Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-336/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1998-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır vurulmasına səbəb olmuşdur. Belə ki, o, 01 oktyabr 2022-ci il tarixdə saat 05:20-də “BC” kateqoriyalı, BD 801322 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, X5 məxsus “Toyota Prius” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Tiblisi propekti 20 yanvar körpüsünün üzərində üzü şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən həmin yolun piyada zolağı olmayan hissəsi ilə sağdan sola keçmək istəyən piyada 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tərəfi ilə vuraraq sonuncuya açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağda ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sağ tərəfli otohemoreya, sağda təbil pərdəsinin posttravmatik cırılması, sağ gözdə skleranın, göz qapağının zədələnməsi, sağda üz sinirinin oeriferik perezi ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükləli olan sağlamlığa ağır zərər vuulmasına səbəb olmaqla Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini və 50-ci maddəsinin1-ci hissəsinin 2-ci bəndinin tələblərini pozub, yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o icarəyə götürdüyü “Toyota Prius” markalı, **- CB-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə gecə saat 05:10 radələrində müştəri tapmaq məqsədi ilə idarə etdiyi avtomobili Xırdalan şəhərindən şəhər mərkəzinə tərəf idarə etməyə başlamışdır. Bundan 10 dəqiqə sonra avtovağzal istiqamətindən Yasamal rayonu, Tbilisi prospektində yerləşən körpünün üzəri ilə üzü şəhər istiqamətinə təxminən 70 km/saat sürətlə hərəkət edərkən yolun sağ hissəsində qaraltı şəklində bir nəfər şəxsin dayandığını görmüşdür. Onu təxminən 100-120 metr məsafədə olarkən görmüşdür. Həmin sürətlə avtomobili hərəkət etdirərkən ona yaxınlaşdıqda isə həmin şəxsin qəfil hərəkətlə özünü avtomobilin önünə atmışdır. Bu zaman əyləci basıb avtomobilini sol tərəfə çəkməyə çalışsa da, avtomobilin sağ tərəfinin ön hissəsi ilə həmin piyadaçanı vurmuşdur. Həmin an onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdur. Bu zaman piyadaçı zərbənin təsiri ilə avtomobilin ön alın şüşəsinə dəyərək avtomobilin sağ tərəfindən yerə yıxılmışdır. Dərhal avtomobili saxlayıb həmin şəxsi avtomobilin arxa oturacağına uzandırmışdır. Bundan dərhal sonra həmin şəxsi 1 saylı klinik şəhər xəstəxanasına aparmış və təxminən 04 gün orada qalmışdır. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, hazırda maddi imkanı olmadığı üçün Zərərçəkmiş şəxs tələb etdiyi məbləği ödəyə bilmədiyini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saat 04:40 radələrində Yasamal rayonu Şərifzadə küçəsində olan evindən çıxaraq üzü “20 yanvar” metrostansiyasına tərəf getmişdir. Şərifzadə küçəsindən üzü “20 Yanvar” metrosu tərəfə gedərkən açıq olan marketlərin birindən tərkibində spirtli içki olan “GO” enerji içkisi alıb içmişdir. “20 Yanvar” metrosuna tərəfə çatdıqda Tbilisi prospektində “20 Yanvar” körpüsünün üzəri ilə üzü avtovağzal istiqamətinə getməyə başlamışdır. Körpünü bir xeyli qalxdıqdan sonra yolun əks istiqamətinə keçmək istəmişdir. Hava qaranlıq olduğu və körpünün üzəri işıqlı olmadığı üçün ehtiyatla davranmağa çalışmışdır. Yolun maşın gələn istiqamətinə baxdıqda uzaqdan maşın işığı görmüş, lakin maşının uzaqda olduğunu düşünərək yolu keçməyə çalışmışdır. Bundan sonra yola doğru bir necə addım atıb keçən zaman avtomobil onu vurmuş və huşunu itirmişdir. Bu səbəbdəndə hadisəni tam xatırlamır. Yekun olaraq o Təqsirləndirilən şəxs ona dəymiş ziyanın əvəzi olaraq 3000 manat məbləğində vəsaitin ödənilməsini tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 01 oktyabr 2022-ci il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 20 Yanvar körpüsünün üzərində radara 35-40 metr qalmış baş vermişdir. Həmin yerdə yol asfalt örtükdən ibarət olmaqla, quru vəziyyətdə olmuşdur. Hərəkətə başlandığı andan vurulma yerinə kimi 4,2 metr məsafə qət etmişdir.Vurulma nöqtəsi **-CB- *** qeydiyyat nömrə nişanlı Toyota Prius markalı avtomobilin hərəkət istiqamətində olması, piyadaçını vurma anına qədər tormoz izləri müşahidə olunmamışdır. (i.v. 6-13) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, “Toyota Prius” markalı, **-CB-*** qeydiyyat nişanlı avtomobilin piyadanı vurması nəticəsində ön sağ hissəsində və ön alın şüşəsi sınmışdir, həmin avtomobilin isə hadisə ərəfəsində saz vəziyyətdə olması aşkar edilmişdir. (i.v. 14-16) xx.xx.2021-ci il tarixli BD seriyalı 801322 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1,B,C1,C” kateqoriyalı sürücüdür. (i.v. 20) Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 10 mart 2022-ci il tarixli ƏN-V № 991773 etibarnamədən görünür ki, X8 “Toyota Prius” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs 27 iyul 2031-ci il tarixədək idarə etmək üçün etibar etmişdir. (i.v. 21) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi 01 oktyabr 2022-ci il tarixli 2/23332 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolununun görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. (i.v. 22) “Baxış keçirilməsi barədə” 22 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 20 Yanvar körpüsünün üzərində radara 35-40 metr qalmış baş verdiyi. Hadisənin baş verdiyi nöqtədən yolun kənarına olan məsafə 4,2 metr müəyyən olunmuşdur. (i.v. 41-44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 06 dekabr 2022-ci il tarixli 35/335 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağda ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sağ tərəfli otohemoreya, sağda təbil pərdəsinin posttravmatik cırılması, sağ gözdə skleranın, göz qapağının zədələnməsi, sağda üz sinirinin periferik parezi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. (i.v. 70-72) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli 8/2983 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, Toyota Prius markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində ”Yoi hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbiərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbiərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respubiikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbiərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onlann hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. (i.v. 73-76) “İfadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanışı istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatları ifadənin yerində yoxlanışı zamanı təsdiq etmişdir. İfadənin yerində yoxlanışı zamanı piyadaçının yolun kağ kənarından sol kənarına hərəkəti zamanı hadisə baş verən nöqtəyə qədər məsafə 4,2 metr müəyyən edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (i.v. 88-90) Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-16/2- 617445/2023 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qİİ-nin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan BD801322 nömrəli «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır.Toyota Prius minik”markalı **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən X3 adına qeydiyyatdadır.Həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2031-ci il tarixədək etibarnamə ilə **-CB-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius minik”markalı avtomobil xx.xx.2020-ci il tarixdə X3 adına dövlət qeydiyyatına alınmış və etibarnamə ilə Təqsirləndirilən şəxs etibar edilmişdir. (i.v. 148) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X2 X9n Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 891 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmişdir. Zərərçəkmiş şəxs baş verimiş hadisə zamanı hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs hal hazırda aşkar edilən üzvü mənşəli( keçirilmiş kəllə beyin travması nəticəsində) şəxsiyyət p\ozuntusu onda xx.xx.2022-ci il tarixdə aldığı kəllə beyin travmasından sonra yaranmışdır. Göstərilən psixi pozuntu nəticəsində onda hazırda əqli gerilik, psixi fəaliyyətin müvəqqəti pozuntusu ilə müşayiət olunmadığı üçün o, baş vermişlər barəsində düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş qismində keçdiyi üçün onun anlaqlı olub olmaması barəsində qoyulmuş sual ona şamil edilmir. Zərərçəkmiş şəxs bu iş üzrə prossesual fəaliyyət qabiliyyətli hesab edilir. (i.v. 150-153) “Sübutların qiymətləndirilməsi barədə” 12 may 2023-cü il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v. 155-162) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni Zərərçəkmiş şəxs özünün avtomobilin qarşısına atması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi öz təsdiqini tapmamış və iş materiallarında olan sənədlər ilə tam təkzib edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə, ekspert rəyləri, hadisə yerinin baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Qətimkan tədbirinin seçilməsi barədə 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. (i.v. 115-116) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 146) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməlini törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Toyota Prius” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 85 (səksən beş) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmənin hazırlıq iclasında iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-336/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-336/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver