Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-330/2023 10.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs Rəfail oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2n, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək onu “Azfen BM” şirkətində sürücü kimi işə qəbul olunmasına köməklik edəcəyinə yalan vəd verib aldadaraq 2021-ci ilin mart ayının ortalarında ünvan 3 ünvanda yerləşən 1 saylı X2 yaxınlığındakı adsız kafedə Zərərçəkmiş şəxsla görüşüb 2.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərində qohumluq münasibətində olduğu Şahid vasitəsi ilə tanış olduğu bacısı oğlu Zərərçəkmiş şəxs işə düzəldilməsinə köməklik göstərməyini xahiş etmişdir. O, tanışlarla maraqlanıb onu "Azfen BM" şirkətində işə düzəltməyə nail olacağını, buna görə şirinlik kimi təxminən 2000 manat pul lazım olduğunu Heydərə bildirmişdir. O da onunla razılaşaraq ünvan 4 ünvanında yerləşən 1 saylı Vərəm əlehinə dispanserin yaxınlığında adsız kafedə görüşərək ikilikdə 2000 manat pulu ona vermişdir. O, sonrakı dövrdə Heydərin işə düzəldilməsi məsələsini həll edə bilməmiş, eyni zamanda onun ona verdiyi 2000 manat pulu şəxsi ehtiyaclarına xərclədiyi üçün geri qaytara bilməmişdir. Nəticədə araların narazılıq yaranmış, hər dəfəsində ona bildirmişdir ki, pulu qısa zaman ərzində qaytaracaqdır. İlkin təhqiqat zamanı izahatında Zərərçəkmiş şəxs "Azfen BM” şirkətində sürücü vəzifəsinə işə düzəltmək adı altında ondan aldığı 2000 manat pulu Elmar adlı tanışına verdiyini bildirmişdir. Elmar adlı şəxsin “Azfen BM" şirkətində tanışının olğunu özündən uydurmuşdur. Heydəri həmin şirkətə işə düzəldə biləcəyini düşünərək 2000 manat pulu Heydərdən almış, lakin həmin pulu şəxsi ehtiyaclarıma xərcləmişdir "Azfen BM" şirkətində Elmar adlı tanışı olmamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Hazırda Zərərçəkmiş şəxs Rəfail oğlu ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Rəfail oğlu ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6kdə yaşayır. 2021-ci ilin əvvəllərində işsiz olduğuna görə dayısı Şahid onu işə düzəlməyində köməklik göstərməsini xahiş etmişdir. O da bir müddət sonra onunla əlaqə yaradaraq Təqsirləndirilən şəxs adlı tanışının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini ona verərək onun "Azfen BM" şirkətində işlədiyim, onun həmin şirkətdə işə düzəlməyinə köməklik göstərəcəyini bildirib onunla əlaqə saxlamağını tapşırmışdır. O da 2021-ci ilin mart ayında istifadəndə olan ***-***-**-** nömrəsindən həmin mobil telefon nömrəsinə zəng edərək Naiblə əlaqə saxlayıb onunla ünvan 4 ünvanında yerləşən 1 saylı Ruhi-əsəb Dispanserinin yaxınlığında yerləşən adsız kafedə görüşüb ikilikdə bu barədə söhbət etmişlər. Söhbət əsnasında Naib Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən "Azfen BM" şirkətində işlədiyini və orada boş vakansiyaların olduğunu, həmin şirkətdə onu sürücü kimi işə düzəldəcəyinə dair köməklik göstərəcəyini demişdir. Bir neçə gün sonra Naiblə telefon vasitəsilə əlaqə saxlayan onu həmin işə düzəltmək üçün 2500 manat pul lazım olduğunu, həmin puldan 500 manatının ona çatacağını, 2000 manatı isə anket məlumatlarını demədiyi həmin şirkətdə işləyən bir nəfərə verəcəyini bildirmişdir. O isə həmin vaxt 2000 manat, bir müddət sonra isə 500 manatı verə biləcəyini bildirmişdir. O da onunla razılaşmış, növbəti gün yenə ünvan 4 ünvanında 1 saylı Ruhi-əsəb Dispanserinin yaxınlığında adsız kafedə Naiblə ikilikdə görüşüb 2000 manat pulu və şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomunun, hərbi biletinin surətlərini, tibbi arayış və foto şəkilini ona vermişdir. Bir müddət sonra işlə bağlı heç bir xəbər çıxmadığını görüb Naiblə telefon əlaqəsi yaratmış, telefon danışığı zamanı o, işinin həll olunma mərhələsində olduğunu, qısa zaman sonra müsbət nəticə olacağını bildirmişdir. Lakin, bir müddət keçməsinə baxmayaraq yenə də heç bir xəbər çıxmadığı üçün Naiblə yenidən əlaqə yaratmışdır. Naib yenə də eyni sözləri deyərək vaxt qazanmağa çalışmışdır. Sonrakı dövrdə telefon zənglərinə cavab verməmiş, nəticədə telefon nömrəsini dəyişmişdir. Belə olan təqdirdə o, Naib tərəfindən aldadıldığını düşünərək bu barədə polis orqanına müraciət etmişdir. İfadəsinin sonunda, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və iddiasının olmadığını, dəymiş ziyanın tam şəkildə ödənildiyini, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Cinayət işinin başanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Rəfail oğlunun müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (səh. 1-2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirli bilinərək 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sonradan xx.xx.2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Qərarı ilə həmin hökm ləğv edilib iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir (səh. 115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirli bilinərək 02 il 01 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (səh.125-134). Zərərçəkmiş şəxs Rəfail oğlu tərəfindən məhkəmə istintaqında təqdim edilmiş və tədqiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddii ziyan tamamilə ödənilmişdir, onlar barışmışlar, cinayət işinin icraatına xitam verilməsinə etiraz etmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (səh. 98-99). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Rəfail oğlu ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv olunmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 26 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 1(004)-330/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-330/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-330/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver