Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-327/2023 07.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi ənəklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsəd olmadan qanunsuz olaraq şəxsi ıstehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib idarə etdiyi nəqliyyat vasitəsində saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin oktyabr aynın ortalarmda Bakı şəhəri Yasamal rayonu H.В.ünvan 3 ünvanında yerləşən “Üç tac” binaları qarşısında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda biı ədəd şəffaf rəngli polietilen bükümdə olmaqla təmiz çəkisi 28,219 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib idarə etdiyi “Toyota Prius” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altında saxlamaqla daşımış 17 oktyabr 2022-ci il tarixdə saat 19:30 dəqiqədə idarə etdiyi avtomobil ilə Bakı şəhəri Yasamal rayonu Bakıxanov küçəsi ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətməsi səbəbindən hadisə yerinə gəlmiş Bakı şəhər BPİnin DYPl-nin əməkdaşlarında onun narkotik sərxoşluğu halında olmasına dair şübhə yarandığından saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibatı binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqdan sonra ünvan 4 ünvanında park edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön sərnişin oturacağının altından bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 28.219 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, himayəsində 2 azyaşlı ovladı var, fərdi taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Hazırda könüllü olaraq narkomaniyadan məcburi müalicə alır. 2022-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən “Üç tac” kimi tanınan binaların qarşısında bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan şəxsdən şəxsi istifadə uçun 50 manata bir ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitə marixuana əldə etmiş və idarə etdiyi “Toyota Prius" markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altında gizlətmişdir. 17 oktyabr 2022-ci il tarixdə saat 19:30-da idarə etdiyi avtomobillə Yasamal rayonu Bakıxanov küçəsi ilə hərəkətdə olduğu zaman yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə yol-patrul xidməti əməkdaşları yaxınlaşmışlar. Həmin vaxt o, polis əməkdaşları onunla söhbət edərkən onun marixuannadan istifadə etdiyini hiss etmişlər və bununla bağlı onu Yasamal RPİ-nin 27-ci polis bölməsinin inzibati binasına dəvət etmişlər. Polis bölməsində ona vəkil təyin edilmiş və onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra o polis əməkdaşının sualına cavab olaraq bildirmişdir ki, onun avtomobilində marixuanna var. Bundan sonra polis əməkdaşları müdafiəçi ilə birlikdə avtomobilin park etdiyi ünvan 4 ünvanına getmişlər. Orada video çəkiliş aparılmaqla ona məxsus avtomobilə baxış keçirilmiş və o, avtomobilin ön sağ qapısını açaraq ön sərnişin oturacağının altında saxladığı sellofan paketi təqdim etmişdir. Həmin vaxt paketə baxış keçirilən zaman oradan 01 ədəd şəffaf rəngli polietilen bükümdə marixuana, 03 ədəd istifadə olunmamış şprıslər, 01 ədəd konvalyutun içərisində olan 03 ədəd həblərdə “Asetilsalisil turşusu" adlanan dərman preparatları və 01 ədəd kapsulda 150 mg həcmdə preqabalin preparatı aşkar olunmuşdur. O, şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün ağrıları olduğundan “Asetilsalisil turşusu” və preqabalin adlanan preparatlardan istifadə edir, həmçinin insulin qəbul edir və bu səbəbdən də həmin şprisləri, dərmanları və preqabalini daimi avtomobilində saxlayır. Bundan sonra içərisində marixuana olan həmin büküm təhqiqatçı tərəfindən açılmış və ona baxış keçirilmişdir. Avtomobilə baxış keçirilən zaman əlavə qanunsuz başqa bir əşya aşkar olunmamışdır. Bundan sonra avtomobildən aşkar olunmuş marixuana, şprislər, “Asetilsalisil turşusu" və preqabalin preparatı zərfə qoyulmuş və zərf möhürlənərək o və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı şəhəri X15 İdarəsinin Yol Patrul Xidməti Alayının 2-ci tağımında yol-patrul xidmətinin inspektoru vəzifəsində xidmət edir. 17 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində iş yoldaşı X7 ilə birlikdə xidməti avtmobillə Bakı şəhəri Yasamal rayonu, İzmir küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində xidmət aparan zaman növbətçi hissədən Bakıxanov körpüsünün altında yol-nəqliyyat hadisəsinin olması barədə məlumat daxil olmuşdur. Bundan dərhal sonra onlar hadisə yerinə yollanmışlar. Orada “Hyundai’’ və “Toyota Prius" markalı avtomobillərin toqquşduğunu aşkar etmişlər. Yol-nəqliyyat hadisəsini törətmiş “Toyota Prius” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adı Təqsirləndirilən şəxs Zeynal oğlu kimi məlum olan şəxs hadisəni necə törətməsi barədə suallara cavab verən zaman özünü narkotik vasitə sərxoşluğu vəziyyətində olan şəxs kimi apmışdır. Bu səbəbdən onu 27-ci Polis Bölməsinə dəvət etmişlər. Orada olan zaman Emin polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, ona məxsus avtomobildə narkotik vasitə olan marixuanna var. Bundan sonra Emin müdafiəçi ilə təmin edilmiş və onun razılığı ilə onun Yasamal rayonu, Bakıxanov küçəsi 2 ünvanında park edilmiş avtomobilinə videçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön sərnişin oturacağının içərisində, ot şəkilli, spesifik qoxuya malik kütlənin olduğu bir ədəd şəffaf polietilen paketi, bir ədəd şəffaf rəngli içərisində həb olan plastik qab, siqaretin gümüşü rəngli kağızı, bir ədəd ağ kağıza bükülmüş içərisində həblər və 3 ədəd sprisləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs şəffaf poletilen paketdə ot şəkilli maddənin narkotik vasitə olan marixuanna olduğunu, slindirik qabda aşkar edilmiş həbin şəkər dərmanı olduğunu, iynələrin isə şəkər dərmanı qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən avtomobilin digər sərnişin, sürücü və yük yerlərinə eləcə də, avtomobilin salonunda olan ciblərinə, mühərrik hissəsinə baxış keçirilmişdir. Əlavə qanunla qadağan olunması şübhə yaradan əşya və ya predmet aşkar edilmədi. Bundan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş əşyalar zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin böyük ekspertidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən zəhərli maddələrin, dərman preparatlarının tətbiqi ixtisası üzrə 2022-ci ildən ekspert iş təcrübəsinə malikdir. 18 oktyabr 2022-ci il tarixli 6/6031 saylı rəy onun tərəfindən verilmişdir. Həmin rəyin, tədqiqatın nəticəsi hissəsində, 3-cü vərəqin bınncı abzasında “5” ədəd ağ rəngli kapsulda preqabalin” cümləsində “5" rəqəmi texniki səhv nəticəsində qeyd edilmişdir. Həmin rəqəm “5” deyil, “1” ədəd olmalıdır. Həmçinin rəyin təsviri hissəsində həmin kapusun “01" ədəd olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar edilməmiş, sorğu zamanı idarə etdiyi “Toyota Prius" markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan olunan əşya saxladığını bildirmişdir. (i.v. 28-29) “Baxış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin günü saat 21:45-də Təqsirləndirilən şəxs idarə etdıyı “Toyota Prius'' markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturacağının altından içərisində tünd yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik bir ədəd şəffaf polietilen büküm bir ədəd şəffaf rəngli içərisində həb olan plastik qab, siqaretin gümüşü rəngli kağızı bir ədəd ağ rəngli kağızda həblər və üç ədəd şpris olan şəffaf polietilen paket aşkar edilərək götürülmüşür. (i.v. 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 18 oktyabr 2022-ci il tarixli 7/1188 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən götürülmüş bir ədəd şəffaf polietilen paketdə olan təmiz çəkisi 28.219 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v. 39-42) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 18 oktyabr 2022-ci il tarixli 6/6031 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərindən "Azərbaycan Respublikası DİN Zərflər üçün №168" dairəvi möhür əksi və Təqsirləndirilən şəxs imza-imzalar..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri olan ümumilikdə 1 ədəd ag rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 01 ədəd ağ rəngli kapsulda preqabalin təsiredici maddəsinin ümumi mıqdarı-0,15 qramdır; 01 ədəd "Асетилсалициловая кислотa” əmtəə göstəriciləri olan konvalyutun içərisində ümumılkdə 03 ədəd ağ rəngli dairəvi forman həblər narkotik vasitələrə psixotrop maddələrə güclü təsir edən və zəhərli maddələrə aid deyildir. 01 ədəd 1 ml həcmində boş şprisin içərisində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentlərinin izləri yoxdur. Preqabalin - 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir. (i.v. 43-48) “Maddi sübut kimi tanınma haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd ağ rəngli kapsulda təsiredici maddəsinin ümumi miqdarı 0,15 qram olan güclü təsir edən maddə hesab olunan preqabalin və 1 ədəd bükümdə təmiz çəkisi 28,219 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış ½ ədəd güclü təsir edən maddə preqabalin və 28,119 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Yasamal RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. (i.v. 83-84) “Diskə baxış keçirilməsi haqqında” 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Baxış keçirilən 1-cı diskdə 1 ədəd video material vardır. Video 4 dəqiqə 21 saniyə ərzində davam edir. Video görüntülərdən məlum olur ki, 27-ci Polis bölməsinin təhqiqatçısı polis baş leytenantı Çingiz Qurbanov tərəfindən polis bölməsinin xidməti otaqlarının birində Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin iki əməkdaşı 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştiraklar ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Zeynal oğlunun şəxsi axtarışı keçirilir. Şəxsi axtarış keçirilməmişdən qabaq şübhəli şəxsə nəzərdə tutulan hüquq və vəzifələri izah edilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bır əşya predmet aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs qanunla qadağan olunan əşya saxladığını, həmin əşyanın idarə etdiyi "Toyota Prius" markalı qanunla dövriyyəsi qadağan olunan əşya olduğunu bildirir. Baxış keçirilən 2-ci diskdə 1 ədəd video material vardır. Video 13 dəqiqə 52 saniyədən ibarətdir. Video görüntülərdən məlum olur ki, 27-ci Polis bölməsinin təhqiqatçısı polis baş leytenantı Çingiz Qurbanov tərəfindən Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin iki əməkdaşı, 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altından içərisində ot şəkilli spesifik qoxuya malik kütlənin olduğu bir ədəd şəffaf polietilen paketi, bir ədəd şəffaf rəngli içərisində həb olan plastik qab. siqaretin gümüşü rəngli kağızı, bir ədəd ağ kağıza bükülmüş içərisində həblər və 3 ədəd sprıslərı təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs şəffaf poletıler paketdə ot şəkilli maddənin “ot" olduğunu, slindirik qabda aşkar edilmiş həbin şəkər dərmanı olduğunu, iynələrin isə şəkər dərmanı qəbul etmək üçün istifadə etdiyini bildirir. Bundan sonra təhqiqatçı tərəfindən avtomobilin digər sərnişin, sürücü və yük yerlərinə eləcə də, avtomobilin salonunda olan ciblərinə, motorxanasına baxış keçirir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən aşkar edilmiş kutlə və əşyaların qablaşdırıldığı zərf iştirakçılar tərəfindən imzalanır və möhürlənir. (i.v. 101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 nəticələrinə dair 29 oktyabr 2022-ci il tarixli 6435 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin məcburi müalicə tətbiq edilməməsi qaydalarının 3.4-cü bəndinə (könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq olunmaması) uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 110-111) “Sübutların qiymətləndirilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, 17 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında və 17 oktyabr 2022-ci il tarixli baxış və götürmə aparılmasında haqqında protokollara əlavə edilmiş ümumilikdə 02 ədəd DVD disk maddi sübut hesab edilmişdir. (i.v. 123-130) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən qurudulmuş halda 0,5 qram marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın təmiz çəkisi 28.219 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 17) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 75-77) “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 78-79) AZ-İİİ №766251 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. (i.v. 81) AZ-İİİ №161382 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. (i.v. 82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 86) “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 119-120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş sertifikatdan görünür ki, Təqsirləndirilən şəxs terapiya proqramı iştirakçısıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını və ilk dəfə az ağır cinayət əməlini törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 28.119 qram qalıq çəkisi olan narkotik vasitə marixuana və ½ tablet qalıq qalmış güclü təsir edən maddə preqabalin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 164 (bir yüz altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə narkoloji ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 28.119 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və ½ tablet qalıq qalmış güclü təsir edən maddə preqabalin məhv edilsin. İş üzrə sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 164 (bir yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-327/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-327/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver