Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-34/2022 14.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkil Müdafiəçi Cəlal oğlu, Təqsirləndirilən şəxs: xx.xx.2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum edilmiş, işləməyən, subay, Bakı Kooperasiya Universitetinin 4-cü kurs tələbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümündə təmiz çəkisi 0,830 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib özündə saxlamaqla daşımış, 04.08.2021-ci il tarixdə saat 10:45 radələrində etibarnamə əsasında idarə etdiyi «Renge Rover» markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu A.Salamzadə küçəsi ilə hərəkətdə olan zaman Yasamal RPİ-nin DYPŞ-nin YPX-nin polis əməkdaşları tərəfindən ödənilməyən cərimə borclarının olması səbəbindən saxlanılaraq «Siqnal» İLİİ-nin 5 saylı duracağına gətirilmiş, orada «Range Rover» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sürətlər qutusunun yanında olan boşluqda saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 0,830 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, müxtəlif yerlərdən bədənində ağrılar olduğu zaman narkotik vasitələri əldə edərək qəbul etmişdir. Hadisə baş verməzdən təxminən bir necə gün əvvəl valideyinləri ilə birlikdə Bakı şəhərinə gəlmişdir. 01 avqust 2021-ci il tarixdə günorta saatlarında Yasamal rayonu, “Yeni Yasamal” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən siqaretin qara kağızına bükülmüş narkotik vasitə heroin şəxsi istifadəsi üçün almış, həmin narkotik vasitəni istifadə etmək üçün etibarnamə əsasında idarə etdiyi “Range Rover” markalı, **- TV-*** dövlət nömrə nişanlı avtomaşının sürətlər qutusunun yanma qoyub saxlamışdır. 04 avqust 2021-ci il tarixdə saat 10 radələrində Yasamal rayonu A.Salamzadə küçəsi ilə üzü “Qələbə” dairəsi istiqamətində hərəkətdə olan zaman yol polisi əməkdaşları ona saxla işarəsi vermiş, lakin idarə etdiyi atomobildə narkotik vasitə olduğu və sürücülük vəsiqəsində məhdudiyyət olduğu üçün avtomaşını saxlamadan hərəkətdə olmuşdur. Lakin yol polisi əməkdaşları onu təqib edərək saxlamış və bundan sonra idarə etdiyi avtomobili duracağa təmin etmişlər. Bundan sonra onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmiş, polis əməkdaşları ilə razılaşaraq birlikdə polis idarəsinə gəlmişdir.Polis idarəsində xidməti otaqların birində, dəvət olunmuş müdafiəçinin və iştirakçıların iştirakları ilə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparılması barədə qərarla tanış olaraq paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur.Bu təklifdən sonra o, üzərində hər hansı qanunsuz əşya və predment olmadığını bildirmiş və əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən “Range Rover” markalı avtomobilin açarını çıxararaq təqdim etmiş, həmin avtomobildə 01 ədəd biçaq və avtomobilin salonunda şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qanunla qadağan edilmiş maddə,vasitə və ya əşya aşkar edilməmişdir. Daha sonra müdafiəçinin və iştirakçıların iştirakları ilə idarə etdiyi “Range Rover” markalı, **-TV-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçiriləcəyi bildirilmiş və avtomobildə baxış və götürmə haqqında qərarla tanış edilmişdir. O,mübafıəçi və digər iştirakçılar ilə birlikdə dayanacaqda olan avtomobilin yanında olan zaman narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim olanması təklif edilmişdir. Bu təklifdən sonra idarə etdiyi “Range Rover” markalı, 10-TV-l 21 dövlət nömrə nişanlı avtomobilin sürətlər qutusunun yanında olan boşluğa qoyduğu 1 ədəd siqaretinin qara kağızında bükülmüş bükülünü təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir.Təqdim etdiyi 1 ədəd siqaretinin qara kağızma bükülmüş bükülü qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra avtomobilin sağ qapısının içərisində olan 1 ədəd biçağı təqdim etmiş və həmin bıçıq da qablaşdırıllıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Əməlindən səmimi peşman olmasını, tələbə olmasını, Bakı Kooperasiya Universitetinin 4-cü kurs tələbəsi olmasını, təhsilini davam etdirməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə saat 10:45 radələrində Bakı şəhəri, Yasamal rayonu A.Salamzadə küçəsində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul avtomaşında Rauf Fətullayevlə birlikdə xidmət aparan zamanı «Range Rover» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2 aydan artıq müddətdə ödənilməyən cərimə borcları və həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs 08.04.2020-ci il tarixdən etibarən Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə sürücülük hüququndan məhrum edilməsi aşkar olunmuş və həmin avtomobil tərəflərindən saxlanılmışdır. Avtomobil saxlanılarkən sürücü qaçmağa çalışmış, lakin xidmət yoldaşı Rauf Fətullayevlə birlikdə sürücü Təqsirləndirilən şəxs saxlanılıb idarə etdiyi «Range Rover» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Siqnal İdarəsinin 5 saylı avtodayanacağına təmin olunduqdan sonra sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomaşında narkotik vasitə var və o, Yasamal RPİ-nə dəvət olunaraq raport tərtib edilmişdir. Təqsirləndirilən şəxs polis idarəsinə gəldikdən sonra idarəsinin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən üzərində hər hansı bir qanunsuz əşya və ya pridmet olmadığını bildirmiş və əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən «Range Rover» markalı avtomobilinq açarını çıxararaq təqdim etdib avtomobilin salonunda 01 ədəd bıçaq və şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə herolin olduğunu, həmin bıçaq və narkotik vasitəni təqdim edə biləcəyi bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Range Rover» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmiş və baxış zamanı Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Range Rover” markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobilin sürətlər qutusunun yanında olan boşluqda olan 1 ədəd siqaretinin qara kağızına bükülmüş bükülünün içərisində şəffaf seloffana bükülmüş bükülünü təqdim etmiş və həmin bükülünün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaretinin qara kağızına bükülmüş içərisində şəffaf seloffana bükülmüş bükülünün içərisindəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sağ qapısının içərisində olan 1 ədəd biçağı təqdim etmiş və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənib bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər X3 və Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 05.08.2021-ci il tarixli, 6/3300 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün №42 dairəvi möhr əksi və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,830 qram qəhvəyi rəngli toşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd boruşəkilli formada bükülmüş qara rəngli kağız üzərində heroinin izləri vardır. İz şəkildə olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,830 qram, tədqiqata sərf edilmiş 0,050 qram və 0,780 qram qalıq qalmışdır.) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 25.08.2021-ci il tarixli 30698 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Kürdəmir Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının tətbiq edilməsi barədə Kürdəmir Rayon İcra və Probasiya şöbəsi təqdimatla Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş və Kürdəmir Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli qərarı ilə təqdimat təmin edilərək, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilərək, həmin Qərarın 5-ci bəndinə əsasən ona Kürdəmir Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 01 il 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş hissəsi 01 il azaldılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, 05.11.2021-ci il tarixə Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 01 il 01 ay 15 gün təşkil edir. Hazırkı iş üzrə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli olduğundan və Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə tutularaq, barəsində həbs qətimkan tədbiri seçildiyindən, cəzanın çəkilməmiş hissəsinin 04.08.2021ci il tarixə nə qədər təşkil etməsi hazırkı iş üzrə əhəmiyyət kəsb edir. Çünki Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Bu səbəbdən də hazırkı iş üzrə 04.08.2021-ci il tarixdən 05.11.2021-ci il tarixədək olan müddət, həmin azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinə hesablanmır. Kürdəmir Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs çəkilməmiş cəzasının 01 il hissəsi azaldıldığı üçün, onun çəkilməmiş cəzası 04.08.2021-ci il tarixə nə qədər təşkil edirsə, həmin çəkilməmiş hissədən Kürdəmir Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli qərarı nəzərə alınmaqla 01 il çıxılmaqla yerdə qalan həcmdəki cəzanın çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilən cəzaya tamamilə və ya qismən birləşdirilməlidir. Beləliklə Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəzanın 05.11.2021-ci il tarixə çəkilməmiş hissəsi 01 il 01 ay 15 gün təşkil etdiyi üçün, ona təyin edilmiş həmin qəti cəzanın çəkilməmiş hissəsi 04.08.2021-ci il tarixə 01 il 04 ay 16 gün təşkil edir və məhz bu hissədə çəkilməmiş cəza hazırkı hökmlə təyin edilən cəzaya tamamilə və ya qismən birləşdirilməlidir. Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, Bakı Kooperasiya Universitetinin 4-cü kurs tələbəsi olmasını və təhsil almasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 06.08.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04.08.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsindəki “həbs” qətimkan tədbiri “ev dustağlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir və hazırkı vaxtadək ev dustaqlığındadır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş qalan 04 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ( 02 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla ) hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 07 ay (yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 178,00 manat (yüz yetmiş səkkiz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,780 qram narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan bir ədəd boruşəkilli formada bükülmüş qara rəngli kağız hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Cəlal oğluna ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-34/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-34/2022
14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver