Məhkəmə qərarları › İş №1(004)-336/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-336/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-336/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X8, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X4, müdafiəçisi Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Nümayəndə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər: X9, X7 X5 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında X2 şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda yerləşən Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin binasında X5 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq şifahi şəkildə onu «alçaq», «biqeyrət», «binamus», «oğraş» ifadələri ilə söyməklə, nalayiq sözlər deməklə sillə və yumruq zərbələri ilə sinə və sifət nahiyəsinə, X3 isə onu şifahi formada «şərəfsiz» ifadəsi ilə söyərək güclü yumruq zərbəsi ilə sol göz və gicgah nahiyəsinə zərbələr endirərək bədən hərəkətləri ilə onu təhqir eməklə kütləvi çıxış etmələri, şəxsiyyətinə mənfi qiymət verməklə, onu əhatənin, tanışların gözündə nüfuzdan salaraq nəticədə onun mənəvi və fiziki sarsıntılar keçirməyinə səbəb olan hərəkətləri ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, 22 yanvar 2024-cü ildə qarşı tərəfin Niftəliyev Qəzənfərə qarşı AR CM-nin 147 və 148-ci maddələri ilə verdikləri şikayətdən məhkəmə baxışının təyin edilməməsinə görə imtina edilib. Onlar aşağı düşəndə əsəbləşiblər, nalayiq söyüşlərlə Niftəliyev Qəzənfərin şəxsiyyətini alçaldaraq təhqir ediblər, Babayeva Rəfiqə onun üzünü, sinəsini, sifətini şillələyir, həyat yoldaşı Vüsal Babayev də şifahi sözlərlə şərəfsiz adlandırır, söyür, təhqir edir, yumruq zərbəsi ilə sifətinə vurur. Hesab edirik ki, Niftəliyev Qəzənfərin şəxsiyyətini qəsdən alçaldan hərəkətlərlə, nalayiq ifadələrlə, eyni zamanda bədən hərəkətləri ilə kütləvi surətdə çıxış ediblər, şəxsiyyətini alçaldaraq təhqir ediblər. Ona görə də, xüsusi ittiham qaydasında şikayəti müdafiə edir və xahiş edir Niftəliyev Qəzənfərin xüsusi ittiham qaydasında şikayətini məhkəmə icraatına qəbul edib məhkəmə baxışına təyin edilsin. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin icraata qəbul edilməsini, X5 və X3 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Niftəliyev Qəzənfər onun həyat yoldaşını şərləyib ki, zavodda işlədiyi vaxtlar onun pulunu mənimsəyib, halbuki diskdə səsyazmalar var, adamın yanına dəfələrlə getmişlər, deyir əksiyi var, bütün dəftər-kitablara da baxılıb, zərrə də olsa dəftər-kitablarda əksik çıxmır. X6 başlayır onun və həyat yoldaşının barəsində onun tanıdığı insanların yanında nüfuzdan salmağa, disk yazısında o səsyazmalar da var. Yoldaşına məktub gedib ki, guya onun pullarını mənimsəyib, indi şikayət ərizəsinə baxır ki, göstərib ki, guya onun həyat yoldaşı o zavodda 37 000 pul mənimsənilməsi ilə bağlı ittiham verilib. O, binadan çıxanda ona yumruq vurmuş olsaydı, xəsarət olardı, xəarət yoxdur, heç bir şey yoxdur. Şikayət tam olaraq yalandır, böhtandır, onlar heç nə etməmiş, şəxs özü çıxanda əleyhinə nalayiq ifadələr işlədib, o də ona yaxınlaşıb demişdir ki: “Ağıllı ol, çıx get işinlə məşğul ol!”. Xeyr, onu vurmamış, üzünə nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli qərarına əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir. Onlar məlumatı vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması və bu məlumatların yayılmasıdır. Təkrar olaraq qeyd edir ki, Niftəliyev Qəzənfərin şikayətində qeyd olunan məlumatlar doğru deyil, həmçinin qarşılıqlı mübahisə zəmnində hansı ki bu mübahisəni yaradan qarşı tərəfin özüdür, tərəflərin bir-birinə dedikləri sözlər heç bir halda şərəf və ləyaqətin ləkələnməsi kimi səciyyələndirilə bilməz. Həmçinin CM-nin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda kütləvi nümayiş etdirilən əsərdə, mediyada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq kimi qiymətləndirilir. Sözügedən hadisədə şikayətçinin şərəf və ləyaqətini alçaldan heç bir ifadə işlədilməməsi ilə yanaşı bu qarşılıqlı mübahisə kütləvi xarakter daşımamış, burada başverənlər zamanı şikayətçi, o və həyat yoldaşı da digər tərəfin şərəf və ləyaqətini alçaldan məlumatlar yaymamışlar. Göstərilənlər və şikayətdə qeyd olunanlar üzrə cinayət hadisəsinin olmadığını nəzərə alaraq AR CPM-nin 302.1.6-cı maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmasından imtina edilməsini məhkəmədən xahiş etdi. Niftəliyev Qəzənfərə qarşı şərəf və ləyaqətin alçaldılması ilə bağlı heç bir ifadə işlədilməmişdir. Sadəcə “bizdən uzaq ol, həyatımızdan çıx, bizi narahat etmə” kimi sözlər deyilib. Xeyr, ona şillə vurmamışdır. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi xüsusi ittiham qaydasında şikayətində göstərilir. Verilmiş xüsusi ittiham qaydasında şikayətində göstərilir ki, xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin binasında X9 nın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq onu “alçaq”, “biqeyrət”, “binamus”, “oğraş” ifadələri ilə söyməklə, nalayiq sözlər demiş, X7 isə onu “şərəfsiz” ifadəsi ilə söyməklə onu təhqir etmişdir. İlk öncə məhkəmə qeyd edir ki, şikayətə xüsusi ittihamçı tərəfindən əlavə edilən diskdə yuxarıda göstərilən həmin nalayiq ifadələrin şikayət verilən şəxslər tərəfindən işlədilməsi müəyyən edilmir. Hər hansı digər bunu təsdiq edəcək sübut növü isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan əlavə iş materiallarından görünür ki, 15 mart 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Velə X1 və X9 şikayət ərizələri əsasında toplanmış material üzrə X9 və X7 oğlunun əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda müstəntiq həmçinin Rəfiqə Babayeva tərəfindən Qəzənfər Niftəliyevin üzərinə hüçüm edərək əli ilə bir neçə dəfə qəsdən sifətinə və sinəsinə vurmasını, bundan sonra Vüsal Babayev tərəfindən Qəzənfər Niftəliyevə yaxınlaşaraq onun üzərinə hüçüm etməklə qəflətən sağ əlinin yumruq zərbəsi ilə bir dəfə Qəzənfər Niftəliyevin sol göz gicgah nahiyəsindən bərk zərbə ilə vurması və həmin zərbədən Qəzənfər Niftəliyev arxaya əylərək çəkilməsi və sol əli ilə sol göz gicgah nahiyəsini üzərinə tutaraq kənara çəkilməsini müəyyən etmişdir. Beləliklə məhkəmə qeyd edir ki, müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilməsinə baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun nümayəndəsi həmin qərarı mübahisələndirməmişlər, X9 və X3 Azərbaycan Respublikası Cinayə Məcəlləsinin digər maddələri ilə və ya inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun məsuliyyətə cəlb edilmələrini tələb etməmişlər. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2–302.1.4, 302.1.6–302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar