Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-329/2025 09.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, daşımış və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində “Şamaxinka” deyilən ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi 15,22 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda 25 manat müqabilində əldə edib ağ rəngli “Winston” markalı siqaret qutusuna qoyaraq, ünvan 2 ünvanına daşımaqla üzərində saxlamış, 12 avqust 2024-cü il tarixdə saat 13:10 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nın inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli “Winston” markalı siqaret qutusunun içərisində xeyli miqdarda ümumi təmiz çəkisi 15,22 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında Nəsimi rayonu, “Papanin” deyilən ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,060 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini xeyli miqdarda 32 manat müqabilində əldə edib, ünvan 9 37 ünvanına daşımaqla üzərində saxlamış, 26 noyabr 2024-cü il tarixdə saat 16:30 radələrində Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 9 37 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİnin 28-ci PŞ-nın inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş xeyli miqdarda ümumi təmiz çəkisi 1,060 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vaistə heroin istifadə etməzdən əvvəl uzun müddətdir ki, arada bir öz istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirmiş. 12 avqust 2024-cü il tarixdə səhər saat təxminən 09 radələrində, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən “Şamaxinka” deyilən ərazidən öz istifadəsi üçün 25 manat məbləğində narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı o, ağ “Winston” markalı siqaretin qutusuna tökərək əynində olan qəhvəyi rəngli cins şalvarının sağ yan cininə qoymuşdur ki, axşam saatlarında istifadə etsin. Həmin gün yəni, 12 avqust 2024-cü il tarixdə saat 13:10 radələrində ünvan 5 ünvanın qarşısında dayanan zaman iki nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini ona təqdim etmişlər. O, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğundan onlardan yayınmaq istəyirmiş. Həmin şəxslər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis şöbəsinə getmişdir. Orada onu xidməti otaqların birinə dəvət etmişlər və narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Ona vəkillərin siyahısını təqdim etdilər və növbədə olan vəkillərdən o, müdafiəçi X3 müdafiə etməsini istəmişdir. Bundan sonra vəkilinin iştirakı ilə ona şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bu zaman təhqiqatçının otağında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis şöbəsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə o, əynində olan qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən saxladığı ağ rəngli “Winston” markalı siqaretin içərisində saxladığı narkotik vasitənin qurudulmuş marixuana olduğunu bildirib masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusu polis əməkdaşları tərəfindən açılmışdır. Həmin qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana var imiş. O, aşkar olunmuş maddənin qurudulmuş marixuana olduğunu, həmin maddəni 12 avqust 2024-cü il tarixdə səhər təxminən saat 09 radələrində “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərində hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan başqa o, tutulmamışdan əvvəl 2 ilə yaxındır ki, narkotik vasitə olan heroindən və arada bir qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edirmiş. 26 noyabr 2024-cü il tarixdə günorta saatlarında bir-iki dəfə narkotik vasitə aldığı, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən Nəsimi rayonu, “Papanin” deyilən ərazidən öz istifadəsi üçün 32 manat məbləğində narkotik vasitə olan “kakos” adlı narkotik vasitəni əldə etmişdir. Həmin narkotik vasitə olan heroini istifadə etmək üçün o, qara rəngli şalvarının sağ yan cibinə qoymuş və piyada hərəkət etmişdir. Həmin gün yəni, 26 noyabr 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, ünvan 9 37 ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini ona təqdim etmişlər. O, üzərində narkotik vasitə heroin olduğundan onlardan yayınmaq istəyirmiş. Həmin şəxslər ona narkotik vasitələnin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Yasamal RPi-nin 28-cı polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis şöbəsinə getmişdir. Orada onu xidməti otaqların birinə dəvət etmişlər və narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Ona vəkillərin siyahısını təqdim etdilər və növbədə olan vəkillərdən o, müdafiəçi X8 müdafiə etməsini istəmişdir. Bundan sonra vəkilinin iştirakı ilə ona şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bu zaman təhqiqatçının otağında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis bölməsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə o, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı ağ rəngli şəffaf selofana bükülmüş bükümü təqdim edib içərisində narkotik vasitə olan “kakos”, yəni heroin olduğunu bildirib masanın üzərinə qoymuşdur. Həmin büküm polis əməkdaşları tərəfindən açılmışdır. Həmin bükümün içərisində narkotik vasitə olan heroin var imiş. O, aşkar olunmuş madənin heroin olduğunu, həmin maddəni 26 noyabr 2024-cü il tarixdə günorta saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 32 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərində hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində gündəlik kirayə evlərdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və istifadə etməsi barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 26 noyabr 2024-cü il tarixdə o və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, yəni, 26 noyabr 2024-cü il tarixdə saat 16:30-da ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi şöbəyə gəlmiş və şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi-axtarış aparılması ona bildirilmişdir. Şəxsiaxtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bükümün içərisində olan «kakos» kimi tanıdığı narkotik vasitə heroindir. Həmin narkotik vasitə heroini 26 noyabr 2024-cü il tarixdə günorta saatlarında, Bakı şəhəri, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 32 manat pulun qarşılığında alıb əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq ünvan 6 ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroine bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir bir təzyiq və təsir olunmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Şahidlər Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid3 və 29-cu PŞ-nin sahə rəisi polis mayoru Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələrini elan etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.1985-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrinin saxlanması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Yasamal RPİnin 29-cu PŞ-nin polis sahə inspektoru polis mayoru Şahid4 ilə birlikdə 12 avqust 2024-cü il tarixdə saat 13:10 radələrində ünvan 7 ünvanda olan zaman zahiri görünüşü Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Bundan sonra onlar həmin şəxsin üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər və həmin şəxs onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermişdir. Polis şöbəsində onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli “Winston” markalı siqaret qutusunun içərisində bitki mənşəli, ot şəkilli, spesifik iyə malik kütləni çıxaraq təqdim etmişdir. Həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 169 möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuananın özünə məxsus olduğunu, həmin maddəni 12 avqust 2024-cü il tarixdə 09 radələrində Nəsimi rayonu “Şamaxinka” adalanan ərazidən üzdən tanıdığı lakin, anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat pul müqabilində aldığını, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı ifadə vermiş şahid Alıyev X10 Emil Namiq oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu qərarla tanış edərək hansı səbəbə PŞ-yə gətirildiyi üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri könüllü təqdim etməsi təklif edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, bu gün yəni 26 noyabr 2024-cü il tarixdə saat 16:30-da ünvan 8 ünvanın qarşısında olarkən özlərini polis əməkdaşları kimi təqdim etmiş mülki geyimli şəxslər tərəfindən saxlanılmış və 28-ci PŞ-nə gətirmişdirlər. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı ağ rəngli sellofana bükülmüş öz dediyinə görə içərisində “kokos” deyilən “heroin” olan bir ədəd bükülü aşkarlandı. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükülünün içərisində qəhvəyi rəngli maddə öz dediyinə görə “kokos” deyilən narkotik vasitə olan heroin vardır. İştirak edənlər və müdafiəçi X8 iştirakı ilə Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirdi ki, təqdim etdiyi bir ədəd bükülünün içərisindəki qəhvəyi rəngli maddə öz dediyinə görə “kokos” deyilən narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında “Papanin” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də bir-iki dəfə narkotik vasitələr aldığı şəxsdən 32 manata almış və sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Bu gün yəni xx.xx.2024-cü il tarixdə saat 16.30-da ünvan 9 37 küçəsi ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hansı bir əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli bükülü zərfə qoyularaq qablaşdırıldı, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürləndi və zərf bütün iştirakçılar tərəfindən imzalandı (i.v. 33-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli, 6/5312 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №167”-li dairəvi möhür əksi, “Məmmədov (imza) yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,060 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narktoik vasitə heroindir (i.v. 42-46). “Diskə baxış keçirilməsi haqqında” 04 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X9, tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrinin tələblərinə riayət etməklə icraatda olan ********* nömrəli cinayət işində olan Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-i tərəfindən təqdim edilmiş 01 (bir) ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı diskə baxış keçirən zaman müəyyən edildi ki, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X5 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X8, Bakı şəhəri Yasamal RPi-nin 28-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Həmin 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki kustar üsulla hazırlanmış “kokos” deyilən narkotik vasitə olan heroindir. 26 noyabr 2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, “Papanin” adlanan ərazidə, tanımadığı şəxsdən 32 manat verərək öz şəxsi istifadəsi üçün alıb üzərində saxlayaraq özü ilə ünvan 10 ünvanın qarşısına daşımışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansısa bir əşya, sənəd və sair aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ‘‘Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra axtarışın çəkilişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkiliş 07 dəqiqə 11 saniyə davam etmişdir. DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olundu və disk əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edildi (i.v. 87). “Maddi sübut kimi tanımaq haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1,060 qram olan narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi tanınması və tədqiqatlardan sonra qalıq qalmış 1,010 qram narkotik vasitə heroinin məhkəmə baxışınadək saxlanması üçün Yasamal RPİnin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (i.v. 88). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli winston siqaretinin qutusunu içərisindəki kütlə ilə birgə təqdim etdi. Həmin winston siqaret qutusunun içərisi açılan zaman bitki mənşəli, ot şəkilli spesifik iyə malik olan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli üinston siqaretinin içərisində olan maddə bitki mənşəli, ot şəkilli, spesifik iyə malik olan narkotik vasitə marixuanaya bənzər kütlə olduğunu, bu narkotik maddəni xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 25 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. 12 avqust 2024-cü il tarixdə saat 13:10-da Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov 164 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli winston siqaretinin içərisində, bitki mənşəli, ot şəkkilli, spesefik iyə malik olan narkotik vasitə marixuanaya bənzər kütlə bənzər maddə olan bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi (i.v. 133-134). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-7/1348 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd “Winston” markalı siqaret qutusunda təmiz çəkisi 15,22 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuana bir ədəd olduğu üçün müqayisəli tədqiqat aparılmadı (i.v. 141-144). “Maddi sübut kimi tanımaq haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 15,22 qram olan narkotik vasitə qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut kimi tanınması və tədqiqatlardan sonra qalıq qalmış 15,2 qram narkotik vasitə qurudulmuş marixuananın məhkəmə baxışınadək saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (i.v. 180-181). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X9, icraatında Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85, 236.1-cı maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında yerləşən xidməti otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Yasamal RPİ-nin 29-cu PŞ-də həmin fakt üzrə toplanmış materiallarla birlikdə daxil olmuş gümüşü rəngli DVD-R formatındakı disk məlumatlarına baxış keçirmiş, baxış zamanı DVD-R diskdə olan məlumatlara “ACER” markalı kompüterdən istifadə edilərək baxılacaqdır. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: ağ rəngli 1 ədəd DVD diski «ACER» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda müəyyən edildi ki, Yasamal RPİ-nin 29-cu PŞ-nın inzibati binasında təhqiqatçı, polis polkovnikleytenantı, X6 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3, Yasamal RPİnin 29-cu PŞ-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, həmin şöbənin sahə rəisi, polis mayoru Şahid4 iştirakları ilə X7 özünü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı ağ rəngli winston markalı siqaretinin qutusunu çıxarıb təqdim edərək həmin qutudakı maddənin narkotik vasitə marixuana olduğunu, bu maddəni 12 avqust 2024-cü il tarixdə 09 radələrində Nəsimi rayonu “Şamaxinka” adalanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarının bilmədiyi şəxsdən 25 manata aldığını, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Vüqar Məhəmmədov xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində polis əməkdaşları tərəfindən Yasamal rayonu, Xaqan Dadaşov 164 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan 1 ədəd siqaret qutusu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Bununla da 1 ədəd DVD diskə baxış keçirilməsi başa çatdırıldı. Baxış zamanı texniki yazan vasitələrdən yalnız kompüterdən istifadə edildi (i.v. 200). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X19 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6494 nömrəli məktubdan görünür ki, (AA 2255785, FİN-xxxxxxx) xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur (i.v. 213). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olmuş xx.xx.2024-cü il tarixli, 14252 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyiblər (i.v. 215). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 daxil olmuş xx.xx.2024-cü il tarixli, 1/5444 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə könüllü olaraq stasionar müalicədə olmuşdur. Diaqnoz “opioid qəbulu nəticəsində asılılıq sindromu” (i.v. 216). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 daxil olmuş 11 dekabr 2024-cü il tarixli, 3-28-29/2-21/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 217-218). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 avqust 2024-cü il tarixli, 5527 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 219-220). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən həmin maddəsi ilə ittiham elan edilməsi və Binəqədi rayon Məhkəməsinin hökmü ilə barəsində azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilməsinin nəzərə alınması, məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1348 saylı rəyi, məhkəmə-kimyəvi ekspertizasının 27.11,2024-cü il tarixli 6/5312 saylı rəyi və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5527 saylı rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə götürülmüş 15,22 qram narkotik vasitə qurudulmuş marixuana, xx.xx.2024-cü il tarixdə götürülmüş 1,060 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq 15,2 qram qurudulmuş marixuana və 1,010 qram narkotik vasitə heroin saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsinin iş üzrə nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxsnın üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən 02 ədəd DVD farmatlı diskin sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin və qurudulmuş marixuananın mənbəyini müəyyən etmək istiqamətində zəruri əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə cinayət işindən materialın ayrılaraq Yasamal RPİ-nin 28-ci və 29-cu PŞ-lərə göndərilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi müəyyən olunmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, bu barədə materialın ayrılaraq Yasamal rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxsnın üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri könüllü təqdim etməsi xüsusatının rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v.241-250). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 05 qram olan marixuana xeyli miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda isə xususilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hallardan biridir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə saat 16:30 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v. 23). “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə zəruri istintaq hərəkətlərinin aparılması üçün toplanmı material aidiyyatı üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 47). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-1484/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Yasamal RPİ-nin 28-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair sənədlər geri qaytarılmışdır (i.v. 54). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 56). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-1051/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat, vəsatət və ona əlavə edilmiş digər sənədlər geri qaytarılmışdır (i.v. 75). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-697/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx xxxx 1985-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində doğulmuş, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olmaqla ünvan 12 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır (i.v. 77-79). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-də AR CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş, həmçinin barəsində Binəqədi RPİ-də AR CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş, daha sonra barəsində Yasamal RPİ-də AR CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraatdadır, həmçinin Yasamal RPi tərəfindən barəsində AR CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə axtarışdadır (i.v. 90-91). “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət şinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir (i.v. 100-101). “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanması və icraata götürülməsi, başlanmış cinayət işinə ********* nömrəsi verilməsi qərara alınmışdır (i.v. 104). “Şübhəli şəxsin tutulması haqqında” 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə saat 13:10 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v. 123). “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi aidiyyətı üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 153). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir (i.v. 155). “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 158). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 14 avqust 2024-cü tarixli qərardan görünür ki, xx.xx.1985-ci ildə Xaçmaz rayonu Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Xaçmaz rayonu, Çarxı ərazi dairəsi, Çarxı kəndində pasport qeydiyyatında olan, ünvan 13 ünvanında yaşayan Təqsirləndirilən şəxsun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Xəyyam Bağırzadənin xx.xx.2024-cü il tarixli vəsatətinin edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi, barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi, qərarın icra olunmasından ötrü Yasamal RPİ-nə göndərilməsi qərara alınmışdır (i.v. 174-175). “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 176-177). “Məcburi gətirilmə barədə” 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi xx xxxx 1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Salyan rayonu, Çarxı kəndində qeydiyyatda olan və ünvan 14 ünvanında yaşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Yasamal rayon Pİ-nin İŞ-nə məcburi gətirilməsinin təmin edilməsi, qərarın surətinin icra edilməsi üçün Yasamal RPİ-nin CAŞ-nə göndərilməsi qərara alınmışdır (i.v. 185). “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs - xx xxxx 1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Salyan rayonu, Çarxı kəndində qeydiyyatda olan və ünvan 14 ünvanında yaşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və o, tutulanadək iş üzrə icraatın dayandırılması, Təqsirləndirilən şəxs tutulduqdan sonra Yasamal RPİ-nin İŞ-nə təhvil verilməsi, qərarın surətinin icra olunması üçün Yasamal RPİ-nin CAŞ-nə həvalə olunması qərara alınmışdır (i.v. 189-190). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir (i.v. 194- 195). “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, xx xxxx 1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikas vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Salyan rayonu, Çarxı kəndində qeydiyyatda olan və ünvan 14 ünvanında yaşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə barəsində axtarış elan edilməsi və tutulduğu andan Yasamal RPİ-nin MSY-nə təhvil verilməsi, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılması, qərarın icra edilməsi Yasamal RPİ-nin 28-ci PŞ-nə həvalə edilməsi qərara alınmışdır (i.v. 209-210). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-697/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 28 noyabr 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir (i.v. 223-228). “Cinayət işinin icraata qəbul edilməsi və iş üzrə icraatın təzələnməsi haqqında” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi ibtidai araşdırmanın davam etdirilməsi üçün icraata qəbul edilmiş və iş üzrə icraat təzələnmişdir (i.v. 231-232). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur (i.v. 264-265). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-87/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-697/2024 nömrəli hökmü ilə məhkum olunduğu 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-697/2024 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, habelə hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, cəmi 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə cəzasının əvvəlinin 28 noyabr 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində təkrarçılığın olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə görə ibtidai istintaqın aparıldığı dövrdə yenidən eyni cinayət əməli törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(001)-87/2025 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-87/2025 saylı, 15 may 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-697/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-87/2025 saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün, hazırkı iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçildikdən sonra 28 noyabr 2024-cü il tarixdə tutulduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayət işi üzrə cəza çəkməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-87/2025 saylı, 15 may 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-697/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-87/2025 saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün, hazırkı iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 07 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(004)-87/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Penitensiar Müəsissəsində saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş narkotik vasitə olan 1,010 qram heroin və 15,2 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 186 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-329/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-329/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver