Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-333/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 22 A-da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə edib daşımaqla gəzdirmiş və silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2010-cu ildə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsə 1200 manat ödəməklə sonuncudan qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal edilməklə sonradan lüləsinin daxili kustar üsulla yonularaq genişləndirilmiş, konstruksiyasında dəyişiklik edilərək canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulmuş mərmilərlə (güllələrlə) təchiz olunmuş patronlardan istifadə olunmaqla atəş açmaq üçün uyğunlaşdırılaraq təyinatı dəyişdirilmiş yivsiz odlu silah hesab edilən 9 mm kalibrli, "FALCON SPORT" (JK-9) modelli, "13-40994" №-li səs-siqnal tapançasını və zavod üsulu ilə hazırlanmış ilkin təyinatda səs-siqnal səsini imitasiya edən patronlara aid olan, lakin sonradan boşaldılaraq 9 mm kalibrli gilizlərinə, canlı qüvvəni məhv etmək üçün 8 mm kalibrli mərmilər (güllələr) kustar üsulla doldurmaqla hazırlanmış, atəşə yararlı, döyüş sursatı hesab edilən 8 (səkkiz) ədəd patronları əldə edib daşımaqla gəzdirib yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsi nömrəsiz evdə saxlamış, 11 aprel 2021-ci il tarixdə axşam saatlarında orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 2020-ci ilin noyabr ayında təmir olunması üçün Şahid4 təqdim etdiyi etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillin natamam təmir edilməsini və bunun səbəbkarının Şahid4 olmasını özü üçün yəqin etdikdən sonra həmin məsələnin səbəbini yerində araşdırmaq məqsədi ilə qanunsuz yolla əldə edib yaşadığı mənzildə saxladığı odlu silah hesab edilən 9 mm kalibrli, "FALCON SPORT" (JK-9) modelli, "13- 40994" №-li qeyd edilən tapançanı və həmin tapançadan atəş açmaq üçün hazırlanmış döyüş sursatı hesab edilən 8 (səkkiz) ədəd patronları götürüb üzərində daşıyıb gəzdirməklə saat 23:45 dəqiqədə sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanda yerləşən “Vital” klinikasının yaxınlığındakı dəmir vaqonun qarşısına gəlmiş, orada Şahid4 axtaran zaman sonuncunun yaşadığı evdə olmamasını bildikdən sonra yaratdığı səs-küyə görə yaşadıqları evdən bayıra çıxmış Şahid4 ailə üzvləri və qohumları- Şahid2, Şahid3, Şahid1 və Zərərçəkmiş şəxs gözü qarşısında Şahid4 ünvanına ucadan nalayiq ifadələr işlədib səs-küy salaraq cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi odlu silah hesab edilən qeyd edilən tapançadan istifadə edərək Zərərçəkmiş şəxs məxsus olmaqla yaşadığı ünvan 1 ünvanda yerləşən “Vital” klinikasının yaxınlığındakı dəmir vaqonun qapısına atəş açıb sonuncunun əmlakının 100 manat dəyərində zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, bundan sonra Zərərçəkmiş şəxs və ailə üzvlərinin Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat verməsinin ardından Yasamal RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Yasamal rayonu Ə.Əhmədov küçəsi 31 E saylı qəza törətməklə yolun kənarında hərəkətsiz vəziyyətdə qalmış “Chevrolet Cruze” markalı **-VH- *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı həmin avtomobilin arxa oturacağının üzərindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və gəzdirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilməklə sonradan lüləsinin daxili kustar üsulla yonularaq genişləndirilmiş, konstruksiyasında dəyişiklik edilərək, canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulmuş mərmilərlə (güllələrlə) təchiz olunmuş patronlardan istifadə olunmaqla atəş açmaq üçün uyğunlaşdırılaraq təyinatı dəyişdirilmiş yivsiz odlu silah hesab edilən 9 mm kalibrli, "FALCON SPORT" (JK-9) modelli, "13-40994" №-li səs-siqnal tapançası və zavod üsulu ilə hazırlanmış ilkin təyinatda səs-siqnal səsini imitasiya edən patronlara aid olan, lakin sonradan boşaldılaraq 9 mm kalibrli gilizlərinə, canlı qüvvəni məhv etmək üçün 8 mm kalibrli mərmilər (güllələr) kustar üsulla doldurmaqla hazırlanmış, atəşə yararlı, döyüş sursatı hesab edilən 7 (yeddi) ədəd patron aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Binəqədi rayonu Sulutəpə qəsəbəsində fərdi yaşayış evində böyük qardaşı Şahid6 ilə birlikdə yaşayır. O, 1999 və 2001-ci il tarixdə Yasamal rayon məhkəməsinin, 2011-ci il tarixdə isə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21.04.2018-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. O, sonradan kafedə satıcı işləmiş, daha sonra taksi xidməti ilə məşğul olmağa başlamışdır. O, həmin dövrdə qardaşı Şahid6 mülkiyyətində olan qara rəngli “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edirmiş. 2020-ci ilin noyabr ayında həmin avtomobili təmir etdirmək məqsədlə o, ünvan 2 ünvanda yerləşən “Vital” klinikasının yaxınlığındakı ərazidə dəmir konstruksiyalı vaqon tipli evdə məskunlaşmış avtomobil təmiri ustası Ağdam rayon sakini Şahid4 müraciət etmiş və razılaşmaya əsasən dəmir və rənglənmə işi ilə əlaqədar avtomobili sonuncunun təmir sexində saxlamışdır. İxtiyar bir ay müddətində avtomobilin ban hissəsində təmir işləri aparmış və bunun müqabilində ondan 175 manat pul almışdır. Lakin İxtiyar natamam təmir işləri görərək avtomobili özünə qaytarmış, sonradan rənglənmə işini həyata keçirəcəyini öhdəsinə götürmüşdür. Eləcə də İxtiyar rəng seçimi ilə əlaqədar olaraq avtomobilin benzin vurulan hissədə olan qapağını özündə saxlamışdır. O, dəfələrlə İxtiyarın yaşadığı evə gedərək avtomobilini rəngləməsini və benzin çəninin qapağını istəsə də sonuncu müxtəlif bəhanələr gətirərək gah yeni təmir sexi götürüb orada işləyəcəyini, gah da əlini laqonda aparatı ilə kəsdiyini bəhanə edərək işi ləngitmişdir. Son iki ayda o, İxtiyarla mobil telefonla danışıq aparsa da sonuncu ondan gizlənməyə başlamışdır. O, da 11 aprel 2021-ci il tarixdə yaşadığı evdə spirtli işki qəbul etmiş və həmin gün saat 23.40 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə İxtiyarın yaşadığı ünvana gəlmişdir. O dəmir konstruksiyalı vaqon tipli evin yaxınlığında saxlayıb avtomobildən düşmədən İxtiyarı səsləyərək çağırmağa başlamışdır. Onun səsinə vaqonun qarşısında çarpayıda uzanmış İxtiyarın atası Tahir cavab vermiş və oğlu İxtiyarın evdə olmadığını bildirmişdir. O, avtomobildən düşərək İxtiyarın onun avtomobilinin təmir işlərini yarımçıq qoymasını, avtomobilin benzin çəninin qapağını qaytarmamasını Tahirə demişdir. Tahir də ona oğlu İxtiyarı evdən qovmasını, bir neçə dəfə müştərilərin şikayətə gəldiyini bildirib “bu ölməli oğraşdır” ifadəsini işlədərək öz oğlundan şikayət etmişdir. O, da əsəbləşib idman gödəkcəsini sağ cibində saxladığı tapançanı çıxararaq üzünü (sifətini) yan tərəfə çevirib dəmir konstruksiyalı vaqon tipli evin istiqamətdə bir dəfə havaya (göyə) atəş açmış, sonra isə tapançanı cibinə qoyaraq avtomobilə əyləşib oradan təxminən 50 metr aralanmışdır. O, etdiyi hərəkətə görə peşiman olmuş və avtomobillə İxtiyarın yaşadığı evə geri qayıdaraq Zərərçəkmiş şəxs və sonuncunun arvadı Zöhrədən üzr istəmiş, hətta sonuncu onu danlamışdır. Tahir və Zöhrə onu bağışlamış və oğlu İxtiyarın ünvanına gileylənmişlər. O, da barışdıqdan sonra avtomobilə əyləşərək oradan avtoban istiqamətinə getməyə başlamışdır. Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol bağlı olduğu üçün o, avtomobillə geri qayıtmış və 40 km/saat sürəti ilə hərəkət edərək Bəyaz marketin yaxınlığında avtomobili saxlayıb yerə düşmüş və ətrafa boylanaraq çıxış yolu axtarmağa başlamışdır. Lakin bir qədər sonra o, polis əməkdaşlarının idarə etdiyi avtopatrulla ona tərəf gəlmələrini görmüş, bu baxımdan avtomobilinə əyləşərək oradan uzaqlaşmağa başlamışdır. Amma o, avtomobillə Yasamal rayonu Ə.Əhmədov küçəsi 31 E saylı ünvana çatdıqda idarəetməni itirib avtomobili oradakı yarımtikili binanın yaxınlığında olan xəndəyə salmış və nəqliyyat vasitəsinin qabaq hissəsi torpağın topasına dəyərək əzilmişdir. O, avtomobili oradan çıxara bilmədikdə həmin zaman atəş açdığı tapançanı və bundan başqa digər 1 ədəd idman tapançasını sandıqça və patronları ilə birlikdə avtomobilin arxa oturacağının üzərinə qoymuş, sonra avtomobildən düşərək gizlənmək üçün həmin yarımtikili binanın içərisinə girmişdir. Həmin zaman qaranlıq olduğu üçün o, yolda sürüşüb yıxılmış və yüngül xəsarət almışdır. Az sonra polis əməkdaşları həmin binanı mühasirəyə alıb ona təslim olmağı bildirmişlər. O, da çıxılmaz qalaraq təslim olmağı qərara almış və heç bir müqavimət göstərmədən polis əməkdaşlarına təslim olmuşdur. Sonra onu polis əməkdaşları Yasamal RPİ-nin 29-cu PBnə və Yasamal RPİ-nin İstintaq şöbəsinə gətirmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində, tapançadan açdığı bir dəfə atəşi ev sahiblərinə deyil havaya açdığını, silahın sandıqçasında 8 ədəd patron olsa da sadəcə 1 patrondan istifadə etdiyini, onun silahdan atəş açmaqla kimisə öldürmək və həyatdan məhrum etmək məqsədinin olmadığını, bir dəfə atəş açdıqdan sonra tapançanı cibinə qoyduğunu, silahdan atəşi vaqonun qapısına deyil həmin dəmir vaqonun istiqamətində havaya açdığını, görünür güllənin qapıya dəydiyini, dəmir konstruksiyalı vaqon tipli evdə Şahid4 və atası Zərərçəkmiş şəxs yaşadığını bildiyini və digər ailə üzvlərinin orada yaşadığını bilmədiyini, idarə etdiyi “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildən baxış keçirilərkən aşkar edilmiş silah və sursatın ona məxsus olduğunu, avtomobilindən aşkar edilmiş “JK-9, 13-40994” nömrəli 9 MM tapança və ona aid 7 ədəd gülləni 2009-cu ilin sonlarında və ya 2010-cu ilin əvvələrində İran İslam Respublikasının Məhşəd şəhərinə ziyarətə olduğu müddətdə adını Məhəmməd kimi bildiyi 30-35 yaşlı iranlı şəxsin almağı ona təklif etdiyini, lakin həmin silahı sərhəddən keçirə bilməyəcəyini Məhəmmədə dedikdə sonuncu ona “siz narahat olmayın mən silahı sizə Bakı şəhərində çatdıracağam” ifadəsini işlətdiyini, razılaşmaya əsasən həmin silahın satılmasına görə 1200 manat puldan ilkin olaraq Məhəmmədə 600 manat pul verdiyini və pulun digər qalığını Bakı şəhərində sonuncuya verəcəyini bildirərək bir-birinə mobil nömrələrini verdiyini, o, Bakı şəhərinə gəldikdən bir neçə ay sonra Məhəmmədin ona mobil telefonla zəng edərək silahı “Dədə Qorqud” parkında gizlətdiyini və həmin silahı oradan götürməyi ona bildirdiyini, o, da həmin parka gedib ağacın oyuq yerində gizlədilmiş tapançanı götürüb oraya 600 manat pul da qoyduğunu, 11 aprel 2021-ci il tarixdə silah və sursatı üzərində gəzdirməkdə məqsədinin onları aparıb Biləcəri qəsəbəsindəki qəbirstanlığında dəfn olunmuş mərhum anası X4 məzar daşının altında gizlətmək üçün olduğunu, avtomobilindən aşkar edilmiş digər idman tapançasını isə uşaqlıq vaxtından idman edərkən istifadə etdiyi üçün özündə saxladığını, o, həmin idman tapançasını 15 il əvvəl 25 manata mağazadan aldığını, avtomobilinin natamam təmiri ilə əlaqədar Şahid4 əsəbləşdiyi üçün onların yaşadığı evə getdiyi zaman tapançadan bir dəfə havaya atəş açdığını, tapançadan daha çox atəş açmaq imkanı olsa da bunu etmədiyini, avtomobilindən aşkar edilmiş ona məxsus 1 ədəd “JK-9, 13-40994” nömrəli 9MM tapançadan və 1 ədəd idman tapançasından heç bir zaman başqa cinayətdə istifadə etmədiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki zorakılıq, eləcə də işgəncə və sair qeyri qanuni insani hərəkətlərin edilmədiyini, İxtiyarı evdə tapa bilmədikdə bundan əsəbləşərərk tapançanı çıxararaq üzünüzü yana çevirib dəmir vaqon istiqamətdə bir dəfə havaya (göyə) atəş açdığını, ola bilsin ki tapançada texniki nasazlıq olduğunu və ya başqa bir səbədən tapançadan atdığı güllənin vaqonun qapısına dəydiyini, o, atəşi İxtiyarın ailə üzvlərinin istiqamətində atmadığını və əvvəlcədən də belə bir fikrinin olmadığını, o, İxtiyarın yaşadığı evin həyətinə gəldikdə 8-9 metr aralıda dayanaraq sonuncunun atası Tahirlə söhbət etdiyini, həmin zaman vaqonun qapısının qarşısında kimlərin olmasına diqqət yetirmədiyini, tapançadan havaya atəş açanda da vaqonun qarşısında kimlərin olmasına belə baxmadığını. O, əsəbi olduğu üçün 2009 və 2010-cu illərdə Respublika Psixiatriya Xəstəxanasında 20-25 gün müddətində müalicə götürdüyünü, lakin heç bir psixi və digər xəstəliklərdən əziyyət çəkmədiyini, tapançanın üzərində aşkar edilmiş güllələri iran vətəndaşı Məhəmməd adlı şəxsdən həmin silahı əldə edərkən onun üzərində olduğunu, silah və güllə satışı ilə məşğul olmadığını, törətdyi cinayət əməlini etiraf edərək bu əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq zərərçəkmiş şəxsin ona qarşı şikayətin olmaması nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, arvadı Şahid1 ilə ailə həyatı qurmuş və həmin evlilikdən İxtiyar və Bəxtiyar adlı övladları olmuşdur. Onlar əvvəllər Ağdam rayonu Xıdırlı kəndində yaşasa da 1993-cü ildə torpaqları işğal olunduğu üçün oradan çıxaraq Mingəçevir şəhərinin ərazisinə, daha sonra 1999-cu ildə isə ünvan 2 ünvana (“Vital” klinikasının yaxınlığına) gələrək ərazidəki bir ədəd dəmir konstruksiyalı vaqon tipli evdə və 2 ədəd yardımçı tikilidən ibarət yaşayış sahəsində müvəqqəti olaraq məskunlaşmış, həmin sahəyə meyvə ağacları əkmişlər. Oğlu İxtiyar məskunlaşdıqları yaşayış sahəsinin qarşısında özünə çadırdan avtomobil təmiri emalatxanası düzəltmiş və orada avtomobillərin dəmir və rənglənməsi işlərini həyata keçirmişdir. Hazırda məskunlaşdıqıları bir ədəd dəmir konstruksiyalı vaqon tipli evdə və 2 ədəd yardımçı tikilidən ibarət yaşayış sahəsində o, arvadı Zöhrə, övladları İxtiyar və Bəxtiyar, eləcə də sonuncunun arvadı Şahid2 və sonuncuların 11 aylıq azyaşlı uşağı Əli ilə birlikdə yaşayırlar. Oğlu İxtiyar 2020ci ilin noyabr-dekabr aylarında Binəqədi rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun sonuncu ilə qohumluq əlaqəsi, ədavəti və düşmənçiliyi olmamışdır. 11 aprel 2021-ci il tarixdə saat 23:45 radələrində o, dəmir konstruksiyalı vaqon tipli evin qarşısındakı çarpayıda uzanıb mobil telefonda filmə baxırmış və vaqonun bayıra açılan giriş qapısı da açıq olmuşdur. Həmin zaman arvadı Zöhrə, oğlu Bəxtiyar, azyaşlı nəvəsi Əli, gəlini Mənsurə və onlarda qonaq olan qudası, yəni sonuncunun anası Şahid3 evdə olmuşlar. Digər oğlu İxtiyar evdə olmamış, həmin gün qonşuları olan Məhəmmədin evində qonaq getmişdir. Həmin zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək vaqondan 8-9 metr aralıda saxlamış və salondan düşərək oğlu İxtiyarı çağırmışdır. O, Etibarın əlində gümüşü rəngli tapança tutmasını müşahidə etmişdir. O, oğlu İxtiyarın evdə olmadığını bildirdikdə Etibar ona yalan danışdığını söyləyərək əlindəki tapançanı ona və sonradan səs-küyə yaşadıqları dəmir konstruksiyalı vaqon tipli evin giriş qapının qarşısına gələrək orada dayanmış arvadı Zöhrə, gəlini Mənsurə və qudası Balaqıza tərəf istiqamətləndirib “sizi öldürəcəm” ifadəsini işlədərək tapançadan onlara tərəf bir dəfə atəş açmışdır. Etibarın atdığı güllə dəmir konstruksiyalı vaqon tipli evin giriş qapısının üst hissəsinə dəymişdir. Etibar həmin zaman ikinci atəşi açmamışdır. O, bunu gördükdə Etibarı sakitləşdirməyə başlasa da sonuncu onları avtomat silahla öldürəcəyi ilə hədələyib avtomobilinə oturaraq sürüb getmişdir. Təxminən 5 dəqiqədən sonra Etibar onların yaşadığı evin həyətinə geri qayıdaraq ondan və arvadı Zöhrədən üzr istəmiş, sonra isə avtomobili ilə oradan uzaqlaşmışdır. Gəlini Mənsurə isə hadisə barəsində DİN-nin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermişdir. Sonradan o, Təqsirləndirilən şəxs onlardan çıxdıqdan bir qədər sonra Yasamal rayonu Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 E saylı ünvanın yaxınlığında avtomobillə qəza törətməsini və idarə etdiyi nəqliyyat vasitəsini maneəyə vurduqdan sonra polis əməkdaşları tərəfindən yaxalanmasını, eləcə də atəş açdığı silah və patronların ondan götürülməsini öyrənmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsində, Təqsirləndirilən şəxs açdığı atəş nəticəsində heç kimin xəsarət almadığını və açılan güllənin dəmir konstruksiyalı vaqon tipli evin giriş qapısına dəyərək dəlib keçdiyini, Təqsirləndirilən şəxs onlara həmin tapançadan daha çox atəş açmaq imkanın olduğunu, amma buna baxmayaraq sonuncunun bir dəfə atəş açaraq tapançanı cibinə qoyub hadisə yerindən getdiyini, oğlu İxtiyarla Etibarın arasında əvvəllər avtomobilin rənglənməsinin yarımçıq qalması və benzin çəninin qapağının itməsi səbəbindən mübahisə etməsindən onun xəbərinin olmadığını və bunu sonradan öyrəndiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və həmin evlilikdən İxtiyar və Bəxtiyar adlı övladları olmuşdur. Onlar əvvəllər Ağdam rayonu Xıdırlı kəndində yaşasa da 1993-cü ildə torpaqları işğal olunduğu üçün oradan çıxaraq Mingəçevir şəhərinin ərazisinə, 1999-cu ildə isə ünvan 2 ünvana (“Vital” klinikasının yaxınlığına) gələrək ərazidəki bir ədəd dəmir konstruksiyalı vaqon tipli evdə və 2 ədəd yardımçı tikilidən ibarət yaşayış sahəsində müvəqqəti məskunlaşmışlar. Oğlu İxtiyar məskunlaşdıqları yaşayış sahəsinin qarşısında özünə çadırdan avtomobil təmiri emalatxanası düzəltmiş və orada avtomobillərin dəmir və rənglənməsi işlərini həyata keçirmişdir. Hazırda məskunlaşdıqıları bir ədəd dəmir konstruksiyalı vaqon tipli evdə və 2 ədəd yardımçı tikilidən ibarət yaşayış sahəsində o, əri Tahir, övladları İxtiyar və Bəxtiyar, eləcə də sonuncunu arvadı Şahid2 və sonuncuların 11 aylıq azyaşlı uşağı Əli ilə birlikdə yaşayırlar. Oğlu İxtiyar 2020-ci ilin noyabr-dekabr aylarında Binəqədi rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun sonuncu ilə qohumluq əlaqəsi, ədavəti və düşmənçiliyi olmamışdır. 11 aprel 2021-ci il tarixdə saat 23:45 radələrində əri Tahir dəmir konstruksiyalı vaqon tipli evin qarşısındakı çarpayıda uzanıb mobil telefonda filmə baxırmış və vaqonun bayıra açılan qapısı isə açıq olmuşdur. Oğlu Bəxtiyar isə azyaşlı oğlu Əli və onlarda qonaq olan qudası, yəni Mənsurənin anası Şahid3 ilə evdə yatmışlar. Digər oğlu İxtiyar isə evdə olmayaraq qonşuları olan Məhəmmədin evində qonaq getmişdir. Həmin zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək vaqondan 8-9 metr aralıda saxlamış və salondan düşərək oğlu İxtiyarı çağırmışdır. O, gəlini Mənsurə və qudası Balaqız çağırış səsinə dəmir konstruksiyalı vaqon tipli evin giriş qapısının qarşısına gəlmiş və Etibarın əlində gümüşü rəngli silah tutmasını müşahidə etmişlər. O və əri Tahir İxtiyarın evdə olmadığını Etibara demişlər. Amma Etibar onların yalan danışdığını deyərək “sizi öldürəcəm” ifadəsini işlətmiş və əlindəki tapançanı onlara tərəfə istiqamətləndirib həmin silahdan bir dəfə atəş açmışdır. Etibarın atdığı güllə dəmir konstruksiyalı vaqon tipli evin giriş qapısının üst hissəsinə dəydikdə onlar qaçıb gizlənmişlər. Etibar həmin zaman ikinci atəşi açmamışdır. Bunu görən əri Tahir Etibarı sakitləşdirməyə başlasa da sonuncu onları avtomat silahla öldürəcəyi ilə hədələyib avtomobilinə oturaraq sürüb getmişdir. Təxminən 5 dəqiqədən sonra Etibar onların yaşadığı evin həyətinə geri qayıdaraq Tahir və ondan üzr istəmiş, sonra isə avtomobili ilə oradan uzaqlaşmışdır. Gəlini Mənsurə isə hadisə barəsində DİN-nin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermişdir. Sonradan o, Təqsirləndirilən şəxs onlardan çıxdıqdan bir qədər sonra Yasamal rayonu Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 E saylı ünvanın yaxınlığında avtomobillə qəza törətməsini və idarə etdiyi nəqliyyat vasitəsini maneəyə vurduqdan sonra polis əməkdaşları tərəfindən yaxalanmasını, eləcə də atəş açdığı silah və patronların ondan götürülməsini öyrənmişdir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində, Təqsirləndirilən şəxs açdığı atəş nəticəsində heç kimin xəsarət almadığını və açılan güllənin dəmir konstruksiyalı vaqon tipli evin giriş qapısına dəyərək dəlib keçdiyini, Təqsirləndirilən şəxs onlara həmin tapançadan daha çox atəş açmaq imkanın olduğunu, amma buna baxmayaraq sonuncunun bir dəfə atəş açaraq tapançanı cibinə qoyub hadisə yerindən getdiyini, oğlu İxtiyarla Etibarın arasında avtomobilin rənglənməsinin yarımçıq qalması və benzin çəninin qapağının itməsi səbəbindən mübahisə etməsindən onun xəbərinin olmadığını və bunu sonradan öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon sakini Şahid5 ilə ailə həyatı qurmuş və birgə nikahdan Əli adlı (azyaşlı) övladları vardır. O, öz ailəsi ilə birlikdə ünvan 4 ünvanda (“Vital” klinikasının yaxınlığında) yerləşən bir ədəd dəmir konstruksiyalı vaqon tipli evdə və 2 ədəd yardımçı tikilidən ibarət yaşayış sahəsində qayınatası Zərərçəkmiş şəxs, qayınanası Şahid1 və qayını Şahid4 ilə yaşayır. Qayını İxtiyar yaşadıqları evin qarşısında özünə çadırdan avtomobil təmiri emalatxanası düzəltmiş və orada avtomobillərin təmiri işlərini həyata keçirmişdir. O, Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. X11 Əlizadənin idarə etdiyi “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etmiş, lakin sonuncuların arasında avtomobilin təmirinin yarımçıq qalması və benzin çəninin qapağının itməsi səbəbindən mübahisə yaranmışdır. 11 aprel 2021-ci il tarixdə saat 23:45 radələrində onun əri Bəxtiyar və azyaşlı oğlu Əli, eləcə də onlarda qonaq olan anası Şahid3 yatmış, qayınatası Tahir dəmir konstruksiyalı vaqon tipli evin qarşısında olan çarpayıda uzanmış, vaqonun bayıra açılan qapısı açıq halda olmuşdur. Qayını İxtiyar isə evdə olmamış, qonşularının evində qonaq olmuşdur. O, isə həmin zaman qayınanası Zöhrə ilə digər otaqda söhbət etdikləri zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onların yaşadığı dəmir konstruksiyalı vaqon tipli evdən 8-9 metr aralıda saxlayıb avtomaşından düşərək onun qayını İxtiyarı çağırmasını eşitmişdir. O, qayınanası Zöhrə ilə birlikdə Etibarın çağırış səsinə dəmir konstruksiyalı vaqon tipli evin qapının qarşısına gəlmiş və Etibarın əlində gümüşü rəngli silah tutmasını görmüşdür. X6 evdə olmadığını dedikdə Etibar onun qayınatasına yalan danışdığını deyib silahı qaldıraraq onlara tərəf istiqamətləndirib “sizi öldürəcəm” ifadəsini işlətmiş və silahdan ona, qayınanası Zöhrəyə və sonradan səsə gələn anası Balaqıza tərəf bir dəfə atəş açmışdır. Güllə vaqonun qapısının üst hissəsinə dəymiş və onlar qışqıraraq qorxularından qaçmışlar. Lakin Etibar silahdan ikinci dəfə atəş açmamışdır. Etibar isə avtomat gətirib onları öldürəcəyi ilə hədələməyə başlamış və sonradan avtomobilinə əyləşərək sürüb getmişdir. Təxminən 5 dəqiqədən sonra Etibar yenidən geri qayıdaraq avtomaşından düşüb onun qayınatası Tahirdən və qayınanası Zöhrədən üzr istəmiş və sonradan avtomobili ilə hadisə yerindən uzaqlaşmışdır. O, da DİN-nin “102” Xidməti Zəng Mərkəzinə zəng edərərk hadisə barəsində məlumat vermişdir. Sonradan o, Təqsirləndirilən şəxs onlardan çıxdıqdan bir qədər sonra Yasamal rayonu Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 E saylı ünvanın yaxınlığında avtomobillə qəza törətməsini və idarə etdiyi nəqliyyat vasitəsini maneəyə vurduqdan sonra polis əməkdaşları tərəfindən yaxalanmasını, eləcə də atəş açdığı silah və patronların ondan götürülməsini öyrənmişdir. Verilən suallara cavab olaraq Şahid2 ifadəsində, Təqsirləndirilən şəxs açdığı atəş nəticəsində heç kimin xəsarət almadığını, Təqsirləndirilən şəxs onlara həmin tapançadan daha çox atəş açmaq imkanın olduğunu, amma buna baxmayaraq sonuncunun bir dəfə atəş açdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsi nömrəsiz evdə hazırda tək yaşasa da əvvəllər qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışlar. 11 aprel 2021-ci il tarixdə saat 20 radələrində o, şəxsi işləri lə bağlı yaşadığı evdən çıxmış, amma evin açarlarını özü ilə götürməyi unutmuşdur. O, evdə çıxdıqda həmin vaxtı Etibar evdə tək olaraq televizora baxırmış. O, həmin günü saat 23.40-da yaşadığı evə qayıtmış və açar üzərində olmadığı üçün evin giriş qapısını açması məqsədi ilə qardaşı Etibarın istifadəsində olan mobil telefona zəng etsə də telefonun sönülü olmasını aşkar etmişdir. Bir müddət o, ətrafda gəzişmiş, sonradan narahat qaldığı üçün qardaşı Etibarı axtarmağa başlamışdır. 12 aprel 2021-ci il tarixdə saat 03-04 radələrində mənə polisdən zəng olunmuş və qardaşı Etibarın ona məxsus avtomobillə ünvan 5 ünvanda yerləşən İxtiyar adlı ustanın yaşadığı evə gedərək tapançadan atəş açması səbəbinə görə tutulması bildirilmişdir. O, bundan sonra Yasamal RPİ-nə gəlmiş və hadisə barədə məlumat aldıqda öyrənmişdir ki, qardaşı Etibar 11.04.2021-ci il tarixdə saat 23.40-da ona məxsus “Chevrolet Cruze” markalı **-VH- *** dövlət qeydiyyat nişanlı avtomobilin natamam təmiri ilə bağlı usta İxtiyarın hərəkətlərinə əsəbləşərək sonuncunun yaşadığı evə getmiş və ustanı evdə tapa bilmədikdə əsəbləşərək içkili vəziyyətdə üzərində olan tapançadan bir dəfə atəş açmış, sonradan avtomobillə Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 E ünvanda hərəkətdə olarkən nəqliyyat vasitəsini xəndəyə salmış və avtomobilin qabaq hissəsini əzmiş, bundan sonra Etibar polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, hadisə barədə məlumat aldıqdan sonra istintaq orqanında olarkən qardaşı Etibardan yaşadığı evin açarlarını götürmüşdür. Hadisədən bir ay sonra o, istintaq orqanına ərizə ilə müraciət edərək avtomobilimin ona qaytarılmasını xahiş etmiş və avtomobili təhvil alaraq 250 manat pul xərcləyib onu təmir etdirmişdir. Verilən suallara cavab olaraq Şahid6 ifadəsində, ona məxsus avtomobilin rəng və digər detallarda təmirə ehtiyac olduğu üçün qardaşı Etibarın 2020-ci ilin iyun-iyul ayında nəqliyyat vasitəsini ünvan 5 ünvanda yaşayan İxtiyar adlı ustanın yanına aparıb-gətirdiyini, bəzən o, özü də həmin avtomobili İxtiyarın yanına apardığını, İxtiyarın ona məxsus avtomobili çox ləng təmir etdiyini və rəngləmə ilə bağlı benzin çəninin qapağını da götürüb sonradan geri qaytarmadığını, qardaşı Etibarın silah gəzdirməsini və sonuncuda heç bir tapança və avtomat silahı görmədiyini, eləcə də Etibarın yaşadıqları evdə silah saxlamasının şahidi olmadığını, eləcə də bu barədə heç kimdən eşitmədiyini, avtomobilinə görə dəymiş maddi ziyanla bağlı qardaşı Etibardan heç bir tələb, iddia və şikayətinin olmadığını, psixoloji, narkoloji və digər xəstəlikdən əziyyət çəkmədiyini, qardaşı Etibar tutulduqdan sonra yaşadığı evə qayıtdıqda masanın üzərində kiçik ölçülü spirtli işki (araq) butulkasını gördüyünü, həmin butulkanın içərisində bir qədər içki qalmasını da müşahidə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən DİN ƏÇPA-nın 6-cı Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. O, iş yoldaşları DİN ƏÇPA-nın 6-cı Patrul Bölüyünün polis nəfərləri Şahid9 və Sərxan Abdullazadə ilə birlikdə 2469 çağırışlı avtopatrulda Yasamal rayonu ərazisində xidmət apararlar. 11 aprel 2021-ci il tarixdə saat 23.40 radələrində ünvan 5 ünvanın yaxınlığında yerləşən Vital klinikasının yaxınlığında eyni tərkibdə iş yoldaşları ilə birlikdə xidmət apararkən “Qobu” efir (radiostansiya) vasitəsi ilə həmin ünvanda Vital klinikasının yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı ərazidə bir nəfər şəxsin odlu silahdan atəş açması barədə məlumat vermişdir. O, iş yoldaşları ilə birlikdə hadisə yerinə yollanmış və deyilən ünvana çatdıqda orada dəmir konstruksiyalı vaqon tipli yaşayış yerinin qarşısında olan tanımadıqları şəxslərdən öyrənmişlər ki, həmin şəxslərin yaşadığı dəmir vaqon tipli konstruksiyaya atəş açən şəxs “Chevrolet ” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerindən yenicə D.Bünyadzadə küçəsi ilə “Bəyaz market” istiqamətində uzaqlaşmışdır. O, iş yoldaşları ilə birlikdə atəş açan şəxsi D.Bünyadzadə küçəsində axtarmağa başlamış və həqiqətən də “Chevrolet ” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin “Bəyaz market”in yaxınlığında yolun kənarında dayanmasını və bir nəfər şəxsin də bir qədər aralıda durmasını müşahidə etmişlər. Həmin şəxs onların idarə etdiyi avtopatrul avtomobilini gördükdə tələsik şəkildə “Chevrolet” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hərəkət etməyə başlamışdır. Onlar həmin sürücüyə avtomobili saxlaması üçün “saxla” işarəsi versələrdə lakin sürücü “saxla” işarəsinin tələblərinə tabe olmayaraq nəqliyyat vasitəsində uzaqlaşmağa cəhd göstərməyə başlamışdır. Bir qədər getdikdən sonra sürücü idarəetməni itirmiş və idarə etdiyi “Chevrolet Cruze” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu Ə.Əhmədov küçəsi 31 E saylı ünvanın qarşısındakı yarımtikilinin yaxınlığında olan torpaq maneəyə vuraraq nəqliyyat vasitəsini xəndəyə salmış və avtomobillə oradan çıxa bilməmişdir. O, iş yoldaşları ilə birlikdə tələsik xəndəyə tərəf getdikdə həmin şəxs nəqliyyat vasitəsindən çıxaraq qaçmağa başlamış və yaxınlıqdakı yarımtikili binaya girmişdir. Həmin şəxsin silahlı olmasını və təhlükə yarada biləcəyini düşünüb onlar efir vasitəsi ilə 2466 çağırışlı avtopatrulu köməyə çağırmışlar. 2466 çağırışlı avtopatrulda xidmət aparan DİN ƏÇPA-nın 6-cı Patrul Bölüyünün polis nəfərləri Şahid8, Şahid10 və Allahvedi Heydərzadə köməyə gəldikdən sonra onlar həmin yarımtikili binanın ətrafını mühasirəyə almış və həmin şəxsi axtararaq həmin yarımtikilinin içərisində saxlamış və sonradan tədbir görülməsi üçün həmin şəxsi Yasamal RPİ-nin 29cu PŞ-nə gətirərək təhvil vermişlər. Aparılan sorğu zamanı təhvil verilən şəxsin xx.xx.1978-ci il təvəllüdlü Bakı şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təhvil verdikdən sonra yenidən xidmət yerinə qayıdaraq xitməti davam etdirmişlər. Verilən suallara cavab olaraq E.Şbanzadə ifadəsində, Təqsirləndirilən şəxs saxlayaraq təhvil vermək üçün avtopatrula mindirdikdə Yasamal RPİnin 29-cu PŞ-nin əməkdaşlarının hadisə yerinə gəldiklərini, Təqsirləndirilən şəxs yarimtikili binada gizlənməsini gördükdə köməyə çağırdıqları polis əməkdaşları ilə birlikdə həmin binanı mühasirəyə alaraq sonuncuya təslim olmasını bildirdiklərini, Təqsirləndirilən şəxs çıxılmaz vəziyyətdə qaldığı üçün təslim olduğunu və sonuncunun saxlanılarkən üzərində heç bir silahın olmadığını və polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs 29-cu PŞ-nə apararkən sonuncu yolda onlara avtomobilinin natamam təmir edilməsinə görə ustanın yaşadığı evə getdiyini və ustanı evdə tapa bilmədiyi üçün əsəbləşərək üzərində olan tapançadan 1 dəfə atəş açdığını dediyini, Təqsirləndirilən şəxs təslim olmasında tabel silahından istifadə etmədiklərini və xəbərdarlıq atəşi açmadıqlarını, eləcə də Təqsirləndirilən şəxs özü də saxlanılan zaman silahdan onlara atəş açmadığını, bu baxımdan Yasamal rayonu Ə.Əhmədov küçəsi 31 E saylı ünvanda aşkar edilmiş 2 ədəd gilizin Etbar Əlizadənin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının tabel silahlarından atılmadığını və həmin gilizlərin onlara heç bir aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 və Şahid10 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsinə oxşar eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Xidməti zərurətlə əlaqədar olaraq o, Yasamal RPİ-nə ezam olunmuşdur. 11.04.2021-ci il tarixdə saat 23:50-də DİN-in “102” Xidməti Zəng Mərkəzindən Yasamal RPİ-nə və RPİ-nin 29-cu PŞ-nə məlumat daxil olmuşdur ki, ünvan 6 ünvanında yerləşən “Vital” klinikasının yaxınlığında məskunlaşmış Şahid2 “102” Xidmətinə zəng edərək, həmin gün tanımadığı bir nəfər şəxsin “Chevrolet Cruze” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə onların yaşadığı evin qarşısına gələrək həmin avtomobilin onun qayını 1994-cü il təvəllüdlü Şahid4 tərəfindən natamam təmir edilməsini əsas gətirərək əlində olan tapançadan ona və digər ailə üzvlərinə doğru bir dəfə atəş açmış və hadisə yerindən uzaqlaşmışdır. Alınan məlumat üzrə o, hadisə yerinə yollanmış və həmin ərəfədə “Qobu” efir (radiostansiya) vasitəsi ilə “Chevrolet Cruze” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin ünvan 5 ünvanda odlu silahdan atəş açılması barədə bütün avtopatrulda xidmət aparan polis əməkdaşlarına məlumat vermişdir. O, hadisə yerinə çatdıqda polis əməkdaşlarından öyrənmişdir ki, atəş açən şəxs hadisə yerindən “Chevrolet ” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu D.Bünyadzadə küçəsi ilə “Bəyaz market” istiqamətində uzaqlaşsa da DİN-in X12 Alayının əməkdaşları tərəfindən Yasamal rayonu Ə.Əhmədov küçəsi 31 E saylı ünvanının yaxınlıqdakı yarımtikili binada saxlanılmış və tədbir görülməsi üçün 29-cu PŞ-nə təhvil verilmişdir. Həmçinin alınmış digər məlumatda hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olması bildirilmişdir. Bundan sonra o, müstəntiq və əməliyyat qrupu ilə birlikdə ünvan 7 ünvanda xəndəyə düşmüş qara rəngli “Chevrolet Cruze” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili görmüşlər. Müəyyən müddət sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə oraya gətirilmiş və hal şahidlərinin iştirakı ilə qeyd edilən nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Avtomobilin salonundakı arxa oturacağın üzərində 1 ədəd qara rəngli dəri materialdan olan əl çantasının olması müşahidə edilmiş və çantanın içərisinə keçirilən baxış zamanı bir ədəd “JK-9, 13-40994” nömrəli 9MM tapança, həmin tapançaya məxsus 01 ədəd daraq və darağın içərisində 7 ədəd güllə və 01 ədəd idman yarışlarında istifadə etmək üçün nəzərdə tutulmuş A 7620 P nömrəli tapança aşkar edilərək götürülmüşdür. Sonradan avtomobilin salonunda və yük yerinə baxış zamanı qanunla qadağan edilmiş digər əşya və maddələr aşkar edilməmişdir. Hadisə yerində edilən sorğu zamanı hadisəni törətmiş Təqsirləndirilən şəxs avtomobildən aşkar edilərək götürülmüş 1 ədəd “JK-9 13-40994” nömrəli 9MM tapança, həmin tapançaya məxsus daraq və darağın içərisində olan 7 ədəd güllə və 01 ədəd idman yarışlarında istifadə etmək üçün nəzərdə tutulmuş A 7620 P nömrəli tapançanın ona məxsus olduğunu və üstündə gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əlavə bildirmişdir ki, “JK-9 13-40994” nömrəli 9MM tapançanı İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsdən əldə etmiş, idman tapançasını isə 15 il əvvəl 25 manata mağazadan almış, idarə etdiyi avtomobil isə onun qardaşı Şahid6 mülkiyyətindədir. Aşkar edilmiş əşyalar sonradan zərfə qoyulmuşdur. Hadisə yerinə baxış davam edərkən “Chevrolet Cruze” markalı **-VH- *** dövlət qeydiyyat nişanlı avtomobildən 23 metr aralıda asfalt örtüyünün üzərində birbirindən 1,2 metr aralıda 2 ədəd boş giliz (patron) aşkar edilərək götürülərək zərfə qoyulmuşdur. Zərf möhürləndikdən sonra o, zərfi imzalamışdır. Edilən sorğu zamanı Təqsirləndirilən şəxs asfalt örtüyündən aşkar edilmiş gilizlərin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Şahid2 onun qızıdır və sonuncu Ağdam rayon sakini Şahid5 ilə evlənmiş, birgə nikahdan 11 aylıq Əli adlı uşaqları vardır. Qızı Mənsurə Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 1 ünvanda yerləşən “Vital” klinikasının yaxınlığındakı ərazidə dəmir vaqon konstruksiyalı evdə əri Bəxtiyar, övladı Əli, eləcə də qayınatası Zərərçəkmiş şəxs və qayınanası Şahid1, habelə qayını Şahid4lə birlikdə yaşayır. Həmin vaqonun yaxınlığında əlavə olaraq yaşayış üçün nəzərdə tutulan 2 yardımçı otaq və qarşısında həyətləri də vardır. Qızı Mənsurənin qayını İxtiyar avtomobil təmiri ustasıdır və sonuncu yaşadığı evin qarşısında özünə çadırdan avtomobil təmiri emalatxanası quraşdıraraq orada nəqliyyat vasitələrinin təmiri ilə məşğul olur. Bir neçə gün əvvəl o, qızı Mənsurənin yaşadığı evə qonaq gəlmişdir. 11 aprel 2021-ci il tarixdə saat 23:45-də kürəkəni Bəxtiyar və nəvəsi Əli digər otaqda yatmışlar. Qudası Zöhrə, o və qızı Mənsurə qabaq otaqda söhbət edirlərmiş, digər qudası Tahir isə dəmir vaqonun qarşısında olan çarpayıda uzanaraq mobil telefonda filmə baxırmış. Vaqonun bayıra açılan qapısı həmin zaman açıq halda olmuşdur. Onun yuxusu gəldiyi üçün digər otağa keçərək yatmağa hazırlanşanda bayırda bir kişinin yüksək səslə İxtiyarı çağırdığını və qudası Tahirlə sözlə mübahisə etmələrini eşitmiş və nə haqda danışmalarına qulaq asmaq üçün vaqonun qarşısına tərəf gəlmişdir. O, görmüşdür ki, əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs həyətdə 8-9 metr aralıda dayanaraq idarə etdiyi “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili qudası Tahirə göstərərək “oğlun İxtiyar niyə bu avtomobilin təmirini yarımçıq qoyub və benzin çəninin qapağını itirib, vermir”, “niyə telefon zənglərimə cavab vermir” ifadələrini işlədərək İxtiyarın ünvanına nalayiq sözlər işlədərək mübahisə edir. Həmin zaman qudası Zöhrə və qızı Mənsurə də vaqonun qarşısında onunla bərabər dayanmışlar. O, Etibarın əlində gümüşü qızılı rəngdə silah olmasını görmüşdür. həmin zaman İxtiyar qonşuluqda yaşayan Məhəmməd adlı kişinin evində olmuşdur. Qudası Tahir və Zöhrə oğlu İxtiyarın evdə olmadığını Etibara dedikdə sonuncu “siz yalan danışırsınız, sizi öldürəcəm” deyib əlində saxladığı silahdan onun, qızı Mənsurənin, qudaları Tahir və Zöhrənin istiqamətində 1 dəfə atəş açmışdır. Güllə onlardan təxminən 1 metr aralıda olan vaqonun qapısının üst hissəsinə dəymişdir. O, Zöhrə və Mənsurə qorxudan qışqıraraq içəri qaçmışlar. Lakin Etibar onlara ikinci atəşi açmamış, amma Etibar sakitləşməyərək avtomat gətirib onları öldürəcəyi ilə hədələməyə başlamışdır. Bundan sonra Etibar özünün idarə etdiyi avtomobilə oturaraq sürüb oradan getmişdir. Sonradan yatmış kürəkəni Bəxtiyar səs-küyə yuxudan ayılaraq onların yanına gəlmişdir. Həmin hadisədən təxminən 5 dəqiqədən sonra Etibar həmin avtomobillə geri qayıtmış və avtomobildən düşərək qudası Tahir və Zöhrədən üzr istəyərək əsəbləşdiyi üçün belə etdiyini deyib sonradan avtomobillə uzaqlaşıb getmişdir. Onlar isə çox qorxmuşlar. Qızı Mənsurə isə DİN-nin “102” Xidməti Zəng Mərkəzinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Müəyyən müddət sonra həyətə polis əməkldaşları gəlmiş və atəş açan şəxslə bağlı maraqlandıqda polis əməkdaşlarına Etibarın “Bəyaz” market istiqamətində getdiyini bildirmişlər. O, müəyyən müddət sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 E saylı binanın qarşısında polis əməkdaşlarının “saxla” tələblərinə tabe olmayaraq avtomobillə qaçmaq istədikdə avtomobili torpaq maneəyə vuraraq xəndəyə salmış və sonradan polis əməkdaşları tərəfindən saxlanılmış, eləcə də idarə etdiyi avtomobilə baxış zamanı 2 ədəd silah və patronlar aşkar edilərərk götürülmüşdür. Bundan sonra qudası Tahir zəng edərək oğlu İxtiyarı evə çağırtdırmış və Etibarın onlara tapança ilə atəş açmasını sonuncuya demişdir. İxtiyar isə həmin zaman bildirmişdir ki, 2020-ci ilin noyabr-dekabr aylarında Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etmiş, lakin benzin çəninin qapağını rəng seçmək üçün götürsə də sonradan həmin qapağı itirdiyindən həmin detalı Etibara verə bilməmişdir. Verilən suallara cavab olaraq Şahid3 ifadəsində, Təqsirləndirilən şəxs tapançadan gülləni havaya deyil onların istiqamətində açdığını və həmin zaman heç kimin xəsarət almadığını, Təqsirləndirilən şəxs tapançadan atəş açdığı zaman onlardan 8- 9 metr aralıda dayandığını, Etibarın ikinci dəfə həyətə qayıtdıqda sonuncunun əlində silah olmadığını, Təqsirləndirilən şəxs silahdan daha çox atəş açmaq imkanı olsa da sonuncu bir dəfə atəş açdığını, o, Etibarın avtomobilində başqa şəxsləri görmədiyini, heç bir psixoloji və narkoloji xəstəlikdən əziyyət çəkmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə Ağdam rayonu Xıdırlı kəndində yaşamış, lakin 1993-cü ildə yaşadıqları torpaqlar işğal olunduğu üçün köçərərk Mingəçevir şəhərində məskunlaşmışlar. Bundan sonra 1999-cu ildə o, valideynləri ilə birlikdə ünvan 2 ünvana (“Vital” klinikasının yaxınlığına) gələrək həmin ərazidəki dəmir konstruksiyalı vaqon tipli evdə və 2 ədəd yardımçı tikilidən ibarət yaşayış sahəsində müvəqqəti olaraq məskunlaşmış, həyətə meyvə ağacları əkmiş, eləcə də sonradan yaşadıqları vaqon tipli evin qarşısına çadırdan avtomobil təmiri emalatxanası düzəltmiş və orada avtomobillərin dəmir və rənglənməsi işlərini həyata keçirmişdir. O, hazırda həmin yaşayış sahəsində atası Zərərçəkmiş şəxs, anası Şahid1, qardaşı 1993-cü il təvəllüdlü Şahid5, sonuncunun arvadı Şahid2 və 7 aylıq azyaşlı uşaqları Əli ilə birlikdə yaşayır. O, Binəqədi rayon sakini Təqsirləndirilən şəxs 2000-ci ilin noyabr ayından tanıyır, sonuncu ilə qohumluq əlaqəsi, ədavəti və ziddiyyəti olmamışdır. O, Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “Chevrolet Cruze” markalı **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobili natamam təmir etmiş, gördüyü işin müqabilində sonuncudan 175 manat pul almış, lakin avtomobilin ban hissəsinə tam olaraq rəng vurmadığı üçün rəng seçimi ilə əlaqədar həmin nəqliyyat vasitəsinin benzin çəninin qapağını götürmüşdür. O, Etibarın avtomobili üçün rəng alsa da sonuncu avtomobili ona təqdim etmədiyi üçün təmir işini yekunlaşdıra bilməmiş, benzin çəninin qapağı onda qalmışdır. Etibar bir neçə dəfə istifadə etdiyi ***-***-**-** saylı GSM nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** saylı GSM nömrəsinə zəng edərərk benzin çəninin qapağını istəmişdir. O, bununla bağlı söz versə də benzin çəninin qapağını tapa bilmədiyi üçün mağazadan almaq qərarına gəlmişdir. 11 aprel 2021-ci il tarixdə saat 09 radələrində o, yaşadıqları evin yaxınlığında yaşayan atasının dostu olan Məhəmməd Teyyubovun evinə getmiş və həmin gün sonuncunun evində qonaq olmuşdur. Həmin gün gecə onu öz evlərindən çağırdıqları üçün o, piyada evinə gəlmiş, evdə ailə üzvlərinin hamısının həyacanlı olmasını görmüşdür. Atası Tahirlə söhbət zamanı sonuncu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onlara gələrərk onu soruşmasını, sonuncunun əlindəki tapança ilə evdəki şəxslərə atəş açmasını ona xəbər vermişdir. O, həmin zaman anası Zöhrənin, qardaşının arvadı Mənsurənin və evdə qonaq olan sonuncunun anası Şahid3 ağlamasını görmüşdür. Eləcə də ev əhlindən öyrənmişdir ki, Təqsirləndirilən şəxs əlindəki silahla onları öldürməklə hədələyərək silahdan bir dəfə atəş açmış, güllə yaşadıqları vaqon tipli evin giriş qapısının üst hissəsini dəlib deşmiş, lakin heç kimə xəsarət yetirməmişdir. Bundan sonra qardaşının arvadı Mənsurə hadisə barəsində DİN-nin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermişdir. Sonradan o, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra Yasamal rayonu Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 E saylı ünvanın yaxınlığında avtomobillə qəza törətməsini və idarə etdiyi nəqliyyat vasitəsini maneəyə vurduqdan sonra polis əməkdaşları tərəfindən yaxalanmasını, eləcə də atəş açdığı silah və patronların ondan götürülməsini öyrənmişdir. Verilən suallara cavab olaraq Şahid4 ifadəsində baş verən hadisəni görmədiyini, hadisədən qabaq Təqsirləndirilən şəxs ilə arasında narazılıqlar olsa da heç bir zaman mübahisə etmədiklərini və dalaşmadıqlarını, eləcə də sonuncunun onu ölümlə hədələmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 1 ünvanda (“Vital” klinikasının yaxınlığında) yerləşən dəmir konstruksiyalıvaqon tipli evdə arvadı Mənsurə və azyaşlı oğlu Əli ilə, eləcə də valideynləri Tahir və Zöhrə, qardaşı İxtiyarla birlikdə yaşayır. 11 aprel 2021-ci il tarixdə saat 23:30-də o, azyaşlı oğlu Əlini də götürərək yatmaq üçün digər otağa keçmişdir. həmin zaman yoldaşı Mənsurə və anası Zöhrə, eləcə də bir neçə gün əvvəl onlara qonaq gəlmiş qayınanası Şahid3 qabaq otaqda söhbət edirlərmiş. Atası Tahir isə vaqonun qarşısında olan çarpayıda uzanaraq mobil telefonda filmə baxırmış, vaqon tipli evin bayıra açılan qapısı həmin zaman açıq halda olmuşdur. O, oğlu Əli ilə 15-20 dəqiqə olarmış ki yatmışlar. Birdən o, bayırda bir kişinin yüksək səslə onun qardaşı İxtiyarı çağırdığını və atası Tahirlə sözlə mübahisə etmələrini eşitmişdir. İxtiyarı çağıran şəxsin danışığı bir qədər aralıdan gəlirmiş. Amma atası Tahir həmin şəxsə İxtiyarın evdə olmadığını bildirirmiş. Bir çox hallarda İxtiyar evdə və emalatxanada olmadıqda ya müştəri, ya da ki avtomobilində nasazlıq olan şəxslər vaqona yaxınlaşaraq qardaşı İxtiyarı soruşub çıxıb gedirlərmiş. O, fikirləşmişdir ki, İxtiyarı soruşan şəxs onun evdə olmadığı üçün atası Tahirlə söhbət etdikdən sonra çıxıb gedəcək, bu baxımdan o, yataqdan qalxmamışdır. Amma bir qədər sonra o, atəş səsinin gəlməsini eşitmiş və tez yataqdan qalxmışdır. Atəş səsindən sonra o, bayırda arvadı Mənsurənin, qayınanası Balaqızın, anası Zöhrənin və atası Tahirin qışıqırıq səsini eşitmişdir. Məsələni tam anlaya bilmədiyi, atəşin kim tərəfindən və haradan atıldığını bilmədiyi üçün paltarını geyinib bayıra çıxmışdır. O, bayıra çıxana kimi evin qarşısından bir avtomobil hərəkətə gələrək çıxıb getmişdir. O, vaqonun qarşısına çıxdıqda ev əhlindən öyrənmişdir ki, əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs 8-9 metr aralıda dayanaraq idarə etdiyi “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili onun atası Tahirə göstərərək “oğlun İxtiyar niyə bu avtomobilin təmirini yarımçıq qoyub və benzin çəninin qapağını itirib, vermir”, “niyə telefon zənglərimə cavab vermir” ifadələrini işlədərək qardaşı İxtiyarın ünvanına nalayiq sözlər işlədərək mübahisə etmişdir. Etibar onun atası Tahirlə mübahisə etdikdə onun anası Zöhrə, arvadı Mənsurə və qayınanası Balaqız da orada olmuşdur. Mübahisə zamanı vaqonun qarşısında olan ev əhli Etibarın əlində gümüşü qızılı rəngdə tapança da olmasını görmüşlər. Mübahisə olmamışdan xeyli əvvəl İxtiyar qonşuluqda yaşayan Məhəmməd adlı kişinin evinə qonaq getmişdir. Bu baxımdan valideynləri Tahir və Zöhrə İxtiyarın evdə olmadığını desələr də Etibar onlara “siz yalan danışırsınız, sizi öldürəcəm” deyib əlində saxladığı silahdan valideynləri, qayınanası Balaqız və arvadı Mənsurənin istiqamətində 1 dəfə atəş açmışdır. Güllə onlardan təxminən 1 metr aralıda olan vaqonun qapısının üst hissəsinə dəymişdir. bu baxımdan onlar qorxudan qışqırmışlar. Etibar isə həmin zaman sakitləşməyərək onun atası Tahirə “avtomat gətirib sizi öldürəcəyəm” ifadələrini deyərək oradan “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə uzaqlaşaraq getmişdir. O, yuxudan qalxaraq onların yanına gəldikdən 2-3 dəqiqə sonra Etibar yenidən avtomobillə geri qayıtmış və avtomobildən düşərək onun atası Tahir və anası Zöhrədən atəş açaraq onları qorxutduğu üçün üzr istəmiş və bildirmişdir ki, əsəbləşdiyi üçün belə etmişdir. Bundan sonra Etibar avtomobilinə oturaraq oradan uzaqlaşaraq çıxıb getmişdir. Arvadı Mənsurə isə DİN-nin “102” Xidməti Zəng Mərkəzinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Müəyyən müddət sonra həyətə polis əməkldaşları gəlmiş və atəş açan şəxslə bağlı maraqlandıqda polis əməkdaşlarına Etibarın D.Bünyadzadə küçəsində yerləşən “Bəyaz market” istiqamətində getdiyini bildirmişlər. O, müəyyən müddət sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 E saylı binanın qarşısında polis əməkdaşlarının “saxla” işarəsinin tələblərinə tabe olmayaraq avtomobillə qaçmaq istədikdə avtomobili torpaq maneəyə vuraraq xəndəyə salmış və sonradan polis əməkdaşları tərəfindən saxlanılmış və idarə etdiyi avtomobilə baxış zamanı oradan 2 ədəd tapança və patronlar aşkar edərək götürülmüşdür. Bundan sonra atası Tahir zəng edərək İxtiyarı evə çağırtdırmış və Etibarın onlara tapança ilə atəş açmasını sonuncuya demişdir. İxtiyar isə həmin zaman bildirmişdir ki, 2020-ci ilin noyabr-dekabr aylarında Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etmiş, avtomobilin rənglənməsi üçün benzin çəninin qapağını götürsə də sonradan həmin qapağı itirdiyindən həmin detalı Etibara verə bilməmiş, bu baxımdan aralarında narazılıq yaranmışdır. Verilən suallara cavab olaraq Şahid5 ifadəsində, Təqsirləndirilən şəxs tapança ilə atdığı güllənin onların yaşadığı dəmin vaqonun qapısının üst hissəsinə dəydiyini gördüyünü, Etibarın ikinci dəfə geri qayıtdıqda sonuncunun əlində sılah olmasının şahidi olmadığını, o, evdə yatdığı zaman bir dəfə atəş səsinin gəlməsini eşitdimyini, heç bir xəstəlikdən əziyyət çəkmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin noyabr ayından DİN-in X12 Alayının 6-cı Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis kiçik serjantı rütbəsindədir. O, iş yoldaşları DİN ƏÇPA-nın 6-cı Patrul Bölüyünün polis nəfərləri Allahvedi Heydərzadə və Şahid10lə birlikdə Yasamal RPİ-nin 28 və 29-cu PB-nin yerləşdiyi inzibati ərazidə 2466 çağırışlı avtopatrulda xidmət aparırlar. 11 aprel 2021-ci il tarixdə saat 23.50 radələrində ünvan 8 ünvanın yaxınlığında yerləşən “Bizim” marketin yaxınlığında yuxarıdakı tərkibdə xidmət apararkən “Qobu” efir (radiostansiya) vasitəsi ilə ünvan 5 ünvanın yaxınlığında yerləşən Vital klinikasının yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı ərazidə bir nəfər şəxsin odlu silahdan atəş açması barədə məlumat vermiş və həmin əraziyə yaxınlaşmaları tələb edilmişdir. O, iş yoldaşları ilə birlikdə dərhal həmin ünvana yollandıqda yolda 2469 çağırışlı avtopatrulda xidmət aparan digər iş yoldaşları DİN ƏÇPA-nın 6-cı Patrul Bölüyünün polis nəfərləri Şahid9, Sərxan Abdullazadə və Şahid7 onlara məlumat verərək bildirmişlər ki, atəş açan şəxs Yasamal rayonu Ə.Əhmədov küçəsi 31 E saylı ünvanın qarşısındakı yarımtikili binaya girərək orada gizlənmişdir, həmin şəxsin silahlı olmasını və təhlükə yarana biləcəyi əsas gətirilərək onlara kömək etməklərini xahiş etmişlər. O, iş yoldaşları Allahvedi Heydərzadə və Şahid10lə birlikdə Yasamal rayonu Ə.Əhmədov küçəsi 31 E saylı ünvanın qarşısındakı yarımtikiliyə yaxınlaşmış və 2469 çağırışlı avtopatrulda xidmət aparan digər iş yoldaşları Şahid9, Sərxan Abdullazadə və Şahid7 ilə birlikdə həmin yarımtikili binanın ətrafını mühasirəyə almış, həmin şəxsi axtararaq yarımtikilinin içərisində saxlamışlar. Sonradan tədbir görülməsi üçün həmin şəxsi Yasamal RPİ-nin 29-cu PŞ-nə apararaq təhvil vermişlər. Aparılan sorğu zamanı təhvil verilən şəxsin xx.xx.1978-ci il təvəllüdlü Bakı şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. PŞ-də olarkən onları köməyə çağıran polis əməkdaşları Şahid9, Sərxan Abdullazadə və Şahid7 öyrənmişlər ki, onlar da məlumatı aldıqdan sonra hadisə yerinə çatdıqda oradakı şəxslərdən Təqsirləndirilən şəxs “Chevrolet ” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerindən D.Bünyadzadə küçəsi ilə “Bəyaz market” istiqamətində uzaqlaşmalarını dəqiqləşdirmiş, sonradan “Bəyaz market”ə çatdılqda qeyd edilən avtomobili marketin yaxınlığında yolun kənarında aşkar etmiş və Təqsirləndirilən şəxs onları görərkən avtomobilə əyləşərək qaçdıqda sonuncuya avtomobili saxlaması üçün “saxla” işarəsi verilmiş, lakin Təqsirləndirilən şəxs “saxla” işarəsinin tələblərinə tabe olmayaraq nəqliyyat vasitəsində uzaqlaşmağa cəhd etməsi və yolda idarəetməni itirib “Chevrolet Cruze” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu Ə.Əhmədov küçəsi 31 E saylı ünvanın qarşısındakı yarımtikilinin yaxınlığında olan torpaq maneəyə vuraraq nəqliyyat vasitəsini xəndəyə salmış, sonradan Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən çıxaraq yaxınlıqdakı yarımtikili binaya girərək gizlənmişdir. Bundan sonra iş yoldaşları onları köməyə çağırmışlar. Həqiqətən də onlar Təqsirləndirilən şəxs saxladıqda orada sonuncunun idarə etdiyi “Chevrolet Cruze” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin xəndəyə düşmüş halda olmasını müşahidə etmişlər. Verilən suallara cavab olaraq Şahid8 ifadəsində, Təqsirləndirilən şəxs yarimtikili binada gizlənməsi barədə məlumat əldə etdikdən sonra həmin binanı mühasirəyə alaraq sonuncuya təslim olmasını bildirdiklərini, Təqsirləndirilən şəxs çıxılmaz vəziyyətdə qaldığı üçün təslim olduğunu və sonuncu saxlanılarkən üzərində heç bir silahın olmadığını və polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs 29-cu PŞ-nə təhvil verərkən sonuncunun avtomobilinin natamam təmir edilməsinə görə ustanın yaşadığı evə getdiyini və ustanı evdə tapa bilmədiyi üçün əsəbləşərək üzərində olan tapançadan 1 dəfə atəş açdığını, Təqsirləndirilən şəxs təslim olmasında nə polis əməkdaşlarının, nə də ki sonuncunun silahdan istifadə etmədiklərini, Yasamal rayonu Ə.Əhmədov küçəsi 31 E saylı ünvanda aşkar edilmiş 2 ədəd gilizin Etbar Əlizadənin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının tabel silahlarından atılmadığını və həmin gilizlərin onlara heç bir aidiyyətinin olmadığını bildirmişdir. 12 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. 01 cild iş vərəqə 45-46 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 aprel 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. 01 cild iş vərəqə 161-163 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 12 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. 02 cild iş vərəqə 87-90 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzindən alınmış 24.06.2021-ci il tarixli 3/904; 3/905 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tapança zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli "İJ SPL 01" modelli, "A 7620 P" №-li, idman-məşq zamanı istifadə edilməsi üçün nəzərdə tutulmuş işarəvericisəsverici tapançadır, sazdır, üzərində sonradan dəyişiklik edilməmişdir, istifadəyə yararlıdır, odlu silah hesab edilmir, səthində istehsal ilinə aid hər hansı bir işarə olmadığından istehsal ilini müəyyən etmək mümkün deyil.
2. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tapança, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, "FALCON SPORT" (JK-9) modelli, "13-40994" №-li səs-siqnal tapançasıdır. Lakin sonradan tapançanın lüləsinin daxili kustar üsulla yonularaq genişləndirilmiş, konstruksiyasında dəyişiklik edilərək, canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulmuş mərmilərlə (güllələrlə) təchiz olunmuş patronlardan istifadə olunmaqla atəş açmaq üçün uyğunlaşdırılaraq təyinatı dəyişdirilmiş yivsiz odlu silahdır, atəş açmaq üçün yararlıdır, odlu silah hesab edilir, səthində istehsal ilinə aid hər hansı bir işarə olmadığından istehsal ilini müəyyən etmək mümkün deyil.
3. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd patron, ilkin təyinatda səs-siqnal səsini imitasiya edən patronlardır, lakin sonradan boşaldılılaraq 9 mm kalibrli gilizlərinə, canlı qüvvəni məhv etmək üçün 8 mm kalibrli mərmilər (güllələr) kustar üsulla doldurmaqla hazırlanmışdır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Bu patronlardan istifadə etməklə təqdim edilmiş "13-40994" №-li tapançadan atəş açmaq mümkündür. Patronların üzərində istehsal ilinə aid hər hansı bir işarə olmadığından istehsal ilini müəyyən etmək mümkün deyil.
4. Tədqiqata təqdim edilmiş (hadisə yerindən götürülmüş) 1(bir) ədəd giliz, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, səs-siqnal tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronunun atəşdə ayrılmış hissəsidir-gilizidir. Həmin giliz, təqdim edilmiş "13-40994" №-li tapançadan atılmışdır.
5. Tədqiqata təqdim edilmiş (yol nəqliyyat hadisəsi yerinə baxış keçirilərkən götürülmüş) 2 (iki) ədəd giliz 9x19 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, həmin kalibrə malik “Zəfər K", "Mətin", "Parabellum", "Mauser", "Walter P.38", 1935-ci il modelli "Browning", "Colt Commander" və digər konstruksiyalı tapançalarda, "STEN Mk1", "Sterling L2A3", "Bergmann MP34-1", "Erma", "Şchmeisser JR 18-1", "MP-38", "MP-40", "UZİ" markalı tapança-pulemyotlarda və s. yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşdə ayrılmış hissəsidir-gilizləridir. Həmin gilizlər, təqdim edilmiş tapançalardan atılmamışdır. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat təşkil etmişdir. 02 cild iş vərəqə 68-72 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 03.08.2021-ci il tarixli 1700 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs halhazırda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən "emosional davamsız şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. 02 cild iş vərəqə 115-116
İstintaq zamanı hadisə yerindən və nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş bir ədəd “JK-9, 13-40994” nömrəli 9MM tapança, həmin tapançaya məxsus 7 ədəd güllə və 01 ədəd idman yarışlarında istifadə etmək üçün nəzərdə tutulmuş A 7620 P nömrəli tapança və gilizlər odlu silah və döyüş sursatları olub-olmamasını müəyyən etmək məqsədilə DİN-in Kliminalistik Tədqiqatlar İdarəsinə göndərilmiş və həmin orqandan 21/405 A nömrəli arayış alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 21/405 A nömrəli arayışda göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 13-40994 №-li silah zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9 mm kalibrli Valter PP konstruksiyalı tapançalara oxşar, FALCON SPORT modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançasıdır və odlu silah hesab edilmir. Lakin həmin tapançanın lüləsinin daxili hissəsi kustar üsulla yonularaq həmin tapançanın ilkin təyinatı dəyişdirilmişdir. Bu da onu göstərir ki, həmin tapança hal-hazırda həmin kalibrli travmatik, qaz, səs-siqnal və tədqiqata təqdim edilmiş kustar üsulla düzəldilmiş patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, yivsiz, hamar lüləli odlu silahdır, təxniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - tədqiqata təqdim edilmiş A-7620-P Ns-li silah, zavod üsulu ilə Rusiya dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli pistonlarla atəş açmaqla İJ SPL- 01 modelli idman yarışlarında istifadə olunan start siqnalı vermək üçün nəzərdə tutulmuş tapançadır, odlu silah hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. - tədqiqata təqdim edilmiş uzunluğu 98 mm, eni 26,4 mm, qalınlığı 11,5 mm olan 1 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş FALCON SPORT modelli tapançaların komplekt hissəsidir-darağıdır, içərisinə 9 mm kalibrli siqnal patronları yerləşdirməsi üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - tədqiqata təqdim edilmiş 07 ədəd patronların ümumi uzunluğu- 22 mm; gilizin ağız hissəsinin diametri-9 mm; gövdəsinin diametri- 9,5 mm-dir. tədqiqata təqdim edilmiş 07 ədəd patronlar 9 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal olunmuş, səs-siqnal vərməklə həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlarıdır və döyüş sursatı hesab edilmir. Lakin tədqiqat zamanı məlum oldu ki, ilkin variantda səssiqnal səsini imitasiya edən patronlar sonradan kustar üsulla gilizlərinin daxilinə barıt komponenti və uc hissəsinə isə 8 mm diametrli yumburu formalı, kustar üsulla düzəldilmiş metal güllə yerləşdirilərək ilkin təyinatı dəyişdirilmişdir və hal-hazırda tədqiqata təqdim edilmiş 9 mm kalibrli 13-40994 NQ-li, FALCON SPORT modelli tapançadan atəş zamanı döyüş sursatının əlamətlərini təsvir edir və atəş üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 01 ədəd gilizin uzunluğu-17,9 mm; -gilizin ağız hissəsinin diametri-8,5 mm; -gilizin gövdəsinin diametri- 9,8 mm-dir. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9 mm Kalibrli olmaqla, səssiqnal vərməklə həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış-gilizidir və döyüş sursatı hesab edilmir. Həmin giliz tədqiqata təqdim edilmiş 9 mm kalibrli 13-40994 Ne-li, FALCON SPORT modelli tapançadan atılmışdır. - Tədqiqata təqdim edilmiş 02 ədəd gilizin uzunluğu-19 mm; -gilizin ağız hissəsinin diametri-9,8 mm; -gilizin gövdəsinin diametri- 9,8 mm-dir. Tədqiqata təqdim edilmiş 02 ədəd giliz zavod üsulu ilə Azərbaycan dövlətində 2011-ci ildə istehsal olunmuş 9x19 mm Kalibrli olmaqla, həmin Kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış-gilizləridir. Həmin gilizlər 9x19 mm kalibrli tapançadan atılmışdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd metaldan hazırlanmış əşya yarım kürə formasında olmaqla diametri təxminən 11 mm-dir, qalınlığı 1,5 mm-dir (bax fotocədvəl Nq1 şəkil Nq8). Əşyanın kanarları tilişkəvari qirintili-cıxıntılı formadadır. Tədqiqata təqdim edilmiş əşyanın hər-hansı predmetin əvvəllər bir hissəsi olub-olmaması müəyyən etmək mümkün olmadı. -Tədqiqata təqdim ediimiş 01 ədəd 9 mm kalihrii 13-40994 Ns-li Valter PP konstruksiyalı taparıçalara oxşar, FALCON SPORT modelli tapançadan eksperimental qaydada atılmış giliz nümunələri, hadisə yerindən götürülmüş və tədqiqata təqdim edilmiş 03 ədəd 9 mm kalibrli gilizlər İdarənin "güllə-giliz" kartotekasmda "ARSENAL" avtomatlaşdırılmış balistik sistemi vasitəsilə, əvvəllər törədilmiş açılmamış cinayət işləri üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilmədi. 21/405 A nömrəli arayışın qeyd hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 07 ədəd 9 mm kalibrli patroniardarı 03 ədədi eksperemerıtal atəşlər zamanı istifadə olunmuşdur. 01 cild iş vərəqə 121-130
DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əlizadə X9 rayon məhkəməsinin 14.01.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1ci hissəsi (köhnə redaksiya) ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası Milli Məclisin 10.12.1999-cu il tarixli Amnistiya qərarına əsasən 10.03.2000-ci il tarixində cəzadan azad olunmuşdur. Eyni zamanda alınmış tələbnamədən görünür ki, Əlizadə X9 rayon məhkəməsinin 21.08.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətinə, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.11.2011-ci il tarili hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21.04.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Yasamal rayon məhkəməsindən alınmış 14.01.2000-ci il tarixli hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1ci hissəsi (köhnə redaksiya) ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 55-ci maddəsinə əsasən barəsində 02 il müddətinə narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. Yasamal rayon məhkəməsindən alınmış 21.08.2001-ci il tarixli hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 93.1.4-cü maddəsinə əsasən barəsində 02 il müddətinə narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsindən alınmış 18.11.2011-ci il tarili hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 93.1.4-cü maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və resediv hesab edilmişdir. 01 cild iş vərəqə 166-168, 207-212, 242-248 02 cild iş vərəqə 122-143
İstintaq zamanı ünvan 9 ünvanda Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli "İJ SPL 01" modelli, "A 7620 P" №-li idman-məşq zamanı istifadə edilməsi üçün nəzərdə tutulmuş odlu silah hesab edilməyən işarəverici-səsverici tapançası, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, "FALCON SPORT" (JK-9) modelli, "13-40994" №-li səs-siqnal tapançası olsa da lüləsinin daxili kustar üsulla yonularaq genişləndirilərək konstruksiyasında dəyişiklik edilmiş (canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulmuş mərmilərlə (güllələrlə) təchiz olunmuş patronlardan istifadə olunmaqla atəş açmaq üçün uyğunlaşdırılaraq təyinatı dəyişdirilmiş) yivsiz odlu silah olan tapança, həmin tapançaların sandıqçaları, eləcə də 7 ədəd ilkin təyinatda səs-siqnal səsini imitasiya edən, lakin sonradan boşaldılılaraq 9 mm kalibrli gilizlərinə, canlı qüvvəni məhv etmək üçün kustar üsulla doldurmaqla hazırlanmış 8 mm kalibrli mərmilər (güllələr), habelə Yasamal rayonu D.Bünyadzadə küçəsi 1 ünvanda məskunlaşan Şahid4 yaşadığı evin həyətindən götürülmüş 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, səs-siqnal tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş ("13- 40994" №-li tapançadan atılmış) ədəd giliz iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi subut kimi tanınmışdır. 02 cild iş vərəqə 74-76, 86
İstintaq zamanı hadisə yerindən (Yasamal rayonu D.Bünyadzadə küçəsi 1 ünvandan) və Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildən (Yasamal rayonu Ə.Əhmədov küçəsi 31 E saylı ünvandan) aşkar edilərək götürülmüş 1 (bir) ədəd 9 mm kalibrli, "FALCON SPORT" (JK-9) modelli, "13-40994" №-li tapança, 1 (bir) ədəd 5,6 mm kalibrli "İJ SPL 01" modelli, "A 7620 P" №-li tapança (sandıqçaları ilə birlikdə), 1 (bir) ədəd 9 mm kalibrli giliz, 7 (yeddi) ədəd 9 mm kalibrli patron, bir ədəd metal predmetin maddi subut kimi tanınması, həmin tapançaların və sandıqçaların, eləcə də tədqiqat aparıldıqdan sonra qalan 01 ədəd giliz, 3 (üç) ədəd patronun və ünvan 10 ünvandan aşkar edilərərk götürülmüş 2 (iki) ədəd 9x19 mm kalibrli gilizin saxlanılmaları üçün Yasamal RPİ-nin saxlanc kamerasına təhvil verilməsi nəzərə alınmışdır. 02 cild iş vərəqə 122-142
Sərxoşluq hallarının təyini ilə əlaqədar 12.04.2021-ci il tarixdə tərtib edilmiş 2/4418 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs “orta” dərəcəli sərxoş olmuşdur. 01 cild iş vərəqə 28
İstintaq zamanı DİN BƏSİİ-dən alınmış məktubda göstərilmişdir ki, “FALCON SPORT” modelli, 9 kalibirli 13-40994 №-li və “İJ SPL-01” modelli 5.6 kalibrli A-7620P №-li silahların mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə məlumat yoxdur. 02 cild iş vərəqə 19
DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs 16.05.2010-cu il tarixdə Astara sərhəd nəzarət məntəqəsindən ölkədən “çıxış” etmiş, 20.05.2010-cu il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə eyni məntəqədən ölkəyə “giriş” etmişdir. 01 cild iş vərəqə 251-252
İstintaq zamanı DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsindən alınmış məktubda göstərilmişdir ki, DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş elektron reyestrində 9 kalibirli “FALCON SPORT” markal, 13-40994 №-li və 5.6 kalibrli “İJ SPL-01” markalı A-7620P №-li tapançalar barədə məlumat yoxdur. 02 cild iş vərəqə 85
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X8 Şəxsdən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 08.10.2009-06.11.2009-cu il və 16.07.2010-06.08.2010-cu il tarixlərdə “Qısa müddətli depressiv reaksiya adaptasiya pozulması nəticəsində” diaqnozu ilə yuxarıda qeyd edulən xəstəxanada müalicədə olub. 02 cild iş vərəqə 5, 56
12.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsi nömrəsiz evdə axtarış aparılmışdır. Axtarış nəticəsində qanunla daşınması, saxlanması qadağan edilmiş heç bir predmet, silah və onun kompleks hissələri, narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş, çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə edilmişdir. 01 cild iş vərəqə 60-62
Cinayət işinin materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda sonuncuya qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə edib daşımaqla gəzdirməsi və silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.11.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və o, 21 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 12 aprel 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd 9 mm kalibrli, "FALCON SPORT" (JK-9) modelli, "13-40994" №-li tapança, 01 (bir) ədəd 5,6 mm kalibrli "İJ SPL 01" modelli, "A 7620 P" №-li tapança (sandıqçaları ilə birlikdə), eləcə də tədqiqat aparıldıqdan sonra qalan 01 (bir) ədəd giliz, 3 (üç) ədəd patron və 02 (iki) ədəd 9x19 mm kalibrli giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd metal predmet məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 aprel 2021-ci il tarixdən hesablansın. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut 01 (bir) ədəd 9 mm kalibrli, "FALCON SPORT" (JK-9) modelli, "13-40994" №li tapança, 01 (bir) ədəd 5,6 mm kalibrli "İJ SPL 01" modelli, "A 7620 P" №-li tapança (sandıqçaları ilə birlikdə), eləcə də tədqiqat aparıldıqdan sonra qalan 01 (bir) ədəd giliz, 3 (üç) ədəd patron və 02 (iki) ədəd 9x19 mm kalibrli giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə digər maddi sübut olan 01 (bir) ədəd metal predmet məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Murad Məmmədov