Məhkəmə qərarları › İş №1(004)-334/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-334/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-334/2022 21.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1998-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 may 2022-ci il tarixdə saat 16 radələrində tanışı Şahid1 yaşadığı ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildə sonuncunun dəvət ilə qonaq olduğu zaman Şahid1 mənzilin digər otağında olmasından istifadə edərək yataq otağında olan güzgülü termonun üzərində qoyulmuş Şahid1 anası Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 4000 manat təşkil edən 1 ədəd 585 əyarlı üzərində xaç formasında qızıl kulon olan qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, himayəsində 3 yaşlı övladı var. Bakı şəhərində olarkən bir tanışının vasitəsi ilə Şahid1la tanış olmuşdur. Həmin vaxtdan onların aralarında yolaşlıq münasibəti yaranmışdır. Onlar tez-tez görüşüb gəzirmişlər. 03 may 2022-ci il tarixdə o, Eqor və tanışı Seymurla görüşüb Eqorun yaşadığı Yasamal rayonu, N.ünvan 2 ünvanına getmişlər. Orada onlar çay içib söhbət etmişlər, həmin vaxt o, yataq otağında olan güzgülü termonun qarşısında saçını daradığı zaman termonun üstündə bir ədəd üzərində xaç kulonu olan qızıl boyunbağı görmüşdür. Eqorun digər otaqda olmasından istifadə edərək onunla zarafat etmək məqsədi ilə o, həmin kulonu boyunbağı ilə birlikdə götürüb cibinə qoymuşdur. Bir qədər sonra Eqor boyunbağının yerində olmadığını aşkar etmiş və onlardan kulonu görüb-görmədiklərini soruşmuşdur. Eqorun bu sualına cavab olaraq o və Seymur görmədiklərini bildirmişlər. Bundan sonra Eqor demişdir ki, onlar evdə olarkən boyunbağı termonun üzərində imiş və bu səbəbdən onlardan şübhələnir, boyunbağını götürdükləri halda bunu boyunlarına almaqlarını xahiş etmiş və əks halda polisə məlumat verəcəyini bildirmişdir. Onlar boyunbağını götürmədiklərini demişlər, bundan sonra isə Eqor əvvəlcə anasına zəng etmiş, sonra isə 102 xidmətinə oğurluq barədə məlumat vermişdir. Bundan sonra o, guya siqaret almaq məqsədi ilə mənzildən çıxmış və götürdüyü üzərində kulon olan boyunbağını binanın qarşısında olan kolluğun altında gizlədərək mənzilə qayıtmışdır. Bir müddət sonra polis əməkdaşları gəlib evə baxış keçirmişlər, onları isə polis bölməsinə dəvət etmişlər. Polis bölməsində şifahi sorğu apanlarkən o, oğurluq etdiyini etiraf etmiş və həmin boyunbağını üzərində olan kulon ilə birlikdə gizlətdiyi yerdən götürərək qaytarmışdır. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 03 may 2022-ci il tarixdə saat 12:10-da yaşadığı evdən çıxıb iş yerinə getmişdir. Həmin gün saat 16:20 radələrində onun oğlu Eqor ona zəng edib ondan ona məxsus üzərində qızıl xaç kulonu olan qızıl boyunbağını geyinib-geyinmədiyini soruşmuş, o isə bildirmişdir ki, boyunbağını evdə termonun üzərində saxlamışdır. Həmin vaxt Eqor ona demişdir ki, boyunbağı yerində yoxdur. Bundan sonra isə Eqor yaşadıqları evə dostlarını dəvət etdiyini və sonunculardan oğurluqda şübhələndiyini bildirib, lakin heç biri boynuna almadığına görə polisə zəng etmək qərarına gəldiyini demişdir. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları gəlib onların evinə baxış keçirmişlər və polis bölməsində sorğu zamanı Eqorun həmin vaxt evdə olmuş dostlarından biri olan Eltən adlı şəxs ona məxsus boyunbağını oğurladığını etiraf etmişdir. Ona məxsus həmin qızıl boyunbağı 585 əyarlı, zəncir formasında olmuş, üzərində həmin əyarda qızıl xaç kulonu olmuşdur. Həmin boyunbağının kulonla birlikdə dəyəri təxminən 4000 manat təşkil edir. Buna görə də ona ümumilikdə 4000 manat ziyan dəymişdir. Son olaraq o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 03 may 2022-ci il tarixdə tanışları olan Eltən və Seymurla görüşmüşlər və qərara gəlmişlər ki, onun yaşadığı evə gedib orada çay içsinlər və söhbət etsinlər. Həmin tarixdə təxminən saat 13 radələrində onlar evə gəlmişlər. O, yataq otağında olduğu zaman bir anlıq termonun üstünə baxmış və orada anasının qızıl boyunbağını görmüşdür. Bir müddət sonra təxminən saat 16 radələrində o, evin digər otağına gedib qayıtdıqdan sonra görmüşdür ki, boyunbağı termonun üstündə yoxdur. Bundan sonra o, Seymur və Eltəndən boyunbağını görüb-görmədiklərini soruşmuş, lakin sonuncular boyunbağı görmədiklərini bildirmişlər. Sonra isə onlar birlikdə mənzili axtarmışlar, lakin tapa bilməmişlər. Bundan sonra o fikirləşmişdir ki, bəlkə boyunbağı sadəcə onun gözünə görünüb, buna görə də anası Larisaya zəng edib hər ehtimala soruşmuşdur ki, bəlkə o boyunbağını geyinmişdir. Lakin anası bildirmişdir ki, boyunbağını evdə termonun üzərində qoymuşdur. O, anasına boyunbağının yoxa çıxdığını bildirib dostlarından şübhələndiyini, tapmadığı halda polisə müraciət edəcəyini demişdir. O, Seymurla Eltəndən bu barədə soruşmuş lakin, onun bu sualına cavab olaraq onlar bildirmişlər ki, onlar həmin boyunbağını götürməmişlər. Bundan sonra o, bununla bağlı 102 xidmətinə zəng etmişdir. Bir qədər sonra polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Sonra isə o, Seymur və Eltən polis bölməsinə dəvət olunmuşlar. Orada sorğu zamanı Eltən oğurluq etdiyini etiraf etmiş və oğurladığı boyunbağını yaşadıqları binanın qarşısında olan bağın içərisindəki kolluqda gizlətdiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 3 ünvanına baxış keçirilmiş və bununla bağlı protokol tərtib edilərək fotoşəkillərlə birlikdə iş materiallarına əlavə edilmişdir. (i.v. 5-7) “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən sonuncu Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 5 ünvanı qarşısında olan kolluğu göstərərək Şahid1 yaşadığı evdən oğurladığı kulonlu boyunbağını həmin kolluğun altında gizlətdiyini bildirmişdir. (i.v. 55) “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanı qarşısında olan kolluğun altında aşkar edilmiş bir ədəd kulonlu boyunbağı tərəfimdən götürülərək ona baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, aşkar edilmiş 1 ədəd boyunbağı qızılabənzər metaldandır, zəncir toxunuşludur. Boyunbağının üzərində olan 1 ədəd kulon xristian dininin pravoslav kilsəsinə aid xaç formasındadır, xaçın arxa hissəsində rus əlifbası ilə “Spasi i soxrani“ sözləri və kilsə şəkili həkk olunmuşdurdır. Baxış zamanı Zərərçəkmiş şəxs həmin kulonu və boyunbağını tanıyaraq özünə məxsus olduğunu bildirdi. (i.v. 57-58) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli 6/2682-9/3316 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - 4.65 qram kütləli, xaç formalı, asılqan hissəsində “585” damğası olan qırmızımtıl-sarı rəngli kulon 583/585 əyarlı qızıldan hazırlanmışdır. -12.08 qram kütləli, bismark toxunuşlu qırmızımtıl-sarı rəngli boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilmiş məlumatların üzərində istehsal yerinə aid hər hansı göstərici olmadığından onların istehsal yerini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş məlumatların pərakəndə satış qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - 4.65 qram kütləli, xaç formalı 1 ədəd kulon – 395.0; - 12.08 qram kütləli, bismark toxunuşlu 1 ədəd boyunbağı – 1026.0 manat. (i.v. 76- 79) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 1 ədəd bismark toxunuşlu boyunbağını və 1 ədəd xaç formalı kulonu məhkəməyədək saxlanması üçün təhvil almışdır. (i.v. 82) “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 4.65 qram kütləli, xaç formalı 583/585 əyarlı kulon və 1 ədəd 12.08 qram kütləli, bismark toxunuşlu 583/585 əyarlı boyunbağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Təqsirləndirlən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması, baxış və götürmə protokolları və digər istintaq sənədləri iş üzrə sübut növü hesab edilmişdir. (i.v. 83-88) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 45-46) “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:45-də Yasamal RPİ-nin MSY-dan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 69-71) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 75) Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarışdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. (i.v. 54) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, onlar barışmışlar. Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 36 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, sonuncunun onunla barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 04 may 2022-ci il tarixdən 05 may 2022-ci il tarixədək 02 (iki) gün həbsdə saxlamanın bir günü islah işlərinin dörd gününə bərabər tutulmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq üzərində qəti cəza müəyyən edilməli (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 4.65 qram kütləli, xaç formalı 583/585 əyarlı kulon və 1 ədəd 12.08 qram kütləli, bismark toxunuşlu 583/585 əyarlı boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş ekspertiza üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 may 2022-ci il tarixdən 05 may 2022-ci il tarixədək 02 (iki) gün, həbsdə saxlamanın bir günü islah işlərinin dörd gününə bərabər tutulmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq hər ay qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 4.65 qram kütləli, xaç formalı 583/585 əyarlı kulon və 1 ədəd 12.08 qram kütləli, bismark toxunuşlu 583/585 əyarlı boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar