Məhkəmə qərarları › İş №1(004)-331/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-331/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-331/2024 20.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısı olan bank kartından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 12 avqust 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, Zərərçəkmiş şəxs1 yolun hərəkət hissəsinin kənarında saxladığı “Toyota Prius" markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək avtomobilin salonundan sonuncuya məxsus içərisində 10 manat dəyərində ***-***-**-** saylı nömrə olan 300 manat dəyərindəki “Samsung A30 S” markalı mobil telefonu və həmin mobil telefonun qoruyucu örtüyünün arxa hissəsində olan 750 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1060 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 18 dekabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 124 ünvanında yerləşən “İran” klinikasının yaxınlığında Zərərçəkmiş şəxs2 yolun hərəkət hissəsinin kənarında saxladığı “Ford Transit" markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək, avtomobilin salonundan Zərərçəkmiş şəxs2 məxsus “Kapital Bank" ASC-yə aid 4169- 7388-8921-3942 saylı elektron məlumat daşıyıcısı olan bank kartını gizli yolla talayıb, qeyd olunan bank kartından istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 18 dekabr 2023-cü il tarixdə saat 21:02-dən saat 21:03-dək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 122 saylı ünvanda yerləşən ‘Kiosk 59” mağazasından 121 manat dəyərində, həmin gün saat 21:06-da Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 148K saylı ünvanda yerləşən "Başkent” şirniyyat mağazasından 6 manat dəyərində və həmin gün saat 21:24-dən saat 21:35-dək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 150 saylı ünvanda yerləşən “X15” geyim mağazasından 551 manat dəyərində alış veriş edib, Zərərçəkmiş şəxs2 ümumilikdə 678 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 13 yanvar 2024-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 148 ünvanında yerləşən aptekin yaxınlığında Zərərçəkmiş şəxs3 idarə etdiyi “Fiat Doblo” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında saxladığını və arxa yük hissəsinin qapısının açıq olmasını görüb, bundan istifadə edərək, avtomobilin arxa yük hissəsindən 02 ədəd sellofanda olan 05 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 3,41 manat təşkil edən 17,05 manat dəyərində "aspirin kardio", 05 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 0,77 manat təşkil edən 3,85 manat dəyərində “açiklovir akos", 03 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 0,83 manat təşkil edən 2,49 manat dəyərində “visakodil", 01 ədəd 43,50 manat dəyərində 400 mq “qeptrar, 07 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 4,49 manat təşkil edən 31.43 manat dəyərində "qlyukofaj", 01 ədəd 5,11 manat dəyərində “deksalin", 03 ədəd hər birinin qiyməti ayrıayrılıqda 3,02 manat təşkil edən 9,06 manat dəyərində "imran”, 02 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 16,58 manat təşkil edən 33,16 manat dəyərində “imperim Xİ/, 03 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 8,31 manat təşkil edən 24,93 manat dəyərində “krvent", 01 ədəd 8,31 manat dəyərində "karum sanove", 01 ədəd 5,68 manat dəyərində “klaritin", 01 ədəd 57,29 manat dəyərində “klopiqamma”, 01 ədəd 11,84 manat dəyərində "klofit", 01 ədəd 4,46 manat dəyərində “lorista H50”, 03 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 4,84 manat təşkil edən 14,52 manat dəyərində "İtiroksin”, 01 ədəd 16,81 manat dəyərində “maksilevo’', 02 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 4,31 manat təşkil edən 8,62 manat dəyərində “pantaron”, 01 ədəd 14,07 manat dəyərində “prestans”, 01 ədəd 14.35 manat dəyərində “rabezoF, 01 ədəd 7,42 manat dəyərində “terapin bid", 01 ədəd 8,25 manat dəyərində “traumel”, 05 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 4,39 manat təşkil edən 21,95 manat dəyərində "flunol”, 02 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 0,33 manat təşkil edən, 0,66 manat dəyərində “enalapril”, 02 ədəd hər birinin qiyməti ayrı- ayrılıqda 2,27 manat təşkil edən 4,54 manat dəyərində “enap”, 01 ədəd 9,15 manat dəyərində “belanten”, 01 ədəd 9,25 manat dəyərində "deklosit", 01 ədəd 7,91 manat dəyərində “zaviraks", 01 ədəd 4,45 manat dəyərində “lorinden A", 01 ədəd 4,72 manat dəyərində “lorinden C", 01 ədəd 4,90 manat dəyərində “terafilin”, 02 ədəd hər birinin qiyməti ayrıayrılıqda 7,77 manat təşkil edən 15,54 manat dəyərində “triderm”, 29 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 11,19 manat təşkil edən 324,51 manat dəyərində "nimesil”, 01 ədəd 3,76 manat dəyərində “fitaton”, 02 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 3,57 manat təşkil edən 7,15 manat dəyərində “çay qepartea”, 01 ədəd 8,88 manat dəyərində “betadin” termolabil preparatları, 10 ədəd hər birinin qiyməti ayrı-ayrılıqda 1,62 manat təşkil edən 16,2 manat dəyərində «natriy xlor» məhlulunu gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 785,77 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi Babək küçəsində olmuşdur. Həmin vaxt yolun hərəkət hissəsinin kənarında dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı Toyota Prius markalı avtomobil dayanmış və avtomobilin salon şüşələri açıq vəziyyətdə olmuşdur. Avtomobilin içərisində Samsung markalı mobil telefon cihazı olmuşdur. O, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin mobil telefonu götürmüş və oradan uzaqlaşmışdır. Telefona baxarkən kaburanın içərisində 750 manat pul olduğunu görmüşdür. Həmin pulu ehtiyaclarına xərcləmişdir. Telefonun üzərində olan nömrəni çıxarıb tullamış, lakin hara tullamağını xatırlamır. Samsung markalı mobil telefonu satmaq üçün xx.xx.2023-cü il tarixdə metronun 20 Yanvar stansiyasının yaxınlığına getmişdir. Həmin gün saat təxminən 12 radələrində oğurladığı Samsung markalı mobil telefonu əvvəllər tanımadığı şəxsə 150 manata satmışdır. Telefonu satdığı şəxsdə inam yaratmaq üçün telefonun özünə məxsus olması ilə bağlı şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış, vərəqdə müvafiq qeydlər aparmışdır. Əldə etdiyi 150 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 18 dekabr 2023-cü il tarixdə, təxminən saat 21:15 radələrində ünvan 6 ünvanında yerləşən avtobus dayanacağının yanında tək dayanarkən yolun kənarında “Ford" markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdə olmuşdur. Həmin avtomobilin sağ şüşəsinin açıq vəziyyətdə və içərsində heç kimin olmadığını görüb kənara baxmış, heç kim gəlmədiyi üçün avtomobilin sağ qapısını açıb avtomobilin salonunda pul kisəsi olduğunu görüb, həmin pul kisəsini oğurlayaraq avtomobilin qapısını örtüb oradan uzaqlaşmışdır. Sonra avtomobildən kənarda pul kisəsinə baxarkən pul kisəsinin içərsində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, Azəriqaz kartı və "xxxx"ASC-yə aid kartın olduğunu görmüşdür. Pul kisəsi içərisindən “Kapital Bank" ASC-yə aid kartı götürüb, pul kisəsini içərisində olan sənədlərlə birlikdə avtomobilin dayanmış olduğu yerin yaxınlığında yol kənarında yerə atmışdır. Həmin gün axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Başkent" şirniyyat mağazasından həmin kartdan istifadə etməklə 2 ədəd “Bizon" içkisi almış, bundan sonra Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən kioskda alış-veriş etmiş, daha sonra ünvan 6 ünvanında yerləşən "X16” geyim mağazasından həmin kartdan istifadə etməklə 2 ədəd gödəkçə, bir ədəd dəst idman paltarı və bir ədəd idman ayaqqabısı almaqla həmin kartdan ümumilikdə 678 manat dəyərində alış veriş etmişdir. Sonra Yasamal rayonu, A.M.Şərifzadə küçəsində ATS yaxınlığında həmin kartı yolun kənarına atmışdır. O, həmin kartdan pul nağdlaşdırmamışdır. Bundan başqa bildirmişdir ki, 13 yanvar 2024-cü il tarixdə, təxminən saat 16:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən «İran» Klinkasının qarşısında piyada tək yol gedərkən avtomobil yolunun kənarında “Fiat Doblo" markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlamış və avtomobilin sürücüsü avtomobilin arxa yük yerini açıb avtomobildən sellofanları götürüb yolun digər tərəfinə keçmişdir. O, həmin avtomobildən pul və ya qiymətli əşya oğurlayıb, sataraq gəlir əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin avtomobilə yaxınlaşıb, kənarda hər-hansı bir şəxsin diqqətinin onda olmadığını görüb, həmin avtomobilin arxa yük yerini açmış və orada olan 02 ədəd selofan torbanı görmüş, həmin sellofanları götürüb oradan uzaqlaşmışdır. Bundan sonra Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən metronun «İnşaatçılar» stansiyası yaxınlığında sellofanların içərisinə baxarkən içərsində dərmanlar olduğunu görmüşdür. Sonra həmin dərmanları satmaq üçün yolun kənarında tanımadığı markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksiyə minib metronun «20 yanvar» stansiyası yaxınlığına gedərək orada taksi avtomobilindən düşmüşdür. 02 ədəd sellofanda olan dərmanları götürüb metronun «20 yanvar» stansiyası yanında yerləşən bır neçə aptekə daxil olub satmaq üçün təklif etsə də, heç kim almamışdır. Sonra Respublika Kliniki Xəstəxananın yanında tanımadığı şəxsə 2 ədəd sellofanda olan dərmanların bir hissəsini 100 manata satmış, bir hissəsini tanımadığı şəxslərə vermiş, qalan hissəsini isə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında yerləşən “Embovod" mağazsının çöl tərəfində piləkənlərin altında gizləmişdir. 04 fevral 2024-cü il tarixdə o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə dəvət olunmuşdur. Polis Bölməsində 13 yanvar 2024-cü il tarixdə törətmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə dərmanları gizlətdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində metronun «İnşaatçılar» stansiyasının yaxınlığında yerləşən “Embovod” mağazsının yaxınlığına yollanmış və o, dərmanları gizlətdiyi yeri əyani olaraq göstərmişdir. Həmin dərmanlar polis əməkdaşları tərəfindən onun iştirakı ilə oradan götürülərək protokol tərtib edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 18 dekabr 2023-cü il tarixdə, təxminən saat 21:00-da şəxsi işləri ilə əlaqədar olaraq etibarnamə əsasında idarə etdiyi, dostu X2 məxsus «Ford Transit» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 124 ünvanında yerləşən «İran» klinikasının yaxınlığında yolun kənarında saxlayıb, bir neçə dəqiqəlik avtomobildən düşdüyü üçün avtomobilin qapısını bağlamadan örtüb avtomobildən uzaqlaşmışdır. O, işlərini görüb bir neçə dəqiqədən sonra avtomobilə geri qayıtmış və avtomobilə əyləşib yaşadığı ünvan 7 ünvanına getdmişdir. Həmin gün saat 21 radələrində o, yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 21 ünvanında olduğum zaman istifadəsində olan mobil telefonun «Birbank» mobil tətbiqinə özünə məxsus, "xxxx" ASC-yə aid 4169-7388-8921- 3942 nömrəli kartından 678 manat pulunun onlayn yolla alış-veriş edilməklə çıxarılması barədə məlumat gəlmişdir. Həmin vaxt o, xatırlamışdır ki, qeyd olunan kartı özünə məxsus pul kisəsinin içərisinə qoymaqla avtomobildə şitin üzərinə qoymuşdur. O, dərhal avtomobilə yaxınlaşıb içərisinə baxış keçirərkən özünə məxsus pul kisəsinin avtomobilində olmadığını aşkar etmişdir. Belə ki, avtomobilinə qoymuş olduğu pul kisəsinin içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, özünə məxsus sürücülük vəsiqəsi, Mehman Rəcəbova məxsus «Ford Transit» markalı, 77- BZ-794 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyat şəhadətnaməsi, özünə məxsus «Azəriqaz» ödəniş kartı və özünə məxsus, "xxxx" ASC-yə aid 4169- 7388-8921-3942 nömrəli kartı olmuşdur. Bundan sonra o, tam əmin olmuşdur ki, 18 dekabr 2023-cü il tarixdə, təxminən saat 21:00-da o, idarə etdiyi «Ford Transit» markalı, 77-BZ- 794 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 124 ünvanında yerləşən «İran» klinikasının yaxınlığında yolun kənarında saxlayıb, bir neçə dəqiqəlik avtomobildən düşüb avtomobildən uzaqlaşıb yenidən avtomobilə qayıtdığı ərəfədə onun pul kisəsi avtomobilin salonundan naməlum şəxs tərəfindən oğurlanmışdır. Onun mobil telefonunda olan «Birbank» mobil tətbiqinə gələn mesajlardan görünür ki, kartında olan pullar ilk öncə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən «Başkent» şirniyyat mağazası, Köşk 59 və Bakı şəhəri, Yasamal rayonu, İnşaaçılar prospektində yerləşən «X17» geyim mağazasında kartdan istifadə olunaraq 678 manat pul vəsaiti xərclənmişdir. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ondan şikayətçidir və qanunverciliyə uyğun cəzalandırılmasını xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2018-ci ilin oktyabr ayından hazırkı vaxta kimi "xxxx" MMC-də satış müvəkkili vəzifəsində işləyir və həmin MMC-yə məxsus «Fiad Doblo» markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında özünə məxsus sürücülük vəsiqəsi əsasında idarə edir. Həmin şirkətin baş ofisi ünvan 8 ünvanında yerləşən «Begoc» Biznes mərkəzində, anbarı isə ünvan 9 ünvanında yerləşir. Onun işinin mahiyyəti qeyd olunan şirkətə məxsus dərmanları Bakı şəhəri ərazisində yerləşən müxtəlif apteklərə paylamaqdan ibarətdir. 13 yanvar 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisindən idarə etdiyi «Fiad Doblo» markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ilk öncə Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Kaktus» restoranının yaxınlığına gəlib, orada avtomobili saxlayıb 422 saylı aptekə dərmanları vermişdir. Bundan sonra Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 328 saylı apektə, daha sonra "xxxx" MMC-nin yaxınlığında yerləşən 512 saylı aptekə, «Bravo» marketin yaxınlığında «Real» aptekə dərmanları vermişdir. Həmin gün, yəni 13 yanvar 2024-cü il tarixdə, təxminən saat 16:25-də ünvan 10 ünvanın qarşısında avtomobili saxlayıb, avtomobildən dərmanı götürüb, avtomobil yolunun digər tərəfinə keçərək orada yerləşən 322 saylı aptekə dərman vermişdir. Bundan sonra yenidən avtomobilə əyləşib ünvan 11 ünvanın qarşısında avtomobildən düşüb dərmanları götürüb «Darçın» aptekə getmiş və geri qayıdanda avtomobilin arxa yük yerinə qoymuş olduğu 02 ədəd sellofanda olan ümumi dəyəri 769,57 manat olan, 17,05 manat dəyərində 5 ədəd “aspirin kardio", 3,85 manat dəyərində 5 ədəd “açiklovir akos”, 2,49 manat dəyərində 3 ədəd “visakodil", 43,50 manat dəyərində 1 ədəd 400 mq “qeptral”, 31,43 manat dəyərində 7 ədəd “qlyukofaj”, 5,11 manat dəyərində 1 ədəd “deksalin”, 9,06 manat dəyərində 3 ədəd “imran”, 33,16 manat dəyərində 2 ədəd “imperim XL", 24,93 manat dəyərində 3 ədəd “krvent”, 8,31 manat dəyərində 01 ədəd “karum sanove”, 5,68 manat dəyərində 1 ədəd “klaritin", 57,29 manat dəyərində 1 ədəd “klopiqamma”, 11,84 manat dəyərində 1 ədəd “klofit", 4,46 manat dəyərində 1 ədəd “lorista H50”, 14,52 manat dəyərində 3 ədəd “İtiroksin", 16,81 manat dəyərində 1 ədəd “maksilevo”, 8,62 manat dəyərində 2 ədəd “pantaron", 14,07 manat dəyərində 1 ədəd “prestans”, 14,35 manat dəyərində 1 ədəd “rabezol”, 7,42 manat dəyərində 1 ədəd "terapin bid”, 8,25 manat dəyərində 1 ədəd “traumel", 21,95 manat dəyərində 6 ədəd “flunol”, 0,66 manat dəyərində 2 ədəd “enalapril”, 4,54 manat dəyərində 2 ədəd “enap”, 9,15 manat dəyərində 1 ədəd “bepanten”, 9,25 manat dəyərində 1 dəd “deklosit”, 7,91 manat dəyərində 1 ədəd “zaviraks", 4,45 manat dəyərində 1 ədəd “lorinden A”, 4,72 manat dəyərində 1 ədəd “lorinden C”, 4,90 manat dəyərində 1 ədəd “terafilin”, 15,54 manat dəyərində 2 ədəd “triderm”, 324,51 manat dəyərində 29 ədəd “nimesil”, 3,76 manat dəyərində 1 ədəd “fıtaton" şampunu, 7,15 manat dəyərində 2 ədəd “çay qepartea" və 8,88 manat dəyərində 1 ədəd “betadin” dərmanlarının naməlum şəxs tərəfindən gizli yolla oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal avtomobili ünvan 10 ünvanında qarşısında saxlayıb Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib, idarə etdiyi avtomobildən 02 ədəd sellofanda olan dərmanların naməlum şəxs tərəfindən gizli yolla oğurlanması barədə məlumat vermişdir. O, qeyd olunan dərmanların avtomobildən oğurlanmasını ünvan 11 ünvanının qarşısında avtomobildən düşüb dərmanları götürüb «Darçın» aptekə gedib, geri qayıtdıqda aşkar etmişdir. Həmin gün apteklərə verməyi üçün ona təqdim olunan dərmanların dəyəri 1114,01 manat olsa da, 344,44 manat dəyərində dərmanları oğurluq hadisəsindən əvvəl apteklərə vermişdir. Lakin oğurlanmış, 02 ədəd sellofan torbada olan dərmanların qiyməti isə 769,57 manat təşkil etmişdir. Sonradan o, avtomobilə ətraflı baxdıqda avtomobildə qeyd etdiyi dərmanlardan başqa özü üçün aldığı hər birinin dəyəri 1,62 manat olan 16,2 manat dəyərində “natriy xlor” məhlulunun da oğurlanmasını müəyyən etmişdir. Belə ki, 491 saylı «Zeytun» aptek qeyd olunan dərmanların pulunu "xxxx" şirkətinə ödədikdən sonra o, həmin dərmanları həmin aptekə çatdırarkən həmin oğurluq hadisəsi baş verdiyi üçün, o, öz vəsaiti hesabına 491 saylı «Zeytun» aptekin pulunu tam olaraq ödəmişdir. Buna görə 769,57 manat və əlavə 16,2 manat olmaqla ümumilikdə 785,77 manat maddi ziyan tam olaraq ona dəymişdir. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 tədqiq edilmiş ifadəsindən görünür ki, o, 12 avqust 2023-cü il tarixdə saat 22 radələrində Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən marketin qarşısına idarə etdiyi **-TN-*** nömrəli “Toyota Prius" markalı avtomobillə gəlmiş, avtomobilin qapısını açıq qoyub mağazaya daxil olmuş, siqaret alıb 2 dəqiqə sonra avtomobilə qayıtmış, bu zaman avtomobilin şitində olan “Samsung A30 s" markalı, **********95243 və **********95241 imei kodlu, 300 manat dəyərində, üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonunun və telefonun arxa hissəsində olan 750 manat nağd pulunun oğurlanmasını aşkar etmişdir. Ümumilikdə ona 1060 manat maddi ziyan dəymişdir. Sonra polisə zəng etmiş, ərizə yazmışdır. Ona dəymiş maddi ziyanın ifadəsində göstərdiyi məbləğin əsas götürülməyini xahiş etmişdir. Ona məxsus mobil telefonun üzərində olan qoruyucu örtüyü (kaburo) uzun müddət bundan əvvəl aldığı üçün və uzun müddət istifadəsində olmasını nəzərə alaraq hazırda qiyməti onun üçün heç bir əhəmiyyət kəsb etmir. Ona məxsus «Samsung Galaxy A30s» markalı mobil telefonun üzərində olmuş 070- ***-**-** saylı GSM nömrənin balansında danışıq vəsaiti olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsindən görünür ki, o, 14 avqust 2023-cü il tarixdə saat 12 radələrində Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yanına özünə məxsus mobil telefon almaq üçün getmiş, orada gəzərkən mobil telefon satışı mağazasının yanında Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, Cümşüd özünə məxsus mobil telefonu satmasını, pula ehtiyacı olduğunu bildirmiş, o, da Cümşüdün göstərdiyi “Samsung A30" markalı **********95243 və **********95241 imei kodlu mobil telefonu götürüb baxıb sazlığını yoxlamış və razılaşıb 150 manata həmin mobil telefonu almış, Cümşüddən şəxsiyyət vəsiqəsini tələb edib, imzasını, ayın tarixini, imei kodun qeydiyyatını şəxsiyyət vəsiqəsinin üstünə yazdırmış, sənədi götürüb oradan çıxıb getmişdir. Sonrakı vaxtlarda başqa telefon işlətdiyi üçün həmin telefonu tanışı hərbçi işləyən Beybutov Fəhminə pay vermiş, Fəhmin bir müddət telefonu işlətmiş sonra ona qaytarmışdır. Belə ki, Fəhmin özünə daha bahalı telefon almışdır. Hadisədən xəbəri olmamış, telefonu və şəxsin sənədini könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 fevral 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi il cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (1-ci Cild, İ/V. 01). “Cinayət işinin tövsif edilməsi haqqında” 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. (1-ci Cild, İ/V. 161). "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 22896 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus **********9524 imei kodlu mobil telefonda xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə X6 məxsus ***-***-**-** saylı mobil nömrə istifadə olunmuşdur. (1-ci Cild, İ/V. 20). “Azərfon" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL-16145/23 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus **********95241 imei kodlu mobil telefonda xx.xx.2023-xx.xx.2023-cü il tarix aralağında ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr istifadə olunmuşdur. Araşdırma zamanı ***-***-**-** saylı mobil nömrənin Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil nömrə, ***-***-**-** saylı mobil nömrənin isə X5 istifadəsində olması müəyyən edilmişdir. (1-ci Cild, İ/V. 28). “Baxış keçirilməsi haqqında" xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Yasamal RPl-nin 28-ci PŞ-nin təhqiqatçısı polis mayoru Roman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 12 ünvanında yerləşən “Embawood" mebel mağazasının qarşısına baxış keçirilmiş, Təqsirləndirilən şəxs taladığı dərmanlardan 10 ədəd natrium xlorid məhlulu həmin mağazanın çöl pilləkəninin alt hissəsindən aşkar olunaraq götürülmüşdür. (1-ci Cild, İ/V. 29-36) Zərərçəkmiş şəxs3 istintaqa dəymiş maddi ziyana dair “Zeytun Farm" MMC-nin tərtib etdiyi 02 vərəqdan ibarət ziyan aktını təqdim etmiş və həmin siyahıya əsəsən dəymiş ziyan aşağıdakı kimidir: Həblər: 17,05 manat dəyərində 5 ədəd “aspirin kardio”, 3,85 manat dəyərində 5 ədəd “açiklovir akos”, 2,49 manat dəyərində 3 ədəd “visakodil”, 43,50 manat dəyərində 1 ədəd 400 mq “qeptral", 31,43 manat dəyərində 7 ədəd “qlyukofaj”, 5,11 manat dəyərində 1 ədəd “deksalin”, 9,06 manat dəyərində 3 ədəd “imran", 33,16 manat dəyərində 2 ədəd "imperim XL", 24,93 manat dəyərində 3 ədəd “krvent", 8,31 manat dəyərində 01 ədəd “karum sanove”, 5,68 manat dəyərində 1 ədəd "klaritin", 57,29 manat dəyərində 1 ədəd "klopiqamma", 11,84 manat dəyərində 1 ədəd “klofit", 4,46 manat dəyərində 1 ədəd “lorista H50", 14,52 manat dəyərində 3 ədəd “İtiroksin”, 16,81 manat dəyərində 1 ədəd “maksilevo”, 8,62 manat dəyərində 2 ədəd “pantaron", 14,07 manat dəyərində 1 ədəd “prestans”, 14,35 manat dəyərində 1 ədəd “rabezol", 7,42 manat dəyərində 1 ədəd “terapin bid”, 8,25 manat dəyərində 1 ədəd “traumel", 21,95 manat dəyərində 6 ədəd “flunol”, 0,66 manat dəyərində 2 ədəd “enalapril", 4,54 manat dəyərində 2 ədəd “enap"Məlhəm, Krem və Şamlar: 9,15 manat dəyərində 1 ədəd “bepanten", 9,25 manat dəyərində 1 dəd “deklosif, 7,91 manat dəyərində 1 ədəd “zaviraks”, 4,45 manat dəyərində 1 ədəd “lorinden A", 4,72 manat dəyərində 1 ədəd “lorindən C”, 4,90 manat dəyərində 1 ədəd “terafılin", 15,54 manat dəyərində 2 ədəd “triderm"Tibbi ləvazimatlar: 324,51 manat dəyərində 29 ədəd “nimesil", 3,76 manat dəyərində 1 ədəd “fitaton” şampunu, 7,15 manat dəyərində 2 ədəd “çay qepartea"Termolabil preparatlar: 8,88 manat dəyərində 1 ədəd “betadin"Ümumi məbləğ: 769,57 manatBundan başqa Zərərçəkmiş şəxs3 özü üçün aldığı 10 ədəd “natriy xlor" məhlulunun qiymət qəbzindən görünür ki, 1 ədəd “natriy xlor” məhlunun qiyməti 1,62 manat olmaqla 10 ədədin qiyməti 16,2 manat etmişdir. i.v: 54-59 xx.xx.2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə cəmi 02 (iki) ədəd olmaqla «WhatsApp Video 2024-02-05 at 13.33.16 (1)» və «WhatsApp Video 2024-02-05 at 13.33.16» adlı «MP4 Video File (VLC) (.mp4)» formatlı fayllar vardır. «WhatsApp Video 2024-02-05 at 13.33.16 (1)» adlı fayl 45 saniyədən ibarətdir. Həmin görüntüdə Təqsirləndirilən şəxs avtomobil yolunun kənarında dayanmış «Fiat Doblo» markalı avtomobilin arxa yük yerindən 02 ədəd sellofan paketi oğurlayıb sağ əlində tutmaqla qarşı tərəfəyə, yəni işıqfor istiqamətdə piyada hərkət etməsi müəyyən olunur. «WhatsApp Video 2024-02-05 at 13.33.16» adlı fayl 08 saniyədən ibarətdir. Həmin görüntüdə Təqsirləndirilən şəxs ayaqqabı təmir məntəqəsinin qarşısında sağ əlində 02 ədəd sellfoan paketləri tutmaqla piyada hərəkət etməsi müəyyən olunur. Qeyd olunan görüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs görüntülərdə olan şəxsin özü olmasını və qeyd olunan avtomobilin arxa yük yerindən, içərisində dərmanlar olan 02 ədəd sellofan paketləri oğurlayıb hadisə yerindən uzaqlaşdığını etiraf etmişdir. (1ci Cild, İ/V. 83). xx.xx.2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, 01 ədəd diskə Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə baxış keçirilmiş və diskdə olan «VTS_01_1» adlı faylda görüntünün 52 saniyədən ibarət olması müəyyən olunmuşdur. Həmin görünütüdə müşahidə olunan Təqsirləndirilən şəxs kartdan istifadə etməklə ödəniş etməsi müəyyən edilmişdir. Qeyd olunan görüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs görüntülərdə olan şəxsin özü olmasını və Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 150 saylı ünvanda yerləşən “X15” geyim mağazasında geyim əşyaları almaqla oğurladığı "xxxx" ASC-yə aid kartla ödəniş etdiyini etiraf etmişdir. (1-ci Cild, İ/V. 175). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 fevral 2024-cü il tarixdə (saat 18:30 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X7 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci Cild, İ/V. 74). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-111/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 5 fevral 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (1-ci Cild, İ/V. 191-194). Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1805 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Abdullayev X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (2-ci Cild, İ/V: 140-141). “İfadənin yerində yoxlanılması haqqında” 7 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir. (1-ci Cild, İ/V. 183-186). Təqsirləndirilən şəxs taladığı mobil telefonu ondan almış Şahid "Samsung A30 S" markalı, **********95243 və **********95241 imei kodlu mobil telefonu, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sonuncu surətin üzərinə “xx.xx.2023, İmei **********95243, Samsung A30 S, özümə məxsusdur imza" sözləri yazaraq sənədi imzalamışdır. (2-ci Cild, İ/V. 52). Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs soncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cü il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum eilmişdir. (2-ci Cild, İ/V. 65-66). “Sübutların qiymətləndirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A30 s" markalı mobil telefonun Zərərçəkmiş şəxs1, 10 ədəd “natriy xlor” məhlulunun isə Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi təqsirləndirilən şəxsin öz etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin əvvəllər də eyni tipli cinayəti törətməklə oğurluq əməlinə meyilli olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 5 fevral 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və Vasif adlı oğurluq etdiyi görüntünü göstərən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılsın və 01 ədəd “Samsung A30 s" markalı mobil telefonun Zərərçəkmiş şəxs1, 10 ədəd “natriy xlor” məhlulunun isə Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 qızının vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-331/2024 saylı, 3 may 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılsın, 01 ədəd “Samsung A30 s" markalı mobil telefonun Zərərçəkmiş şəxs1, 10 ədəd “natriy xlor” məhlulunun isə Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar