Məhkəmə qərarları › İş №1(004)-339/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-339/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-339/2024 03.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-959/2024saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş (məhkum edilmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 21 fevral 2024-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən xeyli miqdarda 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri 0,271 qram və 0,161 qram, ümumi təmiz çəkisi 0,432 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və xeyli miqdarda 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,083 qram, 0,103 qram, 0,062 qram, 0,069 qram, 0,048 qram və 0,067 qram, ümumi təmiz çəkisi 0,432 qram qəvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 fevral 2024-cü il tarixdə saat 13:00-da ünvan 2 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zaman saxlanılaraq Polis İdarəsinə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri 0,271 qram və 0,161 qram, ümumi təmiz çəkisi 0,432 qram xeyli miqdarda ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,083 qram, 0,103 qram, 0,062 qram, 0,069 qram, 0,048 qram və 0,067 qram, ümumi təmiz çəkisi 0,432 qram xeyli miqdarda qəvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik istifadə edir. İlk olaraq marixuana ilə başlayıb, sonralar isə əsasən “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroinə keçmiş, olmayanda da psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Hazırda da inyeksiya üsulu ilə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etməkdədir. 21 fevral 2024-cü il tarixə səhər 11:30 radələrində həmişə olduğu kimi Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “Kubinka” adlanan ərazidə olan zaman üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün 25 manat pul müqabilində iki ədəd bükümdə olan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin, altı ədəd öükümdə “kola”, “kakos” kimi tanınan heroin almışdır. Həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini şəxsi istifadə etməyi üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyub üzərində saxlamaqla daşıyaraq yaşadığı, Bakı şəhəri, Yasamal rayonu istiqamətində, piyada olaraq hərəkət etməyə başlamışdır. Bir qədər vaxt keçdikdən sonra elə həmin günü, yəni, 21 fevral 2024-cü il tarixdə saat 13:00 radələrində yaşadığı, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsində piyada olaraq hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X1 əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyindən şübhə etdiklərini deyərək onu, Polis İdarəsinə, onlarla birlikdə gəlməyə dəvət etmişlər. Polis əməkdaşlarını görüb özünü itirmiş, hər hansısa bir başqa hərəkət etməyə macal tapmamış və birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə getmişdir. İdarədə istəyi ilə oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə, ümumiyyətlə nə varsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı, ağ kağıza bükülmüş iki bükümdə olan “patı”,“şüşə” kimi tanınan psixotrop maddə metamfetamini və ağ kağıza bükülmüş altı bükümdə olan "kola”, “kakos” kimi tanınan narkotik vasitə heroini əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmçinin üzərində olan, işləməyən, içərisində hər hansısa bir mobil nömrə olmayan qırıq, köhnə, qara rəngli, “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Sonra həmin iki bükümlərdə olan metamfetamin və altı bükümdə olan heroin, orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, adına qeydiyyata alınmış və istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan mesajları və onların mətnlərini, bundan başqa, sözügedən məzmunda mesajları yazan nömrələri, həmin mobil telefon nömrələrinin kimə məxsus olmaları, sahiblərinin anket məlumatlarını xatırlamamış, bu barədə hər hansısa bir fikrini qeyd edə bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X1 kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X2 daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 21 fevral 2024-cü il tarixdə o, və Bakı Şəhər Yasamal RPİ-nin NMB-nin əməkdaşı X4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü, yəni, 21 fevral 2024-cü il tarixdə saat 13:00-da ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərmiş və birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi idarəyə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı ona bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən olan əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ümumi 08 ədəd kağıza bükülmüş bükümləri, şalvarının arxa sol cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin 08 ədəd bükümün 06 ədədinin içərisindəki maddənin “kola, “kakos” kimi tanınan narkotik vasitə olan heroindir, digər 02 ədəd bükümlərin içərisindəki maddə isə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamindir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiklərini, 21 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan yerdə, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat pulun qarşılığında alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq ünvan 5 ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddətdir narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatımız vardır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə bu qəbildən olan maddələrlə məhkum həyatı yaşamış və əldə etdikləri əməliyyat məlumatına əsasən həbsdən azad olduqdan sonra eyniliklə əməllərinə davam etmiş, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Bununla bağlı əvvəllər bir neçə dəfə məxfi əməkdaşlardan Təqsirləndirilən şəxs hansı şəxs və ya şəxslərə narkotik vasitələr və psixotrop maddələr satması barədə məlumatlar əldə etmişlər. Belə məlumatlar əldə etdikdə tərəflərindən bir neçə dəfə tədbirlər keçirilmiş, lakin hər hansısa faktla tədbir keçirmək mümkün olmamışdır. Nəhayət keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs faktla saxlamaq mümkün olmuş və üzərində narkotik vasitə və psixotrop maddə ilə saxlanılaraq sənədləşdirilib istintaqa təqdim edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni kimdən alması və həmçinin kimlərə satmasına dair əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, bununla bağlı məxfi əməkdaşlardan alınmış məlumatlar sayəsində və Təqsirləndirilən şəxs yaşadığı ünvanının ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni kimlərdən alması və həmçinin kimlərə satacağı barədə bir neçə şəxsis adını və ləqəbini müəyyən etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Yasamal RPİ-nin NMB-nin əməkdaşı X5 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o, da Şahid ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsustatları bir daha təsdiq etmişdir. Cinayət işində olan və məkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). “Şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə saat 13:00-da tutularaq Yasamal RPİ-nə gətirilmişdir. (İ/V. 23). “Şəxsi axtarış və götürmə aparılması” haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ümumi 08 ədəd kağıza bükülmüş bükümlər, həmin 08 ədəd bükümün 06 ədəd bükümdə narkotik vasitəyə, digər 02 ədəd bükümlərdə isə psixotrop maddəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (İ/V. 32-33). Məhkəmə iclasında CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİnin 29-cu PŞ-nin inzibati binasında təhqiqatçısı, polis kapitanı X6 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi X8, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X7 və NMB-nin kiçik inispketoru, polis serjantı Şahid iştirakları Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərindəəldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuşəşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ümumi 08 ədəd kağıza bükülmüş bükümləri, şalvarının arxa sol cibindən isə 01 ədəd «Samsung» markalı mobil telefonu təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi həmin 08 ədəd bükümün 06 ədədinin içərisindəki maddənin «kakos» kimi tanınan narkotik vasitə heroin, digər 02 ədəd bükümlərin içərisindəki maddənin “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, 21 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kbinka» adlanan yerdən üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat pulun müqabilində özünün istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 08 ədəd bükümdəki kütlə və 01 ədəd «Samsung» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli 3- 16-16/2-6/1051 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası Daxili İlşər Nazirliyi Zərflər üçün № 42» möhür əksi, «...Təqsirləndirilən şəxs...” və.s soyadlar, imzalar olan 01 ədəd zərfdə 02 (iki) bükümdə ayrı-ayrılıqda çəkiləri 0,271 qram, 0,161 qram, ümumi təmiz çəkisi 0,432 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindlir,metamfetamin kütlələri kimyəvi komponet tərkibəlrinə görə öz aralarında eynilik təşkil edirlər,06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,083 qram, 0,103 qram, 0,063 qram, 0,069 qram, 0,048 qram, 0,067 qram ümumi təmiz çəkisi 0,432 qram qəhvəyi rəngli maddəə kustar üsulla haırlanmış narkotik vasitə - heroindir, kütlələr kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. (İ/V. 41-44). Məhkəmə-Narkoloji Ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsin verdiyi 01 aprel 2024-cü il tarixli 2070 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhə görülür. (İ/V. 179-180). Məhkəmə-Psixiatrik Ekspertizasının 18 mart 2024-cü il tarixli 766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olounan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlavətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinini təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadan Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ/V. 182-183). "xxxx" MMC-dən 14 mart 2024-cü il tarixdə Bakı Şəhər Yasamal RPİ-nə daxil olmuş 12 mart 2024-cü il tarixli 5481 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş **********33960 imei kodlu «Samsung» markalı mobil telefonda ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə olunmuşdur. (İ/V. 140). "xxxx" MMC-nin 08 aprel 2024-cü il tarixli 7566 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsin qeyd olunduğu 01 (bir) ədəd diskə baxş keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus 050- ***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsus olması, ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan şəxslərin istifadəsində olan mobil nömrəsindən 01 avqust 2023-cü il tarixdən 18 mart 2024-cü il tarixə qədər müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə aşağıdakı fərqli danışıqlar və sms yazışmaları aparılmışdır. Belə ki, xx/xx/2024,19:22:54, **********44, **********00, X14 Xeber Ele; xx/xx/2024, 02:03:19, **********00, **********67, kam45e besd4 de ne 65as?! indi 20 duzelir. imkan varsa 35, lik, hem de eskik yox, duz veresen ?.. 15i ise bu seher saat 9a kimi karta vuraram., bax,imkan olsa de mene; xx/xx/2024, 19:52:58, **********00, **********00, Fuad seni gozleyiremee men. Taksiyle gelmiwem; xx/xx/2024, 21:31:51, **********64, **********00, fuka hardasan; xx/xx/2024, 20:03:01, **********00, **********29, Ay orxan imkan var bir dene cet ver 5 lik.. qaqaw bu azdir.. yawdir ona gore ortaya quru hec ne cixmir.. men yetim gerek hamisini aparim verim; xx/xx/2024, 16:44:02, **********18, **********00, Fuad menem kenan mehleye hazir gelende oz nomreme yigarsan dusub gorusariy 5diy; xx/xx/2024, 17:09:32, **********00, **********49, Duw mehleye.. 5 ver ee day.. 4 zad eleme; xx/xx/2024, 00:25:27, **********00, **********00, 4098 5844 9230 2169.. leo bank NAİLE Adi; xx/xx/2024, 15:54:47, **********00, **********35, Gir dalğaya pulu gonder 9230 2169 adi naile leo bank... ceki saxla xx/xx/2024, 20:10:21, **********00, **********29, qaqaw heyetdeyemsuzde. bir soz de da.. 10 manat da karta vurublar indi, ona bax; xx/xx/2024, 01:01:25, **********00, **********44, Lider tv ile uzbeuz 1 ci yox 2 ci 9 mrrtebeli binanin 2 blokuna gel; xx/xx/2024, 00:29:07, **********44, **********00, X16 5manat Var; xx/xx/2024, 20:26:13, **********00, **********44, Kenan var ancaq 10 luq dur., bawqa yerdir ona gore ele verir; xx/xx/2024, 21:11:39, **********56, **********00, Fuad ,10 X17 X18; xx/xx/2024, 10:34:42, **********73, **********00, On hazirdi; xx/xx/2024, 16:07:42, **********58, **********00, Fuad nesilne nehlet 5 varimdi nese eliyek. blokdan cixart daniwaq; xx/xx/2024, 20:24:40, **********00, **********89, Gel 1 ci yaşamala dalğa terefden.. mawin olsa yaxinlawma; xx/xx/2024, 19:27:09, **********00, **********44, Qaqaw daniedim. e, indi yoxfur orda.. 2 saata olacaq; xx/xx/2024, 19:41:32, **********44, **********00, Fuad mezelenirsen qaqaw? didun 10, 15 deyqeye mehledeyem sora disenki 2saata olacag indi men elimdeki pülnan kime agiz acim; xx/xx/2024, 20:06:26, **********44, **********00, Hec bisey Fuad Allah canivi sag elesin zanit vermeydense acib bir kleme soz dison daha yaxsi olardi; xx/xx/2024, 13:21:16, **********67, **********00, Men seni gozleyirem fuad; xx/xx/2024, 13:21:41, **********67, **********00, Otkax eledi basqasini zakaz ele; xx/xx/2024, 16:32:22, **********44, **********00, varundi?; xx/xx/2024, 19:41:15, **********87, **********00, Fuad telefonu aç. Mən istədiklərimi, sözlə diyə bilmirəm; xx/xx/2024, 21:16:20, **********00, **********47, Ay qaqaw ya gel cix ta bir soz de., gelmirsense de bilim; xx/xx/2024, 18:50:02, **********66, **********00, tür gəl heç olmasa 03 versin; xx/xx/2024, 18:52:26, **********00, **********66, Onda men pulu vururam kartina.. zeng elesin gefıb goturum.; xx/xx/2024, 10:29:01, **********00, **********57, onu isteyirem. amma realliq bawqa weydi.. Allah wahiddir, ona ozumden yaxwi baxmiwam.. halal xowu; xx/xx/2024, 20:26:17, **********67, **********00, Vurursan patini, hecneden xeberin olmur. Bir dene bura gelib cixmagiva, butun gunu gozlemey lazim olur.; xx/xx/2024, 20:27:53, **********00, **********67, Menim xeberim patili ya patisizz otur evde ay arvad catiram; xx/xx/2024, 17:21:14, **********87, **********00, Fuad belke telefonu goturesen; xx/xx/2024, 19:08:44, **********75, **********00, Fuad mənə cavab ver; xx/xx/2024, 19:12:26, **********00, **********75, Var 10 manat elave lazimdi ki, taksi tuda obratno aparib getirsin.. bawqa normmal yoxdu; xx/xx/2024, 19:14:30, **********00, **********75 Varsa 10 m elave yol pulu, gel... bele gelme,burda yoxdu; xx/xx/2024, 19:18:28, **********00, **********75, Yox. duzelmir; xx/xx/2024, 19:20:05, **********75, **********00, Bəs necə düzəlir 35 isteyir; xx/xx/2024, 19:21:00, **********00, **********75, 2 defe bu gun de 30 verdim ona... ujey alunmur.. 35 onundur; xx/xx/2024, 22:25:41, **********73, **********00, Ked kel bura evde heckim joxdu kel oturax; xx/xx/2024, 02:54:10, **********77, **********00, SALAM MENEM ZİYA KOLAYA XOD VAR YA OZUNDE VAR? 10LUG; xx/xx/2024, 02:57:35, **********77, **********00, Qaqaş kola lOluğ alinar??; xx/xx/2024, 03:13:19, **********00, **********77, Yox ee indi gecdir; xx/xx/2024,06:19:02, **********00, **********00, Kecirsen agciceyimin arxasina.. arxasindaki olan uzu yuxari yolu walcirsan axira qeder.. 38 nomteli ınektebin yanins; xx/xx/2024, 07:00:40, **********29, **********00, brat adam var cagirmisdi oncun gelmiwem bu geceliy seher lOda gelmeliyem en uzagi 1 tamamda mehlede olacam; xx/xx/2024, 10:09:50, **********73, **********00, Salam Fuad menem Abas; xx/xx/2024, 10:10:37, **********73, **********00, qaqas imkan varsa telefona baxda yada whatsapda zeng ele; xx/xx/2024,13:30:35, **********93, **********00, Residde 10 manat var gotur; xx/xx/2024, 18:01:05, **********43, **********00, 20 dqe yasamldayam gozduyum seni dayi lOm kola 5 m k isteyirem ne olar tez gelde xahiw edirem 15 manat var cemi mende; xx/xx/2024, 18:01:54, **********43, **********00, 10 manatlig kola 5m da pati olacag Cem 15 manatdi; xx/xx/2024, 19:43:21, **********00, **********89, Qaqaw pulu gotur gel.. 38 in yanina mekteb. agcicryim terefden olan tine gel; xx/xx/2024, 20:36:54, **********00, **********29, 1 butov kl ve har, dasa 0,6 daw getor mene.. pulu yaz ne qeder; xx/xx/2024, 20:42:40, **********00, **********71, Qaqaw tapmSan men burda mehledeyem. zeng olam kumi deyecem seme.. o dediyine gore 15 deqiqeye cagirmalidi; xx/xx/2024, 02:57:57, **********00, **********35, Yoxdu, heleki. oldun xeber deyecem.. ne vaxt olar?? bu suala o yarim saat cavab verdi..gorrk de,ne vaxt olacaq; xx/xx/2024, 10:07:33, **********73, **********00, FUAD ON MANAT HAZİPDİ BRAT ZENKİBİ KOZDEJİREM; xx/xx/2024, 10:36:25, **********43, **********00, 10 m varimdi acda zengi; xx/xx/2024, 12:37:27, **********56, **********00, Fuad 10 X20 İsdmrem... X19 X21; xx/xx/2024, 13:21:52, **********56, **********00, X10 10 X22 Jada Pulu; xx/xx/2024, 19:47:36, **********02, **********00, Fudi vitkadi. Praspekt 1 viden; xx/xx/2024, 22:49:10, **********00, **********44, Qaqaw gErek 20 manat olsun ki, men gede bilim, bele 5 ya 10 manatla duzelmez; xx/xx/2024, 12:56:37, **********00, **********65, 20 MANATDUZELDE BİLERSEN? goturek, ordan komu to dam vernu tvoy 10 manat.a to denqi ne xvataet; xx/xx/2024, 15:57:29, **********65, **********00, 15 var, gonahim var, götürə bilərsən 1 sada; xx/xx/2024, 22:14:06, **********00, **********67, AY qiz gelecem bir azdAn goturub gedecem seni., qaldi o uwaqlara neSe vermey,onu deyecem sene. men he, yox bilim sonra... xx/xx/2024, 01:57:31, **********89, **********00, gagas meni yola salda gedim donuram; xx/xx/2024, 20:13:53, **********89, **********00, ir herweyi qoz kimi onu verim mene temiz 03 cola; xx/xx/2024, 21:50:23, **********00, **********32, ASTA ASTA GEL AYDİNİN DÜKANİNDAN AWAGİYA.MEN KOHNE EVDE QALİRDİM AA,0 MEHLEYE; xx/xx/2024, 21:53:30, **********00, **********73, DARİXMA, DUZELİR; xx/xx/2024, 21:58:29, **********00, **********32, qaqaw alinmadi indi sen ol., olsa, deyerem; xx/xx/2024, 22:25:45, **********73, **********00, FUAD İJİRMİ VARDA NESE ELİJE BİLERİK; xx/xx/2024, 22:28:16, **********00, **********89, KLYOXDU. BİLMİREM.. OLACAQ YA YOX.. ÇİXİRAM 5 DEQİQEYE, GORUWEK; xx/xx/2024,22:28:37, **********32, **********00, Almiwam gelirem; xx/xx/2024, 22:30:39, **********00, **********32, QAQAW FALQA DA AL DA.. DARENKA KONFET ODNU; xx/xx/2024, 22:46:34, **********73, **********00, sen nije bele elejirsen jene nejnedim sene ac telfonu bir; xx/xx/2024, 23:16:21, **********23, **********00, Biri lazlmdl kola dede həyox; xx/xx/2024, 01:39:16, **********00, **********89, Sen ol, sabah menim emanetimi duzelt. 20, Lik pati.. bu senin ucun 0,1 kola olmayacaq aa.. gece vaxti ne esebimi sikirsen menim? sen cox kiciksen menden.. cox; xx/xx/2024, 03:06:09, **********00, **********00, Qaqa temaya gore yigmram goturub elemisik biz didim gorum salamacliqdi; xx/xx/2024, 03:19:36, **********00, **********67, MAL yoxdu, vsyoo sikdirdin getdin., harda tapsan, orda dayanarsan... NEBLOQARNİ TVARSAN SEN; xx/xx/2024, 06:16:21, **********00, **********67, NE olub? biR dene cet var, getirirddm vurarsan., olan odu, dilxor olmuwam; xx/xx/2024, 09:47:58, **********73, **********00, BRAT İJİRMİ BES ELEDİM xx/xx/2024, 12:19:24, **********00, **********64, qaqaw varsa cox da goture bilerik.. pullari yigaram tezbazar; xx/xx/2024, 12:23:44, **********00, **********64, Bilsen ki, konkret var., goturerem pul, deyerem gozleyin.. duz söhbet olsun; xx/xx/2024, 14:10:48, **********89, **********00, e 03 das versem mene cola duzun qpsarsan bir tkke?; xx/xx/2024, 18:16:37, **********00, **********64, QAqaw bu gun getmisen ora? keyfiYyet soruwacaqdim senden.. olurem eee; xx/xx/2024, 23:36:01, **********00, **********73, SENE GORE VERMEDİ, YA yoxudu bilmirem.. 50 manat pulu qaytardi. yoxdu, tapa bilmedim bawqa yerden.. mende de pul yoxdu, bilmirem nece eleyim; xx/xx/2024; 01:58:51, **********00, **********32, ********** kamaya zeng ele, menim adim olmasin.. soruw tapmaq olar? sonra mene zeng ele, gorum ne dedi., meni soruwsa eger de ki, zeng catmir fuada..o soruwm; xx/xx/2024, 02:43:08, **********00, **********64, GOZLE DE,VAR ORDA? 80 MANAT ELEYİM,. MENE 1,5 versin; xx/xx/2024, 03:01:14, **********00, **********67,. gijdillag sen ne sikdirirsen orda axi? yolda qoydular getdiler. belke QOYUB GEDİB.? Sensen lomkada? lomkada qalan qehbesen sen? gotunu cirardin çoxdan, qizgil; xx/xx/2024, 03:01:19, **********00, **********67, yalan deyenin varini yoxu sikim. get sikdir, zeng elemiwdİM Ki, tema var..; xx/xx/2024, 03:11:09, **********00, **********64, QAQAW sabaha qaldi, ay ne oldu, olmasin.. sen ol pis poxa duwerem bunlarla., seherden agridadi camaat da men de.. 60, a 1 dene.. aparatnan gelecem. az olmasin. du; xx/xx/2024, 03:29:50, **********00, **********93, YA VUR BU PULU, YA DA VURMA.. SİKİM BUNUN İCİNİ, BİR SOZ DE; xx/xx/2024,0 3:46:31, **********00, **********64, QAQAW ATMİR.. SİKİVEKİ ATSİN, 30.A mene normal wey ver. gozleyirem, ne olar tez ol, lap pislewib halim; xx/xx/2024, 15:36:22, **********00, **********06, HARDASAN? qaqaw 055 *** ** ** adi Efqandir. menim mehleuwagimdir. metronun ustunde qalir.. 30 manati o verecek. zeng elese sene bil ki, odur., men ozum de geli; xx/xx/2024, 17:04:17, **********35, **********00, Fuad veziyyet pisdi, bilirsənsə mənim üçün də. Sən etağa. cavab ver; xx/xx/2024, 19:14:32, **********58, **********00, Ay bile ay petux nesilne nehlet lOman var ac bu poxu; xx/xx/2024, 19:35:56, **********00, **********05, QAQAW YARİ OXDU.. VERMİR.. Amma dene ile DUZElir? alim? menem fuad, indi pulu verdin a mene. ifti gilde; xx/xx/2024, 03:17:24, **********94, **********00, Fuad cavab ver; xx/xx/2024, 05:19:56, **********00, **********29, 6 MAnat vurdum.. 4 manati da saat 9, da vuracam.. saxla mene, ne qeder olsa., indi verdiyim tel, nu satma, saxla sabah pulun verib goturecekler. problem olmasin bize; xx/xx/2024, 12:33:07, **********07, **********00, salam aleykum, bir şey mi şey var?; xx/xx/2024, 17:12:10, **********32, **********00, Fuad ya je poprasil tebya; xx/xx/2024, 22:33:56, **********67, **********00, Kamran iki neferi yola saldi uje; xx/xx/2024, 22:45:44, **********32, **********00, Fuad 15diy var Kk; xx/xx/2024, 02:28:24, **********00, **********86, Pisdi veziyyetim, elibow dä deyilem. seher de mehkemeye gedecem. bawa duw mehleuwagi; xx/xx/2024, 04:40:00, **********13, **********00, FUAD SEHER MEHKEMEDİ VİR TİKE QARDAWUVA KOLA VER 5 MANAT PUL VAR QAL; xx/xx/2024, 04:40:05, **********13, **********00, MİŞAM NEYNİYİM ÇİXARAM XECALETUNDEN; xx/xx/2024, 15:52:10, **********07, **********00,, pis vəzyədəyəm; xx/xx/2024, 15:52:16, **********07, **********00, bah 100% pulum olaçah, maşinda olaçam hayiş edirəm gardaşimsan; xx/xx/2024, 04:16:22, **********00, **********00, qaqa tortagi demrem torpağ yaxsi iydi qaqa patini diyrem pati yaxci dor qaqas limon duzu qatlib pati yasdi qaqas bildin pati pisdi; xx/xx/2024, 18:08:23, **********06, **********00, Dunen sen ne gunde idin mende ele gundeyem cox agriyiram ise cixmaliyam Fuad inşallah nece deq gelersen?; xx/xx/2024, 18:43:48, **********00, **********44, QAQAW ORDA 5 YOXDU.AZ QALİB ONA GORE ANCAQ 10 DEYİR; xx/xx/2024, 18:45:59, **********44, **********00, 8versem emele gelmez tez bazar; xx/xx/2024, 19:50:49, **********94, **********00, Gelmemeyimide sebebini diyiremde sene sen bidene hemin adama kurs eleki bizde qiraxci deyilikde qaqaw; xx/xx/2024, 23:20:27, **********32, **********00, 0.5 kola + lOmanat pati; xx/xx/2024, 23:35:58, **********00, **********67, DUW APTEKE.. 3 dene al da, bağlanacaq indi., bu menim yanimdadir, sesini ewitmesin, yaz gonder; xx/xx/2024, 00:04:03, **********00, **********67, AY QİZ BU MEN VERDİYİM 100 MANATİ VURUB KARTA, indi pul yoxudur.. 2 saata ya tema ya pulu gondereceyik turala., arxayin olsun, lap men de otvecatam.; xx/xx/2024, 14:12:38, **********00, **********67, BALAca belke cixasan ordan duwesen xanim gile, hem eve baxaq hem de orda weyi wey eleyek.. alinar sence? fıkirlew.. 10 deqiqeye yigacam. metro terefdeyem, uwa; xx/xx/2024, 16:09:06, **********07, **********00, 10 m bir şey düzəlir?; xx/xx/2024, 18:39:22, **********32, **********00, Fuad bidene gardawiva 0.5 duzgow elede; xx/xx/2024, 18:44:13, **********32, **********00, 1 denedi? Yoxsa var? 2 dene; xx/xx/2024, 19:42:39, **********00, **********58, YOXDU. OZUMOLUREM LOMKADAMM; xx/xx/2024, 20:37:18, **********00, **********06, Qaqaw mene 2 dene insulin al da., i ewe 2 manatliq kontur vur da bu nomreye.. 10 deqiqeye gelecem dalganin yanina; xx/xx/2024, 14:35:29, **********23, **********00, Das axdaram brat imkan varsa hell edekda; xx/xx/2024, 14:07:20, **********07, **********00, salam aleykum, lOm var, götürə bilərsən?; xx/xx/2024, 22:13:52, **********85, **********00, Alan kimi mene lOluq vera gzdiyirem; xx/xx/2024, 22:26:03, **********85, **********00, Allax xaqqı pis olaçey sene meni qormesen; xx/xx/2024, 22:46:09, **********85, **********00, Lomkadayam eleme bele; xx/xx/2024, 18:53:34, **********29, **********00, Pati adini cekme-məzmunlu ismarıclar müəyyən olunmuşdur. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə 13:23-dəqiqdən 14:23 dəqiqəyədək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə və A.Salamzadə küçələrində müəyyən edilmişdir. Digər ismarıclar iş üzrə əhəmiyyət kəsb etmədiyindən protokola əlavə olunmadı. Diskdən əhəmiyyət kəsb edən çıxarışlar çıxarılıb protokola əlavə olunmuşdur. (İ/V. 168-172). DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib, 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 07 ay vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ləğv edilərək 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Aminstiya” qərarına əsasən cəzası 06 ay azaldılıb və cəzasını çəmiş hesab edilərək cəzadan azad edilmişdir. (İ/V. 130-133). Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tarixli 1(101)-959/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir və cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,432 qram kustar üsulla hazrlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 0,432 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmalı və ekspertiza tədqiqatından qalıq qalmış 0,332 qr., psixotrop maddə metamfetamin, 0,312 qr., narkotik vasitə heroin və 01 ədəd “Samsung” markalı mobil telefon məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı Şəhər Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Eləcə də şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 (bir) ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disk və "xxxx" MMC-nin 12 mart 2024-cü il tarixli 5481 nömrəli məktubu maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (İ/V. 191-201). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi Təqsirləndirilən şəxs öz etirafı ilə bərabər, şahidlərin ifadələri və işin digər materialları ilə tam, xüsusən də ona məxsus mobil telefon nömrəsində olan digər şəxslərlə arasında olan SMS yazışmalarla tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi ona məxsus olmuş mobil telefon nömrəsində mövcud olan, digər şəxslərlə arasında aparılan SMS yazışmalarla habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tarixli 1(101)-959/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası və həmin cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tarixli 1(101)-959/2024 saylı hökmü ilə təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır və Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 959/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,332 qram psixotrop maddə metamfetamin və 0,312 qram narkotik maddə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-339/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın ağlabatan müddətə - 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-959/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 06 il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-959/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,332 qram psixotrop maddə metamfetamin və 0,312 qram narkotik maddə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar