Məhkəmə qərarları › İş №1(004)-334/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-334/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-334/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçilər Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X7 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun iştirakları ilə, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Sabuncu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanlarda kirayəşin kimi yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-1 və 29,177.2.4-cü maddələri ilə, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 2, mənzil 47də qeydiyyatda olan və Bakı şəhərində müxtəlif ünvanlarda kirayəşin kimi yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 29,177.2.1, 29,177.2.3-1 və 29,177.2.4-cü maddələri ilə, xx xxxxxx 1983-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təsilli, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 29,177.2.1, 29,177.2.3-1 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş, həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talmaqla oğurluq etmiş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 30 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 87C ünvanında yerləşən «Zoomagazin.az» şirkətinin ofisinin qapısının açıq olmasından istifadə edərək binaya qanunsuz olaraq daxil olub şirkətin rəhbəri Zərərçəkmiş şəxs1 məxsus kabinetdə olan dolabın siyirməsindən sonuncuya məxsus içərisində 2145 (iki min yüz qırx beş) manat nəğd pul olan 30 (otuz) manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2175 (iki min yüz yetmiş beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün 03.03.2021-ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanda yerləşən ünvan 5iş, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məktəbin həyətində gözləmiş, özü isə həmin məktəbin 2ci mərtəbəsində yerləşən akt zalına dinləyici kimi daxil olaraq orada birinci cərgədə yerləşən oturacağın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus əl çantasından bir ədəd 10 manat dəyərində olan pul kisəsini, həmin pul kisəsinin içərisində olan 100 manat nağd pulu və Kapital bank tərəfindən verilmiş «Bir kart» plastik kartını gizli olaraq talayaraq oğurladıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti A-556/57-ci məhəllə 31 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalının qarşısına gəlmiş, orada Zərərçəkmiş şəxs2 məxsus «Bir kart» plastik kartını həmin bankomata daxil etdikdən sonra kartın hesabında ümumilikdə 5226 (beş min iki yüz iyirmi altı) manat pul olmasına yəqin etdikdən sonra sonuncuya məxsus xeyli miqdarda əmlakı elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talama məqsədi ilə qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs2 məxsus «Bir kart» plastik kartını həmin gün Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti A-556/57-ci məhəllə 31 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalına daxil edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə saat 16:50 dəqiqədə 526 (beş yüz iyirmi altı) manat, saat 16:51 dəqiqədə 2000 (iki min) manat, daha sonra ünvan 7 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalından həmin gün saat 17:01 dəqiqədə 100 (yüz) manat, saat 17:02 dəqiqədə 50 (əlli) manat, saat 17:06 dəqiqədə 2 dəfəyə hər dəfə 100 manat olmaqla 200 (iki yüz) manat, saat 17:07 dəqiqədə 100 (yüz) manat olmaqla cəmi 2976 (iki min doqquz yüz yetmiş altı) manat pulu gizli olaraq talamaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 3086 (üç min səksən altı) manat pulu oğurlamış, daha sonra qrup üzvləri qabaqcadan razılaşdıqları vahid cinayətkar niyyətlərini həyata keçirmək üçün Zərərçəkmiş şəxs2 məxsus «Bir kart» plastik kartın hesabında qalmış 2250 (iki min iki yüz əlli) manat pulu oğurlamaq məqsədi ilə həmin gün saat 20:08 dəqiqədə ünvan 8 ünvanda yerləşən Beynəlxalq banka məxsus «ATM» bankomat terminalına və saat 23:02 dəqiqədə ünvan 9 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalına qeyd edilən plastik kartı daxil etsələr də zərərçəkmiş şəxs Şalalə Əhmədovanın həmin tarixdə Kapital banka müraciət edərək özünə məxsus «Bir kart» plastik kartının hesabını bloklaması səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini öz iradələrindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Şalalə Əhmədovaya ümumilikdə 5336 (beş min üç yüz otuz altı) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talmaqla oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün 03.03.2021-ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanda yerləşən ünvan 5iş, o və Təqsirləndirilən şəxs3 məktəbin həyətində gözləmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə həmin məktəbin 2-ci mərtəbəsində yerləşən akt zalına dinləyici kimi daxil olaraq orada birinci cərgədə yerləşən oturacağın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus əl çantasından bir ədəd 10 manat dəyərində olan pul kisəsini, həmin pul kisəsinin içərisində olan 100 manat nağd pulu və Kapital bank tərəfindən verilmiş «Bir kart» plastik kartını gizli olaraq talayaraq oğurladıqdan sonra o və Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti A-556/57ci məhəllə 31 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalının qarşısına gəlmiş, orada Zərərçəkmiş şəxs2 məxsus «Bir kart» plastik kartını həmin bankomata daxil etdikdən sonra kartın hesabında ümumilikdə 5226 (beş min iki yüz iyirmi altı) manat pul olmasına yəqin etdikdən sonra sonuncuya məxsus xeyli miqdarda əmlakı elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talama məqsədi ilə qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs2 məxsus «Bir kart» plastik kartını həmin gün Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti A-556/57-ci məhəllə 31 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalına daxil edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə saat 16:50 dəqiqədə 526 (beş yüz iyirmi altı) manat, saat 16:51 dəqiqədə 2000 (iki min) manat, daha sonra ünvan 7 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalından həmin gün saat 17:01 dəqiqədə 100 (yüz) manat, saat 17:02 dəqiqədə 50 (əlli) manat, saat 17:06 dəqiqədə 2 dəfəyə hər dəfə 100 manat olmaqla 200 (iki yüz) manat, saat 17:07 dəqiqədə 100 (yüz) manat olmaqla cəmi 2976 (iki min doqquz yüz yetmiş altı) manat pulu gizli olaraq talamaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 3086 (üç min səksən altı) manat pulu oğurlamış, daha sonra qrup üzvləri qabaqcadan razılaşdıqları vahid cinayətkar niyyətlərini həyata keçirmək üçün Zərərçəkmiş şəxs2 məxsus «Bir kart» plastik kartın hesabında qalmış 2250 (iki min iki yüz əlli) manat pulu oğurlamaq məqsədi ilə həmin gün saat 20:08 dəqiqədə ünvan 8 ünvanda yerləşən Beynəlxalq banka məxsus «ATM» bankomat terminalına və saat 23:02 dəqiqədə ünvan 9 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalına qeyd edilən plastik kartı daxil etsələr də zərərçəkmiş şəxs Şalalə Əhmədovanın həmin tarixdə Kapital banka müraciət edərək özünə məxsus «Bir kart» plastik kartının hesabını bloklaması səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini öz iradələrindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Şalalə Əhmədovaya ümumilikdə 5336 (beş min üç yüz otuz altı) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Digər Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün 03.03.2021-ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanda yerləşən ünvan 5iş, o və Təqsirləndirilən şəxs3 məktəbin həyətində gözləmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə həmin məktəbin 2-ci mərtəbəsində yerləşən akt zalına dinləyici kimi daxil olaraq orada birinci cərgədə yerləşən oturacağın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus əl çantasından bir ədəd 10 manat dəyərində olan pul kisəsini, həmin pul kisəsinin içərisində olan 100 manat nağd pulu və Kapital bank tərəfindən verilmiş «Bir kart» plastik kartını gizli olaraq talayaraq oğurladıqdan sonra o və Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti A-556/57ci məhəllə 31 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalının qarşısına gəlmiş, orada Zərərçəkmiş şəxs2 məxsus «Bir kart» plastik kartını həmin bankomata daxil etdikdən sonra kartın hesabında ümumilikdə 5226 (beş min iki yüz iyirmi altı) manat pul olmasına yəqin etdikdən sonra sonuncuya məxsus xeyli miqdarda əmlakı elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talama məqsədi ilə qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs2 məxsus «Bir kart» plastik kartını həmin gün Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti A-556/57-ci məhəllə 31 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalına daxil edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə saat 16:50 dəqiqədə 526 (beş yüz iyirmi altı) manat, saat 16:51 dəqiqədə 2000 (iki min) manat, daha sonra ünvan 7 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalından həmin gün saat 17:01 dəqiqədə 100 (yüz) manat, saat 17:02 dəqiqədə 50 (əlli) manat, saat 17:06 dəqiqədə 2 dəfəyə hər dəfə 100 manat olmaqla 200 (iki yüz) manat, saat 17:07 dəqiqədə 100 (yüz) manat olmaqla cəmi 2976 (iki min doqquz yüz yetmiş altı) manat pulu gizli olaraq talamaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 3086 (üç min səksən altı) manat pulu oğurlamış, daha sonra qrup üzvləri qabaqcadan razılaşdıqları vahid cinayətkar niyyətlərini həyata keçirmək üçün Zərərçəkmiş şəxs2 məxsus «Bir kart» plastik kartın hesabında qalmış 2250 (iki min iki yüz əlli) manat pulu oğurlamaq məqsədi ilə həmin gün saat 20:08 dəqiqədə ünvan 8 ünvanda yerləşən Beynəlxalq banka məxsus «ATM» bankomat terminalına və saat 23:02 dəqiqədə ünvan 9 ünvanda yerləşən Kapital banka məxsus «ATM» bankomat terminalına qeyd edilən plastik kartı daxil etsələr də zərərçəkmiş şəxs Şalalə Əhmədovanın həmin tarixdə Kapital banka müraciət edərək özünə məxsus «Bir kart» plastik kartının hesabını bloklaması səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini öz iradələrindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Şalalə Əhmədovaya ümumilikdə 5336 (beş min üç yüz otuz altı) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30.10.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 24 gün müddətinə, sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay azadlıqdan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 21.05.2020-ci il tarixdə həmin cəzasını çəkib qurğardığı üçün cəzadan azad olunmuşdur. Belə ki, sonuncu dəfə azadlığa buraxıldıqdan sonra daimi yaşayış yeri olmadığından məcbur olub Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yerləşən müxtəlif həyət evlərində gecəsinə 2 manat pul ödəməklə kirayənişin kimi yaşamağa başlamışdır. İşsiz olduğundan oğurluq etmək qərarına gəlmiş, 30.10.2020-ci il tarixdə gündüz vaxtı, təxminən saat saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu H. Cavid prospekti 87C ünvanında yerləşən «Zoomagazin az.» ofisinin qarşısından keşən zaman ofisin qapısının açıq olduğunu görmüş və ətrafa və ofisə boylanıb baxmış, ətrafda və ofisin içərisində heç kəsin olmadığını görüb tez içəri daxil olaraq dolabın siyirməsini açdıqda dolabın içərisinə qoyulan pul kisəsini görüb dərhal götürüb əynimdə olan gödəkçəsinin sağ yan cibinə qoyaraq həmin yerdən qaçıb çıxmışdır. Qeyd edilən ünvandan uzaqlaşandan sonra pul kisəsini açıb içərisində 2145 manat məbləğində pulu, bir kişi və bir qadın şəxsiyyət vəsiqələri, bir kişi sürücülük vəsiqəsinin olmasını aşkar etmişdir. Pulu götürmüş, lakin pul kisəsini və içindəki sənədləri səhəri gün ofisin yaxınlığına gətirib atmişdır. Əldə etdiyi pula gündəlik ehtiyaclarını qarşılamaq üçün ərzaq və siqaret alıb xərcləmişdir. 2020-ci ilin sentyabr ayında evlərin birində gecələdiyi zamanlar orada eyni onun kimi gecələyən adı sonradan ona məlum olmuş Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Bundan sonra Fuadla aralarında yoldaşlıq münasibətləri yarandığı üçün kirayənişin kimi birlikdə yaşamağa başlamışdır.Bundan sonra isə, yəni 2021-ci ilin fevral ayında o və Fuad, eyni olaraq Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yerləşən həyət evlərinin birində gecəsinə 2 manat pul ödəməklə kirayənişin kimi qaldıqda orada onlar kimi kirayənişin kimi qalmış adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs3 ilə tanış olmuşlar və nəticədə də hər üçün aralarında yoldaşlıq münasibətləri yarandığından Bəhlul da onlarla birlikdə müxtəlif evlərdə kirayənişin kimi yaşayışını davam etmişdir. Tanış olduqdan bir neçə gün sonra aralarında olmuş söhbətiləri zamanı Bəhlul bildirmişdir ki, ya Mirgəçevir və ya da Gəncə şəhər Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan onun ayağına “CPS” sistemli braslet bağlanmış və bir neçə gün sonra həmin brasleti özbaşına açaraq qaçıb Bakı şəhərinə gəlmişdir. O, Fuad və Bəhlul yaşayış və dolanışıqlarına pul tapa bilmədiyiklərindən mart ayının əvvəlində qərara gəlmişmişlər ki, birlikdə hər hansı bir oğurluğu etməklə müəyyən miqdarda pul və ya qiymətli əşyalar əldə etsinlər. Bununla bağlı, 03 mart 2021-ci il tarixdə təxminən saat 12-13 radələrində kirayənişin kimi yaşadıqları evdən çıxıb piyada olaraq gəzə-gəzə Yasamal rayonundan əvvəlcə Nəsimi və sonradan da Binəqədi rayonları ərazilərinə gəlmişlər və yolda gələrkən yol kənarı və həyətlərdə saxlanmış müxtəlif avtomobillərin salonlarına, eləcə də, müxtəlif mağaza və ticarət obyektlərə baxımışlarlar ki, haradan nə oğurlamaq olar. Bu yolla da, onla ünvan 11 ünvanında yerləşən ünvan 12çdikdə, həmin məktəbin fəaliyyət göstərərək açıq olduğunu gördükdə o, Fuad və Bəhlula təklif etmişdir ki, onlar məktəbin həyətində oturub gözləsinlər, özü isə həmin vaxt ərzində məktəbə daxil olub baxış keçirməklə hər hansı bir şagird və ya müəllimin pullarını oğurlayıb gəlsin, çünki üçü də birlikdə həmin məktəbə daxil olsaydılar, onda orada olan insanlar onlardan şübhələnə bilərdilər.Bununla da, bu kimi qaydada aralarında razılıq əldə oluduqdan sonra Fuad və Bəhlul həmin məktəbin həyətində oturub onu gözləmişlər, o, isə özü tək məktəbə daxil olaraq dəhlizə və otaqların qapılarına baxış keçirməyə başlamış və nəticədə də akt zalından musiqi səsi gəldiyindən gedib həmin zala daxil olmiuşdur. Həmin zalda birinci cərgədə olan oturacaqların üstünə şagirdlərin və ya müəllimlərin əşyaları və musiqi alətlərinin futulyarları yığıldığından o, həmin cərgədə əyələşərək belə bir görünüş yaratmışdır ki, guya orada məşğələ keçən hansısa şagirdi gözləyərək onların ifasına dinləyir. Təxminən 20-25 dəqiqə ərzində orada oturduğu zaman sol tərəfdəki oturacağın üstündə olan skripka adlanan alətin futulyarının yanında qadın əl çantasının olduğunu gördüyü üçün astaca olaraq həmin çantanı açıb içində olan bir ədəd qadın pul kisəsini götürüb əynindəki, gödəkçənin cibinə qoymuş və sakitçə yerində qalaraq guya müsiqiyə qulaq asdığı görünüşünü yaratmışdır. Təxminən 5-10 dəqiqədən sonra orada olan keçirilən məşğələ qurtadığı üçün şagirdlər akt zalını tərk etməyə başlamışlar və o da bu kimi haldan istifadə edərək həmin şagirdlərin arxasınca çıxaraq məktəbdən küçəyə çıxıb, Fuadla Bəhlula yaxınlaşaraq pul kisəsi oğlurdağını onlara bildirmişdir. Bundan sonra, o, Fuad və Bəhlul həmin ünvanda taksiyə əyləşərək oradan bir başa Yasamal rayonuna “Elmlər Akademiyası” metrostansiyasının qarşısına gəlib, üzbəüzdə yerləşən “Kişmiş” adlanan kafeyə daxil olmuşlar. Taksidə yollda gələrkən isə o, oğurladığı həmin pul kisəsin içinə baxdıqda orada 100 manat nağd pul və müxtəlif bankomat kartlarının, eləcə də bir nəfər tanımadığı adı sənədlərdə qeyd olunmuş Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət və sürücülük vəsiqələrinin oldğunu aşkar etmişdir. Bununla da, həmin 100 manat nağd pul vəsaiti hesabına o, Fuad və Bəhlul göstərilən kafedə nahar etmişlər və sonra kafedən çıxaraq özlərinə siqaret, eləcə də Fuad 070 357-92-34 nömrəli sim-kartla istifadə etdiyi mobil telefonuna 10 manatlıq danışıq konturlarını yükləmişdir. Oğurladığı pul kisəsini isə o, boşaltdıqdan sonra yolun kənarında yerə tullamışdır. Daha sonra isə hər üçü birlikdə “Elmlər Akademiyası” metrostansiyasının inzibati binasının giriş hissəsində quraşdırılımış ATM bankomat aparatına yaxınlaşmışlar və o, oğurladığı həmin pul kisəsində olan «Kapital» banka aid «Bir» kartı bankomata salmış və bir ehtimal olaraq Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsində qeyd olunmuş doğum ilinə aid 1968 rəqəmlərini bankomata daxil etdikdə kartın hesabı açılmışdır. Həmin vaxt göstərilən bankomatda ilkin olaraq 526 manat, dərhal sonra isə 2000 manat pul vəsaitini göstərilən kartın bank hesabından çıxararaq götürmüşdür. Bundan sonra isə həmin bankomat əlavə pul vermədiyindən onlar oradan piyada olaraq Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən “Kapital” bankın qarşısına gəlmişlər və orada quraşdırılmış ATM bankomatına göstərilən kartı salıb, eyni olaraq 1968 rəqəmlərini daxil etmiş və hesab açıldığından əvvəlcə 100 manat, sonra 50 manat, sonra 100 manat, sonra 100 manat və daha sonra 100 manat pul vəsaitini həmin kartın bankın hesabından nağd şəkildə çıxıraraq götürmüşdür. Bununla da, Zərərçəkmiş şəxs2 məxsus 100 manat nağd pul vəsaiti ilə birlikdə onun bankomat kartından çıxartdığı pulların ümumi miqdarı 3076 manat təşkil etmişdir. Bundan sonra isə o, Fuad və Bəhlul etdikləri oğurluq və bilavasitə həmin pulları bankomatdan çıxartdıqları ilə bağlı həmin ərazidə qalmaq bir qədər təhlükəli olduğundan oradan uzaqlaşaraq piyada “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı paltar satışı mağazalarının yanına gəlmişlər. Orada o, mağazaların birinə daxil olub, həmin kartdan çıxartdığı pulların hesabına cəmi 90 və ya 100 manat ödəməklə özünə 1 ədəd şalvar, 1 ədəd sviter və 1 cüt ayaqqabıları almışdır. Küçədə durduqları zaman Bəhlul bildirmişdir ki, onun ailə üzvləri Mingəçevir şəhərindədir və mobil telefonu olmadığı üçün onlarla əlaqə saxlaya bilmir və buna görə də xahiş etmişdir ki, oğurladıqları pulların hesabına onun üçün bir ədəd ucuz qiymətə olan mobil telefonunu alsın. O da, razılaşaraq elə oradaca yaxınlıqda olan mağazaların birinə daxil olub 80 manat ödəməklə 1 ədəd səhv etmirsə “Samsunq J-5” markalı mobil telefonunu alaraq Bəhlula vermişdir. O, bir qədər əvvəl özünə məxsus olmuş mobil telefonunu 055 909-56-61 nömrəli sim-kartla istifadə etmişdir, lakin sonradan telefonunu satdığından həmin sim-kartı istifadə edilmədən cibində qalmışdır. Buna görə də, o, özünə məxsus həmin sim-kart nömrəsini aldığı həmin “Samsunq J-5” markalı mobil telefonuna daxil edərək müvəqqəti istifadə etməsi üçün Bəhlula vermişdir. Bundan sonra hər üçü kirayədə yaşadıqları evə getməkdən ötrü Yeni Yasamal istiqamətində gəlmişlər və yol üstü ərzaq mağazalarının birindən oğurladıqları pulların hesabına 15-20 manat ödəməklə müxtəlif ərzaqları almışlar. Həmçinin, yol üstü onlar təxminən saat 20 radalərində oğurladıqları Zərərçəkmiş şəxs2 məxsus həmin “Bir kart”-ı Şərifzadə küçəsində yerləşən “Beynəlxalq” banka aid ATM bankomatına salmışlar, lakin 1968 şifrəsini yığsa da hesab açılmamışdır. Buna görə də məcbur olub oradan kirayənişin yaşadıqları evə gəlmişlər. Bundan təxminən 2 saat sonra isə hər üçü birlikdə yaşadıqları evdən çıxaraq təxminən saat 23 radələrində Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən “Kapital” bankın qarşısına gəlmişlər və o, orada quraşdırılmış ATM bankomatına oğurladığı Ş.Əhmədoavaya məxsus həmin kartı daxil etmiş, lakin eyni olaraq 1968 şifrəsini yığmağına baxmayaraq kartın hesabında qalıq qalmış təxminən 2250 manat miqdarda pulları çıxara bilməmiş və bununla da ona məlum olmuşdur ki, kart sahibi həmin kartı bloklamışdır. Buna görə də, hər üçü məcbur olub kirayənişin yaşadıqları evə qayıtmışlar və bir qədər söhbətləşdikdən sonra hər üçü uzanıb yatmışlar. Səhər təxminən saat 08 radələrində isə yuxudan oyanmışlar və siqaretləri qurtardığı üçün Bəhlul siqaret alıb 10-15 dəqiqəyə geri qayıdacağını bildirərək evdən çıxıb mağazaya getmişdir. Lakin bundan sonra Bəhlul bir daha ger qayıtmamışdır. Bəhlul getdikdən təxminən 20-30 dəqiqə sonra, Fuad öz mobil telefonundan Bəhlulun istifadə etdiyi mobil telefonuna dəfələrlə zənglər etmiş, lakin Bəhlul telefonunu söndürdüyündən onunla əlaqə saxlamaq mümkün olmamışdır. Məhz bu səbəbdən də o, Bəhluldan şübhələndiyi üçün dərhal gödəkçəsinin cibinə baxdıqda aşkar etmişdir ki, onlar yatdıqları zaman Bəhlul onun cibində olmuş bütün bankomat kartlarını və nağd pulları oğurladıqdan sonra, guya siqaret almaq adı ilə evdən çıxaraq qaçıb-getmişdir. Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət və sürücülük vəsiqələri isə onun cibində qalmışdır. Buna görə də, sonradan gün ərzində o və Fuad Yasamal rayonunda, yəni əvvəllər “Şahdağ” kafesi olmuş ərazidə yerləşən poçt şöbəsinin qarşısına gələrək həmin vəsiqələrin hər ikisini də poçtaçı onları taparaq Zərərçəkmiş şəxs2 çatdırması üçün orada quraşdırılmış poçt qutusuna atmışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Səbayil rayonu M.Ə.Rəsulzadə küçəsi ev 2, mənzil 47-də qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda kirayənişin kimi yaşayır. Heç bir yerdə işləməmiş, əvvəllər bir neçə dəfə məhkum olunmuş, belə ki, o, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.07.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlıqdan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10.06.2020-ci qərarı ilə 1 ay 25 gün vaxtından əvvəl şərti olaraq həbsdən azad edilmiş və 04.08.2020-ci il tarixdə cəza müddəti başa çatdığında Yasamal rayon İcra və Probasiya şöbəsindən qeydiyatdan çıxarılmışdır. Belə ki, o, 10.06.2020-ci azadlığa buraxıldıqdan sonra daimi yaşayış yeri olmadığından məcbur olub Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yerləşən müxtəlif həyət evlərində gecəsinə 2 manat pul ödəməklə kirayənişin kimi yaşamağa başlamışdır. Məhz bu yollada, o, 2020-ci ilin sentyabr ayında bu kimi evlərin birində gecələdiyi zamanlar orada eyni olaraq onun kimi gecələyən adı sonradan ona məlum olmuş Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və bundan sonra İmranla aralarında yoldaşlıq münasibətləri yarandığı üçün kirayənişin kimi birlikdə yaşamağa başlamışlar. Bundan sonra isə, yəni 2021-ci ilin fevral ayında o və İmran, eyni olaraq Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yerləşən həyət evlərinin birində gecəsinə 2 manat pul ödəməklə kirayənişin kimi qaldıqda orada onlar kimi kirayənişin kimi qalmış adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs3 ilə tanış olmuşlar və nəticədə də hər üçünün arasında yoldaşlıq münasibətləri yarandığından Bəhlul da onlarla birlikdə müxtəlif evlərdə kirayənişin kimi yaşayışını davam etmişdir. Tanış olduqdan bir neçə gün sonra aralarında olmuş söhbətləri zamanı Bəhlul bildirmişdir ki, o, səhv etmirsə, Mirgəçevir və ya Gəncə şəhər Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan onun ayağına “CPS” sistemli braslet bağlanmış və bir neçə gün sonra həmin brasleti özbaşına açaraq qaçıb Bakı şəhərinə gəlmişdir. Beləliklə də, o, İmran və Bəhlul yaşayış və dolanışıqlarına pul tapa bilmədiklərindən mart ayının əvvəlində qərara gəlmişlər ki, birlikdə hər hansı bir oğurluğu etməklə müəyyən miqdarda pul və ya qiymətli əşyalar əldə etsinlər. Bununla bağlı, 03 mart 2021-ci il tarixdə təxminən saat 12-13 radələrində kirayənişin kimi yaşadıqları evdən çıxıb piyada olaraq gəzə-gəzə Yasamal rayonundan əvvəlcə Nəsimi və sonradan da Binəqədi rayonları ərazilərinə gəlmişlər və yolda gələrkən yol kənarı və həyətlərdə saxlanmış müxtəlif avtomobillərin salonlarına, eləcə də müxtəlif mağaza və ticarət obyektlərə baxmışlar ki, haradan nə oğurlamaq olar. Bu yolla da, onlar ünvan 11 ünvanında yerləşən ünvan 14çdikdə, həmin məktəbin fəaliyyət göstərərək açıq olduğunu gördükdə İmran onlara təklif etmişdir ki, onlar məktəbin həyətində oturub gözləsinlər, özü isə tək həmin vaxt ərzində məktəbə daxil olub baxış keçirməklə hər hansı bir şagird və ya müəllimin pullarını oğurlayıb gəlsin, çünki üçü birlikdə həmin məktəbə daxil olsaydılar, onda orada olan insanlar onlardan şübhələnə bilərdilər. Bununla da, bu kimi qaydada aralarında razılıq əldə oluduqdan sonra o və Bəhlul həmin məktəbin həyətində oturub onu gözləmişlər. İmran isə özü tək məktəbin içindəki otaqlara baxış keçirməyə başlamış, təxminən 30-40 dəqiqədən sonra isə İmran məktəbdən çıxıb onlara yaxınlaşaraq bildirmişdir ki, həmin məktəbin akt zalında oturacaqların üstündə olmuş qadın əl çantasının içindən bir ədəd içi dolu olan qadın pul kisəsini oğurlamışdır. Bundan sonra, o, İmran və Bəhlul həmin ünvanda taksiyə əyləşərək oradan bir başa Yasamal rayonuna “Elmlər Akademiyası” metrostansiyasının qarşısına gəlib, üzbəüzdə yerləşən “Kişmiş” adlanan kafeyə daxil olmuşlar. Taksidə yolda gələrkən isə İmran oğurladığı həmin pul kisəsin içinə baxdıqda orada 100 manat nağd pul və müxtəlif bankomat kartlarının, eləcə də bir nəfər tanımadıqları adı sənədlərdə qeyd olunmuş Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət və sürücülük vəsiqələrinin oldğunu aşkar etmişdir. Bununla da, həmin 100 manat nağd pul vəsaiti hesabına o, İmran və Bəhlul göstərilən kafedə nahar etmişlər və sonra kafedən çıxaraq özlərinə siqaret, eləcə də o, 070 357-92-34 nömrəli sim-kartla istifadə etdiyi mobil telefonuna 10 manatlıq danışıq konturlarını yükləmişdir. Oğurladığı pul kisəssini isə İmran boşaltdıqdan sonra yolun kənarında yerə tullamışdır. Daha sonra isə onlar hər üçü birlikdə “Elmlər Akademiyası” metrostansiyasının inzibati binasının giriş hissəsində quraşdırılımış ATM bankomat aparatına yaxınlaşlar və İmran oğurladığı həmin pul kisəsində olan «Kapital» banka aid «Bir» kartı bankomata salmış və bir ehtimal olaraq Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsində qeyd olunmuş doğum ilinə aid 1968 rəqəmlərini bankomata daxil etdikdə kartın hesabı açılmışdır. Bu yolla da, həmin vaxt göstərilən bankomatda ilkin olaraq 526 manat, dərhal sonra isə 2000 manat pul vəsaitini göstərilən kartın bank hesabından çıxararaq İmran götürmüşdür. Bundan sonra isə həmin bankomat əlavə pul vermədiyindən onlar oradan piyada olaraq Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən “Kapital” bankın qarşısına gəlmişlər və orada quraşdırılmış ATM bankomatına İmran göstərilən kartı salıb, eyni olaraq 1968 rəqəmlərini daxil etmiş və hesab açıldığından əvvəlcə 100 manat, sonra 50 manat, sonra 100 manat, sonra 100 manat və daha sonra 100 manat pul vəsaitini həmin kartın bank hesabından nağd şəkildə çıxıraraq götürmüşdür. Bununla da, Zərərçəkmiş şəxs2 məxsus 100 manat nağd pul vəsaiti ilə birlikdə onun bankomat kartından İmranın çıxartdığı pulların ümumi miqdarı 3076 manat təşkil etmişdir. Bundan sonra isə o, İmran və Bəhlul etdikləri oğurluq və bilavasitə həmin pulları bankomatdan çıxarmaları ilə bağlı həmin ərazidə qalmaq bir qədər təhlükəli olduğundan oradan uzaqlaşaraq piyada “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı paltar satışı mağazalarının yanına gəlmişlər və orada İmran mağazaların birinə daxil olub, həmin kartdan çıxardıqları pulların hesabına cəmi 90 və ya 100 manat ödəməklə özünə 1 ədəd şalvar, 1 ədəd sviter və 1 cüt ayaqqabıları almışdır. Küçədə durduqları zaman Bəhlul bildirmişdir ki, onun ailə üzvləri Mingəçevir şəhərindədir və mobil telefonu olmadığı üçün onlarla əlaqə saxlaya bilmir və buna görə də xahiş etmişdir ki, oğurladıqları pulların hesabına İmran onun üçün bir ədəd ucuz qiymətə olan mobil telefonunu alsın. İmran da razılaşaraq elə oradaca yaxınlıqda olan mağazaların birinə daxil olub 80 manat ödəməklə 1 ədəd “Samsunq” markalı mobil telefonunu alaraq Bəhlula vermişdir. Həmçinin, İmran həmin vaxt özünün mobil telefonun olmadığından özünə məxsus 055 909-56-61 nömrəli sim-kartı da aldığı həmin “Samsunq” markalı mobil telefonuna daxil edərək müvəqqəti istifadə etməsi üçün Bəhlula vermişdir. Bundan sonra onlar hər üçü kirayədə yaşadıqları evə getməkdən ötrü Yeni Yasamal istiqamətində gəlmişlər və yol üstü ərzaq mağazalarının birindən oğurladıqları pulların hesabına 15-20 manat ödəməklə müxtəlif ərzaqları almışlar. Həmçinin, yol üstü onlar təxminən saat 20 radalərində oğurladıqları Zərərçəkmiş şəxs2 məxsus həmin “Bir kart”-ı İmran Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Beynəlxalq” banka aid ATM bankomatına salmış, lakin 1968 şifrəsini yığsa da hesab açılmamışdır. Buna görə də məcbur olub oradan kirayənişin yaşadıqları evə gəlmişlər. Bundan təxminən 2 saat sonra isə onlar üçü birlikdə yaşadıqları evdən çıxaraq təxminən saat 23 radələrində Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən “Kapital” bankın qarşısına gəlmişlər və İmran, orada quraşdırılmış ATM bankomatına oğurladığı Ş.Əhmədoavaya məxsus həmin kartı daxil etmiş, lakin eyni olaraq 1968 şifrəsini yığmasına baxmayaraq kartın hesabında qalıq qalmış təxminən 2250 manat miqdarda pulları çıxara bilməmiş və bununla da onlara məlum olmuşdur ki, kart sahibi həmin kartı bloklamışdır. Buna görə də onlar hər üçü də məcbur olub kirayənişin yaşadıqları evə qayıtmışlar və bir qədər söhbətləşdikdən sonra hər üçü uzanıb yatmışdır. Səhər təxminən saat 8 radələrində isə onlar yuxudan oyanmışlar və siqaretləri qurtardığı üçün Bəhlul evdən çıxıb mağazaya getmiş və bildirmişdir ki, siqaret alıb 10-15 dəqiqəyə geri qayıdacaq. Lakin bundan sonra Bəhlul bir daha ger qayıtmamışdır. Bununla da, Bəhlul getdikdən təxminən 20-30 dəqiqə sonra, o, öz mobil telefonundan Bəhlulun istifadə etdiyi mobil telefonuna dəfələrlə zənglər etmiş, lakin Bəhlul telefonunu söndürdüyündən onunla əlaqə saxlamaq mümkün olmamışdır. Məhz bu səbəbdən də İmran, Bəhluldan şübhələndiyi üçün dərhal gödəkçəsinin cibinə baxdıqda aşkar etmişdir ki, onlar yatdıqları zaman Bəhlul onun cibində olmuş bütün bankomat kartlarını və nağd pulları oğurladıqdan sonra, guya siqaret almaq adı ilə evdən çıxaraq qaçıb-getmişdir. Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət və sürücülük vəsiqələri isə İmranın cibində qalmışdır. Buna görə də sonradan gün ərzində o və İmranla Yasamal rayonunda, yəni əvvəllər “Şahdağ” kafesi olmuş ərazidə yerləşən poçt şöbəsinin qarşısına keçərkən, İmran həmin vəsiqələrin hər ikisini də poçtaçı onları taparaq Zərərçəkmiş şəxs2 çatdırması üçün orada quraşdırılmış poçt qutusuna atmışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.10.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.2-ci maddələr ilə təqsirli bilinərək 1 il 1 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Mingəçevir şəhər Məhkəməsinin 13.06.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin 05.10.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş 6 ay 27 gün hissəsi CM-nin 67-ci maddəsinə əsasən cəzalar qismən toplanmaqla 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və həmin cəzadan da 03 mart 2019-ci il tarixdən 05 mart 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət cəzasından çıxarılmış və qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdığına görə 10 mart 2021-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin 04.03.2021-ci il tarixli qərarına əsasən tutulmuş və həmin məhkəmənin 15.03.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 07 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edimiş, hal-hazırda o, Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən ƏN-nin PX-nin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Belə ki, o, 2021-ci ilin fevral ayında Bakı şəhərinə gəlmiş və Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yerləşən xatırlamadığı həyət evlərinin birində gecəsinə 2 manat pul ödəməklə kirayənişin kimi qalırmışdır. Həmin həyət evində onun kimi günlük kirayənişin yaşayan soyadı, adı, ata adları sonradan ona məlum olan X4 və Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur və nəticədə də hər üçünün aralarında yoldaşlıq münasibətləri yarandığından İmran və Fuad da onunla birlikdə müxtəlif evlərdə kirayənişin kimi yaşayışını davam etmişdir. Tanış olduqdan bir neçə gün sonra aralarında olmuş söhbətləri zamanı o, Fuad və İmrana Mirgəçevir şəhər Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan onun ayağına “CPS” sistemli braslet bağlanmasını və bir neçə gün sonra həmin brasleti özbaşına açaraq Bakı şəhərinə gəldiyini bildirmişdir. Fuad və İmran da ona əvvəllər oğurluq və sair cinayətləri törətməyə görə məhkum olunduqlarını bildirmişlər. Beləliklə də, o, Fuad və İmran yaşayış və dolanışıqlarına pul tapa bilmədiklərindən mart ayının əvvəlində qərara gəlmişlər ki, birlikdə hər hansı bir oğurluğu etməklə müəyyən miqdarda pul və ya qiymətli əşyalar əldə etsinlər. Bununla bağlı, 03 mart 2021-ci il tarixdə təxminən saat 12-13 radələrində kirayənişin kimi yaşadıqları evdən çıxıb piyada olaraq gəzə-gəzə Yasamal rayonundan əvvəlcə Nəsimi və sonradan da Binəqədi rayonları ərazilərinə gəlmişlər və yolda gələrkən yol kənarı və həyətlərdə saxlanmış müxtəlif avtomobillərin salonlarına, eləcə də müxtəlif mağaza və ticarət obyektlərə baxırmışlar ki, haradan nə oğurlamaq olar. Bu yolla da, onlar ünvan 11 ünvanında yerləşən ünvan 14çdikdə, həmin məktəbin fəaliyyət göstərərək açıq olduğunu gördükdə İmran onlara təklif etmişdir ki, onlar məktəbin həyətində oturub gözləsinlər, özü isə tək həmin vaxt ərzində məktəbə daxil olub baxış keçirməklə hər hansı bir şagird və ya müəllimin pullarını oğurlayıb gəlsin, çünki hər üçü birlikdə həmin məktəbə daxil olsalar, onda orada olan insanlar onlardan şübhələnə bilərdilər. Bununla da, bu kimi qaydada aralarında razılıq əldə oluduqdan sonra o və Fuad həmin məktəbin həyətində oturub İmranı gözləmişlər, İmran isə özü tək məktəbin içindəki otaqlara baxış keçirməyə başlamışdır. Təxminən 30-40 dəqiqən sonra isə İmran məktəbdən çıxıb onlara yaxınlaşaraq bildirmişdir ki, həmin məktəbin akt zalında oturacaqların üstündə olmuş qadın əl çantasının içindən bir ədəd içi dolu olan qadın pul kisəsini oğurlamışdır. Bundan sonra, o, İmran və Fuad həmin ünvanda taksiyə əyləşərək oradan bir başa Yasamal rayonuna “Elmlər Akademiyası” metrostansiyasının qarşısına gəlib, üzbəüzdə yerləşən “Kişmiş” adlanan kafeyə daxil olmuşlar. Taksidə yolda gələrkən isə İmran oğurladığı həmin pul kisəsin içinə baxdıqda orada 100 manat nağd pul və müxtəlif bankomat kartlarının, eləcə də bir nəfər tanımadıqları adı sənədlərdə qeyd olunmuş Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət və sürücülük vəsiqələrinin oldğunu aşkar etmişdir. Bununla da, həmin 100 manat nağd pul vəsaiti hesabına o, İmran və Fuad göstərilən kafedə nahar etmişlər və sonra kafedən çıxaraq özlərinə siqaret, eləcə də Fuad sim-kartla istifadə etdiyi mobil telefonun sim-kartına 10 manatlıq danışıq konturlarını yükləmişdir. Oğurladığı pul kisəssini isə İmran boşaltdıqdan sonra yolun kənarında xatırlamadığı yerə tullamışdır. Daha sonra isə hər üçü birlikdə “Elmlər Akademiyası” metrostansiyasının inzibati binasının giriş hissəsində quraşdırılımış ATM bankomat aparatına yaxınlaşmışlar və İmran oğurladığı həmin pul kisəsində olan «Kapital» banka aid «Bir» kartı bankomata salmış və bir ehtimal olaraq Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsində qeyd olunmuş doğum ilinə aid 1968 rəqəmlərini bankomata daxil etdikdə kartın hesabı açılmışdır. Bu yolla da, İmran həmin vaxt göstərilən bankomatda ilkin olaraq 526 manat, dərhal sonra isə 2000 manat pul vəsaitini göstərilən kartın bank hesabından çıxararaq götürmüşdür. Bundan sonra isə həmin bankomat əlavə pul vermədiyindən onlar oradan piyada olaraq Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən “Kapital” bankın qarşısına gəlmişlər və orada quraşdırılmış ATM bankomatına İmran göstərilən kartı salıb, eyni olaraq 1968 rəqəmlərini daxil etmişdir və hesab açıldığından əvvəlcə 100 manat, sonra 50 manat, sonra 100 manat, sonra 100 manat və daha sonra 100 manat pul vəsaitini həmin kartın bank hesabından nağd şəkildə çıxıraraq götürmüşdür. Bununla da, Zərərçəkmiş şəxs2 məxsus 100 manat nağd pul vəsaiti ilə birlikdə onun bankomat kartından İmranın çıxartdığı pulların ümumi miqdarı 3076 manat təşkil etmişdir. Bundan sonra isə o, İmran və Fuad etdikləri oğurluq və bilavasitə həmin pulları bankomatdan çıxartmaqları ilə bağlı həmin ərazidə qalmaq bir qədər təhlükəli olduğundan oradan uzaqlaşaraq piyada “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı paltar satışı mağazalarının yanına gəlmişlər və orada İmran mağazaların birinə daxil olub, həmin kartdan çıxartdıqları pulların hesabına cəmi 90 və ya 100 manat ödəməklə özünə 1 ədəd şalvar, 1 ədəd sviter və 1 cüt ayaqqabıları almışdır. Küçədə durduqları zaman bildirmişdir ki, onun ailə üzvləri Mingəçevir şəhərindədir və mobil telefonu olmadığı üçün onlarla əlaqə saxlaya bilmir və buna görə də, oğurladıqları pulların hesabına İmran onun üçün bir ədəd ucuz qiymətə olan mobil telefonunu almasını xahiş etmişdir. İmran da razılaşaraq elə oradaca yaxınlıqda olan mağazaların birinə daxil olub 80 manat ödəməklə 1 ədəd “Samsunq” markalı mobil telefonunu alaraq ona vermişdir. Həmçinin, İmran həmin vaxt özünün mobil telefonun olmadığından özünə məxsus 055 909-56-61 nömrəli sim-kartı da aldığı həmin “Samsunq” markalı mobil telefonuna daxil edərək müvəqqəti istifadə etməsi üçün ona vermişdir. Bundan sonra onların üçü piyada kirayədə yaşadıqları Yeni Yasamal istiqamətində gəlmişlər və yol üstü ərzaq mağazalarının birindən oğurladıqları pulların hesabına 15-20 manat ödəməklə müxtəlif ərzaqları almışlar. Həmçinin, yol üstü onlar təxminən saat 20 radalərində oğurladıqları Zərərçəkmiş şəxs2 məxsus həmin “Bir kart”-ı İmran Şərifzadə küçəsində yerləşən “Beynəlxalq” banka aid ATM bankomatına salmış, lakin 1968 şifrəsini yığsa da, hesab açılmamışdır. Buna görə də, məcbur olub oradan kirayənişin yaşadıqları evə gəlmişlər. Bundan təxminən 2 saat sonra isə onlar üçü də birlikdə yaşadıqları evdən çıxaraq təxminən saat 23 radələrində Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən “Kapital” bankın qarşısına gəlmişlər və İmran, orada quraşdırılmış ATM bankomatına oğurladığı Ş.Əhmədoavaya məxsus həmin kartı daxil etmişdir, lakin eyni olaraq 1968 şifrəsini yığmasına baxmayaraq kartın hesabında qalıq qalmış təxminən 2250 manat miqdarda pulları çıxara bilməmiş və bununla da onlara məlum olmuşdur ki, kart sahibi həmin kartı bloklamışdır. Buna görə də, onların hər üçü də məcbur olub kirayənişin yaşadıqları evə qayıtmışlar və bir qədər söhbətləşdikdən sonra hər üçü uzanıb yatmışlar. Səhər təxminən saat 8 radələrində isə onlar yuxudan oyanmışlar və siqaretləri qurtardığı üçün o, evdən çıxıb siqaret almaq üçün mağazaya getmiş və o, orada xatırlamadığı mağazadan siqaret alıb çölə çıxanda orada polis əməkdaşlarını görüb geri qayıda bilməmiş və oradan uzaqlaşıb getmiş və Mingəçevir şəhərinə qayıtmışdır. Məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdığıma görə Mingəçevir şəhər Məhkəməsinin 04.03.2021-ci il tarixli qərarına əsasən 10 mart 2020-ci il tarixdə həbs edilmişdir və yuxarıda qeyd etdiyi kimi həmin məhkəmənin 15.03.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 07 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəza ilə əvəz edilmiş və hal-hazırda o, Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən ƏN-nin PX-nin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.Daha sonra Təqsirləndirilən şəxs3 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə oğurladığı pullardan ona vermək istəmədikləri üçün guya oğurladıqları pullar onun tərəfindən götürülərək getdiyini yalan göstərmişlər. Yatdıqları zaman və ya digər hər hansı bir vaxtda Təqsirləndirilən şəxs1 gödəkçəsinin cibindən və ya hər hansı bir yerdən bankomat kartlarını və nağd pulları oğurlamamış və siqaret almaq adı ilə evdən çıxaraq qaçıb-getməmisdir. Polislər onu yaxalayacağından ehtiyat edərək oradan çıxb uzaqlaşıb getmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli olmaları özlərinin etirafları ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, DVD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 15 ünvanında ev heyvanları üçün yeməklər satır, mərkəzi ofisləri Yasamal rayonu H.Cavid prospekti 87s ünvanında yerləşir. Həmin ünvanda satış olmasa da işçilər onunla birlikdə olur və onlayın ev heyvan yeməklərini evlərə çatdırırlar.30.10.2020-ci il tarixdə saat 15 radələrində otaqdan çıxıb siqaret çəkmək üçün məhəlləyə çıxmışdır. Həmin vaxt mal gətirən maşın yaxınlaşmışdır. O, malları seçim etmək üçün 10 metr qət edərək maşına yaxınlaşmışdır, bundan təxminən 4-5 dəqiqə vaxtı keçmiş, ofısə yaxınlaşan dostu Elmir ona ofisin qapısını açıq qoyub getdiyini bildirmişdir. Bundan sonra ofisə yaxınlaşarkən ofisi tərəfdən təxminən 50 yaşlı kişinin gəlməsini görmüşdür, onunla ofisinin qarşısında rastlaşmışdır, həmin kişiyə yaxınlaşanda həmin kişi ona “burada uşaq məktəbi var ya yox” deyə soruşmuşdur. Ona məktəbin Yasamal rayonu H.Cavid prospektinə köçürüldüyünü bildirmişdir. Ofisə daxil olaraq stola yaxınlaşan zaman siyirmənin açarının üzərində olması və az aralı məsafədə olması onu şübhələndirmiş, siyirməni açdıqda pul kisəsinin olmadığını aşkar etmişdir. Həmin pul kisənin içərisində 2145 manat pul olmaqla pul kisəsinin qiyməti 30 manat olmuşdur. Həmçinin pul kisəsində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və həyat yoldaşı Ülkərin şəxsiyyət vəsiqəsi olmuşdur. Həmin hadisənin kim tərəfindən törədilməsini bilməmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 17 ünvanda oğlu Şahid1 ilə yaşayır. 2002-ci ildən Bakı şəhəri, H.Əliyev adına müasir təhsil kompleksində və 2011-ci ildən Bakı şəhəri, Binəqədi rayonu M.Maqamayev adına 26 nömrəli müsiqi məktəbində fortepiano fənni üzrə müsiqi müəlliməsi vəzifəsində işləyir. Belə ki, 03.03.2021-ci il tarixində saat 12:30 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu M.Maqamayev adına 26 nömrəli 11 illik müsiqi məktəbinə. şagirdlərə dərs keçmək məqsədilə gəlmiş, həmin məktəb 3 mərtəbəli binadan ibarətdir. O, məktəbin 2-ci mərtəbəsinə qalxmış, həmin vaxt orada akt zalında skripka müəlliməsi Şahid2 şagirdlərə dərs keçmiş, o da, həmin dərsdə konsertmeystr kimi skripkaçıları müşayət etməyə başlamışdır. O, dərsə başlamazdan əvvəl özü ilə evdən gələndə gətirdiyi alabəzək əl çantasını zalda birinci cərgədə yerləşən otaracaqlardan birinə qoymuşdur. Təxminən bir saata yaxın Mahirə müəllimə ilə həmin akt zalında şagirdlərə dərs keçməklə məşqul olmuşlar. Bundan sonra isə o, müəllimlər otağına getmişdir. Daha sonra dərsə gələn növbəti sripkaçı uşaqlarla dərs keçmək üçün məktəbin 1-ci mərtəbəsində yerləşən otağa keçmişdir. Mahirə müllimə isə akt zalında dərsini keçməyə davam etdirmişdir. Onun əl çantası da akt zalında oturacağın üstündə qalmışdır. Arxayın olmuşdur ki, Mahirə müəllimə oradadır, çantaya heç kəs müdaxilə edə bilməz. Təxminən saat 16:30 radələrində 1-ci mərtəbədə şagirdlərə dərsi keçib qurtarmış və akt zalına qayıtmışdır. Həmin vaxt Mahirə müəllimə akt zalında birinci cərgədə oturacaqlardan birində oturmuşdur. O, orada oturacağın üzərindən özünə məxsus olan əlçantasını götürüb içərisində olan 100 manat pulu axtaranda çantada pulun olmadığını görmüş, çantanın içərisinə diqqətlə baxmamış, pulu itirdiyini zənn etmiş və çaşbaş düşmüşdür. Bu barədə Mahirə müəlliməyə də bildirmişdir. O da ona demişdir ki, “aşağı düş, bəlkə jurnalın arasına qoymusan”, o da aşağı mərtəbəyə düşüb jurnalın arasına da baxmış, lakin pulu tapa bilməmişdir, sonra isə içərisində «Kapital» banka aid «Bir» kart, «Paşa» banka aid kartı, «Kapital» banka aid maaş kartı, «Kapital» banka aid şəxsi hesab kartını, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sosial sığorta şəhadətnaməsi, voen şəhadətnaməsinin və sair mağazalara aid kartlar olan pul kisəsinin də çantasında olmadığını aşkar etmiş, belə güman etmişdir ki, pul kisəsi ya yaşadığı evdə unudub götürməmiş və ya da 100 manat pulla birlikdə itirmişdir. Oğlu Vasifin istifadə etdiyi ***-***- **-** saylı simkart nömrəsinə istifadə etdiyi ***-***-**-** saylı simkart nömrəli mobil telefonu ilə zəng edib bu barədə bildirərək yaşadıqları mənzilə baxmasını xahiş etmişdir, oğlu Vasif də həmin vaxt Xırdalan şəhəri ərazisində işdə olduğundan mənzildə olmadığını və işdən çıxıb hal-hazırda evə qaytdığını və evə çatan kimi ona məlumat verəcəyini bildirmişdir. O, 100 manat pulunun və pul kisəsində olan qeyd olunan sənədlərin oğurlanmasını guman etməmişdir. O dərəcədə çaş-baş düşmüşdür ki, telefonuna gələn SMS məlumatlarına da baxmamışdır. Həmin gün saat 18 radələrində məktəbdən çıxaraq taksiyə əyləşən zaman mobil telefonuna SMS-lər gəldiyini görüb nəzər yetirərkən “Kapital” bank tərəfindən ona verilmiş və ümumilikdə içərisində 6226 manat pul vəsaiti olan “Bir” kartından ardıcılıqla müxtəlif məbləğlərdə pulların çıxarıldığını bilmişdir. Pulun çıxarılması barədə SMS ona saat 16:50-də gəlməsinə baxmayaraq o, telefonuna diqqət yetirməmişdir. Əl çantasının içərisinə baxanda içərisində «Kapital» banka aid «Bir» kart, «Paşa» banka aid maaş kartı, «Kapital» banka aid maaş kart, «Kapital» banka aid şəxsi hesab kartını, şəxsiyyət vəsiqəm, sürücülük vəsiqəsi, sosial sığorta şəhadətnaməsi, voen şəhadətnaməsinin və sair mağazalara aid kartları olan pul kisəsinin naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. O, yenə dərhal oğlu Şahid1 zəng edib bu barədə məlumat vermişdir. Oğlu Vasif onunla telefonda danışarkən ona izah etmişdir ki, kartın hesabını dərhal bağlatdırsın. O, internet “Bir bank” tətbiq proqramı vasitəsi ilə saat 19:00-da hesabı bağlatdırmışdır. Lakın istifadə etdiyi telefonuna gələn SMS-lərə baxarkən naməlum şəxs tərəfindən «Bir» kartın içərisində olan pul vəsaitlərindən Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti A-556/57-ci məhəllə 31 ünvanda yerləşən “Kapital” banka məxsus ATM-dən saat 16:50-də 526 manat, saat 16:51-də 2000 manat, Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən “Kapital” banka məxsus ATM-dən saat 17.01-də 100 manat, saat 17:02-də 50 manat, saat 17:06-da 2 dəfəyə hər dəfə 100 manat, saat 17:07də 100 manat, ümumilikdə 2976 manat pul vəsaitini çıxararaq oğurlamışdır. Bundan başqa elə həmin gün naməlum şəxslər saat 20:08-də Yasamal rayonu Şərifzadə küçəi 31 ünvanda yerləşən “Beynəlxalq” banka aid ATM-dən pul çıxarmağa cəhd etmiş, lakin kartın hesabını bağlatdırdığından pul çıxara bilməmişdir. Yenə həmin gün naməlum şəxs saat 23:02-də Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən“Kapital” banka məxsus ATM-dən «Bir» kartımdan 2000 manat pul vəsaitini çıxarmağa cəhd etmiş, lakin kart bağlı olduğundan kartdan pul çıxara bilməmişdir. O, DİN-nin 102 xidmətinə 23:50 radələrində oğlu Vasifin istifadə etdiyi ***-***-**-** saylı simkart nömrəsi ilə zəng etmiş və baş vermiş hadisə ilə əlaqədar məlumat vermiş, bundan sonra o, Yasamal RPİ-nin 26-cı PB-nə dəvət edilmiş və hadisə barədə şikayət ərizəsi və izahat yazmışdır. İlkin məlumat verərkən, ərizə yazanda və ilkin izahatında həyəcanlı olduğundan “Bir”kartın hesabında 6266 manat olması, həmin hesabdan 3000 manat pulun çıxarılmasını ona dəyən ziyanın miqdarını təxmini hesablamış, hal-hazırkı ifadəsində ona dəyən ziyanın miqarını düzgün hesablamışdır. Hadisədən sonra Mahirədən sorğu sual edib 03.03.2012-ci il tarixdə yuxarıda qeyd etdiyim vaxtda onunla birlikdə dərs keçdikləri akt zalını mən tərk edəndən sonra zala kim gəldiyini soruşduqda Mahirə ona dedi ki, o, akt zalını tərk edəndən sonra akt zalının qapısının pəncərəsinin şüşəsindən bir nəfər kişinin boylandığını görmüşdür, guman etmişdir ki, həmin şəxs kiminsə valideynidir, həqiqətən də, adətən dərsə gələn kiçik yaşlı şagirdlərin valideynləri birinci cərgədə gəlib dərsin qurtarmasını gözləyir. Az sonra isə həmin kişi akt zalına daxil olmuş və birinci cərgədə oturacaqların birində əyləşmişdir. Mahirə isə həmin kişinin şagirdlərindən kiminsə valideyni olduğunu guman etdiyindən onu zaldan kənarlaşdırmamışdır. Həmin kişi 20 dəqiqə ərzində orada oturmuşdur. Mahirənin dediyinə görə dərs keçəndə skripka yerə düşmüş, onu qaldırmaqla məşğul olarkən həmin kişi də ondan xəbərsiz zaldan çıxıb getmişdir. Həmin kişi əyninə tüng rəngli “propitka” adlanan dizindən az yuxarı olan gödəkçə geyinmişdi. Maskasını isə aşağı salmışdı. Mahirənin deydiyinə görə həmin şəxsin təxminən 60 yaşı olmuşdur. Həmin şəxsin sifəti qara buğdayı, saçları çal, yəni ağ-qara saçları, üzü qırış və batıq olmuşdur. Mahirə ona bildirmişdir ki, həmin şəxsi görərsə tanıya bilər. Hadisədən sonra o da oğlu Vasif də musiqi məktəbində quraşdırılmış təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülərə baxmış və həmin kişi üzünə infeksiya əleyhinə tünd rəngli maşka geyərək məktəbin içərisində və akt zalına daxil olmasını və çıxmasını, məktəbin binasından çıxıb getməsi müşahidə etmişlər. Həmin görüntülərdə Mahirə müəllimənin gördüyü kişi qeydə alınmışdır. O, «Bir» kartına öz yaş təvəllüdünü-yəni 1968-ci il tətbiq etmişdir. Həmin şəxs də pul kisəsini oğurlayarkən içərisində şəxsiyyət vəsiqəsi də olduğundan ehtimal edir ki, vəsiqədə təvəllüdünü görmüş və təsadüfən kartı yoxlayaraq kodunun öyrənmişdir. Bu oğurluq hadisəsi zamanı nağd 100 maanat pul, «Kapital» banka aid «Bir» kart, «Paşa» banka aid kart, «Kapital» banka aid maaş kart, «Kapital» banka aid şəxsi hesab kartını, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, voen şəhadətnaməsi və mağazalara aid kartları olan qiyməti 10 manat dəyərində pul kisəsində naməlum şəxslər tərəfindən oğurlanmışdır. Naməlum şəxs “Bir” kartında olan hesabından 2976 manat pulu çıxarmışdır. Bu hadisə zamanı ona ümumilikdə 3086 manat miqdarında maddi ziyan dəymişdir. 3 nəfər təqsirləndilən şəxslərdən heç birini tanımır. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsləri bağışlamasını, hazırda onlara qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 20 ünvanında anası Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Belə ki, anası Zərərçəkmiş şəxs2 Bakı şəhəri, H.Əliyev adına müasir təhsil kompleksində və Bakı şəhəri, Binəqədi rayonu M.Maqamayev adına 26 nömrəli müsiqi məktəbində fortepiano fənni üzrə müsiqi müəlliməsi vəzifəsində işləyir. 03.03.2021-ci il tarixdə təxminən saat 09:30 radələrində yaşadığı ünvan 21 ünvanında çıxıb Xırdalan şəhərində yerləşən "xxxx" MMC-yə işə getmişdir. Mənzildən çıxanda anası Şəlalə mənzildə olmuş və o, da günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu M.Maqomayev adına 26 nömrəli müsiqi məktəbində işə getməli olmuşdur. Həmin gün saat təxminən 16:30 radələrində anası Şəlalə ona zəng etmişdir ki, əl çantasından 100 manat pulu və pul kisəsini itirmişdir, ondan yaşadıqları mənzilə baxmağı xahiş etmişdir. X8 şəhərində işdə olduğunu bildirmişdir. Təxminən saat 18 radələrində anası yenidən ona zəng edib bildirmişdir ki, əl çantasının içərisindən pul kisəsini içindəki 100 manat pulu, «Kapital» banka aid «Bir» kart, «Paşa» banka aid kart, «Kapital» banka aid maaş kart, «Kapital» banka aid şəxsi hesab kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sosial sığorta şəhadətnaməsi, voen şəhadətnaməsi və vöen şəhadətnaməsinin və sair mağazalara aid kartları naməlum şəxslər tərəfindən oğurlanmışdır. Hal-hazırda “Kapital” bank tərəfindən ona verilmiş və ümumilikdə içərisində 6226 manat pul vəsaiti olan “Birkartın”dan ardıcılıqla müxtəlif məbləğlərdə pulların çıxarılması bardə telefonuna SMS-lər gəldiyini bildirmişdir. O anası Şəlalə ilə telefonda danışarkən ona izah etmişdir ki, kartın hesabını dərhal bağlatdırmalıdır. Anası Şəlalə də aidiyyəti banklara məlumat verməklə və internet “Bir bank” tətbiq proqramı vasitəsi ilə saat 19:00-da hesabı bağlatdırmışdır. Sonradan məlum olmuşdur ki, naməlum şəxs tərəfindən anası Şəlaləyə məxsus «Birkartın» hesabında olan pul vəsaitlərindən Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti A-556/57-ci məhəllə 31 ünvanda yerləşən “Kapital” banka məxsus ATM-dən saat 16:50-də 526 manat, saat 16:51-də 2000 manat, Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən “Kapital” banka məxsus ATM-dən saat 17.01-də 100 manat, saat 17:02-də 50 manat, saat 17:06-da 2 dəfəyə hər dəfə 100 manat, saat 17:07-də100 manat, ümumilikdə 2976 manat pul vəsaitini çıxararaq oğurlamışdır. Bundan başqa elə həmin gün daha sonra naməlum şəxslər saat 20:08-də Yasamal rayonu Şərifzadə küçəi 31 ünvanda yerləşən “Beynəlxalq” banka aid ATM-dən pul çıxarmağa cəhd etmiş, lakin anası Şəlalə kartın hesabını bağlatdırdığından pul çıxara bilməmişdir. Yenə həmin gün naməlum şəxs saat 23:02-də Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən“Kapital” banka məxsus ATM-dən «Bir» kartından 2000 manat pul vəsaitini çıxarmağa cəhd etmiş, lakin kart bağlı olduğundan kartdan pul çıxara bilməmişdir. Anam Şəlalə DİN-nin 102 xidmətinə 23:50 radələrində onun istifadə etdiyi ***-***-**-** saylı simkart nömrəli mobil telefon ilə zəng edib baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Bundan sonra anası Şəlalə Yasamal RPİ-nin 26-cı PB-nə dəvət edilmiş və hadisə barədə şikayət ərizəsi və izahat yazmışdır. Hadisədən sonra o da, anası Şəlalə də musiqi məktəbində quraşdırılmış təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülərə baxmışlar və həmin kişi üzünə infeksiya əleyhinə tünd rəngli tibbi maşka geyərək məktəbin içərisində və akt zalına daxil olmasını və çıxmasını, məktəbin binasından çıxıb getməsini müşahidə etmişlər. Həmin şəxsi tanımır və həmin şəxsin sifəti maskalı olduğunda tanıya bilməz. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Füzuli oğlu və X3 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 22 ünvanda qeydiyyatda olmaqla və həmin ünvanda ailəsilə birlikdə yaşayır. 1992ci ildən Bakı şəhəri, Binəqədi rayonu M.Maqomayev adına 26 nömrəli müsiqi məktəbində fortepiano fənni üzrə müsiqi müəlliməsi vəzifəsində işləyir. Belə ki, 03.03.2021-ci il tarixində saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu M.Maqomayev adına 26 nömrəli 11 illik müsiqi məktəbində 2-ci mərtəbədə akt zalında skripka fənnindən dərs keçirmiş, həmin vaxt onunla birlikdə dərsdə Zərərçəkmiş şəxs2 da konsertmeystr kimi skripkaçıları müşayiət etmişdir. Dərsə başlamazdan əvvəl özlərində olan əl cantalarını, musiqi alətlərinin futulyarlarını birinci cərgədə yerləşən otaracaqlara qoymuşlar. Təxminən bir saata yaxın Zərərçəkmiş şəxs2 ilə həmin akt zalında şagirdlərə dərs keçməklə məşqul olmuşlar. Təxminən saat 13:30 radələrində Zərərçəkmiş şəxs2 1-ci mərtəbəyə digər şagirdlərə dərs keçməyə getmişdir. O isə akt zalında şagirdlərlə dərs keçməyinə davam etmişdir. Təxminən 16 radələrində akt zalının qapısının pəncərəsinin şüşəsindən bir nəfər kişinin boylandığını görmüşdür. Guman etmişdir ki, həmin şəxs dərs keçdiyi şagirdlərdən kiminsə valideynidir. Az sonra isə həmin kişi akt zalına daxil olmuş və birinci cərgədə oturacaqların birində əyləşmişdir. O isə həmin kişinin dərs keçdiyi şagirdlərindən kiminsə valideyni olduğunu guman etdiyindən onu zaldan kənarlaşdırmamışdır. Həmin kişi sakit oturaraq musiqəyə qulaq asmış və həmin kişi təxminən 20 dəqiqə ərzində orada oturmuşdur. Həmin vaxt dərs keçəndə birinci çərgədə oturacağın üstünə yığımlış skripka futulyarları yerə düşmüş, onları qaldırmaqla məşğul olmuşlar və şagirdlərlə dərsi qurtardığından şagirdləri gərsdən buraxmışdır. Hərə öz musiqi alətini futulyarına qoyub çantalarını da götürüb akt zalından çıxıb gedəndə, akt zalına gəlmiş həmin kişi də şagirdlərlə birlikdə zaldan çıxıb getmişdir. Həmin kişi əyninə tüng rəngli “propitka” adlanan dizindən az yuxarı olan gödəkçə geymişdi, başına kepka adlanan papaq qoymuşdur, ağız və burun nahiyəsinə tünd rəngli infeksiya əleyhinə tibbi maska geymişdir, həmin kişi akt zalına daxil olub oturandan sonra tibbi maskanı sifətindən aşağı salmışdır. Həmin şəxsin təxminən 50-60 yaşı olmuşdur. Həmin şəxsin sifəti qara buğdayı, saçları çal, yəni ağ-qara saçları, üzü qırış idi. Təxminən 16:30 radələrində Zərərçəkmiş şəxs2 akt zalına qayıtmış və akt zalında birinci cərkədə olan oturacağın üstünə qoyduğu əl çantasının içərisindən pul götürmək istəyəndə 100 manat pulunun olmadığını aşkar etmişdir. Bu barədə ona da bildirmiş, O da, Şəlaləyə “aşağı düş, bəlkə jurnalın arasına qoymusan” demişdir. Şəlalə də aşağı mərtəbəyə düşüb dərs keçdiyi otağa baxıb təxminən 15 dəqiqədən sonra qayıtmışdır. Pulu tapa bilmədiyini, sonra isə içərisində «Kapital» banka aid «Bir» kart, «Paşa» banka aid kart, «Kapital» banka aid maaş kart, «Kapital» banka aid şəxsi hesab kartını, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sosial sığorta şəhadətnaməsi, voen şəhadətnaməsinin və sair mağazalara aid kartlar olan pul kisəsinin də əl çantasında olmadığını aşkar etmişdir, belə güman etmişdir ki, pul kisəsini ya yaşadığı evdə unudub götürməmiş və ya da 100 manat pulla birlikdə itirmişdir. Hətta Şəlalə müəllimə oğlu Vasifə də zəng edib yaşadığı mənzildə pul çantası qalıb-qalmamasına baxmasını xahiş etmiş, daha sonra Zərərçəkmiş şəxs2 məlum oldu ki, onun əl çantasından pul kisəsi ilə birlikdə 100 manat pulu və «Kapital» banka aid «Bir» kart, «Paşa» banka aid kart, «Kapital» banka aid maaş kart, «Kapital» banka aid şəxsi hesab kartını, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sosial sığorta şəhadətnaməsi,voen şəhadətnaməsinin və sair mağazalara aid kartlar oğurlanmışdır. Cinayəti törədən şəxslər ona məxsus «Kapital» banka aid «Bir» kartından 2976 manat pulu çıxarıb ələ keçirmişlər. Belə guman etmişdir ki, Zərərçəkmiş şəxs2 əl çantasından pul kisəsini müsiqi məktəbində akt zalında şagirdlərə dərs keçən vaxt saat 16 radələrində akt zalına gəlib birinci cərgədə oturacaqda oturan şəxs törətmişdir. Təqsirləndirilən şəxs1 həmin şəxsə oxşadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan 01 aprel 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 100-cü vərəqəsində olan 01 aprel 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 203-205-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 aprel 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 200-202-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 01 aprel 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 149-153-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 11 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 145-148-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 11 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 107-109 və 181-194-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12.06.2021-ci il tarixli tələbnamədən və Yasamal rayon məhkəməsinin 10.11.2015-ci il tarixli hökmündən görünür ki, Kərimov X6 rayon Məhkəməsinin 30.10.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 24 gün müddətinə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 21.05.2020-ci il tarixdə çəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 2-ci cild 110-112 və 167-168-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12.06.2021-ci il tarixli tələbnamədən və Yasamal rayon məhkəməsinin 13.03.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.07.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlıqdan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10.06.2020-ci qərarı ilə 1 ay 25 gün vaxtından əvvəl şərti olaraq həbsdən azad edilmiş və 04.08.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyatdan çıxarılmışdır. Cinayət işinin 2-ci cild 113-115 və 174-178-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12.06.2021-ci il tarixli tələbnamədən, Mingəçevir şəhər məhkəməsinin hökmündən və qərardan görünür ki, Yusifov X2 şəhər Məhkəməsinin 29.11.2006-cı il tarixli hökmünə ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək şərti maliyyə maliyyə vahidinin 3000 misli cərimə cəsanın məhkum olmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.10.2018-ci il tarixli hökmünə ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1 il 1 ay 28 gün müddətinə, Mingəçevir şəhər Məhkəməsinin 13.06.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək həmin CM-nin 67-ci maddələri tətbiq edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olmuşdur, Mingəçevir şəhər Məhkəməsinin 04.03.2021-ci il tarixli qərarına əsasən həbs edilmiş və həmin məhkəmənin 15.03.2021-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasının qaydalarını pozduğuna görə cəzasının çəkilməmiş hissəsi 07 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəza ilə əvəz edimişdir. Cinayət işinin 264-270-ci vərəqələrində olan 25 aprel 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, hazırda onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin 01 ədəd elektron maqnit məlumat daşıyıcısı olan «DVD» markalı diskə baxış zamanı diskin yaddaşında olan fayllardan «VTS_01_1» adlanan faylda 19 saniyə, «VTS_02_1» adlanan faylda 10 saniyə, «VTS_03_1» adlanan faylda 22 saniyə, «VTS_04_1» adlanan faylda 21 saniyə, «VTS_05_1» adlanan fayda 23 saniyə, «VTS_06_1» adlanan faylda 11 saniyə, «VTS_07_1» adlanan faylda 1 dəqiqə 54 saniyədən ibarət eyni məzmunlu video görüntü parçaları olması, həmin görüntülərin məzmunlarına baxarkən aşkar olunmuşdur ki, 3 nəfər şəxs, yəni qabaqda Təqsirləndirilən şəxs1, onun arxası ilə Təqsirləndirilən şəxs2, sonuncunun arxası ilə Təqsirləndirilən şəxs3 oxşar şəxslərin 03.03.2021-ci il tarixdə saat 16: 43 radələrində başlayaraq Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti A-556/57-ci məhəllə 31 ünvanda yerləşən “Kapital” banka məxsus «ATM» bankomat terminalına, daha sonra Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən “Kapital” banka məxsus «ATM» bankomat terminalının yaxınlığına gəlmələri, Təqsirləndirilən şəxs1 «ATM» bankomat terminalına yaxınlaşaraq əlində olan kartı terminala daxil edərək pul vəsaitini çıxarması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə dayanıb gözləmələri, sonra isə oradan çıxıb getmələri müşahidə olunur. Həmçinin həmin diskin yaddaşında olan İFO «VİDEO TŞ» adlanan faylda 23 saniyə, İFO «VTS_01_0» adlanan faylda 19 saniyə, İFO «VTS_02_0» adlanan faylda 10 saniyə, İFO «VTS_03_0» adlanan faylda 22 saniyə, İFO «VTS_04_0» adlanan fayda 21 saniyə, İFO «VTS_05_0» adlanan faylda 23 saniyə, İFO «VTS_06_0» adlanan fayda 11 saniyə, İFO «VTS_07_0» adlanan faylda 1 dəqiqə 54 saniyədən ibarət eyni məzmunlu video görüntü parçaları olması aşkar olunur. Yəni həmin video görüntü parçalarında da 3 nəfər şəxsin, yəni qabaqda Təqsirləndirilən şəxs1, onun arxası ilə Təqsirləndirilən şəxs2, sonuncunun arxası ilə Təqsirləndirilən şəxs3 oxşar şəxslərin 03.03.2021-ci il tarixdə saat 16: 43 radələrində başlayaraq Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti A-556/57-ci məhəllə 31 ünvanda yerləşən “Kapital” banka məxsus «ATM» bankomat terminalına, daha sonra Yasamal rayonu Landau küçəsi 6 nömrəli ünvanda yerləşən “Kapital” banka məxsus «ATM» bankomat terminalının yaxınlığına gəlmələri, Təqsirləndirilən şəxs1 «ATM» bankomat terminalına yaxınlaşaraq əlində olan kartı terminala daxil edərək pul vəsaitini çıxarması, sonra isə oradan hər üçün birlikdə çıxıb getmələri müşahidə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-1 və 29,177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri isə həmin Məcəllənin 177.2.1, 177.2.3-1, 29,177.2.1, 29,177.2.3-1 və 29,177.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və 21 may 2020-ci il tarixdə çəzasının sonu ilə azad olunmasına baxmayaraq 02 il keçmədən 30 oktyabr 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-1 və 29,177.2.4cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 01 aprel 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlıqdan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2020-ci qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti olmasına baxmayaraq 02 il keçmədən 03 mart 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 29,177.2.1, 29,177.2.3-1 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq 01 aprel 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək həmin CM-nin 67-ci maddələri tətbiq edilməklə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasının qaydalarını pozduğuna görə cəzasının çəkilməmiş hissəsi 07 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəza ilə əvəz edimişdir. Həmin həmin qərara əsasən Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəli 10 mart 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 29,177.2.1, 29,177.2.3-1 və 29,177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin sonuncuya Mingəçevir Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 07 ay 25 gün azadlıqdan məhrum etmə cəzasından çəkilməmiş qalan 15 günü hazırki hökmlə təyin edilmiş cəzaya həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirməklə ona tamamilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəza çəkməsinin əvvəli Yasamal rayon məhkəməsinin hökmü elan olunduğu vaxtdan, yani 20 oktyabr 2021-ci il il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı CÇM-də cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, K.B.Bağırova və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili K.B.Bağırova məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-1 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 29,177.2.1, 29,177.2.3-1 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 29,177.2.1, 29,177.2.3-1 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş 07 (yeddi) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasından çəkilməmiş qalan 15 (on beş) günü hazırki hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirməklə ona qəti olaraq 02 (iki) il 08 (doqquz) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı CÇM-də cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar