Məhkəmə qərarları › İş №1(004)-330/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-330/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-330/2022 31.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Ucar rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, orta təhsilli, məhkumluğu olmayan, Ucar rayonunun Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə maddə əldə edib üstündə saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız parçasına bükülmüş vəziyyətdə, təmiz çəkisi 0,479 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıyaraq xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısına gəldikdən sonra həmin gün, saat 06:45-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən qeyd olunan 0,479 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxın müddətdir ki, bədənində mütəmadi olaraq əzələ və sair ağrılar olduğu üçün psixotrop maddə olan metamfetamini “folqa” adlanan dəmirin üzərində yandırıb tüstüsünü iyləmək yolu qəbul edir. Bundan əvvəl psixotrop maddələri Bakı şəhərində «Kubinka», «Sovetski» və “Papanin» adlanan ərazilərdə tanımadığı müxtəlif şəxslərdən alıb sonradan da qəbul etmişdir. Hər dəfə psixotrop maddələri ayrıayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında o, növbəti dəfə psixotrop maddə almaq məqsədi ilə yaşadığı evdən çıxıb Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan yaşayış sahəsinə gələrək orada bir qədər ora-bura gəzərək narkotik satan şəxsləri axtarmağa başlamış və təxminən 15-20 dəqiqədən sonra oraya bir nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanını bilmədiyi orta yaşlı, orta bədən qurluşlu, qara saç, qarabugdayı, yumrusifət, əynində qara rəngli polto və qara rəngli şalvarı olan təxminən 40-45 yaşlı kişi gəldikdə ona yaxınlaşıb, “şüşə” deyilən psixotrop maddə olan metamfetamin olub-olmamasını soruşmuş və həmin şəxs də üstündə 10 manata satdığı bir ədəd bükümdə metamfetamin olduğunu ona bildirmişdir. O da razılaşıb özündə olan 10 manat pulu həmin şəxsə verərək ondan bir büküm siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan çəkisini dəqiq bilmədiyi metamfetamini almış və sonradan qəbul etmək məqsədi ilə onu əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyaraq dərhal oradan uzaqlaşmışdır. Bundan sonra o, oradan yaşadığı ünvan 6 evə gəlmiş və həmin gün göstərilən metamfetamin az bir hissəsini iyləyərək istehlak etməklə keyfiyyətini yoxlamış, qalan əsas hissəsini isə həmin bükümə bükərək eyni cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə isə gecə yuxusu gəlmədiyi üçün yata bilməmiş və buna görə də hava qəbul etmək məqsədi ilə səhər saat 06:30 radələrində evdən çıxıb küçədə duraraq siqaret çəkməyə başlamış və təxminən 10-15 dəqiqədən sonra iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq vəsiqələrini çıxarıb özlərini Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib saxlamaqda və istehlak etməyi ilə bağlı şübhəli olduğunu bildirərək ondan Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə getməyini tələb etmişlər. O da çıxılmaz vəziyyətdə qaldığından onların həmin tələbləri ilə razılaşmış və onlar dərhal onu avtomobilə əyləşdirib özləri ilə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin inzibati binasına gətirərək onu orada olan otaqların birinə salmışlar. Daha sonra Yasamal Rayon Polis İdarəsinin 28ci Polis Bölməsinin inzibati binasında olan otaqların birində olduğu zaman digər polis əməkdaşı ona yaxınlaşaraq baş təhqiqatçı, polis mayoru Faiq Süleymanov olduğunu və narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərinə şəxsi axtarış və götürmə aparılacağını bildirib ondan vəkil istəyibistəmədiyini soruşmuş və o da cavabında maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə, dövlət hesabına onun üçün vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı həmin baş təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o, həmin siyahıdan vəkil Müdafiəçi1 seçərək sonuncu tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Təxminən 30-40 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili Müdafiəçi1 kimi təqdim edən şəxs gəldiyi üçün baş təhqiqatçı onu təqdim etmiş və o da etiraz etmədiyi üçün baş təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə baş təhqiqatçı Faiq Süleymanov onu və vəkil Müdafiəçi1, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən Polis Bölməsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil Müdafiəçi1 iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə baş təhqiqatçı Faiq Süleymanov, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə və ya psixotrop maddə varsa, onda könüllü çıxarıb təqdim etsin. O da, hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı yuxarıda göstərilən qaydada əldə etdiyi həmin, yəni bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız parçasına bükülmüş vəziyyətdə olan «şüşə» deyilən psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmişdir. Bundan sonra Faiq Süleymanov özü onun üstünü axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamamışdır. Bununla da baş təhqiqatçı Faiq Süleymanov onun və vəkili Müdafiəçi1, eləcə də orada iştirak edən, yəni onu yaxalamış həmin 2 nəfər polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarışla və həmin bükümdə olan psixotrop maddə metamfetaminin ondan aşkar olunub götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Həmçinin, ondan aşkar olunmuş həmin büküm içindəki psixotrop maddə metamfetaminlə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum edilməməisini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir.xx.xx.2022-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1971-ci il təvəllüdlü, Ucar rayonunda anadan olmuş, Ucar rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin daşınmasında və istifadə edilməsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında 28-ci PB-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özümə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra xx.xx.2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid2la birlikdə Polis Bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və nəticədə də həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 06:45 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 6 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlayıb şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətəndə o, xx.xx.1971-ci il təvəllüdlü, Ucar rayonunda anadan olmuş, Ucar rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək onunla Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə getməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onunla birlikdə oradan Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanaraq polis bölməsinə gətirilməsi dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi 28-ci Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 həvalə olunmuşdur. Bununla bağlı baş təhqiqatçı F.Süleymanov Yasamal RPİ-nin 28-ci PB-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından vəkil Müdafiəçi1 seçərək onun tərəfindən hüquqlarını müdafiə olunmasını, maddi vəziyyəti ağır olduğu üçün hüquqlarının dövlət hesabına müdafiə olunmasını üçün dəvət olunmasını xahiş etmişdir. Baş təhqiqatçı Faiq Süleymanov dövlət büdcəsi hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Yasamal RPİ-nə dəvət etmişdir. Bundan sonra isə baş təhqiqatçı X11 Mikayılova dəvət olunmuş vəkil Müdafiəçi1 təqdim etmiş və o da təqdim olunan vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, sonra baş təhqiqatçı X11 Mikyaılovun şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş, daha sonra isə onun üzərinə vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı baş X11 Mikayılovun üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone X» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video yazan texniki vasitə kimi «İphone X» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şübhəli şəxs Elmiraz Mikyaılovun hüquqları baş təhqiqatçı Faiq Süleymanov tərəfindən izah olunmaqla Elmiraz Mikyaılovdan özünü təqdim etməsi, hansı səbəbə görə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gəririlməsi, gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər və fiziki təzyiq olunub olunmaması barədə sorğu edilmişdir. Elmiraz Mikyaılov xx.xx.1971ci ildə Ucar rayonunda anadan olduğunu, ünvan 7 ünvanda yaşadığını, «Kubinka» adlanan ərazidən istehlak etmək üçün oradan «şüşə» adlanan narkotik vasitə aldığını və xx.xx.2022-ci il tarixdə saat 06:45 radələrində yaşadığı qeyd binanın qarşısında olarkən özlərini polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılaraq 28-ci PB-nə gətirildiyini və gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkət və fiziki təzyiq olundığını bildirmişdir. Baş təhqiqatçı Faiq Süleymanov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxararaq təqdim etmiş, baş təhqiqatçı F.Süleymanov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən təqdim etdiyi 1 ədəd bükümün içərisində “şüşə” adlanan narkotik maddə olmasını, həmin maddəni 2 gün əvvəl «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 manata istehlak məqsədi ilə əldə edərək üzərində daşımaqla saxladığını, xx.xx.2022-ci il tarixdə saat 06:45 radələrində yaşadığı Yasamal rayonu A.Abbasov küçəsi 7 saylı binanın qarşısında olarkən özlərini polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılaraq 28-ci PB-nə gətirildiyini bildirmişdir, eyni zamanda baş təhqiqatçı F.Süleymanov tərəfindən E.Mikayıdovun təqdim etdiyi bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü açıb baxış keçirmişdir. Bükülünün içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə hesab edilən metamferaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra baş təhqiqatçı F.Süleymanov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparmış, lakin Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyriqanuni əşya və ya predmetlərin aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı təhqiqatçı F.Süleymanov tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyularaq DİN-nin 167 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Eləcə də aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. O da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin zərfi və protokolu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 73-75-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, və o, dərhal saxlanıldığı Yasamal RPİnin MSY-dən azad edilmiş. Cinayət işinin 76-77-ci vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1590 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 0,479 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edilmiş, 0,429 qram çəkidə hissəsi qalıq qalmışdır. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 103-112-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,429 qram təşkil edən, təmiz çəkisi 0,479 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Həmçinin 1 ədəd “DVD” markalı elektron maqnit daşıyıcı obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2802 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 82-83-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Ryazan vilayəti Korablinski Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin “D” bəndi ilə təqsirli bilinərək 6 il 9 ay azadlıqdan məhrumetmə cəzasına, Moskva şəhəri Perov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrumetmə məhkum olmuşdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstunə sonuncunun hüquqlarını müdafiə edən vəkil X2, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin əməliyyat müvəkkilləripolis baş leytenantı Şahid1 və polis baş leytenantı Şahid2 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. DVD markalı diskinin yaddaşına videogörüntülər 01 ədəd faylda yerləşdirilmişdir. Həmin faylda yerləşdirilmiş 06 dəqiqə 34 saniyə ərzində qeydə alınmış video görüntü izlənilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları baş təhqiqatçı F.Süleymanov tərəfindən izah olunmaqla Təqsirləndirilən şəxs özünü təqdim etməsi, hansı səbəbə görə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gəririlməsi, gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər və fiziki təzyiq olunub olunmaması barədə sorğu edildikdə Təqsirləndirilən şəxs xx.xx.1971-ci ildə Ucar rayonunda anadan olduğunu, ünvan 7 ünvanda yaşadığını, «Kubinka» adlanan ərazidən istehlak etmək üçün «şüşə» adlanan narkotik vasitə aldığını və bu gun, yəni xx.xx.2022-ci il tarixdə saat 06:45 radələrində yaşadığı qeyd binanın qarşısında olarkən özlərini polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılaraq 28-ci PB-nə gətirildiyini və gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkət və fiziki təzyiq olunmadığını bildirir. Baş təhqiqatçı F.Süleymanov, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparalacağını bildirərək hüquq və fəzifələri ona izah edildikdən sonra üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxararaq təqdim edir və baş təhqiqatçı F.Süleymanov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün nədən ibarət olması, nə vaxt və haradan əldə etməsi barədə sorğu edilərkən E.Mikyaılov təqdim etdiyi 1 ədəd bükümün içərisində “şüşə” adlanan narkotik maddə olmasını, həmin maddəni 2 gün əvvəl «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 manata istehlak məqsədi ilə əldə edərək üzərində daşımaqla saxladığını və bu gun, yəni xx.xx.2022-ci il tarixdə saat 06:45 radələrində yaşadığı qeyd binanın qarşısında olarkən özlərini polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılaraq 28-ci PB-nə gətirildiyini bildirməsi, eyni zamanda baş təhqiqatçı F.Süleymanov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü açıb baxış keçirməsi, bükülünün içərisində kristal şəkilli, ağ rəngl maddənin aşkar olunması, bundan sonra baş təhqiqatçı F.Süleymanov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparması və sonuncunun üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlərin aşkar olunmaması müşahidə olunur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yuxarıda göstərilən 1 ədəd gümüşü rəngli siqaret kağızı parçasından ibarət olan kağız bükülü içərisindəki həmin ağ rəngli, kristal şəkilli maddə ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini və əvvəllər məhkum edilməməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 19 mart 2022-ci il tarixdən 20 mart 2022-ci il tarixədək 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın xx.xx.2022-ci il tarixli, 2802 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,429 qram psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdən 20 mart 2022-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,429 qram psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz ön dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar