Məhkəmə qərarları › İş №1(004)-34/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-34/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-34/2024 05.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2004-cü il tarixdən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 ünvanında yerləşən 98 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyərkən “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 oktyabr 2012-ci il tarixli 128 saylı qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi”nə əsasən məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə görə dövlət, cəmiyyət və təsisçi qarşısında məsuliyyət daşımaq, məktəbəqədər təhsil müəssisəsi üzrə əmrlər, göstərişlər vermək, bütün dövlət, qeyri-dövlət, ictimai təşkilatlarda, müəssisələrdə və idarələrdə etibarnaməsiz hərəkət edərək, məktəbəqədər təhsil müəssisəsini təmsil etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 2019-cu ilin mart ayından 2022-ci ilin mart ayının sonunadək olan müddət ərzində 01 mart 2019-cu ildə 1,0 ştat vahidi ilə həmin bağçada xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əsasında tərəfindən fəhlə peşəsi üzrə işə götürülmüş, faktiki olaraq isə işə gəlməyən Şahid1 guya 2019-cu ilin mart ayında 15 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, həmin ilin aprel ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, may ayında 6 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, iyun ayında 16 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, iyul ayında 23 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, avqust ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, sentyabr ayında 21 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, oktyabr ayında 23 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, noyabr ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, dekabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, 2020-ci ilin fevral ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, həmin ilin mart ayında 16 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, aprel ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, may ayında 17 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, iyun ayında 5 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, iyul ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, avqust ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, sentyabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, oktyabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, noyabr ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, dekabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, 2024-ci ilin yanvar ayında 18 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, fevral ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, mart ayında 17 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, aprel ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, may ayında 17 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, iyun ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, iyul ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, avqust ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, sentyabr ayında 7 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, oktyabr ayında 21 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, noyabr ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, dekabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, 2022-ci ilin yanvar ayında 20 gün işdə olması ilə bağlı, həmin ilin fevral ayında 18 gün və mart ayında 17 gün işdə olması ilə bağlı rəsmi sənəd olan əmək haqqı tabellərinə, 01 oktyabr 2020-ci ildə 1,5 ştat vahidi ilə xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında həmin bağçada xadimə-dayə peşəsi üzrə işə götürülmüş, faktiki olaraq isə işə gəlməyən X4 2020-ci ilin ilin oktyabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, həmin ilin noyabr ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, dekabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, 2021-ci ilin yanvar ayında 18 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, həmin ilin fevral ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, mart ayında 17 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, aprel ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, may ayında 17 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, iyun ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, iyul ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, avqust ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, sentyabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, oktyabr ayında 21 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, noyabr ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, 2022-ci ilin yanvar ayında 20 gün işdə olması ilə bağlı, həmin ilin fevral ayında 18 gün və mart ayında 17 gün işdə olması ilə bağlı tərtib edilmiş rəsmi sənəd olan əmək haqqı tabellərinə həmin şəxslərə qeyd edilən dövr ərzində əmək haqqı kartı vasitəsi ilə ödənmiş əmək haqqlarını cinayət qanunun müddəalarına əsasən xitam verilmiş mənimsəmə cinayətini törətmək məqsədilə tamah niyyəti ilə onların faktiki işə gəlmədikləri halda guya işdə olmaları və müqavilədə nəzərdə tutulmuş əmək funksiyalarını həyata keçirmək barədə həqiqətə uyğun olmayan bilə-bilə yalan məlumatlar daxil edərək imzalayıb 98 saylı uşaq bağçası və körpələr evinin rəsmi möhürü ilə təsdiqləyərək vahid niyyətlə əhatə olunan qəsdlə vəzifə saxtakarlığı etmiş, bununla da Şahid1 və X4 əsassız olaraq qeyd edilən müddətə sığorta stajı yaratmaqla pensiya kapitalı formalaşdıraraq gələcəkdə qanunla müəyyən edilmiş qaydada əmək pensiyası alınması ilə bağlı əsassız hüquqlarının yaranması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etsə də, yekun məhkəmə iclasında son sözündə o, həmin əməlləri törətməkdə tamah niyyətinin olmadığını, sadəcə olaraq işçilərin əmək haqqlarının az olması səbəbindən ittihamda qeyd edilən işçiərin əmək haqları hesabina digər işçilərə əlavə ödənişlər etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən o, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslərin verdikləri ifadələrinə əsasən, onlar, həqiqətən də, Təqsirləndirilən şəxs müdir vəzifəsində xidmət etdiyi bağçada işləməmişlər, sadəcə olaraq onlar formal şəkildə sənəd üzrə işçi kimi qeyd olunmuşdurlar. İttiham aktından da göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən əmək haqqı cədvəlləri saxtalaşmışdır. Yekun olaraq o, gələcəkdə həmin bağçada işləməyən, lakin formal olaraq bağçanın işçisi kimi qeyd olunan şəxslərin sənəd üzrə pensiya hüququnun yarana biləcəyini nəzərə alaraq həmin sənədlərin əsassız olması səbəbindən sözügedən şəxslərin pensiya hüququnun yaranmamasının məhkəmənin yekun qərarında öz əksini tapmasını məhkəmədən xahiş edərək Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır və onun yaşadığı evin yaxınlığında yerləşən 98 saylı uşaq bağçası və körpələr evinin müdiridir. O, həmin bağçada işləmək istədiyi üçün dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs müracət edərək onu bağçaya işə götürməsini xahiş etmiş, Təqsirləndirilən şəxs ondan hər hansı pul və ya maddi nemət almadan onu bağçaya işə götürmüşdür. O, yalnız bir neçə dəfə işə gəlmiş, lakin sonradan səhhətində yaranan problemlərlə əlaqədar olaraq işə gedə bilməmişdir. O, bununla bağlı olaraq bağçanın müdiri Təqsirləndirilən şəxs bildirərək səhhəti düzəldikdən sonra işə qayıtması barədə razılığa gəlmiş və o, bu müddət ərzində işdən çıxmamışdır. Lakin sonradan o, yenə də işə davam edə bilməmişdir. O, işə düzəldikdən sonra ona əmək haqqı kartı təqdim olunsa da, o, əmək haqqı kartını isə Təqsirləndirilən şəxs təklifi ilə onlara vermişdir. O, ona təyin olunan əmək haqqı məbləğini dəqiq xatırlamasa da, həmin məbləğində 200 manatdan yuxarı olması onun yadındadır. Bundan başqa işə getmədiyi vaxtlarda bağçaya gələrək müəyyən tarixlərdə işə gedib-gəlməsi ilə bağlı sənədlərə qol çəkmişdir. Onun Təqsirləndirilən şəxs qarşı bu işlə əlaqədar hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, onun qayınanası 98 saylı uşaq bağçası və körpələr evinin işçisi olmuşdur. 2020-ci il tarixində o, qayınanasının xahişi ilə həmin bağçada dayə işinə düzəlmiş və ona aylıq 200-300 manat məbləğində əmək haqqı təyin olunmuşdur. Lakin həmin ilin noyabr ayında yoldaşının ayağının sınması nəticəsində o, evdə qalmalı olmuş və işə gedə bilməmişdir. Onu işə qəbul edən Təqsirləndirilən şəxs yoldaşının vəziyyəti düzəldikdən sonra işə qayıdaraq yenidən işləyə biləcəyini ona bildirmiş, lakin sonradan isə koronavirus səbəbi ilə o, yenə də işə qayıda bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli əmək müqaviləsi və xx.xx.2019-cü il tarixli bildirişindən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs tərəfindən 98 saylı uşaq bağçası və körpələr evinə fəhlə kimi işə götürülmüşdür. (Cild İ, i.v. 46-49, 148) Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, X1 Elnurə Fazil qızı tərəfindən 98 saylı uşaq bağçası və körpələr evinə xadimə-dayə kimi işə götürülmüşdür. (Cild İ, i v. 104-107, 144) Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişlərindən görünür ki, Şahid1 98 saylı uşaq bağçası və körpələr evində olan əmək müqaviləsinə öz ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. (Cild İ, i v. 137) Şahid1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o həmin tarixdən işdən azad edilməsini xahiş etmişdir. (Cild İ, i.v. 139) Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişlərindən görünür ki, X3 98 saylı uşaq bağçası və körpələr evində olan əmək müqaviləsinə öz ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. (Cild İ, i v. 140) X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o həmin tarixdən işdən azad edilməsini xahiş etmişdir. (Cild İ, i.v. 139) Yasamal rayon təhsil şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 47 saylı əmrdən görünür ki, İlyasova (Əliyeva) Elnurə Fazil qızı 98 saylı uşaq bağçası və körpələr evinə müdir təyin edilmişdir. (Cild İ, i v. 204) "xxxx" ASC-dən götürülmüş məlumatlardan görünür ki, Şahid1 510307******9662, X4 isə 510307******3279 nömrəli əmək haqqı kartı vasitəsi ilə əmək haqqı ödənmişdir. (Cild İİ, i v. 75-131) İş üzrə təyin edilmiş məhkəmə-muhasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/468 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, ekspertiza tədqiqatına təqdim edilmiş yoxlama zamanı toplanmış materiallara, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt məlumatlarına, akta əlavə edilmiş cədvəl məlumatlarına əsasən, aşağıdakılar müəyyən edildi: Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin məktəbə hazırlıq siniflərinə qəbul olunan uşaqların adlarının körpələr evi-uşaq bağçasında uşaq kontingenti siyahısında saxlanılması hesabına menyu tələbnamələrdə 2019-cu ilin oktyabr-dekabr aylarında artıq yazılmış uşaq-günlərinə görə 3800,18 manat, 2020-ci ildə artıq yazılmış uşaq-günlərinə görə 2320,83 manat, 2021-ci ildə artıq yazılmış uşaq-günlərinə görə 7050,43 manat, 2022-ci ilin yanvar-mart aylarında artıq yazılmış uşaq-günlərinə görə 2991,52 manat, cəmi 16162,96 manat dəyərində ərzaq məhsulları məxaricə silinmişdir. Ümumtəhsil məktəblərinin məktəbə hazırlıq siniflərinə qəbul olunan uşaqların adlarının 98 saylı körpələr evi-uşaq bağçasında uşaq kontingenti siyahısında saxlanılması hesabına təşkil olunmuş maktabanazmliq qruplarına görə saxlanılmış 2,0 ştat vahidi tərbiyəçi, 1,25 ştat vahidi xadime-daye, 0.25 ştat vahidi musiqi rəhbəri, cəmi 3,5 ştat vahidinə görə 2019cu ilin oktyabrdekabr aylarında 4068,75 manat, 2020-ci ildə 13950,00 manat, 2021-ci ildə 13950,00 manat, 2022-ci ilin yanvar-mart aylarında 4102,50 manat, cəmi 36071,25 manat əməkhaqqı hesablanıb ödənilmişdir. İş yerinə getmədiyi, vəzifə funksiyasını yerinə yetirmədiyi halda yoxlamanın əhatə etdiyi dövrdə 98 saylı körpələr evi-uşaq bağçasında işlədiyi rəsmiləşdirilən, adlarına əməkhaqqı hesablanıb ödənilmiş X4 6699,74 manat, Şahid1 8879,2 manat məbləğində əmək haqqı hesablanıb, ödənilmişdir. Qeyd olunur ki, aşkar edilmiş çatışmazlıqlara və qanun pozuntularına görə maddi məsuliyyət daşıyan şəxslərə görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll olunmalıdır. (Cild İV, i v.48-54) “Baxış keçirilməsi haqqında” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, götürülmüş xx.xx.2019-cu il tarixli 2019-cu ilin may ayı üçün və xx.xx.2019-cu il tarixli 2019-cu ilin fevral ayı üçün olan işçilərin əmək haqqı tabellərində iş üzrə şahid qismində dindirilmiş 98 nömrəli körpələr evi-uşaq bağçasında işləmiş Şahid1 və X6 ilə bağlı məlumatlar yoxdur. Həmin şəxslər barədə məlumatlar müvafiq olaraq xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli tabellərdən başlayaraq hər ay üzrə müvafiq sıra nömrəsi ilə cədvəllərdə öz əksini tapmışdır. Tabellərə baxış zamanı hər ay üçün ilk səhifənin sol yuxarı hissəsində tabelin tərtib tarixi, orta yuxarı hissəsində hansı ay üzün nəzərdə tutulduğu qeyd edilməklə 98 nömrəli körpələr evi-uşaq bağçasında işləmiş işçilərin cədvəl şəklində məlumatları öz əksini tapır. İşçilərlə bağlı müvafiq “Vəzifə”, “Aylıq maaş”, “Gün”, “Stavka”, “Kart nömrəsi”, DSMF”, “DSMF 0.5% və “həmkarlar”la bağlı “Tutulmalar” adlı qrafalarda məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlardan görünür ki, 98 nömrəli körpələr evi-uşaq bağçasında işləmiş Şahid1 “fəhlə” və X6 isə “xadimə-dayə” vəzifələrində qeyd edilməklə hər ay üçün adlarının qarşısında müvafiq günlər qeyd edilmişdir. Bundan başqa, həmin tabellər arasında olan 2020-ci ilin yanvar ayı üzrə məlumatlarda işçilərlə bağlı “Gün” qrafasında hər hansı məlumatın qeyd edilmədiyi müəyyən edildi. Bundan başqa, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə aid cəmi 108 vərəqdən ibarət işçilərin əmək haqqı tabellərinin sonunda “bağça müdiri” ilə “Təqsirləndirilən şəxs” sözləri arasında göy rəngli qələmlə imza olduğu və onun üzərində də 98 nömrəli körpələr evi-uşaq bağçasının möhürü olduğu müəyyən edildi. (Cild V, i.v. 1) “Baxış keçirilməsi haqqında” 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, götürülmüş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə aid işçilərin əmək haqqı tabellərindən 2022-ci ilin aprel, may və iyun aylarına aid sənədlərdə iş üzrə şahid qismində dindirilmiş 98 nömrəli körpələr evi-uşaq bağçasında işləmiş Şahid1 və X6 ilə bağlı məlumatlar yoxdur. Həmin şəxslər barədə məlumatlar müvafiq olaraq 2022-ci ilin yanvar, fevral və mart aylarına aid tabellərdə öz əksini tapmışdır. Tabellərə baxış zamanı hər ay üçün ilk səhifənin orta hissəsində tabelin aid olduğu ay, 98 nömrəli körpələr eviuşaq bağçasında işləmiş işçilərin cədvəl şəklində məlumatları öz əksini tapır. İşçilərlə bağlı müvafiq “Ad-soya” və “Vəzifə” qrafası, onların qarşısında isə əlyazma ilə ayın müvafiq günlərində işdə olub-olmamaları barədə qeydlər vardır.. Həmin məlumatlardan görünür ki, 98 nömrəli körpələr evi-uşaq bağçasında işləmiş Şahid1 “fəhlə” və X6 isə “xadimə-dayə” vəzifələrində qeyd edilməklə hər ay üçün adlarının qarşısında müvafiq günlər qeyd edilmişdir. Bundan başqa, xx.xx.2022-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə aid cəmi 9 vərəqdən ibarət işçilərin əmək haqqı tabellərinin sonunda “bağça müdiri” ilə “Təqsirləndirilən şəxs” sözləri arasında göy rəngli qələmlə imza olduğu və onun üzərində də 98 nömrəli körpələr evi-uşaq bağçasının möhürü olduğu müəyyən edildi. (Cild V, i.v.34) İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/468 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 98 nömrəli körpələr eviuşaq bağçası ilə bağlı xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli işçilərin əmək haqqı tabellərinin sonunda “Bağça müdiri: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar və xx.xx.2019-cu il tarixli işçilərin əmək haqqı tabelinin sonunda möhür üzərindəki imza, 98 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-cİ il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli işçilərin əmək haqqı tabellərinin sonunda “Bağça müdiri: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar 98 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli işçilərin əmək haqqı tabellərinin sonunda “Bağça müdiri: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar 98 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli işçilərin əmək haqqı tabellərinin sonunda “Bağça müdiri: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 98 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı xx.xx.2019-cu il tarixli işçilərin əmək haqqı tabelinin sonunda “Bağça müdiri: Təqsirləndirilən şəxs” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs icra olunmuşdur. (Cild V, i.v. 39-42) “Sübutların qiymətləndirilməsi haqqında” 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, 98 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019- cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, həmçinin 2022-ci ilin yanvar, mart və aprel aynda tərtib olunmuş əmək haqqı tabelləri maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilmişdir. (Cild V, i.v. 53-71) “Cinayət təqibinə hissəvi xitam verilməsi və şəxsin həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi haqqında” 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 2004-cü il tarixdən Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçası və körpələr evinin müdiri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəmə və israf etməklə talamaq məqsədilə vəzifə saxtakarlığı edərək 01 mart 2019cu ildə 1,0 ştat vahidi ilə həmin bağçada xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əsasında fəhlə vəzifəsində tərəfindən işə götürülmüş, faktiki olaraq isə işə gəlməyən Şahid1 həmin tarixdən 01 aprel 2022-ci tarixədək, 01 oktyabr 2020-ci ildə 1,5 ştat vahidi ilə xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında xadimə-dayə vəzifəsinə işə götürülmüş X8ma isə həmin tarixdən 01 aprel 2022-ci tarixədək müddət ərzində guya hər ay müxtəlif günlərində işdə olması ilə bağlı tərbib edilmiş rəsmi sənəd olan əmək haqqı tabellərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək imzalanmaqla həmin şəxslərə qeyd edilən dövr ərzində əmək haqqı kartı vasitəsi ilə ödənmiş müvafiq olaraq 8879,20 manat və 6699,74 manat məbləğində, cəmi 15.578.94 (on beş min beş yüz yetmiş səkkiz manat 94 qəpik) məbləğində pulu fatkiki olaraq həmin işçilər tərəfindən ona təqdim edilən əmək haqqı kartlarından çıxardaraq götürməklə mənimsəmiş, bundan başqa Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin məktəbəhazırlıq siniflərinə qəbul olunan uşaqların adlarının körpələr evi-uşaq bağçasında uşaq kontingenti siyahısında saxlanılması hesabına menyu tələbnamələrdə 2019-cu ilin oktyabr-dekabr aylarında artıq yazılmış uşaq-günlərinə görə 3800,18 manat, 2020-ci ildə artıq yazılmış uşaq-günlərinə görə 2320,83 manat, 2021-ci ildə artıq yazılmış uşaq-günlərinə görə 7050,43 manat, 2022-ci ilin yanvar-mart aylarında artıq yazılmış uşaq-günlərinə görə 2991,52 manat dəyərində ərzaq məhsullarının məxaricə silinməsi yolu ilə cəmi 16162,96 manat məbləğində dövət əmlakını mənimsəmiş, həmçinin ümumtəhsil məktəblərinin məktəbəhazırlıq siniflərinə qəbul olunan uşaqların adlarının 98 saylı körpələr evi-uşaq bağçasında uşaq kontingenti siyahısında saxlanılması hesabına təşkil olunmuş məktəbəhazırlıq qruplarına görə saxlanılmış 2,0 ştat vahidi tərbiyəçi, 1,25 ştat vahidi xadimə-dayə, 0,25 ştat vahidi musiqi rəhbəri, cəmi 3,5 ştat vahidinə görə 2019-cu ilin oktyabr-dekabr aylarında 4068,75 manat, 2020-ci ildə 13950,00 manat, 2021-ci ildə 13950,00 manat, 2022-ci ilin yanvar-mart aylarında 4102,50 manat, əməkhaqqının bağçada işləyən müvafiq müəllimlərə ödənilməsi nəticəsində cəmi 36071,25 manat məbləğində pulu israf etmiş, bununla da vahid niyyətlə ümumlikdə külli miqdarda, yəni 67.813.15 manat məbləğində dövlət əmlakını tamah niyyəti ilə mənimsəmiş və israf etmişdir. Lakin, Təqsirləndirilən şəxs CM-nin 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, istintaq zamanı iş üzrə dövlət əmlakına vurulmiş 67.813.11 manat ziyan tam həcmdə ödənilmişdir. Bundan başqa, həmin məbləğin 50 faizi, yəni 33.906.55 manat miqdarında ödənişin Azərbaycan Respublikasının Baş Prokurorluğunun 31CTRE******************** nömrəli bank hesabına ödənmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi hissəsində cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsi ilə xitam verilməklə Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməməsi qərara alınmışdır. (Cild V, i.v. 72-75) 29 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında qərar qəbul edilmişdir. (Cild V, i.v. 76-77) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərəfindən 02 noyabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild V, i.v. 104) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarına əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işinə onun tərəfindən vurulmuş zərər tam ödənildiyi, bundan əlavə həmin məbləğin 50 faizi, yəni 33.906.55 manat miqdarında ödənişin dövlət büdcəsinə edildiyi üçün xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə verilmiş ittihamdan vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, yəni Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2004-cü il tarixdən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 ünvanında yerləşən 98 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyərkən “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 oktyabr 2012-ci il tarixli 128 saylı qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi”nə əsasən məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə görə dövlət, cəmiyyət və təsisçi qarşısında məsuliyyət daşımaq, məktəbəqədər təhsil müəssisəsi üzrə əmrlər, göstərişlər vermək, bütün dövlət, qeyri-dövlət, ictimai təşkilatlarda, müəssisələrdə və idarələrdə etibarnaməsiz hərəkət edərək, məktəbəqədər təhsil müəssisəsini təmsil etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 2019-cu ilin mart ayından 2022-ci ilin mart ayının sonunadək olan müddət ərzində 01 mart 2019-cu ildə 1,0 ştat vahidi ilə həmin bağçada xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əsasında tərəfindən fəhlə peşəsi üzrə işə götürülmüş, faktiki olaraq isə işə gəlməyən Şahid1 guya 2019-cu ilin mart ayında 15 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, həmin ilin aprel ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, may ayında 6 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, iyun ayında 16 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, iyul ayında 23 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, avqust ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, sentyabr ayında 21 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, oktyabr ayında 23 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, noyabr ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, dekabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2019-cu il tarixli, 2020-ci ilin fevral ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, həmin ilin mart ayında 16 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, aprel ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, may ayında 17 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, iyun ayında 5 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, iyul ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, avqust ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, sentyabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, oktyabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, noyabr ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, dekabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, 2024-ci ilin yanvar ayında 18 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, fevral ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, mart ayında 17 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, aprel ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, may ayında 17 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, iyun ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, iyul ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, avqust ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, sentyabr ayında 7 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, oktyabr ayında 21 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, noyabr ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, dekabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, 2022-ci ilin yanvar ayında 20 gün işdə olması ilə bağlı, həmin ilin fevral ayında 18 gün və mart ayında 17 gün işdə olması ilə bağlı rəsmi sənəd olan əmək haqqı tabellərinə, 01 oktyabr 2020-ci ildə 1,5 ştat vahidi ilə xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında həmin bağçada xadimə-dayə peşəsi üzrə işə götürülmüş, faktiki olaraq isə işə gəlməyən X4 2020-ci ilin ilin oktyabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, həmin ilin noyabr ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, dekabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli, 2021-ci ilin yanvar ayında 18 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, həmin ilin fevral ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, mart ayında 17 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, aprel ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, may ayında 17 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, iyun ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, iyul ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, avqust ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, sentyabr ayında 22 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, oktyabr ayında 21 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, noyabr ayında 20 gün işdə olması ilə bağlı xx.xx.2021-ci il tarixli, 2022-ci ilin yanvar ayında 20 gün işdə olması ilə bağlı, həmin ilin fevral ayında 18 gün və mart ayında 17 gün işdə olması ilə bağlı tərtib edilmiş rəsmi sənəd olan əmək haqqı tabellərinə həmin şəxslərə qeyd edilən dövr ərzində əmək haqqı kartı vasitəsi ilə ödənmiş əmək haqqlarını cinayət qanunun müddəalarına əsasən xitam verilmiş mənimsəmə cinayətini törətmək məqsədilə tamah niyyəti ilə onların faktiki işə gəlmədikləri halda guya işdə olmaları və müqavilədə nəzərdə tutulmuş əmək funksiyalarını həyata keçirmək barədə həqiqətə uyğun olmayan bilə-bilə yalan məlumatlar daxil edərək imzalayıb 98 saylı uşaq bağçası və körpələr evinin rəsmi möhürü ilə təsdiqləyərək vahid niyyətlə əhatə olunan qəsdlə vəzifə saxtakarlığı etmiş, bununla da Şahid1 və X4 əsassız olaraq qeyd edilən müddətə sığorta stajı yaratmaqla pensiya kapitalı formalaşdıraraq gələcəkdə qanunla müəyyən edilmiş qaydada əmək pensiyası alınması ilə bağlı əsassız hüquqlarının yaranması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Göründüyü kimi Şahid1 və X3 ittihamda qeyd edilən müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 98 nömrəli körpələr evi-uşaq bağçasında faktiki olaraq işləməmələri mühüm əhəmiyyət kəsb edən sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 313-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs təqsirliyi bilindiyi Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibinə xitam verilməlidir. İş üzrə Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində hazırkı iş üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs tərəfindən 2019-cu ilin mart ayından 2022-ci ilin mart ayınadək olan dövr ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsi üzrə törədilmiş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.Odur ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 98 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 2022-ci ilin yanvar, mart və aprel aynda tərtib olunmuş əmək haqqı tabelləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut 98 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 2022-ci ilin yanvar, mart və aprel aynda tərtib olunmuş əmək haqqı tabelləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar