Məhkəmə qərarları › İş №1(004)-34/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-34/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-34/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Əliislam oğlunun, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1969-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, birinci dərəcəli əlil olan, Brədə rayonu H.Aslanov küçəsi ev 84-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu N.Abdullayev 6 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 4000 manat müqabilində oğlu Şahid5 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətinin Zərdab rayon X11 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 22 may 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən “Nargilə N-1” çay evinin qarşısında Zərərçəkmiş şəxs9 2500 manat, 23 may 2019-cu il tarixdə Şahid5 qolunda olan çapıqla bağlı həkim komissiyasından keçməsi adı ilə aldadaraq ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin 52 saylı poçt şöbəsinə qarşısında Şahid5 1500 manat alaraq, ümumilikdə 4000 manatı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib xeyli miqdarda maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs9 aldadaraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından suiistifadə etməklə 8000 manat müqabilində onun oğlu Şahid6 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətinin Zərdab rayon X11 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 24 may 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən “Park Kafe” restoranında Zərərçəkmiş şəxs9 vasitəsi ilə 8000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib xeyli miqdarda maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs2 aldadaraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 Əliislam oğlunun etibarından sui-istifadə etməklə 8000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətinin Zərdab rayon X11 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 23 may 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən Bakı metropoliteninin “20 Yanvar” stansiyasının qarşısında Zərərçəkmiş şəxs9 vasitəsi ilə 3000 manat, 26 may 2019-cu il tarixdə Nizami rayonu H.Əliyev prospekti 182-də yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında Zərərçəkmiş şəxs5 5000 manat olmaqla ümumilikdə sonuncunun 8000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından suiistifadə etməklə 10000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətinin Zərdab rayon X11 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 26 may 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu H.ünvan 6 ünvanında yerləşən “Məhsul” kafesində Zərərçəkmiş şəxs9 vasitəsi ilə Zərərçəkmiş şəxs3 məxsus 10000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından suiistifadə etməklə 6000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətinin Zərdab rayon X11 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 28 may 2019-cu il tarixdə ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs9 vasitəsi ilə Zərərçəkmiş şəxs1 məxsus 6000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X10 etibarından sui-istifadə etməklə 8000 manat müqabilində onun oğlu X5 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətinin Zərdab rayon X11 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 29 may 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu H.ünvan 6 ünvanında yerləşən “Məhsul” kafesinin qarşısında Zərərçəkmiş şəxs9 vasitəsi ilə Zərərçəkmiş şəxs6 məxsus 8000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 etibarından suiistifadə etməklə 9000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətinin Zərdab rayon X11 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 29 may 2019-cu il tarixdə ünvan 7 ünvanında yerləşən "xxxx" MMC-nin 3 saylı filialının 2 nömrəli poçt şöbəsində 3000 manat, 03 iyun 2019-cu il tarixdə ünvan 8 ünvanında yerləşən "xxxx" MMC-nin 1 saylı “Mərkəzi poçt” şöbəsinində Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs7 vasitəsi ilə 5000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs8 məxsus 8000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından suiistifadə etməklə 6000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətinin Zərdab rayon X11 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 30 may 2019-cu il tarixdə ünvan 9 ünvanında yerləşən FHN-nin Tibb Xidmətinin Xüsusi X9 inzibati binasının qarşısında 4500 manatı və həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şosesi 3-cü km ünvanında yerləşən ünvan 11pleksinin inzibati binasının qarşısında 1500 manatı Zərərçəkmiş şəxs9 vasitəsi ilə, 11 iyun 2019-cu il tarixdə Binəqədi rayonu Adil Məmmədov 99 ünvanında yerləşən “Şah” hamamının qarşısında 600 manat olmaqla Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 6600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 etibarından suiistifadə etməklə 5000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətinin Zərdab rayon X11 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 03 iyun 2019-cu il tarixdə ünvan 13 ünvanında yerləşən Səbail rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında 2500 manat, 06 iyun 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 182-də yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında 2500 manat, 14 iyun 2019-cu il taridə ünvan 15 ünvanında yerləşən Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısında 700 manat olmaqla Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə 5700 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, sonuncu dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. 21 may 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən üzərində saat olan binanın yaxınlığında tanışları olan Şahid1 və Şahid2la çayxanada görüşmüşlər. Orada olan söhbət zamanı ona məlum olmuşdur ki, Şahid5 Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyir, lakin qolunda çapıq var. Bundan bir müddət əvvəl onun qardaşı oğlu Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunduğu və onun qolunda çapıq olduğu üçün o bu məsələdən xəbərdar olmuşdur. Bu səbəbdən cibindən böyüdücü şüşə, yəni “lupa” çıxararaq Şahid5 qolunda olan çapığa baxıb, həmin çapığın dərin olmadığını bildirmişdir. Bunu etməsinə səbəb sadəcə bir insan kimi məsləhəti ilə həmin şəxsə kömək etmək olmuşdur. Həmin məsələ ilə əlaqədar Orxan və Elvinin dələduzluq, yəni etibardan sui istifadə edərək, aldadaraq Şahid5 pulunu ələ keçirmək məqsədlərinin olmasından xəbəri olmamışdır. Orxanın təqsirləndirilən şəxs və şahid qismində verdiyi ifadələrlə razı deyildir, çünki, Orxanın təqsirli bilindiyi əməllərdən onun xəbəri olmamış və həmin əməllər nəticəsində əldə etdiyi pullardan ona heç bir məbləğdə pul verməmişdir. Əlavə olaraq bildirmişdir ki, tarixini dəqiq xatırlamadığı bir gün Orxanla birlikdə olan zaman, sonuncu ondan Zərərçəkmiş şəxs2 adında bir şəxslə əlaqə saxlayıb ona işinin yaxın günlərdə öz həllini tapacağını deməsini xahiş etmişdir. Onun Orxanla yaxın münasibəti olduğundan o sonuncunun bu xahişindən imtina edə bilmədiyi üçün tanımadığı, lakin adını bildiyi Zərərçəkmiş şəxs2 zəng edərək onun işinin yaxın günlərdə öz həllini tapacağını demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 30 aprel 2019-cu il tarixdə oğlu Eldarlı X17 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən müsabiqədə iştirak etmişdir. Elvin idman göstəricilərinə görə müsabiqəni keçməmişdir. Bundan sonra isə internet vasitəsi ilə onlara məlum olmuşdur ki, Elvin müsabiqədən kəsilmişdir. Lakin X24 Nazirliyindən Elvinə və mühasibədən kəsilən digər uşaqların hamısına zəng gəlmişdir ki, onlar da həkim komisiyasına gəlsinlər, ola bilər ki, onları müsahibədən keçirsinlər. Həmin ərəfələrdə, yəni təxminən 2019-cu ilinin may ayının ortalarında onun qardaşı Şahid4 arvadı Şahid3 xalası oğlu Şahid2 vasitəsi ilə o, Şahid1 tanımışdır. Şahid3 Bakı şəhərində Elvingildə olan zaman Orxan ora gəlmiş, özünün yüksək vəzifələrdə olan şəxslərlə yaxşı münasibəti olduğunu deyərək, həmçinin qardaşının Azərbaycan Respublikasının İtaliya Respublikasında səfiri işlədiyini bildirmişdir. Sonra isə qardaşı Seyrana bu barədə demiş və Seyran Orxandan X34 Nazirliyinə işə düzəldə biləcəyi barədə soruşduqdan sonra, ona heç bir problem olmadığını bildirib onu Orxanla əlaqələndirmişdir. Orxan onun oğlu və kürəkənini Fövqaladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək adı ilə ümumilikdə ondan 10.000 manat pul almışdır. Belə ki, Orxan onun qardaşı Seyrana demişdir ki, onala Ucar rayonunda məcburi köçkünlər üçün tikilən evlərdən ev düzəldib verə bilər. Lakin qardaşı buna etiraz edərək demişdir ki, onun oğlu X34 Nazirliyinə işə düzəltsin. 21 may 2019-cu il tarixdə Orxan Elvini Bakı şəhərinə çağırtdırmış və onlar Nərimanov rayonu ərazisində yerləşən üzərində saat olan binanın yaxınlığında görüşmüşlər. Orada oğlu Orxan, Orxanın X3 yüksək vəzifədə çalışan Arif kimi təqdim etdiyi şəxs və Arifin sürücüsü kimi təqdim edilən qardaşı Seyranın arvadı Şahid3 xalası oğlu Şahid2 olmuşlar. Həmin vaxt orada Arif və Orxan 30 dəqiqə ərzində Elvin barəsində maraqlanmışlar, demişlər ki, səhər onunla metronun “Elimlər Akademyası” stansiyasının yaxınlığında yerləşən Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısnda görüşmək lazımdır. Bundan sonra Elvin ona zəng edərək demişdir ki, Orxan səhər onlarla görüşmək istəyir. 22 may 2019-cu il tarixdə saat 11 radələrində o, oğlu Elvin və Orxan X12 inzibati binasının qarşısında Orxanla görüşmüşlər. Həmin vaxt Arif adlı şəxs gəlmiş, onlara və Orxanın üstünə əsəbləşərək demişdir ki, «sənə deməmişəm ki burada müşahidə kameralarının altında dayanmayın, içəridən baxırlar, gedin çayxanada əyləşin mən gəlirəm». Bundan sonra onlar yaxınlıqda yerləşən adını bilmədiyi çayxanada oturmuşlar. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Arif sürücüsü Elvinlə birlikdə ora gəlmişlər. Onlar söhbət edən zaman o, Arif və Elvinə oğlu Elvinin qolunda çapıq olduğunu bildirib, bu halın onun işə düzəlməsinə mane olub-olmamasını soruşmuşdur. Bundan sonra Arif böyüdücü şüşə, yəni lupa gətirib oğlu Elvinin sağ qolunda olan çapığa baxmış, sonra isə demişdir ki, çapıq elə dərin deyil, rəhbərliklə danışıb saat 15 radələrində onlara məlumat verəcəkdir. Həmin vaxt Arif bildirmişdir ki, Orxanın qardaşı Xarici İşlər Nazirliyində işləyir və sonuncu Arifə zəng edərək onlara kömək edilməsini ondan xahiş etmiş və bu səbəbdən o, onlara kömək etmək istəyir. Bundan sonra Orxan və Arif onun oğlu Elvininin şəxsiyyət vəsiqəsini, hərbi biletini, sağlamlıq haqqında arayışı və yaşayış yeri barədə arayışı ondan almışlar, sonra isə Arif getmişdir. Arif getdikdən sonra Orxan ona bildirmişdir ki, oğlunu FHN-nə işə düzəltmək üçün 2.500 manat pul lazımdır, yəni bunu ona Arif demişdir. O, Orxanla razılaşmış və üzərində olan 2.500 manatı oğlu Elvinin yanında Orxana vermişdir. Həmin gün axşam saatlarında Orxan onun oğlu Elvinə zəng edərək demişdir ki, «sabah gəl görüşək gedək sənin qolunu həkim var ona göstərəciyik». 23 may 2019-cu il tarixdə Orxan onun oğlu Elvinlə görüşüb Nərimanov rayonu ərazisində yerləşən Ruhi Əsəb xəstəxansına getmişlər. Orada baş həkim onun qolunda olan çapığa baxmış və demişdir ki, yararsızdır. Bundan sonra Orxan Elvinə onun qolunda olan çapığa görə sağlamlıq arayışnın alınmasından ötrü əlavə olaraq 1.500 manat pul lazım olduğunu bildirmiş, həmçinin bu barədə onada telefon vasitəsi ilə bu barədə məlumat vermişdir. Elə buna görə də o, oğlu Elvinin adına poçt vasitəsi ilə Zərdab rayonundan Bakı şəhərinə 1.400 manat pul göndərmiş, oğlu Elvin isə özündə olan 100 manatıda onun göndərdiyi 1.400 manatın üzərinə qoyub Nərimanov rayonu ərazisində Orxana vermişdir. Bundan sonra Orxan demişdir ki, 24 may 2019-cu il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən həkim komisiyasından keçmək üçün orada olsun. Həmin tarixdə səhər saatlarında oğlu Orxanla görüşmüş və sonuncu ona həkimdən keçməsi üçün sənədləri verib getmiş, Elvin isə 5 həkim müəyinəsindən keçdikdən sonra 216 otaqda olan Fuad adlı həkim demişdir ki, qolunda olan çapığa görə FHN-nə işə qəbul üçün yararsızdır və sənədləri də Elvinə qaytarmamışdır. Bundan sonra Elvin bayıra çıxaraq Orxana zəng etmiş və olanları sonuncuya demiş, buna cavab olaraq isə Orxan geri qayıdıb Fuad adlı həkimlə özü söhbət etdikdən sonra Elvinə demişdir ki, «sən get sən həkim komisiyasından keçdin». Orxan adlı Fuad həkimin yanında olan zaman sonuncuya demişdir ki, «Arif müəllim onunla danışmaq istəyir», sonra isə oğlu Elvini bayıra çıxararaq demişdir ki, «sən çıx get, saat 15 radələrinfdə burada olarsan ki, yerdə qalan həkimlərin müayinəsindən keçəsən». Elvin çıxıb getmiş, saat 15 radələrində geri qayıtmış və telefon vasitəsi ilə Orxana zəng etmiş və sonuncu isə demişdir ki, narahat olmasın, bütün həkimlərin müayinsəindən keçirmişdir, getsin rayona ona xəbər edəndə 4 ədəd 3x4 fotoşəkil və tərcümeyi halını yazıb gətirər. 26 may 2019-cu il tarixdə Orxan oğlu Elvinə zəng edərək demişdir ki, şəkilə ehtiyac yoxdur, tərcümeyi halı göndərsin. Elvin isə tərcümeyi halı yazıb ona vermiş və o, Bakı şəhərinə gələn zaman metronun “20 Yanvar” stansiyasının yaxınlığında vermişdir. Bundan sonra Orxan ona zəng edərək deyirmiş ki, 05 iyun 2019-cu il tarixdə sənin oğlunun əmri veriləcək və Elvini FHN-nin Zərdab rayon Yanğından Mühafizə xidmətinə işə çıxacaq. Lakin Orxanın dediyi hamısı yalan çıxmış və sonuncu onun etibarından istifadə edərək onu aldatmışdır və pulunu da qaytarmamışdır. Bundan başqa Orxan onun vasitə ilə tanış olduğu onun qohumları və həmkəndliləri olan Qoşqardan oğlu Qəribi FHN-nin Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək üçün 8.000 manat, Fikrətin oğlu Sübhanı FHN-nin Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək üçün 8.000 manat, Təbriz adlı kəndçisini Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək üçün 9.000 manat, Sərxanı Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək üçün 10.000 manat, onun qızının əri Qabili işə düzəltmək üçün 6.000 manat, Hacı adlı şəxsi işə düzəltmək üçün 5.000 manat, Muradı işə düzəltmək üçün 8.000 manat, Asəfi işə düzəltmək üçün 4.500 manat, Naim adlı şəxsi işə düzəltmək üçün isə 6.600 manat pul almışdır. Lakin hamını aldadaraq pulları ələ keçirmişdir və heç kimi işə düzəltməmişdir. Əlavə olaraq bildirmişdir ki, Belə ki, 2019-cu ilinin may ayının axırlarında söhbət əsnasında Qabil bilmişdir ki, o, oğlu Elvini işə düzəldir, ona təklif etmişdir ki, onunda FHN-nə işə düzəlməsində köməklik etsin. O, Qabilin yanında mobil telefon vasitəsi ilə Şahid1 zəng eləmiş və demişdir ki, onun kürəkəninidə Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək istəyir. Həmin vaxt Orxan demişdir ki, Arif müəllim adlı şəxslə məsləhət edib bir söz deyər. Təxminən 1-2 saatdan sonra Orxan özü ona zəng edərək Arif müəllimlə danışmasını, sonuncunun Qabili 6.000 müqabilində qeyd edilən işə düzəldə biləcəyini bildirməsini demişdir. O, bunu Qabilə demişdir, Qabil razılaşmışdır. 28 may 2019-cu il tarixdə Qabillə birlikdə Yasamal rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən "xxxx" ASC ilə üz-üzə yerləşən adını xatırlamadığı kafenin qarşısına gəlmiş, Qabil taksidə olan zaman 6.000 manat pulu, şəxsiyyət vəsiqəsini və hərbi biletini ona vermiş, o, isə taksidən düşüb çayxananın qarşısında Orxanla görüşüb 6.000 manat pulu və sənədləri sonuncuya vermişdir. Belə ki, 2019-cu ilin may ayının sonlarında yaşadığı Zərdab rayonu Dəliquşçu kəndində küçədə dayanıb tanışları ilə söhbət edən zaman yanlarında olan həmkəndliləri Sərxan bilmişdir ki, o, oğlunu işə düzəldir. Sonra isə Sərxan atası Bayramla birlikdə onun yaşadığı evə gəlmiş, o, Bayramın və Sərxanın yanında Orxana zəng etmiş, Orxan demişdir ki, Sərxanı FHN-in X22 Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə 9.000 manat müqabilində düzəldə bilər. O, Orxana Sərxanın kasıb ailənin övladı olduğunu deyib məbləğdə endirim etməsini xahiş etmiş, Orxan da cavab olaraq həmin işi 8.000 manata həll edəcəyini demişdir. Bu məbləğlə Sərxan razılaşmış və atası ilə evlərinə getmişlər. Sərxan ona demişdir ki, Orxanı tanımadığına görə pulu onun iştirakı ilə vermək istəyir. O, da buna etiraz etməmişdir. 26 may 2019-cu il tarixdə, saat təxminən 11-12 radələrində “20 Yanvar” metro stansiyasının yaxınlığında fəaliyyət göstərən “Məhsul” adlı kafedə Sərxan, o, və Orxan görüşmüşlər. Söhbət zamanı Orxan Sərxanın yanında ona demişdir ki, Sərxan çox arıq olduğuna görə FHN-də xidmətə yararsızdır. Ona görə də işə düzələ bilməz. Sərxan Orxandan xahiş etmişdir ki, işə düzəltsin, əlavə pul verəcək. Orxan öz mobil telefonu ilə Sərxanın fotoşəklini çəkmiş, onlara demişdir ki, həmin fotonu FHN-in əməkdaşına göndərəcəkdir. Bundan sonra Orxan özünə məxsus mobil telefonu götürərək “Arif müəllim” deyə müraciət etdiyi bir şəxsə zəng etmiş və bildiyinə görə Sərxanın fotoşəkillərini “Arif” adlı şəxsə göndərmişdir. Həmin şəxslə söhbəti bitirdikdən sonra Orxan demişdir ki, Sərxanın iş məsələsini 10.000 manatdan aşağı həll edə bilməyəcəkdir. Sərxanda üzərində başqa pul olmadığına görə ondan xahiş etmişdir ki, əgər vardırsa çatışmayan 1.400 manat pulu versin, əvəzində Sərxan zəng edib rayonda onun evinə həmin pulu göndərər. O, da buna etiraz etməmiş. Sərxan 8.600 manat pulu ona vermişdir. O, da Sərxanın yanında həmin pulun üzərinə əlavə 1.400 manat qoyub əlbəəl Orxana vermişdir. Bundan başqa Sərxan özünə məxsus şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı Orxana vermiş, Orxan demişdir ki, 10 gün ərzində Sərxanın FHN-in X22 Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə düzəlməyi ilə bağlı əmr olacaqdır. Bir həftə sonra Orxan Sərxanın sənədlərini ona göndərmiş, o, həmin sənədləri sonuncunun özünə qaytarmışdır. Bundan başqa Təbriz ona onu da Fövqaladə Hallar Nazirliynə işə qəbul edilməsinə köməklik etməsini xahiş etmiş, o, isə etiraz etməmiş və sonuncunun yanında Orxanla zəng edərək danışmış, Orxan elə həmin vaxt telefonda ondan soruşmuşdur ki, bədənində çapıq, döymə varmı? Təbriz isə bildirmişdir ki, sağ qolunda çapıq və sol döş nahiyəsində döymə var. Elə həmin vaxt Orxan telefonda ona demişdir ki, əgər çapıq və döymə varsa alınmaz. Təxminən 2019-cu ilinin may ayının 28-də Orxan ona zəng edərək demişdir ki, həmin şəxsi götürüb Bakıya gəlsin, sonuncunun bədəninə baxmaq istəyir. Bundan sonra o, Təbrizə bu barədə demiş, Təbriz razılaşmış və Bakı şəhərinə gəlmişdir. Təbrizə Orxanın mobil telefonunu vermiş, sonuncular əlaqə saxlayıb görüşmüşlər, Orxan Təbrizin şəxsiyyət vəsiqəsini və hərbi biletini götürmüş, sonra fotoşəklini, sağ qolunda olan çapığın şəklini çəkmiş, Arif adlı şəxsə göndərməsini Təbrizə demiş, sonra isə Arif adlı şəxs Orxana zəng eləmiş, Təbrizin bütün göstəriciləri Fövqaladə Hallar Nazirliyinə düzəlməsi üçün yararlı olduğunu demiş, bunun müqabilində 9.000 manat pul verəcəyini demişdir. 29 may 2019-cu il tarixdə Təbriz “Qara Qarayev” metro stansiyasının yaxınlığında görüşərək Orxana 3.000 manat pul vermişdir. 03 iyun 2019-cu il tarixdə saat təxminən 16 radələrində Zərdab rayonu Dəliquşçu kəndinin mərkəzində Təbriz 6.000 manat pulu ona vermiş, o, isə Orxanla danışdıqdan sonra Təbrizə demişdir ki, həmin pulu Orxanın yanında olan Zərərçəkmiş şəxs7 adına göndərsin. Belə ki, həmin ərəfədə Zərərçəkmiş şəxs7 Bakıda olmuş, işə düzəlmək üçün Orxanla görüşmüşdür. O, isə Hacının adına 5.000 manat göndərmiş. Orxan Hacının yanında poçtdan 5.000 manatı özü götürmüşdür. 1000 manatını isə özündə saxlamışdır. Həmin pulun 500 manatını Təbrizə qaytarmış, yerdə qalan 500 manatını yaxın günlərdə qaytaracağnı düşünmüşdür. Bundan başqa Kamalın kəndçisi olan X6 vasitəsi ilə Kamalı tanımışdır. Hüseyn ona zəng edərək bildirmişdir ki, Kamal oğlunu işə düzəltmək istəyir. Elə buna görə də Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısında Orxan, Kamal, oğlu Nahim və o, görüşmüşlər. Kamal Orxana demişdir ki, oğlu bütün həkim komisiyasından keçib, lakin gözündə zəyiflik olduğu üçün onu Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə xitmətinə yanğın söndürən kimi işə götürmürlər, oğlunu hansı işə verirlərsə versinlər, fərqi yoxdur, təki işi düzəlsin, bu işdə köməklik lazımdır. Orxan isə ona demişdir ki, bu işi həll edə bilər, bunun müqabilində isə Kamaldan 6.000 manat pul istəmişdir. Kamal 4.500 manat pulu olduğunu demiş, lakin Orxan 6.000 manatdan aşağı düşməmiş və Kamal onunla razılaşmışdır. Kamal 4.500 manatı sayıb ona vermiş, o, isə onların yanında 4.500 manat pulu Orxana vermişdir. Bundan sonra Kamal 1.500 manatı Bakı şəhərində yaşayan qohumundan almaq üçün zəng eləmiş, sonuncu isə pulu göndərəcəyini demişdir. Sonra Orxan X37 Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının içərsinə salmış, Kamalla o, isə bayırda gözləmişlər. Təxminən 5-10 dəqiqədən sonra Orxan və Nahim içərindən çıxmışlar. Orxan demişdir ki, Nahimin gözündə zəiflik olduğu üçün yanğın söndürən kimi işə götürmürlər, lakin o, danışmış, 6.000 manata bunu həll edəcək, onu hansı işə olursa olsun verəcəklər. Sonra isə o, Nahim və Kamal Orxandan ayrılmışlar və Beynəlxalq avtovağzala gətmişlər. Orada Kamalın qohumu tanımadığı şəxslə 1.500 manatı göndərmiş, həmin puluda 30 may 2019-cu il tarixdə saat təxminən 12:30 radələrində Orxana vermiş, sonra isə qayıdıb Kamal və oğlu ilə birlikdə Zərdab rayonuna getmişlər. Bundan başqa Şahid1 Zərərçəkmiş şəxs7 5.700 manat pul almışdır ki, sonuncunu da Fövqaladə Hallar Nazirliyinə işə düzəltsin. Hacı onun xalası oğlu Hüseynin qaynıdır. Hacı oğlu Elvinlə birlikdə təxminən 2019-cu ilinin aprel aynın 30-da Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmiş, turnikdə az dartındığı üçün müsabiqəni keçə bilməmişdir. Hüseyn bilirmiş ki, o, oğlunu işə düzəldir, elə buna görə də ona demişdir ki, sonuncunun qaynı Hacını da ora işə düzəltsin. Bundan sonra Hacı özü ona zəng demişdir ki, o, işə düzəlmək istəyir, köməklik etsin. O, isə Orxanla danışmış, sonra isə Orxanla Hacını əlaqələndirmişdir. Onlar razılşmışlar ki, Orxan onu 5000 manata işə düzəldəcəkdir. Onun bildiyinə görə Hacı və qardaşı Qurban Orxanla görüşmüşlər və Orxana 03 iyun 2019-cu il tarixdə yəni 2.500 manat, 06 iyun 2019-cu il tarixdə 2.500 manat, 14 iyun 2019-cu il tarixdə isə 700 manat pul vermişlər. Sonradan ona məlum olmuşdur ki, onun oğlu Elvinlə görüşən və özünü Arif kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs imiş. Orxan onun oğlu Elvini işə düzəltmək adı ilə onun etibarından sui-istifadə edib aldadaraq ondan aldığı puldan Təqsirləndirilən şəxs 1.000 manat məbləğində pul vermişdir. Son olaraq ona 4.000 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin may ayının axırlarında qaytanası Zərərçəkmiş şəxs9 ona demişdir ki, öz oğlunu, yəni onun qaynı Elvini tanışı Şahid1 vasitəsi ilə Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Xidmətinə işə düzəldir, əgər istəyirsə onu da həmin Nazirliyə işə düzəltsin. O, Elmarla razılaşmış və bundan sonra qaynatası Elmar onun yanında mobil telefonu vasitəsi ilə Şahid1 adlı şəxsə zəng edərək demişdir ki, onun kürəkəninidə Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək istəyir. Həmin vaxt Orxan demişdir ki, Arif müəllim adlı şəxslə məsləhət edib bir söz deyər. Təxminən 1-2 saatdan sonra Orxan özü Elmara zəng edərək Arif müəllimlə danışmasını, onu 6.000 müqabilində qeyd edilən işə düzəldə biləcəyini bildirmişdir. Elmar bunu ona dedikdə, o, razılıq vermiş və Elmar bu barədə Orxana demişdir. Bundan sonra Orxan bildirmişdir ki, «səhər gəlin görüşək pulu verin». 28 may 2019-cu il tarixdə qaynatası Elmarla birlikdə Yasamal rayonu ərazisində yerləşən "xxxx" ASC-nin inzibati binası ilə üz-üzə yerləşən adını xatırlamadığı kafenin qarşısına gəlmişlər. O, taksidə olan zaman 6.000 manat pulu, şəxsiyyət vəsiqəsini və hərbi biletini qaynatası Elmara vermiş, Elmar isə taksidən düşüb çayxananın qarşısında ondan təxminən 2-3 metr aralıda Orxanla görüşmüş və onun gözünün qarşısında həmin pulu və sənədləri Orxana vermişdir. Sonra isə Elmar onun oturduğu taksiyə əyləşmiş və onlar birlikdə Zərdab rayonuna getmişlər. Həmin vaxt Elmar ona demişdir ki, təxminən 1 həftə ərzində onu Yevlax rayonunda olan seçimlərə çağıracaqlar, Orxan hər bir işi görüb və onu Zərdab rayonu Yanğından Mühafizə şöbəsinə işə götürəcəklər. Təxminən 1 həftədən sonra Orxan onun sənədlərini qaynatası Elmara vermiş və sonuncu isə sənədlərini ona vermişdir. Lakin Orxan verdiyi vədə əməl etməyərək onu aldatmış, onun etibarından istifadə edərək onun 6.000 manat pulunu ələ keçirmişdir. Sonradan ona məlum olmuşdur ki, Orxanın onun işə düzəlməsində məhsələt edəcəyi Arif adında şəxs Təqsirləndirilən şəxs imiş. Orxan onun oğlu Elvini işə düzəltmək adı ilə onun etibarından sui-istifadə edib aldadaraq ondan aldığı puldan Təqsirləndirilən şəxs 1.100 manat məbləğində pul vermişdir. Son olaraq ona 6.000 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin aprel aynın 30-da oğlu Qəribov X14 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmişdir. Sonradan o Fövqaladə Hallar Nazirliyinin saytında oxumuşdur ki, Qərib turnikdə az dartındığı üçün kəsilmişdir. 23 may 2019-cu il il tarixdə o, yaşadığı evdə olan zaman Elmar ona zəng edərək demişdir ki, əgər istəsə oğlu X35 Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə düzəldə bilər. O, isə Elmara demişdir ki, bu telefon söhbəti deyil, görüşüb söhbət edərlər. Həmin gün o, Elmarla öz yaşadığı evin həyətində görüşmüşdür. Görüş zamanı Elmar ona demişdir ki, Orxan adlı şəxsin vasitəsi ilə oğlu Qəribi 8.000 manat müqabilində Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə düzəldə bilər. Bundan sonra Elmar onun yanında Orxan adlı şəxsə zəng edərək danışmışdır. Danışıq zamanı Orxan Elmara demişdir ki, bu işi 8.000 manat müqabilində həll edə bilər. Həmçinin o, da Orxanla telefonla danışmışdır. Orxan özü ona bildirmişdir ki, həmin işi 8.000 manata düzəldəcək, heç bir narahtçılıq yoxdur. Orxanın təklifinə cavab olaraq o demişdir ki, bu işlərə görə verilən pulların əksəriyyəti batır, lakin Orxan ona demişdirdir ki, Elmarla qardaşdır, narahat olmasın, onun oğlunun işini düzəldəcək. Bundan sonra onlar səhəri gün saat 9-da Bakı şəhərində görüşəcəkləri barədə razılaşmışlar. 24 may 2019-cu il tarixdə oğlu Qəribə konvertin içərsində 8.000 manat pul vermiş və Elmarla birlikdə Bakı şəhərinə göndərmişdir. Qərib və Elmar Orxanla Bakı şəhəri Yasamal rayonu "xxxx" Açıq Səhimdar Cəmiyyətinin inzibati binasının yaxınlığında yerləşən çayxanada görüşmüşlər. X53 boyuna baxmış və bildirmişdir ki, Qəribin boyu yuxarıda qeyd etdiyi işə düzəlmək üçün yararlıdır. Elə həmin vaxt orada Qərib 8.000 manat pulu, şəxsiyyət vəsiqəsini və hərbi biletini Elmara vermiş, Elmar isə Qəribin yanında həmin pulu və sənədləri Orxana vermişdir. Həmin vaxt Orxan Qəribə bildirmişdir ki, bu gün Zərdab rayonuna getməsin, ola bilsin sabah onu həkim komisiyasına çağırsınlar. Elə buna görə də Qərib həmin günü Bakı şəhərində qalmış, lakin Qəribi heç kim çağırmadığı üçün Orxan Qəribə demişdir ki, burada qalmasın, rayona getsin, lazım olanda o, özü çağıracaqdır. 28 may 2019-cu il tarixdə Orxan Qəribin sənədlərini taksi ilə Zərdab rayonuna göndərmişdir və orada Elmar taksidən sənədləri götürüb Qəribə vermişdir. Pulu verən zaman Orxan ona təxminən 1 həftəyə işə çıxacağını bildirmişdir. Lakin aradan uzun zaman keçməsinə baxmayaraq nə Qəribin işi düzəlmiş nədə ki, onun verdiyi pullar ona qaytarılmışdır. Sonradan ona məlum olmuşdur ki, Orxan onun oğlu Qəribi işə düzəltmək adı ilə onun etibardan sui-istifadə edib aldadaraq ondan aldığı puldan Təqsirləndirilən şəxs 3.500 manat məbləğində pul vermişdir. Əlavə olaraq bildirmişdir ki, tarixini dəqiq xatırmaladığı bur gün Təqsirləndirilən şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq ona narahatçılıq üçün heç bir əsasın olmadığını və işinin tez bir zamanda öz həllini tapacağını bildirmişdir. Son olaraq ona 8.000 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının sonlarında yaşadığı Zərdab rayonu Dəliquşçu kəndində küçədə dayanıb tanışları ilə söhbət edən zaman yanlarında həmkəndlimiz Zərərçəkmiş şəxs9 söhbət əsnasında demişdir ki, öz oğlu X36 Nazirliyinə işə düzəldir və bir neçə gün ərzində əmri olacaqdır. Həmin ərəfədə o, heç bir fəaliyyət növü ilə məşğul olmadığına görə özü üçün münasib bir iş axtarırmış. Ona görə də Elmara bildirmişdir ki, əgər mümkün olsaydı onun da Fövqəladə Hallar Nazirliyinə işə düzəlməyində köməklik göstərərdi. Elmar ona cavab olaraq bildirmişdir ki, həmin işlərə onun Orxan adlı tanışı baxır və sonuncu ilə danışıb ona qəti bir cavab deyəcəkdir. O bu barədə atası Bayrama da danışmış və atası onun təklifini müsbət qarşılamışdır. O, atasından xahiş etmişdir ki, Elmarın yaşadığı evə gedib iş məsələsini daha dərindən müzakirə etsinlər. Atası Bayram da buna etiraz etmədiyindən onlar birlikdə Elmarın yaşadığı evə getmişlər. Elmar atası ilə onun yanında tanışı Orxana zəng etmiş və danışmış və Orxanın dediklərini onlar da eşidirmişlər. Orxan Elmara demişdir ki, onu 9.000 manat müqabilində FHN-in X22 Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə düzəldə bilər. Orxanın bu təklifinə cavab olaraq Elmar onun kasıb ailənin övladı olduğunu deyib məbləğdə endirim etməsini xahiş etmiş, Orxan da onun üçün həmin işi 8.000 manata həll edəcəyini bildirmişdir. Bundan sonra o bu təklif ilə razılaşaraq Elmara demişdir ki, Orxanı tanımadığına görə pulu onun iştirakı vermək istəyir. Elmar da buna etiraz etməmişdir. Səhəri gün yəni, 26 may 2019-cu il tarixdə səhər saatlarında o, 8.000 manat pulu götürüb Zərdab rayonundan Bakı şəhərinə gəlmişdir. Bundan sonra o, təxminən saat 11-12 radələrində “20 Yanvar” metro stansiyasının yaxınlığında fəaliyyət göstərən “Məhsul” adlı kafedə Elmar və Orxanla görüşmüşdür. Orada Elmar ona Şahid1 ilə tanıç edərək iş məsələsini həll edən şəxs olduğunu demişdir. Söhbət zamanı Orxan onun yanında Elmara demişdir ki, o, çox arıq olduğuna görə FHN-də xidmətə yararsızdır. Ona görə də işə düzələ bilməz. Bunu eşitdikdən sonra o, Elmarı kənara çəkib üzərində 8.000 manatdan əlavə özümə aid 600 manat pul olduğunu bildirmiş və xahiş etmişdir ki, Orxan onun iş məsələsini 8.600 manata həll etsin. Elmar bu onun bu təklifi barədə Orxana dedikdən sonra, sonuncu ona demişdir ki, ayağa dursun və divara söykənsin ki, onun şəkilini çəksin. O, Orxan dediyi kimi edib kafedə olan divara söykənmiş və Orxan öz mobil telefonu ilə onun fotomu çəkmişdir. Orxan şəkili çəkib ona demişdir ki, həmin fotonu FHNin əməkdaşına göndərəcəkdir. Bundan sonra Orxan özünə məxsus mobil telefonu götürərək “Arif müəllim” deyə müraciət etdiyi bir şəxsə zəng etmiş və o, bildiyinə görə onun fotoşəkillərini “Arif” adlı şəxsə göndərmişdir. Həmin şəxslə söhbəti bitirdikdən sonra ona demişdir ki, onun iş məsələsini 10.000 manatdan aşağı həll edə bilməyəcəkdir. Onunda üzərində başqa pul olmadığına görə Elmardan xahiş etmişdir ki, əgər vardırsa çatışmayan 1.400 manat pulu versin, əvəzində o, zəng edib rayonda sonuncunun evinə həmin pulu göndərər. Elmar da buna etiraz etməmişdir. Bundan sonra o, 8.600 manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı Elmara vermiş, Elmar isə onun yanında həmin pulun üzərinə əlavə 1.400 manat pulu qoyub sənədlərlə birlikdə Orxana vermişdir. Pulu və sənədləri Elmardan aldıqdan sonra Orxan demişdir ki, 10 gün ərzində onun FHN-in X22 Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə düzəlməyi ilə bağlı əmr olacaqdır. Ardınca Orxan özünə məxsus 051 *** ** ** saylı mobil nömrəsini ona vermiş və onlarla sağollaşaraq kafenin yanında saxladığı yaşıl rəngli, sedan tipli, markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşib getmişdir. Bundan sonra isə o, da Elmarla sağollaşıb yaşadığı Zərdab rayonuna getmişdir. Bir həftə sonra Elmar ona şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı geri qaytarmış və Orxanın göndərdiyini bildirmişdir. Qeyd edilən tarixdən 10 gün müddət keçsə də Orxandan xəbər çıxmamışdır. O, Orxanla əlaqə saxladıqda sonuncu ona demişdir ki, bir neçə gün gözləsin. O, da gözləmişdir. Bundan sonrakı ərəfələrdə yenidən Orxanla bir neçə dəfə əlaqə saxlasa da, Orxan onu işə düzəlmə məsələsini həll etməmiş, sonuncu danışıqda isə ümumiyyətlə pulu verməyəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Orxan onun şəkilini göndərdiyi Arif adında şəxs Təqsirləndirilən şəxsdur. Orxan onu işə düzəltmək adı ilə onun etibardan sui-istifadə edib aldadaraq ondan aldığı puldan Təqsirləndirilən şəxs 1.200 manat məbləğində pul vermişdir. Son olaraq ona 10.000 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 30 aprel 2019-cu il tarixdə oğlu Babaxanlı X19 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçirilən seçimlərdə iştirak etmiş, idman göstəricilərinə görə müsabiqəni keçən 175 nəfərin içərsində 22-ci olmuşdur. Bundan sonra isə ona məlum olmuşdur ki, 16 may 2019-cu il tairxdə oğlu həkim komisiyasından keçməlidir. 16 may 2019-cu il tarixdə o, və oğlu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısına gəlmişlər və Nahim həkim müayinəsindən keçmişdir. Lakin gözündə az zəiflik olduğu üçün orada onlara demişlər ki, oğlunu yanğın söndürən kimi yox, digər vəzifələrə keçməsi daha məsləhətdir. Elə buna görə də o, və oğlu qayıdıb Zərdab rayonuna getmişlər. Rayonda olan zaman onun qohumu olan X16 ona demişdir ki, qonşu kəndçiləri olan Zərərçəkmiş şəxs9 Fövqaladə Hallar Nazirliyində tanışı var, sonuncu ona oğlunu yanğın söndürən kimi işə düzəltməkdə köməklik edə bilər. Daha sonra isə Hüseyn bu barədə Elmarla danışmış, Elmar isə işin təxminən 4.500 manat müqabilində düzələ biləcəyini demişdir. Bndan sonra Hüseyn ona Elmarın nömrəsini vermiş və demişdir ki, Bakıda Elmarla görüşsün, onu gözləyir. O, elə həmin gün, yəni 29 may 2019-cu il tarixdə Zərdab rayonunda yerləşən “Kapital” bankdan kredit olaraq 4.500 manat pul götürmüşdür. Səhəri gün yəni, 30 may 2019-cu il tarixdə saat təxminən 06 radələrində o, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığına gəlmiş və Elmara zəng edərək onunla görüşmüşdür. Orada Elmara demişdir ki, Hüseynin dediyi adamdır, Elmar isə ona və oğluna demişir ki, gedək Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısına, orada Orxan adlı şəxs onları gözləyir. Bundan sonra, o, oğlu və X23 Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısına gəlmişlər. Bir az keçdikdən sonra Orxan deyilən şəxs oraya gəlmişdir. Orxana dedmişdir ki, oğlu bütün həkim komisiyasından keçib, lakin gözündə zəyiflik olduğu üçün onu Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə xitmətinə yanğın söndürən kimi işə götürmürlər, onu digər vəzifələrə vermək istəyirlər, bunun üçün isə oğlunun seçimini dəyişdirmək lazımdır, o isə buna cavab olaraq bildirmişdir ki, oğlunu hansı işə verirlərsə versinlər, fərqi yoxdur, təki işi düzəlsin, bu işdə köməklik lazımdır. Orxan isə ona demişdir ki, bu işi 6.000 manat pul müqabilində həll edə bilər. Orxanın bu təklifinə cavab olaraq o, onun cəmi 4500 manat pulu olduğunu bildirmişdir. Lakin Orxan 6.000 manatdan aşağı düşməmiş və o, məcbur olub sonuncu ilə razılaşmışdır. Oğlu Nahimin və Orxanın yanında 4.500 manatı sayıb Elmara vermiş. 1500 manatı isə Bakı şəhərində yaşayan qohumu X27 zəng edərək sonuncudan istəmişdir. Bundan sonra Orxan onun oğlu X37 Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının içərsinə salmış, Elmarla o, isə bayırda gözləmişlər. Təxminən 5-10 dəqiqədən sonra Orxan və oğlu Nahim içərindən çıxmışlar. Orxan demişdir ki, oğlunun gözündə zəiflik olduğu üçün yanğın söndürən kimi işə götürmürlər, lakin danışmış, 6.000 manata bunu həll edəcək, onu hansı işə olursa olsun verəcəklər. Sonra isə o, oğlu Nahim və Elmar Orxandan ayrılmışlar, Beynəlxalq avtovağzala gəlmişlər. Orada qohumu tanımadığı şəxslə ona 1.500 manatı göndərmiş və o, həmin 1.500 manatı da sayıb oğlu Rahimin yanında Elmara vermişdir. Bundan sonra Elmar onun və oğlu Nahimdən ayrılaraq getmişdir ki, 1.500 manatı Orxana vesin. Təxminən 10 dəqiqədən sonra Elmar gəlmiş və demişdir ki, pulu Orxana vermişdir. Sonra isə Elmarla onlar birlikdə Zərdab rayonuna qayıtmışlar. Elmar onlara bildirmişdir ki, təxminən 10 gün müddətinə oğlunun işi düzələcək. Onlar Orxanla danışan zaman sonuncu onlara işin tez bir zamanda iş düzələcəyini demişdir. 11 iyun 2019-cu il tarixdə Orxan oğlu Nahimə zəng edərək demişdir ki, «atana denən mənimlə əlaqə saxlasın». Nahim ona dedikdən sonra o, Orxana zəng etmiş, Orxan ona demişdir ki, istəyirsə oğlunun əmri 1 həftə ərizndə verilsin əlavə olaraq 1.000 manat pul lazımdır, o, isə Orxana demişdir ki, onun 1.000 manata gücü çatmır, 500 manat düzəldə bilər. Orxan ona dedi ki, gözləsin, soruşub, ona zəng edəcəkdir. Aradan 5 dəqiqə keçdikdən sonra Orxan ona zəng etmiş və demişdir ki, Arif müəllimlə danışmış, 600 manata düzələr. O, isə ona demişdir ki, onda 600 manatı verir Elmara, sonuncu ona göndərsin. Həmin vaxt Orxan demişdir ki, bu 600 manatı Elmara deməsin, sonuncunun xəbəri olmasın. Bundan sonra o, qohumu olan Orxanın nömrəsini qohumu Bəxtiyara vermiş, Bəxtiyar Orxanla danışmış, sonra isə Orxan bir ağ rəngli “Mersedes” markalı avtomobil göndərmişdir ki, pulu Bəxtiyardan götürsün. Bəxtiyar 600 manat pulu həmin avtomobili idarə edən taksi sürücüsünə vermişdir. Lakin aradan nə qədər vaxt keçməsinə baxmayaraq nə oğlunun işi düzəlmiş, nə də ki, Orxan onun pulunu qaytarmamışdır. O, oğlunu Fövqaladə Hallar Nazirliyinə işə düzəlməsi üçün Elmarın vasitəsi ilə Orxana 6.600 manat pul vermişdir. Əlavə Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Son olaraq ona 6.600 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs5 Əliislam oğlu ifadəsində göstərmişdir ki, 30 aprel 2019-cu il tarixdə o, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmiş, lakin həmin müsabiqədən kəsilmişdir. X24 Nazirliyinin saytında oxumuşdur ki, 1000 metr məsafəni qaçmaqda normativi verə bilmədiyi üçün kəsilmişdir. Bundan sonra o, işini həll etmək üçün FHN ilə əlaqəsi olan adam axtarırmış. Müsabiqədə normativləri verən zaman qonşu kəndçiləri olan Zərərçəkmiş şəxs9 oğlu ilə tanış olmuşdur. Bundan sonra isə atası Elmarın qardaşı Seyranla görüşmüş, Seyran atasına demişdir ki, onun Bakı şəhərində tanışı var, Elmarın oğlu Elvin müsabiqədən keçsə də, keçməsə də X34 Nazirliyinə işə düzəldəcək. Bundan sonra o, Elmanla əlaqə saxlamış və sonuncu ona tanışının vasitəsi ilə 8.000 manat müqabilində onun oğlunu FHN-nə işə düzəlməkdə köməklik edə bilər. O, bu barədə atası ilə məsləhətləşmiş və Elmarın bu təkllifinə razılıq vermişlər. Bundan sonra Elmar onu və Orxan adlı şəxsi konfrans zəng vasitəsi ilə əlaqələndirmiş, yəni eyni anda o, Elmar və Orxan bir-biriilə danışırmışlar. Danışıq zamanı Orxan ona demişdir ki, «sən Elmarla birlikdə gəl, həmçinin 3.000 manatda pul gətir ki, ilkin sənədləşdirməni apara bilək». O, razılaşmış, Orxanın mobil telefon nömrəsini götürmüş və özü də sonuncu ilə əlaqə saxlamışdır. Bundan sonra 23 may 2019-cu il tarixdə Elmarla birlikdə Bakı şəhərinə gəlmiş, saat təxminən 20:30-da Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metro satansiyasının yaxınlığında o, və Elmar Orxanla görüşmüşlər. Orxan onun boyuna və bədəninə baxaraq demişdir ki, heç bir problem yoxdur, onu Fövqalada Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə işə düzəldə biləcək və ondan pulu və sənədlərini istəmişdir. O, isə özü ilə gətirdiyi 3.000 manat pulu, şəxsiyyət vəsiqəsini, atestatını və hərbi biletini Elmara vermiş, sonuncu isə onun yanında həmin pulu və sənədləri Orxana vermişdir. Bundan sonra Orxan ona bildirmişdir ki, sabah saat 08:00-da Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısında olsun, onu orada gözləyəcək. 24 may 2019-cu il tarixdə saat 08 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısına gəlmiş və saat təxminən 09 radələrində o, Orxanla görüşmüşdür. Orxan ona tibbi komisiyadan keçmək üçün göndəriş vermiş, o, həmin göndəriş əsasında tibbi komisiyadan keçmiş, komisiyadan keçən zaman heç bir problem olmamışdır. Komisiyadan keçdikdən sonra orada Orxanla telefon əlaqəsi saxlamışdır. Orxan ona demişdir ki, indi maraqlanıb ona deyər ki, komisiyadan keçmişdir ya yox. Bundan sonra Orxan telefonda ona demişdir ki, bir nəfər Arif adlı şəxsə zəng edib, öyrənsin ki, o, keçib ya yox. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Orxan ona zəng edib demişdir ki, onu təbrik edir, komisiyadan keçmişdir, amma, rayona getməsin, 1 saat gözləsin, ola bilsin ki, yenə çağırarlar. O, isə bir saat gözləmiş və sonra Orxan yenə zəng edərək onu bir daha təbrik etməsini, komissiyadan keçməsini, rayona gedə biləcəyini bildirmişdir. Həmin vaxt Orxan ona demişdir ki, yerdə qalan 5.000 manatı indi tapıb verə bilərsə o, birinci günə qədər onun əmrini verdirə bilər. O, isə Orxana demişdir ki, həmin 5.000 manat pulu tapa bilməz, rayona getməlidir, xırda buynuzlu heyvanları satıdqdan sonra pulu verə bilər. Bundan sonra Orxan onunla razılşamış və demişdir ki, eybi yox 2-3 günə pulu düzəltsin. O, isə rayona getmiş şənbə və bazar günləri xırda buynuzlu heyvanlarını satmış və 5.000 manat pul düzəldib Orxana zəng etmişdir ki, pul hazırdır. 26 may 2019-cu il tarixdə o, Bakı şəhərinə gəlmiş və saat təxminən 13 radələrində Bakı şəhəri Nizami rayonu ərazsində yerləşən metronun “Koroğlu” stansiyasının yaxınlığında Orxanla görüşmüş və sonuncuya 5.000 manat pulu vermişdir. Orxan ona demişdir ki, həftənin birinci və ya ikinci günü əmri olacaq, Bakıda olsa görüşüb əmrinin surətini verər, olmasa poçt vasitəsi ilə göndərər. Lakin Orxanın dediyi vaxtlar keçməsinə baxmayaraq onu aldatmış, nə işə düzəltməmiş və nə də pulunu qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Orxan telefonla danışdığı Arif adında şəxs Təqsirləndirilən şəxsdur. Orxan onu işə düzəltmək adı ilə onun etibardan sui-istifadə edib aldadaraq ondan aldığı puldan Təqsirləndirilən şəxs 2.200 manat məbləğində pul vermişdir. Son olaraq ona 8.000 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 ilə təxminən 20 ildir ki qonşudur və bir-birini tanıyırlar. Təxminən 2019-cu ilinin may ayının axırlarında o, kənddə olan zaman eşitmişdir ki, Elmarın bir tanışı var, onun vasitəsi ilə Fövqəladə Hallar Nazirliyinə kəndçilərini işə düzəldir. Elə buna görə də o, Elmarla görüşüb ona demişdir ki, onun oğlu X2 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğınsöndürən kimi işə düzəlməsində köməklik etsin. Elmar isə bildirmişdir ki, onun bu işləri görə bilən Orxan adlı bir tanışı var. O, həmin işin neçəyə düzəldiyini soruşduqda Elmar bildirmişdir ki, 8.000 manata düzəldər, lakin axşam saat 22 radələrinə qədər gərək pulu versin ki, işi düzəlsin. Əgər sabaha qalsa bu iş alınmayacaq. O, isə Elmara demişdir ki, pul ondadır, gəlib evdən götürsün. 28 may 2019-cu il tarixdə axşam saat 22:00 radələrində Elmarla Zərdab rayonu Dəli Quşçu kəndində yerləşən evində görüşmüş və ailə üzvlərinin yanında oğlunu işə düzəltməsi üçün lazım olan 8.000 manatı ona vermişdir. Aralarında olan razılaşmaya əsasən 04 iyun 2019-cu il tarixədək məsələ həll olunmalı idi. Bundan sonra Elmar ona demişdir ki, ondan aldığı 8.000 manatı 29 may 2019-cu il tarixdə, səhər saatlarında “20 Yanvar” metro stansiyasının yaxınlığında Şahid1 Bəhəddin oğluna vermişdir. Qeyd olunan tarixdə məsələ barədə Elmardan soruşduqda sonuncu qısa müddətdə məsələnin həllini tapacağını bildirmiş, lakin bu günə qədər nə oğlunun işi düzəlmiş nədə ki, verdiyi pul qayıtmamışdır. Sonradan ona məlum olmuşdur ki, Orxanın Elmanın vasitəsi ilə onun oğlu Sübhanı işə düzəltmək adı ilə onun etibardan sui-istifadə edib aldadaraq ondan aldığı puldan Təqsirləndirilən şəxs 1.800 manat məbləğində pul vermişdir. Son olaraq ona 8.000 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 onun bacısının əri X13 xalası oğludur. 30 aprel 2019-cu tarixdə o Elmanın oğlu Elvinlə birlikdə Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmişlər. O, orada turnikdə az dartındığı üçün müsabiqəni keçə bilməmiş, bundan sonra isə işləmək üçün Bakı şəhərinə gəlmişdir. Təxminən 2019-cu ilinin may ayının axırlarında o Bakı şəhərində olan zaman Elmar ona zəng edərək demişdir ki, əgər istəsə onu Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğın söndürən kimi işə düzəlməkdə köməklik edə bilər. Elə bu səbəbdən o, Zərdab rayonuna yaşadığı evinə getmiş, ailə üzvlərinə bu barədə dedikdə ilk olaraq sonuncular razılşamamış, lakin onun təkidi ilə razılaşmışlar. Bundan sonra o Elmarla görüşüb razı olduğunu, bu işin nə qədər pula həll olunacağını soruşmuş, Elmar ilk olaraq 7.000 manata düzəldə biləcəyini bildirmiş, o, isə o qədər pulunun olmadığını, cəmi 5.000 manat düzəldə biləcəyini demişdir. Bundan sonra Elmar ona demişdir ki, Orxan adlı şəxslə danışıb, bir söz deyər. Elmar Orxanla danışmış və ona demişdir ki, heç bir problem yoxdur, onu 5.000 manat müqabilində işə düzəldə bilər. Bundan sonra isə Elmar Orxanın mobil telefon nömrəsini ona vermişdir ki, Orxanla görüşüb pulu sonuncuya versin. O, Orxanla danışmış, sonuncuya hazırda 2.500 manatı harada verə biləcəyini demiş, Orxan ona ilk olaraq Biləcəri qəsəbəsində görüşə biləcəklərini demiş, o, Zərdabdan çıxaraq Biləcəri qəsəbəsinə gəlmişdir. Orxanla görüşmüş, sonuncunun “BMW” markalı avtombilinə oturmuş. Orxan avtomobili idarə edərək Səbail rayonu ərazisində yerləşən Səbail rayon İcra hakimiyətinin qarşısına gəlmiş, avtomobildə olan zaman Elmar onunla və Orxanla telefonla danışmış və demişdir ki, onun adına poçt vasitəsi ilə 5.000 manat pul göndərmiş, həmin pulu götürüb versin Orxana. Lakin o, həmin vaxt 5.000 manat pulun nə üçün olduğunu bilməmişdir. Elə buna görə o, və Orxan Bakı şəhəri 1 saylı Poçt Şöbəsinə gəlmişlər, orada onun adına Elmarın göndərdiyi 5.000 manatı Orxan götürmüşdür. Bundan sonra o, qardaşı ilə əlaqə saxlamış, qardaşı X28 da Orxana pulu vermək üçün onun yanına gəlmiş və onlar söhbət etmişlər. 06 iyun 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsində yerləşən Səbail rayon İcra Hakimiyətinin qarşsında 2.500 manat pulu Orxana vermişdir. Orxan bildirmişdir ki, onun işin 01 iyul 2019-cu il tarixə qədər əmri olacaq və o, işə gedəcək. Lakin o, yerdə qalan 2500 manatıda tez verməlidir. O, isə Orxana demişdir ki, yerdə qalan pulu əmr olandan sonra verəcək. Orxan isə onunla razılşamamış və demişdir ki, o, Elmarla belə danışmamışdır, pul tez verilməlidir, əgər pulu verməsə özü Elmardan alacaq. Bundan sonra onlar ilə razılaşmışlar ki, 10 iyun 2019-cu il tarixdə yerdə qalan 2.500 manatı verəcəklər. 06 iyun 2019-cu il tarixdə saat təxminən 13 radələrində Orxan ona zəng etmiş və demişdir ki, yerdə qalan 2.500 manat təcili olaraq bu gün çatmalıdır ki, həmin pulu rəisə verəcək ki, onun işin həll olunsun. Bundan sonra o, evdə olan 2.500 manatı götürüb Bakı şəhərinə gəlmiş, 06 iyun 2019-cu il tarixdə 18 radələrində qardaşı Qurbanla birlikdə Orxanla Nizami rayonu H.Əliyev prospektində yerləşən metronun “Koroğlu” stnasiyasının qarşısında görüşmüşlər və orada yerdə qalan 2.500 manat pulu Orxana vermişdir. Orxan bildirmişdir ki, 09 iyun 2019-cu il tarixdə ac qarına Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən həkim komisiyasının qarşısnda olsun. Lakin sonradan ona Orxan demişdir ki, komissiyadan 14 iyun 2019-cu il tarixdə keçəcəkdir. O, 14 iyun 2019-cu il tarixdə Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısna gəlmiş və Orxanla əlaqə saxalmış, lakin Orxan ona demişdir ki, Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının yanına gəlsin orada görüşəcəklər. O, Orxanla görüş zamanı sonuncu ona demişdir ki, onu burada olan komissiyadan keçirəcək. Söhbət edən zaman o cibindən siqaret çıxararkən Orxan görmüşdür ki, onun cibində 100 manatlıqlardan ibarət pul var. Orxan onu Xətai rayonu ərazisində yerləşən metronun “Xətai” satansiyaının yaxınlığına olan Fövqəladə Hallar nazirliyinin inzibati binasının içərisinə aparmış, ona demişdir ki, burada gözləsin. Aradan təxminən 15 dəqiqədən sonra Orxan gəlmiş və demişdir ki, artıq o, həkim komissiyasından keçmiş, bundan sonra artıq onluq heç bir iş yoxdur, gözləsin əmri nə vaxt olacaq. O, isə Orxana demişdir ki, onlar belə danışmamışlar, lakin onun bu sözünə cavab olaraq Orxan ona 01 iyul 2019-cu il tarixdə əmri olacağını bildirmişdir. Bundan sonra Orxan demişdir ki, o, az pul vermişdir, verdiyi pula lazım olan işləri görmüşdür. Daha sonra isə o, bu barədə Elmarla telefonla danışmış, sonra isə Elmar Orxan telefonla danışıb, ona demişdir ki, əlavə olaraq 700 manatda pul verməlidir ki, Orxan onun yerdə qalan işlərini görsün. Həmin vaxt o, məcbur olub üzərində olan 700 manatı da orada Orxana vermişdir. Bundan sonra isə çıxıb rayona getmişdir. Orxanın bu əməli nəticəsində ona ümumilikdə 5.700 manat maddi ziyan dəymişdir. Yekun olaraq o Təqsirləndirilən şəxs adında adam tanımadığını və onun adını ilk dəfə Polis Bölməsində olan zaman eşitdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilinin may ayının axırlarında o, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmiş, lakin idman üzrə qaçışdan keçə bilmədiyi üçün o seçimlərdən kəsilmişdir. 25 may 2019-cu il tarixdə həmkəndlisi olan, onunla birlikdə seçimlərdə iştirak edən və seçimlərdən kəsilən Zərərçəkmiş şəxs3 ilə söhbət əsnasında ona məlum olmuşdur ki, digər həmkəndçisi olan Zərərçəkmiş şəxs9 tanışı var, Sərxan seçimlərdən kəsilsə də belə Fövqaladə Hallar Nazirliyinə həmin adamın vasitəsi ilə Sərxan işə düzəldəcək və bunun müqabilində Sərxan Elmarın vasitəsi ilə tanıdığı Orxan adlı şəxsə 10.000 manat pul vermişdir. Bu eşitdikdən sonra o, Elmara yaxınlaşmış və sonuncuya ona Fövqaladə Hallar Nazirliynə işə qəbul edilməsinə köməklik etməsini xahiş etmişdir. Elmar isə etiraz etməmiş və onun yanında Orxan adlı şəxsə zəng etmiş, Orxan elə həmin vaxt telefonda Elmardan soruşmuşdur ki, bədənində çapıq, döymə varmı? O, isə bildirmişdir ki, sağ qolunda çapıq və sol döş nahiyəsində döymə var. Elə həmin vaxt Orxan telefonda Elmara demişdir ki, əgər çapıq və döymə varsa olmaz. 28 may 2019-cu il tarixdə Elmar ona zəng edərək demişdir ki, Orxan müəllim onun bədəninə baxış keçirtmək istəyir və bundan ötrü o Baki şəhəri gəlməlidir. O, isə razılaşmış və elə həmin günü saat 17 radələrində Zərdab rayonundan çıxaraq Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində yerləşən avtovağzaldan saat təxminən 20:30 radələrində Elmarın ona verdiyi ***-***-**-** nömrəsinə zəng etmiş və Orxan adlı şəxslə danışmışdır. Orxan ona demişdir ki, onu Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad” ticarət mərkəzinin qaşısında gözləyir. O, isə ora getmiş və aradan təxminən 2 dəqiqədən sonra Orxan ora “BMW” markalı dövlət nömrə nişanı yadında qalmayan avtomobillə gəlmiş, avtomobili yolun əks tərəfində saxlamış və düşüb onun yanına gəlmişdir. Həmin vaxt Orxan onun şəxsiyyət vəsiqəsini və hərbi biletini götürmüş, sonra fotoşəklini, sağ qolunda olan çapığın şəklini çəkmiş və Arif adlı şəxsə göndərdiyini demişdir. Sonra isə Arif adlı şəxsə zəng etmiş və telefonla danışaraq onun barəsində demişdir ki, onun bütün göstəriciləri Fövqaladə Hallar Nazirliyinə düzəlməsi üçün yararlıdır, lakin qolunda çapığı var, həmin fotoşəkilləri sizə göndərmişəm. Bundan sonra isə Orxan ora da gəzə-gəzə Ariflə danışmış və sonra isə onun yanına gələrək demişdir ki, Arif müəllim 9.000 manat müqabilində onun işini düzəldə bilər. Bundan sonra isə o, Orxanın yanında atası Vüqara zəng eləmiş və Orxanın bu təklifi ilə onun atası razılaşmamışdır. Bundan sonra o Orxandan ayrılıb Bakı şəhərində yaşayan tanışının evinə gəlmiş və gecəni orada qalmışdır. Səhəri gün yəni, 29 may 2019-cu il tarixdə atası Vüqar ona zəng edərək demişdir ki, 3.000 manat pulu var, yerdə qalan 6.000 manatı isə düzəltmək üçün Orxan vaxt verirsə, bunu edə bilər. Bundan sonra o, Orxana zəng eləmiş və sonuncuya atasının 3.000 manatı olduğunu, yerdə qalan 6.000 manatı isə vaxt versə düzəldib verə biləcəyini demişdir. İlk olaraq Orxan razılaşmamış və demişdir ki, pulun hamısı olmalıdır, lakin sonradan razılaşmış və demişdir ki, 3.000 manatı göndərsin, yerdə qalan 2 gün müddətinə həll etsin. Bundan sonra o, atası Vüqar Zərdab rayonundan poçt vasitəsi ilə pulu onun adına göndərmişdir. 29 may 2019-cu il tarixdə təxminən saat 16 radələrində “Qara Qarayev” metro stansiyasının yaxınlığında yerləşən "xxxx" MMC-nin 3 saylı filialının 2 nömrəli poçt şöbəsinə yaxınlaşan zaman görmüşdür ki, Orxanın onu gözləyir və hətta onun şəxsiyyət vəsiqəsi sonuncuda olduğu üçün lazımi sənədləri artıq hazırdır. Bundan sonra 3000 manat pulu poçtun içərsində poçtun işçisi sayıb masanın üzərinə qoymuş və Orxan isə pulu götürüb sayıb cibinə qoymuşdur. Həmin vaxt Orxan ona demişdir ki, yerdə qalan pulu tez düzəltməlidir ki, onun işini hamıdan tez düzəltsin. 03 iyul 2019-cu il tarixdə atası Vüqar həyətlərində olan bir neçə baş iri buynuzlu heyvanları satıb 3.000 manat, sonra isə həmin gün atası öz adına Zərdab rayonunda yerləşən “Kapital” bankdan kredit olaraq 3.000 manat pul götürmüş və 6000 manat pul düzəltmişdir. Atası həmin 6.000 manatı ona vermiş və o, 03 iyun 2019-cu il tarixdə saat təxminən 16 radələrində Zərdab rayonu Dəliquşçu kəndinin mərkəzində Elmarla görüşüb, 6.000 manat pulu Elmara vermişdir. Elmar isə həmin 6.000 manat pulu ona dediyinə görə poçt vasitəsi ilə Orxana göndərmişdir. Həmin vaxt, o Orxanla danışmış və sonuncu ona bildirmişdir ki, 6.000 manat məbləğində pul ona catıb, 06 iyun 2019-cu il tarixə qədər onun işi düzələcək və o, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğın söndürən vəzifəsində işə başlayacaqdır. Lakin Orxan verdiyi vədə əməl etməmiş və onun dediyi vaxtda o, işə düzəlməmiş və bundan sonra müxtəlif bəhanələrlə onu aldatmış, axırda isə ona demişdir ki, «mən səni aldatmışam, pulunu qaytarmıram, get nə bilirsən elə». Bundan sonra isə o, şikayət etmək qərarına gəlmişdir. Daha sonra isə həmkəndlisi Hacı adlı şəxslə söhbət əsnasında ona məlum olmuşdur ki, Elmar onun 5.000 manat pulunu poçt vasitəsi ilə Orxana deyil, həmin vaxt Bakı şəhərində olan Hacıya göndərmiş və Hacıda pulu Orxana vermişdir. Bundan sonra o, bu barədə Elmara demişdir ki, o, sonuncuya 6000 vermişdir ki, Orxana göndərsin, o, isə 5000 manatı Hacının adına göndərmişdir, həmin vaxt Elmar ona demişdir ki, onun atası Vüqara demişdir ki, onun 1000 manatı ondadır, ona qaytaracaqdır. Lakin Orxanın dediyi vaxtlar keçməsinə baxmayaraq onu aldatmış, nə işə düzəltməmiş və nə də pulunu qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Orxan telefonla danışdığı və onun qolunda olan çapığın fotoşəkillərini göndərdiyi Arif adında şəxs Təqsirləndirilən şəxsdur. Son olaraq ona 6.000 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğində pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid8 və Şahid8 Zərərçəkmiş şəxs4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 da Zərərçəkmiş şəxs5 Əliislam oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 30 aprel 2019-cu il tarixdə o, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçirilən müsabiqədə iştirak etmişdir. O, idman göstəricilərinə görə müsabiqəni keçmişdir. Bundan sonra isə internet vasitəsi ilə onlara məlum olmuşdur ki, o, müsabiqədən kəsilmişdir. Lakin X24 Nazirliyindən ona və digər kəsilən uşaqların hamısına zəng gəlmiş və demişlər ki, onlar da həkim komisiyasına gəlsinlər, ola bilər ki, onları keçirsinlər. Həmin ərəfələrdə, yəni təxminən 2019-cu ilinin may ayında əmisi Şahid4 arvadı Şahid3 xalası oğlu Şahid2 vasitəsi ilə atası və o, Şahid1 tanımışlar. Şahid3 Bakı şəhərində Elvingildə olan zaman Orxan oraya gəlmiş, özünün yüksək vəzifələrdə olan şəxslərlə yaxşı münasibəti olduğunu demiş, həmçinin qardaşının Azərbaycan Respublikasının İtaliya Respublikasında səfiri işlədiyini bildirmişdir. Sonra isə əmisi Seyrana bu barədə demiş, Seyran isə Orxandan onu Fövqaladə Hallar Nazirliyinə işə düzəldə biləcəyi barədə soruşduqdan sonra isə Orxan heç bir problem olmadığını bildirmişdir. Bundan sonra isə Orxanı atası Elmarla əlaqələndirmişdir. Orxan onu və bacısının əri X38 Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə şöbəsinə işə düzəltmək adı ilə ümumilikdə 10.000 manat pul almışdır. Belə ki, Orxan onun əmisi Seyrana demişdir ki, onlara Ucar rayonunda məcburi köçkünlər üçün tikilən evlərdən ev düzəldib verə bilər. Lakin əmisi buna etiraz etmiş və demişdir ki, qardaşı oğlunu, yəni onu Fövqaladə Hallar Nazirliyinə işə düzəltsin. Orxan isə buna etiraz etməmiş və onu 21 may 2019-cu il tarixdə Bakı şəhərinə çağırtdırmış və onunla Nərimanov rayonu ərazisində yerləşən üzərində saat olan binanın yaxınlığında görüşmüşdür. Həmin vaxt orada o, Orxan, Orxanın X3 yüksək vəzifədə çalışan şəxs kimi təqdim etdiyi Arif adlı şəxs və Arifin sürücüsü kimi təqdim edilən əmisi Seyranın arvadı Sevinc Orucovanın xalası oğlu Şahid2 olmuşlar. Həmin vaxt orada Arif və Orxan 30 dəqiqə ərzində onun barəsində maraqlanmışlar və demişlər ki, səhər onunla metronun “Elimlər Akademyası” stansiyasının yaxınlığında yerləşən Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısnda görüşmək lazımdır. Bundan sonra o, atası Elmara zəng eləmiş və demişdir ki, Orxan səhər onlarla görüşmək istəyir. Orxan və Arif onunla 21 may 2019cu il tarixdə görüşən zaman onun şəxsiyyət vəsiqəsini, hərbi biletini, sağlamlıq haqqında arayışı və yaşayış yerində arayışı almışlar. 22 may 2019-cu il tarixdə saat 11 radələrində o, atası Elmar və Orxan X12 inzibati binasının qarşsında görüşmüşlər. Həmin vaxt Arif adlı şəxs gəlmiş və onların və Orxanın üstünə əsəbləşərək demişdir ki, «sənə deməmişəm burada müşahidə kameralarının altında dayanmayın, içəridən baxırlar, gedin çayxanada əyləşin mən gəlirəm». Yaxınlıqda yerləşən adını bilmədiyi çayxanada oturmuşlar. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Arif və Orxanın sürücüsü Elvin oraya gəlmişlər, söhbət edən zaman atası Elmar onlara onun qolunda çapıq olduğunu bildirərək, həmin çapığın onun işə düzəlməsinə mane olub-olmamasını soruşmuşdur. Bundan sonra Arif böyüdücü şüşə, yəni “lupa” gətirib onun sağ qolunda olan çapığa baxmışdır. Sonra isə demişdir ki, çapıq elə dərin deyil, o, rəhbərliklə danışıb saat 15 radələrində onlara məlumat verəcək. Həmin vaxt Arif bildirmişdir ki, Orxanın qardaşı Xarici İşlər Nazirliyində işləyir və Arifə zəng edərək onlara kömək edilməsini xahiş etmişdir, elə buna görə də onlara köməklik etmək istəyir. Elə həmin vaxt orada Arif çıxıb getdikdən sonra Orxanla danışmış və Orxan onlara bildirmişdir ki, onu FHN-nə işə düzəltmək üçün 2.500 manat pul lazımdır, yəni bunu Orxana Arif demişdir. X54 razılaşmış və üzərində olan 2.500 manatı onun yanında Orxana vermişdir. 22 may 2019-cu il tarixdə axşam saatlarında Orxan ona zəng edərək demişdir ki, «sabah gəl görüşək gedək sənin qolunu həkim var ona göstərəciyik». 23 may 2019-cu il tarixdə Orxan onunla görüşmüş, onu Nərimanov rayonu ərazisində yerləşən Ruhi Əsəb xəstəxansına aparmış, orada baş həkim onun qolunda olan çapığa baxmış və demişdir ki, yararsızdır, bundan sonra Orxanla o, orada gözləmiş, sonra isə Orxan ona demişdir ki, «sənin qolunda olan çapığa görə sağlamlıq arayışnın alınmasından ötrü əlavə olaraq 1.500 manat pul lazımdır». Orxan həmçinin atası Elmara zəng eləmiş və sonuncuya demişdir ki, oğlu Elvinin qolunda olan çapığa görə işi düzəlmir, bunun üçün əlavə 1.500 manat pul lazımdır. Elə buna görə də atası Elmar onun adına poçt vasitəsi ilə Zərdab rayonundan Bakı şəhərinə 1.400 manat pul göndərmiş, o, isə Nərimanov rayonu ərazisində yerləşən “N.Nərimanov” metro stansiyasının yaxınlığında yerləşən poçdan 1.400 manat pulu çıxarmış və özündə olan 100 manatı da atasının göndərdiyi 1.400 manatın üzərinə qoyub Nərimanov rayonu ərazisində, pulu çıxardığı poçtun qarşısında Orxana vermişdir. Bundan sonra Orxan ona demişdir ki, 24 may 2019cu il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən həkim komisiyasından keçmək üçün orada olsun. O, isə 24 may 2019-cu il tarixdə səhər saatlarında Orxanla Binəqədi rayonu Biləcəri qəsəbəsində X12 həkim komisiyasının inzibati binasının qarşsında görüşmüş, həmin vaxt Orxan onun həkimdən keçməyi üçün sənədləri verib getmiş, o, həmin yerdə həkim komisiyasından keçmişdir. Belə ki, o, 5 həkim müayinəsindən keçdikdən sonra 216 otaqda olan Fuad adlı həkim ona demişdir ki, qolunda olan çapığa görə FHN-nə işə qəbul üçün yararsızdır, lakin sənədlərini ona qaytarmamışdır. O, bayıra çıxaraq Orxana zəng etmiş, olanları sonuncuya demiş, sonra isə Orxan geri qayıdıb Fuad adlı həkimlə özü söhbət etmişdir. X58 həkimin yanında olan zaman sonuncuya demişdir ki, Arif müəllim onunla danışmaq istəyir, sonra isə onu bayıra çıxarmışdır. Orxan ona demişdir ki, «sən çıx get, saat 15 radələrinfdə burada olarsan ki, yerdə qalan həkimlərin müayinəsindən keçərsən». O, çıxıb getmiş, saat 15 radələrində geri qayıtmış, Orxana zəng etmiş, Orxan isə ona demişdir ki, «sən narahat olma mən bütün həkimlərin müayinsəindən səni keçirmişəm, sən get rayona mən sənə xəbər edəndə 4 ədəd 3x4 fotoşəkil və tərcümeyi halını yazıb gətirərsən». 26 may 2019-cu il tarixdə Orxan ona zəng edərək demişdir ki, şəkilə ehtiyac yoxdur, tərcümeyi halı göndərsin. O, isə tərcümeyi halı yazıb atası Elmara vermiş və atası isə Bakı şəhərinə gələn zaman “20 Yanvar” metro stansiyasının yaxınlığında Orxana vermişdir. Bundan sonra Orxan ona və atasına zəng edərək demişdir ki, 05 iyun 2019-cu il tarixdə əmri veriləcək və onu FHN-nin Zərdab rayon Yanğından Mühafizə xidmətinə işə çıxacaqdır. Lakin Orxanın dediyi hamısı yalan çıxmış və sonuncu onların etibarlarından istifadə edərək aldatmış və pulu da qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, onunla görüşən və özünü Arif kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid4 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs9 onun qaynıdır. 09 may 2019cu il tarixdə o xalası X7 gildə olan zaman Şahid1 xalası oğlu Şahid2 ilə birlikdə onlara gəlmişlər və o həmin vaxtdan Orxanı tanıyır. Söhbət əsnasında Orxan ondan harada işlədiyini, nə qədər əmək haqqı aldığını maraqlanmışdır. O, Orxana ona demişdir ki, müəllimə işləyir, əmək haqqısı 250 manatdır. Həmin vaxt Orxan ona «sənə köməklik edim sənin yüksək əmək haqqı alasan» demiş, o, isə Orxanla razı olmamışdır. Sonra isə Orxan ondan harada yaşamasını soruşmuş, o, isə Orxana yataqxanada yaşadığını bildirmişdir. Orxan ona bildirmişdir ki, Ucar rayonunda məcburi köçkünlər üçün evlər tikilir, əgər istəsə oradan onlara ev alıb verə bilər. Belə ki, ilkin olaraq 1.500 manat, ev verildikdən sonra isə 2.500 manat pul versələr, onlara oradan 2 otaqlı mənzil alıb verər. O, bu barədə əri Seyrana demiş, lakin imkanları olmadığı üçün bunu edə bilməmişlər. Həmin vaxt Seyran ona qardaşı oğlu Elvin hərbi xidmətdən yeni qayıtdığını bildirərək, onu Fövqaladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini soruşmuşdur. Bundan sonra isə Seyran özü Orxanla danışmış, Elmarla Orxanı bir-biri ilə tanış etmişdir. O, sonradan eşitmişdir ki, X21 FHN-nə işə düzəltmək üçün sonunculardan 4.000 manat pul almışdır. Lakin verdiyi vədə əməl etməmişdir. Bundan başqa Orxan Elmarın vasitəsi ilə tanıdığı bir neçə şəxsdən sonuncuları işə düzəltmək üçün pul almışdır və onları da aldatmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 da Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 30 aprel 2019-cu il tarixdə o, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən seçimlərdə iştirak etmişdir. X24 Nazirliyinin saytında oxumuşdur ki, turnikdə az dartındığı üçün həmin seçimdən kəsilmişdir. Təxminən 23 may 2019-cu il tarixdə atası Qoşqar yaşadığı evdə olan zaman Elmar atasına öz mobil telefonundan zəng edərək demişdir ki, əgər istəsə oğlu X35 Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən kimi işə düzəldə bilər. Atası Qoşqar isə Elmara telefon söhbəti olmamasını bildirərək görüşmələrini təklif etmişdir. Həmin günü atası Qoşqar Elmarla öz yaşadığları evin həyətində görüşmüş, Elmar «mənim bir tanışım sənin oğlun Qəribi 8.000 manat müqabilində Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən kimi işə düzəldə bilər, həmin adamın adı Orxandır» demiş və Qoşqarın yanında Orxan adlı şəxsə zəng edərək danışmış və Orxan demişdir ki, bu işi 8.000 manat müqabilində düzəldə bilər. Həmçinin atası Qoşqarda Orxanla telefonla danışmış, Orxan bildirmişdir ki, o, həmin işi 8.000 manata düzəldəcək, heç bir narahtçılıq yoxdur. Belə olan halda atası sonuncularla razılaşmış, sonra Orxan demişdir ki, səhər saat 9-da Bakı şəhərində olsunlar. Bundan sonra isə atası Qoşqar ona bu barədə demiş, o, razılaşmışdır. Həmin günün səhərsi, yəni 24 may 2019-cu il tarixdə atası Qoşqar ona konvertin içərsində 8.000 manat pul vermiş və o, həmkəndlisi Elmarla birlikdə Bakı şəhərinə gəlmişlər. Orxanla Bakı şəhəri Yasamal rayonu "xxxx" Açıq Səhimdar Cəmiyyətinin inzibati binasının yaxınlığında yerləşən adını xatırlamadığı çayxanada görüşmüşlər. Həmin vaxt o, bilmişdir ki, həmin şəxs Şahid1dur. Orxan onun boyuna baxmiş və işə düzəlmək üçün yararlı olmasını bildirmişdir. Elə həmin vaxt orada o, 8.000 manat pulu çıxarıb Elmara vermiş, Elmar isə onun yanında həmin pulu kopnvertdən çıxararaq sayıb Orxana vermişdir. Bundan sonra Orxan bildirmişdir ki, o, bu gün Zərdab rayonuna getməsin, ola bilsin sabah həkim komisiyasına çağırsınlar. Elə buna görə də o, həmin günü Bakı şəhərində qalmış, lakin onu heç kim çağırmadığı üçün Orxan ona burada qalmamasını, rayona getməsini, lazım olanda onu özünun çağıracağını bildirmişdir. O, və Elmar Orxana pul verən zaman onun şəxsiyyət vəsiqəsini və hərbi biletini Orxana vermişlər. O. pulu verdikdən 4 gün sonra, yəni 28 may 2019-cu il tarixdə Orxan sənədlərini taksi ilə Zərdab rayonuna göndərmiş və orada Elmar taksidən onun sənədlərini götürüb ona vermişdir. Orxana pulu verən zaman sonuncu bildirmişdir ki, təxminən 1 həftəyə işə çıxacaqdır. Lakin aradan uzun zaman keçməsinə baxmayaraq onu və atasını işə düzəltmək adı ilə aldadaraq atasının 8.000 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının sonlarında yaşadığı Zərdab rayonu Dəliquşçu kəndində küçədə oğlu Zərərçəkmiş şəxs3 dayanıb tanışları ilə söhbət edən zaman yanılarında həmkəndliləri Zərərçəkmiş şəxs9 söhbət əsnasında demişdir ki, öz oğlu X36 Nazirliyinə işə düzəldir və bir neçə gün ərzində əmri olacaqdır. Həmin ərəfədə oğlu Sərxan heç bir fəaliyyət növü ilə məşğul olmadığına görə özü üçün münasib bir iş axtarırmış. Ona görə də Elmardan onu da Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Elmar Sərxana cavab olaraq bildirmişdir ki, həmin işlərə onun Orxan adlı tanışı baxır, ona görə də Orxanla danışıb Sərxana qəti bir cavab deyəcəkdir. Sərxan da buna etiraz etməmişdir. Bu barədə Sərxan ona danışmış və o, Sərxanın təklifini müsbət qarşılamışdır. Sərxan ondan xahiş etmişdir ki, Elmarın yaşadığı evə gedib iş məsələsini daha dərindən müzakirə etsinlər. O, buna etiraz etməmiş və onlar birlikdə Elmarın yaşadığı evə getmişlər. Elmar onunla oğlu Sərxanın yanında tanışı Orxana zəng etmiş və danışmış, Orxanın dediklərini onlar da eşidirdmişlər. Orxan Elmara demişdir ki, Sərxanın FHN-in X22 Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə 9.000 manat müqabilində düzəldə bilər. Elmar Orxana onların maddi imkanlarının zəyif olduğunu deyib məbləğdə endirim etməsini xahiş etmiş, Orxan isə buna cavab olaraq həmin işi 8.000 manata həll edəcəyini demişdir. Bu məbləğlə onlar razılaşmışlar və evə yollanmışlar. Sərxan Elmara demişdir ki, Orxanı tanımadığına görə pulu Elmarın iştirakı vermək istəyir. Elmar da buna etiraz etməmişdir. Bir gün sonra Sərxan 8.000 manat pulu götürüb 29 may 2019-cu il tarixdə, səhər saatlarında Zərdab rayonundan Bakı şəhərinə gəlmiş və “20 Yanvar” metro stansiyasının yaxınlığında fəaliyyət göstərən “Məhsul” adlı kafedə Elmarla birlikdə Orxanla görüşmüşdür. Kafedə olan zaman Elmar adı ona sonradan məlum olan Şahid1 Sərxana təqdim edib iş məsələsini həll edən şəxs olduğunu demiş, eyni zamanda Sərxanı Orxana təqdim edib işə düzəlmək istəyən şəxs olduğunu Orxana bildirmişdir. Söhbət zamanı Orxan Sərxanın yanında Elmara demişdir ki, Sərxan çox arıq olduğuna görə FHN-də xidmətə yararsızdır. Ona görə də işə düzələ bilməz. Sərxan Elmarı kənara çəkib ona demişdir ki, üzərində 8.000 manatdan əlavə özünə aid 600 manat da pul vardır. Əgər mümkündürsə Orxana desin iş məsələni 8.600 manata həll etsin. Bundan sonra Orxan Sərxana demişdir ki, ayağa dursun və divara söykənsin ki, onun şəkilini çəksin. Sərxan da Orxanın dediyi kimi edib kafedə olan divara söykənmiş və Orxan öz mobil telefonu ilə Sərxanın fotosunu çəkmiş, Orxan şəkili çəkib həmin fotonu FHN-in əməkdaşına göndərmiş, sonra Orxan özünə məxsus mobil telefonu götürərək “Arif müəllim” deyə müraciət etdiyi bir şəxsə zəng etmiş və Sərxanın dediyinə görə Sərxanın fotoşəkillərini “Arif” adlı şəxsə göndərmişdir. Həmin şəxslə söhbəti bitirdikdən sonra Sərxana demişdir ki, Sərxanın iş məsələsini 10.000 manatdan aşağı həll edə bilməyəcəkdir. Sərxanın üzərində başqa pul olmadığına görə Elmardan xahiş etmişdir ki, əgər vardırsa çatışmayan 1.400 manat pulu versin, əvəzində Sərxan zəng edib rayonda onun evinə həmin pulu göndərər. Elmar da buna etiraz etməmişdir. Sərxan 8.600 manat pulu Elmara vermiş, Elmar da onun yanında həmin pulun üzərinə əlavə 1.400 manat pulu qoyub sayıb əlbəəl Orxana vermişdir. Bundan savayı Sərxan özünə məxsus şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı Orxana vermişdir. Orxan demişdir ki, 10 gün ərzində Sərxanın FHN-in X22 Xidmətinin Zərdab rayon şöbəsinə yanğın söndürən işinə düzəlməyi ilə bağlı əmr olacaqdır. Ardınca Orxan özünə məxsus 051 *** ** ** saylı mobil nömrəsini Sərxana vermiş və çıxıb getmişdir. Bir həftə sonra Elmar ona Sərxana aid şəxsiyyət vəsiqəsini, hərbi bileti və sağlamlıq haqqında arayışı geri qaytarmışdır. Qeyd edilən tarixdən 10 gün müddət keçsə də Orxandan xəbər çıxmamış, Sərxan Orxanla əlaqə saxladıqda sonuncu Sərxana demişdir ki, bir neçə gün gözləsin. Onlarda gözləmiş, lakin Orxan onları aldatmışdır. Sonradan ona məlum olmuşdur ki, Orxan onun şəkilini göndərdiyi Arif adında şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o hazırki cinayət işi üzrə ona elan edilmiş ittihamda göstərilən əməlləri törətməkdə təqsirli bilinmişdir və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə və 4500 (dörd min beş yüz) manat cərimə cəzaları təyin edilmişdir. Ona təyin olanan cəzədan narazı qaldığı üçün o həmin hökmdən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.03.2021-ci il tarixli qərarına əsasən onun cəzası endirilərək, ona qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə və 4500 (dörd min beş yüz) manat cərimə cəzaları təyin edilmişdir. O, Təqsirləndirilən şəxs bacısı oğlu Rəşadın vasitəsi ilə tanımışdır. Şahid2 isə qaynanası Balaxanım Qasımovanın dayısı oğludur. 09 may 2019-cu il tarixdə Elvingildə olmuş, həmin vaxt Elvingildə o, Elvinin xalası qızı Sevinci tanımışdır. Sevinc bildirmişdir ki, onun qaynı oğlu Fövqaladə Hallar Nazirliyinə işə qəbula bağlı müsabiqədən keçmişdir, lakin həkim komissiyasından keçməmiş və ona kömək etmək lazımdır. O, isə heç bir problem olmadığını demiş, cünki Nazim ona demişdir ki, onun dostu Fövqaladə Hallar Nazirliyində yüksək vəzifədə işləyir, sonuncunun vasitəsi ilə işə adam düzəldə bilər. Bundan sonra Sevinc onun nömrəsini qaynı Zərərçəkmiş şəxs9 vermişdir. Elmar ona zəng edərək oğlu X30 Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqaladə Hallar Nazirliyi tərəfindən keçrilən müsabiqədə iştirak etdiyini, müsabiqədən keçdiyini, lakin həkim komissiyasından keçməsi üçün köməklik lazım olduğunu demişdir. Bundan sonra o, bu barədə Nazimə demiş, Nazim isə demişdir ki, köməklik edə bilər. Daha sonra o, Elmarla danışmış və demişdir ki, işin həlli məqsədi ilə onun oğlu ilə görüşməlidir və bundan ötəri o oğlunu Baki şəhərinə göndərsin. 21 may 2019-cu il tarixdə Elvin Bakı şəhərinə gəlmiş, o, Elvinlə Nərimanov rayonu ərazisində yerləşən “Nərmanov” parkında görüşmüş. Həmin vaxt orada o, Şahid5, Nazim və Şahid2 olmuşlar. Şahid5 ilə görüşməmişdən əvvəl o, Nazim və Şahid2 görüşüb razılaşmışlar ki, Şahid5 ilə görüşən zaman Nazimi X3 yüksək vəzifədə çalışan Arif adlı şəxs kimi, Şahid2 isə Arifin, yəni Nazimin sürücüsü kimi təqdim etsinlər. Şahid5 ilə görüşən zaman isə dedikləri kimi etmişlər. X59 adı altında X3 yüksək vəzifədə çalışan şəxs kimi, Şahid2 isə Arifin, yəni Nazimin sürücüsü kimi təqdim etmişlər. Orada bir qədər söhbət etdikdən sonra isə Elvinə demişlər ki, «sənin işin düzələr, səhər səninlə “Elimlər Akademyası” metro stansiyasının yaxınlığında yerləşən Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısında görüşmək lazımdır» və həmin vaxt Elvinin şəxsiyyət vəsiqəsini və hərbi biletini götürmüşdür. 22 may 2019-cu il tarixdə saat 11 radələrində o, Elmar, Elmarın oğlu Elvin, Şahid2 X12 inzibati binasının qarşısında görüşmüşlər. Həmin vaxt Arif, yəni Nazim gəlmiş, Nazim yalandan onun üstünə əsəbləşərək «sənə deməmişəm burada müşahidə kameralarının altında dayanmayın, içəridən baxırlar, gedin çayxanada əyləşin mən gəlirəm» demiş və onlar yaxınlıqda yerləşən adını bilmədiyi çayxanada oturmuşlar. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Arif, yəni Nazim və onun sürücüsü kimi təqdim etdikləri Elvin ora gəlmişlər. Söhbət edən zaman Elmar onlara oğlu Elvinin qolunda çapıq olduğunu bildirərək, həmin capığın onun işə düzəlməsinə mane olub olmamasını soruşmuşdur. Bundan sonra Arif, yəni Nazim özü ilə gətirdiyi böyüdücü şüşə, yəni “lupa” ilə Elvinin qolunda olan çapığa baxmış, sonra isə «çapıq elə dərin deyil, mən rəhbərliklə danışıb saat 15 radələrində sizə məlumat verəcəm» demişdir. Arif, yəni Nazim oradan getdikdən sonra o, Elmara bildirmişdir ki, Elvini FHN-nə işə düzəltmək üçün 2.500 manat pul lazımdır, yəni bunu ona Arif, yəni Nazim demişdir. Elmar onunla razılaşmış və üzərində olan 2.500 manatı ona vermişdir. O, Elmar və Elvinə bildirmişdir ki, sabah səhər ekspertiza komissiyasından keçmək üçün ekpsertizanın qarşında olsunlar. Bundan sonra isə yenə Arif, yəni Nazim və Şahid2la birlikdə görüşmüş, o, Elmarın verdiyi 2.500 manat pulun 500 manatını Nazimə, 100 manatını Şahid2 vermişdir. 22 may 2019-cu il tarixdə axşam saatlarında o, Elvinə zəng edərək demişdir ki, «sabah gəl görüşək gedək sənin qolunu həkim var ona göstərəciyik». 23 may 2019-cu il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” parkında Elvinlə görüşmüş, o, Elmarın oğlu Elvinə demişdir ki, onun qolunda çapıq olduğuna görə işi alınmır, ya ümumilikdə 4.000 manat verməlidir, ya da 2.500 manat pulunu qaytarırlar. Onun əlavə pul almaqda məqsədi o olmuşdur ki, 500 manat pulu Nazimə verən zaman sonuncu narazılıq etmiş və elə buna görə də əlavə pul alaraq Nazimə vermək istəyirmiş. Sonra o, Elvinlə Nərimanov rayonu ərazisində yerləşən “Nərmanov” parkının yaxınlığında olan poçtun qarşısında görüşmüş və sonuncu ona 1.500 manat yox, 1300 manat pul vermişdir. O həmin 1.300 manatdan 500 manatını Nazimə vermiş, 100 manatını isə Şahid2 və Nazim ilə birlikdə yemək yemişlər. 24 may 2019-cu il tarixdə səhər saatlarında Elvinlə Binəqədi rayonu Biləcəri qəsəbəsində X12 həkim komisiyasının inzibati binasının qarşısında görüşmüş, həmin vaxt Elvinə demişdir ki, gedib komisiyadan keçsin. Lakin o, sonuncuya heç bir sənəd verməmişdir. Elvin gedib həkim komissiyasından keçmiş, lakin qolunda çapıq olduğu üçün onu komissiyadan keçirməmişlər. Bundan sonra Elvin ona zəng eləmiş və bu barədə məlumat verdikdən sonra o, geri qayıtmış, inzibati binanın içərsinə girib qayıdaraq yalandan Elvinə demişdir ki, narahat olmasın onun işini danışıb və o komissiyadan keçmişdir. 23 may 2019-cu il tarixdə Elmar ona zəng edərək kəndiçisi olan Qoşqarın oğlunu FHN-nin həkim komissiyasından keçirmək mümkün olub olmamasını soruşmuş, o isə heç bir problem olmadığını və 6000 manata işi düzəldə biləcəyini demişdir. 24 may 2019-cu il tarixdə Qoşqar, oğlu Qərib və Elmarla Bakı şəhəri Yasamal rayonu "xxxx" Açıq Səhimdar Cəmiyyətinin inzibati binasının yaxınlığında yerləşən adını xatırlamadığı çayxanada görüşmüşlər. Həmin vaxt o, Qəribin boyuna baxmış və bildirmişdir ki, sonuncunun boyu işə düzəlmək üçün yararlıdır. Eİə həmin vaxt Elmar 6.000 manat pulu çıxarıb ona vermiş, o, isə həmin pulun 1.000 manatını Elmara xeyir kimi vermişdir. O, sonuncuların yanından Arif, yəni Nazimlə telefonla danışmış, Qərib barəsində sonuncuya məlumat vermiş, Nazim isə bildirmişdir ki, heç bir problem yoxdur. Həmin vaxt Şahid2 və Nazim onlardan kənarda dayanıb onu avtomobildə gözləyirmişlər. O, pulu aldıqdan sonra Nazimin yanına gəlmiş, Elmardan Qəribə görə aldığı 5.000 manat pulun 3.500 manatını Nazimə vermiş, 150 manatını isə Şahid2 vermiş, 1350 manatı isə özü xərcləmişdir. Bundan sonra Elman ondan Zərərçəkmiş şəxs5 işə düzəlməsini xahiş etmişdir. Sonra isə Muradın özü ona zəng etmiş və o, sonuncuya işə düzəlməsində köməklik edəcəyini demişdir. Daha sonra isə o, Elmar və Murad onun çağrışı əsasında 23 may 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüşlər. O, Murada baxmış və fiziki göstəricilərinin yaxşı olduğunu görüb onu 6.000 manat müqabilində FHN-nə işə düzəldə biləcəyini Elmara demişdir. Həmin vaxt o, və Elmar Muraddan ayrılaraq kənara çəkilmişlər, Elmar ona Muradın pulundan 1500 manat vermiş, yerdə qalanını isə yaxın zamanlarda Muradın verəcəyini demişdir. 26 may 2019-cu il tarixdə o, Muradla Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən metronun “Koroğlu” restoranının qarşısında görüşüb sonuncudan 5.000 manat götürmüşdür. O Muraddan ümumilikdə 6.500 manat almış, həmin pulun 1.000 manatını Elmara, 2.200 manatını Arifə, yəni Nazimə, 250 manatı isə Şahid2 vermiş, yerdə qalanını isə özü xərcləmişdir. Bundan sonra Elmar ona zəng edərək Sərxan adlı bir şəxsin işə düzəlməsində köməklik edə bilibbilməməsini soruşmuş, o isə buna cavab olaraq həmin işi 8.000 manat müqabilində həll edə biləcəyini demişdir. 26 may 2019-cu il tarixdə “20 Yanvar” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Məhsul” adlı kafedə Elmarla birlikdə görüşmüşlər. Lakin Sərxan arıq və keçəl olduğu üçün onun işinin çətin düzələcəyini demiş və bundan sonra Sərxanın fotoşəklini çəkib Arifə, yəni Nazimə göndərmişdir. Nazim həmin foto şəkillərə baxdıqdan sonra razılıq verdiyi üçün o, da Sərxana razılıq vermiş və Elmar ona 6.500 manat vermişdir. Sərxanın işə düzəlməsi üçün Elmandan aldığı puldan o, 1.200 manat Nazimə vermişdir. Bundan əlavə təxminən 2019-cu ilinin may ayının axırlarında Zərərçəkmiş şəxs9 ona demişdir ki, öz yeznəsini, yəni qızının ərini də Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Xidmətinə işə düzəltmək istəyir. O, isə Elmara demişdir ki, onun yeznəndirsə onda sonuncunu 4.000 manata işə düzəldə bilər. 28 may 2019-cu il tarixdə o, Elmarla Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığına yerləşən "xxxx" ASC ilə üz-üzə yerləşən adını xatırlamadığı kafenin qarşısına görüşmüşdür. Orada Elmar ona 4.000 manat pulu və Qabilin şəxsiyyət vəsiqəsini və hərbi biletini vermişdir. Qabilin işə düzəlməsi üçün Elmardan aldığı 4.000 manat pulunun 1.100 manatını Nazimə vermişdir. Bundan sonra Elmar ona zəng edərək həmkəndçisi Fikrətin oğlu Nərimanı FHN-nə işə düzəltməkdə köməklik etməsini xahiş etmiş və o həmin işi 6.000 manata həll edə biləcəyini demişdir. 29 may 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu H.ünvan 6 ünvanında yerləşən “Məhsul” kafesinin qarşısında Elmarla görüşmüşlər. Elmar ona Nərimanı işə düzəlməsi üçün Fikrətin sonuncuya verdiyi 6.000 manatı vermiş, o, isə 1000 manatını Elmara vermişdir. 5000 manatını isə özü götürmüşdür. Həmin pulun 1800 manatını Nazimə, 150 manatını isə Şahid2 vermişdir. Yerdə qalan 3050 manatını isə özü ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs9 ona demişdir ki, daha bir kəndçisi vardır, onuda FHN-nə işə düzəlməsində köməklik etmək lazımdır. O, həmin şəxsin bədənində döymə olduğundan onu Bakı şəhərinə çağırmışdır ki, döyməsinə baxsın. 28 may 2019-cu il tarixdə Təbriz ona zəng eləmiş, o, Təbrizə demişdir ki, «gəl Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad” ticarət mərkəzinin qaşısına orda görüşək». Təbriz ora gəlmiş, ona şəxsiyyət vəsiqəsi və hərbi biletini vermiş, sonra isə o, Təbrizin döyməsinin fotoşəklini çəkib Arifə, yəni Nazimə göndərmişdir. Nazim ona demişdir ki, heç bir problem yoxdur, Təbrizin işini düzəltmək mümkündür. Lakin o, Təbrizlə pul söhbəti eləməmiş, Elmara zəng edərək sonuncuya demişdir ki, 8000 manat düzələr. 29 may 2019-cu il tarixdə Təbrizin atası Vüqar Təbrizin adına poçt vasitəsi ilə 3.000 manat pul göndərmişdir. Həmin tarixdə təxminən saat 16 radələrində “Qara Qarayev” metrostansiyasının yaxınlığında, Nizami rayonu Şirin Mirzəyev küçəsi 64 ünvanında yerləşən "xxxx" MMC-nin 3 saylı filialının 2 nömrəli poçt şöbəsində Təbrizlə görüşmüş, Təbrizin şəxsiyyət vəsiqəsi onda olduğu üçün lazımi sənədləri hazırlatmış, Təbriz gəlib imza etmiş və 3.000 manat pulu götürüb ona vermişdir. 03 iyul 2019-cu il tarixdə Elmar ona zəng edərək dedmişdirki, Təbrizin yerdə qalan pulu hazırdır. Elmara demişdir ki, 5.000 manat pulu Hacının adına poçt vasitəsi ilə göndərsin. Elmar pulu poçt vasitəsi ilə Hacının adına göndərmişdir. Hacının adına gələn pulu Hacı ilə birlikdə 03 iyun 2019-cu il tarixdə Bakı şəhəri 1 saylı Poçt Şöbəsinə gəlmiş, orada Hacının adına Elmarın göndərdiyi 5.000 manatı Hacı imza etdikdən sonra o, götürmüşdür. O, Təbrizə görə ümumilikdə 8.000 manat almışdır. Həmin pulun 2.000 manatını Elmana qaytarmış, yerdə qalan 6000 puldan 300 manat Sevincə taksi vasitəsi ilə Ucara göndərmiş, 200 manatını Elvinə vermiş, qalan 5.500 manatı isə öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa Elmar ona zəng edərək ondan qonşu kənçisi olan Kamalın oğunun FHN-nə işə düzəlməsində köməklik etməsini xahiş etmiş. O Elmarın bu təklifinə razılıq verərək həmin işi 5.000 manata həll edə biləcəyini bildirmiş, yekun olaraq onlar 4.500 manata razılaşmışlar. 30 may 2019-cu il tarixdə Kamal, onun oğlu Nahim və X31 Nazirliyinin Tibb Xidmətinin Xüsusi Hərbi Ekpertiza Komisiyasının inzibati binasının qarşısında görüşmüşdür. Orada Elmar ona 4.500 manat pulu vermiş, o, həmin 4500 manat pulun 500 manatını Elmara vermiş, 4.000 manat manatdan 150 manat Şahid2 vermiş, 100 manatı isə Sevincə taksi ilə Ucara göndərmişdir. Bundan başqa Elmar ona zəng edərək Kamalın həmkəndlisi olan Hacının da FHN-nə işə düzəlməyində köməklik etməsini ondan xahiş etmişdir. 06 iyun 2019-cu il tarixdə o Hacı ilə Badamdar qəsəbəsində yerləşən “Qurd Qapısı” restoranın yaxınlığında görüşmüşdür. Hacını öz avtomobili ilə Səbail rayonu ərazisində yerləşən Səbail rayon İcra hakimiyətinin qarşısına gətirmişdir. Sonra Hacının qardaşı Qurban adlı şəxdə ora gəlmiş və orada və 2.500 manat pulu ona vermişdir. Bundan sonra onlar Nizami rayonu H.Əliyev prospektində yerləşən “Koroğlu” metrostnasiyasının qarşısında görüşmüşlər və yerdə qalan 2.500 manat pulu ona vermişlər. O, Hacıdan ümumilikdə 5.000 manat pul almışdır. O, ilk olaraq fikirləşmişdir ki, Nazim ilk işə düzəltmək üçün pul aldığları şəxsləri işə düzəldəcək, yerdə qalan şəxsləri isə onların işi düzləndən sonra digər şəxslərin işini düzəldərlər. Lakin Nazim həmin şəxsləri işə düzəltməmiş və onu aldatmışdır. Yekun olaraq o bildirmişdir ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətininə işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs1dan aldığı puldan 1.100 manat, Zərərçəkmiş şəxs2 aldığı puldan 3.500 manat, Zərərçəkmiş şəxs3dan aldığı puldan 1.200 manat, Zərərçəkmiş şəxs5 Əliislam oğlundan aldığı puldan 2.200 manat, Zərərçəkmiş şəxs6 aldığı puldan 1.800 manat, Zərərçəkmiş şəxs9 aldığı puldan 1.000 manat Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs8 aldığı puldan Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməsədə onun foto şəkilini Nazimə göndərmiş və Nazim onun işə düzəlməsinə razılıq vermişdir. Lakin Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətininə işə düzəltmək adı ilə aldığı puldan Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmiş və sonuncunun ümümiyyətlə bu məsələdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs4la görüşən zaman o sonuncuya onun işə düzəlməyi ilə bağlı Arif müəllimlə danışdığını bildirsədə həmin vaxt o bu barədə Nazimlə danışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o hazırki cinayət işi üzrə ona elan edilmiş ittihamda göstərilən əməlləri törətməkdə təqsirli bilinmişdir və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ona təyin olanan cəzədan narazı qaldığı üçün o həmin hökmdən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.03.2021-ci il tarixli qərarına əsasən onun cəzası endirilərək, ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şahid1 onun bibisi qızı Yeganə Əhmədovanın əridir. Zərərçəkmiş şəxs9 da tanıyır, belə ki, Elmarın qardaşı Şahid4 onun xalası qızı Şahid3 əridir. Təxminən 2019-cu ilin may ayının əvvllərində Orxan onlara gəlmiş və həmin vaxt xalası qızı Sevinc də onlarda olmuş və o, Orxanla Sevinci tanış etmişdir. O, Sevincə bildirmişdir ki, Orxan jurnalistdır. Həmin vaxt Sevinc onun qaynı oğlunu Fövqəladə Hallar Nazirliyinə işə qəbula bağlı müsabiqədən keçdiyini, lakin həkim komissiyasından keçmədiyini bildirmişdir. Daha sonra isə o Orxandan bu məsələ ilə əlaqədar köməklik edə bilməsini soruşmuş və onun bu sualına cavab olaraq Orxan heç bir problem olmadığını bildirmişdir. Orxan demişdir ki, dostu Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyir, sonuncunun vasitəsi ilə ora adam işə düzəldə bilər. Elə buna görə də Orxan Sevincə demişdir ki, problem yoxdur, qaynı oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldə bilər. Bundan sonra Sevinc Orxanın nömrəsini götürmüş və Zərərçəkmiş şəxs9 vermişdir. Elmar Orxana zəng eləmiş və oğlu X32 Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlmək üçün Yevlax şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən müsabiqədə iştirak etmişdir. Həmin müsabiqədən keçmişdir, lakin həkim komissiyasından keçməsi üçün köməklik lazımdır. Bundan sonra Orxan bu barədə tanışı Nazimə demişdir. O, Təqsirləndirilən şəxs Orxana görə tanımışdır. Orxan Nazimə bu barədə dedikdən sonra Nazim isə demişdir ki, köməklik edə bilər. Bundan sonra Orxan Elmarla danışmış və demişdir ki, oğlunu göndərsin Bakı şəhərinə görüşüb danışsınlar. 21 may 2019-cu il tarixdə Elvin Bakı şəhərinə gəlmişdir. X40 rayonu ərazisində yerləşən “Nərimanov” parkında görüşmüşlər. Həmin vaxt orada o, Şahid5, Nazim və Orxan olmuşlar. Şahid5 ilə görüşməmişdən əvvəl o, Nazim və Orxan görüşüb razılaşmışlar ki, Şahid5 ilə görüşən zaman Nazimi X4 yüksək vəzifədə çalışan Arif adlı şəxs kimi, onu isə Arifin, yəni Nazimin sürücüsü kimi təqdim etsinlər. Şahid5 ilə görüşən zaman isə dediyi kimi etmişlər. X59 adı altında X4 yüksək vəzifədə çalışan şəxs kimi, o, isə Arifin, yəni Nazimin sürücüsü kimi təqdim edilmişdir. Onlar orada söhbət etmişlər, sonra isə Elvinə demişlər ki, onun işi düzələr, səhər onunla metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında görüşmək lazımdır. 22 may 2019-cu il tarixdə saat 11 radələrində o, Elmar, Elmarın oğlu Elvin, X48 Nazirliyinin inzibati binasının qarşısında görüşmüşlər. Həmin vaxt Arif, yəni Nazim gəlmiş və yalandan Orxanın üstünə əsəbləşərək demişdir ki, «sənə deməmişəm burada müşahidə kameralarının altında dayanmayın, içəridən baxırlar, gedin çayxanada əyləşin mən gəlirəm». Sonra isə onlar yaxınlıqda yerləşən adını bilmədiyi çayxanada oturmüşlar. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Arif, yəni Nazim və o, ora gəlmişdir. Söhbət edən zaman Elmar oğlu Elvinin qolunda çapıq olduğunu bildirərək, həmin çapığın onun oğlunun işə düzəlməsində mane olub-olmamasını soruşmuşdur. Bundan sonra Arif, yəni Nazim özü ilə gətirdiyi böyüdücü şüşə, yəni lupa ilə Elvinin qolunda olan çapığa baxmış və demişdir ki, çapıq elə dərin deyil, o, rəhbərliklə danışıb saat 15 radələrində onlara məlumat verəcək. Arif, yəni Nazim oradan getdikdən sonra Orxan Elmara bildirmişdir ki, Elvini FHN-nə işə düzəltmək üçün 2.500 manat pul lazımdır, yəni bunu Orxana Arif, yəni Nazim demişdir. Elmar Orxanla razılaşmış və üzərində olan 2.500 manatı Orxana vermişdir. Orxan Elmar və Elvinə bildirmişdir ki, sabah səhər ekspertiza komissiyasından keçmək üçün ekspertizanın qarşında olsunlar. Bundan sonra sonunculardan ayrılmışlar. O, bildiyinə görə Orxan Elmardan və sonuncunun bir neçə kəndçisindən sonuncuları Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək üçün pul almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 iyul 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 DİN-nin 102 xidmətinə müraciət edərək Orxan adlı şəxsə oğluna işə düzəltməsi üçün pul verdiyini, lakin həmin şəxsin vədinə əməl etmədiyini bildirmişdir. Hadisə yeri Yasamal rayonu, M.Həsənov küçəsi, "xxxx" ASC-nin qarşısıdır. (Cild İ, i.v. 23) “Hadisə yerinə baxış keçirmək barədə” 28 iyun 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs6 pul verdiyi hadisə yeri Bakı şəhəri Yasamal rayonu H.ünvan 6 ünvanında yerləşən “Məhsul” kafesinin qarşısıdır. (Cild İ, i.v. 61-62) “Hadisə yerinə baxış keçirmək barədə” 28 iyun 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs3 29-cu PŞ-nə müraciət edərək bildirmişdir ki, 2019-cu ilin may ayında Orxan adlı şəxsə işə düzəlmək üçün 10000 manat pul vermiş, sonuncu isə vədinə əməl etməmişdir. Hadisə yeri Bakı şəhəri Yasamal rayonu H.ünvan 6 ünvanında yerləşən “Məhsul” kafesinin qarşısıdır. (Cild İ, i.v. 85-86) “Hadisə yerinə baxış keçirmək barədə” 28 iyun 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edildi ki, Şahid1 26 may 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu “Koroğlu” metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs9 vasitəsi ilə 5000 manat pulu alıb ələ keçirib Zərərçəkmiş şəxs5 aldadaraq dələduzluq etmişdir. (Cild İ, i.v. 217) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 04 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 30 may 2019-cu il tarixdə saat təxminən 10 radələrində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının inzibati binasının qarşısında oğlu Şahid8 FHN-nin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğın söndürən kimi işə düzəlməsi üçün 4500 manat pulu Zərərçəkmiş şəxs9 vermişdir. Bundan sonra 30 may 2019-cu il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3-cü km ünvanında yerləşən ünvan 11pleksinin inzibati binasının qarşısında oğlu Şahid8 Kanal oğlunun FHN-nin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğın söndürən kimi işə düzəlməsi üçün 1500 manat pulu Zərərçəkmiş şəxs9 vermişdir. Bundan sonra 11 iyun 2019-cu il tarixə Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov 99 ünvanında yerləşən “Şah” hamamının qarşısında oğlu X8 FHN-nin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğın söndürən kimi işə düzəlməsi üçün 600 manat pulu Şahid1 göndərdiyi taksi sürücüsünə qohumu Şahid10 vasitəsi ilə Şahid1 vermişdir. (Cild İİ, i.v. 85) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 03 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən Səbail rayon İcra Hakimiyyətinin qarşısında özünün FHN-nin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğın söndürən kimi işə düzəlməsi üçün 2500 manat pulu Şahid1 vermişdir. Bundan sonra 06 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 182-də yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında özünün FHN-nin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğın söndürən kimi işə düzəlməsi üçün 2500 manat pulu Şahid1 vermişdir. Bundan sonra 14 iyun 2019-cu il tarixdə ünvan 19 ünvanında yerləşən Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısında özünün FHN-nin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğın söndürən kimi işə düzəlməsi üçün 700 manat pulu Şahid1 vermişdir. (Cild İİ, i.v. 120) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 14 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 Əliislam oğlu 23 may 2019-cu il tarixdə ünvan 20 ünvanında yerləşən metronun “20 Yanvar” stansiyasının qarşısında özünün Fövqaladə Hallar Nazirliyinin X26 idarəsinə işə düzəlməsi üçün Zərərçəkmiş şəxs9 vasitəsilə 3000 manat pulu Şahid1 vermişdir. Bundan sonra 26 may 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 182-də yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında özünün Fövqaladə Hallar Nazirliyinin X26 idarəsinə işə düzəlməsi üçün 5000 manat pulu Şahid1 vermişdir. (Cild İV, i.v. 84) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 28 may 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən "xxxx" ASC-nin yaxınlığında özünün Fövqaladə Hallar Nazirliyinin X26 idarəsinə işə düzəlməsi üçün Zərərçəkmiş şəxs9 vasitəsilə 6000 manat pulu Şahid1 vermişdir. (Cild İV, i.v. 85) 17 avqust 2020-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid2 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild V, i.v. 57-62) 17 avqust 2020-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid1 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild V, i.v. 63-77) 04 sentyabr 2020-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs9 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild V, i.v. 88-92) 11 sentyabr 2020-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid5 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild V, i.v. 93-97) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər cinayət işi üzrə təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkətləri və ifadələrin yerində yoxlanılması istintaq hərəkətləri və cinayət işinin digər materialları ilə sübuta yetmədiyi üçün özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilərək rədd edilmişdir. (Cild V, i.v. 106-141) “Sübutların qiymətləndirilməsi haqqında” 24 fevral 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni cinayət işi ayrılmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (Cild İV, i.v. 126-159) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli 1(004)-111/2020 saylı hökmündən görünür ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri və digər iş materialları ilə Şahid1 və Şahid2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmələri tamamilə sübuta yetirilmişdir. Həmin hökmlə Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid1 hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri və 4500 (dörd min beş yüz) manat cərimə cəzalarının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 04 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə, 4500 (dörd min beş yüz) manat cərimə cəzası isə tam birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə və 4500 (dörd min beş yüz) manat cərimə cəzaları təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası müstəqil icra edilməsi hökm edilmişdir. Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.03.2021-ci il tarixli 1(103)-135/2021 saylı qərarına əsasən Zərərçəkmiş şəxs9 nümayəndəsi Rəşid Məhərrəmli tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Məhkumlar Şahid1 və Şahid2 apellyasiya şikayətləri qismən təmin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 6 (altı) aya endirilsin. Şahid1 hazırkı hökmlə təyin edilmiş cəza Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri və 4500 (dörd min beş yüz) manat cərimə cəzalarının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən, 04 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, qismən birləşdirməklə, 4500 (dörd min beş yüz) manat cərimə cəzası isə tam birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə və 4500 (dörd min beş yüz) manat cərimə cəzaları təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, təyin edilmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası müstəqil icra edilməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli hökmü ilə Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 03 (üç) aya endirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxslərin heç birini tanımadığını və onlar tərəfindən Şahid1 və Şahid2 verilmiş pullardan xəbərdar olmadığını və həmin pullardan ona hər hansı bir məbləğdə pul çatmadığını göstərsə də, məhkəmə Təqsirləndirilən şəxs bu ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Təqsirlədirilən şəxsə qarşı verilmiş ittihamda onun Şahid1 və Şahid2 ilə birlikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 Əliislam oğlunun, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə dələduzluq əməlinin törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Lakin Şahid1 və Şahid2 ilə birlikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 qarşı dələduzluq əməlinin törətməsi ilə əlaqədar epizodlar üzrə Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 verilmiş pullardan xəbəri olması və həmin pullardan ona hər hansı bir məbləğdə pul çatması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclası zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs tanımadıqlarını, Şahid1 və Şahid2 tərəfindən onlara qarşı edilən dələduzluq əməli nəticəsində Təqsirləndirilən şəxs hər hansı məbləğdə pulun çatması barədə heç bir məlumatlarının olmadıqlarını bildirmişdirlər. Bundan əlavə Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X22 Xidmətininə işə düzəltmək adı ilə aldığı puldan Təqsirləndirilən şəxs heç bir məbləğdə verməmiş və sonuncunun ümümiyyətlə bu məsələdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs4la görüşən zaman o sonuncuya onun işə düzəlməyi ilə bağlı Arif müəllimlə danışdığını bildirsədə həmin vaxt o bu barədə Nazimlə danışmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə dələduzluq əməllərin törədilməsində onun aidiyyatı müəyyən olunmadığından və təqsiri sübuta yetirilmədiyindən həmin epizodlar uzrə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən həmin Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda həmin məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən də məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittitham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar subutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, şərh edilənlərə əsasən sadalanan epizodlar üzrə cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilməsini-təqsirlilikləri təsdiq edən kifayət qədər sübutlar toplanılmadığından, təqsirliliyi sübuta yetirilmədiyindən və əməllərin törədilməsində onun aidiyyatı müəyyən olunmadığından CPM-nin 42.1.3, 42.1.4 və 42.2.3 və 42.2.4-cü maddələrinə müvafiq olaraq bu epizodlar üzrə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.09.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Xalq Məhkəməsinin 23.07.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 207-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bərdə Rayon Xalq Məhkəməsinin 19.08.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tərtər Rayon Məhkəməsinin 18.02.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 04 ay müdətinə azadlığın məhdudlaşdırılması və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.12.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. (Cild İİ, i.v. 270-272) “Şəxsin axtarışa elan edilməsi haqqında” 14 yanvar 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində tutulma tətbiq edilməklə axtarış elan edilmişdir. (Cild İİİ, i.v. 142-144) “Axtarışda olan şəxsin tutulmasına dair” 30 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:20-də tutulmuşdur. (Cild İV, i.v. 209) “Şübhəli şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 30 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerı getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İV, i.v. 234-235) Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 1(088)-107/2017 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 20 avqust 2016-cı il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı, yəni 01 (bir) il, 03 (üç) ay, 17 (on yeddi) gün nəzərə alınmaqla təyin olunmuş cərimə cəzası yüngülləşdirilmiş və üzərində qəti olaraq 1000 (min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Azərbaycan respublikası Ədliyyə nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 25.06.2021-ci il tarixli 13599/01 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(008)-107/2017 saylı, 07.12.2017-ci il tarixli hökmü ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-107/2017 saylı, 07.12.2017-ci il tarixli hökmü 16.01.2018-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs cərimə cəzasını ödəməmişdir. Bərdə Rayon Dövlət Sosial Müdafiə Mərkəzinin 02 iyul 2018-ci il tarixli 295858 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İ qrup ümumi (gözdən) əlildir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi İ-ci qrup gözdən əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CMin 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 qarşı dələduzluq edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs verilmiş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyindən və həmin əməllərin törədilməsində onun aidiyyatı müəyyən olunmadığından CPM-nin CPM-nin 42.1.3, 42.1.4 və 42.2.3 və 42.2.4-cü maddələrinə müvafiq olaraq bu epizodlar üzrə Təqsirləndirilən şəxs bəraət verilməli, CM-in 69.3-cü maddəsinə əsasən 30 iyun 2020-ci il tarixdə tutulduğu bir gün ona təyin edilmiş cəzadan çıxılmalı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 1(088)-107/2017 saylı hökmü ilə təyin edilmiş 1.000 (bir min) manat miqdarında cərimə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən tam birləşdirilməklə ona qəti cəza müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 1.000 (bir min) manat cərimə cəzası müstəqil icra edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X20 və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X20 məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 qarşı dələduzluq edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs verilmiş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyindən və həmin əməllərin törədilməsində onun aidiyyatı müəyyən olunmadığından CPM-nin CPM-nin 42.1.3, 42.1.4 və 42.2.3 və 42.2.4-cü maddələrinə müvafiq olaraq bu epizodlar üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə tutulduğu bir gün ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 1(088)-107/2017 saylı hökmü ilə təyin edilmiş 1.000 (bir min) manat miqdarında cərimə cəzası ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən tam birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə və 1.000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilisin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 1000 (bir min) manat cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs edildiyi vaxtdan, yəni 28 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X20 məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:- AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar