Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-33/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 06:30-da Bakı şəhəri, Yasamal rayonu, C.Qardaşları küçəsi, 68 ünvanında yerləşən “X5” qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Toyota Camry” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının kilidinin açıq olmasından istifadə edərək avtomobilin salonuna daxil olub orada mərkəzi alətlər panelindəki saxlanc yerindən balansında 300 manatlıq yanacaq olan “Azpetrol” YDM-nə məxsus 01 ədəd plastik kartı, həmin avtomobilin arxa yük yerindən isə 100 manat dəyərində markası olmayan 01 ədəd hava nasosunu və 2.500 manat dəyərində “Minielcor” markalı, “Elgas” modelli 01 ədəd qaz sayğacını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.900 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 06:30-da Bakı şəhəri, Yasamal rayonu, C.Qardaşları küçəsinə gəzərkən həmin küçədə yolun kənarında dayanan “Toyota Camry” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşın görmüşdür. O, ətrafa baxıb heç kimin olmadığını gördükdən sonra oğurluq etmək məqsədi ilə həmin avtomobilə yaxınlaşaraq qapısının kilidinin açıq olduğunu aşkar etmişdir. Bundan sonra o həmin avtomobilin sol ön, yəni sürücü tərəfdən qapısını açaraq avtomobilə daxil olmuş və avtomobilin salonunda sağ ön oturacağın qarşısında mərkəzi alətlər panelindəki saxlanc yerini açaraq orada olan əşyaları götürüb sağ ön oturacağın üzərinə tökmüş və qeyd olunan əşyaların içərisindən metrokartına oxşatdığı 01 ədəd üzərində “Azpetrol” yazılmış kartı götürmüşdür. Daha sonra avtomobilin salonundan başqa hər hansı dəyərli əşya tapa bilmədiyindən o, düşüb avtomobilin arxa tərəfinə yaxınlaşaraq yük hissəsini açmışdır. Oradan 2 ədəd avtomobil təkəri doldurmaq üçün istifadə edilən hava nasosuna bənzər aparatı götürərüb arxa yük yerinin qapısını bağlayıb oradan uzaqlaşmışdır. Elə həmin gün saat 10 radələrində Yasamal rayonunda yerləşən Nərimanov heykəlinin yaxınlığında gəzən zaman bir taksi sürücüsünə yaxınlaşaraq əlindəki hava nasoslarını satdığını bildirmiş və həmin şəxs hava nasoslarına baxdıqda ona əlindəki aparatlardan birinin hava nasosu olsa da, digərinin qaz sayğacı olduğunu söyləmişdir. Bu zaman o taksi sürücüsünü şübhələndirməyərək guya özünün bunu bildiyini göstərmək üçün taksi sürücüsünə ancaq hava nasosunu satdığını bildirmişdir. Bundan sonra taksi sürücüsü ondan neçəyə satdığını soruşmuş və o isə cavab olaraq onun pula ehtiyacı olduğu üçün 15 manata satdığını demişdir. Daha sonra taksi sürücüsü onunla razılaşaraq həmin nasosa 15 manat məbləğində pul ödəyərək ondan almışdır. xx.xx.2020-ci tarixdə saat 10:00 radələrində o, oğurladığı qaz sayğacını satmaq məqsədi ilə sayğacı götürüb evdən çıxıb biraz uzaqlaşdıqdan sonra 2 nəfər polis əməkdaşı ona yaxıınlaşaraq özlərini təqdim edib əlindəkinin nə olduğunu soruşmuşlar. O da artıq qaça bilməyəcəyini görüb polislərə etdiyi oğurluq cinayətini səmimi etiraf edərək, əlindəkinin qaz sayğacı olmasını və həmin qaz sayğacını oğurladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. Orada oğurladığı sayğacını və 01 ədəd “Azpetrol” YDM-nə aid kartı təqdim etmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “Toyota Camry” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində idarə etdiyi avtomobili Bakı şəhəri, Yasamal rayonu, C.Qardaşları küç, 68 ünvanının qarşısında saxlayaraq yaxınlıqda yerləşən evinə getmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 8-9 radələrində o, evindən çıxıb avtomobilinə yaxınlaşaraq qapısını açmış və avtomobilinin salonunun dağınıq vəziyyətdə olduğunu görmüşdür. O dərhal avtomobilinin salonuna baxış keçirmiş və salonun ön hissəsindəki mərkəzi alətlər panelində yerləşən saxlanc yerinə baxan zaman orada olan əşyalarının çıxardılıb sağ qabaq oturacağın üzərinə töküldüyünü görmüş və 01 ədəd balansında 300 manat pul olan “Azpetrol” yanacaq doldurma məntəqəsinə aid yanacaq kartının orada olmadığını aşkar etmişdir. Bundan sonra o, dərhal avtomobilin arxa yük yerinə baxmış və orada olan 01 ədəd 100 manat dəyərində hava nasosunun və 01 ədəd böyük villalar üçün nəzərdə tutulmuş 2.500 manat dəyərində qaz sayğacının yerində olmadığını aşkar etmişdir. Həmin vaxt o, qeyd etdiyi əşyalarının avtomobildən oğurlandığını başa düşmüş və dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Orada müəyyən olunmuşdur ki, onun qeyd etdiyi əşyalarından başqa heç bir əşyası oğurlanmamışdır. “Azpetrol” yanacaq kartının balansındaki yanacaqdan yalnız onun avtomobilinin istifadəsi ilə yanacaq almaq mümkün olduğundan həmin kartın balansından istifadə edilməmişdir. O, həmin 01 ədəd “Azpetrol” YDM-nə aid plastik kartı heç bir ödəniş etmədən almış və həmin kartın balansına pul yükləyərək istifadə edir. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2.900 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, C.Qardaşları 68 ünvanına baxış keçirilərkən bildirmişdir ki, “Şuşa” kollecinin qarşısında saxladığı “Toyota Camry” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerindən 1 ədəd “Azpetrol” yanacaq kartı, avtomobilin yük hissəsindən 1 ədəd hava nasosu və 1 ədəd qaz sayğacının hissəsi naməlum şaraitdə oğurlanmışdır. Hadisə yerindən 2 (iki) ədəd əl barmaq izi götürülmüşdür. (i.v. 12-15) “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman 26-cı PB-nin İnzibati Binasında üzərində “Azpetrol” yazılan ********** nömrəli yanacaq kartını əynində olan qara cins çalvarının sağ yan cubindən çıxardaraq təqdim etmişdir, həmçinin əlində olan göy rəngli üzərində 75160888 6-40 yazılmış qaz sayğacını təqdim etmişdir. (i.v. 19-20) “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 1 ədəd qaz sayğacı və 1 ədəd Azpetrol kartının ona məxsus olduğunu bildirmişdir.(i.v. 36-39) İfadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, T.X1rşısında park edilmiş “Toyota Camry” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 06:30-da Bakı şəhəri, Yasamal rayonu, C.Qardaşları 68 ünvanında gəzərkən həmin ünvanda ağ rəngdə olan “Toyota Camry” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşını görmüşdür. O, ətrafa baxıb heç kimin olmadığını və onu heç kimin görmədiyinə əmin olduqdan sonra həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, həmin maşına yaxınlaşaraq qapılarını yoxladıqda maşının sol ön, yəni sürücü tərəfdən qapısının açıq olduğunu aşkar etmişdir. O, hər hansı bir qiymətli əşya və ya pul tapmaq üçün həmin avtomobilə daxil olmuşdur. Avtomobilin salonunda sağ ön oturacağın qarşısında şitdə yerləşən saxlanc yerini açdıqda orada olan əşyaları götürüb sağ ön oturacağın üzərinə tökmüşdür. O, qeyd olunan əşyaların içərisindən metrokartına oxşatdığı 01 ədəd üzərində “Azpetrol” yazılmış kartı götürmüş, daha sonra maşının salonundan hər hansı dəyərli əşya tapa bilmədiyi üçün o, maşından düşüb baqaj adlanan arxa yük hissəsinə keçib oranı açmışdır. O, oradan 2 ədəd avtomobil təkəri doldurmaq üçün istifadə edilən hava nasosuna bənzər aparatı götürərək arxa yük yerinin qapısını bağlayıb oradan uzaqlaşmışdır. Elə həmin gün saat 10 radələrində Yasamal rayonunda yerləşən Nərimanov heykəlinin yaxınlığında gəzən zaman markasını və dövlət qeydiyyat nömrəsini xatırlamadığı bir taksi sürücüsü onun yaxınlığında saxlayaraq sərnişin düşürmüşdür. O, tez həmin taksi sürücüsünə yaxınlaşaraq əlindəki hava nasoslarını taksi sürücüsünə göstərib satdığını söyləmişdir. Taksi sürücüsü həmin hava nasoslarına baxdıqda ona demişdir ki, əlində olan aparatlardan biri hava nasosu olsa da, o birisi qaz sayğacıdır. O da taksi sürücüsünü şübhələndirməyərək guya özünün bunu bildiyini göstərmək üçün taksi sürücüsünə ancaq hava nasosunu satdığını bildirmişdir. Sonuncu ondan hava nasosunu neçəyə satdığını soruşduqda, o taksi sürücüsünə həmin nasosun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün 15 manata satdığını bildirmişdir. Daha sonra taksi sürücüsü onunla razılaşaraq həmin nasosu 15 manat məbləğində pul ödəyərək ondan almışdır. O, 15 manat alıb mağazaya gedərək oradan həmin pula ərzaq və siqaret alıb yaxınlıqda yerləşən evinə qayıtmışdır. (i.v.44-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3162 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “miniElcor” markalı qaz sayğacının istifadə olunması nəzərə alinmaqla 2020-ci ilin avqust ayında orta bazar qiyməti təxminən 2500,0 manat müəyyən edilmişdir. (i.v. 62-64) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, hadisə yerinə baxış protokolu, götürmə protokolu, ifadənin yerində yoxlanılması protokolu, əşyanın tanınmaya təqdim edilməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli. 9/3162 nömrəli rəyi, maddi sübutlar və digər istintaq hərəkətləri protokolları iş üzrə sübut kimi qiymətləndirilmişdir. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd ********* seriyalı “Azpetrol” YDM-ə aid plastik kartı və 01 ədəd “G40” markalı, 75160888 nömrəli qaz sayğacı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. (i.v. 77-82) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxslərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 19-cu bəndinin ikinci abzasında qeyd edilmişdir ki, avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı bir əşyanın gizlin götürülməsi saxlanc yerinə daxil olma kimi qiymətləndirilə bilməz. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-nin 177.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 107-108) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən və Yasamal Rayon Məhkəməsinin 1(004)- 32/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 il, 10 ay, 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild İ, i.v. 52, 67-76) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-250/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs “polis nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilib. Bakı şəhər Yasamal rayon polis İdarəsinin 26-ci Polis Bölməsinin xx.xx.2020-ci il məlumatından və X2 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2020-ci il tarixdə Bakı İstintaq təcridxanasına təhvil verilmişdir. Yasamal Rayon İcra və Probasiya şöbəsinin 17/72-310-1574 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Həmidov X3 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 il, 10 ay, 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm şöbənin icraatına daxil olana gədər məhkum Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 01 ay 20 gün müddətinə inzibati həbs edilmişdir. Həbs müddəti bitdikdən sonra Təqsirləndirilən şəxs dəfələrlə bildiriş, xəbərdarlıq göndərilməsinə, telefon vasitəsi ilə əlaqə saxlanılmasına baxmayaraq şöbəyə gəlməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il, 10 ay, 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası onun tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivi hesab olunmur, lakin xx.xx.2020-ci il tarixli hökm üzrə təyin edilmiş cəzası çəkilmədiyindən ona CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərərin tam ödənilməsini, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, CM-in 68.1.1-1-ci maddələrinə əsasən təyin edilmiş cəza (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə) qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Həmçinin, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(004)-32/2020 saylı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti cəza müəyyən olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən təyin edilmiş cəzaları (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə) qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalı, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(004)-32/2020 saylı hökmü ilə təyin olunmuş və xx xxxxxx 2021-ci il tarixinə çəkilməmiş 1 il 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1- 1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (11 ay 7 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinə dəyişdirilməməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qaz sayğacı və 1 ədəd Azpetrol kartının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saat görə 150 (bir yüz əlli) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(004)-32/2020 saylı hökmü ilə təyin olunmuş və xx xxxxxx 2021-ci il tarixinə çəkilməmiş qalan 1(bir) il 10(on) ay 14(on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (11 ay 7 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 1 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş xx xxxxxxxx 2020-ci il tarixli 9/3162 saylı ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış üzərində “Azpetrol” yazılan ********** nömrəli yanacaq kartını və göy rəngli üzərində 75160888 6-40 yazılmış qaz sayğacı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saat görə 150 (bir yüz əlli) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-33/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-33/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver