Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-337/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qardaşının keçmiş həyat yoldaşı X6 ona və qardaşı X8 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. 17.06.2021-ci il tarixdə Yasamal rayon Məhkəməsində, məhkəmə baxışı zamanı X6 və onun atası X5 ona və qardaşına, xüsusilə yaxın vaxtlarda vəfat etmiş atasına qarşı söyüşlər söymüş, onları təhqir etmişdir. Məhkəmənin xəbərdarlıqlarına baxmayaraq onlar söyüşlərini davam etdirmişlər. Onların qanunsuz hərəkətləri nəticəsində məhkəmədə fasilə yaranmışdır. Hakim polisləri çağırmış və onların köməyi ilə məhkəmə prosesi davam etdirmişdir. Onların qanunsuz hərəkətləri nəticəsində məhkəmə prosesi dayanmışdır. Onlar məhkəmədən çıxdıqdan sonra da öz fəaliyyətini davam etdirmişlər. Xüsusilə onun atası yaxın vaxtlarda vəfat etdiyi üçün onların söyülməsini heç cür başa düşülmür və belə hərəkəti heç cür bağışlamaq olmur. Qeyd edilən hərəkətlər məhkəmə iclas protokoluna düşmüşdü və elektron qaydada yazılmışdır. Bundan başqa X10 yaşayan, özlərini siyasi bloqqer adlandıran bir sıra şəxslərin vasitəsilə "Youtube" sosial şəbəkə portalında onun haqqında doğru olmayan məlumatlar yayılmışdır. Belə ki, “Youtube” sosial şəbəkə portalında Əli Dünyamalıyev bildirir ki, guya o, onları yaşamağa imkan vermir, onlara hədə-qorxu gəlir. Hətta onun iş yerinə "xxxx" MMC-yə ərizə ilə müraciət edərək haqqında həqiqətə uyğun olmayan fikirlər yazmışdır. Belə ki, Əli Dünyamalıyev ərizəsində göstərmişdir ki, guya o, onun iş yerinə gələrək özünü jurnalist kimi təqdim etmiş, haqqında məlumat toplamışdır. Qeyd edilənlər onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlardır. Qeyd edilən yazı kütləvi yayılmışdır. Göstərilənlərə əsasən Ə.O.Dünyamalıyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs A.H.Abbasov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ə.O.Dünyamalıyev məhkəmə iclasında çıxışında bildirmişdir ki, Abbasov Arzu onun keçmiş kürəkəninin gardaşıdır. Hazırda qızı boşanır. Cehizlə bağlı mübahisələri Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. O özü heç vaxt A.Abbasova qarşı heç bir kütləvi yerdə təhqiredici ifadələr istifadə etməyib, şikayətdə qeyd olunan Yasamal rayon məhkəməsində keçirilən iclas zamanı ona qarşı ünvalanan söyüşlərə cavab verib. Sonradan isə A.Abbasovun işlədiyi "xxxx" müəəssisəsinə ondan şikayət edib. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ə.O.Dünyamalıyevin dövlət hesabına təyin edilmiş müdafiəçisi E.F.İsmayılova bildirmişdir ki, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə cavab vermir. Belə ki, şikayət ərizəsində şikayətin verildiyi tarix (il, ay və gün) və yer qeyd edilməmişdir. Bundan əlavə şikayət vermiş şəxs şikayətdə ümumi formada qeyd etmişdir ki, 17.06.2021-ci il tarixdə Yasamal rayon Məhkəməsində, məhkəmə baxışı zamanı X6 və onun atası X5 ona və qardaşına, xüsusilə yaxın vaxtlarda vəfat etmiş atasına qarşı söyüşlər söymüş, onları təhqir etmişdir. Lakin, ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə ona şər-böhtan atmasını fərqləndirilməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etmədən, həmçinin şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayətin verildiyi tarix (il, ay və gün) və yer qeyd edilməmiş, bundan başqa xüsusi ittiham qaydasında şikayət ərizəsində ümumi formada qeyd edilib ki, “17.06.2021-ci il tarixdə Yasamal rayon Məhkəməsində, məhkəmə baxışı zamanı X6 və onun atası X5 ona və qardaşına, xüsusilə yaxın vaxtlarda vəfat etmiş atasına qarşı söyüşlər söymüş, onları təhqir etmişdir.” Lakin, ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onların şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə onlara şər-böhtan atmasını fərqləndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ə.O.Dünyamalıyevin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Ə.O.Dünyamalıyevə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovanın məhkəmədə iştirak etdiyi 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********)) olan hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-337/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-337/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver