Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-325/2024 20.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, hazırda işsiz, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Yenidaş kəndində qeydiyyatda olmaqla, Yasamal rayonu, Yeni Yasamal-1, 286 nömrəli məktəbin yaxınlığında yerləşən su hövzəsi ərazisində adsız evlərdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərəçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 2010-cu il tarixdən 2018-ci il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası DİN-nin X10 X4 polis nəfəri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə 2017-ci ilin sentyabr ayında qohumu Zərərçəkmiş şəxs kürəkəninin qardaşı Şahid1 X5 işləmək arzusunun olduğunu bilib buna hər hansı səlahiyyəti və niyyəti olmadığı halda etibardan sui-istifadə etmə və aldatma yolu ilə yalandan vəd verib onu aldatmaqla guya Şahid1 polis nəfəri kimi işə düzəldəcəyini deyərək, bunun müqabilində Yasamal rayonu 20 Yanvar metrosu yaxınlığında yerləşən adsız çayxanada həmin ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs 18000 (on səkkiz min) manat pulu alaraq faktiki olaraq heç bir iş görməməklə öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 25 il DİO-da xidmət etmiş, son iş yeri Daxili İşlər Nazirliyinin X10 X6 manqa komandiri olmaqla, rütbəsi polis baş serjantı olmuşdur. xx.xx.2018-ci il tarixdən təqaüddədir. Zərərçəkmiş şəxs həyat yoldaşının qohumudur. Zərərçəkmiş şəxs 2017-ci ilin sentyabr ayında zəng vuraraq kürəkəninin qardaşı Şahid1 DİO-a işə düzətməyini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs və onun qohumları Şahid1, Oruc Qəhrəmanov, Şahid3 ilə birlikdə Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən adsız çayxanaların birində görüşmüş, görüş zamanı Şahid1 DİO-a düzəlməsinin müqabilində 20.000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs 20.000 manat pul vəsaitinin olmadığını, bu işə görə yalnız 18.000 manat verə biləcəyini demişdir. Danışığın sonunda Şahid1 DİO-ya polis nəfəri kimi işə düzətlməyi ilə bağlı yalan vəd verərək Zərərçəkmiş şəxs 18.000 manat pul almışdır. Aldığı 18.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs bu məsələ ilə hər dəfə maraqlandıq da isə, həmin pul vəsaitini DİN Mühafizə Baş Polis İdarəsində kadrlar şöbəsində inspektor vəzifəsində işləmiş Elşad Fəttahova verdiyini demişdir. Lakin, pul vəsaitini Elşad Fəttahova verdiyini deməsini özündən uydurmuş, belə bir məsələ baş verməmişdir. İfadəsinin sonunda hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu, eləcə də vurulmuş zərərin 25 faizi həcmində dövlət nəfinə ödəniş etməsini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. 2017-ci ilin sentyabr ayında kürəkəninin qardaşı Şahid1 DİO-a polis nəfəri kimi işə düzəltmək üçün əvvəlcədən özünü DİO-da geniş səlahiyyətlərə malik şəxs kimi təqdim etmiş Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs telefon danışığında bu məsələ ilə məşğul olduğunu, müxtəlif şəxsləri DİO-a müxtəlif vəzifələrə təyin etmək səlahiyyətinin olmasını demişdir. 2017-ci ilin sentyabr ayında qohumları Şahid1, Oruc Qəhrəmanov, Şahid3 ilə birlikdə Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən adsız çayxanaların birində Təqsirləndirilən şəxsla görüşmüş, görüş zamanı özü ilə birlikdə 18.000 manat pul götürmüşdür. Görüşməmişdən əvvəl qohumu Şahid1 özünə məxsus olan telefonda səs yazıçını qoşmuş, çayxanada danışıq zamanı, Təqsirləndirilən şəxs Şahid1 DİO-a polis nəfəri kimi işə düzəldə biləcəyini, bunun müqabilində 20.000 manat pul lazım olduğunu , söhbət əsnasında 18.000 manata da həll edə biləcəyini demişdir. Həmin vaxt üzərində olan 18.000 manat pulu Təqsirləndirilən şəxs vermiş, bu vaxtdan sonra hər dəfə Təqsirləndirilən şəxs məsələnin nə yerdə olduğunu soruşduqda sonuncu müxtəlif bəhanələrlə söhbətdən yayınmışdır. Hazırda ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Əvvəllər polis əməkdaşı olmuş, 25 il DİO-da xidmət etmiş, hazırda təqaüddədir. Təqsirləndirilən şəxs hamının yanında yalan danışaraq özünü DİO-da geniş səlahiyyətə malik şəxs kimi təqdim edərək, inanc yaratmışdır. Buna görə də 2017-ci ilin sentyabr ayında qohumu Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs zəng edərək Şahid1 DİO-da işə düzəldilməsinə kömək etməsini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs çoxlu borcları olduğundan sonuncu ona Zərərçəkmiş şəxs alladaraq pul alacağını və şəxsi ehtiyaclarına, borclarına xərcləyəciyini bildirmişdir. Nəticədə Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs 18.000 manat pul vəsaiti almış və sonuncunu alladaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan Zərərçəkmiş şəxs, qohumları dəfələrlə verilən pul vəsaitini istəsələr də Hidayət imtina etmiş və bu barədə ona demişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki hadisə baş verən vaxt işsiz və maddi imkanı yaxşı olmadığından DİO-a işə düzəlməyi ilə bağlı qardaşı Şahid1 qaynatası Zərərçəkmiş şəxs müraciət etmişdir. Zərərçəkmiş şəxs belə işləri görmək bacarığına malik olan qohumu Təqsirləndirilən şəxs xahiş edəcəyini və sonuncuya pul vəsatini özü verəcəyini demişdir. 2017-ci ilin sentyabr ayında Yasamal rayonu ərazisində yerləşən adsız çayxanaların birində Zərərçəkmiş şəxs, qardaşı Şahid1la və atası Oruc Qəhrəmanov ilə birlikdə Təqsirləndirilən şəxsla görüşmüşlər. Görüşdən əvvəl özünə məxsus olan telefonda səs yazıçı funksiyasını işə salmışdır. Çayxanada söhbət zamanı Təqsirləndirilən şəxs özünü geniş səlahiyyətlərə malik şəxs kimi təqdim edərək onu DİO-da işlə təmin edə biləcəyini bunun müqabilində isə 20.000 manat pul vəsaitinin lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs üzərində yalnız 18.000 manat pul olmasını bildirirək, Təqsirləndirilən şəxs həmin pul vəsaitini vermişdir. Sonradan Zərərçəkmiş şəxs məsələnin nə yerdə olduğunu soruşduq da, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə söhbətdən yayınmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilmiş ifadəsindən müəyyən edilmişdir ki, o da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiqləmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. (İ/V. 1). Məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-4/1986 nömrəli rəyindən görünür ki, 1 ədəd “Foska” Markalı CD-R diskdə olan mübahisəli fonoqramların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində “Kİ” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. (İ/V. 69-74). “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 1 ədəd “Foska” Markalı CD-R diskdə olan səs yazılarında Zərərçəkmiş şəxs 18.000 pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. (İ/V. 75). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X9 daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-34/2-8549/2023 nömrəli məktubdan görünür ki, istefada olan polis baş serjantı Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2003-cü il tarixdən xx.xx.2016-cı il tarixədək DİN-ə bilavasitə tabe olan X10 X6 polis nəfəri, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək isə, yəni cinayət əməlini törədərkən DİN-in X10 X6 manqa komandiri vəzifəsində xidmət etmişdir. ƏÇPA-nın xx.xx.2018-ci il tarixli Ə39ş/h-033-18 saylı əmri ilə “Azərbaycan Respublikasının X5 xidmətkeçmə haqqında Əsasnamə”nin 135ci maddəsinin 1-ci bəndi ilə (öz arzusu ilə) xx.xx.2018-ci il tarixdən X5 xidmətdən xaric olunmuşdur. (İ/V. 33). Bakı şəhər Nərimanov rayon Məhkəməsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 1(005)-102/2019 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətinə azadlıq məhrumetmə cəzasına məhkum edilmiş və cəzanın əvvəli 11 dekabr 2018-ci il tarixdən hesablanmışdır. (İ/V. 130-136). Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 2-2/1-033853/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli Nərimanov rayon Məhkəməsinin hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 16.05.19-cu il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 01 ay 20 gün müddətinə azadlığın məhdudlaşıdrılması cəzası təyin edilərək məhkəmə zalından azad edilmişdir. Xəzər rayonu İcra Probasiya Şöbəsinin qərarına əsasən cəza müddəti başa çatmışdır. (İ/V. 147-149). Psixi Sağlamlıq Mərkəzi X7 daxil olmuş xx.xx.2024-cü il tarixli, 1551 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hazırda baza məlumatlarına əsasən PSM-nə müraciət etməmiş və dispanser müşahidəsi aparılmamışdır. (İ/V. 129). 2 nömrəli X1 daxil olmuş xx.xx.2024-cü il tarixli, 1/1025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. (İ/V. 137). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 daxil olmuş xx.xx.2024-cü il tarixli, 3136 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. (İ/V. 149). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X7 daxil olmuş xx.xx.2024-cü il tarixli, 1163 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda olmamışdır. (İ/V. 138). Bərdə RİH tərəfindən tərtib edilmiş xx.xx.2024 tarixli, 73nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə fərdi əməklə məşğul olmamış, 1995-ci ildən ərazidən köçüb Bakı şəhərində yaşamışdır. (İ/V. 229-231). Yasamal RİH tərəfindən daxil olmuş xx.xx.2024 tarixli, 5- 21/2-151/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs özü və ailə üzvləri Yasamal rayonu, Yeni Yasamal-1, 286 nömrəli məktəbin ünvanında yerləşən hər hansı tikilidə yaşamadığından onları xarakterizə edən sənədləri təqdim etmək mümkün olmamışdır. (İ/V. 232). Zərərçəkmiş şəxs notariat qaydada vermiş olduğu ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır ona vurulmuş 18.000 (on səkkiz min) manat dəyərində ziyan tam şəkildə ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. (İ/V. 257-258). “Cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 2 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 2 aprel 2024-cü il tarixdə saat 14:40-da şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 174). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-306/2024 saylı xx.xx.2024 tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə həbs etmənin əvvəli 2 aprel 2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-325/2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal-hazırda aradan qaldırılmışdır. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 65 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, 2002,00 manat, eləcə də xx.xx.2024-cü il tarixli 14217 nömrəli qəzbdən çıxarışdan görünür ki, 2502,50 manat olmaqla ümumilikdə 4504,50 manat məbləğində pul Maliyyə Nazirliyi - X2 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-325/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, iş üzrə məhkəmə ekspertizasının keçirilməsi üçün xərclənmiş 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 1(004)-325/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-325/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi üçün xərclənmiş 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-325/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-325/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver