Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-330/2021 22.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X7 və Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Ağamirək İsfahani küçəsi ev 39-da qeydiyyatda olmuş və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında gündüz saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Ağamirək İsfahani küçəsində istintaqa məlum olmayan şəraitdə bir ədəd qara rəngli plastmasa oxşar materialdan hazırlanmış uzunluğu 118 mm, eni 30 mm, qalınlığı 30 mm ölçüdə dəstəyi olan və 164 mm uzunluğunda, 30 mm enliyində, 4,3 mm qalınlığında tiyəsi olan, kustar üsulla hazırlanmış hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən xəncəri qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, bundan başqa 2021-ci ilin may ayının sonlarında, Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə olmaqla təmiz çəkisi 0,602 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və 01 ədəd bükümdə olmalqa təmiz çəkisi 0,720 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edərək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla daşımış, 31 may 2021-ci il tarixdə saat 08:50 dəqiqədə Bakı şəhəri, Badamdar qəsəbəsi, Kənar dairəvi yolun kəsişməsində yerləşən Bakı şəhəri X16 İdarəsinin inzibati binasının qarşısında Şahid8 idarə etdiyi “Opel Astra” markalı 99 KB-327 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol-hərəkət qaydalarını pozması səbəbindən Baş Dövlət Yol X8 Bölüyünün YPX əməkdaşları tərəfindən sonuncunun idarə etdiyi avtomobil saxlanıldıqdan sonra qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması səbəbindən Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş, bölmənin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ bel hissəsindən kəmərinə taxmaqla qanunsuz olaraq əldə edib gəzdirdiyi bir ədəd qara rəngli plastmasa oxşar materialdan hazırlanmış uzunluğu 118 mm, eni 30 mm, qalınlığı 30 mm ölçüdə dəstəyi olan və 164 mm uzunluğunda, 30 mm enliyində, 4,3 mm qalınlığında tiyəsi olan kustar üsulla hazırlanmış hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən xəncər, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən isə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla saxladığı 01 ədəd bükümdə olmaqla təmiz çəkisi 0,602 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və 01 ədəd bükümdə olmalqa təmiz çəkisi 0,720 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli yəni, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilmədiyini qeyd edərək göstərmişdir ki, 31.05.2021-ci il tarixdə tanışları Anar və Orxan adlı şəxslərlə Kənar dairəvi yolda avtomobildə gedərkən Bakı şəhər Baş X16 İdarəsinin yanında polis əməkdaşları onları saxlatmış. Avtomobil Anarın olmuşdur, lakin yolda avtomobili Orxan idarə etmişdir. Avtomobili saxlatdıqdan sonra polis əməkdaşları onları bölməyə gətirmişlər. bölmədə onun üzərinə baxış zamanı onun üzərində narkotik vasitə olduğunu səmimi etiraf etmiş, lakin onun üzərində silah olmamışdır və buna görə də silahla bağlı hissədə əməlini etiraf etmir. Çünki onları Bakı şəhər DYP-nin qarşısında saxlayandan üzərində yay köynəyi olmuşdur və onu yoxlayıb PPX avtomobilinə mindiriblər, üzərində soyuq silah olsaydı, elə həmin yerdə də silahı polislər ondan götürərdilər. Həmdə xəncər yazıblar, xəncəri isə beldə kəmərin altında görməmək mümkün deyil. Bununla belə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü həm CMnin 228.4, həm də CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Ağamirək İsfahani küçəsi ev 39-da qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar, subaydır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər 04.12.2019-cu il tarixdə Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 10.06.2020-ci il tarixli Qaradağ rayon məhkəməsinin qərarı ilə 02 ay 04 gün çəkilməmiş qalan cəzadan vaxtından əvvəl şərti azad olunmuş, şərti cəzasını da çəkib qurtarmışdır. Əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyil. Bakı şəhər sakini Orxanı məhəllə uşlağı kimi tanıyır, Anar adlı şəxsi isə əvvəllər tanımamış, ilk dəfə 31 may 2021-ci il tarixdə tanımış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Təxminən 2019-cu ildən etibarən narkotik vasitə qəbul edir, narkotik vasitənin heroin növündən qəbul etmiş, heroini ineksiya yolu ilə qəbul etmişdir. Narkotik vasitənin heroin və metamfetmin növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. Təxminən 2021-ci ilin fevral ayında gündüz saatlarında yaşadığı evindən çıxıb piyada hərəkətdə olduğu vaxt yolda bıçaq görmüş, bıçağa baxanda, görmüşdür ki, bıçağın dəstəyi qara rəngdə olmuş, parıldayan tiyəsi olmuş, bıçaq elə bil əl işi ilə hazırlanmış, bıçaq onun xoşuna gəldiyindən götürüb üzərində saxlamış, fikirləşmişdir ki, lazım olanda istifadə edər. Tutulduğu tarixdən təxminən 3-4 gün əvvəl onun bədəni ağramış, ona görə də qərara gəlmişdir ki, narkotik vasitə və psixotrop maddə əldə etsin və qəbul etsin. Ona görə də gündüz saatlarında, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə piyada hərəkətdə olduğu vaxt bir nəfər şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığım və təcili narkotik vasitə lazım olmasını bildirmişdir. Həmin şəxsdə ona konkret hansı növ narkotik vasitə lazım olmasını bildirəndə, o da həmin şəxsə həm metamfetamin, həm də heroin lazım olmasını bildirmişdir. Həmin şəxs ondan pulunun olub olmamasını soruşmuş, o da pulunun olmasım, ona bir bükümdə metamfetamin, bir bükümdə heroin lazım olmasını bildirmişdir. Həmin şəxs ona demişdir ki, «məni gözlə gəlirəm». Bir az keçəndən sonra həmin şəxs gəlmiş, ona demişdir ki, «səninçün bir büküm metamfetamin, bir bükümdə heroin gətirmişəm, qiyməti 20 manat edir». O da 20 manatı həmin şəxsə verməklə, narkotik vasitə heroini və metamfetamini alıb üzərində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuş, fikirləşmişdir ki, sakit bir yer tapıb narkotik vasitəni qəbul etsin. Beləcə o, həmin günü həmin narkotik vasitənin və metamfetaminin az bir hissəsini qəbul etmiş, qalan hissəsini üzərində saxlamışdır ki, bədəni ağrayanda qəbul edər. Təxminən 2021-ci ilin may ayının 31-də səhər saatlarında yaşadığı evindən çıxdığı vaxt evdə olan bıçağı götürüb şalvarının sağ bel hissəsində kəmərə taxmış, fikri hər hansı bir cinayət əməli törətmək olmamış, sadəcə xoşuna gəlmişdir. 31 may 2021-ci il tarixdə saat 08 radələrində o, Orxanla yaşadığı məhəllədə olmuşlar, həmin vaxt da məhəllədən bir nəfər şəxsin park edilmiş Opel markaldı avtomobilə tərəf getməsini görüb, ondan xahiş etmişlər ki, onları Yasamal rayonu ərazisinə apara bilərsən, həmin şəxs də, yəni Anar onlara etiraz etməmişdir. X15 xahiş etmişdir ki, “olar sənin maşınını idarə edim”. Anar da Orxana etiraz etməmiş, Orxan maşını idarə etməklə, hərəkət etməyə başlamışlar, onlar Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən maşın bazarı adlanan ərazidə avtomobil yolu ilə hərəkət etmişlər. Bu vaxt avtomobil yolunun üzərində yerləşən DYPİ-nin inzibati binasının qarşısından keçəndə, arxalarında DYP əməkdaşları Orxana avtomobili saxla işarəsi vermişlər, həmçinin sayrışan işıqlarla işarə etmişlər, səsli olaraq dövlət nömrə nişanını səsləndirməklə, saxla işarəsi vermişlər. Bu vaxt Orxan avtomobili saxlamamış və DYP əməkdaşının saxla işarəsinə məhəl qoymayaraq, tabesizlik göstərmişdir. Bu vaxt DYP əməkdaşları Orxanın idarə etdiyi avtomobili saxlamışlar, Orxana yaxınlaşmışlar, nə səbəbə tabesizlik göstərməsinin səbəbini soruşmuşlar, lakin Orxan narkotik vasitə qəbul etdiyini, həmçinin avtomobildə olan onun və digər şəxsin narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Bu vaxt o və Anar özlərini şübhəli aparmağa başlamışlar. Bundan sonra DYP əməkdaşları yaxında olan çevik polis alayının əməkdaşlarını köməyə çağırmışlar, onlara 28-ci Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 28-ci PB-nə getməyə etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə 28- ci PB-nə getmişlər, həmçinin onunla bərabər Orxan və Anan da Yasamal RPİ-nin 28-ci PB- nə dəvət etmişlər, onlarda onunla birlikdə polis bölməsinə gəlmişlər. O, bölmədə olarkən, polis əməkdaşlarına demişdir ki, o, 2019-cu ildən etibarən narkotik vasitə qəbul edir, hazırda da üzərində narkotik vasitə vardır. Ona görə də onu bölmənin xidməti otaqlarının birinə aparmışlar, xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı, iki ədəd şəffaf selofan paketin içərisində olan bükümlər vardır, həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır, o, həmin narkotik vasitə heroini və psixotrop maddəni, eləcə də şalvarının sağ bel hissəsində kəmərə taxılı vəziyyətdə olan bıçağı onlara təqdim edə bilər. Sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı, iki ədəd şəffaf selofan paketə bükülmüş bükümləri və bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Həmin şəffaf selofan paketlərdən biri açılarkən, içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, digər büküm açılarkən, içərisində kristal şəkilli psixotrop maddə olan matemfetamin aşkar edilmiş və götürülmüş, həmçinin bıçaqda üzərindən aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş iki ədəd kütlə və bıçaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş iki ədəd şəffaf selofan paketin içərisində olan narkotik vasitə heroinə bənzər kütləni və psixtrop maddə metamfetaminə bənzər kütləni tutulduğu tarixdən 3-4 gün əvvəl gündüz saatlarında Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almış və öz üzərində saxlamış, həmin narkotik vasitədən və psixotrop maddədən başqa bir şəxsə satmamış, özünün istifadəsi üçün əldə etmiş, bıçağı isə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yaşadığı ərazidə yerdən tapmış, üzərində saxlamışdır, həmin bıçaqla heç kimə xəsarət yetirməmiş, heç bir cinayət hadisəsi törətməmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsusdur, özü qəbul etmək üçün 20 manata almış, narkotik vasitənin və psixotrop maddənin çəkisinin nə qədər olmasını bilməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən heç kimə satmamış, hər hansı bir şəxslə qəbul etməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisini bilməmiş, amma həmin narkotik vasitə və psixotrop maddə metamfetamin büküm şəklində olmuş, ona görə də o, ekspertizanın rəyində göstərilən hər iki çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, həmin şəxsi tanımır, onun harada yaşamasını deyə bilməz, lakin ilk gördüyündə həmin şəxs orta kök bədənli, orta boylu olmuş, başqa əlamətlərini dəqiq xatırlamır, o, həmin şəxsdən əvvəllər narkotik vasitə almamış, birinci dəfə olmuşdur ki, rastlaşmışdır. Əvvəllər məhkıım olunmuş, barəsində hazırda cinayət işi yoxdur, bu cinayətdən başqa heç bir cinayət hadisəsi törətməmişdir. O, bıçağın yerdə hənsı şəraitdə olmasını və ya hər hansı şəxs tərəfindən ora atılmasını deyə bilməz, görməmiş və heç bir məlumatı olmamışdır. O, bıçaqdan istifadə etməklə hər hansı bir cinayət əməlini törətməmiş, kiməsə xəsarət yetirməmiş, kiməsə satmaqdan ötrü təklif etməmiş, üzərində saxlamaqla, gəzdirmişdir. O, həmin vaxt maşında olmuş, sadəcə bunu eşitmişdir ki, Orxan DYp əməkdaşına deyir ki, o, narkotik vasitə qəbul edir, maşındakılar da qəbul edir, həmdə Orxan polis əməkdaşı ilə mübahisə etmiş və tabesizlik göstərmiş, onlarda həmin vaxt özlərini şübhəli apardıqlarından, onları polis bölməsinə gətirmişlər. Onunla yaxşı münasibəti olmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün inspektoru vəzifəsində xidmət edir. 31 may 2021-ci il tarixdə saat 08:40 radələrmində digər iş yoldaşı Şahid1lə birlikdə xidmətdə olarkən Bakı-Qazax yolunun 6-cı km-də «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilin sayrışan işığına və verilən xüsusi siqnala məhəl qoymayaraq manevr edərək yol hərəkət qaydalarını pozaraq hərəkətini davam etdirərək qəza şəraiti yaratmışdır. Həmin nəqiyyat vasitəsinin sürücüsü sərxoş vəziyyətdə avtomobili idarə etməsi güman edildiyindən həmin avtomobilin saxlanılmasına göstəriş vermişdir. Həmin avtomobil Yasamal rayonu ərazisində Bakı şəhər X16 idarəsinin qarşısında dairədə tərəflərindən saxlanılmışdır. Həmin vaxt onların istiqamətində hərəkətdə olan X14 Alayının əməkdaşlarının olduqları xidməti avtomobili də onlara yaxınlaşmışdır. «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər sərnişin də olmuşdur. Sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişlər. Həmin sürücünün sərxoş olması hiss olunmuş, sürücüdən onun sərxoş olub- olmamasını, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub olmamasını soruşduqda, sürücü narkotik vasitədən istifadə etdiyini bildirərək avtomobildən iki ədəd bükülünü çölə atmış, həmin bükülülərin içərisində narkotik vasitə olmasından şübhələnmişlər, o, dərhal həmin 2 ədəd bükülünün yerdən götürmüşdür. «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər 2 nəfər sərnişinlərdən də narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda, onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Həmin sərnişinlər də sərxoş olmuşlar. Həmin şəxsləri Yasamal RPİnin 28-ci PB-nə gətirmişlər, orada «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsi avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş, dərhal sürücünün əlindən bıçağı götürmüşlər. Qeyd olunan avtomobilin sürücüsü və onunla birlikdə olan 2 nəfər sərnişini 28-ci PB-nin növbətçi hisəsinə təhvil vermişlər. Həmin şəxslərin şəxsiyyətləri yoxlanıldıqda sürücünün xx.xx.1990-cı il təvəllüdlü Binəqədi rayon sakini Şahid8 Rüfər oğlu, onun avtomobilində olan sərnişinlərin isə xx.xx.1993-ci il təvəllüdlü Binəqədi rayon sakini Təqsirləndirilən şəxs və xx.xx.1979-cu il təvəllüdlü Şahid7 olması müəyyən edilmişdir. O və Şahid1lə birgə raport yazaraq qeyd olunan şəxslər barədə qanuni tədbir görülməsi üçün 28-ci PB-nin rəhbərliyinə müraciət etmişlər, bundan sonra Rəşadət Ağayev xidmətini davam etdirmək üçün xidmət yerinə qayıtmışdır. O isə Şahid8 avtomobildən düşərkən yerə atdığı və içərisində narkotik vasitə olması güman edilən 2 ədəd bükümdə olan maddələri və Şahid8 ayaqqabısının altından çıxarıb qollarına xəsarət yetirdiyi bıçağı təhqiqata təhvil vermək üçün orada qalmışdır və sonradan həmin əşyaları təhqiqata təqdim etmişdir. O, Şahid7 narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə barədə və onların satışı ilə məşqul olub olmaması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, subaydır, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 31.05.2021-ci il tarixdə səhər saatlarında o, 28-ci PB-də xidməti iş otağında olmuşdur. Həmin vaxt bölmənin rəhbərliyi tərəfindən onlara tapşırıq verilmişdir ki, üç nəfər şəxs DYP əməkdaşları tərəfindən gətirilmişdir və onların üzərlərinə şəxsi axtarış keçirilməlidir. O, AR DİN-nin BDYPİ-nin Ekoloji nəzarət bölüyünün komandiri Şahid1 və AR DtN-nin BDYPİ-nin Ekoloji nəzarət bölüyünün YPX inspektoru Şahid2 bölmə rəhbərliyinə yazdığı raportla tanış olduqdan sonra, ona məlum olmuşdur ki, 31 may 2021-ci il tarixdə saat 08:40 radələrində Bakı- Qazax yolunun 6-cı km-də xidmətdə olan zaman «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil Yol Patrul xidmətinin inspektoru Şahid2 idarə etdiyi BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilin sayrışan işığına və verilən xüsusi siqnala məhəl qoymayaraq manevr edərək yol hərəkət qaydalarını pozaraq hərəkətini davam etdirərək qəza şəraiti yaratmış, həmin nəqiyyat vasitəsinin sürücüsü sərxoş vəziyyətdə avtomobili idarə etməsi güman edildiyindən tərəflərindən həmin avtomobil Yasamal rayonu ərazisində Bakı şəhər X16 idarəsinin qarşısında dairədə saxlanılmış, həmin vaxt onların istiqamətində hərəkətdə olan X14 Alayının əməkdaşlarının olduqları xidməti avtomobili də onlara yaxınlaşmış, «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər sərnişin də olmuş, sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etdikdə, həmin sürücünün sərxoş olmasını hiss olunmuş, sürücüdən onun sərxoş olub- olmamasını, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub olmamasını soruşduqda sürücü narkotik vasitədən istifadə etdiyini bildirərək avtomobildən iki ədəd bükülünü çölə atmış, həmin bükülülərin içərisində narkotik vasitə olmasından şübhələnmişlər, dərhal həmin 2 ədəd bükülü yerdən götürülmüş, «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər 2 nəfər sərnişinlərdən də narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda, onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər, həmin sərnişinlər də sərxoş olmuşlar, həmin şəxsləri Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər. Bundan sonra, gətirilən şəxslərdən Bakı şəhər sakini Təqsirləndirilən şəxs bildirmişdir ki, «31 may 2021-ci il tarixdə saat 08 radələrində Şahid7 etibarnamə əsasında idarə etdiyi, atası Cavanşir Əliyevə məxsus, Opel Astra markalı ** KB *** dövlət nömrə nişanlı avtomobili həmin tarixdə tanışı Orxan tərəfindən idarə edilərkən, onlar Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən maşın bazarı adlanan ərazidə avtomobil yolu ilə hərəkət etmişlər, bu vaxt avtomobil yolunun üzərində yerləşən DYPİ-nin inzibati binasının qarşısından keçəndə, arxalarında DYP əməkdaşları Orxana avtomobili saxla işarəsi vermişlər, həmçinin sayrışan işıqlarla işarə etmişlər, həmçinin səsli olaraq dövlət nömrə nişanını səsləndirməklə, saxla işarəsi vermişlər. Bu vaxt Orxan avtomobili saxlamamış və DYP əməkdaşının saxla işarəsinə məhəl qoymayaraq, tabesizlik göstərmişdir. Bu vaxt DYP əməkdaşları Orxanın idarə etdiyi avtomobili saxlamışlar, Orxana yaxınlaşmışlar, nə səbəbə tabesizlik göstərməsinin səbəbini soruşmuşlar, lakin Orxan narkotik vasitə qəbul etdiyini, həmçinin avtomobildə olan onun və digər şəxsin narkotik vasitə qəbul etdiyini bildirmişdir. Bundan sonra DYP əməkdaşları yaxında olan çevik polis alayının əməkdaşlarını köməyə çağırmışlar, onları 28-ci Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 28-ci PB-nə getməyə etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə 28- ci PB-nə gəlmişlər, həmçinin onunla bərabər Orxan və Anan da Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər, onlarda onunla birlikdə polis bölməsinə gəlmişlər. O, bölmədə olarkən, onlara demişdir ki, “mən üç ildən artıqdır ki, narkotik vasitə qəbul edirəm, hazırda da üzərimdə narkotik vasitə vardır”. Ona görə də Təqsirləndirilən şəxs bölmənin xidməti otaqlarının birinə aparmışlar, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, onun üzərinə Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqların birində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən etibarən narkotik vasitə qəbul etdiyini, narkotik vasitənin heroin və el dilində şüşə kimi tanınan metamfetamin növündən qəbul etdiyini, heroini ineksiya yolu ilə, metamfetamini isə tüstüsünü çəkməklə qəbul etdiyini, narkotik vasitənin şüşə növündən və heroin növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılar olduğunu, təxminən 2021-ci ilin fevral ayında gündüz saatlarında yaşadığı evindən çıxıb piyada hərəkətdə olduğu vaxt yolda bıçaq gördüyünü, həmin bıçağı götürüb üzərində saxladığını, tutulduğu gündən 3-4 gün əvvəl onun bədəninin ağradığım, təcili narkotik vasitə qəbul etmək istədiyini, ona görə də Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə piyada hərəkətdə olduğu vaxt bir nəfər şəxslə rastlaşdığını, həmin şəxsdən 20 manat dəyərində iki bükümdə narkotik vasitə heroin və metamfetamin alıb üzərində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyduğunu, həmin günü həmin narkotik vasitənin və metamfetaminin az bir hissəsini qəbul etdiyini, qalan hissəsini üzərində saxladığını, hazırda da əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığını bildirərək, üzərində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində narkotik vasitə olan heroini və bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində psixotrop maddə olan metamfetamini, həmçinin şalvarının sağ bel hissəsində kəmərə taxılı vəziyyətdə olan bıçağı təqdim etmişdir. Həmin şəffaf selofan paketlərdən biri açılarkən, içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, digər büküm açılarkən, içərisində kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edilmiş və götürülmüş, həmçinin bıçaqda üzərindən aşkar edilmiş və götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində narkotik vasitə olan heroini və bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində psixotrop maddə olan metamfetamini, həmçinin şalvarının sağ bel hissəsində kəmərə taxılı bıçaq tərəfimizdən götürülərək ekspertizaya təqdim edilməsi üçün iki ədəd ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış və bağlamanın üzəri AR DİN-nin 167 saylı möhürü ilə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bıçağı 2021-ci ilin fevral ayında gündüz saatlarında yaşadığı evindən çıxıb piyada hərəkətdə olduğu vaxt yolda bıçaq gördüyünü, həmin bıçağı götürüb üzərində saxladığını, iki ədəd şəffaf selofan paketin içərisində olan narkotik vasitə heroinə bənzər kütləni və psixotrop maddə metamfetaminə bənzər kütləni tutulduğu gündən 3-4 gün əvvəl Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almış və öz üzərimdə saxlamış, həmin narkotik vasitədən və psixotrop maddədən başqa bir şəxsə satmamış, özünün istifadəsi üçün əldə etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin X14 Alayının 6-cı Patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. 31 may 2021-ci il tarixdə saat 08:45 radələrində Bakı- Qazax yolunun 6-cı km-də o, sürücü polis nəfəri Şahid6 idarə etdiyi Mercedes Çitan markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət aparmışlar. Həmin vaxt xidmətdə olarkən qeyd olunan yolun həmin hissəsində görmüşlər ki, «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil Dövlət yol patrul xidmətinin BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin sayrışan işığına və verilən xüsusi siqnala məhəl qoymayaraq manevr edərək yol hərəkət qaydalarını pozaraq hərəkətini davam etdirərək qəza şəraiti yaratmışdır. Az müddət keçməmiş təxminən saat 08:50 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər X16 idarəsinin qarşısında dairədə «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanmışdır. Yol patrul xidmətinə məxsus BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin də həmin yerdə dayandığını və içərisində olan 2 nəfər Yol patrul xidməti əməkdaşları yerə düşmüşlər. Həmin an Şahid6 həmin yerə çatanda idarə etdiyi avtomobili saxlamış və dərhal hər hansı bir kömək göstərmək üçün avtomobildən yerə düşmüşlər. «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər sərnişin də olmuşdur. Yol patrul xidmətinin əməkdaşları sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişlər, avtomobilin sürücüsünün sərxoş olması hiss olunmuşdur. Yol patrul xidmətinin əməkdaşları sürücüdən sərxoş olub- olmaması, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub olmamasını soruşduqda sürücü narkotik vasitədən istifadə etdiyini bildirmiş və avtomobildən iki ədəd bükülünü çölə atmışdır. Dərhal Yol patrul xidmətinin inspektoru Rəşadət Fərzəyliyev həmin bükülülərin içərisində narkotik vasitə olmasından şübhələnib həmin 2 ədəd bükülünü yerdən götürmüşdür. «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər 2 nəfər sərnişinlərdən də narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Həmin sərnişinlər də sərxoş olmuşlar. Həmin şəxsləri Yasamal RPİ-nin 28-ci PB-nə gətirdik, orada «Opel Astra» markalı 99-KB- 327 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsi avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş, dərhal sürücünün əlindən bıçağı götürmüşlər. Qeyd olunan avtomobilin sürücüsü və onunla birlikdə olan 2 nəfər sərnişini 28-ci PB-nin növbətçi hisəsinə təhvil vermişlər. Həmin şəxslərin şəxsiyyətləri yoxlanıldıqda sürücünün xx.xx.1990-cı il təvəllüdlü Binəqədi rayon sakini Şahid8, onun avtomobilində olan sərnişinlərin isə xx.xx.1993-ci il təvəllüdlü Binəqədi rayon sakini Təqsirləndirilən şəxs və xx.xx.1979-cu il təvəllüdlü Şahid7 olması müəyyən edilmişdir. Qeyd olunan şəxslər barədə qanuni tədbir görülməsi üçün 28- ci PB-nin rəhbərliyinə Yol patrul xidmətinin əməkdaşlarıinspektor Rəşadət Fərzəyliyev sonradan adı və soyadını bildiyi polis baş leytenantı Şahid1 raport yazaraq müraciət etmişlər.Yol Patrul xidməti əməkdaşlarına qeyd olunan köməkliyi göstərib dərhal xidməti iş yerlərinə qayıtmışlar. Sonradan Şahid2lə əlaqə saxlayanda ona məlum olmuşdur ki, onlar xidməti yerlərinə qayıdandan sonra Şahid2 «Opel Astra» markalı avtomobilin sürücüsü Şahid8 avtomobildən düşərkən yerə atdığı və içərisində narkotik vasitə olması güman edilən 2 ədəd bükümdə olan maddələri və Şahid8 ayaqqabısının altından çıxarıb qollarına xəsarət yetirdiyi bıçağı 28-ci PB-nin təhqiqatçısına təhvil vermək üçün orada qalmışdır və Şahid8 üzərinə şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş və həmin büklüləri və bıçağı sonradan həmin əşyaları təhqiqata təqdim etmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə barədə və onların satışı ilə məşqul olub olmaması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Şahid5 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonu M.Maqomayev küçəsi ev 105, mənzil 2-də qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar, evlidir, himayəsində bir azyaşlı uşağı vardır, heç bir yerdə işləmir, ali təhsillidir, əvvəllər 30.10.2006-cı il tarixdə Yasamal rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 30.04.2007-ci il tarixli Nərimanov rayon məhkəməsinin qərarı ilə 9 ay 12 gün çəkilməmiş qalan cəzam azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir, 2008-ci ilin yanvar ayında cəzasını tam çəkib qurtarmışdır. Əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyildir. Bakı şəhər sakinləri Orxan və Alxan adlı şəxsləri əvvəllər tanımamış, ilk dəfə 29 may 2021-ci il tarixdə tanımış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Təxminən 3 ildir ki, narkotik vasitə qəbul edir, narkotik vasitənin el dilində deyilən şüşə kimi adlanan metamfetamin növündən qəbul etmiş, şüşəni tüstüsünü çəkməklə qəbul etmişdir. Narkotik vasitənin şüşə növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. Təxminən 2021-ci ilin mart ayında o, İçərişəhərdə olduğu vaxt, yerdən antena şəkilli metal dəyənək görmüş, o, həmin metal dəyənəki götürüb üzərində saxlamışdır ki, bəlkə hər hansı bir tanışına hədiyyə verər, lakin yadından çıxıb üzərində qalmışdır. 29 may 2021-ci il tarixdə günorta saatlarında onun bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində piyada hərəkətdə olduğu vaxt bir nəfər şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığım və təcili narkotik vasitə lazım olmasını bildirmişdir. Həmin şəxsdə ona konkret hansı növ narkotik vasitə lazım olmasını bildirəndə, o da həmin şəxsə həm metamfetamin, həm də heroin lazım olmasını bildirmişdir. Həmin şəxs ondan pulunun olub olmamasını soruşmuş, o da pulunun olmasını, ona bir bükümdə metamfetamin, bir bükümdə heroin lazım olmasını bildirmişdir. Həmin şəxs ona demişdir ki, onu gözləsin gəlir. Bir az keçəndən sonra həmin şəxs gəlmiş, ona demişdir ki, «səninçün bir büküm metamfetamin, bir bükümdə heroin gətirmişəm, qiyməti 40 manat edir». O da 40 manatı həmin şəxsə verməklə, narkotik vasitə heroini və metamfetamini alıb üzərində olan boz rəngli parça şalvarın arxa sağ cibinə qoymuş, fikirləşmişdir ki, sakit bir yer tapıb narkotik vasitəni qəbul etsin. Beləcə o, həmin günü həmin narkotik vasitənin və metamfetaminin az bir hissəsini qəbul etmiş, qalan hissəsini üzərində saxlamışdır ki, bədəni ağrayanda qəbul edər. 30 may 2021-ci il tarixdə axşam saatlarında o, dostu Malikin Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evinə getmişdir, həmin gün Malikin ad günü olmuş, axşam Malikin evində qalmışdır. 31 may 2021-ci il tarixdə saat 08 radələrində o, Malikin evindən çıxıb atası Cavanşir Əliyevə məxsus, etibarnamə əsasında idarə etdiyi Opel Astra markalı ** KB *** dövlət nömrə nişanlı avtomobilə tərəf gələndə, həmin vaxt məhəllədə qalan Alxan və Orxan ona bildirmişlər ki, “qardaş səndən bir xahişimiz var, bizi Yasamal rayonu ərazisinə apara bilərsən”, o da onlara etiraz etməmişdir. Sonra Orxan ondan xahiş etmişdir ki, “olar sənin maşınını idarə edim”. O da Orxana etiraz etməmiş, Orxan maşını idarə etməklə, hərəkət etməyə başlamışlar, onlar Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən maşın bazarı adlanan ərazidə avtomobil yolu ilə hərəkət etmişlər. Bu vaxt avtqomobil yolunun üzərində yerləşən DYPİ-nin inzibati binasının qarşısından keçəndə, arxalarında DYP əməkdaşları Orxana avtomobili saxla işarəsi vermişlər, həmçinin sayrışan işıqlarla işarə etmişlər, həmçinin səsli olaraq dövlət nömrə nişanını səsləndirməklə, saxla işarəsi vermişlər. Bu vaxt Orxan avtomobili saxlamamış və DYP əməkdaşının saxla işarəsinə məhəl qoymayaraq, tabesizlik göstərmişlər. Bu vaxt DYP əməkdaşları Orxanın idarə etdiyi avtomobili saxlamışlar, Orxana yaxınlaşmışlar, nə səbəbə tabesizlik göstərməsinin səbəbini soruşmuşlar, lakin Orxan narkotik vasitə qəbul etdiyini, həmçinin avtomobildə olan digər iki nəfər şəxsin narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Bundan sonra DYP əməkdaşları yaxında olan çevik polis alayının əməkdaşlarını köməyə çağırmışlar, onları 28-ci Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 28-ci PB-nə getməyə etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə 28-ci PB-nə getmişlər, həmçinin onnunla bərabər Orxan və Alxanı da Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər, onlarda onunla birlikdə polis bölməsinə gəlmişlər. O, bölmədə olarkən, polis əməkdaşlarına demişdir ki, o, üç ildən artıqdır ki, narkotik vasitə qəbul edir, hazırda da üzərində narkotik vasitə vardır. Ona görə də onu bölmənin xidməti otaqlarının birinə aparmışlar, xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan boz rəngli cins şalvarın arxa sağ cibində saxladığı, iki ədəd şəffaf selofan paketin içərisində olan bükümlər vardır, həmin bükümlərdə narkotik vasitə və psixotrop maddə metamfetamin vardır, o, həmin narkotik vasitəni və psixotrop maddəni, eləcə də şalvarının arxa hissəsində remenin altına saldığı dəmir dəyənəyi onlara təqdim edə bilər. Sonra o, əynində olan boz rəngli cins şalvarın arxa sağ cibində saxladığı, iki ədəd şəffaf selofan paketə bükülmüş bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin şəffaf selofan paketlərdən biri açlarkən, içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, digər büküm açılarkən, içərisində kristal şəkilli psixotrop maddə olan matemfetamin aşkar edilmiş və götürülmüş, həmçinin dəmir dəyənəkdə üzərimdən aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş iki ədəd kütlə və dəmir dəyənək ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş iki ədəd şəffaf selofan paketin içərisində olan narkotik vasitə heroinə bənzər kütləni və psixotrop maddə metamfetaminə bənzər kütləni 29 may 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində tanımadığım şəxsdən 40 manata almış və öz üzərində saxlamış, həmin narkotik vasitədən və psixotrop maddədən başqa bir şəxsə satmamış, özünün istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsusdur, özü qəbul etmək üçün 40 manata almış, narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini bilməmiş, amma həmin narkotik vasitə büküm şəklində olmuş, ona görədə o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, narkotik vasitəni və psixotrop maddəni aldığı həmin şəxsi tanımır, onun harada yaşamasını deyə bilməz, lakin ilk gördüyündə həmin şəxs arıq bədənli, orta boy olmuş, saçları qara rəngli olmuş, əynində göy rəngli gödəkcə, qara şalvar, qara idman ayaqqabısı olmuş, o, həmin şəxsdən əvvəllər narkotik vasitə almamış, birinci dəfə idi ki, rastlaşmışdır. O, hadisə vaxtı və hadisəyədək olan müddət ərzində ***-***-**-** saylı mobil nömrəsini istifadə etmişdir. O, dəmir dəyənəyin yerdə hənsı şəraitdə olmasını və ya hər hansı şəxs tərəfindən ora atılmasını deyə bilməz, görməmiş və heç bir məlumatı olmamışdır. O, dəmir dəyənəkdən istifadə etməklə hər hansı bir cinayət əməlini törətməmiş, kiməsə xəsarət yetirməmiş, kiməsə satmaqdan ötrü təklif etməmiş, üzərində saxlamaqla, gəzdirmişdir. O, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və bıçağı və Şahid8 üzərindən aşkar edilmiş narkotik vasitəni və bıçağı haradan əldə etməsini bilməmiş, birlikdə avtomobildə hərəkətdə olduqları vaxt Təqsirləndirilən şəxs və Şahid8 üzərində narkotik vasitə, bıçaq olmasım bilməmiş, avtomobildə olduqları vaxt birlikdə narkotik vasitə qəbul etməmişlər, bir-birilərinə narkotik vasitə satmamışlar və ya hədiyyə etməmişlər. Onların da onun üzərində narkotik vasitə və bıçaq olmasından xəbərləri olmamışdır. Orxanın və Alxanın narkotik vasitəni, bıçağı haradan əldə etmələrini bilmir və bu barədə heç bir məlumatı yoxdur. Yalnız polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs və Orxanın üzərindən narkotik vasitə və bıçaq aşkar edilmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs və Şahid8ı tanımamış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır, əvvəllər birlikdə narkotik vasitə əldə etməmişlər və ya qəbul etməmişlər, o, onları yalnız tutulduqları gün tanımışdır, o, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və bıçağı və Şahid8 üzərindən aşkar edilmiş narkotik vasitəni və bıçağı haradan əldə etməsini bilməmiş, birlikdə avtomobildə hərəkətdə olduqları vaxt Təqsirləndirilən şəxs və Şahid8 üzərində narkotik vasitə, bıçaq olmasını bilməmiş, avtomobildə olduqları vaxt birlikdə narkotik vasitə qəbul etməmişlər, bir-birilərinə narkotik vasitə satmamışlar və ya hədiyyə etməmişlər. Onların da onun üzərində narkotik vasitə və bıçaq olmasından xəbərləri olmamışdır. Orxanın və Alxanın narkotik vasitəni, bıçağı haradan əldə etmələrini bilmir və bu barədə heç bir məlumatı yoxdur. Yalnız polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bilmişəm ki, Təqsirləndirilən şəxs və Orxanın üzərindən narkotik vasitə və bıçaq aşkar edilmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs və Şahid8ı tanımamış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır, əvvəllər birlikdə narkotik vasitə əldə etməmişlər və ya qəbul etməmişlər, o, onları yalnız tutulduqları gün tanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitəni və dəyənəyi və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və bıçağı haradan əldə etməsini bilməmiş, birlikdə avtomobildə hərəkətdə olduqları vaxt Şahid7 və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, bıçaq və dəyənək olmasını bilməmiş, avtomobildə olduqları vaxt birlikdə narkotik vasitə qəbul etməmişlər, bir-birilərinə narkotik vasitə satmamışlar və ya hədiyyə etməmişlər. Onların da onun üzərində narkotik vasitə və bıçaq olmasından xəbərləri olmamışdır. O, üzərindən aşkar edilmiş bıçaq və narkotik vasitə onun deyil, ona məxsus deyil, hansı şəraitdə üzərindən aşkar edilməsini deyə bilməz. Alxanın və Anarın narkotik vasitəni, bıçağı və dəyənəyi haradan əldə etmələrini bilmir və bu barədə heç bir məlumatı yoxdur. Yalnız polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bilmişdir ki, Şahid7 üzərindən narkotik vasitə və dəyənək, Alxanın üzərindən narkotik vasitə və bıçaq aşkar edilmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs məhəllə uşağı kimi tanımış, Şahid7 tanımamış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavətləri olmamışdır, əvvəllər birlikdə narkotik vasitə əldə etməmişlər və ya qəbul etməmişlər, o, Anan yalnız tutulduqları gün tanımışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 31.05.2021-ci il tarixli, 6/2185 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərlərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №167» dairəvi möhür əksi olan, «imza Təqsirləndirilən şəxsR-təqdim etdi» yazı və imzalar zərfdə təmiz çəkisi 0,602 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, təmiz çəkisi 0,720 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-ballistik ekspertizasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 21 iyun 2021-ci il tarixli 3/946 №li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet - kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 18.06.2021-ci il tarixli 1964 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin R.Abbasov tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib 02 gün həbsdə olduğu müddət çıxılmaqla, üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10.06.2020ci il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə, Azərbaycan Respublikası CM-nin 76cı maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 ay 04 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 01.08.2021-ci il tarixli, 21-1/3-183 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14.08.2020-ci il tarixdə cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, cavan olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində 01.06.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31.05.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı və bir ədəd predmet, kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən xəncər məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 ay (yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 09 ay (bir il doqquz ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 31 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 152,70 manat (yüz əlli iki manat 70 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,552 qram narkotik vasitə olan heroin, 0,670 qram psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən bir ədəd xəncər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı CD formatlı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X5 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-330/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-330/2021
22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver