Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-33/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 hüquqi varisi X3, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 1983-cü ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs mexaniki nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 04 oktyabr 2021-ci il tarixdə saat 19:30 radələrində BCD kateqoriyalı sürücülük vəsiqəsi və xx.xx.2021-ci il tarixli, ********* nömrəli yol vərəqəsi əsasında idarə etdiyi, “Bakı Nəqliyyat Agentliyi” Publik hüquqi şəxs məxsus BMC Procity 12m markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, X21-10 ünvanının yaxınlığında köməkçi yolla Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətindən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzi istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə əməl etməyərək həmin yolu sağdan sola keçən piyada-xx.xx.1989-cu il təvəllüdlü X5 avtobusun ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunun boyunun ön səthinin, döş qəfəsinin, sol qalça tini nahiyyəsinin sıyrıqları, sağ baldırın səthi əzilmiş yarası, sağ gicgah sümüyünün, İ-İİ-İİİ-İV-V qabırğalarının və hər iki baldır sümüklərinin sınıqları, baş beynin toxumasının qansızması, qaraciyərin, dalağın və sol böyrəyin cırılması kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli xəsarətlər yetirməklə zərərçəkmiş şəxs X2 ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Baku Bus MMC-də 2020-ci ilin sentyabr ayından sürücü vəzifəsində işləyir. Təqribən 1 il olar ki, Baku Bus MMC-nin 211 saylı xətt marşrutunda sürücü işləyir. xx.xx.2021-ci il tarixdə saat 18:15 radələrində BMC Procity 12M avtobus markalı **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı 211 saylı avtobusla Bakı şəhəri Nərimanov rayonu X22 küçəsindən Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət etməyə başlamışdır. Saat 19:30 radələrində Bakı şəhəri Yasamal rayonu X19 Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkətdə olarkən yolun qismən dairəvi hissəsini keçdikdən sonra yolun sağ hissəsində dəmir arakəsmələrlə asfalt yolun kənarında olan sarı xətlərin arasında adama oxşar qaraltı görmüşdür. Döngədən sonra yolda aşağı doğru maillik var. Həmin şəxslə arasında təxminən 15-20 metr məsafə olan zaman həmin şəxs anidən sürətli addımlarla yola çıxaraq yolu keçməyə başlamış, o avtobusda sərnişlər olduğu üçün sərt tormuzlama nəticəsində xəsarət almasınlar deyə avtobusun sürətini yavaş-yavaş endirməyə başlamış, həmin şəxs idarə etdiyi avtobusun sağ qabaq hissəsinə zərbə ilə dəymişdir. Avtobusda sərnişlər olduğu üçün o sərnişlər sərt tormuzlama nəticəsində xəsarət almasın deyə avtobusun sürətini yavaş-yavaş endirməyə başlamışdır. Həmin piyada zərbə ilə avtobusa dəydiyi üçün avtobusun sağ qanadı sındığından həmin şəxs sağ qanadın üzərində təqribən 25 metr irəliyə getmişdir. O avtobusu saxladıqdan sonra yerə endikdə həmin şəxsin avtobusun arxa hissəsində yerdə uzandığını görmüşdür. Tez bir şəkildə ona yaxınlaşıb səhhətinin necə olması ilə maraqlanmışdır. O asfaltın üzərində uzanan piyadaya yaxınlaşan zamanı həmin şəxsin nəbzi döyünürmüş. Avtobusda olan sərnişlər köməklik məqsədi ilə həmin şəxsin yanına yaxınlaşmışlar. O istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X20 mərkəzinə zəng edərək hadisə barədə məlumat verib təcili tibbi Yardim avtomobili çağırmışdır. Bundan sonra DİN-in 102 Zəng Mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. X20 avtomobili hadisə yerinə gəldikdə onlar məlumat vermişlər ki, həmin şəxs hadisə yerində ölmüşdür. İdarə etdiyi avtobus Yasamal rayonu X19 üzü Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkətdə olarkən piyada yolun sağ tərəfində dəmir arakəsmələr ilə asfalt yolun kənarında sarı xəttin arasında olmuşdur. Hadisə baş vermiş yol süni şəkildə işıqlanmış vəziyyətdə olmuş və o piyadanı təxminən 30-35 metr məsafədən görürmüş. İdarə etdiyi avtobus texniki cəhətdən saz vəziyyətdə olmuş və heç bir nasazlığı olmamışdır. Baku Bus avtobusları gündəlik olaraq Texniki müayinə mərkəzində texniki baxışdan keçdikdən sonra marşrut xəttinə buraxılır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun hərəkəti üçün təhlükə anı idarə etdiyi avtobusla piyada arasında təxminən 15-20 metr məsafə qalmış olmuşdur. Çünki o piyadanı gördükdən sonra maneəni aradan qaldırmağa çalışsa da buna nail ola bilməmişdir. Hadisə baş verən küçədə yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat olduğunu bilir. O avtobusu 55 km/saat sürətlə idarə edirmiş. Baku Bus avtobusunda sürət həddi maksimum 60 km/saatdır. Həmin sürətdən artıq avtobusu idarə etmək olmur. Hadisədən dərhal sonra X20 avtomobili çağırmış və hadisə barədə polisə məlumat vermişdir. O hərəkətdə olan zaman onun hərəkətinə maneə yaradan başqa nəqliyyat vasitəsi olmamışdır. Hadisə zamanı avtobusda olan sərnişinlərdən heç biri xəsarət almamışdır. İlk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini və 2 azyaşlı uşağların olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X2 hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, o, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. X1 onun oğludur. Qardaşəli Məmmədov Bakı şəhərində Sədərək Ticarət Mərkəzində satıcı kimi işləyirmiş. Buna görə də Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsində kirayə yaşayırmış. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində oğlu Vasif ona zəng edərək digər oğlu Qardaşəlinin qəza törətdiyini və səhhətinin yaxşı olmadığını bildirmişdir. O və digər ailə üzvləri Bakı şəhərinə çatdıqdan sonra polis əməkdaşları tərəfindən onlara məlumat verilmişdir ki, X16 Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin ərazisində, X21-10 ünvanının yaxınlığındakı köməkçi yolla Bakı Beynəlxalq Avtovağzal Kompleksi tərəfdən üzü Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzi istiqamətində hərəkətdə olan Baku Bus avtobusunun vurması nəticəsində hadisə yerində ölmüşdür. X16 xx.xx.2021-ci il tarixdə Şamaxı şəhərində, şəhər qəbiristanlığında dəfn olunmuşdur. Əlavə olaraq bildirmşdir ki, təqsirləndirilən şəxslə barışıq əldə olunmayıb. Cinayət işinin 178-179-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan AE 518778 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Həsənağa oğlunun 2026-ci ilədək etibarlı, BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır. Cinayət işinin 16-cı vərəqəsində olan AD 592592 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BMC Procity 12 m markalı, **-JU-*** qeydiyyat nişanlı avtobus “Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs”ə məxsusdur. Cinayət işinin 11-ci vərəqəsində olan “Səhiyyə Nazirliyinin Respublika X15 Hüquqi şəxs”in xx.xx.2021-ci il tarixli, 2/28598 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə” protokolundan görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 112-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli “BMC procity 12m markalı avtobusun parametrləri əks olunmuş sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin sənədin üzərində BMC city bus series procity CNG (13m lovv floor) sözləri yazılmış, aşağı hissəsində avtobusun texniki parametrləri əks olunmuşdur. Həmin sənəddən görünür ki, BMC procity 12m markalı avtobusun ümumi uzunluğu 11970 sm, arxa eni isə 3280 sm-dir Cinayət işinin 12-13-cü vərəqələrində olan sürücü Təqsirləndirilən şəxs Həsənağa oğluna aid 005400 №-li “sürücünün tibbi müayinə kitabçası”nin surətindən görünür ki, sürücü Təqsirləndirilən şəxs Həsənağa xx.xx.2021-ci il tarixdə tibbi müayinədən keçirildikdən sonra marşrut xəttinə buraxılmışdır. Cinayət işinin 17-18-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli, ********* № yol vərəqəsindən görünür ki, həmin tarixdə BMC Procity 12 m markalı, **-JU-*** qeydiyyat nişanlı avtobusun texniki vəziyyəti qarajda yoxlanılmış və xəttə buraxılmışdır. Cinayət işinin 42-46-cı vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, BMC Procity 12 m markalı, **-JU-*** qeydiyyat nişanlı avtobusun ön alın şüşəsinin sağ tərəfi, sağ qanadı və işıqlandırma cihazları zədələnmişdir. Avtomobilin idarəetmə və tormoz sistemində hər hansı nasazlıq mövcud deyil. Cinayət işinin 89-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 125 saylı rəyindən görünür ki, X1nun meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur- boyunun ön səthinin, döş qəfəsinin, sol qalça tini nahiyyəsinin sıyrıqları, sağ baldırın səthi əzilmiş yarası, sağ gicgah sümüyünün, İ-İİ-İİİ-İV-V qabırğalarının və hər iki baldır sümüklərinin sınıqları, baş beynin toxumasının qansızması, qaraciyərin, dalağın və sol böyrəyin cırılması. Göstərilən xəsarətlər həyatidirlər, ölümündən az əvvəl küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənməsi mümkündür və ümumilikdə ölümünə səbəb olmuş sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. X2 ölümünə səbəb almış olduğu yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur, ölüm meyitin müayinəsindən təxminən 10-16 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 95-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/03 №-li məhkəmə əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “BMC AZ” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 002132 №-li ziyan aktından göründüyü kimi 2019-cu il buraxılışlı “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3925 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti-3295 manat, təmir-bərpa işlərinin qiyməti -630 manatş 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3672 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-3042 manat Təmir-bərpa işlərinin qiyməti-630 manat. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 99-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi üzrə 16 fevral 2022-ci il tarixli, 8/3294-4/1841 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 saylı diskdə qeydə alınmış “CH02-202111004-192300-193300” adlı videoyazıdakı görüntülərdə qeydə alınan spidometrin göstəricisinə əsasən hadisə anında BMC Procity 12m avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürəti V=60 km/saat olmuşdur. Ekspertizaya təqdim olunmuş 1 saylı diskdə qeydə alınmış “CH01-202111004- 192300-193300” adlı videoyazıdakı görüntülərə əsasən piyada göründüyü andan vurulana qədər olan zaman müddəti t=0,6 saniyə olmuşdur. ekspertizaya təqdim olunmuş 1 saylı diskdə qeydə alınmış “CH01-202111004-192300-193300” adlı videoyazıdakı görüntülərin məhdud sahədə aparılmış vizual analizi piyadanını videokameranını görüş sahəsinə düşdüyü anda yolun hərəkət hissəsində olduğunu göstərir. Piyada görünən andan vurulma anına qədər olan müddət çox kiçik olduğundan (0,6 saniyə) və videoyazıdakı görüntülərdəki təsvirlər kifayət qədər aydın olmadığından piyadanın hərəkətdə olmasını və ya dayanmasını müəyyən etmək mümkün olmadı. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. Cinayət işinin 138-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi üzrə 04 avqust 2022-ci il tarixli, 8/2001 №-li rəyindən görünür ki, BMC Proity 12m markalı, **-JU- *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 manat müəyyən edilmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 143-152-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, BMC Procity 12 m markalı, **-JU-*** qeydiyyat nişanlı avtobus, hadisə vaxtı avtobusda quraşdırılmış müşahidə kamreasının qeydə aldığı videogörüntülərinin olduğu 01 ədəd DVD formatlı disk, hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı disk, ekspert tədqiqatı zamanı eksperimental sürüşün keçirilməsi zamanı avtobusda olan videokameranın qeydə aldığı görüntülərin olduğu 01 ədəd DVD formatlı disk maddi sübut qismində tanınmış, BMC Procity 12 m markalı, **-JU-*** qeydiyyat nişanlı avtobus "xxxx" MMC-yə qaytarılmış, 03 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X6 zərərçəkmiş şəxs X1nun hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi üzrə xx.xx.2023-cü il tarixli, 8/465 №-li rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin göstərdiyi kimi, qeyd olunan şəraitdə hərəkət üçün təhlükənin piyadanın ayrıcı zolağın metal konstruksiyası ilə hərəkət hissəsinin sağ kənarına çəkilmiş sarı xəttin arasından yola çıxdığı andan yaranması real hadisə mexanizminə uyğun deyildir və istintaq tərəfindən müəyyən edildiyi kimi hərəkəti üçün təhlükənin piyadanın ayrıcı zolağın metal konstruksiyasının üzərindən sola doğru keçdiyi andan yaranması isə real hadisə mexanizminə uyğundur. İstintaq tərəfindən müəyyən edildiyi kimi, təhlükə yarandığı andan vurulmaya kimi 4.24 saniyə vaxtın keçməsi şəraitində BMC Procity 12 m markalı, **-JU-*** qeydiyyat nişanlı avtobusun sürücüsü X8 hərəkətlərində “YHQ” AR Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan AZE11197721 və AZE11196798 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci və xx.xx.2010-cu il təvəllüdlü 2 övladı var. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 01 ədəd CH01-20211004-192300-193300 sözləri yazılmış 10 dəqiqə 01 saniyə video fayl vardır. Həmin video faylda olan BMC Procity 12m avtobus markalı **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa quraşdırılmış ön kameralardan görünür ki, **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus xx.xx.2021-ci il tarixdə saat 19:23:00 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi istiqamətində hərəkətdədir. xx.xx.2021-ci il tarixdə saat 19:25:37 dəqiqədə avtobus Bakı şəhəri Yasamal rayonu X21 istiqamətində hərəkətə başlayır. xx.xx.2021-ci il tarixdə saat 19:27:03 saniyədə avtobusun ön sağ hissəsi ilə asfalt yolun üzərində olan sarı xətlərdən bir addım irəlidə olan mərhum Qaradşəli Məmmədovu vurması və avtobusun ön alın şüşəsində sınıq zədələri yaranması müşaiyət edilir. Həmin zaman qara rəngli əl çantasına bənzər əşyanın sürətlə asfalt yolun kənarında irəliyə getməsi və bir az aralıda yolun kənarında olan dəmir arakəsmələrə toxunaraq dayanması müşayiət olunur. Diskdə 01 ədəd CH02-20211004- 192300-193300 sözləri yazılmış 10 dəqiqə 01 saniyə video fayl vardır. Həmin video faylda olan BMC Procity 12m avtobus markalı **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa quraşdırılmış sürücüyə nəzarət kamerasından görünür ki, avtobusun sürücüsü Təqsirləndirilən şəxs Baku Bus MMC-yə məxsus geyim formasında, təhülkəsizlik kəmərindən və ağız hissəsinə qara rəngli maskadan istifadə etməklə avtobusu idarə edir. xx.xx.2021-ci il tarixdə saat 19:26:14 dəqiqədə sürücü Təqsirləndirilən şəxs ağız hissəsinə geyindiyi maskanı çıxararaq avtobsun sol hissəsində yerləşən boşluq hissəyə qoyur. xx.xx.2021-ci il tarixdə saat 19:26:34 dəqiqədə sürücü Təqsirləndirilən şəxs avtobusun sol hissəsində qoyduğu maskanı əli ilə götürərək avtobusun rol hissəsində yoxlayıb 19:26:40 dəqiqədə həmin maskanı yenidən ağız hissəsinə geyinir. 19:26:44 dəqiqədə sürücü Təqsirləndirilən şəxs maskanı sol əli qulaq nahiyyəsində, 19:26:48 dəqiqədə isə sağ əli ilə maskanın qulaq nahiyyəsində necə yerləşməsini yoxlayır. 19:26:59 dəqiqədə sürücü Təqsirləndirilən şəxs ağız hissəsinə geyindiyi maskanı biraz aşağ endirir. 19:27:03 dəqiqədə sürücü Təqsirləndirilən şəxs sol əlini bir neçə dəfə sol qaş nahiyəsinə və alın hissəsinə çəkir və həmin andada yəni, 19:27:04 dəqiqədə anidən həyəcanlı halda avtobusun rolunu sol hissəyə çəkməsi müşahidə edilir. Bu zaman avtobusun içərisinə toz şəkilli şüşə qırıntılarına bənzər kütlələr daxil olur. Yol nəqliyyat hadisəsi baş verən anadək avtobusun sürət həddini qeydə alan sürətölçənə müşahidə zamanı sürət ölçənin milinin olduğu kimi qaldığı görünür. Piyadaçını vurduqdan sonra avtobusun sürətinin aşağı salındığı görünür. 19:27:12 dəqiqədə sürücü Təqsirləndirilən şəxs avtobusu saxlayaraq təhlükəsizlik kəmərlərini çıxarıb avtobusdan aşağı enərək avtobusun arxa hissəsinə keçir. Bu zaman avtobusda olan sərnişinlərdə avtobusdan yerə enməyə başlayırlar. Diskdə 01 ədəd CH08-20211004-192300-193300 sözləri yazılmış 10 dəqiqə 01 saniyə video fayl vardır. Həmin video faylda olan BMC Procity 12m avtobus markalı **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa quraşdırılmış arxa kamerasından görünür ki, xx.xx.2021-ci il tarixdə 19:27:14 dəqiqədə avtobus dayanır və avtobusun arxa hissəsində mərhum Qardaşəli Məmmədov sağ çiyni üzərində yerdə qalmışdır. 19:27:35 dəqiqədə sürücü Təqsirləndirilən şəxs mərhum Q.Məmmədovun yanına yaxınlaşaraq onun səhətinin necə olması ilə maraqlanır. Həmin zaman ətrafa çoxlu sayda şəxsiyyəti istintaqa məlum olmayan şəxslər toplaşmağa başlayır. 19:32:40 dəqiqədə həmin toplaşmış insanlar Q.Məmmədovun meyidi üzərindən uzaqlaşırlar. Diskdə olan digər videolar olan BMC Procity 12m avtobus markalı **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusda sərnişinlərin olduğu sahəni qeydə almışdır. Həmin videfayllardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmamışdır. Cinayət işinin materiallarında olan digər DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 01 ədəd CH03-20211004-192259-193300 sözləri yazılmış 10 dəqiqə 01 saniyə video fayl vardır. Həmin video faylda olan BMC Procity 12m avtobus markalı **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa sərnişin olan hissəsinə quraşdırılmış kameradan görünür ki, **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusda xx.xx.2021-ci il tarixdə saat 19:27:03 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi istiqamətində hərəkətdə olarkən baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtobusda 5 nəfər sərnişin olmuşdur. Həmin sərnişinlərdən biri qadın olmaqla digər 4 nəfəri kişi cinsindəndir. Hadisə zamanı avtobusun sürücüsü Təqsirləndirilən şəxs verdiyi tormozloma nəticəsində avtobusun salonunda əyləşmiş qadın sərnişin oturduğu yerdən anidən irəliyə doğru hərəkət etsədə avtobusun tutacaqlarından tutaraq öz tarazlığını saxlayır. Bundan başqa avtobusun ön giriş qapısına yaxın əyləşmiş sərnişinin üzərinə hadisə baş verən zaman şüşə qırıntılarına bənzər toz şəkilli maddələr tökülür. Avtobusa quraşdırılmış digər kamera görüntülərindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmamışdır. Cinayət işinin materiallarında olan digər DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 01 ədəd 20211004_202445.mp4 sözləri yazılmış 01 dəqiqə 33 saniyə video fayl vardır. Həmin video fayldan görünür ki, sürücü X10 özünü təqdim edərək Baku Bus MMC-də sürücü işlədiyini, 99-Ju-238 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etdiyini bildirir. Sürücü Təqsirləndirilən şəxs 40-50 km saata sürətlə idarə etdiyi avtobusla hərəkətdə olarkən piyadaçının dəmirin üstünə qalxaraq (müstəntiq dəmiri dəqiqləşdirməyi təklif etdikdə sürücü Təqsirləndirilən şəxs dəmiri əli ilə göstərir) avtobusun qabağına çıxdığını bildirir. Müstəntiq piyadanın hansı istiqamətdən gəlməsini soruşduqda sürücü Təqsirləndirilən şəxs qarşı yolu (Sədərək Ticarət Mərkəzindən üzü Avtovağzal istiqamətini göstərir) göstərərək piyadanın həmin yoldan gələrək dəmir məhəcərin üzərinə çıxaraq yola keçdiyini və avtobusa çırpıldığını bildirir. Müstəntiq piyadaçının nəyə görə vurulma yerindən uzaq məsafəyə getməsini soruşduqda Təqsirləndirilən şəxs piyadaçının avtobusun hissəsinə ilişərək həmin yerə getdiyini bildirir. Daha sonra **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun arxa hissəsində hərəkətsiz vəziyyətdə olan qara şalvar, qara gödəkcə, qırmızı köynək, başına sarı rəngli örtük atılmış şəxsin yerdə hərəkətsiz vəziyyətdə uzanması müşahidə olunur. Daha sonra avtobusun qabaq sağ hissəsinin alın şüşəsinin zərbə nəticəsində yararsız vəziyyətə düşməsi müşahidə olunur. Sürücü Təqsirləndirilən şəxs avtobusda 7-8 nəfər sərnişin olmasını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında verdiyi ifadəsi, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsini, həmçinin ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və sonuncu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 19 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan “BMC Procity 12 m” markalı, **-JU-*** qeydiyyat nişanlı avtobus "xxxx" MMC-yə qaytarılması qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 463 (dörd yüz altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan “BMC Procity 12 m” markalı, **-JU-*** qeydiyyat nişanlı avtobus "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 463 (dörd yüz altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X9, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-33/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-33/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver