Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-338/2022 13.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2di yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən “Alov” zavodunun qarşısından keçən şosse yolda etibarnamə əsasında “Toyota Prius” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin vaxt avtomobilin kabinəsində arxa sərnişin oturacağında əyləşmiş arvadı Zərərçəkmiş şəxs ilə maddi imkansızlıq səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı sonuncu tərəfindən təhqir edilməsinə əsəbləşərək qəfildən arxa tərəfə çönərək qəsdən sağ əli ilə arvadı Zərərçəkmiş şəxs hər iki qollarına qəsdən vuraraq ona sağ saidin hematoması, sol əlin V barmağının əsas falanqasının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamış, sağlamdır, heç bir zaman ruhi və ya psixi xəstəlikdən əziyyət çəkməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Ailəlidir, Zərərçəkmiş şəxs ilə 2013-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 adlı qız övladı vardır. Arvadı Zərərçəkmiş şəxs ilə həmişə ər-arvad münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin mart ayından Aygül ilə ər-arvad kimi münasibətləri pozulmuşdur. Münasibətlərinin pozulmasına səbəb maddi imkansızlıqdan əziyyət çəkməsi olubdur. 10 mart 2022-ci il tarixdə arvadı Aygül azyaşı qızı Leyla ilə birlikdə yaşadığı evi tərk edərək anasının evinə getmişdir. Bir müddət işsiz qaldığı üçün ailədə problemlər yaşanmış, Aygül maddi imkansızlığı bəhanə edib evi tərk elmişdir. Lakin o, heç bir zaman ailəsini ac qoymamış, fərdi qaydada işləyib ailəsini dolandırmışdır. Arvadı Aygül azyaşlı qızı ilə anası evində qalmasına baxmayaraq onların maddi ehtiyaclarını özü ödəyir. 10 iyun 2022-ci il tarixdə saat 14 radələrində azyaşlı qızı Leyla xəstə olduğu üçün arvadı Aygül mobil telefon vasitəsi ilə onun mobil telefon nömrəsinə zəng edərək aptekdən dərman almaq üçün onunla birlikdə aptekə getməsini xahiş etmişdir. Bu zaman idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı “Main” yaşayış kompleksinə gəlmiş və Aygül onun avtomobilinə əyləşərək onunla birlikdə yaxınlıqda yerləşən adını xatırlamadığı aptekə getmişlər. Azyaşlı qızı Leyla xəstə olduğu üçün nənəsinin evində qalmışdır. Aygül idarə eldiyi avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Avtomobildə ikisindən başqa heç kim olmamışdır. Azyaşlı qızı Leyla xəstə olduğu üçün aptekdən dərman almış və arvadı Aygül ilə birlikdə istifadəsində olan etibarnamə ilə idarə etdiyi “Toyota Priust (Hibrid)” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən “Alov” zavodunun qarşısından keçən şosse yol ilə hərəkətdə olarkən arvadı Aygül ilə ailə-məişət zəminində, yəni ailəsinin maddi imkansızlıqdan əziyyət çəkməsi barədə sözlə mübahisələri yaranmışdır. Bu zaman Aygül onu təhqir etmiş, o isə onun təhqirinə əsəbləşdiyi üçün sükan arxasında sol əli ilə avtomobilini idarə edərək sağ əli ilə arxa tərəfə çönərək Aygülün sakitləşməsi üçün sağ əli ilə onun qollarına zərbə endirmişdir. Bundan sonra Aygül avtomobilin içərisində qışqırmağa başlamışdır. Aygülün avtomobildən özünü yerə atmasından qorxduğu üçün avtomobilin qapılarını avtomatik bağlamış və sakit şəkildə avtomobilini idarə edərək Aygülü anası ilə birlikdə yaşadığı “Main” yaşayış kompleksinə gətirmişdir. Aygül sakit şəkildə avtomobilindən düşərək anasının yaşadığı evinə getmiş, o isə avtomobili ilə yaşadığı evinə qayıtmışdır. Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə demək olar ki, ani olmuş və 2-3 dəqiqə davam etmiş, həmin vaxt 10 iyun 2022-ci il saat 14 radələri olmuşdur. Mübahisələrinə səbəb maddi imkansızlıq olmuşdur. Mübahisə zamanı Zərərçəkmiş şəxs qollarına sağ əli ilə xəsarət yetirmiş, onun qollarından başqa bədəninin heç bir hissəsinə xəsarət yetirməmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmişdir. Mübahisə avtomobilin içərisində baş verdiyi üçün və avtomobilin qapıları avtomatik bağlı olduğu üçün küçədə mübahisələrini heç kim eşitməmiş və görməmiş, mübahisə zamanı hər ikisi axtomobildə olmuş, küçədə mübahisə etməmişlər. Mübahisə zamanı avtomobilinə heç bir maddi ziyan dəyməmişdir. Törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını, gələcəkdə bir də belə hallara yol verməyəcəyini, Zərərçəkmiş şəxs hər hansı bir formada zərər yetirməyəcəyini, 1 azyaşlı uşaqlarının olmasını, hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, ona dəymiş ziyanı tam ödədiyi üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, işsizdir. Təqsirləndirilən şəxs əridir. Əri Təqsirləndirilən şəxs ilə 2013cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 adlı qız övladı vardır. Təqsirləndirilən şəxs ilə ailəli olduğu müddətdə əvvəllər ər-arvad kimi münasibətləri yaxşı olsa da 2022-ci ilin mart ayından bu günə kimi münasibətləri pozulduğu üçün ayrı yaşayırlar. Ayrı yaşasalar da rəsmi olaraq boşanmamışlar. Münasibətlərinin pozulmasına səbəb əri Elnurun uzun müddət işsiz olması, ailəsinə baxmaması olmuş, buna görə də ailələrində mütəmadi mübahisələri yaranmışdır. Sonuncu dəfə 10 mart 2022-ci il tarixdə əri Elnur ilə yaşadıqları evdə mübahisə edərək azyaşlı qızı Leyla Ağabəyova ilə birlikdə yaşadığı evi tərk edərək anasının yaşadığı ünvana gəlmişlər və hazırda həmin ünvanda yaşayırlar. Əri Elnur ilə ayrı yaşasa da qızlarına görə tez-tez görüşürlər. 10 iyun 2022-ci il tarixdə saat 14 radələrində qızı Leyla xəstələndiyi üçün ona dərman almaq üçün əri Elnur ilə mobil telefon vasitəsi ilə danışaraq bu barədə ona məlumat vermiş və ondan xahiş etmişdir ki, yaşadığı evə gələrək onu aptekə aparsın. Əri Elnur xahişini qəbul edərək idarə etdiyi avtomobili ilə onun yaşadığı binanın qarşısına gəlmişdir. Azyaşlı qızı Leyla xəstə olduğu üçün nənəsinin yanında qalmışdır. O, Elnurun idarə etdiyi avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Avtomobildə ikisindən başqa heç kim olmamışdır. Aptekdən dərman alıb əri Elnurun idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən “Alov” zavodunun qarşısından keçən şosse yol ilə hərəkətdə olarkən əri Elnur ilə ailə-məişət zəminində, yəni maddi imkansızlıqdan ailəsinin əziyyət çəkməsi barədə sözlə mübahisələri yaranmışdır. Bu zaman Elnur onu təhqir etmiş və sükan arxasında sol əli ilə avtomobilini idarə edərək sağ əli ilə arxa tərəfə çönərək hər iki qoluna zərbələr endirərək ona xəsarət yetirmişdir. Bundan sonra avtomobilin içərisində qışqırmağa başlamış, əri Elnur özünü avtomobildən yerə atacağından qorxduğu üçün avtomobilin qapılarını avtomatik bağlamış və sakit şəkildə avtomobilini idarə edərək onu yaşadığı “Main" yaşayış kompleksinə gətirmişdir. O, avtomobildən düşərək yaşadığı mənzilə getmiş. Elnur isə avtomobilini idarə edərək ərazidən uzaqlaşmışdır. Həmin gün, yəni 10 iyun 2022-ci il tarixdə saat 17 radələrinə almış olduğu xəsarətlərlə əlaqədar həkimə müraciət etmiş və ona ilkin tibbi yardım göstərilərək evə buraxılmışdır. Əri Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə demək olar ki, ani olmuş və 3- 4 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb ailəsinin maddi imkansızlıqdan əziyyət çəkməsi olmuş, həmin vaxt 10 iyun 2022-ci il, saat 14 radələri olmuşdur. Mübahisə zamanı hər iki qollarından xəsarət almış, bədəninin digər nahiyələrindən xəsarət almamışdır. Mübahisə avtomobilin içərisində baş verdiyi üçün və avtomobilin qapıları avtomatik bağlı olduğu üçün küçədə mübahisələrini heç kim görməmiş və eşitməmişdir. Mübahisə zamanı hər ikisi avtomobildə olmuş, küçədə mübahisə etməmişlər. Hazırda artıq təqsirləndirilən şəxslə barışdığını, səhhətinə vurulmuş xəsarətlə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, bununla əlaqədar təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını, 1 azyaşlı uşaqlarının olmasını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 578 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağ saidin hematoması, sol əlin V barmağının əsas falanqasının qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərlər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı verilmiş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, səhhətinə vurulmuş xəsarətlə bağlı zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, bununla əlaqədar zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icaat üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-338/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-338/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver