Məhkəmə qərarları › İş №1(004)-33/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-33/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-33/2022 26.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4 və “Kredo” Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində «Kubinka» adlanan yaşayış massivində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 4 (dörd) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,130 qram, 0,094 qram, 0,306 qram, 0,169 qram olmaqla cəmi təmiz çəkisi 0,699 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4(dörd) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,326 qram, 0,252 qram 0,224 qram olmaqla cəmi təmiz çəkisi 1,181 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 18:00 dəqiqədə ünvan 3 ünvanında Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal RPİ-26-cı PB-nə gətirilərək PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 4 (dörd) ədəd şəffaf polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,130 qram, 0,094 qram, 0,306 qram, 0,169 qram olmaqla cəmi təmiz çəkisi 0,699 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 (dörd) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,326 qram, 0,252 qram 0,224 qram olmaqla cəmi təmiz çəkisi 1,181 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı lakin adını bilmədiyi kişi cinsli şəxslə görüşərək ona ümumi olaraq 120 manat verməklə 04 ədəd bükümdə heroin və 04 ədəd bükümdə metamfetamin almışdır. Həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Həmin tarixdə saat 18:00-da ünvan 5 ünvanda olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq onun narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 26-cı PB-nin İnzibati binasına dəvət etmişdirlər. O, polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə Polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Ona üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif edildikdə o, əynində olan qara qəngli cins şalvarın sol yan cibindən 04 ədəd bükümdə heroin və 04 ədəd bükümdə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin və metamfetamin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, o, heroin və metamfetami mütəmadi olaraq istifadə etdiyi üçün 04 ədəd bükümdə heroin və 04 ədəd bükümdə metamfetamin əldə edərək üzərimdə saxlamaqla daşımışdır. Əldə etdiyi narkotik vasitə və psixotrop maddələri alarkən artıq həmin maddələr bükümlərə ayrılmış vəziyyətdə olmuşdur. Tərəfindən həmin maddələr bükümlərə ayrılmamışdır.O, narkotik vasitə və psixotrop maddələri satan şəxsə yalnız 120 manat pul verib ona heroin və metamfetamin verməsini bildirmiş, həmin şəxs özü həmin maddələrin hərəsindən 4 büküm olmaqla ayırıb və ona satmışdır. Həmin maddələri aldığı zaman çəkisini ölçməmiş, lakin həmin şəxs ona 1 qram heroin və 1 qram metamfetamin verdiyini bildirmiş və o həmin çəkini tərəzidə yoxlamadan onun sözlərinə inanıb almışdır. Əldə etdiyi həmin maddələri şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Daha sonra özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin 26-cı PB-nə əməliyyat məlumatı daxil olmuş, bundan sonra həmin məlumat bölmə rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 daxil edilmişdir. Onlar Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasından çıxıb Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsinə yollanmışdırlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 18:00-da ünvan 6 ünvanında zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin gəldiyi görüb ona yaxınlaşmış və özlərini təqdim etmişdirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdirlər ki, onun Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin 26-cı PB-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün onu polis bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PBnin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən səkkiz ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən 4 ədədinin içərisində narkotik vasitə olan heroin digər dörd ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri 05 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan yerdə tanımadığı kişi cinsli şəxsdən 120 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini və həmin gün saat 18:00-da ünvan 6 ünvanında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmişdir. Bundan sonra Ə.Quliyevin təqdim etdiyi səkkiz ədəd şəffaf sellofan bükümdə olan maddələr zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədi ilə əməliyyat-axtarış tədbirləri qısa müddət ərzində keçirildiyindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq istədiyi şəxslərin müəyyən edərək saxlanılması və həmin şəxslər ətrafında əməliyyat-axtarış tədbirlərin davam etdirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan 05 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 78-82-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2021-ci il tarixli 6/3334 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi» yazısı olan zərfdəki 4 (dörd) ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 0,699 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir və 4 (dörd) ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 1,181 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Resbulikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metamfetamin - Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114,00 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X2 ekspert komissiyasının 18.08.2021-ci il tarixli, 2955 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 99-106-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,699 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin və 1,181 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,619 qram narkotik vasitə heroin və 1,101 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə, psixotrop maddə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan CD disk məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında təhqiqatçı, polis baş leytenantı X6 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən Təqsirləndirilən şəxs qara rəngli rəngli şalvarın sol yan cibindən səkkiz ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən 4 ədədinin içərisində narkotik vasitə olan heroin digər dörd ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri 05 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan yerdə tanımadığı kişi cinsli şəxsdən 120 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini və həmin gün saat 18:00-da ünvan 6 ünvanında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi səkkiz ədəd şəffaf sellofan bükümdə olan maddələr zərfə qoyularaq qablaşdırıldı, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və özünün müdafiəsi üçün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün almasını, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsini dəlil gətirmişdir. Təqsirləndirilən şəxs gətirmiş olduğu dəlillər məhkəmə tərəfindən yoxlanılmış və onun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş CD disk və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və məhz ona görə təqsirləndirilən şəxsin gətirdiyi dəlillər mötəbər sayıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 05 avqust 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X2 ekspert komissiyasının 18.08.2021-ci il tarixli, 2955 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,619 qram narkotik vasitə heroin və 1,101 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili K.Y.Novruzova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili K.Y.Novruzova məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,619 qram narkotik vasitə heroin və 1,101 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar