Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-324/2021 15.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Tofiq oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Abşeron Rayon Məhkəməsinin 30.01.2018-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etməkdən məhrum edilməklə 4 il 1 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, Azərbaycan Respublikası ƏN-nin PX-nin 7 saylı X14 müəsissəsinədə cəza çəkmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımış, həmçinin qanunsuz olaraq soyuq silah olan ov bıçağını əldə edib üstündə saxlayıb daşımaqla gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan zamanda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,753 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və təmiz çəkisi 1,097 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 31 may 2021-ci il tarixdə saat 08:50 radələrində Bakı şəhəri Yasamal rayonu, Bakı Qazax yolunun 6-cı km-də «Opel Astra G Caravan» markalı **-KB- *** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub qəza şəraiti yaratdığından həmin ərazidə xidmət aparan Azərbaycan Respublikası DİNnin Baş X20 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri DYPİ-nin inzibati binasının qarşısında dayandırıldıqda ifşa olunacağına görə üzərində saxladığı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1(bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,753 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və 1(bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,097 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini avtomobilin salonundan çölə yerə atmış, DİN-nin BDYP-nin əməkdaşları tərəfindən həmin iki ədəd bükümdə olan maddələr götürülərək Təqsirləndirilən şəxsla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə təqdim edilmiş, sonuncunun üzərinə şəxsi axtarış və götürmə zamanı həmin iki ədəd bükümdə olan narkotik vasitə və psixotrop maddə götürülmüşdür. Bundan başqa o, 2019-cu ilin iyul ayında Bakı şəhərində istintaqa məlum olmayan mağazadan qanunsuz olaraq ov biçağı hesab edilən soyuq silahı əldə edib üzərində saxlayıb daşımaqla gəzdirmiş, 31 may 2021-ci il tarixdə saat 08:50 radələrində Bakı şəhəri Yasamal rayonu, Bakı Qazax yolunun 6-cı km-də «Opel Astra G Caravan» markalı **-KB- *** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub qəza şəraiti yaratdığından həmin ərazidə xidmət aparan Azərbaycan Respublikası DİN-nin Baş X20 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri DYPİ-nin inzibati binasının qarşısında dayandırıldıqda sonra DİN-nin BDYP-nin əməkdaşları tərəfindən barəsində tədbir görülməsi üçün həmin gün saat 09:20-də Yasamal RPİ-nin 28-ci PB-nə gətirildikdə həmin bölmənin həyətində avtomobildən düşərkən qanunsuz olaraq əldə edib üzərində daşıyıb gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən ov bıçağını ayaqqabısının içərisindən çıxarıb polis bölməsinə gətirilməsinə etiraz edərək özünə xəsarət yetirərkən polis əməkdaşları tərəfindən əlindən alınaraq sonuncunun üzərinə keçirilənt şəxsi axtarış və götürmə zamanı həmin soyuq silah hesab edilən ov bıçağı götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onda narkotik vasitə və psixotrop maddə olmamışdır, üstündə gəzdirdiyi bıçaq da soyuq silah deyildir. O, Abşeron rayon Məhkəməsinin 30.01.2018-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2. və 264-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 6 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etməkdən məhrum edilməklə 4 il 1 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur, təyin olunmuş cəzasını çəkmək üçün 01.06.2020-ci il tarixdən Azərbaycan Respublikası ƏN-nin PX-nin 7 saylı X14 müəssisəsində göndərilmiş və cəzanı həmin müəssisəsində çəkmişdir. 30 may 2021-ci il tarixdə Cəzaçəkmə müəsstsəsinin rəhbərliyinə ünvan 2 ünvanda yaşayan ailə üzvüləri ilə görüşmək məqsədilə icazə verilməsi üçün ərizə ilə müraciət etmiş və ona 02.06.2021-ci il tarixədək ailə üzvləri ilə görüşmək üçün icazə verilmişdir. O da 30 may 2021-ci il tarixdə ailə üzvlərinin yaşadığı qeyd etdiyi ünvana gəlmişdir. Belə ki, 31 may 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı ünvan 3 ünvandan çıxıb Bakı şəhərinin mərkəzinə getmək istəmiş, bu zaman taksi fəaliyyəti ilə məşqul olan Anar adlı şəxs idarə etdiyi avtomobilə ora gəlmişdir, Anar ona idarə etdiyi «Opel Astra G Caravan” markalı ** KB *** dövlət nömrə nişanlı avtomobilə əyləşməyi və gedəcəyi yerə kimi aparıb düşürtməyi təklif etmişdir. O da, onun bu təklifi ilə razılaşmışdır. Avtomobilə ondan qabaq Alxan adlı şəxs də əyləşmişdir. Sonra Anarın ayağı ağrıdığı üçün ondan avtomobili idarə etməyi xahiş etmiş, o da etiraz etməmişdir. Bundan sonra o, avtomobili idarə etməklə, hərəkət etməyə başlamış, onlar Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən maşın bazarı adlanan ərazidə hərəkətdə olan zaman Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Baş X21 İdarəsinin inzibati binasının qarşısında yol patrul xidməti əməkdaşları avtomobili saxlatdırmışdır. Həmin vaxt xidməti avtomobillə Çevik polis Alayının polis əməkdaşları da ora gəlmişdir. Daha sonra isə onu saxladan Yol Patrul xidməti əməkdaşı onları narkotik vasitə istifadəsində şübhəli olduqlarına görə aidiyyəti üzrə Yasamal RPİ-nin 28-ci PB-nə gətirib avtomobildən düşürərkən etiraz əlaməti olaraq ayaqqabısının altında saxladığı bıçağı çıxarıb qollarını kəsmiş, polis əməkdaşları dərhal bıçağı onun əlindən almışdırlar. PB-nə gətirildikdən sonra təhqiqatçı şübhəli şəxs qismində tutulacağını bildirmiş və ona vəkillərin siyahısı təqdim edilmiş və onun seçimi əsasında dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. videoçəkiliş aparmaqla ona dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifləri izah edilmişdir, üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər. O da, üzərində hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya olmadığını bildirmişdir. YPX-nin əməkdaşı iki ədəd bükülünü və ondan götürülmüş özünə xəsarət yetirdiyi bıçağı təhqiqata təqdim edərək həmin bükülüləri idarə etdiyi avtomobil saxlanılarkən avtomobildən yerə atıldığını bildirmişdir. Bu barədə ona sual verildikdə həmin bükülülərin ona məxsus olmadığını bildirmişdir. Sadəcə ondan aşkar edilmiş bir ədəd bıçağın ona məxsus olduğunu etiraf etmişdir. Həmin bükülülərin içərisində olan maddələrin nə olması barədə ondan soruşulduqda onların nə olmasını bilmədiyini qeyd etmişdir. Həmin iki ədəd bükülü zərfə qoyularaq qablaşdırılmışdır. İştirakçılar və onun tərəfindən imzalanmışdır. Həmçinin ondan aşkar edilmiş bir ədəd bıçaq da zərfə qoyularaq qablaşdırılmışdır. Bıçağın ona aid olmasını öz imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan “İphone X” markalı mobil telefondan istifadə edilmişdir. Çəkiliş bir ədəd DVD diskə köçürülmüş və bu barədə protokol tərtib edilmişdir. O da, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. O, narkotik vasitə və psixotrop maddə qəbul etmir. Üstündə aşkar edilmiş bıçağı təxminən 2 il bundan əvvəl, yəni 2019-cu ilin iyul ayında xatırlamadığı mağazadan əldə etmiş, həmin tarixdən də həmin bıçağı ərzaq, meyvə kəsmək üçün üzərində saxlayıb daşımaqla gəzdirmişdir.. Həmin bıçaq soyuq silah deyildir, o, həmin bıçağı soyuq silah hesab etmir. Onun idarə etdiyi avtomobili Yol Patrul xidmətinin əməkdaşları saxlayarkən o, avtomobildən və ya üstündən bükülüləri və ya hər hansı əşyaları yerə atmamışdır. Daha sonra ifadəsində göstərmişdir ki, Şahid10 və Şahid11 üzərində psixotrop maddələr və narkotik vasitələrin olması barədə heç bir məlumatım olmamışdır, həmçinin onlar üzərlərində dəyənək və bıçaq gəzdirmələri barədə də xəbəri və məlumatı olmamışdır. Şahid10 və Şahid11 üzərlərindən aşkar olunan psixotrop maddələri və narkotik vasitələri haradan, nə vaxt və kimdən əldə etməsi barədə məlumatı yoxdur. Onda narkotik vasitə və psixotrop maddə olmamışdır. O, heç kəsə, o cümlədən Şahid10 və Şahid11 narkotik vasitə və psixotrop maddə verməmiş, onlar da ona narkotik vasitə və ya psixotrop maddə verməmişdirlər. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokolla və şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlə, maddi sübutlarla, məhkəmə ekspertiza rəyləri və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş X21 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyündə Yol-patrul xidməti inspektoru vəzifəsində xidmət edir. 31 may 2021-ci il tarixdə saat 08:40 radələrində Bakı-Qazax yolunun 6-cı km-də xidmətdə olan zaman «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilin sayrışan işığına və verilən xüsusi siqnala məhəl qoymayaraq manevr edərək yol hərəkət qaydalarını pozaraq hərəkətini davam etdirərək qəza şəraiti yaratmışdır. Həmin nəqiyyat vasitəsinin sürücüsü avtomobili sərxoş vəziyyətdə idarə etməsi güman edildiyindən bölük komandiri polis baş leytenantı Şahid2 tərəfindən həmin avtomobilin saxlanılmasına göstəriş verilmişdir. Həmin avtomobil Yasamal rayonu ərazisində Bakı şəhər X20 idarəsinin qarşısında dairədə tərəflərindən saxlanılmışdır. Həmin vaxt onların istiqamətdə hərəkətdə olan X19 Alayının əməkdaşlarının olduqları xidməti avtomobili də onlara yaxınlaşmışıdr. «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər sərnişin də olmuşdur. Sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişlər. Həmin sürücünün sərxoş olması hiss olunduğundan sürücüdən sərxoş olub-olmamasını, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub-olmamasını soruşduqda sürücü narkotik vasitədən istifadə etdiyini bildirərək avtomobildən iki ədəd bükülünü çölə atmışdır. O, həmin bükülülərin içərisində narkotik vasitə olmasından şübhələnib dərhal həmin 2 ədəd bükülünü yerdən götürmüşdür. «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər 2 nəfər sərnişinlərdən də narkotik vasitə istifadə edibetməməsi soruşulduqda onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Həmin sərnişinlər də kefli olmuşlar. Həmin şəxsləri Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər, orada «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmişdir. Dərhal sürücünün əlindən bıçağı götürmüşlər. Qeyd olunan avtomobilin sürücüsü və onunla birlikdə olan 2 nəfər sərnişini 28-ci PB-nin növbətçi hissəsinə təhvil vermişlər. Həmin şəxslərin şəxsiyyətləri yoxlanıldıqda sürücünün xx.xx.1990-cı il təvəllüdlü Binəqədi rayon sakini Təqsirləndirilən şəxs, onun avtomobilində olan sərnişinlərin isə xx.xx.1993-ci il təvəllüdlü Binəqədi rayon sakini Şahid11 və xx.xx.1979-cu il təvəllüdlü Şahid10 olması müəyyən edilmişdir. Qeyd olunan şəxslər barədə qanuni tədbir görülməsi üçün 28-ci PB-nin rəhbərliyinə o və Şahid2 raport yazaraq müraciət etmişlər, bundan sonra bölük komandiri Şahid2 xidmətini davam etdirmək üçün xidmət yerinə qayıtmışdır. O isə Təqsirləndirilən şəxs avtomobildən düşərkən yerə atdığı və içərisində narkotik vasitə olması güman edilən 2 ədəd bükümdə olan maddələri və Təqsirləndirilən şəxs ayaqqabısının altından çıxarıb qollarına xəsarət yetirdiyi bıçağı təhqiqata təhvil vermək üçün orada gözləmişdir. Bundan sonra Yasamal RPİ-nin 28-ci PBnin rəhbərliyi tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi həmin bölmənin təhqiqatçısı Nicat Abdullayevə həvalə olunmuşdur. Bununla bağlı, X17 Ruzpeykarın üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun vəkili X8 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən X10 vəkil Nuranə Carçalovanı bölməyə dəvət etmişdir. Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Onun, 28-ci PB-nin əməliyyat müvəkkili Şahid9, vəkil Nuranə Carçalovanın iştirakı ilə video yazan texniki vasitə kimi «İphone X» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən Təqsirləndirilən şəxs hansı səbəbə PB-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşuldu və əgər varsa, həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə saat 08:50 radələrində Baş X21 İdarəsinin inzibati binasının qarşısında YPX-nin əməkdaşı idarə etdiyi «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və daha sonra digər sərnişinlərlə birlikdə 28-ci PB-nə gətirildiyini, üzərində hər hansı bir narkotik vasitə olmadığını, sadəcə bıçağın ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən iş üçün əhəmiyyətli olan hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Həmin vaxt o özü isə bildirmişdir ki, 31 may2021-ci il tarixdə saat 08:50 radələrində «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış və saxlanılan zaman avtomobili idarə edən Təqsirləndirilən şəxs iki ədəd bükülünü avtomobildən çölə atmışdır. Həmin bükülülərin içərisində narkotik vasitə olması güman edildiyi üçün bükülülər yerdən götürülərək şəxslərlə birlikdə 28-ci PB-nə gətirilmişdir. Həmin iki ədəd bükülü və bıçaq təhqiqata təqdim edilmişdir. İştirak edənlər və müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs bükülülərin içərisində olan maddələrin nədən ibarət olması barədə sual verilərkən, Təqsirləndirilən şəxs həmin bükülülərin ona məxsus olmadığını, lakin ondan aşkar edilmiş bıçağın isə özünə məxsus olduğunu bildirmişdir. Təqdim edilmiş iki ədəd bükülü və bir ədəd bıçaq ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmışdır. DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənmiş və zərflərin üstü bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan “İphone X” markalı mobil telefondan istifadə edilmişdir. Çəkiliş bir ədəd DVD diskə köçürülmüş və bu barədə protokol tərtib edilmişdir. O da, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir.Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə barədə və onların satışı ilə məşqul olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan X19 Alayının 6-cı Patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. 31 may 2021-ci il tarixdə saat 08:45 radələrində Bakı- Qazax yolunun 6-cı km-də idarə etdiyi «Mercedes C klass» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət aparmışdır, həmin vaxt xidmətdə onunla birlikdə iş yoldaşı polis nəfəri Şahid3 idarə etdiyi avtomobildə olmuşdur. Qeyd olunan yolun həmin hissəsində görmüşlər ki, «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil Dövlət yol patrul xidmətinin BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin sayrışan işığına və verilən xüsusi siqnala məhəl qoymayaraq manevr edərək yol hərəkət qaydalarını pozaraq hərəkətini davam etdirərək qəza şəraiti yaradır. Az müddət keçməmiş təxminən saat 08:50 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər X20 idarəsinin qarşısında dairədə «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobili saxlamışdır. Yol patrul xidmətinə məxsus BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin də həmin yerdə dayandığını və içərisində olan 2 nəfər Yol patrul xidmətinin əməkdaşları yerə düşdülər. Həmin an onlar da həmin yerə çatanda idarə etdiyi avtomobili saxlayıb hər hansı bir kömək göstərmək üçün avtomobildən yerə düşdülər. «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər sərnişin də olmuşdur. Yol patrul xidmətinin əməkdaşları sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişlər. «Opel Astra G Caravan » markalı avtomobilin sürücüsünün sərxoş olması hiss olunmuş, Yol patrul xidmətinin əməkdaşları sürücüdən sərxoş olub-olmaması, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub-olmamasını soruşduqda sürücü narkotik vasitədən istifadə etdiyini bildirmişdir və avtomobildən iki ədəd bükülünü çölə atmışdır. Dərhal Yol patrul xidmətinin inspektoru polis nəfəri sonradan adı və soyadını bildiyi Rəşadət Fərzəyliyev həmin bükülülərin içərisində narkotik vasitə olmasından şübhələnib dərhal həmin 2 ədəd bükülünü yerdən götürmüşdür. «Opel Astra G Caravan » markalı **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər 2 nəfər sərnişinlərdən də narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Həmin sərnişinlər də özlərini şübhəli aparırdılar və hall vəziyyətdə olmuşdular. Həmin şəxsləri təxminən saat 09:20 radələrində Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər. Orada «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsi avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş, dərhal sürücünün əlindən bıçağı götürmüşlər. Həmin vaxt orada olan 28-ci PB-nin əməkdaşları da həmin şəxsin özünə xəsarət yetirməsinin şahidi olmuşlar. Qeyd olunan avtomobilin sürücüsü və onunla birlikdə olan 2 nəfər sərnişini 28-ci PB-nin növbətçi hisəsinə təhvil vermişlər. Həmin şəxslərin şəxsiyyətləri yoxlanıldıqda sürücünün xx.xx.1990-cı il təvəllüdlü Binəqədi rayon sakini Təqsirləndirilən şəxs, onun avtomobilində olan sərnişinlərin isə xx.xx.1993-ci il təvəllüdlü Binəqədi rayon sakini Şahid11 və xx.xx.1979-cu il təvəllüdlü Şahid10 olması müəyyən edilmişdir. Qeyd olunan şəxslər barədə qanuni tədbir görülməsi üçün 28-ci PB-nin rəhbərliyinə Yol patrul xidmətinin əməkdaşları- inspektor Şahid1 sonradan adı və soyadını bildiyi polis baş leytenantı Şahid2 raport yazaraq müraciət etmişdirlər. Yol Patrul xidməti əməkdaşlarına qeyd olunan köməkliyi göstərib dərhal xidməti iş yerlərinə qayıtmışdırlar. Şahid1lə sonradan əlaqə saxlayanda ona məlum olmuşdur ki, onlar xidməti iş yerinə qayıdandan sonra Şahid1 «Opel Astra G Caravan» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşərkən yerə atdığı və icərisində narkotik vasitə olması güman edilən 2 ədəd bükümdə olan maddələri və Təqsirləndirilən şəxs ayaqqabısının altından çıxarıb qollarına xəsarət yetirdiyi bıçağı 28-ci PB-nin təhqiqatıçaya təhvil vermək üçün orada qalmışdır və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş və həmin büklüləri və bıçağı sonradan həmin əşyaları təhqiqata təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə barədə və onların satışı ilə məşqul olub olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 31 may 2021-ci il tarixdə saat 09:20 radələrində Azərbaycan Respublikası DİN-nin Baş X21 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün komandiri polis baş leytenantı Şahid2, inspektor polis baş serjantı Şahid1 və X19 Alayının əməkdaşları 3 nəfər şəxsi qanun pozduqlarına görə Yasamal RPİ-nin 28-ci PB-nə gətirərkən onlardan biri, sonradan soyadı adı, ata adı bəlli olan Təqsirləndirilən şəxs avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş və həmin vaxt onun əlindən bıçağı götürmüşlər. Bundan sonra X19 Alayının 6-cı bölüyünün əməkdaşları xidməti etdikləri əraziyə qayıtmışlar. 28-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs avtomobildən düşərkən ayaqqabısının altından bıçaq çıxarıb hər iki qoluna xəsarət yetirməsi barədə növbətçi hissəsində və bu hadisəni müşahidə edən polis əməkdaşlarının iştirakı ilə akt tərtib etmişdir. Həmçinin Azərbaycan Respublikası DİN-nin Baş X21 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün komandiri polis baş leytenantı Şahid2 Bahadr oğlu və inspektor polis baş serjantı Şahid1 Yasamal RPİ-nin 28-ci PB-nin rəhbərliyinə birgə raport yazıb müraciət edərək bildirmişlər ki, 31 may 2021-ci il tarixdə saat 08:50 radələrində Bakı- Qazax yolunun 6-cı km-də xidmətdə olan zaman «Opel Astra G Caravan» markalı **-KB- *** dövlət qeydiyyat nişanlı avtomobil xidmət apardıqları Şahid1 idarə etdiyi BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilin sayrışan işığına və verilən xüsusi siqnala məhəl qoymayaraq manevr edərək yol hərəkət qaydalarını pozaraq hərəkətini davam etdirərək qəza şəraiti yaratmış, həmin nəqiyyat vasitəsinin sürücüsü sərxoş vəziyyətdə avtomobili idarə etməsi güman edildiyindən tərəflərindən həmin avtomobil Yasamal rayonu ərazisində Bakı şəhər X20 idarəsinin qarşısında dairədə saxlanılmış, həmin vaxt onların istiqamətdə hərəkətdə olan X19 Alayının əməkdaşlarının olduqları xidməti avtomobili də onlara yaxınlaşmışdır. «Opel Astra G Caravan» markalı **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər sərnişin də olmuşdur. Sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişlər. Sürücünün sərxoş olmasını hiss olunduğundan sərxoş olub-olmaması, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub-olmamasını soruşduqda sürücü narkotik vasitədən istifadə etdiyini bildirərək avtomobildən iki ədəd bükülünü çölə atmışdır. Həmin bükülülərin icərisində narkotik vasitə olmasından şübhələnmişlər. Şahid1 dərhal həmin 2 ədəd bükülünü yerdən götürmüş, «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər 2 nəfər sərnişinlərdən də narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Həmin şəxsləri Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər, orada «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsi avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş və əlindən bıçağı götürmüşlər. Qeyd olunan avtomobilin sürücüsü və onunla birlikdə olan 2 nəfər sərnişini 28-ci PB-nin növbətçi hisəsinə təhvil vermişlər. Həmin şəxslərin şəxsiyyətləri yoxlanıldıqda sürücünün xx.xx.1990-cı il təvəllüdlü Binəqədi rayon sakini Təqsirləndirilən şəxs, onun avtomobilində olan sərnişinlərin isə xx.xx.1993-ci il təvəllüdlü Binəqədi rayon sakini Şahid11 və xx.xx.1979-cu il təvəllüdlü Şahid10 olması müəyyən edilmişdir. bundan sonra Yol Patrul Xidməti bölüyünün komandiri polis baş leytenantı Şahid2 xidmətini qavam etdirmək üçün xidmət etdiyi yerə qayıtmışdır. YPX-nin inspektoru Şahid1 isə Təqsirləndirilən şəxs avtomobildən düşərkən yerə atdığı və icərisində narkotik vasitə olması güman edilən 2 ədəd bükümdə olan maddələri və Təqsirləndirilən şəxs ayaqqabısının altından çıxarıb qollarına xəsarət yetirdiyi bıçağı təhqiqata təhvil vermək üçün orada qalmışdır. Həmin vaxt qeyd olunan raportla əlaqədar Yasamal RPİ-nin 28-ci PB-nin rəhbərliyi tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi üçün bölmənin təhqiqatçısı Nicat Abdullayevə həvalə olunmuş, X10 tərəfindən prosesual qanunvericiliyə uyğun olaraq Təqsirləndirilən şəxs üzərinə özünün seçimi əsasında maddi imkanı olmadığından dövlət büdcəsi hesabına dəvət olunmuş Bakı şəhəri «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun vəkili X8, 28-ci PB-nün CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid9 və YPX inspektoru polis baş serjantı Şahid1 iştirakları ilə video yazan texniki vasitə kimi «İphone X» markalı mobil telefon aparatından istifadə edilərək şəxsi axtarış və götürmə aparılmışdır. Həmin axtarış zamanı YPX-nin inspektoru Şahid1 isə Təqsirləndirilən şəxs avtomobildən düşərkən yerə atdığı və içərisində narkotik vasitə olması güman edilən 2 ədəd bükümdə olan maddələri və Təqsirləndirilən şəxs ayaqqabısının altından çıxarıb qollarına xəsarət yetirdiyi bıçağı X10 təqdim etmişdir və sonuncu tərəfindən qeyd olunan əşyalar götürülmüş və müvafiq protokol tərtib edilmişdir, lakin o, həmin axtarışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə barədə və onların satışı ilə məşqul olub olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Yasamal rayon Polis idarəsinin 28-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş X21 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün komandiri polis baş leytenantı Ağayev Rəşad Bahadur oğlu və inspektor polis baş serjantı Şahid1 Yasamal RPİ-nin 28ci PB-nin rəhbərliyinə birgə raport yazıb müraciət edərək bildirmişdirlər ki, 31 may 2021-ci il tarixdə saat 08:50 radələrində Bakı-Qazax yolunun 6-cı km-də xidmətdə olan zaman «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil xidmət apardıqları Şahid1 idarə etdiyi BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilin sayrışan işığına və verilən xüsusi siqnala məhəl qoymayaraq manevr edərək yol hərəkət qaydalarını pozaraq hərəkətini davam etdirərək qəza şəraiti yaratmış, həmin nəqiyyat vasitəsinin sürücüsü sərxoş vəziyyətdə avtomobili idarə etməsi güman edildiyindən tərəflərindən həmin avtomobil Yasamal rayonu ərazisində Bakı şəhər X20 idarəsinin qarşısında dairədə saxlanılmış, həmin vaxt onların istiqamətdə hərəkətdə olan X19 Alayının əməkdaşlarının olduqları xidməti avtomobili də onlara yaxınlaşmışdır. «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər sərnişin də olmuşdur. Sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişlər. Sürücünün sərxoş olmasını hiss olunduğundan sərxoş olub-olmaması, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub-olmamasını soruşduqda sürücü narkotik vasitədən istifadə etdiyini bildirərək avtomobildən iki ədəd bükülünü çölə atmışdır. Həmin bükülülərin içərisində narkotik vasitə olmasından şübhələnmişlər. Şahid1 dərhal həmin 2 ədəd bükülünün yerdən götürmüş, «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər 2 nəfər sərnişinlərdən də narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Həmin şəxsləri Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər, orada «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş və əlindən bıçağı götürmüşlər. Qeyd olunan avtomobilin sürücüsü və onunla birlikdə olan 2 nəfər sərnişini 28-ci PB-nin növbətçi hisəsinə təhvil vermişlər. Həmin şəxslərin şəxsiyyətləri yoxlanıldıqda sürücünün xx.xx.1990-cı il təvəllüdlü Binəqədi rayon sakini Təqsirləndirilən şəxs, onun avtomobilində olan sərnişinlərin isə xx.xx.1993-ci il təvəllüdlü Binəqədi rayon sakini Şahid11 və xx.xx.1979-cu il təvəllüdlü Şahid10 olması müəyyən edilmişdir. Bundan sonra Yasamal RPİ-nin 28-ci PB-nin rəhbərliyi tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi üçün bölmənin təhqiqatçısı Nicat Abdullayevə həvalə olundu. Bununla bağlı, Nicat Abdullayev Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun vəkili X8 tərəfindən maddi imkanı olmadığından dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən X10 vəkil Nuranə Carçalovanı idarəyə dəvət etmişdir. Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edildi. Mənim, Şahid1, vəkil Nuranə Carçalovanın iştirakı ilə video yazan texniki vasitə kimi «İphone X» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən Təqsirləndirilən şəxs hansı səbəbə PB-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər üzərində qanunsuz əşya varsa, həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə saat 08:50 radələrində Baş X21 İdarəsinin inzibati binasının qarşısında YPX-nin əməkdaşı idarə etdiyi «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdığını və daha sonra digər sərnişinlərlə birlikdə 28-ci PB-nə gətirildiyini və üzərində hər hansı bir narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Həmin vaxt Yol Patrul Xidməti bölüyünün inspektoru Şahid1 bildirmişdir ki, 31 may 2021-ci il 2021-ci il tarixdə saat 08:50 radələrində “Opel Astra G Caravan” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücüsü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış və saxlanılan zaman avtomobili idarə edən Təqsirləndirilən şəxs iki ədəd bükülünü avtomobildən çölə atmışdır. Həmin bükülülərin içərisində narkotik vasitə olması güman edildiyi üçün bükülülər yerdən götürülərək şəxslərlə birlikdə 28-ci PBnə gətirilmiş və polis bölməsində Təqsirləndirilən şəxs avtomobildən düşərəkən ayaqqabısının altından çıxardığı bıçaqla özünə xəsarət yetirmiş və bıçağı onun əlindən götürmüşdür. Həmin şəxsi axtarış zamanı inspektoru Şahid1 Orxan Respeykara məxsus həmin iki ədəd bükülüləri və bıçağı X10ə təqdim etmişdir. X10 iştirak edənlər və müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs bükülülərin içərisində olan maddələrin nədən ibarət olması barədə sual verilərkən, Təqsirləndirilən şəxs həmin bükülülərin ona məxsus olmadığını bildirmişdir. Ondan aşkar edilmiş bıçağın isə özünə məxsus olduğunu qeyd etdi. Həmin iki ədəd bükülü və bir ədəd bıçaq ayrı ayrılıqda zərfə qoyularaq qablaşdırılmışdır, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənmiş və zərflərin üstü bütün iştirakçılar tərəfindən imzalanmış. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan “İphone X” markalı mobil telefondan istifadə edilmiş. Çəkiliş bir ədəd DVD diskə köçürülmuş və bu barədə protokol tərtib edilmişdir. O da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qərəzsiz və etibarlı mənbələrdən daxil olmuş əməliyyat məlumatlarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə olunması və istehlakı ilə məşğuldur. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni və satışı ilə məşqul olmasını müəyyən etmək mümkün olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələri satan şəxsləri müəyyən etmək istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi A. İsfahani küçəsi ev 39-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Əvvəllər 04.12.2019-cu il tarixdə Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 10.06.2020-ci il tarixli Qaradağ rayon məhkəməsinin qərarı ilə 02 ay 04 gün çəkilməmiş qalan cəzadan vaxtından əvvəl şərti azad olunmuş, şərti cəzamı da çəkib qurtarmışdır. Bakı şəhər sakini Orxanı məhəllə uşağı kimi tanıyır 2021-ci ilin may ayının 31-də səhər saatlarında yaşadığı evdən çıxdığı vaxt evdə olan bıçağı götürüb şalvarının sağ bel hissəsində kəmərə taxmış, fikri hər hansı bir cinayət əməli törətmək olmamışdır. 31 may 2021-ci il tarixdə saat 08 radələrində o, Orxanla yaşadığı məhəllədə olarkən həmin vaxt da məhəllədən 1 nəfər şəxsin park edilmiş «Opel Astra G Caravan» markalı avtomobilə tərəf getməsini görüb, onları Yasamal rayonu ərazisinə aparmasını xahiş etmişdir. Yolda Anar avtomobili idarə etmək üçün Orxana vermiş, Orxan avtomobili Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən maşın bazarı adlanan ərazidə avtomobil yolu ilə hərəkət etdirərkən avtomobil yolunun üzərində yerləşən DYPİ-nin inzibati binasının qarşısından keçəndə, arxadan DYP əməkdaşları Orxana avtomobili saxla işarəsi vermişlər. həmçinin sayrışan işıqlarla, səsli olaraq dövlət nömrə nişanını səsləndirməklə saxla işarəsi vermişlər. Orxan isə avtomobili saxlamamışdır. YPX əməkdaşının saxla işarəsinə məhəl qoymayaraq, tabesizlik göstərmişdir, həmin vaxt YPX əməkdaşları Orxanın idarə etdiyi avtomobili saxlamışdırlar. Orxana yaxınlaşıb nə səbəbə tabesizlik göstərməsinin səbəbini soruşmuşlar, lakin Orxan narkotik vasitə qəbul etdiyini, həmçinin avtomobildə olan onun və digər şəxsin narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Həmin vaxt və Anar özlərini şübhəli aparmağa başlamışlar. Bundan sonra YPX əməkdaşları yaxında olan çevik polis alayının əməkdaşlarını köməyə çağırmışlar, onları Yasamal RPİnin 28-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 28-ci PB-nə gəlmişlər Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından onun xəbəri və məlumatı olmamışdır, onun narkotik vasitə və psixotrop maddəni kimdən əldə etməsi barədə məlumatı yoxdur.Yol Patrul Xidmətinin polis əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra G Caravan”markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıb sənədlərini tələb edərkən Təqsirləndirilən şəxs avtomobilin içərisindən çölə 2 ədəd bükülünü atmasını və polis əməkdaşları tərəfindən həmin büklüləri götürməsini görməmişdir. Onlar da həmin vaxt özülərini şübhəli apardığıqlarından onları polis bölməsinə gətirmişlər, Təqsirləndirilən şəxs Polis bölməsinə gətirilməsinə etiraz edərək avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş və dərhal onun əlindən bıçağı götürülmüşdür. Ümumiyyətlə onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə, həmçinin bıçaq olmasından xəbəri və məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid10 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonu M.Maqomayev küçəsi ev 105, mənzil 2-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, 30.10.2006-cı il tarixdə Yasamal rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2008-ci ilin yanvar ayında cəzasını tam çəkib qurtarmışdır. Bakı şəhər sakinləri Orxan və Alxan adlı şəxsləri əvvəllər tanımamış, onları ilk dəfə 30 may 2021-ci il tarixdə tanımış, onlarla düşmənçiliyi, qərəzçiliyi və ədavəti yoxdur. Təxminən 3 ildir ki, narkotik vasitə qəbul edir, psixotrop maddə olan el dilində deyilən şüşə kimi adlanan metamfetamin növündən qəbul etmişdir şüşəni tüstüsünü çəkməklə qəbul edir. 31 may 2021-ci il tarixdə saat 08 radələrində atası Cavanşir Əliyevə məxsus etibarnamə əsasında “Opel Astra G Caravan” markalı ** KB *** dövlət nömrə nişanlı minik avtomobilini idarə edərkən məhəllədə olan Alxan və Orxan onları Yasamal rayonu ərazisinə aparmasını xahiş etmiş, o da, onlara etiraz etməmişdir. Sonra Orxan avtomobili ondan idarə etmək üçün istəmiş, o da etiraz etməyərək avtomobili idarə etmək üçün Orxana vermişdir. Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən maşın bazarı adlanan ərazidə avtomobil yolu ilə hərəkət edirən avtqomobil yolunun üzərində yerləşən DYPİ-nin inzibati binasının qarşısından keçəndə, arxalarından YPX əməkdaşları Orxana avtomobili ayrışan işıqlarla və səsli olaraq dövlət nömrə nişanını səsləndirməklə saxla işarəsi vermişlər. Lakin Orxan avtomobili saxlamamış və YPX əməkdaşının saxla işarəsinə məhəl qoymayaraq, tabesizlik göstərmişdir. Həmin vaxtt YPX əməkdaşları Orxanın idarə etdiyi avtomobili saxlamışlar. Orxana yaxınlaşmışlar, nə səbəbə tabesizlik göstərməsinin səbəbini soruşmuşlar. Bundan sonra YPX əməkdaşları yaxında olan çevik polis alayının əməkdaşlarını köməyə çağırmışlar, onları Yasamal RPİnin 28-ci PB-nə dəvət edərək birlikdə polis bölməsinə gəlmişlər. O, həmin polis bölməsində olarkən üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın cibində iki ədəd şəffaf selofan paketlərin içərisində olan bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş və həmin narkotik vasitə heroini, və psixotrop maddəni, eləcə də şalvarımın arxa hissəsində remenin altına saldığı dəmir dəyənəyi polis əməkdaşlarına təqdim etmiş və üzərindən aşkar edilmiş iki ədəd bükümdə olan kütlə və dəmir dəyənək ekspertizaya göndərilməsi üçün bağlamaya qoyularaq ablaşdırılmış,üzərinə şəxsi axtarış keçirilmişdir, şəxsi axtarış zamanı mənim üzərimdən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Əldə etdiyi həmin narkotik vasitədən və psixotrop maddədən başqa heç bir şəxsə satmamış, hədiyyə etməmiş, özünün istifadəsi üçün əldə etmişdir. Üzərində qanunsuz saxladığı narkotik vasitə, psixotrop maddə və dəyənək aşkar olunması ilə əlaqədar toplanmış material Yasamal RPİ-nin İŞ-nə göndərilmiş və müstəntiq Pərviz Əsədzadə tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə cinayət işi başlanıb icraatına qəbul etmiş və 01 iyun 2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra ifadəsində göstərmişdir ki, X21 əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra G Caravan”markalı **-KB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saxladıb sənədlərini tələb edərkən Təqsirləndirilən şəxs avtomobilin içərisindən çölə 2 ədəd bükülünü atmasını və polis əməkdaşları tərəfindən həmin büklüləri götürməsini görməmişdir. Ümumiyyətlə onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə, həmçinin bıçaq olmasından xəbəri və məlumatı olmamışdır. Orxan polis əməkdaşı ilə mübahisə edib tabesizlik göstərmiş, onlarda özülərini şübhəli apardıqlarından onları polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs Polis bölməsinə gətirilməsinə etiraz edərək avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş və dərhal onun əlindən bıçağı götürmüşlər. Ümumiyyətlə onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə, həmçinin bıçaq olmasından xəbəri və məlumatı olmamışdır Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Azərbaycan Respublikası DİN-nin Baş X21 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün komandiri Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid5 və Şahid8 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdirlər. 31 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş vər. 19 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 may 2021-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş vər. 79-83 Azərbaycan Respublikası DİN-nin Baş X21 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün komandiri polis baş leytenantı Şahid2 və inspektoru polis baş serjantı Şahid1 Yasamal RPİ-nin 28-ci PB-nin rəhbərliyinə yazdıqları raportda göstərmişdirlər ki, 31 may 2021-ci il tarixdə saat 08:50 radələrində Bakı-Qazax yolunun 6-cı km-də xidmətdə olan zaman «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil xidmət apardıqları Şahid1 idarə etdiyi BMW yol patrul xidməti markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin sayrışan işığına və verilən xüsusi siqnala məhəl qoymayaraq manevr edərək yol hərəkət qaydalarını pozaraq hərəkətini davam etdirərək qəza şəraiti yaratmış, həmin nəqiyyat vasitəsinin sürücüsü sərxoş vəziyyətdə avtomobili idarə etməsi güman edildiyindən tərəflərindən həmin avtomobil Yasamal rayonu ərazisində Bakı şəhər X20 idarəsinin qarşısında dairədə saxlanılmış, həmin vaxt onların istiqamətdə hərəkətdə olan X19 Alayının əməkdaşlarının olduqları xidməti avtomobili də onlara yaxınlaşmışdır. «Opel Astra G Caravan» markalı **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər sərnişin də olmuşdur. Sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişlər. Sürücünün sərxoş olmasını hiss olunduğundan sərxoş olub-olmaması, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub-olmamasını soruşduqda sürücü narkotik vasitədən istifadə etdiyini bildirərək avtomobildən iki ədəd bükülünü çölə atmışdır. Həmin bükülülərin icərisində narkotik vasitə olmasından şübhələnmişlər. Şahid1 dərhal həmin 2 ədəd bükülünü yerdən götürmüş, «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər 2 nəfər sərnişinlərdən də narkotik vasitə istifadə edibetməməsi soruşulduqda onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Həmin şəxsləri Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər, orada «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsi avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş və əlindən bıçağı götürmüşlər. Qeyd olunan avtomobilin sürücüsü və onunla birlikdə olan 2 nəfər sərnişini 28-ci PB-nin növbətçi hisəsinə təhvil vermişlər. Həmin şəxslərin şəxsiyyətləri yoxlanıldıqda sürücünün xx.xx.1990-cı il təvəllüdlü Binəqədi rayon sakini Təqsirləndirilən şəxs, onun avtomobilində olan sərnişinlərin isə xx.xx.1993-ci il təvəllüdlü Binəqədi rayon sakini Şahid11 və xx.xx.1979-cu il təvəllüdlü Şahid10 olması müəyyən edilmişdir. İş vər. 4 Həmçinin Yasamal PPİ-nin 28-ci PB-nin məsul növbətçi əvəzi polis kapitanı Şahid5un tərtib etdiyi aktdan görünür ki, YPX əməkdaşları və ƏÇPA-nın 6-cı PB-nin əməkdaşlarının köməkliyi ilə PB-nə gətirilmiş vətəndaş Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixdə saat 09:20-də PB-yə gətirilərkən avtomobildən düşən zaman bıçaqla qollarına xəsarət yetirmişdir. İş vər. 8 31.05.2021-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis kapitanı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixdə saat 08:50 radələrində Baş X21 İdarəsinin inzibati binasının qarşısında YPX-nin əməkdaşı idarə etdiyi «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladığını və daha sonra digər sərnişinlərlə birlikdə 28-ci PB-nə gətirildiyini üzərində hər hansı bir narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir.Həmin axtarışda iştirak edən YPX-nin inspektoru Şahid1 həmin tarixdə saat 08:50 radələrində «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanıldığını və saxlanılan zaman avtomobili idarə edən Təqsirləndirilən şəxs adlı şəxs iki ədəd bükülünü avtomobildən çölə atmışdır. Həmin bükülülərin içərisində narkotik vasitə olması güman edildiyi üçün bükülülər yerdən götürülərək şəxslərlə birlikdə 28-ci PB-nə gətirilmiş və həmin iki ədəd bükülü təhqiqata təqdim etmişdir. İştirak edənlər və müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs YPX inspektorunun təqdim etdiyi bükülülərin içərisində olan maddələrin nədən ibarət olması barədə sual verilərkən, sonuncu həmin bükülülərin ona məxsus olmadığını bilmiş, təqdim edilmiş edilmiş bıçağın isə özünə məxsus olduğunu bildirmişdir. Təqdim edilmiş iki ədəd bükülü və bir ədəd bıçaq zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənərək iki nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə X10 tərəfindən 31.05.2021-ci il tarixdə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən texniki vasitə kimi «İphone X» markalı mobil telefonun video kamerasından istifadə edilərək aparılmış videoçəkiliş 1 ədəd DVD disk elektron maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. İş vər. 28-29 Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin “DVD” disk elektron maqnit məlumat daşıyıcısı obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən 05.08.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. İş vər. 205-230 İş üzrə məhkəmə-kimyəvi ekspertizasının təyin olunması haqqında 31.05.2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/2183 nömrəli 31.05.2021-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, götürülmüş 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,753 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər sellofan bükümdə təmiz çəkisi 1,097 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra 0,703 qram çəkidə narkotik vasitə olan heroin, 0,050 qram sərf edildikdən 1,047 qram çəkidə psixotrop maddə metamfetamin qalığı bağlamaya qoyularaq möhürlənib saxlanılması üçün Yasamal rayon polis idarəsinə qaytarılmışdır. Həmçinin ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88.70 manat təşkil etmişdir. İş vər. 40-45 İş üzrə məhkəmə-ballistik ekspertizasının təyin olunması haqqında 31.05.2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 3/947 nömrəli 21.06.2021-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Həmçinin ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 manat təşkil etmişdir. İş vər. 144-147 Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd soyuq silah hesab edilən ov bıçağı 27.07.2021-ci il tarixli qərara əsasən cinayət işi üzrə maddi sübut kimi tanınmaqla məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş vər. 151-152 İş üzrə ambulator məhkəmə-narkoloji ekspertizasının təyin olunması haqqında 01.06.2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsin Ambulator X1 2575 saylı 30.07.2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə halları olub, lakin Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş vər. 157-158 İş üzrə ambulator məhkəmə-psixiatrik ekspertizasının təyin olunması haqqında 01.06.2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X6 Publik Hüquqi şəxsin Ambulator məhkəmə psixiatrik ekspertizasının 30.07.2021-ci il tarixli 16533 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri qeyd olunur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayəti törətdiyi vaxt hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs hər hansı bir psizxi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkəçtlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. İş vər. 154-156 Aparılmış istintaq və keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Azərbaycan Respublikası DİN-nin Baş X21 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi qeyd olunan avtomobil saxlanılarkən həmin avtomobilin salonunda olmuş Şahid10, Şahid11 götürülmüş narkotik vasitə hesab edilən heroinin, psixotrop maddə hesab edilən metanfetaminin qanunsuz dövriyyəsində iştiraklarının olub-olmasına dəlalət edən sübutları istintaq və əməliyyat yolu ilə əldə etmək mümkün olmamışdır. İş vər. 148 Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Abşeron rayon Məhkəməsinin 30.01.2018-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 30.01.2018-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2. və 264-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 6 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etməkdən məhrum edilməklə 4 il 1 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur. İş vər. 126-131 Azərbaycan Respublikası ƏN-nin PX-nin 7 saylı X14 müəsissəsinin 16.06.2021-ci il tarixli arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasını cəkmək 7 saylı X14 müəsissəsinə göndərilmişdir. Cəzasının əvvəli 01.06.2020-li il, cəzanın sonu 21.07.2024cü tarixdir. İş vər. 106-107 Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin PX-nin 7 saylı X14 müəsissəsinin 03.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixə çəkilməmiş qalan cəzası 3 il 1 ay 21 gün təşkil edir. Cinayət işinin materiallarında olan 16.10.2021-ci il tarixli AR DİN X7 Xidmətindən daxil olan məktubda qeyd edilmişdir ki, 31 may 2021-ci il tarixdə Baki-Qazax yolunun 6-ci km dəki videomüşahidə kameralarının görüntüləri məhkəməyə təqdim etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin diskdə Təqsirləndirilən şəxs üzərinə sonuncunun hüquqlarını müdafiə edən vəkil X4, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkilləri Şahid9 və Azərbaycan Respublikası DİN-nin Baş X21 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyündə Yol-patrul xidməti inspektoru polis baş serjantı Şahid1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. 01 ədəd DVD diskinin yaddaşına videogörüntülər 01 faylda yerləşdirilmişdir. Həmin faylda yerləşədirilmiş 09 dəqiqə 15 saniyə ərzində qeydə alınmış video görüntü izlənilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə sonuncunun hüquqlarını müdafiə edən vəkil X8, Yasamal RPİ-nin 28-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid9 və Azərbaycan Respublikası DİN-nin Baş X21 idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyündə Yolpatrul xidməti inspektoru polis baş serjantı Şahid1 iştirakları ilə baxış keçirilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs 31 may 2021-ci tarixdə saat 08:50 radələrində Baş X21 İdarəsinin inzibati binasının qarşısında YPX-nin əməkdaşı idarə etdiyi «Opel Astra G Caravan» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdığını və daha sonra idarə etdiyi avtomobildə olan digər sərnişinlərlə birlikdə 28-ci PB-nə gətirilmişdir, onun üzərində heç bir narkotik vasitə, psixotrop maddə olmadığını, lakin polis əməkdaşları onu PB-nə gətirdikldəri üçün etiraz edərək özündə olan bıçalqla özünə xəsarət yetirdiyini və polis əməkdaşları əlindən həmin bıçağı aldığını və həmin bıçaq özünə məxsus olduğunu bildirməsi, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi, lakin üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmaması müşahidə olunur. Şəxsi axtarışda iştirak edən YPX-nin inspektoru Şahid1 31 may 2021-ci il tarixdə saat 08:50 radələrində Yasamal rayonu ərazisindən keçən Bakı-Qazax yolunun 6-cı km-də “Opel Astra” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılan zaman Təqsirləndirilən şəxs iki ədəd bükülünü avtomobildən çölə atması, həmin bükülülərin içərisində narkotik vasitə olması güman edildiyi üçün bükülüləri yerdən götürərək yanında olan sərnişinlərlə şəxslərlə birlikdə 28-ci PB-nə gətirdiklərini, polis bölməsinə gətirilərkən Təqsirləndirilən şəxs ayaqqabısının altından çıxardığı bıçaqla qolarına xəsarət yetirdiyini və bıçaq da ondan təqdim edildiyini bildirir, Təqsirləndirilən şəxs avtomobildən yerə atdığı 2 ədəd iki ədəd bükülüdə olan maddələri təhqiqata təqdim etməsi, YPX-nin inspektoru Şahid1 təhqiqata təqdim etdiyi həmin 2 ədəd bükümlərə baxış keçirilərkən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə, digər bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində kristal şəkilli ağ rəngli maddə olması aşkar olunması müşahidə olunur. Həmçinin bıçağa da baxış keçirilməsi, həmin bıçağın qatlanan bıçaq olması, tiyəsi gümüşü, dəstəyin əsası qara rəngli plasmasdan hazırlanması müşahidə olunur. Təqsirləndirilən şəxs həmin bıçağın özünə məxsu olmasını və polis əməkdaşları tərəfndən PB-nə gətirilərkən etiraz əlaməti olaraq özünə xəsarət yetirməsini təsdiq etməsi, lakin 2 ədəd bükülü və həmin bükülülərin içərisində olan maddələrin ona məxsus olmadığını bildirməsi, təqdim edilmiş qeyd olunan 2 ədəd bükümlərin içərisindəki maddələr ilə birlikdə zərfə yerləşdirilərək zərfin ağzını yapışqanla zərflər üçün nəzərdə tutulan möhürlü kağız yapışdırıb qablaşdırması, həmçinin digər zərfə də təqdim olunmuş bıçaq da digər başqa bir zərfə yerləşdirilərək zərfin ağzını yapışqanla zərflər üçün nəzərdə tutulan möhürlü kağız yapışdırıb qablaşdırması, daha sonra iştirakçılar tərəfindən zərflərin üstünə imzalar edilməsi müşahidə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımış, həmçinin qanunsuz olaraq soyuq silah olan ov bıçağını əldə edib üstündə saxlayıb daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2018-cı il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından çəkilməmiş qalan 02 (iki) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 01 (bir) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası sonuncuya hazırki hökmlə təyin edilmiş cəzaya həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 31 may 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsi Ambulator X3 ekspert komissiyasının 2575 saylı 30.07.2021-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından qalıq qalmış 0,703 qram çəkidə heroin və 1,047 qram çəkidə psixotrop maddə metamfetamin və 1(bir) ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 152 (bir yüz əlli iki) manat 70 (yetmiş) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza ilə Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2018-cı il tarixli hökmü ilə ona təyin olunmuş 02 (iki) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından çəkilməmiş qalan 02 (iki) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 01 (bir) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından qalıq qalmış 0,703 qram çəkidə heroin və 1,047 qram çəkidə psixotrop maddə metamfetamin və 1(bir) ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 152 (bir yüz əlli iki) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-324/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-324/2021
15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver