş və kodu bilmədiyi üçün aça bilməmişdir. Daha sonra telefonun enerjisi bitdiyi üçün telefon sönmüşdür. O da telefonu evdə dolaba qoymuşdur. Bundan sonra 27 fevral 2025-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək ondan mobil telefon barədə soruşmuşlar. O da həmin şəxslərə telefonun onda olduğunu bildirmiş və telefonu təqdim elmişdir. Onun niyyəti telefonu oğurlamaq olmamışdır. Sahibsiz olduğu üçün götürüb sahibinə qaytarmaq istəmişdir. Bununla belə, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbin olmadığını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 fevral 2025-ci il tarixdə, saat 02 radələrində Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 19 ünvanda yerləşən “Bravo” marketə getmiş, həmin marketdə pul nağdlaşdırmaq üçün ABB bankına məxsus bankomata yaxınlaşmışdır. Bankomata yaxınlaşarkən, özünə məxsus “Samsung S23 Ultra” markalı mobil telefon və cüzdan əlində olmuşdur. Bankomatın yanında olduğu zaman pulu çıxarmaq üçün mobil telefonu bankomatın üzərinə qoymuş, daha sonra bankomatdan pul çıxardıqdan sonra oradan uzaqlaşmışdır. Yaşadığı evə yaxınlaşanda anlamışdır ki, telefonu üzərində deyil. Geriyə “Bravo” marketə qayıtdığında bankomatın üzərinə baxmış, telefonun olmadığını aşkar edəndə, marketin mühafizəçilərinə yaxınlaşaraq müşahidə kameralarının görüntülərini istəmişdir. Həmin görüntülər ona təqdim edilməmiş və polisə müraciət etməsi tövsiyə edilmişdir. Daha sonra polisə müraciət etmişdir. O, “Samsung S23 Ultra” markalı mobil telefonu 2024-cü ilin əvvəllərində 2500 manata, həmin ilin əvvəllərində +**********08 mobil nömrəni 200 manata almışdır. +**********08 mobil nömrənin balansında təqribən 12-13 manat vəsait olmuşdur. Hazırda ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-də Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə ona təhkim olunmuş inzibati ərazidə, Əsəd Əhmədov 19 ünvanında yerləşən “Bravo” supermarketin içərisində yerləşən ABB-ə məxsus bankomatın üzərində Zərərçəkmiş şəxs məxsus Samsung S23 Ultra markalı mobil telefonun oğurlanması ilə bağlı müraciət daxil olduğunu bildirmişdir. O, hadisə yerinə gedərək oradakı müşahidə kameralarına baxış keçirərək naməlum şəxs tərəfindən həmin mobil telefonun oğurlandığını aşkar etmiş, daha sonra əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, Əsəd Əhmədov 47 ünvanının qarşısında saxlanılaraq 29-cu PŞ-yə gətirilmişdir. PŞ-də olduğu zaman xidməti otaqlardan birində etiraf etmişdir ki, həmin telefonu götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinə təqdim olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 19 ünvanında yerləşən “Bravo” marketin içərisidir. Hadisə yerinə baxış keçirilən zaman foto çəkilmiş və materiala əlavə edilmişdir (i.v. 9-12). “Götürmə aparılması haqqında” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Samsung S23 Ultra markalı mobil telefon götürələrək cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 42-44). “Baxış keçirilməsi haqqında” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X11, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, “Samsung S 23 Ultra” markalı mobil baxış keçirilmiş, baxış keçirən zaman, istifadə edilmiş, işlək vəziyyətdə olan boz rəngli **********85889 və **********85888 İMEİ kodlu “Samsung S23 Ultra” markalı 256 GB yaddaşlı mobil telefondur (i.v. 45-48). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 50-51); “Baxış keçirilməsi haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X11, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, istifadə edilmiş, işlək vəziyyətdə olan, **********85889 və **********85888 İMEİ kodlu “Samsung S 23 Ultra” markalı mobil telefonun orta bazar qiymətini müəyyən edilməsi üçün “Tap.az” elan saytına Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin sayta “Hp” markalı kompyuterdə baxış keçirilmiş, həmin sayta baxış keçirən zaman, istifadə edilmiş, işlək vəziyyətdə olan “Samsung S23 Ultra” markalı mobil telefonunun satış üçün komplektləşdirməsinə daxil edilən aksesuarların olmaması və orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1) 01 ədəd “Samsung S23 Ultra” 512GB yaddaşlı- 1450 manat, 2) 01 ədəd “Samsung S23 Ultra” 256GB yaddaşlı-1449 manat, 3) 01 ədəd “Samsung S23 Ultra” 256GB yaddaşlı-1499 manat. Həmin «Tap.az» saytından çıxarılmış surətlər iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 91-92). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 daxil olmuş 11 aprel 2025-ci il tarixli, 3-28-29/2-3438/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü, ünvan 6 ünvanda qeydiyyatda olan zamanı Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 93). “Diskin cinayət işinə əlavə edilməsi haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı X11 tərtib etmişdir həmin protokolu, Azərbaycan Respublikası CPM-nin 51, 135 və 136-cı maddələrinin tələblərinə əsasən ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün Yasamal RPİ-nin, 29-cu Polis Şöbəsi tərəfindən təqdim edilmiş 01 ədəd diski cinayət işinə əlavə etmişdir (i.v. 94-95). “Diskə baxış keçirilməsi haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı X11, həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51, 236-cı maddələrinə əsasən tərtib etmişdir ondan ötəri ki, 16 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən Bravo marketin içərisində baş vermiş oğurluq hadisəsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə baxış keçirmiş, baxış zamanı texniki vasitə kimi “HP” markalı kompyuter texnikasından istifadə olunmuşdur. Təqdim edilmiş 01 ədəd CD diskdə 01 ədəd qovluq vardır. Həmin qovluğun içərisində Media Player proqramı vasitəsi ilə açılan 01 ədəd fayl vardır. Həmin fayla baxış zamanı müəyyən edilmişdir ki, 1 nəfər şəxs qış gödəkçəsi və qış papağında “mpay” ödəniş terminalına yaxınlaşaraq ödəniş edən zamanda sağ tərəfində olan ABB bankına məxsus bankomatın üzərində olan telefonu götürərək əlində olan pulqabının arxasında gizlin şəkildə saxlayır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntülərdə olan şəxs onun özüdür. Həmin görüntülər “Bravo” Marketin içərisində telefonu oğurlayarkən çəkilmişdir (i.v. 96). “Sübutların qiymətləndirilməsi haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbirinin qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməsi və onun əməlində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi yaranmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda yerləşən “Bravo” market içərisində ABB bankına məxsus bakomatın üzəri və oğurluq etdiyi tarixin xx.xx.2025-ci il saat 02 radələri kimi qəbul edilməsi, Zərərçəkmiş şəxs məxsus oğurlanmış Samsung S 23 Ultra markalı mobil telefonun ümumi dəyərinin zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi 2713 manat olaraq qəbul edilməsi, “Bravo” marketin təhlükəsizlik kameraları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 02 radələrində baş vermiş oğurluq hadisəsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd diskin maddi sübut qismində tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, hadisə yerlərinə baxış protokolu, diskə baxış protokolu və eləcə də digər iş materiallarının ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 97-102). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli yazılı ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, onunla barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, götürdüyü telefonu oğurlamaq niyyətində olmadığını bildirsə də, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin hər bir dəlili tam və hərtərəfli araşdırılmış və onun ifadəsində səmimi olmaması müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan – özgənin əmlakını gizli şəkildə talama, yəni oğurluq cinayət tərkibini tam şəkildə daşıyır. Təqsirləndirilən şəxs müdafiəsində iddia etsə də ki, guya telefon sahibsiz olduğundan məqsədi onu sahibinə qaytarmaq olmuşdur, lakin iş üzrə toplanmış sübutlar bu iddianı əsassız edir və onun hərəkətlərinin oğurluq niyyəti ilə edildiyini açıq-aşkar göstərir. İlk növbədə hadisənin baş verdiyi yer – ünvan 7 ünvanında yerləşən “Bravo” marketin içərisi – qapalı, nəzarətli, müşahidə kameraları ilə təmin olunmuş və təhlükəsizlik işçilərinin fəaliyyətdə olduğu ictimai ərazidir. Təqsirləndirilən şəxs hadisə zamanı mobil telefonu ABB bankomatının üstündə görərək ona əlindəki pulqabı ilə gizlədərək sahib çıxmış, onu kimsəyə təhvil vermədən yaşadığı evə aparmış və gizlədərək saxlamışdır. Bu hal diskə baxış zamanı (i.v. 96) müşahidə kameralarının qeydə aldığı görüntülərlə tam şəkildə təsdiqlənmişdir. Əgər əşya tapıntı olsaydı, o, həmin əşyanı dərhal market mühafizəsinə və ya polisə təqdim edilməli idi. Bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186.1-ci maddəsində də açıq göstərilir: tapılan əmlak barədə dərhal müvafiq orqana məlumat verilməlidir. Lakin təqsirləndirilən şəxs bu hüquqi tələbi pozaraq əşyanı gizli şəkildə mənimsəmişdir. Təqsirləndirilənin oğurluq niyyəti subyektiv izahlarla deyil, obyektiv sübutlarla da təsdiq olunur. “Telefonun baxış protokolu” (i.v. 45–48) və “Tap.az” saytına baxış protokolu (i.v. 91–92) əsasında müəyyən olunmuşdur ki, əşya – “Samsung S23 Ultra” markalı 256 GB yaddaşlı mobil telefon işlək, istifadə olunmuş və bazar qiyməti 1449–1499 manat civarında olan yüksək dəyərli fərdi əmlakdır. Bu fakt zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində də (i.v. 50–51) təsdiqlənmiş, telefonun və mobil nömrənin dəyəri ümumilikdə 2713 manat olaraq göstərilmişdir. Bu cür əmlakın sahibsiz və ya unudulmuş hesab edilməsi hüquqi baxımdan əsassızdır. Həmçinin, telefonun kilidli olması, nömrənin və balansın mövcudluğu onu identifikasiya olunan şəxsi mülkiyyət kimi təqdim edir. Bundan əlavə, hadisədən sonra Əhmədovun telefonu nəinki polisə və ya mühafizəyə təhvil verməməsi, əksinə, şarjı bitənədək istifadə etməyə cəhd göstərməsi və onu evində dolaba gizlətməsi (öz ifadəsindəki kimi) sübut edir ki, bu, sadəcə unudulmuş əmlakı saxlamaq deyil, mənimsəmə niyyəti ilə törədilmiş hərəkətdir. Şahid ifadəsində (polis əməkdaşı) qeyd olunur ki, təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra həmin telefonu götürdüyünü etiraf etmişdir. Nəticə etibarilə, Təqsirləndirilən şəxs “tapıntı” izahı hüquqi və faktiki əsaslardan məhrumdur və onun hərəkətlərində gizli mənimsəmə, yəni oğurluq cinayətinin bütün əlamətləri mövcuddur. Mülki Məcəllənin 186-cı maddəsi ilə nəzərdə tutulan tapıntı hallarında tələb olunan davranış, yəni əşyanın dərhal aidiyyəti üzrə təqdim olunması burada müşahidə olunmur. Bu səbəbdən təqsirləndirilən şəxsin əməli AR CM-nin 177.1-ci maddəsinə uyğun qiymətləndirilməli və həmin maddənin tələbləri çərçivəsində məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət işinin başlama və icraata qəbul etmək haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olduğundan barəsində həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1). “Materialın aidiyyatı üzrə göndərilməsi haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 15). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00-da tutulmuşdur (i.v. 28-29). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 61-62). Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus Samsung S23 Ultra markalı mobil telefonu Yasamal rayon Polis idarəsinin inzibati binasında istintaq şöbəsinin müstəntiqi İman Quliyevdən təhvil almışdır (i.v. 59). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 8 ünvanda qeydiyyatda olan, hazırda ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs saxlandığı Yasamal RPİ-nin MSY-dən dərhal azad olunması, qərarın surətinin icra edilməsindən ötrü Yasamal RPİ-nin MSY-nə təqdim edilməsi qərara alınmışdır (i.v. 73). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 74). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 11 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 84) “Tariyel MMC” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, ünvan 11 ünvanında aşağıdakı ailə üzvləri ilə birgə qeydiyyatsız yaşayır. 1. X3-həyat yoldaşı (Ş/v AA ******* fərdi identifikasiya nömrəsi 2TSB8ZY). 2. X5-qızı (Ş/v AZE №18113606 fərdi identifikasiya nömrəsi 8APFCT2). 3. X4qızı (Ş/v AZE №18112219 fərdi identifikasiya nömrəsi 8ACCWN6). 4. X9-oğlu (DHŞ AZİV №941420 xx.xx.2024-cü il tarixdə Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmişdir) (i.v. 85). Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü X9 adında övladı vardır (i.v. 87). Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adında övladları vardır (i.v. 88-89). X1 həkim müayinəsi rəyindən görünür ki, exostruktur-homegen xırdadənəlidir. Exogengenliyi güclənib .Konturları dəqiq. Ölçüləri böyüyüb Paylar simmetrikdir. Ocaqlı dəyişiklik yoxdur. Nəticə: düyünlü zob. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almamasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), himayəsində üç azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində oğurluq cinayətinin, yəni özgənin əmlakını gizli şəkildə talama əlamətləri mövcud olsa da, onun şəxsiyyəti, ailə vəziyyəti və cinayətdən sonrakı davranışları nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi hüquqi və sosial baxımdan məqsədəuyğundur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamış (i.v. 84), cinayəti ilk dəfə törətmiş şəxs kimi məsuliyyətə cəlb olunmuşdur. O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə əmlaka dəymiş ziyanı tam şəkildə ödəyərək zərərçəkmişlə barışmış və bu şəxs tərəfindən ona qarşı hər hansı şikayət və tələb irəli sürülməmişdir. Bundan başqa, təqdim olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı olan ailəli şəxsdir və həyat yoldaşı sağlamlıqla bağlı problemlərdən, yəni düyünlü zob xəstəliyindən əziyyət çəkir. Bu sosial şərait onun cəmiyyətdən təcrid edilməsinin həm ailəsinin rifahına, həm də azyaşlıların inkişafına mənfi təsir göstərə biləcəyini ortaya qoyur. Belə olan halda, Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin olunması, onun həm cəzalandırılması, həm də cəmiyyət üçün faydalı şəkildə islah olunması baxımından optimal vasitədir. Bu cəza növü təqsirləndirilən şəxsin azadlıqda qalmaqla əmək fəaliyyəti ilə məşğul olmasını, dövlət qarşısında ictimai faydalı işlər yerinə yetirməsini təmin edir və bu zaman onun ailəsinin həyat şəraitinə ciddi zərbə dəymir və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə adekvatdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs islah işləri təyin olunması ədalətli, qanuni və məqsədəuyğun sayılır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla təyin edilmiş islah işləri cəzasından çıxılmaqla üzərində müəyyən müddətə islah işləri cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılmalı, həmçinin Samsung S23 Ultra markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını Bakı şəhəri “17 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı bir gün müddət dörd gün islah işləri cəzasına bərabər hesablansın və ona təyin edilmiş islah işləri cəzasından çıxılmaqla, üzərində qəti olaraq qazancından 15 (on beş) faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, 08 ay 26 gün müddətə islah işləri cəzası saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Samsung S23 Ultra markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “17 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 132 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “17 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-323/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-323/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver