Məhkəmə qərarları › İş №1(004)-330/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-330/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-330/2024 12.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatında olan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, silah qismində istifadə etdiyi bıçaqla zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 05 fevral 2024-cü il tarixdə, saat 15 radələrində ictimai yer hesab olunan ünvan 4ış binasının 9-cu blokunun qarşısında Zərərçəkmiş şəxs ilə söhbət zamanı sonuncuya, 27 avqust 2022-ci il tarixdə Daşkəsən rayonunda yerləşən evində qonaq qismində qalarkən özü yatdıqdan sonra Zərərçəkmiş şəxs və dostları tərəfindən ayağına iynə vurulmasını bildirərək, dostlarından birinə zəng etməyini təkidlə tələb etmiş, Zərərçəkmiş şəxs dostu Şahid1 zəng edib telefonda səsgücləndirici vasitəsilə Muradın danışmaq istədiyini demiş, Murad telefonda Elnar ilə danışaraq ona belə bir hərəkət edən, yəni ayağına iynə vuran şəxsin ünvanına nalayiq ifadələr işlədərək, onları Ayxan gətirdiyi üçün cəzasını da Ayxanın çəkməli olduğunu bildirib, həmin hadisə təsdiq olunmadığı halda səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib, ətrafdakı insanlar üçün qorxu və narahatçılıq hissi yaradaraq üzərində saxladığı silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sol üz nahiyəsinə vurmuş, sonuncu ondan qaçıb uzaqlaşmaq istəyərkən arxasınca qaçmış və ayağının sürüşüb yerə yıxılmasından istifadə edərək öz qərəzli hərəkətlərini davam etdirib, bıçaqla bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona başın ənsə nahiyəsinin, sol yanağın, boyunun, sol çiyin qurşağının, sol orta qoltuqaltı xətt boyunca sol qalça tini nahiyəsinin, bel nahiyəsinin və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş və müharibə zamanı baş nahiyəsindən kontuziya almışdır. Hazırda o, İİİ qrup əlildir və bununla əlaqədar təqaüd alır. Zərərçəkmiş şəxs 44 günlük Vətən müharibəsi zamanı tanımış və onlar arasında dostluq münasibətləri yaranmışdır. Dəqiq xatırlamadığı tarixdə Ayxan ona zəng edərək dostları ilə birlikdə Tovuz rayonuna istirahətə getdiklərini bildirmiş, həmin vaxtı o, Daşkəsən rayonunda olduğu üçün Ayxanı dostları ilə birlikdə Daşkəsən rayonunda yerləşən «Xaşbulaq» istirahət mərkəzinə dəvət etmişdir. Ayxan onun təklifi ilə razılaşaraq dostları ilə birlikdə Daşkəsən rayonuna gəlmişdir. Bundan sonra onlar həmin gün birlikdə qonaqlıqda olmuş və gecəni birlikdə onun evində keçirmişdirlər. Səhərisi gün Ayxan və dostları onunla sağollaşaraq çıxıb getmişdirlər. Bundan sonra o, hazırda tarixini xatırlamadığı vaxtda Ayxana zəng edərək ayağında ağrılar olduğunu demiş və hazırda adını xatırlamadığı şəxs gecə ona kiminsə onun ayağına iynə vurduğunu bildirdiyini söyləmişdir. Daha sonra o, Ayxana bu məsələni aydınlaşdırmaq məqsədilə görüşməyi təklif etmişdir. Bundan sonra o, dəqiq xatırlamadığı tarixdə Bakı şəhərinə gələrək xatırlamadığı ünvanda Ayxan ilə görüşmüş və onun ayağına kimin iynə vurduğunu soruşmuşdur. Ayxan isə ona iynə vurmadıqlarını bildirmişdir. Bu zaman o, Ayxana gələn dəfə dostları ilə birlikdə görüşməyi təklif etmişdir. 05 fevral 2024cü il tarixdə o, Bakı şəhərində xatırlamadığı ərazidə Ayxan ilə yenidən görüşmüş, həmin vaxtı o, Ayxanın idarə etdiyi «Mercedes» markalı avtomobilinə əyləşmişdir. Bundan sonra Ayxan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 232 saylı binanın yaxınlığında yerləşən avtoyuma məntəqəsinin yaxınlığında avtomobili saxlamış və onlar Ayxan ilə birlikdə avtomobildən düşmüşdürlər. Həmin vaxtı orada o, Ayxanla tək olmuşdur və ətrafda başqa heç kim olmamışdır. Bundan sonra o, Ayxanla arasında olan söhbətləri xatırlamır, lakin bildirir ki, onlar arasında həmin vaxt onun ayağına iynə vurulubvurulmaması ilə əlaqədar mübahisə yaranmış və ilk zərbəni Ayxan ona vurmuşdur. Ayxan onu vurduqdan sonra qaçmış, o da Ayxanın arxasınca qaçmışdır. Həmin vaxtı onun üzərində meyvə doğramaq üçün gəzdirdiyi mətbəx bıçağı olmuşdur, lakin o, Ayxanı vurubvurmadığını xatırlamır. O, Ayxanın arxası ilə gələrək onun yıxıldığını və ondan qan axdığını görmüş, burada təxminən bir neçə saniyə ərzində dayanaraq Ayxana baxıb çıxıb getmişdir. O, Ayxanı vurub-vurmadığını xatırlamır, lakin hesab edir ki, baş nahiyəsindən kontuziya almasaydı, bəlkə də, Ayxanı vurmazdı. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 44 günlük Vətən müharibəsində tanış olmuş və müharibədən sonra da onların bir-birilə olan əlaqəsi davam etmişdir. Müharibə dövründə Muradla onlar arasında münasibətlər normal olmuşdur. Onun müharibə zamanı Muradın baş nahiyəsindən kontuziya almasından və bununla əlaqədar əlilliyininin olmasından məlumatı olmuşdur. Müharibədən sonra o, ordu sıralarından tərxis olunaraq yaşadığı Bakı şəhərinə qayıtmışdır. Hazırda dəqiq xatırlamadığı tarixdə yay aylarında dostları Şahid2 və Şahid1 ilə birlikdə istirahət etmək məqsədilə Tovuz rayonuna gəlmiş və Gəncə şəhərindən keçərkən Muradla hal-əhval tutmaq məqsədilə ona zəng vurmuşdur. Danışıq zamanı Murad onu, dostları Samir və Elnarla birlikdə Daşkəsən rayonunda yerləşən «Xaşbulaq» istirahət mərkəzinə dəvət etmişdir. Muradın dəvəti ilə o, Samir və Elnar ilə birlikdə həmin istirahət mərkəzinə gedib Murad ilə görüşmüş və onlar birlikdə orada əyləşərək qonaqlıq keçirmişdirlər. Həmin gün onlar Muradın dəvəti ilə onun yaşadığı evə getmişlər və bu zaman Muradın valideynləri də evdə olmuşdur. Onlar həmin gün Muradın yaşadığı evdə axşam yeməyi yeyib gecəni orada qalmışlar. O, Samir və Elnar ilə birlikdə Muraddan əvvəl yatmış, Murad isə onlardan gec yatmışdır. Səhəri gün onlar Muradla sağollaşaraq əvvəlcə Tovuz rayonuna getmişlət, sonra isə Bakı şəhərinə qayıtmışdırlar. Bundan bir müddət sonra, hadisədən 10 gün əvvəl, dəqiq xatırlamadığı tarixdə o, Murad ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında görüşmüşdür. Söhbət əsnasında Murad ona gecə birlikdə qaldıqları vaxt ayağına iynə vurduğunu bildirmiş, o isə Murada onun ayağına iynə vurmadığını demişdir. Murad isə ona iynəni o vurmasa belə, onun yanında gələn dostlarının vurduğunu söyləmiş və onun ayağına iynə vurulmasının səbəbkarının o olduğunu bildirmişdir. O isə onun və dostlarının Murada heç nə etmədiklərini izah etmişdir. Murad onun söylədiklərinə inanmadığı üçün o, Muraddan ona necə inanacağını soruşmuş, Murad isə ona Qurana əl basıb and içdikdən sonra inanacağını demişdir. Bundan sonra o, yenə də Murada o və dostlarının heç nə etmədiyini bildirmiş və onlar həmin gün mübahisə etmədən ayrılmışdırlar. Bundan sonra 05 fevral 2024-cü il tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında yenidən görüşmüş və Murad onun idarə etdiyi «Mercedes Benz E» markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Bundan sonra o, avtomobili Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 232 saylı ünvanın yaxınlığında saxlamış və onlar birlikdə avtomobildən düşmüşdürlər. Həmin vaxt Muradın vəziyyəti normal olmamış, ona ayağının keyidiyini və ağrıdığını bildirərək israrla o və dostlarının onun ayağına iynə vurduqlarını bildirmişdir. O, yenə də Murada onun və dostlarının onun ayağına heç nə etmədiklərini başa salmağa çalışmış, lakin bu vaxt onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Murad onun gözləmədiyi anda cibindən bıçaq çıxarmış, o isə özünümüdafiə etmək məqsədilə Muraddan qaçmağa başlamışdır. O, Muraddan qaçarkən ayağı sürüşmüş və yerə yıxılmışdır. O, yerə yıxıldığı zaman Murad əlində olan bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona ümumilikdə 7 bıçaq zərbəsi vurmuş və bıçaq zərbəsinin təsirindən boynundan qan açılmışdır. Murad onun boynundan qan axdığını görərək bir neçə saniyə dayanıb ona baxdıqdan sonra oradan çıxıb getmişdir. Yıxılandan sonra ətrafda olan şəxslər oraya yığışmış və onun boynundan qan gəldiyi üçün təcili tibbi yardıma zəng vurmuşdurlar. Bundan sonra o, xəstəxanaya yerləşdirilmiş və onun müalicə xərcləri qarşılanmışdır. Mübahisə zamanı, o, Murada heç bir xəsarət yetirməmiş və Muradın da onu vura biləcəyini düşünməmişdir. Həmin vaxt onlar arasında qarşılıqlı nalayiq ifadələr işlədilməmiş, lakin Murad onun arxasınca qaçan zaman uca səslə yüngül nalayiq ifadələrdən istifadə etmişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. Təqsirləndirilən şəxs isə dostu Ayxanın vasitəsilə tanımışdır. Bir neçə il bundan əvvəl o, Ayxanla birlikdə Tovuz rayonuna gedərkən yolda Ayxanın döyüş yoldaşı olmuş Muradın dəvəti ilə onlar Daşkəsən rayonunda yerləşən «Xaşbulaq» istirahət mərkəzinə gedərək orada Murad ilə görüşmüşdürlər. Onlar orada həmin gün bir qədər gəzdikdən sonra axşam Muradın dəvəti ilə onun yaşadığı evə gedərək birlikdə axşam yeməyi yedikdən sonra həmin evdə gecələmişlər, səhəri gün isə o, Ayxanla birlikdə Tovuz rayonuna yollanmışdır. Bu görüşdən bir müddət sonra dəqiq xatırlamadığı tarixdə Murad Bakı şəhərinə gəlmiş və Ayxanla təklikdə görüşmüşdür. Həmin görüşdə o iştirak etməmişdir. Həmin gün o, Muradla mobil telefonla danışarkən nə üçün Ayxanı axtarmasını soruşduqda Murad ona cavab olaraq görüşəndə danışacağını bildirmişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Ayxan ona zəng edərək telefonun səs ucaldanı vasitəsi ilə Muradın onunla danışmaq istədiyini demişdir. Danışıq zamanı Murad ona Ayxanla birlikdə onlarda qalan zaman ona nəsə etdiklərini bildirib nalayiq ifadə işlətmişdir. O isə Murada heçnə etmədiklərini bildirmiş, Murad isə ona «siz Ayxanla gəlmisiniz, əziyyətinizi də Ayxan çəkməlidir» cümləsini söyləmişdir. Bundan sonra o, Ayxanın qışqırıq səslərini eşitmiş və Muradın Ayxana nəsə etdiyini düşünərək dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra Ayxanın 1 nömrəli X5 yerləşdirildiyi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 44 günlük vətən müharibəsində onun döyüş yoldaşları olmuşlar və onlar arasında dostluq münasibətləri olmuşdur. Onun özü kafedə ofisiant işləyir. Müharibədən sonra o, Ayxan və Muradla bir neçə dəfə görüşmüşdür. Dəqiq xatırlamadığı tarixdə Murad və Ayxanla birlikdə onun işlədiyi kafeyə gətmişdir. Orada olan söhbət əsnasında Ayxanın səhv etməsinə görə Quran kitabına əl qoyub and içdiyini bildirmişdir. Onlar oturub bir qədər söhbət etdikdən sonra Ayxan və Murad onunla sağollaşıb çıxıb getmişlər. Bundan sonra yenə dəqiq xatırlamadığı tarixdə Ayxan ona zəng edərək Murad tərəfindən bıçaqlanmasını bildirmişdir. Lakin onun Ayxan və Murad arasında yaranan mübahisənin səbəbi barədə məlumatı yoxdur. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 39-41-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 20 il olar ki, tanıyır. Şahid1 da təxminən 20 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs isə 27 avqust 2022-ci il tarixdən dostu Ayxanın vasitəsilə tanımışdır. Belə ki, 27 avqust 2022-ci il tarixdə o, Ayxanın idarə etdiyi avtomobil ilə Ayxan və Elnar ilə birlikdə gəzmək məqsədilə Tovuz rayonuna gedərkən yolda Ayxan döyüş yoldaşı olmuş Murada onların yanında zəng etmişdir. Telefon danışığı zamanı Murad Ayxan ilə onları Daşkəsən rayonunda yerləşən «Xaşbulaq» istirahət mərkəzinə dəvət etmişdir. Ayxan razılıq vermiş və onlar birlikdə Muradın dəvəti ilə Daşkəsən rayonunda yerləşən «Xaşbulaq» istirahət mərkəzinə yollanmışlar. Oraya çatdıqda Murad ilə görüşmüşlər. Həmin vaxt o, Ayxanın vasitəsilə Muradla tanış olmuşdur. Gün ərzində bir qədər gəzdikdən sonra axşam saatlarında Muradın dəvəti ilə sonuncunun Daşkəsən rayonunda yerləşən yaşadığı evinə getmişlər. Həmin vaxt Muradın ailə üzvləri evdə olmuşdur. Onlar birlikdə axşam yeməyi yedikdən sonra həmin evdə gecələmişlər. Belə ki, həmin gecə Murad gec yatacağını deyib telefonda nə isə iş görürmüş. Səhər açıldıqda isə onlar durub Muradın yaşadığı evdə səhər yeməyi yedikdən sonra Murad ilə sağollaşıb Ayxan, Elnar və o, birlikdə Tovuz rayonuna getmiş, sonra isə Bakı şəhərinə qayıtmışlar. Həmin müddət sonra təxminən 2-3 dəfə Ayxan, Elnar, Murad və o, Bakı şəhərində görüşmüşlər. 27 yanvar 2024-cü il tarixdə Murad Bakı şəhərinə gəlmiş və Ayxanla təklikdə görüşmüşdür. Həmin görüşdə Elnar və o, iştirak etməmişlər. 05 fevral 2024-cü il tarixdə, təxminən 16 radələrində Elnar ona zəng edib Muradın Bakı şəhərinə gəlib Ayxan ilə görüşdüyünü, telefonla Muradla danışarkən Ayxanın qışqırıq səsini eşitdiyindən onların aralarında mübahisə yaranmasını ehtimal etdiyini, Ayxanın telefon zənginə cavab vermədiyini demişdir. Həmin vaxt o, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində işdə olmuşdur. Bir qədər sonra o, yenidən Elnar ilə telefonla danışarkən X8 Mərkəzdən zəng gəldiyini, Ayxanın həmin xəstəxanada olduğunu və oraya getdiyini demişdir. O, da özü tək oraya yollanmış və KTM-də Elnar ilə görüşmüşdür. Bundan sonra KTM-də Ayxan əməliyyat olunmuşdur. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 46-48-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən iki aydır ki, ünvan 4ış binasının qarşısında yerləşən avtoyuma məntəqəsində qardaşı Şahid4 ilə birlikdə avtoyuyucu işləyirlər. 05 fevral 2024-cü il tarixdə, təxminən saat 15:37-də o, həmin avtoyuma məntəqəsinin yanında özünə məxsus göy rəngli «Vaz 21011» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili dəsmal ilə qurulayarkən tanımadığı bir nəfər şəxsin digər şəxsin arxasınca iti sürətlə qaçdığını görüb, dərhal avtoyuma məntəqəsinin içərisində olan qardaşı Heydərə bu barədə demişdir. Heydər avtoyuma məntəqəsindən çıxmış və o, Heydər ilə birlikdə həmin şəxslərin qaçdığı istiqamətə iti sürətlə getmişlər. Həmin şəxslər avtoyuma məntəqəsini keçib sol tərəfə qaçmışlar. Ondan əvvəl qardaşı Heydər, qardaşının arxasınca isə o, qaçmışdır. Belə ki, qarşı tərəfdə, yəni Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 232 saylı yaşayış binasının 9-cu blokunun qarşısında əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, oraya çatdıqda əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs artıq bıçaqla Ayxanı vurmuşdu. O, yalnız Muradın bıçaqla Ayxanın sol arxa boyun nahiyəsinə vurmasının şahidi olmuşdur. Murad Ayxanı bıçaqla vurduqdan sonra asta sürətlə oradan çıxıb getmişdir. Bu vaxt qardaşı Heydər dərhal avtoyuma məntəqəsinə gedərək dəsmal götürüb geri qayıdaraq Ayxanın boyuna sarımaqla qan itirməsinin qarşısını almaqla ilkin tibbi yardım göstərmişdir. Yaxınlıqda yaşayan, lakin tanımadığı bir nəfər qadın Ayxana yaxınlaşaraq dəsmal ilə Ayxanın boynunu tutaraq ilkin tibbi yardım göstərmişdir. Həmin vaxt o, öz mobil telefonu ilə təcili tibbi yardıma zəng etmişdir. Təxminən iki dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və həkimlər Ayxanı avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 dediklərini təsdiq edərək analoji ifadə vermişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid6 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 184-186-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Yaşadığı mənzil 232 saylı binanın 9-cu blokun 4-cü mərtəbəsində sağ tərəfdə yerləşir. X1 onun oğludur. 05 fevral 2024-cü il tarixdə təxminən saat 15:30 radələrində o, yaşadığı mənzilin mətbəxində olduğu zaman bir nəfər qadının qışqıraraq polisə məlumat verəcəyini deməsini eşitmişdir. Buna görə o, yaşadığı mənzilin pəncərəsindən binanın qarşı tərəfinə baxdıqda 8 və 9-cu blokların arasında, yəni binanın qarşı tərəfində bir nəfər tanımadığı şəxsin yerdə uzanıqlı vəziyyətdə olmasını, digər tanımadığı şəxsin isə həmin şəxsin yanında ayaq üstə durmasını görmüşdür. Həmin vaxt yerdə uzanıqlı vəziyyətdə olan şəxs ayaq üstə duran şəxsə yalvararaq vurmamasını deyirmiş. Həmin vaxt o, belə başa düşmüşdür ki, həmin şəxs yerdə olan şəxsi bıçaqlamışdır. Belə ki, o, bıçaqlanma anını görməmişdir. O, dərhal istifadəsində olan, lakin oğlu Nurəddinin adına qeydiyyata alınmış ***- ***-**-** saylı mobil nömrəsindən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Dadaş Bünyadzadə küçəsi 232 saylı binanın qarşısında bir nəfər kişinin bıçaqlanması barədə məlumat vermişdir. Həmin vaxt ayaq üstə duran şəxs binadan onun görmədiyi qadının qışqırıq səsini eşidib oradan çıxıb getmişdir. Bundan sonra o, yaşadığı mənzildən çıxıb binanın qarşısına gəlmişdir. Binanın qarşısında avtoyuma məntəqəsində işləyən iki nəfər şəxsin yerdə uzanıqlı olan, yəni bıçaqlanmış şəxsə kömək etdiklərini görmüşdür. Həmin vaxtı orada olan hansısa şəxslər artıq təcili tibbi yardım çağırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və xəsarət almış şəxsi avtomobilə qoyub aparmışlar. O, həmin şəxsləri əvvəllər görməmiş və tanımır. Verilən suala cavab olaraq bildirmişdir ki, Nurəddin onun oğludur və ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olsa da, oğlumun adına qeydiyyata alınmışdır. DİN-in 102 xidmətinə o, bıçaqlanma hadisəsi barədə məlumat vermişdir. Belə ki, həmin vaxt oğlu Nurəddin ümumiyyətlə yaşadıqları mənzildə olmamış və hadisə barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 05 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən ünvan ictimai yer olmaqla, ünvan 4ış binasının 9-cu blokunun qarşısıdır. Hadisə yerinə baxış zamanı qan izləri aşkar olunmuş və 04 ədəd qan nümunəsi qablaşdırılaraq götürülmüşdür. (Cild İ, i.v. 4-13) “İfadənin yerində yoxlanılması haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani formada göstərərək təsdiq etmişdir. (Cild İ, i.v. 53-56) “Diskə baxış keçirilməsi haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə ayrı-ayrılıqda baxışlar keçirilmiş və müəyyən edilmişdir: diskdə 04 ədəd «001», «002», «003» və «004» adlı «MP4 Video File (VLC) (.mp4)» formatlı faylların olması aşkar edilir. «001» adlı fayla baxış keçirilərkən Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes E» markalı avtomobili saxlaması, əvvəlcə Təqsirləndirilən şəxs avtomobilin ön sağ oturacağından düşməsi, sonra isə Zərərçəkmiş şəxs avtomobilin sükan arxasından düşüb birlikdə avtomobilin arxa hissəsisində dayanıb söhbət etmələri müşahidə olunur. «002» adlı fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun arxasınca iti surətlə avtoyuma məntəqəsinin qarşısında keçmələri müşahidə olunur. «003» adlı fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca iti surətlə avtoyuma məntəqəsinin qarşısından keçərək, avtoyuma məntəqəsindən sol tərəfə dönmələri, avtoyuma məntəqəsində işləyən iki nəfər şəxsin avtoyuma məntəqəsinin qarşısından Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxasınca getmələri müşahidə olunur. «004» adlı fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca qaçaraq avtoyuma məntəqəsinin sol tərəfindən aşağı istiqamətə qaçmaları, avtoyuma məntəqəsində işləyən iki nəfər şəxsin onların arxasınca gəlmələri, görüntünün 2-ci saniyəsində Zərərçəkmiş şəxs yıxılması, avtoyuma məntəqəsində işləyən şəxsin hadisə yerindən bir qədər kənarda dayanıb müşahidə etməsi, Təqsirləndirilən şəxs asta sürətlə hadisə yerindən uzaqlaşması müşahidə olunur. Zərərçəkmiş şəxs həmin görüntülərə baxdıqdan sonra görüntüdə olan şəxslərdən birinin özünün, digərinin tanışı Təqsirləndirilən şəxs və digər iki nəfər kişi cinsli şəxslərin avtoyuma məntəqəsində işləyən tanımadığı şəxslər olduğunu, hadisə vaxtı Təqsirləndirilən şəxs onu avtomobilin içərisində vurmadığını, avtomobildən düşdükdə bıçaqla birinci dəfə onun sol üz nahiyəsinə vurduqda oradan qaçdığını, Muradın onun arxasınca qaçdığını, Dadaş Bünyadzadə küçəsi 232 saylı binanın 9-cu blokun qarşısında ayağı sürüşdüyündən yerə yıxıldığını, yerdə oturaqlı vəziyyətdə olarkən Muradın bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona ümumilikdə 7 bıçaq zərbəsi vurduğunu, sonuncu dəfə bıçaqla onun sol arxa boyun nahiyəsinə vurduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin görüntülərə baxdıqdan sonra görüntüdə olan şəxslərdən birinin özünün, digərinin tanışı Zərərçəkmiş şəxs və digər iki nəfər kişi cinsli şəxslərin avtoyuma məntəqəsində işləyən tanımadığı şəxslər olduğunu, hadisə vaxtı Zərərçəkmiş şəxs bıçaq zərəbələri vurub xəsarət yetirdiyini bildirmişdir. (Cild İ, i.v. 61, 82, 165) “Baxış keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bıçağa baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin bıçaq açılıb-qatlanan bıçaqdır. Bıçağın dəstəyi qara və göy rənglərin qarışığından olmaqla, üzərində insan başının skelet şəkilləri həkk olunmuşdur. Bıçağın tiyəsi qara rəngli olmaqla üzərində naxışlar, həmçinin «Gelaitian» və çin hərfləri həkk olunmuşdur. Bıçağın açılıb qatlanmasında heç bir maneə yoxdur və işlək vəziyyətdədir. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. (Cild İ, i.v. 75) “İfadənin yerində yoxlanılması haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, istintaq zamanı ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani formada göstərərək təsdiq etmişdir. (Cild İ, i.v. 78-81) 15 fevral 2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar istintaq zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə deyərək təsdiq etmişlər. (Cild İ, i.v. 104-110) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 29 fevral 2024-cü il tarixli, 154 nömrəli rəyindən görünür ki, 1. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- başın ənsə nahiyəsinin, sol yanağın, boyunun, sol çiyin qurşağının, sol orta qoltuqaltı xətt boyunca sol qalça tini nahiyəsinin, bel nahiyəsinin və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğundur, qərarın təsviri hissəsində qeyd olunduğu kimi bıçaqla yetirilə bilərdilər, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 2. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (Cild İ, i.v. 244-246) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin maddi sübutların ekspertizası ilə bağlı 18 mart 2024-cü il tarixli, 125/2024- MTBŞ nömrəli rəyindən görünür ki: 1. Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu AB0 sistemi üzrə A(İİ)-dir. 2. Ekspertizaya təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri AB0 sistemi üzrə A(İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild İ, i.v. 249-253) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli 681 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi aşkar olunur. Təqsirləndirilən şəxs “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” qeyd olunsa da, hazırki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyətin davamlı dəyişikliyi onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinin tədqiqi zamanı diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkkürünün ilişkən olması aşkar olunmaqla ümumilikdə əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri sabitlik, emosional dəyişkənlik, xarakterik xüsusiyyətlərində başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz maraqlarını və fikirlərini üstün tutmaq, konfliktə və mübahisəyə meyillilik, nümayişkaranəlik, təkəbbürlülük, ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik aşkar olunur. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual imkanları nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual imkanları nəzərə alınmaqla, başqalarının təsiri altında uydurub danışması aşkar olunmadı. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual imkanları nəzərə alınmaqla başqalarının təsiri altında hərəkət etməyə meyilli şəxs kimi qiymətləndirilmir. (Cild İİ, i.v. 1-5) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin maddi sübutların ekspertizası ilə bağlı 18 mart 2024-cü il tarixli, 90-MTKŞ/2024 nömrəli rəyindən görünür ki: 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sağ qolunun ön səthində bir ədəd, gödəkçənin arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd, gödəkçənin kapyuşonunun sol hissəsində üç ədəd, uzunqol köynəyin arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd və şalvarın arxa səthinin sol yuxarı nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin(alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekpertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. 2. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. (Cild İİ, i.v. 8-14) “Sübutlarım qiymətləndirilməsi haqqında” 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus və cinayət hadisəsində istifadə etdiyi 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd şalvar və 01 ədəd CD diski maddi sübut kimi tanınsın, 01 ədəd bıçaq, 01 ədəd gödəkçə, 01 ədəd köynək və 01 ədəd şalvar Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş və 01 ədəd CD diski isə cinayət işinə əlavə olunmuşdur. Cinayət işi üzrə ilkin araşdırma materialları, təqsirləndirilən şəxsin dindirilməsi protokolları, zərərçəkmiş şəxsin dindirilməsi protokolları, şahidin dindirilməsi haqqında protokollar, ifadənin yerində yoxlanılması haqqında protokollar, diskə baxış protokolları, üzləşdirmə protokolu, “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 154 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin Məhkəmə tibbi-biologiya şöbəsinin xx.xx.2024-cü il tarixli 125/2024-MTBŞ saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin Məhkəmə tibbi-kriminalistika şöbəsinin xx.xx.2024-cü il tarixli 90-MTKŞ/2024 saylı rəyi, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 681 saylı rəyi, maddi sübutlar sübut növü kimi qiymətləndirilmişdir. (Cild İİ, i.v. 18-34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli 115 saylı rəyinə əsasən Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi» psixi pozuntusundan əziyyət çəkmişdir. Lakin həmin psixi pozuntu ifadə olunma dərəcəsinə görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs teqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halının yaranma səbəbləri fərdi-psixi xüsusiyyətləri ilə birbaşa əlaqədar olmamış, qeyd edilən fərdi-psixi xüsusiyyətlər (emosional iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri sabitlik, emosional dəyişkənlik; xarakterik xüsusiyyətlərində eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, konfliktə və mübahisəyə meyillilik, öz fikirlərini üstün tutmaq, konfliktə və mübahisəyə meyillilik, nümayişkaranəlik, təkəbbürlü olması, diqqət mərkəzində olmağa çalışması və s.) onun emosional halına ümumən təsir göstərmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilərdi. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 44 günlük vətən müharibəsində bir yerdə iştirak etdikləri üçün tanıyır. Müharibədən sonra Ayxanla onun yaxşı münasibəti olmuş və ara-sıra Bakı şəhəri ərazisində görüşmüşlər. Belə ki, əvvəllər onun Ayxan ilə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Şahid2 və Şamilov X3 dostlarıdır. O, 1 saylı Psixiatrik xəstəxanada qeydiyyatdadır. Hazırda tarixini xatırlamadığı vaxtda Ayxan ona zəng edib dostları ilə birlikdə Tovuz rayonuna getdiklərini bildirmişdir. Həmin vaxt o, Daşkəsən rayonunda olmuş və bu səbəbdən Ayxanı Daşkəsən rayonunda yerləşən «Xaşbulaq» istirahət mərkəzinə dəvət etmişdir. Ayxan da günorta saatlarında dostları ilə birlikdə Daşkəsən rayonuna gəlmiş və o, qarşılayıb «Xaşbulaq» istirahət mərkəzində Ayxan və həmin dostlarına qonaqlıq vermişdir. Bundan sonra, yəni axşam saatlarında o, Ayxan və həmin dostlarını Daşkəsən rayonunda yerləşən evinə dəvət etmişdir. Həmin vaxt valideynləri də evdə olmuşdur. Həmin gün axşam yeməyi yedikdən sonra onun yaşadığı evdə gecələmişlər. Səhər açıldıqda sağ ayağında ağrılar hiss etmişdir. Lakin kəskin ağrımadığı üçün o, Ayxangilə bu barədə heçnə deməmişdir. Ayxan və dostları onun yaşadığı evdə səhər yeməyi yedikdən sonra onunla sağollaşıb çıxıb getmişlər. Ayağında olan ağrılardan və sağlamlığında olan mənfi dəyişikliklərlə bağlı onda şübhə yaranmışdır ki, Ayxan və dostları o yatarkən ayağına iynə vurmuşlar. Bu məsələni aydınlaşdırmaq üçün Ayxan və dostları ilə görüşmək istəmişdir. Bundan sonra hazırda tarixini xatırlamadığı vaxtda o, Ayxana zəng edib ayağında və bədənində ağrılar olduğunu deyib yaşadığı evə Ayxanla birlikdə gələn dostları ilə görüşüb söhbət etməyi təklif etmişdir. Bundan sonra o, hazırda tarixini xatırlamadığı vaxtda tək Bakı şəhərinə gəlib hazırda ünvanını xatırlamadığı yerdə Ayxan ilə görüşüb ayağında və səhhətində dəyişikliklər olmasını bildirmişdir. Həmçinin o, Ayxana nə üçün tək gəldiyini və dostlarını görüşə gətirmədiyini soruşmuşdur. Lakin Ayxan müxtəlif bəhanələr gətirərək suallarından yayınmağa başlamış və ona iynə vurmadıqlarını bildirmişdir. Belə ki, söhbət əsnasında o, Ayxana gələn görüşdə onun evinə gəlmiş dostları ilə birlikdə gəlməsini demiş və bununla onların danışığı sonlanmış, sağollaşıb ayrılmışlar. Həmin vaxt onun üzərində bıçaq olsa da, onun Ayxanı vurmaq fikri və niyyəti olmamışdır. Sonuncu dəfə 05 fevral 2024-cü il tarixdə günorta saatlarında o, Bakı şəhərində xatırlamadığı yerdə Ayxan ilə görüşmüşdür. Həmin vaxt Ayxan görüşə özünün idarə etdiyi dövlət nömrə nişanını xatırlamadığı «Mercedes» markalı avtomobil ilə gəlmişdir. O, Ayxanın idarə etdiyi avtomobilə əyləşmişdir. O, Ayxana bildirmişdir ki, “gedək sakit yerə söhbət edək”. Ayxanla söhbət zamanı onun Ayxanı vurmaq fikri olmamışdır. Ayxan Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşayış binalarının həyətində avtomobili saxlamışdır. Həmin vaxt Ayxan ilə avtomobildən düşmüşdür. Ayxan ilə söhbət əsnasında yenidən Ayxandan nə üçün dostları ilə birlikdə gəlmədiyini soruşmuş və dostlarından birinə zəng etməsini demişdir. Ayxan öz mobil telefonu ilə əvvəllər birlikdə onun yaşadığı evə gəlmiş iki nəfər dostundan birinə zəng etmişdir. O, Ayxanın dostu ilə telefon danışığı zamanı nə üçün Ayxanla birlikdə görüşə gəlmədiyini soruşmuşdur. Ayxan da, hər hansı bəhanə gətirərək gəlmədiyini bildirmişdir. Bundan sonra telefonda bildirmişdir ki, «bilmirəm mənə qarşı kim şərəfsizliyi edib, ama sizi mənim evimə Ayxan gətiribsə sizin mənə qarşı etdiyiniz hərəkətlərə görə Ayxan cavab verməlidir». Bundan sonra Ayxan əlində olan, dəmiratan əşya ilə onun sağ ayağının diz hissəsinin sağ tərəfindən vurmuşdur. Dəmir şalvarını deşmiş və ayağını zədələmişdir. Ayxan onu dəmiratan ilə vurduqdan sonra qaçmışdır. Bundan sonra o, Ayxanı söyərək arxasınca qaçmışdır. Yaxınlıqda yerləşən avtoyuma məntəqəsinin qarşısından keçib sola tərəf dönüb bir qədər qaçdıqdan sonra yaşayış binasının qarşısında Ayxan yerə yıxılmışdır. Həmin vaxt o, üzərində olan qatlanıb-açılan təxminən 4 barmaq ölçüdə olan kiçik ölçülü cib bıçağını sağ əlində tutmaqla Ayxanı vurmaq istəyərkən Ayxanın boyun nahiyəsində qan görmüş, həmçinin yaxınlıqda bir nəfər qadının səsini eşidib özünə gəlmiş və bıçağı cibinə qoyub oradan uzaqlaşmışdır. O, Ayxanı vurmağını xatırlamır, onun Ayxanı vurmaq niyyəti olmamışdır.o, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Rövşən Nuruzadə küçəsində tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı evin qarşısında bir gün əvvəl borc verdiyi pulu geri istəyən zaman Orxan Dadaşovun onu söyməsini cüzi səbəb kimi bəhanə gətirərək öz şəxsiyyətini sonuncunun və digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ucadan səs-küy salıb nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai yer olan küçədə insanların gözü qarşısında əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağını silah qismində istifadə etməklə O.Dadaşova xəsarət yetirmək məqsədi ilə hücum edib sonuncuya bıçaqla zərbələr endirmək istəsə də Orxan Dadaşovun zərbələrdən yayınması səbəbindən xəsarət yetirə bilməmiş, həmin vaxt orada olan və onun qanunazidd davranışlarına son qoymaq, həmçinin qardaşı Orxan Dadaşova xəsarət yetirməsinin qarşısını almaq üçün onun qollarından tutaraq saxlamış Zərərçəkmiş şəxs əlindəki həmin bıçaqdan silah qismində istifadə etməklə sol qoltuqaltı və çiyin nahiyəsindən qəsdən iki dəfə vurub ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxs E.Ə.Məmmədova müqavimət göstərməklə döş qəfəsinin sol yarısının, sol kürəküstü nahiyəsinin kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, qanunsuz hərəkətlərini davam etdirib yenidən O.Dadaşova xəsarət yetirmək məqsədi ilə hücum edib bıçaqla zərbələr endirmək istəsə də Orxan Dadaşovun zərbələrdən yayınması səbəbindən xəsarət yetirə bilməmiş, bununla da silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxs Orxan Dadaşovun üzərində zor tətbiq edilməsi hədəsi ilə, həmçinin ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan zərərçəkmiş şəxs Elxan Məmmədova müqavimət göstərməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilkin olaraq Zərərçəkmiş şəxs onu vurması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. ilk zərbəni Ayxan ona vurmuşdur Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.3-cü maddəsinə əsasən bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; “Şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 93) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-142/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 fevral 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 138-142) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 dekabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (Cild İ, i.v. 151-152) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 04 fevral 2022ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qoyulmuş diaqnoz baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, yaddaşın enməsi ilə. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyasının müdafiəsi vaxtı yaranmışdır. (Cild İ, i.v. 208) Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. (Cild İ, i.v. 211-212) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 17 aprel 2024-cü il tarixli və 27 may 2024cü il tarixli ərizələrdən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. (Cild İİ, i.v. 55) Məhkəmə, Təqsirləndirilən şəxs Vətən Müharibəsi zamanı iştirak edərək orada yaralanmasını, İİ qrup əlil olmasını və zərərçəkmiş şəxslərlə barışmasını, ona dəymiş zərəri ödəməsini Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunun mövcudluğunu nəzərə alaraq, məhkəmə şəxsin təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsi ilə ona cəza təyin edərkən, CM-nin qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərini təmin etmək üçün onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqinin mümkünlüyünü nəzərdən keçirir. Məhkəmə törədilmiş cinayətin məqsədi və motivini, yuxarıda göstərilən müstəsna halların mövcudluğunu, sadalanan yungulləşdirici halların məcmusunu nəzərə alaraq hesab edir ki, qeyd olunanlar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, № 4 saylı Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 8-ci bəndində CM-nin 62-ci maddəsinin tətbiqi məsələləri barədə qeyd edilmişdir ki, cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb, təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən daha az cəza təyin edilməsi ilədə islah oluna bilər və ona təqsirli bilindiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməklə də islah edilməsi mümkündür. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd şalvar və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman istifadə etdiyi 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 15 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 15 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd bıçaq, 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar