Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-335/2023 14.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1985-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, və 29, 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus balansında 22 manat 43 qəpik məbləğində pul olan 01 ədəd “Kapital Bank”a aid **********027668 nömrəli debit kartı və 708 manat 95 qəpik məbləğində pul olan 1 ədəd **********297010 nömrəli təqaüd kartını əldə etmiş və xx.xx.2022-ci il tarixdə saat 15:50-də “Kapital Bank”a aid **********027668 nömrəli kartla “NFC” funksiyasını istifadə edərək Yasamal rayonu ərazisində yerləşən “Nazim Market”dən 4 manat dəyərində, həmin gün saat 16:05-də Yasamal rayonu ərazisində yerləşən Dokta Aptekdən 9 manat dəyərində, həmin gün Kapital Banka aid **********297010 nömrəli kartla NFC funksiyasını istifadə edərək Yasamal rayonu ərazisində yerləşən “Nazim Market”dən saat 16:14-də 6 manat 40 qəpik, saat 16:15-də 19 manat 50 qəpik, saat 16:19-da 20 manat, saat 16:30 da 30 manat dəyərində, bundan başqa həmin gün həmin kartla saat 17:33-də Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Bravo Market”dən 53 manat 49 qəpik, saat 17:36-da 8 manat 29 qəpik dəyərində, həmin gün həmin kartla saat 17:55-də Yasamal rayonu Ə.Əhmədov küçəsində “Bərəkət Market”dən 50 manat dəyərində alış veriş edərək ümumilikdə həmin kartlardan 200 manat 68 qəpik məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli talamaqla oğurlamış, daha sonra isə həmin gün saat 18 radələrində elektron məlumat daşıyıcılarından istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Kapital Bank”a aid **********027668 nömrəli debit kartının balansında qalmış 9 manat 43 qəpik pulu və 1 ədəd **********297010 nömrəli təqaüd kartının balançında qalmış 521 manat 27 qəpik, ümumilikdə 530 manat 70 qəpik pulu da Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən “Bərəkət Market”də alış veriş etməklə çıxarmaqla talamaq istəmiş, lakin Zərərçəkmiş şəxs həmin kartların hesabını bağlatdırdığından cinayət əməlini başa çatdıra bilməyərək oğurluq törətməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvlərilə birlikdə ünvan 2 ünvanda yaşayır. İki az yaşlı övladı vardır. xx.xx.2022-ci ıl tarixdə saat 18-00 radələrində yaşadığı binanın həyətində olan zaman qonşusu Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə blokun qarşısında dayandığını görmüş, ona köməklik edib blokda olan stulda oturtmuşdur. Bir qədər sonra isə blokda səs küy olduğu üçün evində olan Zərərçəkmiş şəxs oğlu bloka çıxmış və atasına kömək edib evə qaldırmışdır. O isə yaşadığı mənzilə getmişdir. Təxminən 30 dəqiqədən sonra evdən bloka siqaret çəkmək üçün çıxmışdır. Bu zaman blokun içərisində pilləkənlərin qarşısında 2 ədəd Kapital Banka aid bank kartları taparaq götürmüşdür. Həmin kartların üzərində heç bir ad soyad yazılmamışdır. O,kartları özündə saxlamış və ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 16-00 radələrində Yasamal rayonu ərazisində «Qismət» şadlıq evinin qarşısında yerləşən « Nazim mini market» adlı ərzaq mağazasına gəlmiş və oradan 1 qutu siqaret və şirniyat almaqla 4 manat həmin kartlardan qara rəngli **********027668 nömrəli kartla ödəniş etmişdir. Bundan sonra həmin ünvanda yerləşən Aptekə girmiş və oradan da bir ədəd qızdırma dərmanı, bir qutu yara bandı və bir ədəd əl kremi almış, 9 manatlıq dərmanı eyni kartla almışdır. Təxminən 5 dəqiqədən sonra yenidən həmin ərzaq dükanına girmiş və oradan alış-veriş etmək istəsə də. həmin kartda pul olmamış, digər kartla alışveriş etmiş və siqarət və başqa ərzaq alaraq 6 manat 40 qəpik göy rəngdə olan **********297010 nömrəli «Kapital Bank» kartı ilə ödəniş etmişdir. 15 dəqiqənin içərisində həmin marketdən 3 dəfəyə ayrı-ayrı vaxtlarda 19 manat 50 qəpik, 20 manat və 30 manatlıq ərzaq alış-verişini həmin **********297010 nömrəli «Kapital Bank» kartından etmişdir. Bundan bir saat sonra Şərifzadə küçəsində yerləşən «Bravo market»ə getmiş və oradan 53 manat 49 qəpik dəyərində araq və 8 manat 29 qəpik dəyərində adları yadında qalmayan ərzaq malları alıb oradan çıxmışdır. Sonra Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən “Bərəkət market”ə gəlmiş və oradan da 50 manat dəyərində ərzaq məhsullarını almışdır və yenidən alış-veriş etmək istəsə də, kart bağlanmış və başa düşmüşdür ki, kartın sahibi kartı bağlatdırmışdır. O, Bravo marketdən aldğı arağı qaytarıb pulun nəğd almaq üçün «Bravo market»ə getsə də, |«Bravo market» pulun 14 gün ərzində karta geri ödənəcəyini bildirdiyi üçün o, arağı geri qaytarmamışdır. Bundan sonra aldığı bütün ərzaqları evə gətirmişdir. Həmin gün qara rəngli **********027668 nömrəli bank kartından 13 manat, göy rəngli **********97010 nömrəli «Kapital Bank» kartından isə 187,68 (yüz səksən yeddi manat altmış səkkiz qəpik) manat olmaqla cəmi 200 manat 68 qəpik pul xərcləmişdir. Təxminən iki gündən sonra Bəxtiyar onu həyətdə görmüş və kartından 200 manatdan çox pul xərclənərək alış veriş edildiyini və ondan şübhələndiyini ona bildirərək kartlarını istəmişdir. O, tapdığı kartların üzərində ad yazılmadığı üçün kartın kimə aid olduğunu bilməmişdir. Bəxtiyar ona bu sualları verdikdə kartların ona aid olduğunu başa düşmüş və çox utanmış, utandığı üçün də ona kartların onda olduğunu deməmişdir. O, Bəxtiyara bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Yaşadığı ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşmışlar və onu oğurluqda şübhəli olduğu üçün polis bölməsinə dəvət edib aparmışlar.Orada ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Özündə saxladığı həmin kartları polis bölməsində olarkən təhqiqat orqanına təqdim etmişdir. Himayəsində 2 az yaşlı uşaqları vardır, özü heç bir yerdə işləmir və kartları tapandan sonra ehtiyacı olduğundan oradan ərzaq məhsulları alarq evinə aparmışdır. Yuxarıda qeyd etdiyi aptek və ticarət oyektlərində alışveriş etməklə həmin katlarla 239 manat 18 qəpik deyil, yalnız 200 manat 68 qəpik ödənişlər etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq və başqa təzyiq olunmamışdır. İlk dəfə cinayət törətməsini, törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ailəli olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı ünvan 3 ünvanın yaxınlığında adsız kafedə yeyib içdikdən sonra içkili vəziyyətdə yaşadığı ünvanın qarşısına gəlmiş və yaşadığı binanın girişinə daxil olduqda qonşusu Fədaillə rastlaşaraq görüşmüş, Fədail onu girişdə olan stula oturtmuşdur. O, binanın 9-cu mərtəbəsində qalır və binada da lift yoxdur. İçkili olduğu üçün Fədaildən 9-cu mərtəbəbəyə qalxmağa kömək etməsini bildirmişdir. O, həmin birinci mərtəbədəki girişdə 10-15 dəqiqə oturmuşdur. Orada oturduğu müddətdə də əlində olan araq şüşəsindən içki içmişdir. Bu səbəbdən də hər şeyi tam olaraq xatırlamır. Sonradan binanın ikinci mərtəbəsində qalan qonşusu Rəşid kişidən soruşduqda onun ikinci mərtəbəyə tək qalxdığını və oradakı qonşuların ona qalxmağa köməklik təklif etdiyini, onun isə köməyi istəmədiyini bildirərək yuxarıya tək qalxdığını bildirmişdir. Həmin gün evə necə qalxdığını və yatdığını xatırlamır. Lakin ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində oyanmış və evdə dincəlmişdir. Həmin gün axşam saatlarında telefonunu tokdan çıxardıqdan sonra telefonuna Kapital bankdan çoxlu mesajlar gəldiyini görmüşdür. Mesajlara baxdıqda müəyyən etmişdir ki, saat 15:50-də onun ***-***-**-** nömrəli mobil telefonuna «Kapital Banka» məxsus **********027668 nömrəli kartından « Nazim mini market »də 4 manat dəyərində alış veriş edildiyi barədə sms gəlmişdir. Həmin gün saat 16:05 də «Dokta Aptek»dən həmin kartla 9 manat alışveriş edildiyi barədə sms gəlmişdir. Bundan sonra isə həmin gün ona məxsus «Kapital Bank»ın **********297010 nömrəli pensiya kartından saat 16:14-də 6,40 manat, saat 16:15-də 19,50 manat, saat 16:19-da 20 manat, saat 16:30 da 30 manat olmaqla «Nazim mini market»dən alış -veriş edilməsi barədə sms gəlmişdir. Sonra isə həmin gün həmin kartdan saat 17:33-də Şərifzadədəki Bravodan 53,49 manat, saat 17:36-da 8,29 manat pul xərclənərək alış-veriş edilməsi barədə sms gəlmişdir. Həmin gün həmin kartdan saat 17:55-də Bərəkət marketdən isə 50 manat dəyərində alış veriş edilməsi barədə sms gəlmişdir. Həmin gün iki saat ərzində onun hər iki kartından cəmi 200 manat 68 qəpik pul oğurlanmışdır. O, bu mesajları görən kimi cəld qış gödəkcəsinin sağ iç cibinə qoyduğu və içərisində yalnız iki «Kapital banka» aid kartı olan pul kisəsini axtarmış, lakin pul kisənin gödəkcəsinin cibində olmadığını müəyyən etmişdir. Bundan sonra isə dərhal Birbank mobil tətbiqi vasitəsi ilə hər iki kartının istifadəsini bloklamışdır. Həmin gün oturub düşündükdə binanın girişinə girdikdə pul kisəsinin cibində olduğunu xatırlamış, lakin orada çox oturduğu və özündə olmadığı üçün pul kisəsini hansı şəraitdə itirdiyini yadına düşməmişdir. İlk əvvəl Fədailin onu evə qaldırdığını və bu zaman pul kisəsini götürə biləcəyini düşünmüş, bu səbəbdən hətta bir neçə gün sonra ona yaxınlaşıb bunu onun etdiyini düşündüyünü bildirmişdir. Lakin o isə ona bundan xəbəri olmadığını bildirmişdir. Sonralar müəyyən etmişdir ki, onu evə Fədail qaldırmamışdır. Bu səbəbdən düşünmüşüdür ki, binanın girişində oturub araq içərkən və yaxud da yuxarı mərtəbəyə qalxarkən də pul kisəsini yerə salmış ola bilər. O, ilk öncə polisə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə «Kapital Bank»a **********297010 nömrəli kartından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində ödənişlər barədə çıxarış almışdır. Həmin çıxarışda **********297010 nömrəli kartın balansında olmuş 760 manat 45 qəpikdən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Füzüli 71 ünvanda «birbank» kartına 50 manat, daha sonra həmin gün həmin ünvanda «birbank» kartına 1 manat 50 qəpik ödəniş olunması, daha sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Şərifzadə küçəsində yerləşən «Bravo» ticarət mərkəzində 8 manat 29 qəpik, həmin tarixdə «Bərəkət market»dən 50 manat, həmin tarixdə Bakı şəhəri Şərifzadə küçəsində yerləşən «Bravo» ticraət mərkəzində 53 manat 49 qəpik, həmin tarixdə digər ticarət obyektində yəni «Nizami mini market»də 19 manat 50 qəpik, 6 manat 40 qəpik, 20 manat və 30 manat, ümumilikdə 239 manat 18 qəpik ödəniş olunmuşdur. Qonşulara xəbər verərək kartları kimin götürdüyünü öyrənməyə çalışmış, lakin öyrənə bilmədikdə xx.xx.2023cü il tarixdə bu barədə Yasamal RPİ-nin 29-cu PŞ-na ərizə ilə müraciət etmişdir. İlkin ərizə və izahatında səhvən «Kapital bank»a aid **********297010 nömrəli kartından ödənişlərin tarixinə diqqət yetirmədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində həmin kartın balansında olmuş 760 manat 45 qəpikdən 239 manat 18 qəpiyin ödəniş olduğunu və 521 manat 27 qəpik qalıq qaldığı göstərildiyindən kartları əldə edən şəxs tərəfindən 239 manat 18 qəpik çıxarılaraq oğurlandığın göstərmişdir, belə ki, **********297010 nömrəli kartın balansındaxx.xx.2022-ci il tarixdə Bakı şəhəri Füzüli 71 ünvanda «birbank» kartına 50 manat, daha sonra həmin gün həmin ünvanda «birbank» kartına 1 manat 50 qəpik ödənişlər özü tərəfindən çıxarılmışdır, **********297010 nömrəli kartın balansında xx.xx.2022-ci il tarixdə çıxarılmış ödənişlər, yəni 187 manat 68 qəpik isə onun tərəfindən çıxarılmamışdır. Həmçinin ***- ***-**-** nömrəli mobil mobil telefonuna SMS məlumatlarında xx.xx.2022-ci il tarixdə saat 15:50-də onun telefonuna «Kapital Banka» məxsus **********027668 nömrəli kartından «Nazim mini market»də 4 manat, gün saat 16:05-də «Dokta Aptek»dən həmin kartla 9 manat, ümumilikdə 13 manat çıxarılmaqla alış-veriş edilərək ödənilməsi və yuxarıda qeyd etdiyi kimi **********97010 nömrəli kartın balansında qeyd olunan ticarət obyeklərinə ümumlikdə 187 manat 68 qəpik ödənişlər edilməsi barədə SMS gəlmişdir. Pul kisənin içərisində 2 ədəd **********027668 və **********297010 nömrəli Kapital bank kartları var idi. Bunlardan başqa heç bir şey olmamışdır. Oğurlanmamışdan əvvəl **********297010 nömrəli Kapital bank kartının balansında 708 manat 95 qəpik pul olmuş, həmin kartın balansından 187 manat 68 qəpik çıxarılaraq oğurlanmış, 521 manat 27 qəpik qalmışdır. **********027668 Kapital bank kartının balansında 22 manat 43 qəpik pul olmuş, həmin kartın balansından 13 manat çıxarılaraq oğurlanmış, 9 manat 43 qəpik qalmışdır. xx.xx.2022-ci il tarixd axşam saatlarında qeyd olunan bankomat kartlarının oğurlandığını bilib dərhal Birbank mobil tətbiqi vasitəsi ilə hər iki kartımın istifadəsini bloklamışdır. Həmin vaxtı içkili olmuş, lakin Fədailin onun cibinə girdiyini və yaxudda ona hansısa formada yaxınlaşdığını hiss etməmiş və görməmişdir. Həmin gün yalnız onunla ünsiyyətdə olduğunu və onu yaşadığı evə Fədailin qaldırdığını düşündüyü üçün ondan şübhələnmişdir. Lakin sonradan evə tək qalxdığını müəyyən etmişdir. Ola bilsin ki, pul kisəsi və içərisindəki bank kartları cibindən yerə düşmüşdür. Baş vermiş hadisə zamanı onun kartlarından cəmi olaraq 200 manat 68 qəpik oğurlanmışdır. Pul kisəsini özü tərəfindən itirmə ehimalı olduğu üçün və maddi olaraq qiyməti olmadığı üçün ona dəymiş maddi ziyan 200 manat 68 qəpikdir. Hər iki kartının istifadəsini blokladığından həmin kartların balansından ümumilikdə 530 manat 70 qəpik pul çıxarılaraq oğurlanması mümkün olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1, və 29, 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarına əsasən təqsirləndirilən şəxsin xx.xx.2010-cu il təvəllüdlü Sevinc, xx.xx.2017-ci il təvəllüdlü Selcan adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, ilk dəfə cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da həmin müddətdə o, 24 saatdan az, yəni 01 gün həbsdə qalmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 4169 7388 8502 7668 nömrəli və 4169 7416 3629 7010 nömrəli 2 ədəd Kapital banka aid bank kartlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, və 29, 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 4169 7388 8502 7668 nömrəli və 4169 7416 3629 7010 nömrəli 2 ədəd Kapital banka aid bank kartlarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-335/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-335/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver