Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-332/2021 29.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Müdafiəçi: “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi1, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Yasamal rayonu 53 saylı orta məktəbdə müəllim işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 583/1, mənzil 18-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92, mənzil 128-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 05 may 2021-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Bakı şəhəri Yasamal rayonu B.Şaxtaxtinski küçəsi 65 saylı evin ikinci mərtəbəsindəki qonaq otağında olarkən qayınanası Zərərçəkmiş şəxs ona əri Anar Sultanovun barəsində şikayət edib həbsinə nail olmasını, özünün isə mənzildə rahat yaşamasını irad kimi bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı o, həmin evin mətbəx otağında Zərərçəkmiş şəxs qəsdən əli və ayağı ilə vuraraq sonuncuya sağ baldırın qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən və sağ əlin beşinci barmağın proksimal falanqasının əsasında yerdəyişməyən sınıq xətti kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, onun yaşadığı Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsi 65 nömrəli ev fərdi həyət evi olmaqla iki mərtəbəlidir. 1-ci mərtəbədə o, həyat yoldaşı Şahid1 ilə, 2-ci mərtəbədə isə gəlini Təqsirləndirilən şəxs isə öz övladları, yəni nəvələri 16 yaşlı Müslüm və 14 yaşlı Səma ilə birlikdə yaşayır. Oğlu Anarın onun gəlini Təqsirləndirilən şəxs guya mütəmadi olaraq döyməsi ilə bağlı sonuncunun polisə davamlı şikayəti üzrə oğlu Anar Sultanov 04.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 133-cü maddəsi ilə həbs olunmuş və hazırda sonuncu Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır, oğlu Anar həbs olunandan sonra yaşadıqları evdə onun İlahə ilə sözlə mübahisələri yaranmışdır. Belə ki, o, İlahəyə irad bildirirərək “axı qadın öz ərini tutdurmaz” ifadəsini işlətdikdə sonuncu da “hələ bu harasıdır, səni, ərini və qızlarını da tutduracam, siz bu evdən çıxmalısınız” sözlərini ona demişdir. 05 may 2021-ci il tarixdə saat 22 radələrində o, ikinci mərtəbədə olan zivəyə asdığı paltarları yığdıqdan sonra 1-ci mərtəbəyə düşərkən görmüşdür ki, İlahə ikinci mərtəbədəki otaqdakı divanda uzanaraq əlini başını altına qoyub telefona baxaraq istirahət edir. İlahəni telefona baxıb istirahət edən yerdə gördükdə yaxınlaşaraq sonuncuya “ərin Anarı niyə tutdurdun, necə ərinin tutulduğu halda sən necə bu evdə istirahət edə bilirsən” ifadələrini işlətmiş və balışı İlahənin başının altından çəkərək mətbəxə aparıb saxladığı pişiyin yerinə atmış və sonuncuya “sənin yerin ora deyil, sənin yerin pişiyin yanıdır” ifadəsini işlətmişdir. Bundan sonra İlahə mətbəxə gələrək mebeldən qabları götürərək yerə atıb sındırdıqda o, sonuncuya “ay bala belə niyə edirsən” ifadəsini işlətmişdir. Bundan sonra İlahə sınmış qabın qalıqlarından birini götürərək özünün qoluna xəsarət yetirmək istəmişdir. Həmin vaxtı o, İlahənin özünə xəsarət yetirməsinə görə bir qədər qorxu hissi keçirmişdir. Amma nədənsə İlahə bu fikrindən daşınmış və qabın qalığını yerə atmışdır. O, İlahəyə “niyə belə edirsən” sualını verdikdə sonuncu onun üstünə hücüm çəkərək mətbəxdə onun saçından yapışaraq dartmağa başlamış, yumruğu ilə başından və sol qolunun çiyin nahiyəsindən bir dəfə vurmuşdur. O, İlahəni geri itələdikdən sonra nəvəsi Səma anası İlahənin qarnından itələyə-itələyə sonuncuya “bəsdi də mama, nənəyə elə eləmədə” ifadəsini işlətmişdir. O, da nəvəsi Səmaya qorxmamasını bildirmişdir. İlahə ona baş nahiyədən vuranda o, mətbəxin küncünə yıxılmış və sağ əlinin barmaqlarının ağrıdığını hiss etmiş və qışqırmağa başlamışdır. İlahə ona başından vurmamışdan əvvəl o, əllərini qeyri iradə olaraq başının üzərinə qaldırmışdır ki, İlahənin zərbəsi onun sifətinə dəyməsin. İlahənin onun başına atdığı yumruğu ilk əvvəl onun qeyri iradi başının üzərinə qaldırdığı sağ əlinin barmaqlarına dəyərək həmin barmaqları geri qatlamış və sonra onun başına dəymişdir. Həmçinin İlahə mətbəxin küncündə təpiyi ilə onun sağ ayağının baldır nahiyəsindən dəfələrlə vurmağa başlamışdır. O, qışqırdıqda birinci mərtəbədə olan əri Müslüm onların olduğu ikinci mərtəbədəki mətbəxə qalxmış və nə olduğunu soruşub onun əlindən tutaraq qaldırmaq istəyəndə sonuncuya “deyəsən sağ əlinin barmaqları sınıb” ifadəsini işlətmişdir. Həmin vaxtı onun sağ əlinin barmaqları ağrıyırmış. Ərim Müslüm də “ayıb olsun sizə, düş cəhənnəm ol aşağıya” deyərək ona qışqırmışdır. O, da Müslümə demişdir ki, “əlim sınıb, bir dəqiqə gözlə ölürəm axı”, əri Müslüm onu yerdən qaldırmaq üçün qoluna girdikdə o, sonuncuya “lazım deyil” ifadəsini işlətmişdir. O, həmin vaxtı görmüşdür ki, İlahə eyvana keçərək baş nahiyəsini eyvanın məhəccərinin daşına vuraraq özünə xəsarət yetirməyə başlamışdır. O, da Müslümü çağıraraq “gəl gör, bu neynir” deyə sonuncuya səslənmişdir. Müslüm həmin hadisənin şahidi olsa da İlahəyə bir kəlmə də söz deməmişdir. İlahə qəsdən başını məhəccərin daşına vururmuş ki, baş nahiyəsi göyərsin. O, da əri Müslümlə birlikdə birinci mərtəbəyə düşmüşlər. Sonradan yaşadıqları evə polis əməkdaşları gəlmiş və o, yalnız bundan sonra hadisə barədə şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqında sorğu-sual zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, polisə əvvəlcə İlahənin zəng vurduğunu, İlahəyə heç bir xəsarət yetirmədiyini, ekspertizaya gedənə qədər barmağının sınmağını bilmədiyini, İlahə ona xəsarət yetirərkən üzü göyərməsin deyə barmaqlarını başının üzərinə tutduğunu, İlahənin isə onun barmaqlarını geriyə qatladığını, hadisə baş verərkən orada İlahə və özünün olduğunu, nəvəsi Səmanın isə onların arasında olduğunu, sonradan həmin nəvəsinin necə olduğundan xəbəri olmadığını, nəvəsinin onları ayırmaq istədiyini, sonradan Səmanın hara getdiyini bilmədiyini, yoldaşı Şahid1 həmin vaxt 1-ci mərtəbədə olduğunu, daha sonra yuxarı qalxdığını, Müslümün yuxarı qalxarkən İlahənin onun saçından tutmasını gördüyünü, lakin artıq əri Müslüm yuxarı qalxanda İlahə onu vurmağını dayandırdığı üçün İlahənin ona vurmasını yoldaşı Müslümün görmədiyini, əri Müslümün qışqırdıqdan sonra İlahənin hərəkətlərini dayandırdığını, buna görə də hadisəni görənin İlahə, nəvəsi Səma və özü olduğunu qeyd etmişdir. Həmçinin verilən suallara cavab olaraq bildirdi ki, ilahə ilə mətbəxdə mübahisə zamanı o əlini başına tutmüşdür ki, ilahənin zərbələri ona dəyməsin, İlahə isə onun barmaqlarını tutub arxaya qatlamışdı, yəni çevirmişdir. Mübahisə başlayanda nəvəsi Səmayə onların arasına girmişdir. Əri Müslüm yuxarı gələndə İlahə onun saçını buraxmışdır, artıq vurmurdu. Hadəsəni 4 nəfər görüb. O özü, İlahə, nəvəsi Səmayə, əri Müslüm. Digər oğlan nəvəsi isə öz otağında olmuşdur, hadisəni görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, evləndikdən sonra atası Müslümün yaşadığı evdən köçmüşdür. Sonradan qardaşı Anar onların tanımadıqları İlahə ilə evlənmiş və həmin evlilikdən 2 övladları vardır. 2021-ci ilin may ayında gəlinləri İlahə öz əri, yəni qardaşı Anar barədə şikayət etdiyindən sonuncu həbs edilmişdir. Bundan sonra gəlinləri İlahə ilə onun anası Səmayə arasında mübahisə düşməyə başlamışdır. 06 may 2021-ci il tarixdə saat 10.00 anası Səmayə ona zəng edərək bildirmişdir ki, 05.05.2021-ci il tarixdə saat 22.00 radələrində yaşadığı evin ikinci mərtəbəsində İlahə ilə mübahisələri düşüb, həmin vaxtı İlahə mətbəxdəki qab-qacaqları yerə ataraq sındırıb, sonra yumruğu ilə ona (yəni anası Səmayəyə) baş nahiyədən vurub, o, (yəni anası Səmayə) da əlini müdafiə olunmaq üçün başının üzərinə qaldırdıqda İlahənin yumruğu onun (yəni anası Səmayənin) sağ əlinin barmağını sındırıb. Eləcə də danışıq zamanı anası Səmayə ona demişdir ki, İlahə ona (yəni anası Səmayəyə) təpiklə ayağından vurub, sağ əlinin barmaqları ağrıyır. Hətta anası Səmayədən öyrənmişdir ki, sonradan səs-küyə onun atası Müslüm ikinci mərtəbəyə çıxdıqda İlahənin onun anası Səmayənin saçından yapışmasını görüb, həmin zaman İlahə mətbəxin qapısından çıxaraq başını məhəccərin daşına vurub və deyib ki “sizi şərləyib tutduracağam”. Anası Səmayə hadisə barədə olanları ona danışmış və xahiş etmişdir ki, onunla birlikdə həkimə gedərək sağ əlini rentgen etdirsinlər. Amma o, işə getməli olduğunu anası Səmayəyə demiş və özünün tək getməsini bildirmişdir. Sonradan o, eşitmişdir ki, anası Səmayə polisə gedərək gəlinləri İlahə barədə şikayət ərizəsi yazmış və həkimə gedərərk sağ əlini gipsə qoydurmuşdur. Bundan başqa o, 23.05.2021-ci il tarixdə anası Səmayə ilə danışdıqda öyrənmişdir ki, sonuncu həmin gün saat 13.00 radələrində həbsdə olan qardaşı Anar üçün yaşadığı evin ikinci mərtəbəsində yemək bişirmək istədikdə gəlinləri İlahə onun anası Səmayəyə imkan verməmiş, hətta İlahə onun anası Səmayəni əli ilə itələmişdir, bundan sonra Anası Səmayə baş verənlərlə bağlı DİN-in 102 Xidmətinə zəng edib şikayət etsə də sonradan şikayətini geri götürmüşdür. Bundan başqa gəlinləri İlahə onun anası Səmayəni və atası Müslümü mütəmadi olaraq hədələyib tutduracağını bildirmişdir. Hətta 2021-ci ilin iyun ayında X32 Nazirliyinə şikayət edərərk guya onun polisdə xidmət aparan oğlu Şahid4 narkotik vasitədən istifadə etməsi barədə yalan məlumat vermişdir. Buna görə oğlu Nicatı iş yerindən tibbi müəssisəsinə aparıb narkoloji müayinədədn keçirmişlər. İlahənin məqsədi onların ailəsini ləkələmək olmuşdur. Hətta İlahə onun işlədiyi X26 və Ginekologiya İnstituna məktub ünvanlayaraq onun rüşvət əsasında işdə qaldığını yalandan göstərmişdir. Şahid3 ifadəsində, qardaşı Anar tutulduqdan sonra o, gəlinləri İlahə ilə heç bir vaxt söhbət etmədiyini və sonuncu ilə danışıq aparmadığını, İlahənin onun tərəfindən təhqir olunması və barəsində nalayiq söyüşlər işlətməsi ilə bağlı göstərdiklərinin yalan olmasını bildirmişdir. Məhkəmə istintaqında sorğu-sual zamanı Şahid3 bildirmişdir ki, hadisəni birbaşa gözü ilə görmədiyini, hadisə baş verən zaman orada olmadığını, hadisənin necə baş verdiyini anası Zərərçəkmiş şəxs ilə hadisənin səhəri günü, yəni 06.05.2021-ci ildə telefonda danışarkən anasının ona dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda Yasamal rayonu B.Şaxtaxtinski küçəsi ev 56-da ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Əmrulla qızı onun qonşusudur və eyni məhəllədə böyüdükdən sonuncunu uşaqlıqdan tanıyır. Hətta yaşadıqları ev üzbə-üz yerləşdiyindən Səmayənin bütün ailə üzvlərini çox yaxşı tanıyır. 2021-ci ilin may ayının əvvəllərində gecə vaxtı o, yatmaq üçün yataq otağına keçmiş, həmin vaxtı yataq otağının pəncərəsi açıq olduğundan qonşusu Zərərçəkmiş şəxs Əmrulla qızının yaşadığı evdən mübahisə səslərinin gəlməsini eşitmişdir. Müəyyən müddət sonra Zərərçəkmiş şəxs Əmrulla qızının evindəki səs-küy kəsilmişdir. Səhərisi gün günorta vaxtı saat 12-13 radələrində o, bazarlıq etmək üçün yaşadığı evdən çıxaraq yolla gedəndə qonşusu Zərərçəkmiş şəxs Əmrulla qızını görmüşdür. Həmçinin o, Zərərçəkmiş şəxs Əmrulla qızının sağ qolunun gipsdə olduğunu görmüş və nə baş verdiyini, niyə qolunun gipsdə olduğunu sonuncudan soruşmüşdür. Zərərçəkmiş şəxs Əmrulla qızı ona demişdir ki, gipsdə olan qolunu gəlini İlahə sındırıb. O, Zərərçəkmiş şəxs Əmrulla qızından soruşmuşdur ki, “bəs İlahə barmağını sındıranda Anar harda idi”. Səmayə də ona demişdir ki, “İlahə öz əri Anarı tutdurub”. Bu ifadələrdən sonra o, Zərərçəkmiş şəxs Əmrulla qızından başqa söz soruşmamış fikirləşmişdir ki, ailə işinə qarışmasın. Bundan sonra o, Zərərçəkmiş şəxs Əmrulla qızından ayrılmışdır. 2021-ci ilin iyun ayının ortalarında o, Səmayənin gəlini İlahənin yaşadığı evdən çamadanları çıxaraq markasına fikir vermədiyi avtomobilə yığmasını görmüş və 2-3 gün sonra Səmayədən öyrənmişdir ki, gəlini İlahə evi tərk etmişdir. Umxanım Məmmədova ifadəsində, onun yaşadığı evin yataq otağının pəncərəsinin Zərərçəkmiş şəxs Əmrulla qızının yaşadığı evin giriş qapısına baxdığını, o, yataq otağında olanda Səmayənin evdən gələn səsi eşidə bildiyini, O, Zərərçəkmiş şəxs Əmrulla qızının yaşadığı evdən başqa münaqişə səslərinin gəlməsini eşitmədiyini, heç bir vaxt Zərərçəkmiş şəxs Əmrulla qızı ilə gəlini İlahənin arasında olan dava-dalaşa şahid olmadığını və sonuncuları həmişə mehriban gördüyünü bildirmişdir. Məhkəmə istintaqında sorğu-sual zamanı şahid X3 bildirmişdir ki, hadisəni birbaşa gözü ilə görmədiyini, hadisə baş verən zaman orada olmadığını, hadisənin necə baş verdiyini hadisənin səhəri günü bazarlıq etməyə gedərkən Səmayəni gördüyü zaman onun qoluna nə olduğunu soruşanda Səmayənin bunu gəlini İlahənin etdiyini, ancaq xəsarəti hansı formada aldığını Səmayədən soruşmadığını, onların evindən hadisə baş verən gün səs-küy gəldiyini, ancaq hadisəni gözü ilə görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, gəlini Təqsirləndirilən şəxs yalan, böhtan şərçi söhbətlərindən sonra oğlu Anarı tutdurmuşdur. Şərlədi Anarı tutdurdu, 17 ildir biryerdə yaşayırlar lakin kimin göstərişi və ya fitfasıyla bu işi elədi özü bilər. 04.05.2021-ci il tarixdə Anarın tutulan gününü səhəri günü, yəni 05.05.2021-ci il tarixdə evdə oturmuşdum televizora baxırdım, təqribən saat doqquz, onun yarısı olardı təqribən. Yuxarıdan səs gəldi, bunlar ourlar 2-ci mərtəbədə, mən oluram 1-ci mərtəbədə. Gördüm yuxarıdan səs gəlir, Dedim yəqin söhbət edirlər, gördüm səs böyüdü, gördüm bu səs o səsdən deyil, iniltili səsdi məcbur oldum qalxım yuxarı. Mən yuxarı qalxanda pilləkənlərlə. Qalxdım yuxarı kuxnaya girəndə gördüm yerdə şüşə, elə bil ki bura bomba düşüb şüşələr dağılıb, tarıela qırılıb, yerdə şüşələr. Yoldaşı Səmayə də yerdə əyləşib, bu əzrayıl, qansız (gəlini İlahə) da onun başının üstündə dayanıb, yapışıb onun saçından, Simanın (yoldaşı Səmayə) da əlləri başındadır, yəqin ki özünü müdafiə edir, bu da onun saçından yapışıb, ya başına vururdu ya neyniyirdi bilmirəm. Mən bunu görəndə qışqırdım gəlinə ki cəhənnəm ol, doğurdan da gəlinim mənim sözümü eşitdi, əlini çəkdi 2 metrəyə yaxın aralandı. Keçdi durdu balkona çıxan tərəfdəki qapının yanında durdu. Mən də Simanın əlindən tutub ki qaldırım, dedi ki, burax əlimi, deyəsən əlim əzilib. Mən də əlini buraxdım, girdim qoltuğunun altına qaldırdım, dedim gəl aşağı ta heç nə soruşmadım. Dedim gəl aşağı mən də düşdüm bunun qabağına, elə 2 pilləkən addım atmışdım ki, nəvəm çağırdı ki baba gəl bir buna bax. Təzdən qayıtdım dala gördüm ki İlahə bizim dama çıxan qapının yanında olan məhəccərinə öz başını vurur. Fikir vermədim təzədənnən qayıtdım aşağı, Sima da mənim dalımca düşdük aşağı. Düşdük aşağı, aşağı düşəndən sonra Sima başladı ona hadisəni danışmağa. Sima bildirib ki, ikinci mərtəbədə olan zivədən asdığı paltarları yığıb geri qayıdanda İlahənin ikinci mərtəbədəki otaqda divana uzanaraq istirahət etdiyini görmüş və İlahəyə “ərin Anar tutulduğu halda sən necə bu evdə istirahət edə bilirsən” ifadələrini işlədib İlahənin başının altındakı balışı çəkərək mətbəxə aparıb atmış, İlahə də hücüm çəkərək mətbəxdə Səmayənin saçından yapışmış və yumruğu ilə başından vurmuş, hətta Səmayənin sağ əlinin 5-ci barmağını (çeçələ barmağımı) geri qatlayaraq sındırmış, təpiyi ilə həyat yoldaşı Səmayənin sağ ayağının baldır nahiyəsindən dəfələrlə vurmuşdur. Hadisədən sonra onun yoldaşı Səmayə tibbi ekspertizaya müraciət etdikdən sonra sonuncunun sağ əlinin çeçələ, adsız və şəhadət barmağına gips qoyulmuş və orada öyrənmişlər ki, Səmayənin çeçələ barmağı sınmış, adsız və şəhadət barmağı da zədələnmişdir. Məhkəmə istintaqında sorğu-sual zamanı Şahid1 bildirmişdir ki, hadisə baş verən zaman orada yoldaşı Səmayə və İlahənin olduğunu, o yuxarı qalxarkən yoldaşı Səmayənin əlinin başında olduğunu, İlahənin Səmayənin saçından tutduğunu, o da İlahəyə hirsləndiyindən İlahə də əlini yoldaşı Səmayənin saçından buraxaraq çəkdiyini və Səmayədən aralandığını, İlahənin əlində bərk heç bir şey, əşya olmadığını, həmin vaxtı İlahənin Səmayənin başından vurmasını görmədiyini, onun yanında İlahənin səmayənin başından vurmadığını, həmin vaxt nəvəsi Səmayəni orada görmədiyini, hətta nəvələrinin səs-küyə gəlmədiyini, İlahənin əlində bərk əşya görmədiyini, həmçinin onun yanında İlahənin yoldaşı Səmayəni vurduğunu görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında 21.11.2007-ci il təvəllüdlü şahid X17 təhsil aldığı məktəbdə müəlliməsi işləyən X5 iştirakı ilə məhkəmədə dindirilmişdir. O, Təqsirləndirilən şəxs qızıdəı, Zərərçəkmiş şəxs nəvəsidir. Belə ki, məhkəmə istintaqı zamanı şahid X17 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən gün anası Təqsirləndirilən şəxs ilə divanda oturduğunu, anasının kitab oxuduğunu, özünün isə telefona baxdığını, həmin vaxt nənəsinin yuxarı qalxdığını, qışqırmağa başladığını, anasını təhqir etməyə başladığını, nənəsi Səmayənin anası İlahənin sol qolundan sağ əli vurmağa başladığını, özünün isə həmin vaxt onların ortasında olduğunu, üzünün anası tərəfə olduğunu, anasının həmin vaxt onu sakitləşdirərək kənara çəkilməsini dediyini, daha sonra səs-küyə babası Şahid1 yuxarı çıxdığını, babasının da nənəsi ilə birləşərək anası İlahənin sağ qolundan vurmağa başladığını, biraz keçdikdən sonra anasının mətbəxə keçərək onların sakitləşməsini gözləməsini, ancaq babası və nənəsinin anasının arxasınca mətbəxə getdiyini və anasını itələyə-itələyə mətbəxdən bayıra çıxarmaq istədiyini, babasının anasının qolundan tutaraq bayıra çıxaran zaman anası İlahənin başının mətbəxin divarına tinə dəydiyini, nənə və babasının anasını bayıra çıxararaq mətbəxin qapısını bağladıqlarını bildirmişdir. Məhkəmə istintaqında sorğu-sual zamanı şahid X17 bildirmişdir ki, hadisə zamanı anası İlahə nənəsi Səmayənin saçından tutmamışdır, hadisə zamanı heç kimin yerə yıxılmadığını, babasının yuxarı qalxdığı zaman nənəsinin əlinin qırılmağı və ya ağrımağı barədə babasına heçnə demədiyini, nənəsinin barmağının qırılmasının necə baş verdiyini bilmədiyini, nənəsinin anasını təxminən 4-5 dəfə dalbadal vurduğunu, anasının nənəsinin saçından tutmadığını, istintaq zamanı üzləşməyi mən istəsəm də nənəmin istəmədiyini dediklərini, hadisə zamanı özünün onların ortasında olduğu üçün anasının ümumiyyətlə nənəsinə reaksiya vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı verilmiş ittiham üzrə təqsirli bilməyərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 2003-cü il tarixdə X18 ilə evlənmiş və həmin evlilikdən Müslüm adlı oğlu, Səma adlı qızı olmuşdur. O, evləndikdən sonra Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsi 65 nömrəli həyət evində yaşamağa başlamışdır. O, övladları ilə 2-ci mərtəbədə, qayınatası Şahid1 və qayınanası Zərərçəkmiş şəxs isə 1-ci mərtəbədə yaşayır. Həyat yoldaşı Anar Sultanov tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qaldığı üçün, dözülməz vəziyyət yarandığı üçün bununla bağlı məcbur olub polisə müraciət edib. Bu səbəbdən də ərinin tutub saxlanılması ağlına gəlməmişdir. Oturmuşdum evdə dua kitabı var idi onu oxuyurdum, qızım da telefonla məşğul idi, qonaq otağında oturmuşduq. Birdən hardasa on birin yarısı, on bir radələri, yəni axşam radələri idi qaynanam çıxdı yuxarı və başladı nalayiq nə varsa ağzına nə gəldi deməyə başladı ki, oğlumu tutdurmusan, nə bilim belə, əxlaqsız sözlər deməyə təhqir eləməyə başladı. Uşaq da oturmuşdu, uşaq da bunları görürdü, uşaq gördü ki qaynanam üstümə gələcək mən də durdum ki bəlkə keçib gedər, uşaq da tez mən tərəfə gəldi ki, yəni məni aparsın o tərəfə ki, yəni aranı ayırmaq məqsədilə. Qaynanam dözə bilmədi üstümə gəldi barmağını tutaraq dayanmadan sağ qoluyla sol qolumdan vurdu. Gah əlini barmaqlarını düz tuturdu, gah yumruq tuturdu dayanmadan vururdu, qışqırığa qaynatam gəldi, mən elə bildim ki gəlib bizi ayıracaq, hər dəfəki kimi söz sözbət olanda gəlib sakitləşdirirdi, lakin gəldi gördüm ki o da ondan betər nalayiq sözlər deməyə, başladı təhqiramiz ifadələr işlətməyə, sən mənim oğlumu tutdurmusan, o da sağ əliylə sol qolumdan da o başladı vurmağa, bunun ekspertizasında da keçmişəm, qolumda göyərtilər də var, yəni onun nəticəsində əmələ gəlib. Ekspertiza rəyini və şəkilləri də göndərmişəm. Sonra gördüm ki bəlkə o ayıra, amma gördüm ki ayırmaq məqsədi yoxdu, ikisi də, biri ordan vurur, biri burdan vurur, uşağı da mən ayırıram ki, Səma sən keç, uşaq ortada qalıb, mən öz haımda, onlar da vurur, ağırda dözmədim çəkdim uşağı keçdim mətbəxə ki bəlkə ara sakitləşsin, oğlanları dı da tutulub pis təsir edir, mətbəxə keçəndə gördüm dalımca gəldilər, yenə də gözlərini bərəldib sənə göstərərik, nə bilim ikisi də qolumdan itəliyə itəliyə, axırda qaynatam necə itələdisə başım o, bizdə mətbəxin qapısı balacadı, ploşadka var paltar sərməyə, oradan da yol var həyətə düşməyə, itələyib ora çıxardanda başım tinə dəydi, başım gicəlləndi, bilmədim necə dəydi, sonradan gördüm ki başımda şiş var. Sonra polislər yarım saatdan sonra gəldilər, sonra ekspertə getdim. Həmin gün də vaksin olunmuşdum, soyuq və külək, qaldım balkonda, sonra gördüm ki qızım açdı qapını keçdim içəri, bir az sonra polislər gəldilər. sonra da getdim izahat verdim, ekspertizadan keçdim. Məhkəmə istintaqında sorğu-sual zamanı təqsirləndirilən şəxs bildirdi ki, oğlundan şikayət etdiyi üçün, qaynanası Zərərçəkmiş şəxs ona demişdir ki, biz də səni tutduracağıq, uşaqları əlindən alacağıq, hətta iş yerinə şikayət edib, saytlara qoyacağıq ki, belə bir müəllimə orada işləyir. Hətta təhsil nazirliyinə də şikayətlər edib. Artıq qaynanası işini görmüşdü, qaynanasının onu döyməmişdən əvvəl Zərərçəkmiş şəxs özü polisə ondan əvvəl zəng vurduğunu, hadisənin planlaşdırılmış iş olduğunu, o polisə zəng edəndə polisdən ona demişlər ki səndən əvvəl qaynana zəng edib, onu döyməmişdən əvvəl qayınanasınının polisə zəng vurduğunu, onun artıq polisə zəng vurarkən onların sizdən əvvəl qayınananız zəng vurub deməklərini, qızı Səmanın nənəsi Səmayənin polisə anasından əvvəl zəng vurduğunu dediyini bildirmişdir. Həmçinin qızı Səmanın ortalarında olduğu üçün, həmçinin bir qolundan qaynanası, digər qolundan qaynatası vurduğu şəraitdə qayınanasına heç bir xəsarət yetirmədiyini, Ümumiyyətlə özündən böyüyə heç vaxtı əl qaldırmamışdır. Qaynanasının onu vurarkən yaşlı adam olduğu üçün, sümüyü yumşaq olduğu üçün qaynanası onu vuranda ola bilsin ki özü xəsarət alıb, qaynanasının da məqsədi onu şərləmək idi. Yəni qaynanası əvvəlcədən bunu planlaşdırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu B.Şaxtaxtinski küçəsi ev 65-də ikinci mərtəbədə, nənəsi Səmayə və babası Müslüm isə birinci mərtəbədə yaşayır. Atası Anar əvvəllər onlarla birlikdə yaşasa da anası İlahə atası Anar barədə şikayət etdiyindən sonuncu 2021-ci ilin may ayında həbs edilmişdir. Sonradan nənəsi Səmayə ilə onun anası İlahə arasında münaqişə düşdüyündən anası İlahə və bacısı Səma hazırda yaşadıqları evi tərk edərərk digər babası Məzahirin yaşadığı evinə köçərək orada yaşayırlar. 2021-ci ilin may ayının əvvəllərində saat 22.00 radələrində o, ikinci mərtəbədə öz otağında yatdığı zaman həmin mərtəbədə nənəsi Səmayə ilə anası İlahənin münaqişə səslərini eşitmişdir. O, gələn səslərə əhəmiyyət verməyib otaqdan bayıra çıxmamış, yatmağa davam etmişdir, səhərisi gün o, münaqişə barədə heç kimdən soruşmamış, amma nənəsi Səmayənin sağ qolunun yaylıqla çiynindən bağlandığını görmüşdür. Sonra nənəsi Səmayə həkimə gedərərk sağ əlini gipsə saldırmışdır. O, ikinci mərtəbədə olarkən birinci mərtəbədə olan nənəsi Səmayə ilə babası Müslümün hadisə barədə danışıqlarını təsadüfən eşitmişdir. Belə ki, babası Müslüm hadisə günü səs-küyə ikinci mərtəbəyə çıxaraq nənəsi Səmayəni aşağı salmış və sağ əlinin barmağına nə olmasını sonuncudan soruşmuşdur. Nənəsi Səmayə də babası Müslümə demişdir ki, İlahə onun sağ əlinin barmağını sındırıb. Həmin zaman o bilmişdir ki, anası İlahə münaqişə hünü nənəsi Səmayənin sağ əlinin barmağını sındırdığı üçün sonuncu əlini gipsə qoydurub. Həqiqətən də o, nəsəsi Səmayə ilə anası İlahənin etdiyi münaişəyə qarışmamış, sadəcə hadisənin səhərisi gün ikinci mərtəbədə mətbəxə daxil olanda yerdə sınmış halda qab-qacaqları grmüşdür. Hətta o, anası İlahədə hadisə barədə soruşmamışdır. Hadisədən sonra o, nənəsi Səmayə ilə söhbət edəndə sonuncunun sağ əlinin barmağının anası İlahə tərəfindən sındırılmasını, bu baxımdan nənəsi Səmayənini əlinin gipsə salınmasını bir daha öyrənmişdir. Verilən suallara cavab olaraq Şahid1 Anar oğlu ifadəsində, heç bir vaxt anası İlahə ilə münaqişə etmədiyini, amma 2021-ci ilin iyun ayının ortalarında anası İlahədən mobil telefonunu ona verməsini istədiyini, belə ki, o, anası İlahənin mobil telefonu ilə digər babası Məzahirə zəng edərək sonuncudan onun anası İlahə ilə atası Anarı barışdırmaq, eləcə də anası İlahənin barışıq ərizəsi verərək atası Anarı həbsdən azad etdirmək istəməsini, amma anası İlahənin mobil telefonu ona vermədiyini və nahaq Məzahirə zəng etdiyini ona bildirdiyini, həmin vaxtı 2-3 dəqiqə müddətində anası İlahə ilə sözlə mübahisə etdiyini və aralarında dava- dalaş olmadığını, eləcə də anası İlahəyə xəsarət yetirmədiyini və sonuncunu döymədiyini, yaşadığı evdə ümumiyyətlə o, nənəsi Səmayə və babası Müslümün onun anası İlahə ilə münaqişə etmiərini görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdən DİN-in X28 Baş İdarəsinə bilavasitə tabe Mərkəzi Bazasında polis nəfəri vəzifəsində işləyir. Şahid1 onun babası, X8 isə nənəsidir. O, Müslümün qız nəvəsidir. 27 may 2021- ci il tarixdə o, işdə olarkən rəhbərlik tərəfindən onun narkotik vasitə və psixotrop maddələrdən istifadə edib-etməməsi ilə bağlı test verməyi tələb edilmişdir. O, bunun səbəbini araşdırdıqda məlum olmuşdur ki, dayısının arvadı Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək guya onun narkotik vasitədən istifadə etməsini bildirmişdir. O, rəhbərliyin göstərişi üzrə 27.05.2021-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 1 saylı poliklinikaya gedərək orada narkotest müayinəsinə cəlb edilmiş, müayinənin nəticəsində isə onun narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyi məlum olmuşdur. O, qeyd etmək istəyir ki, dayısı arvadı Təqsirləndirilən şəxs onun anasıŞahid3 onun nənəsi Zərərçəkmiş şəxsm müəyyən təhdidlərlə şantaj edərək hədələməklə məşğuldur. Hətta Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdə yaşadıqları evdə onun nənəsi Zərərçəkmiş şəxs əlinin barmağını sındıraraq sonuncuya başqa xəsarətlər yetirmiş, onun nənəsi Səmayəni və onun babası Müslümü təqsirkar etmək üçün başını məhəccərin daşma vuraraq sonuncuları şantaj etmişdir. O, bu hadisənin şahidi olmasa da nənəsi Zərərçəkmiş şəxs onların yaşadığı evə gəldikdə sonuncunun sağ qolunun gipsdə olmasını görmüş və soruşduqda nənəsi Səmayə ona demişdir ki, həmin xəsarəti ona İlahə yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu B.Şaxtaxtinski küçəsi ev 35-də ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Əmrulla qızı ilə qonşu evlərdə yaşayırlar. 2021-ci ilin may ayının əvvəllərində o, evdən çıxıb işlədiyi Bakı Dövlət Universitetinə işə getdiyi zaman yolda Zərərçəkmiş şəxs ilə qarşılaşmış və söhbət zamanı sonuncunun sağ əlinin gipsdə olmasını görmüş və bunun səbəbini soruşmuşdur. Həmin zaman Zərərçəkmiş şəxs öyrənmişdir ki, yaşadığı evdə gəlini Təqsirləndirilən şəxs 3-4 gün əvvəl Zərərçəkmiş şəxs başından yumruğu ilə vuranda sonuncu əlini başının üzərinə qaldırdığı zaman İlahə Səmayənin barmağını sındırıb. O, elə başa düşmüşdür ko qonşusu Zərərçəkmiş şəxs zarafat edir. Buna görə o, Zərərçəkmiş şəxs bəs oğlu Anarın həmin zaman harada olduğunu soruşmuşdur. Həmin vaxtı Səmayədən öyrənmişdir ki, İlahə əri Anarı tutdurduğu üçün Səmayə ilə İlahə arasında münaqişələri düşüb, həmin zaman İlahə əli ilə Səmayənin barmağını sındırırb və bu baxımdan Səmayə sağ əlini gipsə qoydurmuşdur. Bundan sonra o, Səmayədən ayrılaraq işə getmişdir. Verilən suallara cavab olaraq Şahid5 ifadəsində, yaşadığı evin Səmayənin yaşadığı evdən 150 metr aralıda yerləşdiyini, Səmayənini yaşadığı evdə baş verən münaqişə səslərini o, öz evindən eşitmədiyini bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarətlərinin müəyyən edilməsinə dair Yasamal RPİ 28-ci PB-nin təhqiqatçısı Pərvin məmmədovun “Məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” 06.05.2021-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs 05.05.2021-ci il tarixdə ərizə ilə Yasamal RPİ 28-ci PB-yə müraciət edərək bildirmişdir ki, 05.05.2021-ci il tarixdə saat 23:30 radələrində, yaşadığı mənzildə gəlini İlahə ilə mübahisə edərkən İlahə onun sağ əlinin kiçik barmağını geriyə basaraq sağ əlinə və saçından tutaraq dartıb baş nahiyyəsinə vuraraq xəsarətlər yetirmişdir. Həmin qərar əsasında iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X25 361 saylı, 06.05.2021-ci il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sağ əlin beşinci barmağın proksimal falanqasının əsasında yerdəyişməyən sınıq xətti və sağ baldırın qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 05.05.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmin xəsarətlərin Zərərçəkmiş şəxs özünün-özünə yetirə bilməsi inkar edilir. Təqsirləndirilən şəxs xəsarətlərinin müəyyən edilməsinə dair Yasamal RPİ 28-ci PBnin təhqiqatçısı Pərvin Məmmədovun “Məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” 06.05.2021-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 05.05.2021-ci il tarixdə ərizə ilə Yasamal RPİ 28-ci PB-yə müraciət edərək bildirmişdir ki, 05.05.2021-ci il tarixdə saat 23:30 radələrində, yaşadığı mənzildə qayınanası Səmayə ilə mübahisə edərkən qayınatası Müslüm onu aralamaq məqsədi ilə itələmiş və nəticədə alın nahiyəsi yerə dəyərək xəsarət alması barədə məlumat vermişdir. Həmin qərar əsasında iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X25 360 saylı, 06.05.2021-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs almış olduğu xəsarət – alının şişkinlik halında əzilməsi və sağ bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 05.05.2021-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələr təyin edilmir. Həmin xəsarətlərin Təqsirləndirilən şəxs özünün-özünə yetirə bilməsi inkar edilir. İş materiallarında olan Yasamal RPİ 28-ci PB-nin məsul növbətçisi S.Soltanlının tərtib etdiyi 05.05.2021-ci il tarixli raporta əsasən (cild 1, səh 6) 05.05.2021-ci il tarixdə saat 22:03 radələrində X6 102 xidmətinə ***-***-**-** saylı mobil nörədən zəng edərək gəlini İlahə tərəfindən döyülməsi barədə məlumat vermişdir. İş materiallarında (cild 1, səh 69-71) Zərərçəkmiş şəxs Anar qızının ifadəsi mövcuddur. Və həmin ifadə qeyd edilən şahidin məhkəmə iclasında verdiyi ifadəsi ilə eyniyyət təşkil edir. X1 qızının tibbi eksper rəyində müəyyən edilən xəsarətlərin təhqiqatçının “Məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” 06.05.2021-ci il tarixli qərarında göstərilən törənmə müddətində və qeyd olunan şəraitdə əmələ gəlməsi göstərilsə də, ilk növbədə qərarda göstərilən şəraitin, 05 may 2021-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Bakı şəhəri Yasamal rayonu B.Şaxtaxtinski küçəsi 65 saylı evin ikinci mərtəbəsindəki qonaq otağında olarkən qayınanası Zərərçəkmiş şəxs ona əri Anar Sultanovun barəsində şikayət edib həbsinə nail olmasını, özünün isə mənzildə rahat yaşamasını irad kimi bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs həmin evin mətbəx otağında Zərərçəkmiş şəxs qəsdən əli və ayağı ilə vuraraq, həmçinin Səmayə Soltanovanın sağ əlinin barmaqlarının qatlayaraq, yəni geriyə çevirərək sonuncuya sağ baldırın qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən və sağ əlin beşinci barmağın proksimal falanqasının əsasında yerdəyişməyən sınıq xətti kimi xəsarətlərin yetirməsi hadisəsinin baş verib-verməməsi aydınlaşdırılmalıdır. Çünki “Məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” 06.05.2021-ci il tarixli qərarın heç bir preyudisial əhəmiyyəti yoxdur. Əgər həmin hadisənin baş verməsi təsdiq edilərsə, onda qeyd edilən qərar əsasında alınmış tibbi eksper rəyi ittihamın əsasını təşkil edə bilər. Hazırkı iş üzrə ittihamda göstərilən 2 cür xəsarətlər vardır. Zərərçəkmiş şəxs sağ baldırın qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət və sağ əlin beşinci barmağın proksimal falanqasının əsasında yerdəyişməyən sınıq xətti kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül dərəcəli bədən xəsarəti. Lakin hazırkı ittiham üzrə zərərçəkən Səmayə Soltanovaya həmin xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İbtidai istintaq orqanı tərəfindən səmayə Soltanovaya məhz həmin tarixdə və şəraitdə xəsarətlərin İlhamə Sultanova tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun zeyrinə həll edilməlidir. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxslər kimi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahid X11r. Digər bütün şahidlər hadisənin birbaşa özləri görməmişlər. həmin şahidlərin heç biri məhz Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 361 saylı, 06.05.2021-ci il tarixli tibbi ekspert rəyində göstərilən xəsarətlərin yetirilməsinin şahidi olmapmışlar. Həmin şahidlər ifadələrindəki xüsusatların başqa adamın dilindən eşitdiklərini, hadisəni birbaşa görmədiklərini bildirirlər. Belə olan halda həmin şahid ifadələrindən sübut kimi istifadə edilə bilməz və belə ifadələr hazırkı ittihamın əsasını təşkil edə bilməz. Çünki CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Lakin iş üzrə sübut kimi qəbul ediləsi ifadələr kimi, hadisənin birbaşa şahidi olmuş şəxslər kimi Təqsirləndirilən şəxs və şahid Səmayə Sultanlı ifadələrində bildirirlər ki, ümumiyyətlə ittiham aktında göstərilən tarixdə, saatda, yerdə və şəraitdə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkən Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirilməmişdir, Zərərçəkmiş şəxs vurmamışdır, barmaqlarından tutub qatlamamışdır, Zərərçəkmiş şəxs saçından tutub onun başından vurmamışdır və onun barmağını geriyə qatlamamışdır, sındırmamışdır. İttiham aktında göstərilən xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair yalnız zərərçəkən Zərərçəkmiş şəxs ifadəsi mövcuddur. Zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İş üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə getməmişdir. Təqsirləndirilən şəxs öz qızı ilə birlikdə 2-ci mərtəbədə qonaq otağında oturduğu vəziyyətdə, zərərçəkmiş Zərərçəkmiş şəxs 1-ci mərtəbənə 2-ci mərtəbəyə qalxıb, Təqsirləndirilən şəxs ünvanına ifadələr işlətmiş, Təqsirləndirilən şəxs üzərinə getmiş və bununla da mübahisənin yaranmasının təşəbbüskarı olmuşdur. Bundan əlavə iş üzrə müəyyən edilir ki, zərərçəkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qaynanasıdır. Təqsirləndirilən şəxs şikayəti əsasında zərərçəkənin oğlu, yəni Təqsirləndirilən şəxs əri barəsində cinayət işi açılmış, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, iş materialında olan Yasamal Rayon məhkəməsinin 06.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkən olduğu iş üzrə onun əri X18 CMnin 133.2.6-cı maddəsi ilə təqsirləndirilir və o, 04.05.2021-ci il tarixdə tutulmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla da təqsirləndirilən şəxsin şikayəti əsasında zərərçəkənin oğluna cinayət işi açılması, tutulması, sonradan barəsində həbs qətimkan tədbiri seçilməsi, bununla bağlı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisə və münaqişə vardır, həm də bu mübahisə və münaqişə göründüyü kimi adi deyildir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gəlinidir. Zərərçəkmiş şəxs oğlu, eyni zamanda Təqsirləndirilən şəxs əri Sultanov Anar arvadı Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət əsasında tutulmuşdur və hazırda həbsdədir. Bundan əlavə həm zərərçəkən şəxs, həm də təqsirləndirilən şəxs də ifadələrində göstərirlər ki, hadisənin birbaşa şahidi yalnız X12r. Göründüyü kimi mübahisəni bilavasitə görən 3 şəxsdən 2-si, yəni təqsirləndirilən şəxs və şahid X19 belə bir cinayət hadisəsinin baş verməməsini bildirir. Bununla da toplanmış sübutlar Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edir. Həmçinin şahid X19 ibtidai istintaq dövründə də ifadə vermişdir, lakin müstəntiq tərəfindən həmin ifadə hansısa səbəbdən ittihama əlavə edilməmişdir, şahidlər siyahısına əlavə edilməmişdir. Həmin şahid müdafi tərəfinin vəsatəti əsasında dindirilmişdir. Həmin şahid ibtidai istintaqdakı ifadəsi ilə məhkəmə istintaqındakı ifadəsi eyni olmuşdur, hər hansı bir zidiyyət yoxdur. Məhkəmə həmin şahidin ifadəsini inandırıcı hesab edir. Şahid hər hansı bir təsir altında deyildir. Cinayət hadisəsi baş verməsini bildirən ifadəni verən zərərçəkmiş şəxs isə, əlehinə ifadə verdiyi şəxslə bir-birləri ilə mübahisələri, münaqişələri vardır, bir birlərinə qarşı qərəzli mövqedədirlər. Ona görə də belə bir vəziyyətdə zərərçəkmiş şəxsin yeganə ifadəsi ittihamın əsasını təşkil edə bilməz. Bu ifadə digər sübutlarla təsdiq edilmir. Belə olduğu təqdirdə, zərərçəkənin ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq, iş materiallarında olan məhkəmə tibb ekspertizasının zərərçəkən Zərərçəkmiş şəxs barədə verdiyi 361 saylı, 06.05.2021-ci il tarixli rəyində göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirməsi təsdiq edilmir. Həmçinin hadisə şəraiti barədə digər mötəbər sübut olmadığından, həmin hadisə nəticəsində iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyində göstərilən xəsarətlərin zərərçəkənə yetirilməsində təqsirləndirilən şəxsin təqsiri də təsdiq edilmir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Bununla da qeyd edilənlərə əsasən həmin xəsarətlərin ittiham aktında göstərilən vaxtda, yerdə və şəraitdə məhz İlhamə Sultanova tərəfindən yetirilməsi öz təsdiqini tapmır. Beləliklə xəsarətlərin ittiham aktında göstərilən şəraitdə, yəni zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar ibtidai istintaq orqanı tərəfindən toplanılmamışdır, CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Beləliklə, zərərçəkmiş şəxsin üzərində olan xəsarətlərlə bağlı hazırkı cinayət işi üzrə şübhəli məqamlar olmuşdur, bu şübhəli məqamları aradan qaldıran sübutlar mövcud deyildir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərəçəkənlə təqsirləndirilən şəxsin və şahidin ifadələri arasındakı zidiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən zərərçəkənin ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi hazırkı cinayət işi üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirəsi sübutlar mövcud olmadığından, xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir. Əksinə, iş üzrə hadisənin yeganə şahidi olan X9 ifadəsindən aydın olur ki, ümumiyyətlə həmin vaxtı Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs vurmamışdır. Zərərçəkmiş şəxs özü və əri Şahid1 Təqsirləndirilən şəxs üzərinə hücum etmiş və Təqsirləndirilən şəxs vurmuşdur. Zərərçəkmiş şəxs əri Şahid1 da ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasının birbaşa şahidi olmasını göstərməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan təqsirləndirilən şəxsin, şahidin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmçinin hadisənin baş verməsində zərərçəkmişin təşəbbuskarı olduğu nəzərə alınmaqla, həmin ifadələrdən yalnız zərərçəkənin ifadəsinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPMnin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Təqsirləndirilən şəxs barəsində 17.08.2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dərhal ləğv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-332/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-332/2021
29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver