Məhkəmə qərarları › İş №1(004)-340/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-340/2022

22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-340/2022 22.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şingiz oğlunun, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxsə 537 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 23 mart 2022-ci il tarixdə səhər saat 07 radələrində ünvan 2 ünvanın qarşısında təsadüfən rastlaşdığı Zərərçəkmiş şəxs mobil telefonunu ələ keçirmək niyyəti ilə ona yaxınlaşıb, telefonla danışmaq istədiyini demiş, Zərərçəkmiş şəxs içərisində 3 manat dəyərində 050 640 99 13 saylı nömrə olan, üzərində 5 manat dəyərində qobur olan 529 manat dəyərində “Samsung A 12” markalı mobil telefonu ona danışmaga verdikdən sonra sonuncu ondan uzaqlaşmağa başlamış və arxasınca qışqıran Zərərçəkmiş şəxs məhəl qoymadan hadisə yerindən çıxıb getməklə, Zərərçəkmiş şəxs məxsus 537 manat məbləğində qeyd edilən əmlakı açıq yolla talayıb soyğunçuluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri “Kubinka” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,878 qram olan narkotik vasitə heroini 20 manata alıb, əldə etməklə, üzərində daşımaqla saxlamış, 26 mart 2022-ci il tarixdə saat 15:30-da ünvan 3 ünvanda Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PB-nə gətirilmiş və Polis Bölməsinin inzibati binasında üzərində axtarış və götürülmə aparılan zaman, əynindəki sarı rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,878 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 185-ci maddələri ilə məhkum olunmuş, narkotik vasitə istifadəçisidir və 26 mart 2022-ci il tarixdə Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən tutulmudur. 23 mart 2022-ci il tarixdə saat 07 radələrində narkotik vasitəyə olan təlabatı artdığından və bədənində ağrılar yarandığından narkotik vasitə almaq istəmiş, Yasamal rayonu X6 küçəsi 118 ünvanın qarşısında binanın blokundan bir nəfər cavan oğlanın gəldiyini görmüş, ona yaxınlaşaraq mobil telefonla danışmaq istədiyini demiş, həmin şəxs mobil telefonunda konturu olmadığını bildirdikdə danışmaq istədiyi nömrəyə vızov atacağını, həmin nömrədən zəng gəldikdən sonra danışacağını dediyi üçün həmin oğlan mobil telefonunu vermiş, daha sonra narkotik vasitəyə olan təlabatını nəzərə alaraq üzərində gəzdirdiyi xatırlamadığı mobil nömrəyə vızov göndərərək narkotik vasitə almaq istədiyini bildirmiş, həmin cavan oğlan ondan mobil telefonunu geri istəsə də zəng etdiyi nömrə geri zəng etmədiyi üçün bir az da gözləməli olduğunu bildirmiş, həmin oğlan Bravo marketdə işlədiyini, işə gecikdiyini desə də mobil telefonu geri qaytarmamış, həmin zaman üzərində olan gödəkcənin cibində mətbəx bıçağının uc hissəsinin göründüyünü görmüş, həmin bıçağın uc hissəsi çölə çıxdığından həmin oğlan qorxmasın deyə bıçağı cibindən çıxarıb döş cibinə qoymuş və gödəkcəni bağlamış, bıçağı cibinə qoyduqdan sonra həmin şəxsin qorxduğunu zənn etmiş, bundan sonra həmin oğlan mobil telefonu bir neçə dəfə istədikdə telefonu danışdıqdan sonra verəcəyini deyərək həmin şəxsdən biraz da kənara çəkilərək tikinti işləri gedən tərəfə getmiş, həmin şəxs onun arxasınca telefonu qaytarmağı tələb etsə də telefonu sataraq əldə etdiyi pula narkotik vasitə alacağını düşündüyü üçün qaçaraq həmin ərazidən uzaqlaşmış, cinayət yolu ilə əldə etdiyi mobil telefonu Bakı şəhəri 28 may metrostansiyasının yaxınlığında tanımadığı mobil telefonların satışı mağazasına 80 manata satmış, cinayət yolu ilə əldə etdiyi pul vəsaitini narkotik vasitəyə olan gündəlik təlabatı üçün xərcləmişdir. Zərərçəkmiş şəxs, yəni həmin şəxsi əvvəlcədən tanımamış, ilkin olaraq həmin mobil telefonu danışmaq üçün əldə etsə də daha sonra həmin mobil telefonu qaytarmayaraq narkotik vasitəyə olan tələbatını nəzərə alaraq, pulu olmadığı üçün həmin mobil telefonu sataraq narkotik vasitə almışdır. Cibində olan bıçağı nümayiş etdirməmiş, sadəcə olaraq həmin bıçaq gödəkcənin ön cibində olduğundan və bıçağın uc hissəsi göründüyü üçün həmin zərərçəkmiş şəxs qorxmasın deyə bıçağı gödəkcənin iç cibinə qoyaraq bağlamışdır. Mobil telefonu satdığı şəxs Bakı şəhəri Nəsimi rayonu 28 may metrostansiyasının yaxınlığında mobil telefonların satışı ilə məşğul olan şəxsdir. Həmin şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur. Həmin mobil telefonu özünə məxsus olmasını bildirərək həmin şəxsə satmışdır. Törətdiyi əmələ görə peşmandır. Bundan başqa narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Yasamal RPİ 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Yaşadığı Yasamal rayonu A.Ağayev küçəsi ev 12-də anası X4 ilə birlikdə yaşamış, xx.xx.2022-ji il tarixdə saat 13 radələrində “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 20 manata 1 büküm heroin öz şəxsi istifadəsi üçün almış, narkotik vasitəni alıb yaşadığı məhəlləyə gəlmiş, münasib vaxt tapıb narkotik vasitəni istifadə etmək istəmişdir. Bu məqsədlə saat 15 radələrində yaşadığı mənzildən həyətə düşüb münasib yer tapıb narkotik vasitə olan heroini qəbul etmək istəmişdir. Yasamal rayonu Parlament prospekti ilə hərəkət edən zaman tanımadığı mülki geyimli 2 nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini çıxarıb təqdim etmişlər və Yasamal RPİ-nin 28-ci PB-nə getməyi xahiş etmişlər. Həmin vaxt heroin əynindəki sarı rəngli şalvarın sağ yan jibində olmuş, polis əməkdaşları onun qollarından tutduğu üçün üzərində olan heroini tullaya bilməmişdir. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmiş, orada şəxsiyyətini müəyyənləşdirmişlər və xidməti otaqların birində üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları üzərində qeyri-qanuni nə varsa çıxarıb təqdim etməyi bildirmiş, o da əynindəki sarı rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülü heroini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bu maddənin nə olduğunu soruşduqda bu maddənin heroin olduğunu, heroini “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən isə dəstəyi şabalıdı rəngli bıçaq da aşkar olunub götürülmüşdür.Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq etmiş, aşkar olunmuş heroini isə ekspertizaya göndərmişlər.Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Şingiz oğlu ifadəsində göstərmişdir ki, 23 mart 2022-ci il tarixdə saat 06 radələrində yaşadığı Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsindəki evdən çıxaraq Yasamal rayonu ərazisində yerləşən “Zefir Mall” ticarət mərkəzində yerləşən işlədiyi “Bravo” mağazasına piyada gedirmiş, Yasamal rayonu A.Şərifzadə küçəsi 118 ünvanın qarşısında saata baxmaq üçün mobil telefonunu çıxarmış, həmin vaxt bir nəfər kişi cinsindən olan şəxs ona yaxınlaşaraq mobil telefonla danışmaq istədiyini demiş, həmin şəxsə konturun olmadığını bildirmiş, lakin buna baxmayaraq həmin şəxs ondan vızıv atacağını, zəng edəcəyi şəxsin onun nömrəsinə zəng edəcəyini dediyindən mobil telefonunu vermiş, telefonu verdikdən sonra həmin şəxs dayandıqları yerdən yaşayış binalarına doğru hərəkət etməyə başlamış, həmin şəxsin arxasınca gedərək hara getdiyini soruşmuş, həmin şəxs zəng edib verəcəyini demiş, heç bir yerə getmədiyini desə də daha da uzaqlaşaraq binaların birinin blokuna girmiş, həmin şəxsin arxasınca gedərək yenə də mobil telefonunu qaytarmasını istəmiş, həmin şəxs zahiri görünüşcə narkomana oxşamış, bu zaman cib hissəsindən bıçaq çıxararaq həmin bıçaqla yerdən götürdüyü nə isə etməyə başlamış, həmin şəxsdə bıçağı gördüyündən bir az geriyə çəkilmiş, həmin şəxs bıçağı cibinə qoymuş, yenə telefonunu istədikdə 5-10 dəqiqə səbrli olmağı deyərək telefonu verəcəyini demiş, tanımadığı həmin şəxs ondan bir az da uzaqlaşmağa başlamış və telefonu arxa cibinə qoymuş, telefonu həmin şəxsin arxa cibindən götürüb qaçmağı fikirləşsə də həmin şəxs telefonu götürməməyi demiş, daha da uzaqlaşaraq heç kimin olmadığı tikinti gedən əraziyə getməyə başladıqda həmin şəxsin ona xəsarət yetirəcəyindən qorxaraq uzaqlaşmış, həmin şəxsə uzaqdan bir neçə dəfə telefonu geri qaytarmasını desə də həmin şəxs heç bir söz demədən öz yoluna davam edib qaçaraq uzaqlaşmış, buna görə də oradan birbaşa işə doğru getmiş, “Samsung A12” markalı mobil telefonu həmin şəxsdə qalmış, işdə şöbə müdiri gəldikdən sonra onun telefonu ilə DİN-in “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, “102” xidmətinə zəng etdikdə həmin zaman çox qorxmuş, həmin şəxs cibindən çıxardığı bıçağı döş cibinə qoymuş, qorxduğu üçün polisə həmin şəxsin onu bıçaqla hədələdiyini bildirmişdir. Həmin şəxs gödəkcəsinin ön cibindən çıxardığı bıçağı yenidən gödəkcəsinin içinə qoymuş, həmin şəxs ona qarşı bıçağı doğrultmamış və bıçaqla ona hədə-qorxu gəlməmişdir. Həmin vaxt tək olmuş, həmin şəxs ondan böyük olmuş, təqribən 30-35 yaşlı, saqqallı, əynində qara şalvar və qara gödəkcə olmuş, əlini parça ilə bağlamışdır, həmin şəxsi görsə tanıya bilərmiş, “Samsung A12” markalı qara rəngli mobil telefonunun dəyəri 529 manat olmuş, telefonun üzərində ***-***-**-** mobil nömrəsi və göy rəngli qobur olmuş, ekran hissəsinin şüşəsi çatlamışdı. Həmin şəxs ona qarşı heç bir zor tətbiq etməmişdir. Ona ümumilikdə 537 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki həmin şəxs onun dəyəri 529 manat olan “Samsung A 12” markalı mobil telefonunu, dəyəri 3 manat olan ***-***-**-** mobil nömrəni və dəyəri 5 manat olan qoburunu cinayət yolu ilə ələ keçirmişdir. Mobil telefonun balansında danışıq dəqiqələri olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Yasamal RPİ 28-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, 28-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu A.Şərifzadə küçəsində vətəndaş Zərərçəkmiş şəxs bıçaqla hədələyib mobil telefonunun ələ keçirilməsi ilə əlaqədar hadisəni törətmiş Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşmiş və olduğu yeri məyyən edib saxlanılması üçün tərəfimizdən əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs onun və Yasamal RPİ 28-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 tərəfindən Yasamal rayonu Parlament prospekti 1 ünvanın qarşısında saxlanılaraq PB-yə gətirilmişdir. Belə ki, qeyd edilən ünvanda Təqsirləndirilən şəxs olduğunu müəyyən edib yaxınlaşmış, özlərini təqdim etdikdən sonra hadisəni törətməkdə şübhəli olduğunu izah edərək PB-yə dəvət etmiş, PByə gətirilərkən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu deyib üzərində narkotik vasitə və hadisəni törətdiyi bıçaq olduğunu bildirmişdir. Orada xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamış, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sağ yan jibindən ağ rəngli kağıza bükülmüş dəstəyi şabalıdı rəngli olan 1 ədəd bıçağı da çıxarıb təqdim etmiş, sonra əynindəki sarı rəngli şalvarın sağ yan jibindən bir ədəd gümüşü kağıza bükülü heroini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik maddə olduğunu demişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni 1 gün əvvəl “Kubinka” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də narkotik vasitə aldığı şəxsdən aldığını, bıçağı da öz istifadəsi üçün üzərində gəzdirdiyini, xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən danışmaq adı ilə mobil telefonu istəyən zaman həmin bıçağın üzərində olmasını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və bıçaq zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Yasamal RPİ 28-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermidir. Cinayət işinin 15-ci vərəqələrində olan 26 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 66-68-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 mart 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 11 iyul 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2022-ci il tarixli, 6/1656 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,878 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi- 0,878 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,828 qram). Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən «narkotik vasitələr»-in İ siyahısına daxildir. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 manat təşkil etmişdir. Cinayət işinin 163-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 3/405 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməyib, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin 162-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 manat təşkil etmişdir. Cinayət işinin 143 və 160-cı vərəqələrində olan maddi sübut kimi tanıma haqqında 15 aprel 2022 və 31 may 2022-ci il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,878 qram narkotik vasitə olan heroin və 1 ədəd bıçaq cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertizadan sonra qalıq qalmış 0,828 qram heroin və 1 ədəd bıçaq saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 167-177-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin “DVD” markalı disk iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış. Cinayət işinin 165-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X2 ekspert komissiyasının 04 iyun 2022ci il tarixli, 2986 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2 və 185.1 maddələri ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,xx.xx.2018-ci ildə Qaradağ rayon məhkəməsinin qərarına əsasən AR CM-nin 177.3.2-ci maddəsi CM-nin 177.2.2, 177.2.4-cü maddələrinə tövsüf edilməklə 05 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, AR CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəza müddəti 05 il 06 ay endirilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, təhqiqatçi K.Cavadov özünü təqdim etdikdən sonra vəkil Müdafiəçi1, PB-nin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid1 və Şahid2 təqdim edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunur, videoçəkilişdən istifadə edilməsinə etirazının olmadığını bildirir və özünün 1987-ci il tarixdə Bakı şəhərində anadan olmasını və Yasamal rayonu A.Ağayev küçəsi ev 12-də yaşamasını deyir. Həmçinin nə üçün saxlanılması soruşulduqda 23 mart 2022-ci il tarixdə tanımadığı şəxsdən danışmaq üçün telefon almasını, sonra həmin şəxs işə gecikdiyi üçün getməsini, telefonun da onda qalmasını, həmin vaxt üstündə bıçaq da olmasını, bıçağı qorxu niyyətilə deyil, çıxarıb yerini düzəltməsini, həmin şəxsin də 1-2 dəfə ver deməsi, lakin işə gecikdiyi üçün çıxıb getməsini demişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 15.30-da Yasamal rayonu Parlament prospekti 1 ünvanda saxlanılmasını, əlavə olaraq 1 ay ərzində Nərimanov və Yasamal rayonu ərazilərində velosiped oğurlamasını, saxlanılarkən üzərində həmin bıçaq və özünün istifadə etdiyi narkotik vasitə olduğunu bildirmişdir. Videoçəkilişin davamında təhqiqatçı K.Cavadov, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sağ yan jibindən ağ rəngli kağıza bükülmüş dəstəyi şabalıdı rəngli olan 1 ədəd bıçağı çıxarıb təqdim etməsi, sonra əynindəki sarı rəngli şalvarın sağ yan jibindən bir ədəd gümüşü kağıza bükülü “kokos” adlandırdığı heroini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etməsi, həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik maddə olduğunu deməsi müşahidə olunur, sorğu-sual zamanı Təqsirləndirilən şəxs bıçağı öz istifadəsi üçün üzərində gəzdirdiyini, xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən danışmaq adı ilə mobil telefonu istəyərkən həmin bıçağın üzərində olmasını bildirmişdir. Həmin büküm açılır və hardan əldə etməsi soruşulduqda narkotik vasitəni 1 gün əvvəl Kubinka adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün almasını bildirmişdir. Həmçinin təhqiqatçı tərəfindən iştirakçıların hər hansı bir sualının olub-olmaması soruşulur, vəkil Müdafiəçi1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə özünə aiddir, öz istifadəsi üçün əldə etmiş, bıçağı da öz istifadəsi üçün, çörək doğramaq üçün üzərində gəzdirmiş, hadisə vaxtı tanımadığı şəxsdən telefonu istəyəndə bıçaqla ona hədə-qorxu gəlməmiş, həmin vaxt bıçaq onu narahat etdiyinə görə yerini dəyişdirmişdir, həmin vaxt həmin tanımadığı şəxs onda bıçağı görmüşdür. Sonra işə gecikdiyini deyib çıxıb getmiş, telefon onda qalmış, həmin vaxt bıçağı gördüyü üçün ola bilər ki qorxub ehtiyat etmişdir. Bundan başqa, 4-5 ədəd velosiped oğurlayıb satmasını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və heç bir əşya aşkar edilməmiş, heç bir sual olmadığından Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə və bıçaq görüntüdəki şəxslərin gözü qarşısında ayrı-ayrı zərfə qoyularaq qablaşdırılır, möhürlənir və həmin şəxslər tərəfindən imzalanır. Bundan sonra heç bir sual, əlavə və qeyd olmadığından şəxsi axtarış və götürmə aparılması başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla soyğunçuluq etmə, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üstündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 26 mart 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X2 ekspert komissiyasının 04 iyun 2022-ci il tarixli, 2986 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatdan qalıq qalmış 0,828 qram çəkidə olan narkotik vasitə olan heroin və 01 ədəd kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 152 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili F.F.Mərzəzadəyə isə məhkəmədə iştirak etdiyi 24 saata görə 144 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatdan qalıq qalmış 0,828 qram çəkidə olan narkotik vasitə olan heroin və 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 152 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar